
21 AZƏR hadisələrindən əvvəlki
vəziyyət
Manaf Sababi
Təbii olaraq hər
hansi bir siyasi və ictimai hərəkat üçün bəzi zəminə
lazimdir. Elə o səbəbdən 21 AZƏR hərəkatin
mahiyyətini düzgün əyarlandirmaq üçün məncə ondan
əvvəlki Iranda və məntəqədə gedən
digər proseslərlə tanişçiliq lazimdir. Ona görə xulasə
olaraq son yüzillik hadisələrə kronoloq formada toxunarkən
soydaşlarin diqqətini şovonismlə hərəkatin münasibəti
üzrə cəlb etməkdir. Əlbəttə bu yazi özü bir mükəmil
araşdirma nəticəsi olmadan heç bir tarixi etibara malik deyil,
lakin ola bilsin ki o dövrün tarixi hadisələrinə yiğcam
şəkildə baxmaq üçün yardimci olsun.
Beləliklə 1800
illərin vəziyyəti haqda çox qisa olaraq belə işarə
etmək olar:
Iran camiəsi 3
mehvər üzrə formalaşir:
Siyasi; şahzadələr, Əşrafilər və
bəzən tacir və böyük feodallar (Inglis himayyəti altinda)
Ictimai: Dini baft və tayfa və qəbilə sturkturu
(əsasən şəhərlərdən kənar)
Iqtisadi; Tacir və feodallarla qarşiliq ücrətli işçilər
və əkinçilər (məhsulun 1/5 əkinçilərin)
Amma o üç qruppalar öz növbəsində
müxtəlif dəstələrə bölüşür. Məsəl
olaraq əgər ictimai vəziyyətə ki əsasən
Islami dəyərlər və inam çərçüvəsində
formalaşir baxarsaq müxtəlif qruppalar görəcəyik. Oda
həmən mehvəri sabitçilqdən çixardib bir təzəlzül
vəziyyətlə qarşlandirir. Ona baxmiyaraq ki ümumiyyətlə
şiə bölümü kənardan baxanlar tərəfindən homogen
bir şaxə kimi qələmə alinir amma o özu Iranda çox
dəstələr arasinda həmən dövrde bölüşmüşdü.
-1810-50: şeyx Əhməd
Ehsani (Bab):
şeyxilər:
Təbrizdə
Babilər: Kirmanda və sonra isə iki yerə (Əzəli
və Bəhai) paraçalanir
Molla Hüseyn Boşriyə: Mərkəzi
məntəqərlərdə
Nemətilər:
Sofi Amir Nürrəddin Nemətulla-in tərəfdarlari
Heydarilər: Sofi
Sultanəddin Heydər-in tərəfdarlari
Ismayililər: 7-i
imam-in oğlu Ismayil hökumətə hüququ malik diyən iddiaçilari
Əli Allahlar:
Birinci Imamim böyük xüsusiyyətlər sahib olacağin
tərəfdarlari
Və munfərid
müctehid özünəməxsus tərəfdarlari
Belə bir dağiniğ ictimai vəziyyətdə
iqtisadi və siyasi qüdrət ölkədə parçalanarkən
zəifləşib və nəticə etibarilə hərbi
məğlübiyyətlərə səbəb olub.
Fəthəlişah dövrüdən 1813 (Gulustan) və 1828 (Türkmənistan)
müqavilələr ilə başlayaraq ölkə Rus və Inglis
hərbi qüvvərləri tərəfindən təyziq altinda
idarə olunurdu. Hərbi məğlubiyyət öz növbəsində
ədalətsiz iqtisadi müqavilələrə səbəb oldu.
