Güneydə yaşayan Azərbaycanlı gəncin Avropa ziyalısı ilə müsahibəsi

1) Bildiyinizkimi son zamanlarda Güney Azərbaycan milli azadliq hərəkatı öz səsini dünyaya çatdırmaqdadır. Emnesty internasionalın çox saylı bəyaniyyələri, Sveç parlamenti, Avropa şurası və habelə Amerika rəsmiləri tərəfindən bu hərəkətə dəstək olaraq verilən bəyaniyyələr, bu iddianın sənədləridir. Sizcə bu hərəkət kürəsəl mediada daha çox yer almaqçün nələr edə bilər ? Biz Batı mediasında daha çox yer almaqçün nələr etməliyik ?

 

-         Bu musahibəni vəya daha doğrusu mubahisəni yaymaq istədiyinizə görə elə burda qeyd etməliyəmki bu hərəkət haqqında bildiklərim mənə o icazəni vermirki hərəkətin özünü analiz edə biləm. Onunçündə sizin bu sorunuza ancaq genəl normalara əsasən cavab verə bilərəm. Əslində mən özümü bu hərəkətlə bağlı az bildiyimçün qınamıram. Sanıram bir çox ölkələrin akademistləri mənə bənzər durumdadır. Elə bu fakta əsasən başlıyıb sorunuza cavab verə bilərəm.

Hərhansı siyasi hərəkətin kürəsəl media vasitələrində yer almsiçün bir çox amillər mane vəya dəstəkkimi rol oynayır. Hərəkətin mahiyyətindən asılı olaraq bu manelərin vəya dəstəklərin sayı vəya şiddəti dəyişir. Bu bir faktdırki kürəsəl media vasitələrinin önəmli hissəsi Batının əlindədir və lokal siyasi xəbərləri yaymaqda rəqiblərinə nisbət qat qat az sansor edir. İdeal çalışdıqların iddia etmirəm ama nisbi mənada ən demokrat mediadır. Əlcəzirə yaxşı rəqib ola bilərsə sevindiricidir. Sizin bu barədə şikayətlərinizi dinlərdikdə mənə belə gəlirki siz, Batı mediasından gizli servislərin görəvini tələb edirsiz. Yani beləki Batı mediası hərəkətdən yaranan hadisələrin xəbərləri toplayıb və tam siz istəyən formada analiz edib yaymalıdır. Bu hər ölkənin gizli servislərinin görəvidir. Özəl media vasitələri barədə danışmaq lazım deyil məncə. Onlarçün bilgi satmaq yox, çoz sayda satmaq önəmlidir. Ancaq devlət mediasınıa təsir etmək olar. Birinci gərəkən sistematik olaraq dəstələnmiş xəbər materialları istər Foto, Video və başqa dokumentlər toplamaq və ən önəmlisi hadisələri Batı media standartları əsasında dəqiq analiz edib və çatdırmaq vacıbdır. Hər ölkənin bu sahədə uzmanları vardırki işləri önəmli hadisələri analiz edib və devlətin əlinə çatdırmaqdır. Əgər siz özünüz özünüzü analız etməsəniz, təbiki Batı ölkələri öz analizlərinə kifayət edib və diagnoz qoyacaq və bu diaqnoz devlət mediasında əks ediləcək. Fərq burdadırki Batı mediasıda xarici xəbərlərdə yer almaqçün, bu ölkənin milli mənafeinə tam qul olmaq şərt deyil. Diktator ölkələrinin mediasında ancaq siyasi partnerlər dəstəklənir  və siyasi düşmən sansor edilir. Misalçün İran mediasında Hizbullah abonədir və Rusia mediasında Çeçenlər boykot olur. Nisbidə olsa fərq ortadadır.

 

 

2 ) Hərəkət liderləri bu konuda nələr edəbilər ?

 

-  İranda söz azadlığı nə durumdadır diyə heç ölkə özünə sual vermir. Təbiki liderlərin xaricdə imkanları qat qat artıqdır. Batı mediasına təsir etməkçün yaxın yollarından biri, Batını muxatəb görüb və hərəkəti olara tanıtmaqdır. Bu işi bacaranlar Lider olmaları gərək deyil. Liderlər xaricdə bu analizləri Batı mediasına asanlıqla çatdıra bilərlər. Əlavə edimki Liderlər əgər doğurdanda gələcəkdə rəsmi Liderlikçün yarışırlarsa, ozaman nəzərə almalıdılarki bu hərəkət birgün lokal səviyyədən çıxıb və global siyasət alanına girə bilər. Əminəmki İçəridəki liderlər bu alanda açıq danışmağa çox çətinlik çəkirlər. Onunçündə xaricdəki liderlər bu sahədə olan boşluğu doldurmalı olacaqlar. Onlar hərəkətin global siyasət alanında hansı yerdə görmək istədiklərin açıqcasına ortaya qoymalıdırlar. Bu çox önəmlidirki hərəkəti olduğukimi  Batıya tanıda bilsinlər. Lokal hadisələr, Taptalanmış haqlar, istəklər, problemlər və planlar hamısı oqədər aydın olmalıki, səhv analiz etmək şansını Batıdan almış olsun. Hərəkət hakimiyyətdən nələr tələb edirsə bunlar xəbərdir ama global siyasət alanında hansı yeri almaq istəməsi Batıda ciddi maraq yaradır. Milli hərəkət, ən azı hakimiyyətə əl tapan günəcən mümkün qədər şəffaf və mütləq mədəni olmalı. Bunlar hamısı dolaysıyla vəya birbaşa Batı mediasının qapısın açan açarlardır məncə.

