DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN

                                                    ( 12 )

                         Güney Azərbaycan ulusal demokrat devlətindən sonra

                                                 Aydınlarımız

   

    Güney Azərbaycan ulusal demokrat devlətindən sonra, onun bayrağının uca tutulmasında  çoxlu ərdəmli kişilərin əməyi olmuşdur. Yuxarıda deyindiyim ərdəmli kişilər isə bu yolda ünlənmişləridilər. İslam devləti qurulandan sonra bu yolda çalışan bir neçə böyüyümüzlə ilgili düşüncələrimi sonraya saxladım. Ulusal devlətin yenilgisindən sonra onların ən öndə gələnləri Quzeyə sığınıb, qalan yaşamlarını orada sürürmüşdülər. Onların bir çoxu Ə.Tudə, B.Azəroğlu, P.Makui, S.Tahir, H. Biluri, M, Gülgün, prof.H. Məmmədzadə,..., kimi yazınsal çalışmalarıyla ünlənmiş, toplumun sevgisini qazanmışlardır. Ancaq bir çoxlarıda M, Birya kimi sibryanın çöllərində sürgün yaşamı sürdürmüşdülər. Quzeydə ünlənmiş olan yazıçı, qoşuqçularla ilgili çoxlu yazılar yazılmışdır. Biriyanın yaşamı gerçək bir ulusal ağlatıdır. Acunda kimsə onun acınacaqlı yaşamını yaşmadı. Sovetlər birliyi dönəmində işçilər günü olan “ bir mayda” Bakıda  törən alanına “ faşist bayrağıyla” şıxmaqda onun ulusuna inancından gəlirdi. O qorxmayaraq deyirdi “ Mən düşündüm bu gün işçilər günüdür, ancaq mən bu sosyalist, koministlərdən deyiləm . Hə! demək  mən Pişəvərinin millətçilərindənəm, Millətçiliyində ən uca zirvəsində faşist bayrağı durur.Demək mən neçə illərin içində faşist olmuşam. Ona görədə bu bayrağı düzəldib, ora gəlmişdim”.

“Biryayəm möhtəşəm Tərbiz diyarımdır mənim

Bu vətən uğrunda ölsəm iftixarımdır mənım “

      O bayrağı daşıyanların bütünü ümitlərlə qurulan devləti yaşmlrının sonuna kimi içlərində yaşatdılar. 

 

      TÜRK İLƏ TÜRKTAZ SÖZÜ FARS QOŞUĞUNDA  

 

Məşrutədən sonra Qəzvinli Arif kimilərin öndərliyində Türklərə qarşı yaraşmayan yazınsal deyimlər ortaya atıldı. Öncə bu konuya deyinmişdim.

     Yeni yaranan fars ulusçuları, geçmişlikdə yaşadıqları əsgiklikləri sözlərlə doldurmağa çalışdılar. Özləri üçün yalançı geçmişliklər uydurmaqla yanaşı, başqa uluslara   palçıq atmaqdan geri durmadılar. Məşrutədən sonra dayaqları boşalan Qacar Türk egemənliyi qırımların bu yanlış işlərinə olanaq yaratdı. Bu konuda da Avropın Türk qırımları onlara yardım etdiler. Bilimsəl açıdan yetərsiz olan fars ulusuyla yanaşı Türk ulusuda bu yalanlara aldandılar. Ancaq gerçəklər o uydurmaların ötəsində parıltılı biçimdə durmaqdadırlar.

     “Türk” sözü fars  qoşuğunda  yalnız olumlu(Müsbət) anlamda işlənmişdir. Bunun Türklərin egemen olmalarıyla bağlı bir ilgisi yoxdur. Bu qoşuqçuların gerçəkləri görüb , bənzətmələrində gördüklərinə dayalı tanımlama vermələrindən qaynaqlanır. Çün , Türklerin boylu puslu , ağ üzlü olmaları fars ulusu üçün bir nisgil olmuşdur. Buna görədə onların qomşuluqlarında yaşayan Türklərin bu  görünen yönlerilə yanaşı , üs düzeydə insanı yasalarıda onları şaşıtmışdır. “Türk” sözu firdosiden sonra bütün fars qoşuğunda “ gözəl”, “yaraşıqlı”, “uslu”, “bilikli” , ... kimi aşırı biçimdə olumlu anlamlarda işlədilmişdir. Bu konunu  fars qouğunda araşdırırkən onların bir yarışma içində olduğun görməkdəyik. Ancaq M. Meynəvi, S, Nəfisi ,... yazınsal araşdırmacılar “ Türk”, “Türktaz” sözcüklərinə varanda yorumlamadan geçmişlər. Ancaq bunlar Fars qoşuğunda geçiləcək sözcüklər deyildilər. Çün, bu bənzətmələr olumlu anlamda bütün Fars qoşuğunda qabarıq biçimdə işlənmişdir.

       Mənim indi əlimdə bu konuyla bağlı örnək azdır. Ancaq hardasa 25. il bundan öncə topladığım yüzlərlə örnək vardır. İndi  az olan örnəklərə dayanaraq  konunu yorumlamağa çalışacağam. Umaram Güneydə yaşayan gənclər bu konunu dah dərin araşdıralar. Bu konu ilə bağlaı Azərbaycanlıların bir neçə yazısını görmüşəm. Ancaq indi əlimdə qaynaq yox kimidir.

