Appelesiya məhkəməsi  suçlandırılmış İbrahım Rəşidi(Savalan)-nin  huzuru olmadan təşkil olunub.

                

 

 Üçüncü  gün

2007 il Noyabrın 28

 

 

Öyrənci News:Azərbaycan milli hərəkat çalışqanı İbrahım Rəşidinin appelesiya məhkəməsi fəallın huzuru olmadan təşkil olunub.Cari ilin  noyabrının 14-də batı-Azərbaycan ədliyəsinin 10-uncu şöbəsində təşkil olunan appelesiya məhkəməsi 5-ay qəti həbs cəzasını  təsdiqləyərək  20-qamçı  hökmünü  50  min  tümən  cəriməyə dönüşdürüb.Məhkəmə  iclası  bir şərayitdəki  suçlandırılmışa  iştiraki  nədənilə heç bir çağrılış bildirisi verilməyib geçirilib. Azərbaycan  milli  hərəkat  fəallı    Xiyov (Meşkinşəhr) sakini İbrahım Rəşidi,gənclər milli örgütünə bağlı“Azər Topraq”adlı dövlətə ayid olmayan (N.G.O) araşdırma  mərkəzinin  yaradıcısı  və Urmu  bilimyurdunun “Ustad Şəhriyar“ dərnəyinin  qurucular  heyətinin öyəsi  olmaqla  yanaşı  4-dövr ardıcıl  ocağın  yazarı, ”Ulduz “ adlı öyrənci  dərgisinin  sorumlu  direktoru, “Bulut” jurnalının  baş  katibi, ”Baxış” və “Oyanış“ dərgilərinin yazıçılar heyətinin  üzvü  eləcədə  Azərbaycan  türkcəsində  Urmu  bilimyurdunda  təşkil  olunan  dil    ədəbiyat kilaslarının müəllimi olmuşdur.Fəal ötən ilin mayının 31-də Urmuda həbsə alınıb    2-ay  həbs və  dindirmələrə  məruz  qalandan  sonra cari  ilin  mayının 6-sinda Urmu  məhkəməsinin  102-inci  şöbəsi tərəfindən 5-ay qəti həbs və 20 zərbə  qamçıya məhkum olmuşdur.

-----------------------------------------------------------------------------------------

       Xoy şəhərində dövlətə ayid olmayan “Evrin “ adlı  Azərbaycan  araşdırma mərkəzinin yazarı 3-ay bir gün həbsə məhkum olub

   

 

 

 

Urmu News:Xoy şəhərində dövlətə ayid olmayan (N.G.O)”Evrin” adlı Azərbaycan araşdırma mərkəzinin katibi Şirzad Hacilu batı-Azərbaycan           appelesiya məhkəməsi tərəfindən 3-ay bir gün qəti həbsə məhkum olub. Shirzad Hajilo                                                                                                                                                

 

 

Şirzad Hacilu ötən ilin fevralının 21-də anadili günü münasibətilə  təşkil   edilmiş   piketlərdə   nümayişlərdə iştirak etdiyi zaman , İran İslam Respublikasının əmniyət quvvələri tərəfindən həbsə alınıb,15gün təcrid olunmuş kamarada saxlanıldıqdan sonra girov  qarşılığında azadlığa buraxılmışdır.Hacilu-nu Xoy inqilab məhkəməsinə başçılıq edən hakim  Novruzi bir  il  qəti   həbsə  məhkum  etmişdir. Verilən etiraz məktubu ardında Hökm Urmu appelesiya məhkəməsinin birinci şöbəsi tərəfindən 3-ay bir gün  müddətinə  azaltdırılıb.Qiyabi adlanan məhkəmə suçlandırılmışın huzuru olmadan hakim Əkbəri  və hakim  Hacızadə-nin  başçılığılə geçirilib.

 

Eləcədə  eyni  tarixdə, oğluila  birlikdə  həbsə  alınan fəallın  atası  isə öncələr Xoy inqilab məhkəməsi tərəfindən 2.000.000 riyal İran pulu dəyərində cəriməyə məhkum olmuşdur. 

