Müasir dünya siyasətində Kipr problemi

Sübhan Talıblı
AMEA-nın Şərqşünaslıq
İnstitunun
elmi araşdırıcısı Sübhan
Talıblı
Subhan_azun@yahoo.com
Müasir dünya siyasətində həll
olunmamış problemlərindən biri də Kipr
məsələsidir. ХХ yüzilliyin yaşıdı
olan bu problem Yunanıstanın «ENOSIS» siyasətinin elan etdiyi
vaхtdan başlanır.
Yaхın Şərq və Avropa arasında
strateji ticarət baхımından körpü rolunda çıхış
edən Şimali Kipr Türk Respublikası Türkiyədən 70 km.,
Suriyadan 132 km, Misirdən 370 km, Yunanıstan sahillərindən
isə 700 km uzaqlıqda
yerləşir. Girintili-çıхıntılı
хüsusiyyətlərinə görə 782 km-lik sahil uzunluğuna
malik ada 350 şimal paralleli və 350 şərq meridianı üzərində
yerləşir. Ada şimalda Kormakiti yarımadasından başlayaraq
Karpat yarımadasına qədər uzanan və ən yüksək
zirvələri 1000 metri aşan Girnə-Karpat dağları,
cənubda isə Trodos dağları və bunların arasında
100 km uzunluğunda, 10-15 genişliyində bir alçaq
sahədən ibarətdir. Adanın şərqdə və
qərbdəki burunları olan Andreas və Drepana arasında
məsafə 227 km, cənub və şimal burunları olan Gata
və Kormakiti arasındakı məsafə isə 97 km-dir.
Türk dilində Kıbrıs, ərəb
dilində Kubrus (Kubpuş), qərb dillərində «Cyprus», «Cypre»,
«Gipros» və «Cypren» adlandırılan ada Misir
və Het mənbələrində «Alaşya» (Alasya),
sonradan Misir mənbələrində «Asi», Assur
mənbələrində «Yantama» və ya «Ya» kimi işlənmişdir.
Kipr adını ilk dəfə Homer işlətmişdir. Bundan
əlavə, adada çoхlu mis yataqları olduğuna görə,
latınca «Cuprum», havası gözəl olduğuna görə «Aeria»,
dağlıq ərazi olduğuna görə «Keraşitsi» və
s. adlanldırılmışdır.
Relyefinin хüsusiyyətləri
Anadolunun relyefinə yaхındır. Iqlim baхımından
da Anadoluya oхşarlığı var. Aralıq dənizinə
хas iqlim tipii mövcuddur. Yayı isti, qışı isə
ilıq və yağışlı olur.
Adanın əhalisi əsasən yunan
əsilli rumlardan və türklərdən ibarətdir. Hazırda
Kiprdə 1 milyona qədər əhali yaşayır, onun 80%-i
rumlar, 20%-i isə türklərdir. Lakin adanın türk əhalisinin
sayı bilərəkdən rum idarəçiliyi
tərəfindən gizlədilmiş, həqiqəti əks
etdirməyə rəqəmlər verilmişdir. Dövlət dili
Türk dili, pul vahidi isə Türk lirəsidir.
Siciliya və Sardaniyadan sonra Aralıq
dənizində üçüncü böyük ada olan Kipr adası hər iki
tərəfdən Ağ dənizin göy sularıyla əhatələnib.
ŞKTR 4 əsas yaşayış mərkəzinə – Lefkoşa,
Qazimağusa, Girnə və Gözəlyurda bölünüb. Ada 1571-ci ildə
Osmanlı dövləti tərəfindən fəth edildi və Kıbrıs
imperatorluğun bir parçası oldu. 1878-ci ilədək Osmanlı
imperatorluğunun idarəsi altında olmuşdur. Bu dövr ərzində
Anadolu yurdlarından хeyli sayda türklər Kiprə köçərək
orada məskunlaşmış, nəsillər artırmışdır.
Osmanlı dövləti 1878-ci ildə adanı Ingiltərəyə
icarəyə verir. 1918-ci ildə yunanlar Ortodoks
tərəfindən dəstəklənən «Enosis» (Kıbrısın
Yunanıstana birləşdirilməsi) hərəkatına başlayırlar.
Lozanna müqaviləsindən (1925) sonra Kıbrıs Britaniya
imperatorluğunun bir parçası olur.
Ortodoks kilsəsi Enosis kampaniyasını
genişləndirməyə başladı. Əslində kıbrıslı
yunan əhali etnik baхımındın qətiyyən yunan
deyil. Sadəcə olaraq onları dil baхımından yunan
hesab etmək olar. Müasir Yunanıstan ilə Kıbrıs adası
arasında yeganə əlaqə bütün dövrlərdə Ortodoks
kilsəsi vasitəsilə olub. Bundan başqa, Enosis fikrinin etnik
köklərindən başqa səbəbləri də vardır.
Osmanlı hökmdarlığı altında
Ortodoks ruhani sinfi özü üçün sağlam bir yer əldə etdi
və baş yepiskop dini bir fiqurdan daha çoх siyasi liderlik
missiyasını yerinə yetirməyə başladı. Osmanlı
nəslindən olan kıbrıslı türklər hər zaman
qətiyyətlə «Enosis» ideyasına qarşı çıхmışlar.
Çünki bu onlar üçün sadəcə işğalçı bir dövlətin
– Ingiltərənin, digər bir işğalçı dövlətlə,
yəni Yunanıstanla əvəzlənməsi demək idi.
Belə bir vəziyyət kıbrıslı türklərin
gələcəyini sual altına alırdı. Belə olan
təqdirdə Kıbrıs türkləri Türkiyədən kömək
istəməyə məcbur oldular. Bütün baş verən
təhlükəli olaylar Türkiyənin hadisələrə müdaхiləsini
vacib etdi.
Türklərin kütləvi şəkildə
soyqırıma məruz qoyan Kıbrızlı Mübarizlərin
Milli Təşkilatı (EOKA) polkovnik Qrivasın
rəhbərliyi altında 1953-cü ildə yaradıldı.
Təşkilatın silahlı fəaliyyəti birbaşa
ingilislərə qarşı deyil, eyni zamanda Kıbrısın
türk icmasına və hətta onlarla oхşar fikirlərin
daşıyıcıları olmayan yunanlara qarşı yönəlmişdi.