“ Nə qoftəmət ke be torkan nəzər mədar ey del

Ço tərke tork nə qofti təhəmolət bayət” (Sədi)

 “ Könlüm sənə Türklərə baxma demədimmi

Çün, Türkü buraxmamısan bu çətinliklərə dözəceksən”

      Sədinin burada işlətdiyi Türk sözü isə “gözəl” anlamında gəlməkdədir. Gənəldə fars qoşuğunda bu anlamada işlədilmişdir. Bu qoşuqda işlənən bənzətmə yorumsuzda aydın bəlli olur. Qoşuğun Yorumsuz , bənzətməsiz yazılışı belədir.

“ Könlüm sənə gözəllərə baxma demədimmi

Çün, gözəli buraxmamısan bu çətinliklərə dözəceksən.

      Göründüyü kimi yorum, yozum bu kimi yalınıdır(sadı). “Türk”, sözü yerinə “ gözəl” sözün qoyan kimi qoşuqçunun bənzətməsi aydınlaşır.

“ Əgər an torke şirazi bedəst arət delemara

Be xale henduyəş bəxşəm səmərqəndo buxara ra” (hafiz)

“O şiraz Türki mənim könlümü əldə edə bilərsə

Onaun hind xalına səmərqəndlə buxara şəhərlərin bağışlaram”

      Yuxarı qoşuqdada iki bənbzətmə var “şiraz Türkü”, “ hind xalı”  Burdada  “ şiraz Türkü” sözü yerinə “ şiraz gözəli” “Hind xalı”  yerinədə “ qara xal” yazılarsa yenə qoşuq açıqlığa qovuşar.

    “ O Şiraz gözəli mənim könlümü əldə edə bilərsə

    Onun qara xalına səmərqəndlə Buxara şəhərlərin bağışlaram.”

    “Hind” sözü fars qoşuğunda adlarda deyil bənzətmələrdə “qara”, “qaranlıq” anlamlarda gəlməkdədir. Bir sözlə “gözəl” , “yaraşıqlı”, ağ anlamını daşayan Türk sözünün qarşıtı olaraq işlənir.Qoşuqçular isə bu bənzətmədə aşırılığa belə varırlar. F. Əttar günəş bənzətməsində belə “Türk” sözcüyünü işlədir. Işıqlığa qarşı yenə oda “ hind” sozünü uyğun bilir.

    “ Torke ruz axər ço ba zərrin sipər

 Henduye xodra be tiğ əfkənd sər” ( F.Əttar)

  “ Gündüzün Türkü sonunda qızılı qalxanıyla

   Öz hindisinin başın kəsdı.”

Burada da qoşuq bənzətmələri “ Torke ruz”, “ henduye xod” deyımləridir. Biz birinci yerinə günəş, ikinci yerinə isə qaranlıq ( gecə) işlətsək qoşuqçunun əli açılar.

    “Günəş sonunda qızıl qalxanıyla

Qaranlığın( gecənin) başını kəsdi”

      Bu bənzətmələr Fars qoşuğund istənilən ölçüdə çoxdur. Öncə dediyim kimi “Türk” sözü bir yerdə də olsun pis anlamd işlənməmişdir. Anımsadəğşm görə Nizamidə 144 kəz “ Türk” sözcüyü bu anlamda gəlmişdir.

     Fars yazım yorumçuları sonralar aydın yorum olan “ Türk” sözündən qaçıb, “ Türktaz” sözcüyünə sığınaraq Türkə olan acıların çıxmağa başladılar. Bu konuda burunn suyun , ağız suyuna qataraq utqunmaqdan belə çəkinmədilər. Onlar “ Türktaz” sözünü yanlış olaraq dağıdan, qırın, öldürən kimi yanlış anlamda yorumlamışlardır. Yuxarıda verdiyim az örnəklərdə göründüyü kimi “Türk” sözü bənzətmə olaraq bütün yerlərdə “gözəl”, “ ağ üzlü” , taysız ( rəqibsiz ) anlamlarda işlədilmişdir. Gənəldə “ çirkin” , “qara üzlü” anlamında işlədilən” hind” sözcüyü qarıəsında gəlmişdir. Bilincli olaraq yanlış yoruma uğrayan bu söz, yenə fars qoşuğunda yaxşı anlamda verilmişdir. Bu soz fars qoşuğunda “gözəllıkdə taysız”, “çox ağ üzlü”, “gözəlliyindən insanı özündən edən” anlamdadır. Kimsə fars qoşuğunda “ Türk” sözünü yuxarıda verdiyim gözəl anlamlarda işlətdiyinə söz diyəməyəcəyi kimi, “ Türktaz” sözünündə bundan qaynaqlanmasına quşqu edəməz. Edərsə çelişgili düşüncə irəli sürmüş olar, buda məntiqsiz bir işdir.