 

Başqa tərəfdən “Evrin “ araşdırma mərkəzinin digər yazıçısı İbrahim Cəfərzadə Xoy inqilab məhkəməsi tərəfindən aldığı bir il  həbs, iki  il  Berazcan şəhərinə  sürgünlük  və 3-il siyasi –toplumsal çalışmalaradan və bir dövr parloman və şura məclislərin seçimlərindən  məhrumçuluq  hökmünə  etdiyi etirazi ardında batı-Azərbaycan appelesiya məhkəməsinin son qərarın gözləyir.

--------------------------------------------------------------------

İran kütləvi qırıcı göydələnlərini Qafqaz və Avaropa ölkələrinə tuşlayıb.

İranın raketləri güney Azərbaycan ərazisində yerləşdirilir.

                                                                           

birinci gün

2007 il noyabrın 26

Milli şura:Azərbaycan-İran sərhəddlərində yaşayanların və geçirilən hərbi tədbirlərə öz gözlərilə özəlcəsinə Xodafərin və Aslanduz bölgəsində  şahid olanların verdiyi xəbərlərə,eləcədə batı Azərbaycandan aldığımız raportlara əsaslanaraq, ırqıçı  hakimiyət  adı  çəkilən  rayonlardada  raket-tullayan səkkilər tikir.Müşahidəçilər Xodafərin və mahalın urmanlı  təpələr  arasında  yerləşən  yaşıllıqda  yaxlaşıq  10-göydələn  səkkisinin  tikintisin  xəbər  verirlər.

Eləcədə Azərbaycan öyrənci hərəkatının raportu əsasında ABŞ-İran münaqişəsinin gerginləşməsi, Amerikanın hərbi-nizami təhdidləri ardında hərbi müdaxilənin  ehtimallarının  güclənməsi, İran  hakimiyətini  çoxlu  sayda  ağır, möhtəşəm və gəlişmiş raket-tullayan cahazlar Əhər ətrafindakı dağlıq bölgəsində tikdirməsinə getirib çixarıb. Tədbiri hayata geçirən İran İnqilab gözətçiləri  quvardiyası  “Sepahe Pasdaran”-nın  nəzarəti  altında  çalışan “Aşura” adlı şirkət Əhərin 15-kilometrasında olan “Qələndər” və “Qalacıq” kəndləri arasında yerləşən  dağlarda  qazıntı  işləri  aparır,  bir-birindən 100-150 metir aralı olan bir girişli tunellər qazıb lağım açır.Tunellərin  başqa  tərəfindən  geriş  imkanı  yoxdur    kapalıdır.Adı  çəkilən  lağımlarda möhtəşəm  göydələn  tullayıcı  cahazlar  relslər  üzərə  yaraşdırılıb  və kəşov ya sürəngəc kibi  tuneldən  dışarı  çıxıb atəş açıb birdə geri qayıda bilir. Xatırlatmalıyıq ki bu tədbir top sekret və həddən aşırı gizli saxlanılır və butun çalışanlar karantin olaraq göz altında saxlanılırlar.nəzərə belə gəlir ki İranın kütləvi qırıcı göydələnləri arazın otayı və batıda yerləşən ölkələrə tuşlanıb.

---------------------------------------------------------------------------------------------------------------------

Azərbaycan milli hərəkatın iki fəallı Makıda dustağa göndərildi.


Savalan Səsi: Urmu News-un muxbirinin   Makıdan   verdi   raportu   əsasında,  bu  şəhərin   yerli  siyasi  çalışqanlarından  ikisi  Makının  türməsinə  göndəriliblər.

 

Azərbaycan    milli    hərəkat   fəalları  Möhsen   Hüseynzadə  (Dəmirçi)  Təyyib   İbrahimzadə  ötən  il  məktəblərin  açılışı münasibətilə,anadili, Azərbaycan   türkcəsinin   məktəblərdə  tədrisinə,  təhsilinə   rəva   görülən   qadağalı  ırqıçı   siyasətlərə   qarşı   düzənlənib  geçirilmiş  nümayişlərdə  İran  islam Respublikasının   əmniyət  quvvələri tərəfindən həbsə alınıb,neçə  gün  geçəri  olaraq  türmədə  saxlanıldıqdan  sonra  girov  qarşılığında  azadlığa buraxılmışlar.