Ən pisi 1872 ildə: Baron Julius DuReuter ilə
oldu:
40.000 punda ölkənin 60% Gömrük gəliri, Bank gəliri,
mədənlər istihsali (qizil və gümüşdən
başqa) və dəmiryolun monopolu
Ona bənzər 1891: Major Talbot-a 50 illik tutun monopolu
Nasirəddin şah tərəfindən verildi
Ölkədə iqtisadi və siyasi durumun ağir
olduğundan millətin etirazi müxtəlif şəkildə üzə
çixmaqa başladi. Əlbəttə etirazlarin inkişafinda çoxlu
insanlar böyük rolu oynadi və onlardan birisi o dövrün məşhür
aydinlarindan Seyd Camal Afghani idi. Bir Həmədanli türk
ailəsindən olduğuna baxmiyaraq Hindustanda Inglis imperiyalistin
əleyhinə müsəlmanlarla birlikdə mübarizə aparir
və sonra Afqanistandan geri dönüb Iranda Inglis nüfuzu əleyhinə
fəaliyyət edir və nəhayyət ömrünün son illəri Türkiyədə
sürgün olur.
Özəliklə ölkədə ağir
vəziyyət və müşəxəsən Major Talbot ila tutun
müqaviləsi 1891-92 illər ərəfəsində tutun böhranina
səbəb olur. Bir neçə şəhərlərdə
bazarlar bağlanir və ilk dəfə olaraq şah etirazlardan
məğlubiyyət alir.
1896: Nasirəddin şah bir bankrot tacir
tərəfindən teror olur və onunla belə Iran yeni bir
mərhəliyə Müzəfərəddin şah dövrünə
(1896-1907) keçir.
Müzəfərəddin şah keçmiş siyasi
kursunu yəni basqilarla və xarici şirkətlərə
iqtisadi imtiyazlar verməklə davam edir. Amma yaxin müddətdə
şah bu basqilari nəticəsiz görərək liberal bir
siyasi kurs ilə millətin etirazlarini susturmaq qərarinə
gəlir. Lakin bu yeni liberal vəziyyət öz növbəsində
nəinki milləti etrizlarindan çəkindirmir bəlkədə
münsəcim siyasi təşkilatlarin yaranmasina səbəb olur.
Beləliklə siyasi arenada müxtəlif təşkilatlar zahir
olur.
1. Mərkəze Qeybi Təbrizdə: Baki Social demokrat
partiyasi ilə six əməkdaşliq edir
2. Məcməe Adəmiyyət (Tehran): Liberal humanism
idələr tərəfdarlari
3. Komite Enqlabi: Radikal fikirlərin tərəfdarlari, 57
nəfər birlikdə təşkilat yaradir
4. Əncümənə Məxfi: Orta ailələr və mütəəsib
dindarlar zülmə qarşi təşkilat yaradir və əsas
iki
müctehidlər Abdullah Behbahani və Seyd Muhammad
Təbatəbai tərəfindən idarə olur.
Belə bir vəziyyətdə inqilab üçün
zəminə hazir olur və nəhayyət 1905-i ildə
etirazlar müncəsim halda davam edir və 1906 ilin murdad ayinda
Məşrütiyyət istəki rəsmi bir mərhəliye daxil
olur. Nəticə etibarilə
1906 il Müəsissan məcilisi və sonra Iyalat
və Vilayat əncümənləri tələb olunur.
Heydər Əmoğlu Tehranda Iran Sosiyal Demokrat
partiyasini yaradir və 3000-ə yaxin aktiv azərbaycanli
həmən partiyada üzv kimi etirazlarda iştirak edir və
məşrutiyyətin əsas etiraz gücünə mərkəzdə
çevrilir. Mərkəzdən kənarda isə Səttarxan və
Baqirxan Azərbaycanda və Yeprim xan Gilanda siyasi reformlar üçün mübarizə
aparir. Mübarizə isə ümumiyyətlə şahin
dəstələri o cümlədən Təbrizin Imam cüməsi
və Inglis tərəfindən silahlanan şahsevənlərle
gedir.
1908-da Muhəməd Əli şah xurdad ayinda
məclisi topa bağlayir və nizami hökumət elan edir lakin
Azərbaycan və Gilanda mübarizə davam edir o zamana kimi 1909-da
Məşrütiyyət rejimi bərpa olur.