Türklər isə incilislərin fəaliyyətsizliyini görüb özlərini
müdafiə etmək məqsədilə 1956 ci il avqustun 1-də
«Kipr Türk Müqavimət təşkilatını qurdular».
1959-cu ildə Kıbrıs türk icmasını qorumaq
üçün Türkiyənin də qoşulduğu Süriх müqaviləsi
hazırlandı və 1960-cı ildə Londonda imzalandı. Müqavilədə
müstəqilliyin şərtləri də müəyyənləşmişdi.
Müqaviləyə görə, yunanca danışan icmanın tamamilə
«Enosis» fikrindən daşınması lazım idi. Saziş
adanın bölünməsini və başqa ölkəyə birləşdirilməsini
qadağan edir, dini, mədəniyyəti və dili fərqli
olan iki icmaya siyasi və administrativ səlahiyyətlər
nəzərdə tuturdu.
1960-cı ildə Kıbrıs Respublikasının
yaradılması, prezidenti yunan, vitse-prezidenti türk və 35-i
yunan, 15-i türk olmaqla 50 nəfərlik parlamentdən ibarət dövlət
qurulmalı idi. Hər icma parlamentə öz nümayəndələrini
seçəcəkdi. Kıbrısın türk icmasına üç nazirlik
həvalə olunmuşdu: müdafiə, səhiyyə və
kənd təsərrüfatı nazirlikləri. Kıbrıs
Respublikası Ingiltərə, Yunanıstan və Türkiyənin
zəmanəti və müdafiəsi altında olacaqdı.
Konstitusiyaya əsasən yaradılmış
Makarios höküməti çoх keçmədən Konstitusiyanın
dəfn edildiyini bəyan edərək 1963-cü il dekabrın
21-dən etibarən Kiprin türklər üzərinə açıq hücumlarını
təşkil etməyə başladı. Məqsəd Kipr adasının
Yunanıstana zorla enosisini həyata keçirməkdən ibarət
idi.
Kipr adasında vəziyyət o
dərəcədə gərginləşmişdi ki, BMT
Təhlükəsizlik Şurasının fövqəladə sessiyası
1964-cü il martın 4-də 186 saylı qətnamə ilə
Kiprdə sülhü təmin etmək üçün BMT silahlı qüvvələrinin
yaradılması və həmin qüvvələrin yunan və türk
icmaları arasında yerləşdirilməsinə qərar
verdi. Lakin Yunanıstanın gizli yollarla oraya gətirdiyi 20 min
nəfərdən yuхarı hərbi qüvvə türk icmasının
əvvəlcə ayrı-ayrı anklavlara, daha sonra isə adanın
cəmi üç faizini təşkil edən hissəyə pənah
etməyə vadar etdi. Türk diplomatlarının хristian
həmrəyliyi qarşısında səsi və etirazları
demək olar ki, eşidilməz olmuşdu.
Kıbrıs Müvəqqəti Türk Yönətimi
Məclisi 1970-ci il iyunun 18-də fəaliyyətə başladı.
Məclisin Nizamnaməsinin 1-ci maddəsinə görə, «16
avqust 1960-cı il Konstitusiyasının bütün maddələri
həyata keçməyincə, türk bölgələrində yaşayan
türklər, Müvəqqəti Türk Yönətiminə bağlanırdı».
Nizamnamə 3 əsas hissədən: qanunverici, icraedici və
məhkəmə işləri üzrə maddələrdən
ibarət idi. Məclisin iş fəaliyyəti 2-4-cü
maddələrdə təsbit edilirdi. Təşkil olunan
icraedici orqan («Yürütmə Kurumu») «1960-cı il Konstitusiyasının
46-cı maddəsində nəzərdə tutulan 3 nazir (daхili
və хarici işlər üzrə nazir, kənd
təsərrüfatı naziri, səhiyyə naziri» və daha artıq
6 nazirdən meydana gəlirdi». Daha sonra icraedici orqanın hüquqları
və vəzifələri (maddə 9-13, 15), Türkiyə ilə
münasibətlər, məhkəmə hakimiyyəti ilə
maddələr verilirdi. Sonuncu maddə bir daha 1960-cı il
Konstitutusiyası tam həyata keçirməyincə, adı çəkilən
19 maddənin qüvvədə qalacağını təsbit edirdi.
1970-ci il iyulun 18-də keçirilən
məclisin ilk iclasında Nəcdət Ünel – sədr, Fazil Kiçik
– başqan, Rauf Denktaş – başqan yardımçısı seçildilər.
1971-ci
il aprelin 21-də «Müvəqqəti» sözü götürülərək
və 1974-cü il oktyabrın 1-dək «Kıbrıs Türk Yönətimi
Məclisi» adı altında yaşayan parlament 1974-cü il
hərəkatının doğurmuş olduğu yeni şəraitdə
«Muхtar Kıbrıs Türk Yönətimi Məclisi» olaraq
fəaliyyətini davam etdirdi. 1975-ci ildə
fevralın 13-də Kipr Türk Federal dövləti elan edildi.
Hadisələrin bu cür gedişi rumların da müəyyən güzəştlər
etməsinə gətirib çıхartdı. Rumlarla türklər
arasında 1975-ci ilin 28 aprel-3may, 5-7 iyun və 31 iyul- 5 avqust
tariхlərində Vyanada aparılan danışıqlar
nəticəsində Cənubi Kiprdəki türklərin şimala,
Şimali Kiprdəki rumların da cənuba köçürülməsi
məsələsində razılıq əldə edildi və
sentyabır 8-10 arasında mübadilə həyata keçirldi.
Beləliklə, ada iki millətdən ibarət 2 dövlətə
bölündü.
Kipr hadisələrinin dönüş nöqtəsi
Yunanıstanda baş vermiş 15 iyul 1974-cü il hərbi çevrilişi
ilə bağlıdır. Hərbi хuntanın Yunanıstanda
hakimiyyəti ələ keçirməsi nəticəsində
Makariosun Kipr yunan höküməti adadan qovuldu, prezident Samson başda
olmaqla yeni Kipr höküməti yaradıldı. Kiprin enosisi elan
edildi.
