21-ci esir gencleri …

 

Tarix boyu bütün millətlər içrə , yaşlı və gənc nəsiller arası fərqli düşüncədən törənən dartışmalar və hətta dalaşmalar baş vərmişdir. Öz atasını öldürüməklə taxtı əldə etmək istəyən Şahzadələrin sayıda az olmamış. Məncə “ Ağ saqqala sayqı göstərmək “görəvi , bütün millətlər içrə yayqın olması, özü özülüyündə dolaysıyla bu iki tören arasındaki dayimi dartışmaya işarədir ! Egər bunun əks hali en azi potansiel halda insan toplumlarinda yayqın olsaydi, ozaman bu ciddiyətlə genc törene verilən mesaja bütün insan toplumlarında ras gələbilməzdik.

 

Ata sözləri içrə gənc törənə verilən məsləhətlərin yaranış fəlsəfəsinə başqa pəncərədəndə baxmaq olar tebi. Qoca törən öz təcrübələrin gənc törənə hədiyə etməklə, birbaşa vəya dolaysıyla yeni törənə uğurlar bəxş edib ve bu təcrübə əsasında  gənc törən könüllü olaraq ağıllı qocalara baş əyib və onlara sayqı göstərməyi özünə borc bilib. Bu xoş təcrübə törəndən törənə dəvam etdikcən, artıq “Ağsaqqala sayqı bəsləmək gərəkir“ tapşırığı, həmin millətin kültürünün bir parçasına çevrilibdir və sonraki törənlər sorqu-sual vermədən bu davranışı öz yaşamlarına köçürmüşlər.

 

Yuxarıda qısacıq işarə etdiyim 2 fərqli araşdırma metodile konuya yanaşmaqla , fərqli sonuclar əldə edirik .

 

1-     Ağ saqqala sayqı bəsləmək kültürü ilk öncə həmin qoca törən tərəfindən yaranıb və gənc törənə yüklənibdir.

2-     Gənc törən Ağ saqqal təcrübəsilə uğurlar əldə etməklə, konüllü olaraq özü birbaşa bu məsləhəti yaradıb və yayıb.

 

Dünya tarixinə tam gənəl baxış salmaqla, hansı teorinin gərçəyə daha yaxın olması ortaya çıxar məncə. Tarixdən öncəki devirləri gözə alarsaq, Dədəbəylik devrindən bəri GÜC deyilən qavram, ərkək cinsinə ayid olub. Bəlkə heçde təsadüfi deyilki biz günü bugündə əski törənlərin təcrübələrini daşıyan qısa cümlələrə “ ATA sözləri “ adıyla tanıyırıq, ANA sözləri adıyla deyil ! Deməkki uzun əsirlərdən bəri söz sahibi olan cins, Erkək cinsi olmuşdur və “Atasözü” terminidə həmin prosesin sonucudur. Sevindiricidirki Türk ellərində “Ağbirçək” qavramıda vardır! Bu qavram özülüyündə əski Türk ellərinde nisbi olasada yetginlik konusunda cinsiyyetin şert olmamasına işarədir !  

 

Yuxarıdaki topdan yazdığım bir paragraf sözler əsasında, mən belə düşünürəmki “ Ağsaqqala sayqı “ görəvi , könüllü olaraq gənc törən tərəfindən verilmiş qərara bənzəmir. Yani bu variyantı məntiq qalıbına soxmaq mümkün deyil məncə. Belənçi iddiayla dərhal əski devirlərdən bəri Demokrasianın olmasına etiraf etməliyik!! Ozaman “ əski tarixdə cinslər və törənlər arasında Güc və seçim şansı oqədər ədalətlə paylanıbdırki, her cins ve tören , öz təcrübəsi əsasında başqa cinsin vəya törənin önərilərini qəbul etmişdir”, iddiasın ortaya qoyub və mudafiə etməliyik ! Bu zor iddiaya girə bilen, Qurd ürəyi yemiş olmalı mencə.

 

Deməli “ Atasözleri “ və “ Ağsaqqal “ kültürü tam könüllü olaraq gənc törən tərəfindən kəşf olunub və dəstəklənməmişdir. En ideal variyantı belə təsəvvür etmək olarki gənc törənlə semimi ilişgiyə və DİALOGA girən əski Ağsaqqallar, öz tecrübələrindən yaranmış bilgilərə söykənərək, gənc törənə qələbə etmişlər ! Bu ən idal variyant olabilər məncə. Çəşitli tarixi dönəmlərdə və habelə çeşitli milletlər arasında bu varıyantın nəqədər realize olub-olmamasına Tarix qəzavət edəbilər.Ozaman :

 

 “ Hansı millətlər, hansi devirlərdə Ağsaqqal sözləri əsasında idarə olub və uğurlar əldə edibsə, deməli həmin toplumda son variant güclü rol oynamışdır “.

 

 Bir sözlə bu o deməkdirki həmin toplumda Ağsaqqal “ sinfi “ , öz hakimiyyətini Güc vəya cinsiyyətlə deyil, Bilgi və dialog əsasında gənc törənə təhmil etmişdirlər. Bunun adına traditional demokrasi demək olar mencə ve belə hesab ediremki Türk eski tarixində oqederde yad  olmamışdır !

 

Demək ideal variyantda iki faktor onəmli rol oynayır :

 

1.     Ağsaqqalın bilgisi

2.     Ağsaqqalın dialog qabiliyyəti

 

Bilgi faktoru əski devirlərdə əsasən insanın yaşadığı illerin sayı üzrə ölçülüb və dəyərləndirirmiş ! Bu heçde tesadüfi deyilmiş. Əski devirlərdə oxumaq və yazmaq qabiliyyəti ortalığa çıxmadan öncə, yeganə bilgi toplamaq yolu ancaq tecrübə etməkmiş. İnsan oğlu yaşadığın illər boyu çeşitli durumlardan topladığı tecrübələri ,məntiq qalıbına salıb və bilgi toplarmış.  Təbiki yetgin olmaqçün uzun ömür sürmeli olurmuşlar!