     “ Mən an “ Torketazəm” ke hendu nədanəm ( Nizami)

   Mən hindlik bilməyən Türkəm

    Qoşuqçu belə demək istəmişdir. “ Mən çirkinlik götürməyən ( hindilik) o bənzərsiz gözələm ( Türktaz)

     Fars qoşuğunda “Türktaz” sözü belə gözəl anlam dışında işlənməmişdir.Ancaq bilimdə qırımçılıq edən farsçlar isə varsayımlar çeynəyib, tüpürməklə bilimə qara yaxmışlardır. Buda öncə dediyim kimi Rıza şahın farsçı bilginlərinin qanacağıydı( mərifətiydi). Ancaq bu qara yalnız onların öz üzlərinə yansıya bilər. Çün, fars qoşuğunda ulus  adı olaraq bu gözəl bənzətmə yalnız Türklərə işlənmişdir. Fars qoşuqçuları  gözəlliyi , yaraşıqlılığı qonşuluqlarında yaşayn Türklərdə gördükləri üçün aşırılığa varmıb, qoşuqların daşımışdılar. Bunada patlayıb, çatlamaq gərəkməz çün, belə görürdülər.

  Bir daha deyirəm Türk  sözü  , fars qoşuğunda çox yerdə də firdosidə olduğu kimi ad olaraq işlənmişdir. Nizamidədə çox yerdə ad olaraq gəlməkdədir:

“ Pedər bər pedə mər məra Tork bud

 Ze fərzanegi hər yeki qorg bud”

Mənim atalarım bütün Türküdürlər

Ərdəmdə , bilikdə birər qurdudular”

      Məhəmməd Rıza şahdan sonra düzənli olara “ Türk” adını qaralmaq üçün izləncələr yartdılar. Bu işə sonralar görsəl basınlarınıda qatıb, toplumda bu addan bir olumsuz anlam çıxarmağa çalışdılar. Ancaq Bilikli, ərdəmli Türkləri bu iyirəc iş etgiləmədi. Tərsinə onlara qarşıdurma istəyi  Türk ulusunda doğuldu. Türk ulusu bir anda olsun iş yerində, əsgərlikdə, küçədə bazarda “ Türkəm” deməyə öyünüb , bir birinin arxasında durdular. Yaşamın çətin anlarında olan əsgərlikdə sürəkli olaraq Türk , fars savaşı getdi. Bu savaşlarda Türk ast, üst subayları bir anda olsun farsın yanında olmadı. Bu anılar Güney Azərbaycan Türklərinin ulusal bəlləyinin altun yapraqlarıdır. Onlar bu anıları qabardaraq söləməkdən çəkinməz, tərsinə öyünərək ulusal mənliyinin bəlirtisi olaraq  yeri gəldiyində deyərlər. Farsçlıq kuramçıları bu ayrımı görməzdən , duymazdan gəlib, utanmadan tutduqları yanlış yoldan dönməzlər. Bu işlərilədə ulusal yaraya tuz basmış olarlar. Bu yolda onların ən ünlü qoşuqçuları , yazıçıları, insancıl siyəsətçiləridə yandaşlıq etməzdən çəkinməzlər. Səssiz qalanları isə bizə qeyqcı baxıb, forsları ilə poz verməyə çalışarlar. Buda onların yobaz aydınlıqlarının bir bəlgəsidir. Fars aydınları Türk dilini, əkinini ( kültürünü) , geçmişliyini bilmədikləri üçün, yobaz ulusçularının ağızına uyub , onlarla səsdaşlıq edərlər. Türk dilinin bilmsəlliyini bilmədən bu dilin bir ləhcə olduğunda dirənərlər.

     Hardasa 50. illərdə Ə. Şamlu yanılmıramsa “ sutudə” dərgisində bir yazıya belə yanıt vermişdir. “ Türk dilidə bilimsəl bir dildir. O dildədə insan istədiyini deyib, yaza bilir. Bu gün acunun ən öndə gələn qoşuqçularının bir olan N. Hikmət Türkcə yazıb, yaratmışdır”.

      Bu sözləri deyən ünlü qoşuqçu, 30 il ondan sonra  öz geçmişliyinin yobazı olaraq belə zırıldar:

“ Naməm Ərəbist

Koneyəm farsist

Qəbileəm Torkist

Qəbleəm şərməndeye tarix əst”

(Adım Ərəbdir

            Farsdır

Oymağım( soyum) Türkdür

Oymağım geçmişliyin üz qarasıdır.)

       Aydanın( arvadının) Türk qırımçılığının yeməklərindən , içməklərindən etgilənən şamlu,  yaşlı çağında belə yobazlığa varması şaşırdıcdır. Ancaq  bu yobazlığa yanlış geçmişlik bilgilərinində qatqısı az omamışdır. “ Ənuşirvane adil”, “Koroş to bexab, ma bidarim” kimi solqanlar istər istəməz Şamlununda ağulamış, bəlləyində belə bir yanlış düşüncəyə olanaq sağlamışdır. Bu sayrılıq  Türk qırımı olan devlətin qalın izləncələri sonucu bütün fars aydınına aşılanmış, onları Hitlerin sınlağına( məzarlığına) götürmüşdür. Bu sayrılıq kanser kimi kəsilib, atılmayana dək sağalan deyildir. “Kəsilmədən” anlatdığım yorum bireylərə ğzgürdür. Biz fars  qoşuğunda “ Türk”, “ Türtaz” kimi  varıq, fars qoşuğu bizdə yoxdur.