 

 

3 ) Sizcə bu hərəkət istiqlala doğru gedərsə, hakimiyyətdən başqa əlavə xarici manelər qarşısın almağa çalışarmı ? 

 

-  Bu chox təbii məsələdirki hərhansı ölkənin daxilində baş verən önəmli siyasi hadisələrə, başqa ölkələr ciddi maraqla yanaşsınlar. Özəlliklə qonşu olkələr həmişə bunu göz altına alırlar. Təbiki bu ölkələr milli mənafelərin nəzərə alıb və həmin hadisəylə bağlı öz siyasi movqelerin bildirib və reaksiya göstərirlər. Açıq reaksia göstərməmək özü bir nov reaksia və munaqişə tərəflərinə bir məsajdır. Dünyanın enerji yataqlarının önəmli hissəsi Orta-doğu adlanan bölgəni nəzərə aldıqda, qonşu ölkələrdən əlavə olaraq, iqtisadiyyati enerji yataqlarına bağlı olan ölkələrdə bu bölgənin siyasi hadisələrinə tərəfsiz qala bilməzlər. İranda bu bölgənin bi ölkəsidir. Təbiki əgər bu ölkədə hər hansı milli hərəkət ciddicəsinə İstiqlala meyil göstərərsə, bir çox ölkənin reaksiasına səbəb olacaq. Ancaq birinci və əsas rolu oynayan, həmin hərəkətin gücünün formalaşmasıdır. Əgər İstiqlal istəyi hərəkətin böyük qisminin düşüncəsi olsada, formalaşmadığı halda qonşu ölkələr və İranda mənafei olan başqa ölkələrinin muhasibələrində və planlarında ciddi yer almayacaq. Düşünürəmki cavabı bitirməyə yaxınlaşıram. Yani bir millətin İstiqlal istəyinə kimlər və necə yanaşa bilər sorusuna ilk öncə həmin millətin nə səviyyədə formalaşması cavab verə bilər. Əks halda təbiki xarici amillər bənzər hərəkatı öz menafeindən asılı olaraq formalaşdırmağa çalışacaq. Olabilər təxrib vəya boykot etsinlər, ola bilər dəstək verib və mümkün qədər öz istəklərin təhmil etməyə çalışsınlar. Konkret olaraq İstiqlalçı quvvələrin qarşısındaki manelər vəya möhtəməl dəstəklərdən danışmaq istəsək, ozaman təbiki ilk öncə dünyanın super güclərin nəzərə almalıyıq. Yani 5+1 !   Bu bir gərçəkdirki bu ölkələrin hərəsinin təklikdə oqədər gücü vardırki bu konuda İranın qonşu ölkələrindən daha çox rol oynaya bilsin. İstər mane törətməkdə vəya dəstək vermək olsun, super güclər qonşu ölkələrdən öncə mudaxilə edəcəklər. Mən belə düşünürəm.

 

 

4 ) Sizcə super güclər nədən Atom məsələsilə bağlı İran hakimiyyətin basqı altına qoymaqçün, İranda yaşıyan millətlərin mubarizələrinə ciddi dəstək vermirlər? Özəlliklə hakikiyyətin dəyişməsinə meyilli olduqların bildirən ölkə Amerika.

 