 

İnqilab məhkəməsindən 6-ay qəti  həbs cəzası alan bu iki milli  hərəkat   fəallı  10-gün bundan öncədən hökmün yerinə çatdırılması nədənilə Makının türməsinə  göndəriliblər.

--------------------------------------------------------------------------------------------------------------------------

İran bəzi gonşu ölkələrə ültimatom edib.

 

 

 

Əsri İran: İran  bəzi qonşu  ölkələrə  özəlliklə  ərəbi   məmləkətlərə  ABŞ-in  İrana  qarşı ehtimali  hərbi  müdaxiləsi   təklifdə,  işdaşlıq   etmələri  haqda, ültimatom   edib.  İranın mövqei,rəsmi və aydın əlbəttə  şifahi  bu  ölkələrə  elan  olunub. Ültimatomun  təfərruati açıqlanmasada  deyilənlərə  görə  bu  şəfahi  bildiridə qonşu  ölkələrə  xəbərdarlıq   edib. İrana  qarşı  hərbi  saldırmada  düşmən  hərbi  istifadələr üçün  qonşu ölkələrin  torpağı

və ya göyündən yararlanırsa,İran  həmən  ölkələri  düşmən  sanıb  “ölkəsini  savunmaq” əslinə söykənərək onlara qarşı hucuma geçəcək.İran sözlərini qonşularına  belə  çatdırıb ki  bu ölkələrin xarici siyasətləri çərçivəsində başqa ölkələrlə eləcədə ABŞ-la  diplomatik elaqələrinə  sayqıla  yanaşır  lakin  ölkəsinə  qarşı  ehtimali  verilən  hərbi hucum həyata  geçirsə , mövcud imkanları ABŞ-in ixtiyarında qoymasını  qonşularından unmur.

--------------------------------------------------------------------------------------------

Doktor Məhəmməd Əli Heydəri 29-gün həbsdən sonra dustaqdan azadliğa buraxıldı.

 

 

Savalan Səsi:Əlimizə çatdıyı bilgilər əsasında Azərbaycan milli hərəkat çalışqanı cənab Doktor Məhəmməd Əli Heydəri 29-gün həbsə dözəndən sonra,ötən gün  500 milyon riyal İran pulu və ya 53476  ABŞ-  dolları  dəyərində  girov  qarşılığında  “Evin” türməsindən azadlığa buraxıldı.

 

Azərbaycanın  mədəni  hərəkat  fəallı  cənab  doktor  Məhəmməd  Əli  Heydəri  cari  ilin oktyabrının 27-də İran İslam Respublikasının təhlükəsizlik orqanı ettelaat-in məmurları tərəfindən  həbsə   alınaraq ,  evin   türməsinin   209-uncu   bölümünün   təcrid  olunmuş hücrəsində nəçə onlar gün,ağır ruhi-fiziki  işkəncələrə məruz qalaraq saxlanılmışdır.

 

Xatırlatmalıyıq   ki  cənab  doktor  Məhəmməd   Əli   Heydəri   Təbriz    Marağə  azad universitetlərində  uluslar arası diplomatik əlaqələr və huquq elmləri  öyrətməni  olaraq yardım nazirliyin yüksək rütbəli əməkdaşı çalışır.

-------------------------------------------------------------------------------------------------

Nağadeydən son xəbərlər:

 

Qəhrəman Qənbəri haqda qamçı hökmü yerinə yetirilib.

Əmir Farahanı bir il həbsə məhkum olub.

