Hər
yerdə QİYAM - Hər yerdə AZADLIQ !!!
ABBAS Atilay
Gözümüzü
bu işıqlı dünyaya açandan dünyaya qaranlıq gözlərlə
baxmışıq. Direkt görə biləcəyimiz
həqiqətlər bizə yetişməsi üçün bir beçə süzgəcin
gözündə keçməli olub. Bizə çatansa onun dibində ilişib
qalmış "həqiqətlər",
həqiqətsizliklər, iyrəncliklər olub.
Gözlərimizdəki
süzgəç əkizimiz QORXU-du. Real həqiqətləri gözlərimzə
çatana qədər saf çürük edən Ozon təbəqəsidir
O. QORXU istehsal maşını isə ailələrimizdir. Doğulan
kimi bu mirası beynimizə soxdular. Beşiyimizdə "xortdan",
evimizdə "ata", məktəbdə "müəllim",
idarədə "müdir", cəmiyətdə
"mentalitet", dövlətdə "prezident". Bu qorxu
bizimlə doğulur, bizimlə böyüyür və bizimlə ölür.
Bizim ən sadiq "yol yoldaşımız"-dır.
Qorxu
"müqəddəsdir", ondan ayrılmaq mubah. Atanın mirasıdır,
onu tərk etmək ataya xəyanət. Biz ona sadiqik, evdə-eşikdə,
çöldə-bayırda, kabinetdə, tualetdə, hamamda,
təsəvvür edəcəyimiz hər yerdə, bütöv olaraq
həyatda. Hətta sevgilimizlə toy gecəsi belə o
bizimlədir. Yataqda, pəncərədə, qapının
dəliyindəki beli bükük kaftarın bizə zillənmiş gözlərində.
Bax, beləcə əsasını qoyuduğumuz uşağında
mayasına qorxunun toxumlarını ustalıqla səpirik. Buna görə
nə biz kişiyik, nə atalarımız kişi olub, nə
də qorxunun aguşuna tullayacağımız övladlar kişi
olacaq.
Bizi
müqəddəs "İdeal"-a, QORXU-ya götürən yollar
simli məftillərlə-mentalitet, zəif insanların son xilası
- "əxlaq"-la hasarlanıb. Bu "əxlaq" geriliyin,
ətalətin, yaşlılığın, qocalığın
daş üzərində oturub çevirdiyi təsbehinin "qiymətli"
əqiq daşıdır. Onların varlıqları
qədər "qiymət"-i var.
Sən
"əxlaqlı", mən "əxlaqlı", o
"əxlaqlı"
Belə
olar rəzil insanın həyatı.
ALMA
Azərbaycan gəncliyinin ilk səsiydi. ALMA "əxlaq" bütlərini
yerindən titrədən zəlzələydi. ALMA ətalət
beşiyində uyuyan cəmiyyətin alarmı, budilniki idi. ALMA
mentalitetin, gerilikçi adət ənənələrimizin
təməlini sarsıdan hiss olunmaz qüvvə idi. ALMA Həvvanın
reallığa-mövcudluğa qiyamı idi. ALMA zəhmətlə
qazanılmamış nəticədən imtina idi. ALMA qadağan
olunmuş meyvə idi. ALMA qadağalara qadağa qoyan meyvə
idi. ALMA bizim yeyəcəyimiz meyvə idi...
ALMA
qəzeti Azərbaycanın 16 illik müstəqilliyi tarixində
gənclərə total təsir edən, ouditoriyası dayanmadan
genələn ilk uğurlu addım idi. O addım ki, sonunda
permanent qiyam vardı. Cəmiyyətə, hakimiyyətə,
kultlaşmış beyinlərə, bütləşmiş
tabulara qarşı viran edici dalğa. O dalğa ki, anarxist müəllim
Xaqanı HAS-ın nəfəsi hiss olunurdu. Bu dalğa QORXU-nu
alt-üst edən hər yerdə QİYAM - hər yerdə AZADLIQ
var edəcəkdi. O işlər ki, heç vaxt atalarımız
tərəfində edilmədi, onun da atası etməmişdi,
onun da atası etməmişdi, onun da atası etməmişdi,
onun da atası etməmişdi, onun da atası etməmişdi...Bax
belecə qalaq-qalaq bizə miras qoymuşdular bu problemləri.
Amma biz atalarımızdan fərqliyik. Çünki onları inkar
edirik, getdikləri yolları danırıq, yaşadıqları
həyatsız-həyasız QORXU-ya qan püsgürürük. "Yaşamaq"
deyil, kişi kimi yaşamaq istəyirik, permanent QİYAM, daimi
AZADLIQ istəyirik. İndividual anarxizm tərəfdarıyıq.
Xaqani HAS-ın dediklərinin tərəfdarıyıq:
Mənə
qarşı olan hər şeyə qarşı qiyam! Daimi qiyam,
permanent qiyam; hər zaman, hər yerdə qiyam! Kifayət
qədər pulu olmadığına görə müalicə
edilməyən xəstə xəstəxanada, haqları əlindən
alınan tələbə universitetdə, əri
tərəfindən zorlanan və təhqir olunan qadın evdə,
dindirmədə söyülən və döyülən şübhəli
şəxs istintaqda, zorla mitinqə aparılan məmur iş
yerində qiyama qalxmalıdır. Xəstə, palataya
gələn baş həkimin üzünə tüpürəndə,
tələbə rektoru döyəndə, qadın yatdığı
yerdəcə ərinin cinsi orqanını kəsib zibil qabına
atanda, saxlanılan şəxs çıxandan sonra polis
məntəqəsini bombalayanda azad olacaq. Azadlıq - permanent
qiyamdır"
Martın
9-da ALMA qəzeti "qapadıldı", qadağan edildi. Amma
bu taxtabaşlar bilmədilər ki, ALMA "QADAĞAYA qarşı
QADAĞA"-dı. Zənn etdilər ki, hər şey bitdi.
Ay-Hay. Hər şey indi başlayır. Permanent qiyam. Hər
yerdə QİYAM
- hər yerdə AZADLIQ!!!
Ey,
QƏRB-də yaşayan Azərbaycan gəncliyi, bu gün çürümüş
gerilikçi təfəkkürün xarabalıqları üzərində
qurulacaq yeni həyata sən də qoşul! Azərbaycandakı
gənclərə dəstək səsini ucalt! Atalarımızın
QORXU üzərində saldığı komaların
təməlinə sən də 1 dinamit qoy! Birlikdə
Azərbaycanımızı gənc təfəkkürlə quraq!
Abbas
Atilay /OSLO/
abbasatilay@yahoo.com