Müsavat
Partiyası Avropa özəklərinin
BƏYANATI
Son
günlər Azərbaycan siyasi hakimiyyətinin azad mətbuata qarşı
tutduğu mövqe daha da sərt və dözülməz olmuşdur.
Belə demək olar ki, mətbuat nümayəndələrinin
təqib edilməsi, fiziki zorakılığa məruz qalması,
saxta ittihamlarla həbsə atılması, hakimiyyətin kursunu
mudafiə etməyən mətbuatın müxtəlif sanksiyalarla
sıradan çıxarılması halları yenidən vüsət
almışdır. İlham Əliyevin hakimiyyətinin ilk
illərində, ölkədə mətbuatın azadlığına
heç olmasa öncəki illərdən fərqli şərait
yaradacaği, tənqid və fikir müxtəlifliyinə dözümlülük
nümayiş etdirəcəyilə bağlı gümanlar ozünü doğrultmadı.
Əksinə, bu basqılar daha da kəskin və amansız oldu.
Vətəndaş
cəmiyyətinin qurulmasında azad mətbuatın, söz və
vicdan azadlığının, plüralizmin önəmini birmənalı
qarşılamayan Azərbaycan iqtidarı bütün beynəlxalq
təşkilatların irad və tənqidlərinə
məhəl qoymadan hakimiyyətin bütün strukturlarından istifadə
edərək, azad mətbuatı susdurmağa yönəlik addımlar
atmaqda davam edir. Müasir dünyada azad mətbuat azad cəmiyyətin
ayrılmaz tərkib hissəsidir. Nüfuzlu dünya təşkilatlarına
uzv olarkən uzərinə mətbuat azadlığını
təmin edəcəyilə bağlı öhdəliklər götürmüş
Azərbaycan hakimiyyətinin bu öhdəliklərə sayğısızlıq
nümayiş etdirərək, ölkəni üzləşdirəcəyi
aqibəti nəzərə almadan, azad mətbuat üzərinə
yeni repressiya dalğasına start verməsi təəssüf doğurur.
Gülünc və əsassız ittihamlarla həbslərə atılan
juralistlərin say göstəricisinə görə Azərbaycan ATƏT
üzvü olan ölkələr arasında ilk yeri tutur. Bu tip göstəricilər
üzrə Azərbaycan ABŞ Dövlət Departamentinin eləcə
də digər beynəlxalq təşkilatların hesbatlarında
öncüllərdəndir. Sanki qəsdən belə bir görüntü
yaradılır ki, Azərbaycanda hakimiyyəti tənqid edən
jurnalistlər narkomanlar, xuliqanlar və terroristlərdir, yalnız
hakimiyyətin siyasi kursunu mudafiə edən mətbuat və
onun nümayəndələri bu əməllərin fovqündə
dayanırlar. Hakim Partiya nümayəndələrinin ganun garşısında
hami bərabərdir fikri ilk növbədə onların özünə
və onların yaratdiqları mətbuat vasitələrinə
aid olmalıdır. Cünki, Azərbaycanda ganunları ən çox
pozanlar hakimiyyət nümayəndələri, jurnalist etikasına
sığışmayan hərəkətlərə, təhgirə
yol verənlər də əsasən iqtidaryönlü mətbuat
vasitələridir.
Ölkəmizin
nüfuzuna xələl gətirən bu kimi hallar ancaq düşmənlərimizin
əlində bizə qarşi təbliğat aparmaları üçün
ciddi əsasa çevrilmiş olur. Azad mətbuata basqılardan
qazanan iqtidar, itirən isə dövlətçiliyimizdir.
Hakimiyyətin qazandığı ölkədə şəksiz nüfuza
sahib olduğu görüntüsü formalaşdırmaq, müxalif mətbuatı
susdurmaqla 2008-ci ildə keçiriləcək prezident seçkiləri
ərəfəsində özünü bütün tənqidlərə qapalı
tutmaqdırsa, itirdiyimiz beynəlxalq aləmdəki imicimiz,
demokratiya və azad cəmiyyətin formalaşdırılması
yolunda ardıcıl və ciddi olmamağımiz təəssüratıdır.
Avropada
yaşayan Müsavatçılar olaraq Azadlıq qəzetinin baş
redaktoru Qənimət Zahidin gülünc və o qədər də
əsassız ittihamla həbs edilməsini bu vaxtadək Azadlıq
qəzetinə, habelə digər müxalifyönlü mətbuata qarşı
aparılan çirkin oyunun tərkib hissəsi hesab edir, bu basqılara
son qoyulmasını, Q. Zahidin və həbsdə saxlanılan
digər jurnalistlərin Sakit Zahidov, Eynulla Fətullayev, Rafiq
Tağı, Samir Sədaqətoğlu, Rövşən Kəbirli,
Yaşar Ağazadə, Fərəməz Allahverdiyev və
digərlərinin dərhal azadlığa buraxılmasını
tələb edirik.
Azərbaycan
ziyalılarının böyük bir gisminin baş verənlərə
etinasızlığı, susqunluğu bizlərdə dərin
təəssüf hissi oyadır. Millətimizin üzləşdiyi
problemlərə göz yummaq haqqı olmayan ziyalılarımızı
baş verən ədalətsizliklərə
biganə qalmamağa, öz etiraz səslərini ucaltmağa
çağırırıq.
Bəyanat
Müvasat Partiyası Avropa özəkləri tərəfindən
qəbul edilmişdir
21.11.2007