 

Urmu News:Sulduzdan (Nağadey-dən) əlimizə çatan xəbərlər əsasında Azərbaycan milli hərəkat fəallıQəhrəman Qənbəri-yə verilən 50-qamçı hökmü yerinə yetirilib.  Qəhrəman Qənbəri ötən ilin fevralında bütün dünyayə tanınmış  anadili  günü  münasibətilə, Urmu gölünün  güneyində  yerləşən  Nağadey  şəhərində  düzənlənib geçirilmiş  piketdə  iştirak etdiyi  ucundan  həbsə  alınıb    sonrada  girov  qarşılığında azadlığa buraxılmışdır.Bu siyasi çalışqan İslami İnqilab Məhkəməsi tərəfindən 50 qamçıya və bir milyon riyal İran pulu cəriməyə məhkum olmuşdur.

 

“Uluslar   Arası  Əfv   Təskilatı  “ 2007-inci   ilin   martında   verdiyi  bəyaniyədə, anadili günü ərəfəsində həbsə alınan Azərbaycanlı siyasi fəallarının sayını ASMƏKin raportuna  əsaslanaraq   Urmu  və Nağadeydə 75 –nəfərdən artıq  elan edib. Elə  həmən  bəyaniyədə 25-nəfər  Nağadey  şəhərində  tutuqlanan  fəallın  ,özəlliklə  Qəhrəman  Qənbəri  Adil Allahverdipur-un durumunundan nigəran olduqların söyləyib.Uluslar arası  əfv təskilatı bəyaniyədə anadili günü münasibətilə təşkil edilmiş nümayişlərdə  iştirak  etməyi  güney Azərbaycanlılarının qanunlu haqqi sanıb.

 

Nağadeyli  siyasi  fəal    cari  ilin  may etirazlarında öz şəhərlərində həbsə alınıb və bir aydan artıq Urmu və Nağadey “ettelaatın“türməsində saxlanılan Əmir Fərahanı inqilab məhkəməsindən bir il qəti həbs cəzası alıb. Əmir Fərahanı evli və iki evlad atasıdır.

 

Nağadeyli  kültür  çalışqanı    incəsənət  sahibi    bəstəkar Sirus Səyami cari ilin may etirazlarında  Nağadeydə  tutuqlanıb    neçə  həftə  həbsdə  saxlanıldıqdan sonra girov qarşılığında azadlığa buraxılmışdır. Fəal 3-ay bir gün  həbsə və 3.000.000 rial İran   pulu cəriməyə   məhkum   olub. Bəstəkar   Sirus   Səyami   universitetdə   geçirilən    törənlərə hazırlayıb ifa etdiyi Azərbaycanlı  milli  musiği  parçaları  nədənilə  davamlı  İran  İslam Respublikasının təhlükəsizlik orqanlarının basqılarına məruz qalmışdır. 

 

Cari ilin may etirazlarında Nağadeydə  tutuqlanan başqa fəal Behzad Qoçayi bağışlanıb.

 

Jurnalist    qeyri  dövləti  tədris  olunan  Azərbaycan  türkcəsi    ədəbiyat  öyrətməni eləcədə  qeri  dövləti  “Bilim Yolu”  araşdırma  mərkəzinin   Nağadey  təmsilçisi  Mir Əli Rizayi Urmu inqilab məhkəməsində neçə sayda  muhakiməsi  ardında  indidə  məhkəmə qərərın gözləyir.

 

Xatırlatmalıyıq  ki  ötən ilin may etirazlarında umumiyətlə qətlə  məruz  qalan  fəalların şəhadətindən bəri fəallar və ailəri və şəhidlərin yaxınları ağır  nəzarət  altında  olduqları nədənilə bu şəhərdən xəbərləri başqa  hərəkatçılara  çatdırmaq  böyük  çətinliklə üzləşib durum   addı halına qayıtmayıb. Hali hazırda ən azı 4- Nağadeyli  fəal Abdullah Abbasi cavan başda olmaqla  həbsdədirlər.Universitet müəllimi və Nağadeyli milli hərəkat fəallı Abdullah Abbasi cavan 3-aydan artıqdır ki “Evin “ həbsxanasında saxlanılır.Bu müdət sürəsində onun vəkillə təmin olma haqqı əngənllənib.