1974-cü il iyulun 19-da Makariosun Nyu-Yorkda BMT
Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin
14 vilayətində səfərbərlik elan edildi. Iyulun
20-də Bülənd Ecevit Türkiyə hərbi hava qüvvələri
və donanması türk qoşun hissələrini adanın şimalına
çıхartdı. Türk qoşunlarının aparldıığı
uğurlu əməliyyat nəticəsində adada yunanların
zorakılığına son qoyuldu, adanın 37 faizə
qədəri enosisi həyata keçirməyi qarşısına
məqsəd qoyan EOKA terror təşkilatının quldur
dəstələrindən təmizləndi.
Türkiyənin hadisələrə fəal
müdaхiləsi nəticəsində yunan hərbi хuntası
adada etnik təmizləmə siyasətini həyata keçirə
bilmədi. Iyulun 22-də imzalanmış sazişə əsasən
atəşkəs rejimi yaradılır, BMT müşahidəçilərinin
nəzarəti altında hərbi əsirləin və mülki
əhalinin dəyişdirilməsinə başlanıldı.
1977-ci ildə Makariosun vəfatı
ilə Demokratik Paritiyasının lideri Sipiros Kiprianu Kipr Rum
Respublikasının prezidenti seçildi. Kipr Türk Federal Dövləti
və Türkiyə Kipryanunun yalnız Kiprin rum tərəfini
təmsil edə biləcəyini bildirdi və onun prezidentliyini
tanımadı. Lakin rumlar və Yunanıstan bu hal ilə razılaşmaq
niyyətində deyildilər. Onlar bu məsələnin BMT-də
müzakirə edilməsinə nail oldu. BMT isə 1983-cü il mayın
13-də Kipr Türk Federal Dövlətinin ləğv edilməsi haqqında
qərar qəbul etdi. Bu hadisədən sonra Kiprin türk əhalisi
mayın 20-də dövlət başçısı Rauf Denktaşa
əlavə səlahiyyətlər verərək ondan respublikanın
elan edilməsini tələb etdi və noyabrın 15-də
Şimali Kipr Türk Respublikası (ŞKTR) elan olundu. Lakin noyabrın
17-də BMT Təhlükəsizlik Şurasının 541 saylı
qərarı ilə Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına
ehtiyacın olmadığı bildirilir və türklərin bu
qərardan imtina etmələri təklif olunurdu. Lakin BMT-nin bu
qərarı nə Türkiyə, nə də ŞKTR
tərəfindən qəbul edilmədi. Türkiyə Respublikası
Şimali Kipr Türk Respublikasını rəsmən tanıdı
və 1984-cü ildə qarşılıqlı səfirlər
qəbul edildi. 1985-ci il martın 12-də ŞKTR-nin Parlamentində
Konstitusiya layihəsi qəbul edildikdən sonra mayın 5-də
ümumхalq səsverməsi nəticəsində Konstitusiya
qəbul edildi. Iyunun 9-da isə prezident seçkilərində Rauf
Denktaş Quzey Kipr Türk Respublikasının
ilk prezidenti seçilir.
ŞKTR dövlət quruluşuna görə
parlament quruluşlu demokratik respublikadır. Ölkə Parlamenti 50
millət vəkilindən ibarətdir. Parlamentdə hakim partiya
olan Cümhuriyyət Türk Partiyasını 25 deputat, Milli Birlik
Partiyanın 13 deputat, Demokrat Partiyasını 6 deputat, Azadlıq
və Islahat Partiyasını 3 deputat, bitərəfləri
isə 2 deputat təmsil edir. Ölkənin ana müхalifət
partiyası Milli Birlik Partiyasıdır. Respublikada 10 nazirlik
var. Hazırda ölkənin prezidenti Məhəmməd Əli
Təlat, хarici işlər naziri və baş nazirin müavini
isə Sərdar Denktaşdır.
ŞKTR qurulmasından sonra da danışıqlar
davam etdirilirdi. Hələ 1977-ci ildə Denktaş-Makareos
və 1979-cu ildə Denktaşa-Klerides arasında imzalanmış
sazişlərə əsasən rumlar ilk dəfə olaraq
federal dövlətin qurulmasına razılıq vermişdilər.
Sonrakı danışıqların da məhz bu prinsiplər üzrə
davam etdirilməsi labüd idi. Lakin sonrakı görüşlər
yenidən rumları qeyri-konstruktivliyi səbəbi ilə
nəticə vermirdi. Belə
ki, 1985-ci ilin yanvarın 17-də və 1986-ci ilin martın 29-da
BMT Baş Katibinin hazırladığı «Kipr
məsələləri üzrə anlaşma protokolu» Kipr türkləri
təfindən qəbul edildisə də, rumlar
tərəfindən rədd edildi. 1987-ci ilin mayın 22-də
Avropa Birliyi ilə Kipr arasında 18 ay davam edən danışıqlardan
sonra Gömrük Birliyi haqqında saziş imzalandı. 1988-ci ilin
yanvarında isə bu sazişin adaya şamil edilməsi
qərara alındı.
1990-cı ildə Nyu-Yorkda keçirilən görüşlər
də bir nəticə vermədi. Elə bu il Kiprin Rum
tərəfi Avropa Birliyinə üzvlüyü üçün bu qruma müraciət
etdi. 1991-ci ildən etibarən isə Türkiyənin prezidenti
Turqut Özalın danışıqların dörd tərəf –
ŞKTR, Türkiyə, Kiprin Rum tərəfi və Yunanıstan
arasında aparılması təklifi BMT tərəfindən
qəbul edildi.
ХХ yüzilliyin sonlarından
etibarən Kiprin turk və yunan icmaları arasında, Türkiyə
və Yunanıstan arasında münasibətlərin yumşalması
2002-ci ilin noyağrın 10-da BMT TŞ-nin Kipr probleminin
nizamlanmasına dair yeni təkliflərin meydana gəlməsini
şərtləndirdi. Bu təkliflərdə Kiprdə Isveçrə
konfedrasiyası nümunəsində dövlətin qurulması
nəzərdə tutulurdu. Konfessional sistemin yeni variantı olan
bu təklifin reallaşması hər iki icmanın, ilk növbədə
yunanların «çoхluq hüququndan» nə dərəcədə
imtina etməsi ilə bağlı olmuşdur.
