Stokholmda ”21 Azər” Milli Hökumətin 62 ildönümü münasibəti ilə bayram tədbiri keçirildi

 

1945 ildə Seyid Cəfər Pişəvərinin başçiliği ilə Təbrizdə qurulmuş Azərbaycan Milli Demokratik Hakimiyyəti millətimizin həyatında ən önəmli tarixi hadisələrdən biridir. Bu hakimiyyətin ömrü cəmi bir il olsa da bu tarix heç zaman unudulmur, nəsildən nəsilə keçməklə qan yaddaşımıza həkk olunur. Bu gun Azərbaycanımızın güneyində baş verən milli oyanış və azadlıq hərəkatı milli qürur mənbəyimiz olan Sətttarxan və Bağırxanlardan başlasa da, sonradan guzeydə və güneydə  Rəsulzadə, Pişəvəri və Elçibəylərlə davam etdirilmiş və bu günümüzədək çatdırılmışdır. Mübarizəmizin bu gün də davam etməsinin ən başlıca səbəbi isə millətimizin öz mübarizəsini hələ də başa çatdırmaması və hələlik, tam olaraq öz istiqlalına qovuşa bilməməsidir.

Bu tarixi heç bir zaman unutmamaq, bu mübarizədə canlarını qoymuş insanlarımızın xatirəsini bir daha yad etmək və milli hərakatımıza dəstək olmaq məqsədi ilə dekabr ayının 8 də İsvecdə yaşayan soydaşlarımız və digər ölkələrdən gəlmiş qonaqlar Stokholm şəhərinə toplaşaraq böyük bayram tədbiri keçirdilər.

Tədbirin təşkilatçıları “Odlar Yurdu” və “Bütöv Azərbaycan” dərnəkləri olsa da, DDAK və DAK yetkililəri də bu tədbirə dəstək verərək müxtəlif ölkələrdə fəaliyət göstərən nümayəndələri ilə bayram tədbirinə qatilmışdılar.Tədbirdə həmçinin Türk İşçi Federasyonu baçkanı və digər yetkililər, yerli media, Türkiyə və Azərbaycan mediası da də iştirak etdilər.

Tədbir Azərbaycanın və Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945 ildə qurulmuş Milli Hokumətin himnləri ilə açıldı, tarixi günümüzlə bağlı film nümayış etdirildi, çıxışlar oldu, rep ustalarımızın ifaçılığı ilə canlı musiqi nömrələri göstərildi, yüngül yeməklər verildi, çay süfrəsi açıldı.

 “Çaşıoğlu” multimedia şirkətlər qrupunun hazırlamış olduğu müxtəlif dövrlərə aid “Azərbaycan tarixi” adlı CD lər toplusunun təqdimat mərasimi keçirildi. Şirkətin nümayəndəsi İlham Əliyev CD barədə toplantı iştirakçılarını maraqlandıran suallara cavab verdikdən sonra Azərbaycan tarixinə aid CD lərin hazırda işıq üzü görmüş 3 nüsxəsini hədiyə olaraq tədbirin təşkilatçıları olan “Odlar Yurdu” və “Bütöv Azərbaycan” dərnəklərinin rəhbərliyinə təqdim etdi.

Tədbirə qəlbi Azərbaycan davası ilə döyünən soydaşlarımızın əksəriyəti ailəlikcə qatılmışdı.

Aparıcı Sevinc xanımın Milli Hökumətin vəhşicəsinə devrilməsindən sonra milli mədəniyətimizin məhv edilməsi məqsədi ilə fars şovinist hakimiyyətinin kitablarimizi yandirması hadisəsinə etiraz olaraq şair Səməd Vurğunun 1947 ildə yazmış olduğu “Yandırılan kitablar” şerini xüsusi intonasiya ilə iştirakşılar qarşısında oxuması gözləri yaşartdı.

Tədbirdə iştirak edən DAK baçqanı Qulamrza Səbri Təbrizli,  DAK başqanın müavini Sabir Rüstəmxanlı, DDAK başqanı müavini Teymur Eminbəyli və digərləri çıxış edərək bu tarixi gün barədə iştirakçılara geniş məlumat verdilər. Çıxışçılar həmçinin DDAK və DAK ların birləşməsi məsələri ilə iştirakçıları maraqlandıran sualları da cavablandırdılar.

Bayram tədbirində , həmçinin, DDAK ın 21 Azər munasibəti ilə müraciətini mətbuat xidmətinin rəhbəri Könül xanım Həsənli iştirakçılara çatdırdı.

 

Bir sözlə, 5 saatdan artiq davam edən “21 Azər” gününə həsr olunmuş tədbir tam bayram əhval ruhiyəsində gözlənildiyindən daha gözəl şəkildə keçdi.

Tədbirin video yazısı www.azadtribun.net saytında yerləşdirilmişdir.