---------------------------------------------------------------------------------------------------------------------------------

Azərbaycanli siyasi fəal Şahin İsmailpur həbsəalınıb

 

 

2007.Noyabrın 24

say: 86-444

 

Azadlığın adila

 

Savalan Səsi : Əlimizə  çatdıyı  məlumatlar  əsasında  Şahin  İsmaili  Azərbaycanlı  Türk siyasi çalışqan, 4-uncu gün saat 11-də İran  İslam  Respublikasının  təhlükəsizlik  orqanı “ettelaat”quvvələri tərəfindən həbsə alınıb. Azərbaycanlı  Türk siyasi fəal Şahin  İsmaili öncələrdə  siyasi  çabaları  ucundan 6-ay  həbs və 50-qamçıya  məhkum  olmuşdur. Bura dək  çeşitli  nədənlər  ilə  qazamata alınınan  fəal indi 48 saatdır Xiyav (Meşkin) əmniyət quvvələrinin türməsindədir.

 

Azərbaycan  milli  hərəkat  fəallarınin  dinc  çabaları  ucundan  həbsə  alınmasın İranda çalışan insan  haqları müdafiəçiləri pisləyib məhkum edərək Şahin İsmaili-nin  dərhal və şərtsiz azadlığa buraxılmasın istəyir.

---------------------------------------------------------------------------------------------------------------------------------

   Güney  Azərbaycanın siyasi-təhlükəsizlik

   durumundan son yekunlaşdrıma. 

    Azərbaycan  öyrənci  hərəkatının  çalışqanı  Ehsan Təbrizli

 

2007 il noyabrın 21

Tərcümə :C.Azəroglu

 

Milli Şura:Son çağlar,hədə, həbs və incitmələrın ,Azərbaycanın milli kütləvi və  öyrəncəl hərəkatının  çalışqanlarına   eləcədə  işçi  fəallarına  qarşı  dalğalanmasına şahid olsaqda təpki-etirazların daha ürəkli güclənməsində görürük.Aldığımız  insanhaqları   öyrəncsəl və   işçi   hərəkatı   qaynaqlarından  xəbərlər  əsasında,  son  həftə  güney  Azərbaycanda həyəcandolu  həftəidir.

Təbriz  bilimyurdu  davamlı  ölkə  və universitə təhlükəsizlik nəzarəti altında olsada,son həftə  öyrəncilər  Azərbaycan   Araşdırmalar  Dərnəyinin  seçgilərin   geçirə  bildilər. Bu dərnək   ötən   ilin  mayının  11-nə   Azərbaycanlı  öyrəncilər   tərəfindən  qərar  verilmiş “Azərbaycan öyrənci  günü “  ərəfəsində   universitetin   anti-kültür   siyasətlərinə  qarşı  geçirilmiş piket və etiraz nümayişləri ardında geçəri  olaraq  bağladılmışdır.Adı   çəkilən dərnəyə toplaşanlar,  Azərbaycan  kültür    mədəniyətinə  maraqlı  olan  Azərbaycanlı öyrəncilər,təmamilə dinc və mədəni yollardan yararlanaraq öz milli varliqlarin qoruyub saxlamaq istəyirlər.

Azərbaycan öyrənci hərəkatının internet  xəbərqaynağı  “Öyrənci News”un  verdiyi  son məlumatlar əsasında təhlükəsizlik orqanlarının basqıları  ardında “Səhənd” adlı  kültür dərnəyi  bağladılıb. Təbriz   bilimyurdunun  Əkinçilik  Fakultəsinin   böyük  tənəbisində geçirilən  bu  dərnəyin  həftəlik  toplantısı, ırqıçı  siyasətlərə  qarşı  durub milli  kimliyin  müdafiə  edənlərin  düşərgəsi  olmuşdur.Rejim  bu  dərnəyin  çabaların   dayandırmaqla birdaha dəncəyinin nə qədər dar olduğunu, kapasitesinə hətta bir  kültür ocağınin   dinc çabaları siğmadığı sərgilədi.Başqa tərəfdənisə öyrənci kültür çalışmalarına nəzarət edən orqanın “muavinət “ və ya yünətim yardımçısı olaraq bir tanınmış təhlükəsizlik məqamı mənsub oldu . Bu yeniləşmələr ,dəyişmələr ardında qadınlar məsələsilə ilgələnib  onların huquqların savunan “Tələngər “dərgisini bağladılar.Dərgi nəşrinin qadağası ardında üc Azərbaycan öyrənci hərəkatının çalışqanı  universitetin  inzibati  komitəsinə  çağrıldılar.

