Urmuda Seçgilər və biz !

 

Sözə başlamadan öncə Azərbaycan milli hərəkatının bu mürəkkəb şəraitdə apardığı mübarizədə, özəlliklə batı Azərbaycanda qarşılaşdığı və bundan sonra daha da çətinləşəcək Kürd probləmi ilə bağlı “ Batı Azərbaycan Müdafiə komitəsi” nin fəaliyətini alqışlar, onlara bütün millətimizlə birlikdə uğurlar arzulayıram.

O bölgədə cərəyan edən proseslərə düzgün və uygun münsibət bildirən bu komitənin, zamanında yaranması özü – özlüyündə komitənin qurucularının zaman və məkan şərtlərini düzgün tərəzidə ölçməsindən xəbər verməkdədir. Şübhə yoxdur ki, bu mübarizlərlə birlikdə bütün millətimiz, özəlliklə batı Azərbaycanlıların baş verəbiləcək hər hansı bir istənilmiyən hadisələrə hazır olması gərəkməkdədir.

 

İsfənd ayının 24- də geçiriləcək seçgilərə münasibət bəhanəsi ilə qələmə aldığım bu məqalədə, əsas movzunun yanında bu gərgin vəziyətin yarnaması və yaradılması barədə də titiriyən barmaqlarımda oynuyan qələmin axmasının səbəbləri aydındır.

Onun üçündürki bu yazıda iki məsələyə toxunmaq istəyirəm.

1- Seçgilərdə iştirak !

Əsasən Güney Azərbaycanlıların mübarizə metodu demokratik qaydalara dayandığına görə, seçgilərin əhəmiyəti inkar edilməzdir. Ancaq hansı şərtlər altında iştirak edib və ya nə zaman iştirak etməmək qərarına gəlmək o günün və o bölgənin şərtlərindən asılıdır. Bunuda artırmalıyam ki, həmin demokratik mübarizə də zamanı gəldikdə özünü toparlıyaraq güc tətbiq etmək qabiliyətinə hər saat hazır olunmalıdır.

Fikrimcə bugün batı Azərbaycan seçgilərində Azərbaycan Türklərinin ciddi iştirak etməsi günümüzün zərurətidir. Baxmıyraq ki, istər İrandaki seçgi qaydaları və özəlliklə seçilənlərin öncədən təyin edilməsi, istərsə fars şovinizminin məntəqədə Türklərin əleyhinə apardığı oyunlar, istərsədə Əhmedi Nəjad hakimiyətinin qeyri insani davranışları seçgilərdə iştirakdan istənilən nəticəni almağa icazə vermiyəcək. Ancaq bir tərəfdən milli quvvələrin tanınmamış simalarından adaylıq qoyub imkan daxilində seçdirmək, bir tərəfdəndə müxtəlif vasitə və imkanlardan istifade edərək seçgilərdə milli hərəkatın təbliqtını aparmağın faydaları aydındır. Unudmamalıyıq ki, Dr. Əkbər bəy Ələminin nisbi olaraq, azda olsa milli haqlarımızı dilə gətirməsi faydalı olmuşdur.     2000 – də geçirilən məclis seçgilərində yaxından iştirak edib və bu məqsədlə fəaliyət edən milli hərəkətçilər bu siyasətin faydalarını özəlliklə Xoy şəhərində xatırlıyacaqlar. Onun yanında bəzən gücümüzü sınamaq baxımındanda bu amilin rolu dəyərli ola bilər. Geçən prezident seçgilərində durumu düzgün analiz edərək cənab Mehrəlibəyli bəyin namzədliyini dəstəkliyən milli hərəkətçilər onun qazandığı bir milyon yarım səs ilə bizim gücümüzü nisbi olaraq təyin etdilər. Qatılım oranlarına baxanda və Azərbaycan bölgəsində çoxunluğu qazanmasına diqqət yetirəndə azad bir seçgidə milli hərəkatın qat- qat yuxarı səs gətirəcəyi inkar edilməz bir həqiqətdir. Bu isə milli hərəkətimiz və hərəkətçilərimizə gələcəyin bizim olduğunu sübut üçün bir ürək qaynağıdır.

Bütün seçgilər öncəsi münasibətlərimdə də bildirdiyim kimi yuxarıda qeyd etdiyim məsələləri ölçü dəyəri qəbul edib- etməmək daxildəki mübarizlərimizin təfəkkür dairəsində formalaşmalı və şəraitə görə qərar verməlidirlər. Ancaq genə bütün seçgi öncəsi münasibətlərimdə bildirdiyim kimi “ batı Azərbaycanda “ Türk milləti seçgilərdə fəal iştirak etməli, bir tərəfdən daxildə güclənməyimizə bir tərfdəndə beynalxalq çəvrələrdə terorist Kürd dəstələrinin təbliqatını puça çıxarmalıdır. Ayrı yandan isə Tehran hakimiyətinin saxtakarlıqlarını əzib- ayaqlayıb öz üzünə çırpmalıdır.