1909-1921 Parlament və Məşrütiyyət dövrü
Məşrütiyyət dövrü 1910-da məclis nümayədələrin
iki yerə bölüşməsi və riqabətlə başlayir.
1. Demokrat Firqə dəstəsi; 23 islahtələb, əksəriyyəti
azərbaycanlilar (Məclisdən kənar bu
qruppani Məhəməd Əmin Rəsulzadə və
Heyər Əmoğlu rəhbərlik edir)
2. Etidaliyun firqəsi; 53 mühafikarlardan o cümlədən
Ayəttulah Təbatəbai və Behbahani
rəhbərlik edir (Amac: Məşrütiyyətə, Islama
və Feodalismə dəstək)
Bu rəqabət isə Ayəttullah Behbahanin
teror ila söz didişməsindən aktiv müharibə
mərhələsinə keçir.
Rus və Inglis hərbi qüvvələri
1911-də Iranin şimal və cənub hissələrini işğal
edir. Ümumiyyətlə mərkəzdə şahin gücü ən
zəif dərcədə olarkən məclisdə və
məclisdən kənarda rəqabət şiddətlə davam
edir və eyni halda Inglislər cənubda və ruslar şimalda
ölkəni pərdə arxasindan idarə edir.
1914- 1918: I Dünya müharibəsi
Birinci dünya müharibəsi başlanarkan Milli Moqavimət
Komitəsi dövlət tərəfindən yaranir və
rəqib Demokrat və Etidaliyun milli məclis nümayəndələri
tərəfindən təşkil olur.
1915: Osmanli həbi qüvvələr Inglis və
Ruslarla mübarizə üçün Iranin qərb hissəsinə daxil olur
və Kirmanşah
şəhərini işğal edir.
Iranin Milli müdafie dövləti öz qərarqahini və kabineti
mərkəzdən Kirmanşaha köçürdür.
1916: Inglislər Kirmanşahi təsxir
edərək milli müdafiə dövləti dağilir
Həmən dövrdə Kuçək xan Gilanda Ruslarla mübariziyə
qalxir
şeyx Muhəməd Xiyabai isə Demokrat Firqənisinin
Azərbaycanda təşkilatlanmasina cəhd edir
1917: Xiyabani tərəfindən Azərbaycan
Firqə Demokrat müstəqil bir təşkilat yaranir.
Amac: Azərbaycanda autonom hökuməti, islahat o cümlədən
əkinçi yerlərin ədalətlə bölüşü
Rusyada Bolşoviklər Lenin rəhbərliyi
altinda hökuməti ələ alir və onunla belə öz daxili işlərilə
məşğul olaraq Iran və digər dövlətlərlə
xoş münasbət qürmaqi hədəf tutur. Inglislər bu fürstədən
istifadə edərək öz nüfuzu Iranda çoxaldir
1918: I Dünya müharibəsi sona çatir
Inglislər Iranda artiq nüfuza malik olaraq siyasi balansi dəyişdirməyə
cəhd edir.
1920: Iran sosiyalist inqlab ilə üzbəüz
- Azadistanda Xiyabani hökuməti
Səltənəttələb və Ingilislər
tərəfindən hərbi və iqtisadi
dəstəklənən şahsevənlər və
Simitrqoy ila şiddətlə müharibə aparir.
- Gilanda Cümhuriye Sosiyalist Gilan dövləti
səltənətçi və inglis tərəfindən şürşçilərlə
mübarizə
(Pişevəri
Respublikanin xarici işlər naziri
seçilir).
Həmən ərəfədə qərb ölkələri
tərəfindən yeni Rusiya Sovyet sosiyalist hökuməti
digər ölkələrə sirayət etməsin diyə Ağ
Kəmərbənd unvaninda bir plan qərarini verir.
-
Sovyetə qonşu ölkələrin hakimiyyətlərinə
aktiv dəstək verməklə sosiyalismin yayilmasina mübarizə
Bu plani Iranda doğrultmaq üçün Seyd Ziya
Təbatəbai tərəfindən Qəzvində yerləşən
qazaq briqardin rəhbəri 42 yaşli Riza xana müraciət olunur.
