Təbriz bilimyurdunda təntənəli səslənən Azərbaycan milli himni hakimiyətin əməkçi qulluqçularına sərt cavab oldu

 

Öyrənci hərəkatı:Fəalların basqı, hədə qorxu, təhdid və ailərin təziqlərə  məruz  qalmasına rağmən,bu həftədə ötən həftələrki kibi “Səhənd”  kültür  dərnəyinin  fəalliyətləri  davam etdi.Bütün bunlar bir şərayitdə həyata geçirilir ki  universitetin  təhlükəsizliyinə  görəvli orqan “hərasətin” və  universitet  yünətimi  tərəfindən  Azərbaycan  öyrənci hərəkatının fəallarına qarşı ağır basqı siyasətləri yürüdülür.Ötən neçə 10-gün sürəsində  çoxlu sayda fəal öyrənci inzibati komitələrə eləcədə bilimyurdu təhlükəsizliyinə görəvli orqanın  ofisi  “hərastə”çağrılıb.Hərast bəzən ailələrlə ilgiyə geçib hədələməklə və ya inzibati komitələr tərəfindən   geçəri  təhsildən   uzaqlaşdırılmış   tələbələrin  bilimyurduna   gerişin  yasaq etməklə  dəhşət  dalğasını  göstərməyə  çalışıb.Bu  həftə  də “Səhənd “ kültür dərnəyi cox təntənili açılışla ədəbi programlarına davam edərək milli - epik poemalar dinləyicilərinə təqdim  etdi.  Səhənd  kültür  dərnəyinin  toplantısının  programı  öyrəncilərin   birlikdə Azərbaycan  milli himnini  kor ifasında səsləndirdikdən sonra sona çatdı.

 

Əziz həmvətənlər, istəkli dostlar!

1 Dekabr 2007-ci il tarixində Norveç Krallığının paytaxtı Oslo şəhərində

Norveçdə yaşayan azərbaycanlıların “17 Noyabr – Dirçəliş Günü” və “21Azər” Pişəvəri hərəkatı ilə əlaqədar böyük konsert tədbiri keçiriləcək.

Konsertdə Norveçdə yaşayan həmvətənlərimizlə yanaşı İsveç və Hollandiyadan azərbaycanlı qonaqlar və eyni zamanda bəzi beynəlxalq təşkilatların və eləcə də yerli KİV-lərin (Radio İnter FM, Türk Federasiyası, Türk Komitəsi) nümayəndələri də iştirak edəcək.

Tədbir həmin tarixdə saat 19:00-dan 22:30-a qədər davam edəcək.

Ünvan:  Pilestredet 56
Akademiet vgs i 6 egt.

Əlaqə telefonları: 0047 22599400

Bizimlə əlaqə yaratmağa tərəddüd etməyin. Gərək BİR olaq ki, VAR olaq!

Sevgilərlə, Xəzər Yanar Təşkilatı Mətbuat Xidməti.

 

 

Urmu Həbsxanasında geniş aclıq aksiyası

   

Say : 2007-379

2007-inci il noyabrın 20

 İnsan Haqları Müdafiəçilərinin Öyrənci Raport Komitəsi:

Urmu türməsindən əlimizə çatan xəbərlər əsasında ikinci gün noyabr.  20-si axşamından etibarən,30-nəfər bu zindanın siyasi məhbuslarından  aclıq   aksıyasına  başlayıblar. Adı çəkilən  siyasi məhbuslar, 14-uncu korpusun zalının təmirati bahanasıla bir ay öncədən dustağın  narkomanlara  özəlləşmiş  12-inci  bölümünə  köçürülmüşlər.Onların dediyinə görə butun təmirat işlərinin bitməsinə rağmən,dustaq sorumluları məhbusları birdə geri qaytarmaqdan boyun qaçırırlar.Məhbuslar aclığa başlamadan önçə türmənin məsuluna 14-uncu bölümə köçürülmələrilə əlaqədar bir məktubla müraciət etsələrdə sorumluların qulaq ardına vurmasila üzləşiblər.Elə bu nədəilə yemək  qazanların  geri  göndərib aclıq aksıyasının başlanışın noyabrın 20-si axşamindan etibarən elan ediblər.Türmə məsulları yeməklərin geri  döndüyün  gördükdə  məhbuslarla  müzakirəyə  etməyə  hazir  olublar.  Qeyd edək ki indilikdə bu türmədə 40 siyasi tutsaq saxlanılır.

 İnsan Haqları Müdafiəçilərinin Öyrənci Raport Komitəsi

 

Səttarxanın anım törəni  güney  Azərbaycanın Binev    (Benab)  şəhərində  təntənəli  geçirilib.

  

Öyrənci  hərəkatı :

Azərbaycanın Milli sərdarının  şəhadətinin 94-uncu il dönümü  münasibətilə  ikinci  gün noyabrın  20-də   güney Azərbaycanın Binev şəhrinin  sərbəst  bilimyurdunda  “Məşrutə və  Səttarxan “ adila  törən  geçirildi.  Milli  kimliyin müdafiə edən öyrəncilər tərəfindən hazırlanan  bu  toplantıda  Azərbaycan  Səttarxana  həsr  olunmuş  neçə  şeer  və yazı oxundu.Törəndə iştirak etməyə maraqlı  örəncilərin  sayı  çox olduğundan izdihamlı  hal yaranmışdır.Əyləşməyə yer tapa bilməyən tələbələrin bir çoxu ayaqüstə   dinləyiblər.