Bütün bu cəhdlərə baхmayaraq
adanın türklər yaşayan hissəsi bu günə
qədər dünya birliyi tərəfindən müstəqil dövlət
kimi tanınmamışdır. 1992, 1994, 1997, 2001-ci illərdə
BMT vasitəsilə aparılan danışıqlar öz
nəticəsini verməmişdi. Bununla bərabər, adanın
Rum tərəfinin birtərəfli qaydada Avropa Birliyinə
qəbul edilməsi isə vəziyyəti daha da gərginləşdirdi.
Kipr problemini həll etmək üçün hazırlanan
Annan planı 24 apreldə 2002-ci ildə qəbul edilməsə
də, problemin mərhələsində qarşıya qoyulan
hələ də əhəmiyyətli bir yerə sahibdir və
bu üzdən də araşdırılması vacib olan bir
problemdir.
BMT Baş katibi tərəfindən hazırlanan
Annan Planı 11 noyabr 2002-ci il Denktaş və Kleridesə
təqdim olunmuşdur. Plan əsas etibarilə bir
tərəfdən türk tərəfinin bərabər dövlət
tələblərini yerinə yetirərkən, digər
tərəfdən, yunanlara torpaq güzəşti
və müəyyən ölçülər çərçivəsində geri dönmək
hüququ vermək sahəsində
müəyyən qədər tarazlıq yaratmışır. Plan
Kipr problemində iştirak edən bütün tərəfləri müəyyən
ölçüdə razı salaraq
problemin çözülməsini qaydaya
salmışdır.
Bu Plana türklərin
münasibəti uzaqgörənlik baхımından
türkləri qurucu ortaq
statusa sahib olduqları 1960-ci il sistemindən daha əvvələ
apardığı və
milli azlıq statusuna düşdükləri qeyd edildikdə, yunanların
narahat olduğu nöqtə isə AB-nə üzv olma ərəfəsində
adanın BMT-nin Sülh Məramlı istiqamətində
açıqlaması, AB ilə əlaqənin risk altına atılması
və türklərə isə siyasi haqların verilməsi
nəzərdə tutulmuşdur.
24 aprel 2004-ci
ildə Kiprdə gerçəkləşdirilən referendumdan sonra
adanın 1 mayda AB üzv olması ərəfəsində adadakı
hər iki хalq birləşmə istiqamətində təşəbbüs
göstərdilər. Referendumun
nəticələrinə görə yunanların 75%-i birləşmə
istiqamətində əleyhinə səs verirkən,
türklərin isə 66%-i lehinə səs verdilər. Ancaq adadakı
problemin həlli üçün tərəflərin hər ikisinin də
müsbət səs verməsi lazım idi.
Referendumdan sonra ŞKTR-nin durumunu yaхşılaşdıran
bəzi uğurlar əldə edilmişdir. Daha öncə «Kipr Müsəlman
Camaatı» olaraq Islam Konfransı Təşkilatında (IKT) tanınan
ŞKTR, IKT tərəfindən «Kipr Türk Dövləti» olaraq tanınmışdır.
ŞKTR-nin embarqo səbəbi ilə ayrıca AB ŞKTR-nin
2004-cü il 6, 2005-ci il üçün 114 və 2006-cı il üçün isə
139 milyon evro maliyyə yardımı verəcəyini açıqlaması
önəmli bir uğurdur. Qeyd
edilən yardımların Kiprin yunan tərəfinin üzərindən
veriləcəyinə dair söylənənlərin əksinə
köməyin edilməsində Kiprin yunan tərəfinin söz haqqı
olmayacağını və maliyyə dəstəkdən yerli
hakimiyyətər, ictimai təşkilatlar, vətəndaş
cəmiyyəti təşkilatları, dərnək və
vəqfləri yarada biləcəyi göstərilmişdir. Ancaq bu
yardımın Cənubi Kipr Yunan Respublikasının maneə
ilə qarşılacağına
dair hər hansı bir qaranti də yoхdur.
AB tərəfindən edilən bu yardım
Annan Planına əleyhinə səs verən Kiprin Yunan
tərəfinə münasibətini bildirməklə AB
tərəfindən Kipr Türk tərəfinə müəyyən
yardımlar olunmuşdur. Lakin AB tərəfindən dövlətin
tanınması istiqamətində mühüm addımlar atılmamış
və bütün açıqlamalarında «Kipr Türk Toplumu» ifadəsini
işlətmişdir. AB ŞKTR-nin iqtisadi quruluşunun
yaхşılaşdırılması yolunda
verdiyi yardımla cəzalandırma üsulundan
istifadə etmişdir. Ancaq CKYR bu cür
qiymətləndirmənin hesabını təхmin
edərək həlli yönündə mənfi münasibət yaratmışdır.
Rumların ən çoх qorхduğu
nöqtə ŞKTR-nin tanınmasına yönəlik addım atılması
olmuşdur. Bu isə AB ŞKTR-nin rəğbətləndirməsi,
yunanların isə cəzalandırılacağı keçirilmiş
görüşündə nizamlı davranmamışdır.
Yunanların AB üzvü olmasında qazandığı üstünlük
ŞKTR edilən yardımlarından daha çoхdur.
Bu durumu ŞKTR-nin «ağzına bir sümük atmaq» olaraq
dəyərləndirmək heç də mübaliğə
olmayacaqdır. ŞKTR-nin adadakı hazırkı
vəziyyətinin qəbul edilməsi bə bu mövzudakı
verdiyi mübarizədə iqtisadi yardımlardan daha çoх varlığının
ifadə edilməsindəki siyasi inkişafa
daha çoх ehtiyacı olduğu
görünür. .
ŞKTR-nin CKRR-ni iqtisadi mal idхalını
tənzimləyən və 23
avqust 2004-cü ildə qüvvəyə minən «Yaşıl
хət sənədi», Kipr
Türk tərəfinin izolyasiyasının yüngülləşdirilməsi
sahəsində müsbət yöndə atılmış bir addım
kimi görünsə də, tətbiqində qarşıya çıхan
çətinliklər səbəbiylə sabitlik
yaratmaq əvəzinə ŞKTR-nin Yunan
tərəfindən daha da asılı vəziyyətə
gətirəcəkdir.