Sonra Riza xan öz 3000 nəfər qazaq dəstəsi ilə Tehrana
gəlib nizami hökümət elan edərək 60 nəfər
taninmiş siyasətçiləri dəyşik bloklardan həbs
edir. şah ki bu plandan öncədə məlumatlanmişdi, bir başa
Ərteşin rəhbərliyini (Sərdarə Sepah unvanini) Riza
xana və baş nazirlik vəzifəsini Seyd Zia-a verir.
1921: Inglisin yardimi ilə Riza xanin hərbi qüvvələri
inqilabçilari məhv edir.
Sosiyalistlər və inqilabçilar şimaldan çəkilib
mərkəzdə yerləşir;
şuraye Mütəhed yaradib Burjovazini demokratlaşdirmaq
ideali ilə fəaliyyət edir.
1922: Riza Xan özü iki partiya dəstəyi ilə
5-ci milli məclisdə baş nazir olur.
- Təcədud partiyasi
- Sosiyalist
1922- 1925: Riza Xan güclü hərbi qüvvə ilə
ölkədə sabitçiliq yaradarkən 1925 ildə məclisdən
Fərmandehi kole qova unvanini tələb edir və 6 aydan
sonra Müessisan məclisi təşkilini və
səltənəti Əhməd şah-dan alib ona verdiyini isteyir.
1926: Ordibeheşt ayinda Qacar sulasəsi dəyşilir
və Pəhləvi sulasəsi isə rəsmən başlayir.
1926-1939 (16 il): Riza şah bütün qüdrəti
ələ alaraq diktatorliqla hökumət edir.
Inglislər və Ata Türkdən ilham alaraq ölkəni
modernizləşdirmək amaci ila bəzi qeyri siyasi islahatlar
aparir.
- Hərbi qüvvə möhkəmlənir (soldat, və modern
Amerikali/Inglis silahlar alir)
- Modern brokrasi yaradir (Nazirliklər, Ustandarlar və sayir)
- Infrastrukturə diqqət edir: Yolari təmir, asfalt və
dəmir yolu
- Sunəti və ənənə geyimlərini qadağa
edir və həmçinin Kəşfe Hicab təşəbusukari
- Dini Ruhanilərin nüfuzunu azaldir və onlarla zidiyyətə
girir
O tarixə kimi Islam mədəniyyəti Iranda
ictimai mehvəri kimi və yeqanə milli müştərək
platform kimi milli birlikdə böyük əhəmiyyət daşimişdi.
Indi isə Riza şah o boşluqu dolqurmaq məcbüriyyətində
özünü görür. Həmən vaxta Nazism düşüncəsi şiddətlə
Avropada yayilirdi və Riz şah bu düşüncəyə rəğbət
göstərərkən Iranlilarin ARIYA nəslindən olduqu və
bu fakt ölkədə birləşdireci bir düşüncə kimi
fars şovonism məktəbinə start verir. Əlbəttə
Inglislərdə ARIYA düşüncəsini çox təhlükəli
hesab etmir və sosiyalismə qarşi konservativ Islam dinin yerinə
proqresiv fars şovonism məktəbini daha münasib hesab edir.
Maraqli budur ki Iranda fars şovonism
məktəbini gücləşdirmək üçün hətta solçilar
və digər müttərəqi qüvvələr Riza şaha
yardimci olur. O cümlədən azərbaycanli aydinlar:
Təqi Ərani: Tehranda təhsil alarkən
Indo-evropeisk dillərinə maraq göstərir və şovonist
fikirilə
taniş olur. Sonra isə Berlində təhsil alaraq
sosiyalism ilə taniş olur və eyni halda yaxindan
Alman nasiyonal sosiyalistlərin düşüncələri
ilə də taniş olur. Irana geri dönərkən üniversitətdə
Fizik dərs diyərkən həm sosiyalisim və həmdə
fars şovonism düşüncələrini öz öyrənci və
yaxin
fikirdaşlari arasinda təbliğ edir.