- Tam olaraq məntiqə uyqun sorudur. Həmin bu sorunu 5 il öncəİram millətləri edibdir. Əsas səbəb bundan ibarətdirki İrandaki millətlər öz güclərini yetərincək formalaşdırıb və siyasi alternativkimi göstərməyiblər. Kürdlərdən başqa qalan millətlər son zamanlar daha ciddi adımlar atmalarına baxmayaraq, yenədə muzakirə tərəfi olacaq səviyyədə formalaşmayıblar. Kürdlər bu yolda daha irəli getmiş olsalarda, təklikdə İran hakimiyyətin basqı altına qoya biləcək qədər güclü deyirlər. Deməli sizin təklif etdiyiniz taktik, başqa millətlətin formalaşması günəcən, aktual görünmür. Əlavə edimki super güclər vəya 5+1 adlanan ölkələr içrə, mənim inandığıma görə Rusia və Çin ölkələri İrandaki millətlərin formalaşmasına musbət yanaşmaq fikrində deyirlər. Çünkü öz ölkələrindədə bənzər probləmləri vardır və bu taktik onlarçün sərfəli görünmür. Qalan Batı ölkələrisə bu alternativi nəzərə alırlar məncə. Ancaq son alternativkimi ! İran hakimiyyəti getdikcən bu danışıqlarda öz önəmini və rolunu itirməkdədir. İran bu məsələdə movqein deyişməsə, Batının reaksiayı Rus-Çin lə anlaşma sonucundan asılı olacaq. İkinci dərəcədə yer alan dialoq tərəflərisə İranın qonşu ölkələridir. Hələlik Batı bu alternativləri denəməkdədir və İran hakimiyyətinin möhtəməl movqe dəyişmə imkanında nəzərdən uzaq saxlamır. Əgər bu munaqişənin bugünkü aktual tərəflərinə baxsanız ,  İrandaki milli hərəkatın yerini hələlik boş görəcəksiniz. Bu üzdəndirki məncə Batı milli hərəkatın roluna son alternativkimi yanaşır. Əgər İran qonşu ölkələri bu çıxmaz durumda, Rus-Çin movqeinə meyil göstərsələr, ozaman İrandaki milli hərəkat Batıçün aktual olacaq və Amerikanın birbaşa saldırma planına rəqib alternativ rolun oynaya bilər məncə.  Təbiki öz mahiyyətini açıqca ortaya qoymaq şərtilə və partner olmasalarda ən azı tərəfsiz və qarşı cəbhədə olmadıqları surətdə. Əks halda məncə İrandaki milli hərəkətlər xarici dəstəkdən göz yummalıdırlar. Çünkü dediyimkimi nə Rusia və Çin və nədə qonşu ölkələrdə onları dəstəkləmək istəyən ölkə görmürəm. İrandaki millətlər Amerikaüçün daha tez aktual ola bilər, nə inki Avropa ölkələriçün. Çünkü Amerika ücün İran hakimiyyətin dəyişmək vəya ən azı böyük reformlara məcbur etmək daha önəmlidir nəinki Avropaya. Çünkü Amerikanın bölgədə uzun müddətli mənafei bundan asılıdır.

 

 

5 ) Nədən İrak Kürdləri istiqlal almır ? Bu konu səbəb olubku orta-doğu millətləri belə hesab edirlərki Batı millətlərin istiqlalın istəmir !

 

- Amerika Saddamla danışmaqdan ümüd kəsdikdən sonra və 5+1 güclərilə ancaq İngilisin razılığın alandan sonra İraka saldırdı. Yani həmin proseski İran millətləri barədə dedim. Hakimiyyət və 5+1 anlaşmaya çatmasa, ozaman saldırmaq və həmin ölkənin içindəki formalaşmış millətlə əməkdaşlıq aparmaq. İrak Kürdlərinin İstiqlal almaqlarına ciddi manelər İrak qonşu ölkələridir. İran, Türkiyə və Saudi Ərəbistan buna ciddi qarşıdır. Səbəb aydındır. İran və Türkiyə gələcəkdə eyni prosesi yaşamaqdan qorxur. Ərəbistansa möhtəməl müstəqill İrak şiələri ölkəsində İranın nufuzundan çəkinir. Bəlkə İran vurulsa, ozaman Ərəbistan İrakın parçalanmasına ciddi qarşı durmaz. Məncə Ruslar və Çində İrakın parçalanmasına müsbət yanaşmaz. Çünkü müstəqill Kürdüstan tam olaraq Batı meyillidir və iqtisadi mənafein Batı blokunda görür və beləliklə Ruslar və Çin bu ölkədə mənafein itirəcəklər. Məncə ilk müstəqill Kürdüstan ölkəsi İran məsələsi həll olmasından sonraya saxlayırlar. İrana qarşı basqıda Türkiyə və Ərəbistanın dəstəyin almaq istəyən Amerika, hələlik Müstəqill Kürdüstan ölkəsin gündəmə gətirmək istəmir. Ancaq əgər Türkiyə kökündən iş birliyi etməsə, ozaman Kürdlərin istiqlalı aktual olacaq və Amerikanın məsləhəti davranmasına səbəb qalmayacaq. Sanıram Amerika ara sıra bu konuyu ortaya atırki Türkiyə İranla bağlı movqein tez bəlləndirsin. Mən inanıramki bu ölkə gec tez istiqlal alacaq. Hələlik İran hakimiyyəti son kartını oynamağa təşviq və press edilir. Qonşu ölkələrdə munaqişə tərflərindən aldıqları təklifləri və öz mənafelərin dəyərləndirirlər. Bu proses bitər bitməz, Kürdlər istiqlal elan edəcəklər.

 

 

 

6 ) Kürdlərlə Batı ölkələrinin munasibətinə baxanda, əmələn hiss olurki Batı oları daha çox dəstləyir. Sizcə səbəb nədir ?