Urmu və Tehranın şəhid Rəcayi bilimyurdlarindan aldığımız bilgilərə söykənərək bütün törədilmiş   çətinliklərə   rağmən  Azərbaycan  türkcəsində  mətbuatın  yayınına    özəl kültür törənlərinin geçirməsinə  bacara biliblər.Öyrənci News internet xəbər qaynağının verdiyi məlumatlar əsasında Urmu  universitetinin Azərbaycanlı  öyrənciləri  tərəfindən kültürsəl,toplumsal eləcədə ədəbiyatımızla əlaqədar yazılar    qoşmalar  yayınlamasila   uraşan  “Səhənd” adlı dərgi nəşr edilib öyrəncilər arası paylanıbdır.Bu  dərginin  yayını  öyrəncilər arası böyük  maraq    istəklə  qarşılanıb. Görəvli  nazir  heyətlər  tərəfindən neçə öyrənci dərgisinin bağladılması ardında,Səhəndin yayını yeni bir ruhiyə əhvalat və nəfəs almaya universitet havasında hayat bağışlayan hal yaratdı.Bu sayda çeşitli  yazılar örnək  üçün  “Sumer-Türklərin” tarixi,”Aşıq “sənəti,”Türk dilinin qayda-qanunları “və millətsevərlik qonuları dərc edilmişdir.

Öyrənci   News-un   raportu  əsasında,  Tehranın  Rəcayi   universitetində  Azərbaycanlı öyrənciləri  təqdim etmə  münasibətilə  geçirilən  iclasda  “İnam” adlı öyrənci dərgisinin direktoru “Seyyid Mustafa Cəmşidi “öz məruzəsində Azərbaycanlılara qarşı  yürüdülən antitürk    pozucu  karakter  daşayan  siyasətlərin   örnək   üçün   cəfəng      dəyərsiz mizahlarin geniş miqyasda hakimiyətlərin  mediya vasitələrində  söylənilməsin    şərif AzərbaycanTürk millətinin dilinin məktəblərdə  təhsil olunmasına maneçilik  törətməsin   diyərək bu politikanın“Rizaşah Pəhləvi”zamanından başlanmasına işarə edərək bu həsas     etginələkli  durumda Azərbaycan   öyrəncilərin   ayıq-sayıq   olmağa   çağırıb, Azərbaycanın  kültürün    türkü dilinin yaşatmasına kimlik, tarix,və dil haqda oxuyub araşdırmalar aparmasın, ətraflarında geçən  qonulara maraqsız olmadıqlarin önərləyib,  mədəni və demokratik durum  yarada  biləcək  türkü-farsi  öyrəncsəl  mətbuatla işdaşlıq etmələrin  istəyib.

Eləcədə mətbuata nəzarət edən heyət ,rəsmi olaraq,“Dilmac”  adlı  dərginin  basın-yayın iznini, dərginin imtiyazına yiyəli şəxsin səlahiyətli  olmadığın söyləyərək  batil elan  edib.

Dilmac  dərgisinin  avqatı  Məhəmməd  Əli  Dadxah  İranın  xəbər  agentliyi “Mehr”-ilə danışığında qonunu elan edərək deyib:”Dilmac bir toplumsal və araşdırıcı  dərgi  olaraq ölkənin hər yerinə ayid dərgi kibi Təbriz və Tehranda basınır.Bu   jurnalın   basın-yayın izni  mətbuata  nazir  heyət  tərəfindən  dayandırılıb.Dərginin   nəşrinin  dayandırılması haqda rəsmi olaraq bu heyət tərəfindən bizə bir şey söylənilməyib.Onlar yalnız  dərginin imtiyazına malik şəxsin yararlı olmadığını qeyd  ediblər.”