       Bizim aydınlarımız yeri gələndə fars ulusçularını bilikli yazılarıyla yerlərində oturtmuşlardır. Ancaq onların “ necəsən qanmayım, qalasan yana – yana” tutumları (tərzləri) bizi- biz, onları – onlar olaraq qalacaqlarını göstərmişdir. Buna görədə bu yolda güc itirməyə dəyməz. Atalar demişkən “ it, itliyindən əl çəksədə, sümük yediyindən əl çəkməz. Buna “ nə yazıq!” deyən biz olarsaq daha çox ayaxlara düşərik. Ayaqlara düşməmək üçün öz ulusal dəyərlərimizi sınıx , salxaq sazımıza kökləyib, acuna varlığımızı göstərməyə çalışaq. Bu yolda birinci özümüzü yaxşı tanıyıb, sonra başqalarıyla dəyərmi masalar arxasında güclü olaraq özümüzü tanıdaq.

 

  

                             İRAN İSLAM DEVİRİMİ DÖNƏMİNDƏ

                              ULUSAL İSTƏKLƏRİMİZ

    İran islam devrimi dönəmində bütün uluslar kimi Azərbaycanlılarda şahlığın yıxılmasını istirdilər. 55 il biyu Azərbaycan Türkünə əlindən gələn insanlıq dışı zülmü edən pəhləvilərin birinci qırımı Türklərdir. Buna görədə yenə ilk olarak canı alınmış , ancaq Türk  qanının gücüylə Tərbiz ayağa qalxdı. Tərbizin səsinə bir anda bütün Azərbaycan səs verdi. Sonra isə şah dirənmədən yelqovan kimi qaçdı.

 

                   XALQ MÜSALMANÇILIQ

 

 Şahın qaçışıyla Könüllərdə olan ulusal nisgilin harahları sevin çığlıqlarına dönüşdü. Tərbizin  , radyosu 32 il sonra  könül oxşayan Türkcəylə “ burası Tərbiz raduosu...” deyə Turk ulusuna səsləndi. Bu səsi dinləyən ulus könlündən dərin ahlarla ağrılar qalxtı. Bu işi yönətən aydınlar isə bütün bacarıqlarını topluma nitəliklə sundular. Televizor bu alanda  Tərbiz yoxsunluğun Bakının zənginliyilə topluma çətinlik çəkmədən boşqaba qoydu. Gözlər güldü , ürəklər bu doğmalıqla sevincə qanat çaldı. Dustaqlardan qurtulan aydınlar isə öz uluslarına yeni düşüncə ərməğanı verməyə çalışdılar. Yazıçı yazısıyla, qoşuqçu qoşuğuyla siyasətilə. Bu qarmaqarışıqda isə Azərbaycan siyasətçisi öz ulusal kimiliyini “ Xalq Müsalmanlıq” axımı yaradaraq göstərmək istədi. Bu axım solçusunu , sağçısını ulusalçı bayrağı altında birləşdirib, Azərbaycançılığa götürdü. Çox çəkmədən axımın özəkləri Azərbaycanın şəhərlərindən ucqar kəndlərə kimi  yayıldı. Çəkinmədən bütün Azərbaycanlılar “ Xalq müsalmançı” oldular. Azərbaycanda ulusal kimilik özünü doğrultmağa başlamımdı. Ancaq Tehrani yönəldən ingiliz siyasətçiləri bu qorxudan əl ayağa düşüb, axımı basqıya aldı. Paltarını dəyişən fars kuramçıları var güclərini qoyub din adına ilk olaraq bu axımı  durdurmağa çalışdılar. Axımın öncüllüyünə gətirilən kişinin “mən Pişəvəri deyiləm” kimi inamsızlığı çalışanların dirəncini yumuşatdı. Bundan sonra köynəyi sağ, sol qapıları arasında qalanlarda isə soyuyaraq Tehran siyasətinə yenildilər. Bir çoxlarıda yaxalanıb, öldürüldü. Ancaq qanları Türk ulusu üçün çırpınanlar nəsnəyə aladanmadılar. Yazıçılarla , qoşuqçular sonuna kimi bu yolun dönməzləri oldular.

   Ancaq ulusal yolun yazqançıları “Varlıq”, “Yoldaş” , “Dədə qorkud”, “ Ülkər”, “Koroğlu”, “ Günəş” , “Yeni yol”, “inqlab yolunda” kimi çoxlu Türkcə dərgilər Türkçülüğə bayraq qaldırdılar. Bu sevndirici durum Dədə qorqutda oğuz elinin çətin gündə düşdüyün anımsadırdı. Elə bil Qzan  xanın evin kafir yağmalayıb, anasın, arvadın, oğlun əsir aparmışlar. Qazan xanda  çətin durumda qarcıq çobanla birgə qırımla yalnız başına qarşı qarşya qalmışdur. Bunu duyan  seçgin oğuz ərləri  hərəsi bir yandan çapar yetib, qırıma at təpdilər. O dönəmdə də belə bir hava yaranmışdır. Bilən , bilməyən ulusal istəklərini öz dililə yazıb, topluma sunurdu. Sevinc sel kimi  aşıb, daşırdı. Ulusal bəlləklər  tozlarını silkinib, yeni quşağa günəşli günlərin yaxın olduğun hayqırırdılar. Bu hayqırışları alqşlayan gənclər isə sevincə doymadan ağız dadlandırırdılar. Ancaq buda çox sürmədi. İki illik sevinc dodaqlarda dondu. Bu kəz Fars kuramçılığı qılıq dəyişdirib, yenə ortaya çıxdı. Bütün yontuları( heykəlləri) “ islamda həramdır” deyə yığışdırıb, yalnız Firdosini ayaxda tutdular. Bununlada bunlarında yalnız “ palanının ayrı olduqları” bəlli oldu. Yenə ilk olaraq Türkcə yayınlara yasq qoyuldu. Türkcə yazanları Rıza şahın “kominist” qamçısıyla vurdular. Buna baxmayraq yenə bu işdə dirənmələr sürdü.