 

-  Sanıram bu sorunuzun cavabının qabqkı sorunun cavabı içrə verdim. Onların hərəkatı həm formalaşıbdir və həmdə mahiyyəti bəllidir. Ən azı son 10 ildə mahiyyəti tam bəllidir.

 

 

7 ) İran millətləri içrə Az.Türkləri sayı baxımdan birinci yeri alırlar. Siz cavabınızda qonşu ölkələrin rolundan danışdınız. Əgər Amerika planlarında İrandaki milli hərəkətlər aktual alternativ nəzərə alınarsa, ozaman sizcə Azərbaycan və Türkiyə ölkələri bu məsələyə necə yanaşa bilər ?

 

-  5+1 ölkələri arasında ixtilaflar artdıqcan, İran qonşu ölkələrinin önəmi artır. İrana yeganə önəmli qonşu ölkə Türkiyədir. Bu ölkə mümkün qədər milli hərəkatı boykot edəcək sanıram. Çünkü özüdə Kürd məsələsilə üzbə üzdür. Türkiyə Kürd məsələsin həll edənəcək İran millətlərinin formalaşmasına müsbət yanaşmayacaq. Bu genəl siyasətdir və İranın Quzeyində 30 milyon Türkün olması hələlik bu siyasətin bir parçasıkımi rol oynayır, təin edici yox. Əyər 5+1 ölkələri anlaşmaya çatmasalar, təbiki hər biri İranın qonşu ölkələrin öz tərəfinə çəkməyə çalışacaq. İran özüdə bu ölkələrin arasındaki ixtilaflardan faydalanıb və çalışacaqki mümkün qədər özünə siyasi müttəhid qazansın. Türkiyə bu durumda bir çox siyasi-iqtisadi önərilərlə üzləşəcək təbi. İran, Rusia, Avropa və Amerika hər birisi öz mənafeindən asılı olaraq Türkiyyə məsajlar göndərərcəkdir və indi biz bu söhbətləri edərkən həmin bu proses dəvam edir. Məncə bugün Türkiəçündə İranın Quzeyindəki 30 Milyonluq Türk milləti son alternativkimi yer alır. İlk öncə 5+1 ölkələrin kəlan önərilərin dəyərləndirəcək və çalışacaqki mümkün qədər çox poen alsın və az məsuliyyətə girsin. Əgər İrak savaşını yada salsaq, görürükkü Türkiyə devləti İrakdaki Türkmənləri bir çox səbəblər üzündən dəstəkləmədi. Sanıram Avropa bu konuda Türkiyəni xamsıddı. Çünkü ozaman Avropa kəsinliklə İrak savaşına qarşı durmuşdu. Olabilsinki Türkiyəyə Avropa birliyinə girmək vəsədi vermişdir. Məncə Amerikanın nizami saldırması gərçəkləşən günəcən, Türkiyə İran Türklərinə formalaşma imkanı yaratmıyacaq. Azərbaycan hakimiyyətiçün İran Türklərinə dəstək vermək çox baha başa gələ bilər. Biricisi bu ölkə Rusların tərəfindən basqı altındadır və Ermənistan təriqilə ölkəni sıxıntıda saxlayıbdır və təbiki İranla bağlı siyasətini Azərbaycan devlətinədə təhmil etməyə çalışacaq. Milyonlar Azərbaycanlı Rusiada çalışır və onları geri göndərmək, İqtidara çətinliklər yara bilər. Başqa tərəfdən İran özü Azərbaycanda nisbi nufuza sahibdir. Əgər Azərbaycan rəsmən NATO quvvələrinə qoşulsa, ozaman inanmaq olarki Azərbaycan devləti arxayınlıqla İran Türklərinə yardım edə bilər. Təbiki öz mənafein nəzərə alıb davranacaq.

 

 

 

8 ) Əgər İran movqe dəyişsə və Uran zənginləşdirməsin dayandırarsa ozaman milli hərəkat Batı tərəfindən həmişəlik boykot edilə bilər ? 

 