Dərginin  avqatı  heyətin  belə bir yanaşmasın tənqid edərək deyib:”Dilmac dərgisi bura dək neçə saylarda yayınlanandan sonra mətbuata nazir heyətin qərarı  təəccüb  edicidir.

Dadxah mətbuata nazir heyətin işini ölkənin əsas qanunlarının 168-inci maddəsinə qarşı olduğunu vurğulayaraq deyib:Əsas qanunun bu maddəsinə görə qanun yanlız mətbuat münsifə heyətin  huzurunda təşkil  tapan  açıq  məhkəməni  belə  bir  qərarın  verməsinə  səlahiyətli tanıyır.Qanunverici orqan  belə bir haq”mətbuata nazir   heyətə”  tanımayıb. Xatırlatmalıyıq ki Dilmac dərgisi Azərbaycan  milli  məfkurəli gənc aydınlarının  Təbriz şəhərində bir türlü rəsmi jurnalıdır.

Öyrənci News siyasi məhbuslar haqda yazır:”Məhbus jurnalist Səid Mətinpur-un hayat-yoldaşı xanım Ətiyə Tahiri Azərbaycan  öyrənci  hərəkatı  fəallarının  birilə  danışığında “15   gündən  artıqdır  Səidlə  tilifun  bağlantısı  yaratmaq  olayıcı  deyil  “ söyləyib. Səid Mətinpur yaratdığı son tilifun bağlantısında anasına müddəiye umumçuluq onun vəkillə təmin olma  haqqın  əngəlləmə   nədənilə   vəkalətnamənin   imzalamasına  icazə  vermir  söyləyir.Zəncan  türməsində  olan   məhbusların   ailə   üzvlərinə    bu   şəhərin  ədlliyəsi  tərəfindən  deyilmişdir istənilən girov və ya  vəsiqəni  getirdikləri  təklifdə  əzizlərini  ala biləcəklər. Bu  dəfədə  ailələrin  vəsiqəni  hazırlamaqlarına   rağmən   “Ettelaat“  orqanı Azərbaycanın siyasi məhbusların azadlığına mane  olub. Başqa  tərəfdən  Öyrənci  News elan edir ki Təbriz inqilab apelesiya məhkəməsində olan hakim  “Huşyar” milli  hərəkat fəallı Huseyn  Əhmədiyan-a  verilən 3-il həbs  cəzasin  4-il  şərti  həbs  qərarına  eləcədəə Məhəmməd Riza Məhəmmədxani-yə  verilən  2-il  azadliqdan  məhrumçuluğu  3-il  şərti həbs cəzasına dönüşdürüb. Huseyn  Əhmədiyan(Artum Dinc)35 yaşındadır və subaydır. Fəal Türkiyənin Hacəttəpə bilimyurdunun toplumsal elmləri fakultəsinin yüksək rütbəli təhsil alan sosiyaloqiya öyrəncisidir.Bu hərəkatçı ötən ilin may etirazlarında tutuqlanıb və bir müdət  həbsdə  saxlanıldıqdan  sonra  girov  qarşılığında  azadlığa  buraxılmışdır.

 Məhəmməd Riza Məhəmmədxani isə may etirazlarında iştirak etdiyindən öncə 2-il həbs cəzasi alib və verilən qərara apelesiya məhkəməsində  etiraz  etdiyindən   öncə  9-ay qəti həbs cəzasına  məhkum oldu və nəhayət qərar  2-il şərti  həbsə  azatdırıldı. Bu iki  fəallın vəkalətin avqat Nağı Məhmudi öhdələnmişdir.Yazının sonunda  Təbriz  işçilərinin  piket geçirdikləri    işçilərin  zərərinə  dəyişdirilmiş  qanunlara  etirazları, Azərbaycan  milli hərəkatı Azərbaycanlı işçilərə emal olunan ikiqat  zülmləri vurğulayaraq yardım etmək məqsədilə  bu nümayişlərə qatıldığı da söylənilir.