 

DİL ortaya çıxmadan önce, insan oğlu başqa insanların tücrübələrin dinləməkdəndə acizimiş! Sadece işarətlərlə birbirlərinə emirler vəya gösterişler verə bilərmişlər buqədər. Yəni dil olmadan öncə , insan oğlu fikir-təcrübə paylaşması vəya dialoga girə bilmezmiş. Bu üzdən eski insan toplumlarında yaşam illərinin sayı vəya sqqalın aöarması hemin insanın yetginliyə fakt hesab olması tam normal olçüymüş belkə!

 

Dil və danışmaq qabiliyyəti ortaya çıxandan beri, yəqinki təcrübələrin paylaşmasına böyük imkan yaranmışdır və yazı sistemin yaratmaq, hemin bu prosesin zirvəsidir məncə. İnsan oğlu təcrübələrini yazıb və gələcək törənə çatdırmaqla, cox böyük bir adım atmışdır. Deməli Dil və Yazı, insan toplumlarında gəlişdikcən, yetgin insan ölçüsü  tekce saçda-saqqaldaki Ağ tükler esasında ölçülmür ! Dili ve yazısı gelişmiş toplumda, artıq Ağsaqqal dediyin yegane bilgi qaynağı deyil.Çünkü əsirlər boyu yazılıb və toplanmış bilgiləri, olabilsinki gənc birisi oxumaqla əlde edəbilsin. Uzun illər yaşayıb və saqqalın ağarmasın gözlmədən !  

 

Öz toplumlarımıza baxdıqda görürükki hələdə bir çox təcrübələr törəndən törəne keçmek şansı əldə etmir! Çünkü Dil və yazı gəlişməmişdir. Bir çox eski mitologimizi və habelə folklorumuzu həmin Ağsaqqallar veya Ağbirçəklərdən eşitmişik. Belənçi toplumlarda əski təcrübələri əldə edəbilən gənclərin sayı az olub diye, dolaysıyla bu hemin toplumun eski təcrübələrinə məhv olmaq əmri vermişdir !

 

Təxminən 70.ci illərdən bəri başlayan devrana, informasia əsri adı veriblər. Artıq bilgi qaynağı sadəcə yaşam illərinin sayı vəya saqqaldaki Ağ tüklər deyil. Məktəblər, Kitablar, Media və ən önemli olan İnternet faktorlari hərbiri təkliyində duzgun istifadə oldugu halda, insan oğlunun bilgisini artırmaqda böyük rol oynayırlar. Bugün yeni tören İnternetə qoşulduqda, qısa zaman içində  dünyanı bir neçe defe fırlana bilir ! Yadımıza salaqki İtalian Markopolo öz ölkesindən Çinəqədər getməkçün uzun illər sərf etmişdir . İnternet səyahətləri məcazi səyahətlərdirlər ama kəsinliklə təcrübə və bilgi yaratmayan yazılar-təsvirlər deyirlər !

 

Yeni törən artıq eski zamanlarkimi bilgilənməkçün, uzun illər yaşam sürməyə məhkum deyil ! Artıq bilgilerin qaynağı TEKCE Ağsaqqalın yaddaşı deyil !

 

Yenə qayıdaq öz toplumlarımıza . Bizim toplumlarda tarix deyilen eskidən baş vermiş hadisələr,  esirler öncəyə işarət deyil !  100 il və hetta 50 il öncəki olaylarada şamil olur ! Çünki yaxın keçmişdə baş veren olayların təcrübəsi yeni törənə çatdırılmır və beləliklə yaxın keçmişdə “ Tarixə” qoşulub və toplumun yaşamından uzaqlaşır. Təkcə ağsaqqalar sinəsində azdan-çoxdan saxlanan və param-parça formada gənc törenə köçürülür. Bu üzden tarix adı gelende derhal Ağsaqqalarımız sine öne verib ve derinden nefes alıb və :

 

“ Ay balaaa , sizler yoxuduz ... “ , cümlesin demekle qalyandan bir-iki dərin nefes  sorub və derdleşibler və helede beledir ! Ama işin ağrı burdadırki indi bu ağsaqqalara başa salmaq olmurki artıq sizlərin sinesinde olanlar ve “ gizli “ bilgiler sandığınız keçmiş tecrübələri, İnternt sitelerində her tuşun altında tapmaq olur. Musibət burdadırki biz Ağsaqqallarla oturub danışanda, onlara diyə bilmirikki:

 “Ağsaqqal ! sizin gənc olduğunuz zaman dünyada nəler baş verib vermədiyide İntenetdə durubdur artıq. Nəqalsın sinezdə həbs etdiyiniz lokal hadisələr !”

 

 İşlər lap tərsinə olub. Eskidən beləydiki Ağsaqqallar gənclərin sirlənin sinələrində saxlayıb və öz təcrübələrin public edirdilər. İndise öz yaxın keçmiş tarixi olayları oxuyan genc tören, Ağsaqqaların sırlarını sinesinde saxlayır ...

 

Bugün törenler arasındaki BİLGİ faktoru ne durumdadır diye fikrimi yazdım. İndi gələk bugünki Ağsaqqaların gənc törənlə DİALOGa girmək qabiliyyetine göz ataq:

 

Belke bu konuda yenede sırr saxlayan biz olaq ?!?

 

21.11.07

Oslo