- İranın geri oturmasıda sadəcə bu prosesi dayandırmaqda bitmir. İran Hamasa və Hizbullaha dəstək verməyi bitirməli, İrak və Afqanistanda dixalətlərinə son verməlidir. Bunlar tam ilkin şərtlərdirki Batı gözündə İran təhlükəsiz duruma gəlib çatsın. Əgər İran bunları edərsə, ozaman başlıyır xarici sərmayənin axınının qabağin kəsən maneləri aradan qaldırmaq. Yani İran iqtisadiyyatıda özünü internasional standartlara uyqunlashdirmalıdır. Bir kəlmədə desəm, İran devləti iqtisadda inhisarçılığı kənara qoymalı və devlət özəl sahəni şərik etməli və xarici sərmayənin əmniyyətin təzmin etməli. Rəfsəncani başçılıq etməklə bir cinah bu noqtədən başlamaq istəyir ama Əhmədi nijad bloku indiki xarici siyasəti və Atomi siyasəti dəvam edib və ilk öncə Batıdan siyasi təzmin almaq niyyətindədir. Bugünkü İran hakimiyyəti içindəki ixtilaflarda burdan qaynaqlanır. İstər İran daxili iqtisadiyyat sistemindən, istər xarici siyasət və Atom məsləsindən dalı oturmağa başlasın, heçnə dəyişməyəcək. Bu ölkə dünyada İrankimi tanınmaga dəvam etmək istərsə, ciddi dəyişiklərə əl vurmalı. Bu dəyişmələr oqədər böyükdürki əgər realizə olsalar ozaman artıq İran İslam cumhuriyyəti adı daşımamalı olacaq. Bütün bunları nəzərə aldıqda demək olarki İran hakimiyyəti dala oturmağa şansı yoxdur. Olursa Dərbə ola bilər. Əks halda bu hakimiyyət reforma sarı gedərsə, Gorbaçofun yolun getmiş olacaq. Son alternativ savaşdır və İran belə düşünürkü savaş olursa Rus və Çin bu savaşa məcburi qoşulacaqlar və 3.cu dünya savaşı başlayacaq. Uduzan Batı olursa, ozaman İran hakimiyyəti dəvam edəcək. Bu söhbətləri İrandaki millətlərin taleinə belə bağlıya bilərəmki əgər İran dalı oturmağa başlasa, ozaman ister istəməz daxili siyasətindədə dala oturmalı olacaq. İnsan haqları nisbi mənada olsada kəsinliklə yüksəlməlidir. Milli haqlarda buna daxildir. Ən pis halda insan haqları və buna daxil qadın və milli haqlar tələb etməkçün böyük zəmin yaranacaq. Yani İranın dala oturması bəlkə səbəb olaki Batı bir başa milli hərəkata dəstək verməsin ama mərkəzi hakimiyyəti dala oturtmaq nəticəsində, dolaysıyla milli hərəkətlərə böyük imkan yaranacaq.

 

 

 

9 ) Bir məllətin mənafein istiqlal istəyi qarşısında internasional huquqi manelər yarana bilərmi ?

 

- Huquqi baxımdan bir millətin İstiqlal istəyilə bağlı qaydalar BMT tərəfindən aydınlaşıbdır və qol çəkən ölkələr buna boyun qoymalı. Ancaq huquqi şərtlərin yanında bir çox amillərdə rol oynaya bilərki bir millətin İstiqlalı yolunda yardımcı olsun vəya maneçilik törədsin. Əgər  “ milli mənafe “ və başda gələn iqtisadi mənafe İstiqlal istəyində əsas rol oynayırsa ozaman  ozaman bir millət öz İstiqlal savaşının iqtisadi sonucun asanlıqla muhasibə edə bilər. Çünkü dunyanın iqtisadi qutbları aydıncasına bəllidir. Bu qutblərində hər bolgədə öz mənafelərinə ayid siyasət aparırlar. İstiqlal istəyən bir millət, bütün bu faktorları nəzər alaraq öz iqtisadi mənafein duzgün yolla təmin və təzmin edə bilər. Demokrat mustəqill ölkə qurmaq istəyən millət, öz muhasibələrində, milli iqtisadiyyatına munasib gördüyü partnerlərin mənafein nəzərə almalı. Bu faktorları nəzərə almaq lazımdır. Bunun adı tabe olmaq deyil. Milli iqtisadiyyatın durumu aydınlaşdırmaqdır. Talein əldə etmək istəyən millətin içində, Bu mubahisələr həmişə aktual olmalı. Milli hərəkatın cani və mali tələfatına ancaq gələcək demokratik və normal iqtisadiyyatlı hakimiyyətlə sahab çıxıb və dəyərləndirmək olar.

 

10 ) Sizcə diktator hakimiyyətlərdə yüksək fayızda vətəndaş narazı olarkən, hakimiyyəti çevirə bilmədiklərinin səbəbi nədədir ?

 