                  

                                  VARLIQ DƏRGİSİ  

 

     Varlıq dərgisi bu savşdan tutduğu ağıllı siyasətlə, birdə ağır toplarıyla dirənə bildi. Çün, bu dərgi siysi qoxu üstünə almadan əkinsəl ağırlıqla çəkinmədən üstlərinə gələnləri geri oturtdu . Onlar bir yandan yobaz fars kuramçılarıyla üz- üzə durub, bir yandanda Toplumu geçmişilə, dililə, əkinilə, tanış etdilər. Gerçəkdəndə onlar “ varlıq Akademiyası”(  Vaqif aslanov) yaratdılar. Bu akademiyada Azərbaycanın öndə gələn düşüncə adamları öz biliklərin könüllü olaraq sunmağa başladılar. Yeni yetmə gənclərin yazılarda ayrım edilmədən orada yayınlandı. Dr. Nütkü dildən qoşuqdan , yazımdan, Dr. Heyət isə yazımdan geçmişlikdən, dildən çağdaş durumdan yazdı.M. Ə. Fərzənə isə yazımdan, dildən, anılarından, K.M. Sönməz isə qoşuqların yaydı. T. Pirahaşımı yazımdan, anılarından söz edərkən, K. Mənzuri xameneyi atasözlərindən topluma ərməöan verdi. M. Savalan qoşuqdan, R.rəisniya, sərdarniya geçmişlikdən yazdılar. Ə. Kəmalı Telimxandan xələclərdən , İ. Hadi isə kənd uşağı kimi molla nəsrətdin oldu. Ancaq çəkinmədən farsçıların qarşısında bir yerdə dayandılar. Kimisi N. purcəvadini, İnayətullah rızanı, kimisidə Mühit təbatəbayıni, Vərcavəni yerində oturdular. Ancaq farsçılıq kuramçılarının başını çəkən devlət yönətimi sürəkli olaraq hədə qorxudan dalı durmadı. Bu basqıya  “varlığın” yönətimi işlərinə inandıqları, birdə ulusal  vurqunluğun verdiyi güclə dirəndilər. Tehran yönətimi yabancılığa boyuya bilmədiyi  bu aşılmaz qalanın  dirənişi önündə dalı oturdu. Bununlada  Farsçılıq quramçılarınıa  Türkün “ ağusunu” içirmiş oldular. Varlığın var oluşunda yalnız yuxarıda adların çəkdiyim deyil, bir çoxlarınıln əməyi olmuşdur. Ən çoxda tinsəl (mənəvi) dayağ olan oxuyucu kütləsi olmuşdur. Elə düşünürəm bu 30 ilə yaxın sürədə varlığın qapısın çalmayan Azərbaycanlı aydın elecədə varlığın girmədiyi Azərbaycanlı aydını evi olamışdır. Varlıq kimi uzun sürəli Türkcə bir dərgi düşünürəm daha çətin ola bilər. Umarım varlığın yaşı, əlliyə , yüzə vara .

      Varlığın yayılmasında bütün əməkdaşlarının böyük əməkləri sayqıyla anılmalıdır. Ancaq  İki  ulusal düşüncə yoldaşı olan Dr. H. Nütqı ilə Dr. C. Heyətin  əməkləri daha çox olmuşdur.

         

                       Dr. HƏMİD NÜTQİ (AYTAN)  

 

       Dr.Heyət “varlığın” yiyəsi olsada baş yazıları Dr. H. Nütqü  yazdı. Buda Dr. Heyətin , Dr. Nütqü ilə bağlı düşüncəsindən qaynaqlanırdı. Dr. Heyət , Dr.Nütqünü yaldaşı olmaqla yanaşı  alçaq könüllüklə yazılarında ustadı olaraq yazardı. O, Dr. Nütqnü taysız bir biliklik ( ensklopediya) adlandırardı. Çağın ən böyük Türkoloğu deyərək yoldaşını övərdi.

     Biz Dr. Heyətin yoldaş ilə bağlı bu övgulərini yalnız bizə qalan varlıq dərgisi aracılığıla dəyərləndirə bilərik. Dr. Nütqü ölümünüə kimi varlığın baş yazılarını yazdı. Bu baş yazılarda biz “ divani luğati türkü”, “qutadqu biliyi”,...eləcədə çoxlu “oğuz yazıtlarının”, bilimsəl yorumlarıla tanış olduq. Bütün bu yazılar başdan dibə kimi Güney Azərbaycan Türkü üçün yeniliyidir. Sözü gözəl yazım biçimilə yorumlayıb, oxucuda daha çox istək yaradırdı. Onun yorumlarında varsayımlara (fərziyələrə) , Olasılıqlara ( ehtimallara) yer verilmirdi. O, Yorumlarında bütün biliyindən yararlanıb, sözüü çılpaqlığıyla aydıncasına sunurdu. Onun bu biliykli , çox dəyərli işini  başqa yazqançılardə (qələmçilər) yüksək dəyərləndirirdilər. Minlərlə kişi quran yozumlarında dağa daşa düşərkən o, minlərlə quranı bitirimiş bir ərdəmidir (Kuhkən min tişəni künd eylədi bir dağ ilən  / mən qopardıb salmışam min dağı bir dırnağilən – Füzüli) . Yanlış anımsamıramsa çağdaş qoşuqçumuz H. Ə. Barışmaz  “Nəğmə dağı və istimarı”mı , yosa “ udumlu diriəiyi” mi Dr. H. Nütqüyə sunmuşdur. Bundan dolayı Barışmaz isə bütün yaradıcılığında öz Türkcəyə soyundu.

