Prinsiplər üzrə birləşmə və ya şəxslər üzrə didişmə

Dünya Azərbayçanlılarının parçalanmış təşkilatları olan Demokratik Dünya Azərbaycanlıları Kongresi(DDAK) və Dünya Azərbaycanlıları Kongresi (DAK) birləşməyə doğru çox ciddi addımlar atarkən, hər bir vətənsevər soydaşımızı sevindirib. Bununla belə, sevinməyənlər də tapılıb.  

1997-ci ildə ABŞ-da yaranan DAK, 2003-cü ildə təşkilati prinsiplərin pozulması və təcrübəsizlikdən iki yerə parçalanmış, hər iki tərəfdə düzgün prinsiplər üzərində birləşməyə təlabat olsa da, ötən dövr ərzində ayrı ayrılıqda fəaliyyət göstərməyə məcbur olmuşdur. Nəhayət, 2007-ci ilin yayında DAK qurultayindan sonra birilk istəyən qüvvələr çoxluq təşkil etdiyindən hər iki tərəfdən komisyonlar qurularaq, birləşməyə doğru aşağıdakı üç əsas prinsip üzərində danışıqlara başlanıldı:

 

1- DAK birləşərək müstəqil fəaliyət göstərən bir təşkilat olmalı və Azərbaycanın daxili işlərində tamamilə neyitral qalmalıdır;

2- DAK  diaspora təshkilatı olaraq aktiv fəaliyyət göstərməli;

3- Kimsənin DAK adından istifadə edərək şəxsi ambisyalarına və şəxsi maliyə qazanclarına izin verilməməlidir

 

Yuxarıda qeyd olunan bu üç prinsip hər iki tərəfdən yaradılmış birlik komisyaları arasında müzakirə edilərək qəbul olunmuş və nəhayət, 2008 ilin may ayında Avropa ölkələrindən birində birlik qurultayı keçirilməsi haqqında qərar qəbul edilmişdir. DAK parçalanmasına səbəb prinsip pozuntuları olduğuna görə, birlik müzakirəsində də, şəxslər əvəzinə prinsiplər müzakirəyə qoyulmuşdur. Əks halda birlik istəməyənlərin atmosferanı zəhərləmə cəhdlərinin olacağı əvvəlcədən də heç şubhə doğurmurdu.

 

Iran  rejimi  kimi güclü düşmanın qarşısında birləşmək millətimiz üçün tarixi bir zərurət olsa da, birlik istəməyən bəzi şəxslər bu işə maneçilik yaratmagdan çəkinmədilər. Nədənsə, onlar prinsipləri muzakirə etmək yerinə şəxslərə hücum etməyə üstünlük verdilər. Amma artıq kimisə bəyənmirəmsə, ona Iran, Amerika, Rusiya, Türkiye, Azərbaycan, Madaqaskar, Somalia casusu və ya kimlərinsə nökəri olmaqda ittiham etmək milləti aldatmır. Millətin gözü tərəzidir. Ən azından iş görənləriş görmək iddasında olanlar artıq hamıya bəlli olmaqdadır.

Ittihamçı şəxslər həm də, bilməlidirlər ki, onların prinsipləri müzakirə etmədən, şəxsi ambisiyalarından irəli gələn  hücumları yalniz düşmanlarımızı sevindirir. Görünür bu şəxslər, qoyulmuş prinsipləri müzakirə etmək iqtidarında deyillər, çünki onların əsas problemləri elə həmin bu prinsiplərdir. Misal olaraq, ticarət və ictimai fəaliyyətləri qarışıq salıb, Bakıda tədbirlərdə əl çalmağı, ya da Antalyada istirahət etməyi "lobbiçilik" zənn edirlər.

 

DAK-ın Idarə Heyəti və başqa yönətmənləri hər qurultayda iştirakçılar tərəfindən seçilir. Bu iş 10 ildir davam edir. Seçmək və seçilmək hər bir üzvün haqqıdır. Özünə güvənənlər birlik qurultayında iştirak edib, sözlərini deyib, millətdən cavablarini ala bilərdilər.Lakin bu adamlar şantaj yolunu seçiblər.

 

Birlik əleyhinə olan bu şəxslər tələm tələsik hazırlanmış və başqalarını haqsız olaraq ittiham edən ziddiyətli yazılarını bir-iki web sitəsinə yerləşdirir, sonra da bu yazıları böyük bir hadisə baş veribmiş kimi email qruplarına göndərərək bundan həzz alırlar.

Yazıların birində oxuyuruq; 

"Rusiya, İran, Türkiyə, ABŞ və Əliev hakimiyətinin çabalarıyla dağılmağa yaxınlaşan DAK-ı qurtarmaq  mümkünmüdür?"