- Bu soru kitablar və məqalələr başlığı olubdur və olada bilər. Birinci soru bu olmaliki “ Nədən bir ölkədə diktator hakimiyyət var ? “ . Təbiki çoxlu amillər rol oynayır. Ən sadə cavab belədirki “ millət yetərincək aydınlaşmayıb “ .  Ancaq bu sadə cavabla məsələ bitmir. Bəs nədən millət aydınlaşmayıb ? Buna bir cümlədə cavab vermək olmaz artıq. Mənim zənnimcə məsələnin uzaq başı yarısı millətin aydınlaşmasıdır. Qalan ancaq və ancaq formalaşmaqdan asılıdır. İndiki media imkanların nəzərə alsaq, görürükkü teknologi bir çox imkanlar yaradıbdırki bilgilənmə prosesi asanlaşsı. TV. Radio, Qezet və özəlliklə internet imkanları millətə bilgi çatdırmaqda böyük rol oynaya bilər. Təbiki həmin diktator hakimiyyətlər bu imkanlardan qat qat artıq faydalana bilər çünkü mali imkanları yüksəkdir və bu media vasitələrindən milləti kontrola almaq yolunda faydalanacaq. Deməli demokrat quvvələr media meydanında diktator hakimiyyətlə yarışda çox çətinlik çəkəcəklər. Bu üzdəndə “ bütün milləti aydınlaşdırmaq “ məqsədin izləyən demokrat quvvələr, bu idealdan əl çəkib və aydınlaşmış quvvələri formalaşdırmaqda çalışmalıdırlar. Bu baxışdan mənim zənnimcə bugünkü diktator hakimiyyətlərin devam etməsinin əsas səbəblərindən biri demokratların səhv siyasi taktikləridir. Avropanın əski vəya hətta yeni metodları ola bilsinki Asia və Afrikada alınmasın.  Xarici amillərin rolun gözdən qaçırmamaq gərək. Ancaq bütün xarici və daxili maneləri nəzərə alsaq, yeqanə qarşı dura bilən alternativ, formalaşmış demokrat quvvələrdir. Saydan az olsalarda önəmli deyil, yetərki aydın aşkar və bölgəyə , şərayitə uyqun strateji və taktiklər üzrə anlaşa bilsinlər. Bir sürü Filosofu barmaq sayda formalaşmış diktatorlar kontrol edib və onlara hakimiyyət edə bilər. Deməli əsas bütün millətin aydınlaşması deyil. Millət formalaşmış quvvəyə güvənib və dəstəkləyəcək vəya qorxub tabe olacaq. Əgər demokratlar formalaşsa , təbiki millətin dəstəyin alacaq. Əks halda diktorlar formalaşıb və milləti qorxuzub hakim olacaq. Bu həmin mafiadırki bir çox ölkələrdə devlət adı daşıyır. Siyasi baxımdan yetgin olmayan demokrat quvvələr, günahı millətin boynuna salırlar.

 

 

11 ) Bu gedişlə İran-İrak-Türkiyə ölkələri indiki geografiləri dəyişəcəkmi? 

 

-  İrakın durumu nisbətən bəllidir. Məncə parçalanma zamanı ,İran probleminin necə və nazaman həll olmasına bağlıdır. Türkiyənin məsələsi bu ölkənin Avropa birliyinə girmək prosesindən asılıdır və habelə İran məsələsində tutmaq istədiyi movqedən. İran bugün Batının qurmaq istədiyi orta-doğu planında ən aktual manedir. Yani İran əgər belə gedirsə, ozaman həmin son variant yəni İran millətlərin razı salıb və saldırmaq planı aktual olacaq. Mənim zənnimcə bu ölkələrin hər üçündə yaxın gələcəkdə böyük dəyişiklər baş verəcək. Təbiki daxili siyasətlərindən asılı olaraq, xəritələrindədə dəyişikliklər gözlənilir. Nəzərə almalıyıqki Batı ölkələriçün indiki orta-doğu ölkələrinin daxili və xarici siyasətləri yetərincək oların iqtisadi-siyasi mənafelərinə uyqun olmadığı üçün onlar bölgədə dəyişiklikləri dəstəkləyirlər. Tərsinə Rus və Çin üçün bu durum çoxda pis deyil. Yetərki İran Atom silahından əl çəkib və onlara tabe olsun. Rusiada zənginləşdirmək planı olarçün idealdır. Batı ölkələri demokrasi şuarila irəli getsələrdə, əslində əsas amac iqtisadi mənafei təzmin etməkdir. Bu üzdəndə Batıçündə bu 3 ölkənin parçalanması baş plankimi nəzərə alınmır. Əgər bu ölkələr parçalanmadan Batı mənafeini təmin etsələr, ozaman Batıya idealdır. Ancaq bu gərçək ortadadırki nə İran Ruslara güvənir, nədə Türkiyə Avropaya. Türkiyə Avropa birliyinə girməkçün bəzi şərtləri qəbul etməkdən boyun qaçırır. Deməli Federalism şuarı aktuallaşır və əgər bu 3 ölkənin hakim millətlərinin nisbətən moderat quvvələri, bir yolunan bugünkü devləti dala oturdub və Batı planına qarşı durmaqdan uzaq saxlıya bilsələr, ozaman həmin hakim millətlər taktikləri dəyişib və yenədə Federal sistemi adında başqa millətlərə hokmranlıq edə biləcəklər. Türkiyədə Türklər və İranda Farslar. Əks halda bu iki ölkənin parçalanması qaçırılmazdır. Çünkü Batı bu bölgəni bu formada öz əlilə Rus və Çinə bağışlayan deyil. Möhtəməl 3.cu savaşda uduzmaqdan başqa Batıya geri oturmaq imkanı görmürəm. İrakda Federalism vəya parçalanma planı bu iki ölkənin yaxın gələcəkdə reforma gedib getmiyəcəyindən asılıdır.