Əhməd Kəsrəvi: çox dəyərli tarixi
kitablarin müəllifi
Riza şah isə öz şovonism amacina çatib çatmadan
aydinlari məhv etməyə başlayir. Ilk növbədə şovonismə
qarşi solçilar Riza şahin təzyiqinə məruz
qalir. O dövrün sol düşüncəsinin
güclü rəhbərlərindən olan Mir Cəfər Pişevəri 1930-cu il Dekabr ayinda həbs olur.
1931-də solçilar etirazlara başlayir.
Nəhayət isə 1936-da məşhur 53 nəfər adi
altinda (36 yaşli Ərani dəstəsi) həbs olur.
1939-40 (1320) ildə II Dünya Müharibəsi başlamaqla
Riza şahin 16 illik dikator hökuməti Inglis və Rus hərbi qüvvələrin
Iranin şimal və cənub hissələrini işğal
altina almaqla başa çatdi. Inglislər ki Riza şahi şovonist
etməklə komunismə qarşliq istifadə edirdi lakin Riza
şahin Nazismə sympatisini qəbul edə bilmədən ölkəni
tərk etməyə məcbur edir.
Onunla belə Iran yeni bir mərheliyə daxil
olur. 16 illik diktatorliq yerini 13 illik daxili çəkişmələrə
verir.
Dərhal ölkədə yeni siyasi təşkilatlar
siyasi səhnədə zahir olur və onunla belə insani
huquqlarin tələbi də gücleşir.
13-ci milli məclisdə 4 fraksiya yaranir:
1. Etehade Milli; Əşrafilər, Riza şahin
tərəfdarlari (məclisin ən böyuk fraksiyonu)
2. Mihən: Əşrafilər, Inglis tərəfdarlari
Seyd Zia Təbatəbai rəhbərliqi altinda
3. Azərbaycan: Əşrafilər, Qacar əşrafiləri;
Inglis və şah ila zidd amma Ruslar ila dost
4. Ədalət: teknokratlar və mütərrəqi nümayəndələr
Paytaxda:
- Tudə partiyasi: Dərhal 3 gün Riza şahin istifasindan sonra
Tehranda yaranir
Ilk
dəfə bir qeyri Azərbaycanli (Suleyman Eskandəri) sol
partiyasina rəhbər olur ve
Əranin şovonist düşüncəsi prinsipiyal qebul olunur.
- Və gələn bir ildə 42 dəyşik partiya
yaranir o cümlədən
Həmrahan:
Iran:
Ədalət
Ettehade Milli
Vətən
Məntəqlərdə isə daha çox insani hüquqlar
və məhəli tələbləri özünü əks etdirir.
- şeyx Casim (1940):
Imaratə Ərebistan cənubda yaranir
- Azərbaycan (1940): Təbrizde milli fəallar təşkilatlanir,
amma Ruslar məhəli dövletin
yaranmasina engel törədir (Tudə partiyasi
zəiflənməsin və Inglislərlə rabitələr
pozmasin diyə).
Seyid Cəfər Pişevəri Sentyabr ayinda zindandan çixir
sonra Tehranda "Ajir" qazetini nəşr edir.
- Kürdistanda etirazlar başlayir
14-ci milli məclisə seçkilər ərəfəsi
(1942-1944)
Tehranda: Əsas rəqabət Əşrafilər (Etehade
Milli+Mihən) ilə müttərqi qüvvələr (solçilar+
liberalar) arasinda gedir.
Pişevəri isə 44 qazeti özündə birləşdirən "Mətbuatin Azadliq Cəbhəsini" yaradarkan müttərəqi
qüvvələrə böyük dəstək verir.
Müttərəqi qüvvələr tərəfindən
Təbrizdə 9 nəfər məclisə kandid olur o cümlədən
Mir Cəfər
Pişevəri Azadliq cəbhəsi bölümündən.
14-ci milli məclisə seçkilər
nəticəsi
Məclisin 126 nümayəndəsi tərəfindən 7
fraksiya yaranir.