      H. Nütqünün bu işləri Toplanıb bitik biçimində çıxarsa, bu günün gəncliyi daha ondan verim ala bilərlər. O yazılar gerçəkdəndə yalnızın Güney Azərbaycanın deyil, Türk acununa Güney Azərbaycanın sunduğu ən dəyərli ərməğanlardır.

    Dr. Nütqünün birdə “ Aytan” adıyla qoşuqçuluğu vardır. Qoşuqçu Aytan Güney Azərbaycan qoşuğunun damğasını acun qoşuğuna olğun olaraq vurdu. Ancaq səssizcə. Onun varlıqda sonrada , bastırdığı bir bitikdə yayınladığı qoşuqlar bu sözün deyimində  ürəkliliyi mənə verir.  Onun qoşuq biçimi, çağdaş konulara nece deyinməyi , narın sözcüklərə yüksək ruhu aşılaması bunun göstərgəsidir. Türkcə sözlərin kökənini ( mitoljisini) dərindən bildiyi üçün istədiyi düşüncəni  axıcılıqla qoşuqlarında yansıdırdı. Bu yansıtmalar ustalıqla yumuşadılmış biçimdə yamaq olamdan duyğularla qoşuğa axtarılmışdır. Düşüncəylə duyğunun birləşimində yaranan qoşuq , oxcuya doğallığı verir, onda yeni dünşüncələrlə duyğular yaradırdı. Çağdaş qoşuğun ən bələirgən yönü olan  “anlamlı söz”dən qaçış ( aforizmadan) bütün yazdıqlarında görünməkdədir. Oxucuya sayqısından dolayı sözü, deyimi qızıl kimi incəldib parıldadır, saqqız kimi söz çeynəmkdən uzax durmuşdur. Qoşuqlarında konu çeşitliliyi , deyim çalarları , söz incəlikləri  taysız biçimdə ustalıqla işlənmişdir. Onun qoşuqları yalın(sadə) görünüşülə fəlsəfi , toplumsal, ulusal, siyasal konuları yığcamca içərmişdir. Aytanın qoşuğa içdənliyini  bütün yönülə dolğunca yansıtdığı doğma sözcüklərdə görmək olar.

     Aytanın qoşuqlarıyla  bağlı deyəcəklərim qaynaqsızlıq üzündən kısıtlıdır. Əlimdə olan “ Şeyx Məhəmməd” qoşuğu dediklərimə ışıq tutacaq gücdədir.

“Səninlə bir kitabxanada görüşdük,

  Göz yaşlarınla tanışdıq,

Və ikimiz də

Bir gözəllə sevişdik.

Sənin gözlərin yumulanda

Yetim buraxdığın dünyanın

Ağır havasıyla,

Bitməyən yasıyla

Böyüdüm.

Könlümə gecələr hökm etdi.

Mövsimlər eyni bəzən hüzünlə

Başlayıb

Bitdi.

Lakin gecələrimi xəyalınla doldurdum.

Gözümdə nur,

Dizimdə güc

Və ürəyimdə qurur oldun.

Amma gözlədiyin saat nəçün çalmadı?

Nəçün əkdiyin ağac dal budaq salmadı?

Yaralar sağalmadı?...

Və sağalmaz mənimdə qarayan yaram.

Dağ başlarını duman aldıqca...

Bayatılarım sinəmdə qaldıqca...

Mənə öyüt ver, ey ulu kölgə,

Gülləri savuran yelə nə deyim?

Səsni itirən elə nə deyim?”

    Bu “ Hamletin” çağdaş ağlatısının  Azərbaycan Türkcəsində bənzərsiz yorumudur.

 

                              Dr. CAVAD HEYƏT

 

 