 

 

12 ) Sizcə İranda Federalism mümkünmü ?

 

- Mənim tanıdığım İranda əgər Qeyri Fars millətlərin tarixi hafizəsi canlanarsa , və eyni zamanda nə hakimiyyətdə və nədəki hakimiyyətdə olmayan Farslardan dəstək görməsələr, Federalism mümkün deyil. Millətlər əgər 80 illik basqının sonucların dərindən hiss etsələr və eyni zamanda azda olsa Farslardan təsəlli almasalar, təhmili Federalism qisa zamanda daxili savaşa çəkəbilər. Bunun bənzərin İrakda görürük. Şiələr və Kürdlər Sunniləri bağışlamaqda çətinlik çəkirlər. Türkmənlərsə bu acıyı Türkiyənin məsalehi xeyrinə udurlar.

 

 

 

13 ) Bu planda Avropa və Amerika arasında olan ciddi yarışma və ixtilaflar varmi?

-  Amerika və Avropa arasındaki yarışın ən azı Amerika istiqlal savaşları qədər yaşı var. Ancaq 2.ci savaşdan sonra yaranan soyuq savaş, bu yarış məsləhət olaraq Avropa tərəfindən nisbətən sakitləşdi. Ən azı açıqcasına siyasi söhbətlərdə üzə çıxarılmadı. Sovetlər təhlükəsinə qarşı Amerikayla bir cəbhədə olmaq Avropaya həyati rol oynayırdı. Sovetlər dağılandan sonra Avropa ciddiyətlə bu yarışı yenidən plana qoydu. Avropa birliyi, Yevro və Avropa ana yasasi hamısı bu planın əsasında ortaya çıxdı və əsas rolu Alman oynayır. Dünyanın 2.ci iqtisadi gücü. Bunlar istədiki dərhal Sovetlərin yerini alsınlar və yeni dünya düzənində Amerikanın rəqibi olsunlar. Yəni həmin roluki Amerika orta-doğuda oynayır, əslində Avropa ona rəqib çıxmaq istəyirdi. Bu üzdəndə bütün iqtisadi güclərin birləşdirmək istədilər. Ama Avropa NATO.su yarada bilmədilər və habelə Avropa ana yasası alınmadı. Hələ bəzi Avropa ölkələri hətta bu iqtisadi birliyə girmədi. Avropa ana yasası həmin bu Avropa konfederalismini Federalismə çevirmək planıydı. “Avropa Birləşmiş Devlətləri “ ABD. Bu plan demək olar hələlik iflas etmiş durumda görünür. Avropa bu yarışı başlamada çox tələsdi məncə. Hələ Ruslar energi və Nizami baxımdan güclü movqedilər. Amerika Avropadan umudun kəsərsə, Ruslarla daha asan anlaşmaya girə bilər. Bu yarışın zirvəsi İrak ikinci savaşında göründü. Amerika və Avropa rəhbərləri ləfzi atışmalarda yaşadılar. Bu yarış İran məsələsində daha az özünü göstərəcək məncə. Çünkü bu yarış hər ikisinin ziyanına qurtara bilər və inanıram bunu başa düşürlər. Üstəlik ABD adı daşıyan siyasi birlik, 3 il İranla danışmaqdan lazımı sonucu əldə edə bilmədikdə, demək olarki boynuna aldığı ilk ciddi siyasi görəvi yerinə yetirə bilmədi. Bu uzun sürəli lazımı sonucu əldə edə bilməyən ABD , demək olar öz siyasi heysiyyətinə zərbə vurdu. Sanıram İran məsələsində bu yarış minimom olacaq.

 

14 ) Nədən Batı ölkələri Asia-Afrikada əskidən yaratdığı mənfi zehniyyəti aradan aparmaqçün yetərincək aktiv deyil ? Özəlliklə ABD !

 