Bu məsələyə bir az daha aydınlıq gətirmək, həmçnin hadisələri unutgan millətimizin unutmaması üçün bayaq işarə etdiyim 2000- ci il seçgilərində Urmudaki vəziyətin təhlilində yazdığım və 08.05.2000 tarixində “yeni Azərbaycan qazetində” dərc olunmuş “ İranda Demokrasi və Güney Azərbaycan” məqaləsindən bir bəndin aşağıda eynən təqdim etməyin faydalı olacağını düşünürəm. Artırmalıyamki, o məqalədə seçgilərin təhlili 9 bəndə ayrılmışdı, 8- ci bənd Kerdlərin seçilməsi ilə əlaqədardır.

“ 8- Urmu seçgilərində oyun oynanması; belə ki, əhalinin 15% - ni təşkil edən Kürdlərdən 15 nəfər, Türklərdən isə 60 nəfər adaylığın qoymuşdu. “ keşikçilər şurasi” Kürdlərdən ancaq 3 nəfərin, Türklərdən isə 60 nəfərin hamısını qeydiyatdan geçirib. Bölgədə ancaq 3 nəfər millət vəkili çıxacağına görə  Kürdlərin səsi bölünmədən ( Hər kəs 3 nəfərə səs verəbilər) ən çox səsi gətiriblər. Ancaq türklərin səsi ən azı 60/ 3=20 yerə bölünmüşdür. Nəticədə Mavanalı Fəttah pur 74027, yəni % 25.1 səs alaraq % 0.1 üstülük ilə birinci səs gətirən kimi vəkil olub. Fəttah Huseyni- Kürd , 60430 səs, Adil qarabuğlu – Kürd 57704 səs, Mir Mahmud Yekanlı – Türk 56182 səs və Xanim Şəhrəbanu İmani – Türk 50317 səs ilə ikinci mərhələyə qalmışlar.

Qeydiyat organlarının bu anti- Türk, anti- Azərbaycan hərəkətlərini və qışqırdıcı siyasətlərini millət başa düşüb, şiddətli etirazlar baş verib, milli duyguların təsiri altında anti Kürd hərəkata başlanıb. Urmunun məşhur imam cüməsi molla Həsəni xalqın tələbi üzərə Tehrana gedib və keşikçilər şurasının siyasətinə etirazını bildirib. Bilindiyi kimi adını çəkdiyim molla Həsəni 1979 –cu il inqilabında Urmu xanlığın Kürdlərin talanından nəcat verən adamdır. Bu etirazların nəticəsində keşikçilər şurasi ikinci adam –Kürd Adil Qarabuğlunu ləğv edib. Aydındırk ki, onsuzda əhalinin %85 – ni təşkil edən Türklər ikinci mərhələdə səslərinin bölünmə  təhlükəsi olmadığına görə öz vəkillərini qalibiyətlə seçəcəklərdi.  Çünki, bu mərhələdə hər kəs məcburi olaraq qalan dörd nəfərdən ikisinə səs verə biləcəkdi. Ikinci turda Azərbaycan Türklərindən Xanim Şəhrbanu İmani və Mir Mahmud bəy Yekanlının seçilməsi bu nəzəriyəni təsdiq edir.

Yuxarıda qeyd etdiyim Urmu əhalisinin % 85 –nin Türk olmasını 1988 və 89 – cu  illərdə o bölgədə apardığım araşdırmalar göstərdiyi kimi bu seçgilərdən əldə edilən nəticələrdə onun sübutudur. Urmuda səs vermə haqqı olan əhalinin sayı rəsmi qaynaqlara görə 490116 nəfərdir. Bunlardan 294070 nəfər, yəni % 60 səs verib. Bu rəqəm % 50-dən çox olduğuna görə seçgi baştmuş sayılar. Kürdlərin birinci adamı 74027 səs alıb. Məlum olduğu kimi istisnalar xaric, o bölgədə heç Kürd – Türkə, heç Türk Kürdə səs verməz, ancaq Kürdlər öz namizədlərini seçmək üçün  % 100- u seçgilərdə iştirak edər. Ona görə Kürdlərin nisbətin 74027/ 490116 x 100= % 15 hesablamaq olar.”