1. Etehade Milli (30 nümayəndə)
2. Mihən (26)
3. Azadi (20)
4. Müstəqil (15)
5. Tudə (8)
6. Münfəridlər (16 nümayəndə o cümlədən
Musədiq)
7. Demokrat (11)
Təbrizdə adaylar
arasinda ən çox səs Pişevəri alir amma ona baxmiyaraq seçkilər
şurasi Məhmməd Riza Pəhləvinin göstərişilə şovonist
Ustandar SərLeşgər Muqədəm nüfuzu altinda olduğuna
görə Pişevərinin etibarnaməsini vermir. Pişevəri
isə bir başa Tehrana gedir və etibarnamənin təsdiqlənməsi üçün məclisə
müraciət edir. Amma məclisdə 50 müxalif
səslə Pişevərinin
etibarnaməsini rəd olunur.
Halbuki həmən məclis çoxluq səslə kabinet yaradanda
Tudə partiyasina 3 nazirlik postunu verilir. Beləliklə şovonistlər
açiq və aşkarca Azərbaycan millətinin ən sevimli mötəbər
adayini milli məclisə yol vermilər.
Seyid Cəfər Pişevəri
ki 1917-ci ildən Açiq söz qazetində ictimai
və siyasi fəaliyyətinə başlayarkan kifayyət
qədər siyasi arenada təcrübə sahibi olmuşdu bu
nəticəyə çatir ki nə Sosiyalist Sovyet və nə Tudə
partiyasi azərbaycaninlarin həqiqi hüquq müdafiəçiləri
ola bilməz.
Beləliklə Seyid
Cəfər Pişevəri Təbrizə qayidir
və Azərbaycan Demokrat Firqəsini yaratmaq üçün hazirliq işlərinə başlayir.
Xatirlamaq lazmidir ki Firqənin yaradilmasi haqda, ilkin müzakirələr 1940-da Tudən partiyasinin təşəbbüsü ilə Ruslar tərəfindən ləğv olmuşdu. Tudə tərəfindən müzakirə edən "Azərbaycan Cəmiyyətinin" sədri Haci Əli şəbustəri və digər tərəfdaşlar
Ismayil şəms Mir Mehdi Etimad və Biriya Sovyetlər Birliyində surgun
olur.
Pişevəri bu defə iki köhnə silahdaşlarina (Səlamullahe Cavid və Cəfər Kaviyan hər üçü keçmiş Iran Komunist partiya üvzləri) Azərbaycan
Demokrat Firqəsinin yarnmasi üçün müraciet edir ve sonra fealiyyete başlayilar.
Nəhayyət 1945 ci ilin 12 şəhrivərində Azərbaycan Demokrat Firqəsinin təsisi elan
olur.
- 14 şəhrivərdə Əli şəbustəri Azərbaycan
Demokrat Firqəsinə qatilir.
- Mehr ayin əvvələrində Azərbaycan
Demokrat Firqəsinin 1:ci qurultayi olur
Həqqe təine şərneveşt, Iyaləti və Vilayəti əncumənlər vasitəsi ilə tələb olunur
Məhsulun 1/5 feodallara verilməsi istənilir
Məhəli musələh Fədayilar tərəfindən Aərbaycanlilarin hüquqlarinin müdafiə edilməsi istənilir
- Aban ayin 26-da (150.000
imza himayəsilə) Azərbaycan Milli Konqresi 325 nümayəndələrin iştiraki ilə keçir və 8 bəndə gəlir o cümlədən:
·
Iran ölkəsinin ərazi bütövlikinə hormətlə yanaşma
·
Milli Konqresin təsis və məhəlli kabinet seçilməsi
·
Ana dilin rəsmi istifadəsi
·
Milli Məclis təsis üçün bir komitə
Nəhayyət Azər ayin
21-də Milli məclis təşkil tapir və məhəli dövlət seçilir. Pişevəri baş
nazir kimi öz bir illik hökumətinə davam edir.