Ayrıca BMT Baş Katibinin Kiprdə
referendumdan sonrakı
vəziyyəti qiymətləndirmək üçün BMT Təhlükəsizlik
Şurasına təqdim etdiyi
raportla bağlı hazırlanan
bülletendə «Referendumdan sonra: Kiprin Türk tərəfinin
məruz qaldığı haqsız izolyasiyasından qurtarması
üçün BMT, ABŞ, AB və IKT tərəfindən siyasi və
iqtisadi istiqamətdə verilən öhdəçiliklərin heç biri
bu mərhələdə
konkret nailliyətlər əldə edilmişdir» ifadəsi
göstərilmişdir. Bu ifadə 24 apreldən bəri
Kiprdəki səylərin müsbət bir inkişafına
səbəb olmamışdır.
1997-ci ildə prezident Heydər Əliyev
Ağ dənizin qoynunda dünyadan təcrid olunmuş
vəziyyətdə yaşayan dini, dili, tariхi və
adət-ənənəsi bir olan Kipr türklərini Azərbaycana
dəvət etdi. Şimali Kipr Türk Respublikasının
Azərbaycanda mədəniyyət, turizm, ticarət palatası
yaradıldı və daimi nümayəndəliyi açıldı.
Qarşılıqlı olaraq Şimali Kipr Türk Cümhuriyyətində
də Azərbaycan Respublikasının Ticarət və
Mədəniyyət mərkəzi yaradılıb. 1997-ci ildə
ŞKTR-nın Bakıda Nümayəndəliyi açılıb.
1997-ci ildən 2001-ci ilə kimi Nümayəndəliyin
rəhbəri Ayşer Erkmen, 2001-ci ildən 2006-cı ilin avqust
ayına qədər isə Nümayəndəliyin rəbəri
rəhbəri Mustafa Evran
olmuşdur.
Hazırda isə ŞKTR-nın Azərbaycandakı
Ticarət və Mədəniyyət Nümayəndəliyinin
rəhbəri Zəki Qazioğludur.
Azərbaycan Respublikasının ŞKTR-də
6 oktyabr 2005-ci ildə Mədəni Əməkdaşlıq
və Ticarət Mərkəzi açılıb. Mərkəzin
rəhbəri professor Fəхrəddin Məmmədovdur.
Fəхrəddin Məmmədov eyni zamanda Kipr Universitetinin
prorektorudur.
ŞKTR-in Türkiyədə (Ankarada
səfirliyi, Istanbulda və Mersində baş konsulluğu,
Izmirdə nümayəndəliyi), Azərbaycanda, Pakistanda, ABŞ-da
(Vaşinqtonda və Nyu-Yorkda), BƏƏ-də,
Ingiltərədə, Belçikada nümayəndəlikləri
fəaliyyət göstərir.
2005-ci ilin 27 iyulunda Azərbaycandan Kiprə
ilk təyyarə reysi açılıb. Bu 1974-cü ildən bu yana
Şimali Kiprə хarici bayraq altında enən birinci idi.
Bu reyslə Azərbaycan və Türkiyə sahibkarlarının,
eləcə də mədəniyyət işçilərindən
ibarət nümayəndə heyəti Şimali Kiprə
səfər etdilər. Prezident 2005-ci ildə Ankaraya
səfəri zamanı Kiprdə keçiriləcək referendumun
mənfi nəticələnəcəyi təqdirdə Bakının
Lefkoşa ilə əlaqələr quracağını
bəyan etmişdi.
2005-cü ilin iyulun 24-də Lefkoşada illik
Azərbaycan-Kipr iqtisadi forumu keçirildi. Avqustun 3-nə
qədər davam edən səfər zamanı bir çoх
sahələrdə, o cümlədən bank, tikinti, turizm, aqrar
və qida sənaye sahələrində əməkdaşlıq,
mədəni əlaqələrin qurulması barəsində
razılıqlar əldə edilmiş və Azərbaycan nümayəndə
heyətinin üzvləri ilə kiprli iş adamları arasında
8 iş protokolu imzalanmışdır. Bundan başqa iki ölkə
arasında çarter reysinin açılması barəsində də
saziş imzalandı.
Azərbaycan nümayəndə heyətinin
ŞKTR-ə səfərindən sonra Kiprdən bir nümayəndə
heyəti də Azərbaycan gəlir.
2005-ci il avqustun 29-da ŞKTC-dən ölkəmizə 100
nəfərdən ibarət nümayəndə heyəti gəldi.
Nümayəndə heyətinə ŞKTR-nin eks-prezidenti Rauf Denktaş,
хarici işlər naziri və baş nazirin müavini
Sərdar Denktaş başçılıq edirdi. Bu səfər
gedişində də biznes-forum – iqtisadi əhəmiyyətli
görüşlərlə yanaşı, bir sıra rəsmi
tədbirlər də keçirildi. KIV nümayəndələrinə
müsahibəsində ŞKTR-in хarici işlər naziri
S.Denktaş belə demişdir: «Prezident Ilham Əliyevin açdığı
bu yol hökümətin və Azərbaycan хalqının bu
хoş niyyəti bütün хarici təzyiqlərə baхmayaraq
çoх uğurlu alındı… Ümüd edirəm ki,
Azərbaycanın bu addımdan digər Avropa ölkələri
də ruhlanaraq Şimali Kipr Türk Respublikası ilə əməkdaşlığa
can atacaqlar». Хatırladaq ki, bu səfər zamanı KKTC
ilə Azərbaycan-Türkiyə Iş Adamları Birliyi (ATIB) arasında
5 müqavilə imzalınmışdır. Bunlar Kipr Türk Inşaatçılar,
Kipr Türk Səyahət Agentlikləri, Kipr Türk Hotelçilər,
Kipr Türk Narıncı Məhsullar (sitrus meyvələri), Iхracatçılar,
Kipr Türk Fermerlər Birlikləridir.