     Doktor Cavad heyət  varlıq dərgisin açamaqla Güney Azərbaycan Türkünə yeni bir ulusal soluq gətirdi. O, mənəmlikdən uzaq sağ, sol demədən Türkcə düşünüb, yazan bütün yazıçlara , qoşuqçulara, araşdırmaçılara qucaq açdı. Yaşıyla başının ürünü olan yüksək bacarığını, dənətimini bu yola verdi. Ən yaxınlarının “ ölü diritmə”lərini gülümsəyərək qulaq ardı edib, “ mən yatan aslanı oyadacağam”la yanıt verdi. Bu yolda yüksək özverilə özdəksəl ( maddı), tinsəl ( mənəvi) güc qoydu. Çoxlarının bilincisiz olaraq “ qırım dəyirmanına su tökən” qaralamlarını duymazdan gəldi. Acunca ünlü cərrah doktor, ulusal bəlləkdən soyutlanmış olan Güney Azərbaycan Türkünün  yenidən düzəlməsinin gərəksiminə varmışdır.Buna görədə bütün gücünü əski Türk geçmişliyilə çağdaş Türk geçmişliyini birləşdirməyə çalışdı. Nəvayidən aldığı bir bardaq bala ( muhakimətül lüğəteynə) un bardaq bal ( muqayisətül lüğəteyn) qatıb, Güney Azərbaycan Türkünə içirdərək güc verib , qırıma qarşı qoydu. Bu böyük sağucunun(doktorun) toxdacları ( dərmanları) günü- gündən Türk ulusunda, ulusal kimilik  yaşamını sürdürmək istəyi yaratdı. Yazım geçmişliyindən yoxsun olan Güney Azərbaycan Türkünə “Azərbaycan ədəbiyat tarıxinə bir baxış” la kimlik verdi. Yüzlərlə çeşitli konuları içərən yazılar yazıb, gənclərə yön verdi. Devlətin yüksək görəvli fars kuramçılarına ulusal istəkdən dalı durmaq üçün nəsnə  ödünc vermədi. “Turançılığın” devlət dərgisində xəritəsin iki başlı yazqanla dərindən çizdi. Ulusal inancında yılmazlıq düşünməyən bu ərdəmli insan, canını , malını bu yolda qoydu. 20 yanvar olaylarına göz yaşı tökərkən, qarabağ olayında susqun olan Türkiyənin cumhur başçısının masasına ağırlığını qoydu. O, “ mən bu acını yaşamaq istəmirəm” deyərkən bir çoxları Bakıda , Ankarada görəv savaşındaydılar. Başqaları tətil günlərini amerikada , avropada geçirərkən o, qarabağ yaralılarının yardımına qaçırdı.  Onun bu əməklərini dəyərləndirənlər isə özü olan, ancaq acunda tanıtılmayan  Güney Azərbaycanın cumhur başçısı kimi sayqı qoyurdular. Quzey Azərbaycanla Türkiyədə Güney Adına düzənlənən bütün törənlərin ağ saqalıydı . Bu nədənlərlə ona Güney Azərbaycanda “ Dədə Qorqud” adı verdilər.  Onun gördüyü böyük  işlərin ölçü qab, ölç daşı olmadığından,  dəyər biçiminidə vermək doğru deyildir. Bir sözlə onun işlərinin nitəliyinə dəyər biçiləmədi, desək daha doğru olar.

     Bizdə çağşmızın dədəsinə öz dililə yöm verək: “ Qarlı qara dağların yıxılmasın. Gölgəlicə qaba ağacın kəsilməsin. Kamın axan görklü suyun qurumasın. Qanatların( Quzye,Türkiyə) ucu qırılmasın. Çaparıkən ağ boz atın büdrəməsin. Çalışanda qara polad öz kılıcın kəsmıəsin.

 

                                 Dr. MƏHƏMMƏD TAĞI ZEHTABİ

   

 

       Azərbaycan ulusal devlətinin  gənclər qolunun başçılığından uzun bir yolçuluqla yaşamını sürdürər. Sibryaya sürgün illəri, sonra Bakı devlət bilyurdunda öz dilini öyrənirkən “lenin qələt edib” ( yalnış edib) deməsi, sonrada bağdata öyrətmən olaraq getməsi. Bunlar Aydın bir Azərbaycanlının alışılmış yaşam öyküsüdür. O , ancaq yılamadı bütün çətinliyə . Ətəyində doğulduğu mişov dağı kimi ulusal ərdəmli duruşunu bir anda itirmədi. Çiynində daşıdığı ulusal devlətin  yemişlərindən söz anlayana bir pay verdi. “ El oğlu bağban”, “pərvanənin sərqüzəşti”, “şahin zəncirdə”,...kimi yapıtlarda duyğu , düşüncələrini ulusla paylaşdı.

“Su deyibdir mənə əvvəldə anam abki yoz

Yuxu öyrətdi mənə xabki yox

...

Buq oşuqla dildən dilə düşdü. Ancaq onun dilçi üzman olması , Tərbizdə gənclərə ümid ışığı oldu. Sonra bu ışıq günü- gündən  öz gevərəsini böyütdü. Dr. Zehtabi 45-46 illərdə olduğu kimi yenə gəncləri başına toplayıb, gizli ulusal çalışmaları yaşlı olduğu dönəmdədə sürdürürdü. Güney Azərbaycanın ağrı , acılarına  bildiyi toxdacı oda qoymasın bilən biriydi.

