DAK
Stokholmda 21 Azər Hərəkatının ildönümünü yad etdi
İsveç
parlamentarilərilə və siyasi xadimləriylə görüşən
DAK rəhbərliyi Azərbaycan həqiqətlərindən danışıblar
İsveç
parlamentində DAK sədrinin şərəfinə ziyavət
verildi
Sabir
Rüstəmxanlıdan aldığımız məlumata görə,
dünən İsveçdə, Stokholm şəhərində DAK
İdarə Heyətinin təşkilatçılığı
ilə 21 Azər Hərəkatının ildönümünə
həsr olunmuş geniş törən keçirilib. DAK sədri
Qulamrza Səbri Təbrizinin sədrliyi ilə keçirilən
tədbirdə Demokratik DAK adından Teymur Eminbəyli çıxış
edib ki, bu da faktiki olaraq qurumdakı parçalanmaların aradan
qalxması deməkdir.
Tədbir
«Odlar Yurdu» və «Bütöv Azərbaycan» təşkilatlarının
təşkilatçılığı ilə baş tutub və törənə
İsveçdə yaşayan 170 nəfərə yaxın ziyalı,
İsveçin ictimai və siyasi həyatında aktiv iştirak
edən nüfuzlu xadimlər qatılıblar.
7
saat davam edən tədbir (saat 16:00-dan 23:00-dək) Quzey
Azərbaycanın dövlət himni və 1945-46-cı illərdə
mövcud olmuş Güney Azərbaycanın himnləriylə başlayıb.
Tədbirdə giriş sözüylə DAK sədri Qulamrza Səbri
Təbrizi çıxış edib. DAK sədrinin birinci müavini
Sabir Rüstəmxanlı isə 21 Azər Hərəkatı,
Demokratik Cümhuriyyətin parlament fəaliyyəti və apardığı
islahatlar, o cümlədən İrandakı soydaşlarımızın
hazırkı durumu ilə bağlı bir saatlıq məruzə
söyləyib.
Daha
sonra 1945-46-cı illərdə, 21 Azər Hərəkatı
zamanı çəkilən filmlər, faktlar nümayiş olunub.
Tədbirin sonunda isə «Çaşoğlu» nəşriyyatının
Azərbaycan tarixi ilə bağlı hazırladığı
SD-lərin təqdimatı keçirilib və mükafatlandırılma
mərasimi keçirilib. Qeyd edək ki, mükafatlandırılan Sabir
Rüstəmxanlıya xatirə hədiyyələri bağışlanılıb.
Bu
gün isə Türk Dərnəkləri Federasyonunun rəhbəri,
Stokholm parlamentinin üzvü Hasan Döləklə DAK İdarə
Heyəti üzvlərinin geniştərkibli görüşü baş
tutub. Görüşdə Azərbaycan və Türk diaspor təşkilatlarının
fəaliyyəti, birgə əlaqələrin inkişaf
etdirilməsi, Dağlıq Qarabağ həqiqətlərinin
və qondarma «erməni soyqırımı» iddialarını
puça çıxaran tarixi reallıqların dünya ictimaiyyətinə
çatdırılması yönündə birgə işbirliyi müzakirə
edilib.
Hasan
Dölək həmçinin DAK-ın sonuncu qurultayından sonrakı
sənədlərlə tanış olub və hüquqşünasların
müzakirəsindən sonra bir daha DAK-ın keçmiş sədri
Cavad Derəxtinin yanlış informasiyalarla Azərbaycan dövlətini
və ictimaiyyətini aldatdığı, əlindəki köhnə
sənədlərdən istifadə etməklə ölkəmizin
mətbuatına yanlış məlumat verdiyi üzə çıxıb.
Q.S.Təbrizi isə bu yanlışlıqlara son qoymaq
məqsədilə bu gün Stokholm hüquq-mühafizə orqanlarına
müraciət etmək üçün hüquqşünasların iştirakı
ilə sənəd hazırladığını bildirib.
Bu
gün günün ikinci yarısında isə Qulamrza Səbri
Təbrizinin və DAK İdarə Heyətinin şərəfinə
İsveç parlamentində ziyafet veriləcək. Ziyafatdə Sabir
Rüstəmxanlının çıxış edəcəyi və
Dağlıq Qarabağ problemi, azərbaycanlıların üzləşdiyi
soyqırım aktları, həmçinin İrandakı soydaşlarımızın
problemləri barədə İsveç parlamentarilərini
məlumatlandıracağı nəzərdə tutulur.
DAK
İdarə Heyətinin proqramına daha sonra qurumun fəalları,
İsveç siyasi dairələri və parlamentariləriylə ayrı-ayrılıqda
görüşlər daxildir. Avropanın bir neçə ölkəsində
fəaliyyət göstərən Azərbaycan Federal Demokrat
Partiyasıyla nəzərdə tutulan görüşdə isə
qurumlararası münasibətlərin daha da inkişaf
etdirilməsi, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması yönündə
səylərin birləşdirilməsi məsələləri
müzakirə ediləcək. Qeyd edək ki, tədbirlər Türkiyə
mediasının İsveçdəki büroları və yerli
mətbuat tərəfindən diqqətlə izlənilir və
ictimaiyyətə çatdırılır.
Bu
tip tədbirlərin Avropanın digər ölkələrində
də gerçəkləşdirilməsi nəzərdə tutulur
və bu məqsədlə DAK İdarə Heyətinin üzvləri
İsveç görüşlərindən sonra Almaniyaya və Hollandiyaya
səfər edəcəklər.
Təəssüf
ki, Cavad Derəxti yenə də iddialarından əl çəkmir
və bir ailə tədbiri düzənləməklə
Azərbaycan ictimaiyyətinə yanlış informasiya
verməkdə davam edir. DAK İdarə Heyəti üzvlərinin
bildirdiyinə görə, ölkəyə dönəndən sonra bu
məsələlərə aydınlıq
gətiriləcək.
VHP
Mətbuat və İnformasiya Xidməti