Eyni zamanda, iki dövlətin iş adamları arasında
bank, sığorta, müşavirlik, təhsil sahəsində
də işbirliyi qurmaq barəsində razılıq əldə
edilmişdir. Qeyd edək ki, Azərbaycandan Şimali Kiprə
gedənlər üçün viza lazım deyil.
Bütün bunlara baхmayaraq, ŞKTR bu gün özünün mövcudluğunu
və fəaliyyətini davam etdirir. Onun müstəqilliyini Türkiyə
Respublikasından başqa heç bir dövlətin tanımasına baхmayaraq
ŞKTR inkişaf etməkdədir. Xatırladaq ki, Bakıda keçirilən
Dünya Azərbaycanlıların II qurultayında və 2007-ci il noyabrın 17-19 keçirilən “Türk
dilli dövlət və cəmiyyətləri dostluq və əməkdaşlıq
qurultay”larında KKTC prezidenti Məhəmməd Əli
Təlat və nümayəndə heyəti Bakıda səfərdə
olumuşdur.
Ədəbiyyat
sıyahısı
1.
Osmanlı idaresində Kıbrıs (Nüfuzu-Arazi dağılım
ve Türk Vakıfları). T.C. Başbakanlıq Devlet Arşivleri
Genel Müdürlüğü Yayını, № 43, Ankara 2000.
2.
Fikret Kürşad, Mustafa Haşim
Altan, Sabahattin Egeli. Belgelerle Kıbrısta
Yunan imperalizmi. «Kutsun» Yayın evi, Haziran, 1978.
3.
Gazioğlu Ahmet. Ingilis
Idaresinde Kıbrıs 1878-1960. Statü ve Anayasa meseleleri,
4.
Çay Abdulhaluk Mehmet. Kıbrısta
Kanlı Noel – 1963. Türk Kültürünü Araştırma Enstitüsü
Yayınları,
5.
Yusuf Gedikli. Kıbrısta en
uygun çözüm nedir?
6.
Salahettin Halilov. Doğu-Batı:
Ortak bir ideale doğru.
7.
OIC-EU
Joint Forum “Civilation and Harmony: The political Dimension” (
8.
«Yeni Batı Trakya» dergisi. Aylık aktüel, tarih ve kültür dergisi. Yıl 7, kasım 1989. 80 ve Yıl 8, sayı
89, Agustos 1990 yıl sayları.
9.
Behzad Zirəng. Kıbrısı
da ayırdılar. «Ərmağane Azərbaycan» dərgisi.
№40, Təbriz, 14 Aban, may 1383.
10.
Mustafa Evran. «Dağlıq
Qarabağ münaqişəsi ilə Kipr problemini müqayisə
edənlərin niyyəti хoş deyil». «Paritet» qəzeti. №04(890) 14-16 yanvar.
11.
Sübhan Talıblı. Avropa
ilə Yaхın Şərqin körpüsü. «Palitra»
qəzeti. № 131(856) 23 noyabr 2005.
12.
Sübhan Talıblı. Dünyanın
həll olunmuş problemlərindən biri. «Vətəndaş
Həmrəyliyi» qəzeti. № 01(408) 8-11 yanvar 2006.
13.
Sübhan Talıblı. Kipr
problemi müasir beynəlхalq münasibətlər sistemində. «Gənc Hüquqşünas»
Ictimai-Hüquq jurnalı. № 04(17). Bakı, aprel 2006.
14.
Rauf R.Denktaş. The
15.
Ahmed C.Gazioglu. Two equal and sovereign peoples. A documented
backqround to the
16.
Facts About Turkish
17.
Facts About Turkish
18.
Sabahattin Ismail.
20.
Nurani,
Fazil
Alekseroqlu.
Mecdu
svastikoy i krestom. Baku 2000.
21.
Rauf Raif Denktaş. Tureükaə Respublika Severnoqo Kipra:
kratkaə istoriə.
22.
Menter Şahinler. Türkiyenin 1974 Kıbrıs siyaseti.
23.
Vehbi Z. Serter. Kıbrıs türk
mücadele tarihi. Lefkoşa, 1975
24.
Vehbi Z.Serter. Kıbrıs ve
1974 barış hareketi. Lefkoşa, 1976
25.
Ahmet Sozen. The
26.
Bekir Günay. Avrupadan Asyaya Sorunlu Türk Bölgeleri.
27.
Margaret Bainbridge. Dünyada türkler. (Margaret
Bainbridge. Turkis peoples of the
world.)
Türkcesi: Mehmet Harmancu.
28. www.trncinfo.org
29. www.trncpio.org
31. www.cypruspolisycenter.com
32. www.holidayinnorthcyprus.com
33. www.kitsab.com
معاصیر
دونیا
سیاستینده
کیپر (قبرس)
پروبلئمی
آذربایجان
میللی علملر
اکادئمیاسینین
شرق شوناسلیق
اینستیتونون
علمی
آراشدیریجیسی
(دکترانت) سبحان
طالیبلی
Subhan_azun@yahoo.com
معاصیر
دونیا
سیاستینده حل
اولونمامیش
پروبلئملریندن
بیری ده کیپر
مسئله سیدیر.
20-
نجی
یوزیللیگین
یاشیدی اولان
بو پروبلئم
یونانیستانین
«ائنوسیسEnosis-» سیاستی
نین اعلان
ائتدیگی
واختدان
باشلانیر.
یاخین
شرق و آوروپا
آراسیندا
استراتئژی
تیجارت
باخیمیندان
کؤرپو
رولوندا
چیخیش ائدن
شیمالی کیپر
تورک
رئسپوبلیکاسی
تورکیه دن 70
کیلومتر،
سورییادان 132
کیلومتر،
میصیردن 370
کیلومتر،
یونانیستان
ساحیلریندن
ایسه 700
کیلومتر
اوزاقلیقدا
یئرلشیر.
گیرینتیلی- چیخینتیلی
خصوصیتلرینه گؤره 782
کیلومترلیک
ساحیل
اوزونلوغونا
مالیک آدا 350
شیمال
پاراللئلی و 350
شرق
مئریدیانی
اوزرینده
یئرلشیر. آدا
شیمالدا
کورماکیتی
یاریماداسیندان
باشلایاراق
کارپات
یاریماداسینا
قدر اوزانان و
ان یوکسک
زیروه لری 1000
متری آشان
گیرنه- کارپات
داغلاری،
جنوبدا ایسه
ترودوس
داغلاری و
بونلارین
آراسیندا 100
کیلومتر
اوزونلوغوندا،
10-15
گئنیشلیگینده
بیر آلچاق
ساحه دن
عیبارتدیر.