 

2- Batı Azərbaycan probləminin çıxış yolları !

Bu qonuya ona görə toxunmaq istəyirəm ki, təəssüflə milli hərəkatımızın bəzi fəalları, özəlliklə xaricdə yaşayan bəzi üzdən iraq təşkilat nümayəndələri bu probləmin əhəmiyətini idrak etmədən, geçmişini bilmədən, Kürd şovinizminin bugünkü durumunu düzgün tərəzidə ölçmədən, dünyada və bölgədə gedən siyasətləri elmi analiz etmədən bəzi yanlış davranışlara baş vurur və çox təhlükəli oyuna qol çəkirlər. Bu insanlara, geçmişdə bəzi ideologilərə inananlar, hətta kominist adına bəzi Kürd dəstərində fəaliyət edənlər, ondan da bətəri inqilabdan sonra hətta bu dəstələrlə Türk şəhərlərinə o cümlədən Urmu və Sulduza hücümlarda iştirak edənlərdə yer almaqdadır. İstər yuxarıda qeyd etdiyim səbəblər üzndən istərsədə şəxsi vəya təşkilati qazanç əldə etmək üçün bu işlərə qoşularaq diplomasi və müzakirələrdən söz açanlar bilməlidirlərki, doğruluq dərəcəsindən ən kiçik inhiraf, millətimizi uyduracaq və böyük faciələrə yol açacaqdır. Millətimizin bir bölümü bu müzakirələrə bel bağlıyaraq hazırlıq görmək yerinə uyacaq. Bugünkü durumda, metodolojisindən asılı olmuyaraq  millətimizin özünü müdafiə iradəsini zəyiflətmək ən böyük xəyanətdir.          

Şübhə yoxdur ki, bütün münaqişə və savaşların sonu müzakirə ilə bitmişdir. Ancaq bütün müzakirələrdə haq güclünüki olduğu kimi, siyasətdən başı çıxmıyan siyasətçilərdə uduzmuşdur. İran federal kongrəsindəki son hadisələr bunun kiçik miqyaslı ölçüsü olduğu kimi ağır şəraitdə belə zərbələrin genişlənəcəyi inkar edilməz və hətta cübran edilməz olar. Gərçi bugün artıq nə birinci vəya ikinci dünya savaşı zamanı və nə hətta 1978 – ci il inqilab zamani deyil. Şükürlər olsunki, Azərbaycan Türk milləti özünə qayıdıb, güclü bir dirçəlişlə öz millətini və torpağını necə qoruyacağını bilməkdədir. Bu səfər Kürd talanlarına imkan verimiyəcəyi kimi ayağını yorqanından uzun uzadanın ayaqları kəsiləcəkdir. Əminəmki Urmu ətrafındakı Kürd insanı bunu başa düşür və onları məhvə doğru aparan bu dəstələrin oyununa uymuyacaqdır.

Onun üçündür ki, müzakirə qaplarını dəvamlı açıq saxlamaqla birlikdə çıxış yolunu aşağıdakı kimi sıralamaq olar.

A-    Kürd dəstələri ilə hər hansi bir müzakirəni, onların anti-Türk, anti- Azərbaycan təbliqatlarının təmamən kəsilməsinə bağlamaq lazidir.

B-    Bati Azərbaycanda heç bir şərtə, müzakirəyə, təbliqata qulaq asmadan millət özünü müdafiə üçün silahlanmalıdır.

Pasdar , bəsic və ordu daxilindəki Türklərin bəzisi milli hərəkata bağlı olabilər. Ancaq başqanları başqalar və fərmanları düşmən əlində olan bu quvvənin milləti düzgün müdafiəsi inanılmaz və imkansızdır. Millət özü- -zünün qorumağa qeyidsiz şərtsiz hazırlanmalıdır.

C-    xaricdəki quvvələr birləşərək daha güclü və sistematik çalışaraq “ batı                                                                                           

      Azərbaycan” həqiqətlərin dünyanın qulaqlarına çatdırmalıdır.

D-  daxildəki quvvələr özəlliklə batı Azərbaycanda üç-üç, beş-beş mütəşəkkil olmalıdır.

 

Bütün bunlarla birlikdə bir daha vurguluyaraq inarıram ki, İraq Türkmənləri haqqında PKK- nin veridiyi son təhdid bəyanatı onların tam içindən gələn  arzudur. Gücləri çatarsa ondan bətəri Urmunuda gözləyir, ayıq- sayıq və hazır olmalıyıq.

 

Hörmətlə : Böyük Rəsuloğlu