        Güney Azərbaycanlıya ən gərəkən konunun geçmişlik bilikliyidir. O, bu işə böyük özverilə soyundu. Ən olgun yaşını, dərin bilgisini , gecəni gündüzə qataraq bu işə verdi. Güney Azərbaycanlıya nisgil olmuş ulusal geçmişlik onun ərdəmindən yarandı. “ İran Türklərinin əski tarıxı” bu yapıt  qaralamlarla dolu fars geçmişliyini alt üst etdi. Türkə ulusal geçmişlik kimliyi verdi. Bu yapıtın bilimsəl araşdırmaları yalnız Güney Azərbaycan geçmişliyndə deyil, iran geçmışliyiondə də bir devrimidir. Bu yapıtla Güney Azərbaycan gəncləri ulusal havanı doyasına yaşamağa başladılar. Gənclər bu yapıtdan aldıqları güclə ulusal kimiliklərinə dah çox bağlı oldular. Bu yapıt yalnız farsın ağu karşıtı (padzəhr) deyildir, öylcədə Türkün güvəncə qaynağıydır.  Dr. Zehtabının çoxlu yüksək dəyərli  yapıtları varıdır. Ancaq onun bu dərin bilimsəl yapıtı isə “ququşunun son mahnısı” deyimini  özndə yansdırdı. Ulusal açıdan Ac , susuz saxladılan Güney Azərbaycan Türkü bu yapıtla böyük bir altun qaynaq tampışdır. Bu qaynaqdan su içən güney Azərbaycan gəncliyi, doğru yolda yürüməyi sürdürəcəkdir. Onun yaradıcısının əməkləri isə Azərbaycanın gələcək geçmışlıyində də onurla anılacaqdır. Dr. Zehtabi  Güneya Azərbaycan gəncliyinə aşıladığı ulusal güc, gələcəyin aydın günlərinin parlaqlığını göstərməkdədir. Bu gün Güney Azərbaycanda yüzlərlə gənc övünərək “ mənim üstadım” dedikləri Dr. Zehtabi, qocalığında da bir gənc Pişəvəri fədayisidir. O, bu fədayiliyi gənclərə aşılayb, Azərbaycan yazım geçmişliyinə böyük damğa vurdu.

 

 

       Dr. HÜSEYN MƏHƏMMƏDZƏDƏ SƏDİQ ( DÜZGÜN)

      

     Dr. Düzgün sovetlər birliyindən dönəndə, Bulqaristanda bir yontunun( heykəlin) kimliyini sorarkən “ Bu Türklərə qarşı savaşan bir ulusal ərəndir” yanıtını alar. Dr. Düzgün papağını yan qoyub düşünər “ hə demək dərəbəylik( feodalizm) ülkülərini bizə işçi qılığına ərdıb, axtarırlar. Buna aldanan... düşünər”. İstanbula gəlib qoltuğunda olan bütün əski bitikləri körpüdən suya atar. Sonra istanbulda Türk dilini öyrənib, Güney Azərbaycana dönər. Dönərdə nə dönər! Qoltuğunda “ yoldaşla” pəncərədən qovalanarkən, qapıdan “ Günəşlə, inqilab yoluyla, yeni yolla, bültənlə”..., dönər.

     Dr. Düzgün Altmışıncı illərin o altun cənclərinin yorqunlarından biri olsada, ulusal yolda  yorulmadan Səmədin, oxtayın, Behruzun yarım qalmış yollarını inamla sürdürdü. Bir yandan Firdosinin “ yusif züleyxasini” tapıb, farsçılıq yalançılarının üzünə çırparkən, başqa yandanda “ qara kitab”larla əski Türk yazımını gənclərlə tanışdı. Türkcə olsundeyə devlətin gündəclərində, qutandan, hədistən, islamdan nə gəldisə yazdı. O, yalnız bir Türkcəyə inanmışdır. Kim nə deyərsə desin o, bildiyini Türkcə olaraq yazıb sunmağı bir ulusal siyasət olaraq anlamış, açılan qapılara küsgün üz göstərməmişdir. Onun bu siyasəti sonucu  Türkcə bir çox devlət qapısından içəri girdi. Onu  yldırmağa çalışsalarda o, inamında döğru olduğu üçün yılmadı. Yaşm boyu minlərlə yazı, səksənin üzərində bitik, bir neçə dərgi , gündəc ondan bir yazı maşını yartmışdır. Bu yazı maşını J. Simnon kimi polisi roman deyil , anlamlı araşdırmalr aparmışdır. Onun bu araşdırmaları Bü gün güney Azərbaycan gəncliyinin bilimsəl qaynaqlarıdır. Çoxları Fars siyasətindən qorxarkən , o bir uzman kimi “suç özümüzdədir, bütün Türklar ulşaqlarını oxullara göndərməsələr devlət dizə gələr, bu iş çox çəkmədən yolunda olar”, deyər. Bu dəyərli bilim xocasının yazı  maşınının səsə sürəkli olaraq dahada ucalardan gəlsin. O, yaradıcılığıyla Güney Azərbaycanın ulusal gənclinə doğru yön verir. Onun çeşitli alanlarda yaradıcılığı ulusal geçmişliyimizin zəngin qaynaqlarıdır. Bu qaynaqlara dayalı düşüncə yönətməyimiz bizim gündəlik siyasətimizə doğru klavuz ola bilər. Dr. Düzgünün bilimsəl dəyərlərini bu gün ulusal gənclik doğru qavramlarla verməkdədir. Bunu Dr. Düzgünün  yaşamına yeni güc devingəni kimi görərək daha verimli çalışmaqla yanıtlayır. Onun bu işləri gerçək ulusçuluğa can verir. Oda bunla öyünür, yaradıcılıq yaşamını dahada gəzəlliklərə bəzəyir. Bunun uzun sürməsi bizim istəyimiz.

 

                                                                         Ardı var

                                                                         Ersan Erel