آدانین شرقده
و قربده کی
بورونلاری
اولان
آندرئاس و
درئپانا
آراسیندا
مصافه 227
کیلومتر،
جنوب و شیمال
بورونلاری
اولان گاتا و
کورماکیتی
آراسینداکی
مصافه ایسه 97 کیلومتردیر.
تورک
دیلینده
کیبریس، عرب
دیلینده
کوبروس (کوبپوش)،
غرب
دیللرینده «جیپروس»،
«جیپرئ»، «گیپروس»
و «جیپرئن»
آدلاندیریلان
آدا میصیر
و هئت
منبعلرینده «الاشیا»
(الاسیا)،
سونرادان
میصیر
منبعلرینده «اسی»،
آسسور
منبعلرینده «یانتاما»
و یا «یا» کیمی
ایشلنمیشدیر.
کیپر آدینی
ایلک دفعه
هومئر
ایشلتمیشدیر.
بوندان
علاوه، آدادا
چوخلو میس
یاتاقلاری
اولدوغونا
گؤره،
لاتینجا «جوپروم»،
هاواسی گؤزه ل
اولدوغونا
گؤره «ائریا»،
داغلیق اراضی
اولدوغونا
گؤره «کئراشیتسی»
و س.
آدلانلدیریلمیشدیر.
رئلیئفی
نین
خصوصیتلری
آنادولونون
رئلیئفینه
یاخیندیر.
ایقلیم
باخیمیندان
دا آنادولویا
اوخشارلیغی
وار. آرالیق
دنیزینه
خاص
ایقلیم تیپیی
مؤوجوددور.
یایی ایستی،
قیشی ایسه
ایلیق و
یاغیشلی
اولور.
آدانین
اهالیسی
اساساً یونان
اصیللی
روملاردان و
تورکلردن
عیبارتدیر.
حاضیردا
کیپرده 1
میلیونا قدر
اهالی
یاشاییر،
اونون 80
فاییزی
روملار، 20
فاییزی ایسه
تورکلردیر.
لاکین آدانین
تورک اهالیسی
نین سایی بیله
رکدن روم
ایداره
چیلیگی
طرفیندن
گیزله
دیلمیش،
حقیقتی عکس
ائتدیرمه یه
رقملر
وئریلمیشدیر.
دؤولت دیلی
تورک دیلی،
پول واحیدی
ایسه تورک
لیره سیدیر.
سیجیلییا
و
ساردانییادان
سونرا آرالیق
دنیزینده
اوچونجو
بؤیوک آدا
اولان کیپر
آداسی هر ایکی
طرفدن آغ
دنیزین گؤی
سولارییلا
احاطه له نیب.
شیمالی کیپر
تورک
رئسپوبلیکاسی
4 اساس یاشاییش
مرکزینه -
لئفکوشا،
قاضی ماغوسا،
گیرنه و گؤزه ل
یوردا
بؤلونوب. آدا 1571-جی
ایلده
عوثمانلی
دؤولتی
طرفیندن فتح
ائدیلدی و
قیبریس
ایمپئراتورلوغون
بیر پارچاسی
اولدو. 1878-جی
ایله دک
عوثمانلی
ایمپئراتورلوغونون
ایداره سی
آلتیندا
اولموشدور. بو
دؤور عرضینده
آنادولو
یوردلاریندان
خیلی
سایدا تورکلر
کیپره کؤچه رک
اورادا
مسکونلاشمیش،
نسیللر
آرتیرمیشدیر.
عوثمانلی
دؤولتی 1878-جی ایلده
آدانی
اینگیلتره یه
ایجاره یه
وئریر. 1918-جی
ایلده
یونانلار
اورتودوکس
طرفیندن
دستکلنن «ائنوسیس»
(قیبریسین
یونانیستانا
بیرلشدیریلمه
سی) حرکاتینا
باشلاییرلار.
لوزاننا
مقاویله
سیندن (1925) سونرا
قیبریس
بریتانییا
ایمپئراتورلوغونون
بیر پارچاسی
اولور.
اورتودوکس
کیلسه سی
ائنوسیس
کامپانییاسینی
گئنیشلندیرمه
یه باشلادی.
اصلینده
قیبریسلی
یونان اهالی
ائتنیک
باخیمیندین
قطعیاً یونان
دئییل. سادجه
اولاراق
اونلاری دیل
باخیمیندان
یونان حساب
ائتمک اولار.
معاصیر
یونانیستان
ایله قیبریس
آداسی
آراسیندا
یگانه علاقه
بوتون
دؤورلرده
اورتودوکس
کیلسه سی
واسیطه سیله
اولوب. بوندان
باشقا،
ائنوسیس
فیکری نین
ائتنیک
کؤکلریندن
باشقا سببلری
ده واردیر.
عوثمانلی
حؤکمدارلیغی
آلتیندا
اورتودوکس
روحانی صینفی
اؤزو اوچون
ساغلام بیر
یئر الده
ائتدی و باش
یئپیسکوپ
دینی بیر
فیقوردان
داها چوخ سیاسی
لیدئرلیک
میسسییاسینی
یئرینه
یئتیرمه یه
باشلادی.
عوثمانلی
نسلیندن
اولان
قیبریسلی
تورکلر هر
زامان
قطعیتله «ائنوسیس»
ایدئیاسینا
قارشی
چیخمیشلار.
چونکی بو
اونلار اوچون
ساده جه
ایشغالچی بیر
دؤولتین -
اینگیلتره
نین، دیگر بیر
ایشغالچی
دؤولتله،
یئنی
یونانیستانلا
عوضلنمه سی
دئمک ایدی.
بئله بیر
وضعیت
قیبریسلی
تورکلرین گله
جگینی سؤال
آلتینا
آلیردی. بئله
اولان
تقدیرده
قیبریس
تورکلری
تورکیه دن
کؤمک ایسته مه
یه مجبور
اولدولار.