 

Bashqa bir yazılarında oxuyuruq ki, guya qurultaydan əvvəl Səbri Tebrizi, Obalı və bir iş adamı Türkiyədə görüşüblər, böyük miqdarda pul alınıb və DAK ın dağılması oradan başlayıb.  

Bu "qələm" sahiblerindən başqa bir yerdə yenə də oxuyuruq ki "DAK ı beş ölkə (Rusiya, İran, Azərbaycan, Türkiyə, ABŞ) yönətir"

 

Birincisi, görəsən bu DAK nə qədər nəhəng təşkilatdır ki, dünaynın iki super gücü sayılan Rusiya və Amerika onu dağıtmağa çalışsalar da hələlik nail ola bilməyiblər, ona görə də İran və Türkiyədən yardım alırlar, üstəlik Əliyev hakimiyyəti və Azərbaycan dövləti də kənarda qalmayıb.Bəlkə bu DAK ı dağıtmaq üçün Çin və Avropa Birliyindən də yardım istənilsin.

 

Ikincisi, bu DAK nə qədər zəifdir ki, bir nəfərin əli ilə dağılır.Burada deməliyəm ki, mənim Türkiyəyə son səfərim 2006 ilin mart ayında (Türksatdan fəaliyyəti dayandırılan GÜNAZ TV nin işləri üçün) olmuşdur və ona görə də belə böş və yersiz ittihamlara cavab verməyə məncə ehtiyac da yoxdur.

 

Üçüncüsü, DAK nə qədər mürəkkəb bir təşkilat olubdur ki, onu bir və ya iki ölkə idarə edə bilmir. Artıq Rusiya, Amerika və İran aralarındakı ziddiyətləri buraxıb və DAK ı idarə etmək üçün birləşiblər. Hələ bu azmış kimi Türkiyə və Azərbaycan da onlara yardım edirmiş?

Nə qədər ziddiyətli, gülünc və komik yazılar. Görəsən böyük həvəslə bu ziddiyətli yazıları yazıb email qruplarına göndərən barmaq sayı shəxslər, en azı yazıdıqlarını bir iki dəfə oxuyub  sonra web sitələrə yerləşdirmələri daha yaxşı olmazmıydı? yoxsa " babam mənə kor deyib, gəl gedənə vur deyib" etməyə nə zərurət vardır? Atalardan başqa bir söz də qalıb. " cəhənnəmə gedən dostunu da aparmag istər".

 

Dünya siyasətində izolə olmuş Iran, özünü başqa ölkələrə yapışdırmağa çalışır. Bu şəxslər isə əl ələ verib esil düşmanımız olan İran rejimini Azərbaycan və Türkiyə ilə bir yerə qoyurlar.Amerika və Rusiya özləri bilərlər, amma  Azərbaycan və Türkiyə DAK düşmanları ola bilməzlər. DAK ın əsas düşmanı cəhənəmə getməkdə olan Iran rejimidir. Qardaş ölkələrimizi ona müttəfiq edənlər millətə cavab verməlidirlər. Üstəlik, indiki  birliyimizi istəməyənlər DAK düşmanlarının siyahısında Azərbaycan və Türkiyənidə yerləşdiriblərsə,  dostlarını harda axtaracaqlar? Afrikada ya Latın Amerikasında?  

Bu şəxslərdən hər hansı məntiqli diskusiya və ya dialoq gözləmək çətin olsa da, ən azı istəyimiz ola bilər ki, lütfən adı çəkilən bu ölkələr sırasında son qərara gəlsinlər. Aya, bu 5 ölkə düşmanlardırlar, yoxsa DAK ı yönətənlər? Aya, bu  DAK o qədər güclüdür ki, Dünya onu dağıda bilmir,  ya o qədər zəifdir ki, bir nəfər onu dağıda bilir? DAK bir diaspora təkilatıdır və ya bir nəfərin atasından qalmış ticarət evi?  

Sonda, DAKın əsas düşmanı Iran rejimi onun dostları isə özündən olan Azərbaycan və qardaş Türkiyə olduğu halda, "bir nala, bir mıxa vurmağın” zamanı bitmişdir. 

 Artıq ”mus mus demək yerinə Mustafa deməyin zamanı çatıb. Birlik istəməyənlər, birlik prinsipləri üstündə çətinlik çəkirlər. Çünki bu prinsiplər DAKın xəttini açıq aydın göstərir. Heç olmasa bundan sonra DAK müstəqil təşkilat olaraq, beynəlxalq arenada lobbiçilklə məşğul olmalı, ticarət və ya siyasi alış veriş mərkəzi olmamalıdır. Iş görmək istəyənlər buyursunlar. Bu baş bu meydan.  

Düzgün prinsiplər üzərində birləşmələr tarixi zərurət və şəxslər üstündə didişmələr isə bu zərurətə zidd hərəkətlərdir.

 

 Əhməd Obalı