- Bu soruya qısacasına cavab vermək istərdim: “ Batı səhv edir “. Mən açıqcasına hiss edirəmki bir çox 3.cu dünya ölkələrindən olan gənc aydınlar Batı siyasətlərini ideal sanırlar. Batıdan bir səhv analiz vəya adım görəndə, təccüblənirlər. Sanki Batı səhvdən etməkdən tam uzaq olmalı. Hətta açıq aydın ortada olan səhvədə inanmaq istəmirlər. Çalışırlar ona bir sıra səbəblər uydursunlar və nəhayət bunların heç biri alımasa, “ Arxa plan “ teorisi həmişə hazırdır. Sizin sorunun cavabı aydındır: “  Batı səhv edir “ . Amerika bu barədə konfrans belə keçirdi ama praktik olaraq gərəkən adımları atmayıb. “Nədən Amerikanın vichəsi dünyada belə ləkəlidir ? “ , sorusuna çeşitli cavablar verildi. Təbiki Batı istismarçıları və başda gələn Amerika bir çox Afrika, Asia və Latin Amerika ölkələrində özündən acı xatirələr buraxıbdır. Bu ölkələrin millətləri öz durumlarına baxdıqcan, həmin acı xatirələri yada salıb və səbəbkarı qınayırlar. Sanıram bu sırada bircə Yapon və Günüy Korea ölkələri istisna olsun. Bu örnəklərin istisna olması özü çox diqqətə layiq örnəklərdir. Deməli pis xatirəni silmək vəya unutdurmaq olur. Bu misallarda Batı siz diyən pis zehniyyəti həmin millətlərin zehnindən silə bilibdir. Özəlliklə Atom bombası yiyən Japon milləti. Nədən başqa ölkələrdə belə olmayıb sorusuna çoxlu səbəblər gətirmək olar. Təbiki başda əsas Batının səhv siyasətləri gəlir. Başqa məsələ budurki təxminən bütün dünya ölkələrinin mediasında Amerika birinci yeri alır. Təxminən hamısı üstünlüyü neqativ səmtləri yaymağa verir. Avropa mediasıda belədir. Təbiki bu durumdan çıxmaq oqədərdə asan deyil. Amerikanın bir əsgəri başqa ölkədə öləndə bütün dünya bilir ama Rusia Çeçenistanda nəqədər əsgər itirməsin kimsə bilmir. Amerika əsgəri bir sivili səhvən öldürsədə bütün dünya mediasında başlıqkimi yer alır ama Ruslar Çeçenistanda qəsədn 1000 lər insanı öldürsədə tezliklə mediadan silinib gedir. Bütün soyuq savaş boyu belə olubdur. Son 50 ilin içində demək olarki bütün dünya media vasitələr Amerikaya təmərküz etdiyi halda, əski Sovetlər, Çin və 10 larca başqa diktator ölkələrin daxili və xarici skandalları kölgədə qalıbdır vəya ən azı yetərincək mediada yer almayıbdır. Avropanın Amerikayla yarışması həmişə mediada özünü göstəribdir və Avropanın mediasında anti Amerika olması səbəb olubki birçox ölkələr yaratdıqları faciələr gözdən uzaq qalsın. İndidə belədir. Ancaq bu sözlərin hamısı toplansa, bunlara laqyd qalan Amerika mediasının yaramazlığın təmizə çıxara bilməz. Bəlkə Amerika hesab edirki iqtisadi-nizami gücü vardırsa, ozaman media sahəsinə önəm deyər lazım deyil. Güc vardırsa, reklam gərəkmir diyə düşünə bilərlər ama buda səhvdir. Arxa plan diyə bir şey yoxdur.

 

 

15 ) Nasionalism birinci globalismin ( iqtisadi ) düşmanıdır ya sosialismin ?

 

-  Globalismə dogru gedən iqtisadiyyat, milli iqtisada çalışan ölkələri çox xoşlamazlar. Kapital sərhədləri sevmir. İstər milli olsun istər ideolojik. Bu üzdəndə nasionalism ideoloji olursa və bir millətin iqtisadi-siyasi planlarında birinci yeri alarsa, Globalismə düşman olacaq. Bugün orta-dogunu nəzərə alırsaq əgər, ozaman mənim ixtisasım deyirki Batı ölkələri bu bölgədəki milli hərəkata müsbət yanaşmğa məcburdur. Artıq bu bölgələrdə diktatorlar becərib və Komonismə qarşı oları dəstəkləmək siyasəti anlamsızdır. Əslində bütün soyuq savaş boyu bu bölgədə yürütülən siyasətin sonucu olan fündamentalism özü dönüb Batı əleyhinə düşman olub və asanlıqla Batının rəqibləri yəni Rusia və Çin əlində alətə çevrilir. Gərçək budurki bu bölgədə cərəyanda olan milli hərəkətlər heç zaman Rus vəya Çin adlı müttəfiqlər tapa bilməyəcəklər. Səbəbin daha öncə dedim. Sanıram bu arxayınlıq üzündəndirki Batı və başqa gələn Amerika bu hərəkətləri ciddicəsinə dəstəkləməyə son alternativkimi yanaşırlar. Qabaqcan dediyimkimi nasionalist hərəkətlər əslində iqtisadi globalismlə təzaddadır.

 

 

16 ) Vaxt ayırıb və çox saylı sorularıma hosələylə fikrinizi bildirdiyinizçün sizdən çox təşəkkür edirəm. Fikirlərinizi yaymaq istərsəmsə, adınızı açıqlamaq haqqını mənə tanıyırsınız ?

 

-         Buna çox sevinərdim ama bildiyinizkimi indiki durumda bunu edə bilməyəcəm. Bu danışdıqlarımızda dost arası söhbətlərdir. Biz uzun zaman bu konuları danışdıqcan bir birimizdən öyrənmişik. Nə siz jurnalistsiz və nədə mən media sevər biri.

-         Təşəkkür edirəm

-         Uğurlar.

 

 

09.03.2007