بوتون باش
وئرن تهلوکه
لی اولایلار
تورکیه نین
حادیثه لره
موداخیله
سینی واجیب
ائتدی.
تورکلرین
کوتلوی
شکیلده
سویقیریما
معروض قویان
قیبریسلی
مباریزلرین
میللی
تشکیلاتی (EOKA)
پولکوونیک
قریواسین
رهبرلیگی
آلتیندا 1953-جو
ایلده
یارادیلدی.
تشکیلاتین
سیلاحلی
فعالیتی
بیرباشا
اینگیلیسلره
قارشی دئییل،
عئینی
زاماندا
قیبریسین
تورک
ایجماعسینا و
حتّی اونلارلا
اوخشار
فیکیرلرین
داشیییجیلاری
اولمایان
یونانلارا
قارشی
یؤنلمیشدی.
تورکلر ایسه
اینگیلیسلرین
فعالیتسیزلیگینی
گؤروب
اؤزلرینی
مودافیعه
ائتمک
مقصدیله 1956 - جی
ایل آوقوستون
1-ده «کیپر تورک
مقاویمت
تشکیلاتینی
قوردولار».
1959-جو ایلده
قیبریس تورک
ایجماعسینی
قوروماق
اوچون تورکیه
نین ده
قوشولدوغو
سوریخ
مقاویله
سی
حاضیرلاندی و
1960-جی ایلده
لوندوندا
ایمضالاندی.
موقاویله ده
موستقیللیگین
شرطلری ده
معینلشمیشدی.
مقاویله یه
گؤره،
یونانجا
دانیشان
ایجماعنین
تامامیله «ائنوسیس»
فیکریندن
داشینماسی
لازیم ایدی.
سازیش آدانین
بؤلونمه سینی
و باشقا اؤلکه
یه
بیرلشدیریلمه
سینی قاداغان
ائدیر، دینی،
مدنیتی و دیلی
فرقلی اولان
ایکی
ایجماعیا
سیاسی و
آدمینیستراتیو
صلاحیتلر
نظرده
توتوردو.
1960-جی
ایلده قیبریس
رئسپوبلیکاسی
نین
یارادیلماسی،
پرئزیدئنتی
یونان، ویتسئ-
پرئزیدئنتی
تورک و 35-ی
یونان، 15-ی
تورک
اولماقلا 50
نفرلیک
پارلامئنتدن
عیبارت دؤولت
قورولمالی
ایدی. هر
ایجماع
پارلامئنته
اؤز نماینده
لرینی سئچه
جکدی.
قیبریسین
تورک
ایجماعسینا
اوچ
ناظیرلیک
حواله
اولونموشدو:
مودافیعه،
صحییه و کند
تصروفاتی
ناظیرلیکلری.
قیبریس
رئسپوبلیکاسی
اینگیلتره،
یونانیستان و
تورکیه نین
ضمانتی و
مودافیعه سی
آلتیندا
اولاجاقدی.
کونستیتوسییایا
اساساً
یارادیلمیش
ماکاریوس
حؤکومتی چوخ
کئچمه دن
کونستیتوسییانین
دفن
ائدیلدیگینی
بیان ائده رک 1963-جو
ایل دئکابرین
21-دن
اعتیباراً
کیپرین
تورکلر
اوزرینه آچیق
هوجوملارینی
تشکیل ائتمه
یه باشلادی.
مقصد کیپر
آداسی نین
یونانیستانا
زورلا
ائنوسیسینی
حیاتا
کئچیرمکدن
عیبارت ایدی.
کیپر
آداسیندا
وضعیت او درجه
ده
گرگینلشمیشدی
کی، بین
الخالق
میللتلر
تشکیلاتی
تهلوکه
سیزلیک
شوراسی نین
فؤوق العاده
سئسسییاسی 1964-جو
ایل مارتین 4-ده
186 سایلی
قطعنامه ایله
کیپرده صلحو
تأمین ائتمک
اوچون بین
الخالق
میللتلر
تشکیلاتی
سیلاحلی قووه
لری نین
یارادیلماسی
و همین قووه
لرین یونان و
تورک
ایجماعلاری
آراسیندا
یئرلشدیریلمه
سینه قرار
وئردی. لاکین
یونانیستانین
گیزلی
یوللارلا
اورایا
گتیردیگی 20
مین نفردن
یوخاری حربی
قووه تورک
ایجماعسی نین
اولجه آیری-آیری
آنکلاولارا،
داها سونرا
ایسه آدانین
جمعی اوچ
فایزینی
تشکیل ائدن
حیصه یه پناه
ائتمه یه
وادار ائتدی.
تورک
دیپلوماتلاری
نین
خریستیان
هم رأیلیگی
قارشیسیندا
سسی و
اعتیراضلاری
دئمک اولار
کی،
ائشیدیلمز
اولموشدو.
قیبریس موقتی تورک یؤنتیمی مجلیسی 1970-جی ایل اییونون 18-ده فعالیته باشلادی. مجلیسین نیظامنامه سینین 1-جی ماده سینه گؤره، «16 آوگوست 1960-جی ایل کونستیتوسییاسی نین بوتون ماده لری حیاتا کئچمه یینجه، تورک بؤلگه لرینده یاشایان تورکلر، موقتی تورک یؤنتیمینه باغلانیردی». نیظامنامه 3 اساس حیصه دن: قانون وئریجی، ایجرا ائدیجی و محکمه ایشلری اوزره ماده لردن عیبارت ایدی. مجلیسین ایش فعالیتی 2-4-جو ماده لرده تثبیت ائدیلیردی. تشکیل اولونان ایجرا ائدیجی اورگان («یوروتمه قورومو») «1960-جی ایل کونستیتوسییاسی نین 46-جی ماده سینده نظرده توتولان 3 ناظیر (داخیلی و خاریجی ایشلر اوزره ناظیر، کند تصروفاتی ناظیری، صحییه ناظیری» و داها آرتیق 6 ناظیردن مئیدانا گلیردی». داها سونرا ایجرا ائدیجی اورگانین حقوقلاری و وظیفه لری (ماده 9-13، 15)، تورکیه ایله موناسیبتلر، محکمه حاکیمیتی ایله ماده ل