DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN

                                                    ( 11 )

                         Güney Azərbaycan ulusal demokrat devlətindən sonra

                                                 Aydınlarımız

                                       ( USTAD MƏHƏMMƏD ƏLİ FƏRZANƏ)

 

    Ustad M.Ə. Fərzanə Güney Azərbaycanın ulusal bitikliyinin ən böyük bilikliyidi (Ensklopediyasıydı). O, Güney Azərbaycan ulusal demokrat devlətinin gizlərlə(sırlarla) dolu qaynağı, eləcədə onun yüksək dəyərlərinin qorucusuyla daşıyıcısıydı. Bu yolda özü çılpaq gəzsədə, yüzlərlə Azərbaycanın ulusal aydın gəncini bəzədi .Oxtay (Ə.Nabdel) “Azərbaycanın ulusal konusu” yapıtında, 1960.cı illərdə Azərbaycanaçılığa soyunan  gənclərdən danışır. Bu gənclərin o dönəmdə yetişməsində H. Sahirin, B.Q. səhəndin , M.Ə. Fərzanənin çox böyük payı olmuşdur. M. Ə. Fərzanə konumuna görə daha onlara yaxın sırdaş eləcədə yol göstərən bir öndəridi. O, Güneyin ulusal ağrılarını çox dərindən qavradığına görə, özgə torlarına düşmüş Türk gənclərə onların dililə yaxınlaşıb, ulusçuluğa yönləndirə bilirdi. Bilik ilə , sayqınlığını birləşdirib , bir ağsaqqal kimi söz geçərliliyini gənclərə mənimsədirdi. Onun dərin siysi dənətimi (təcrübə) bu yolun ağırbaşlıqla getməsini ön gördüyündən qaynaqlanırdı. Dr.R.Bərahəninin dediyi kimi “ O, zülmlə zalimin önündə göz qırpmadı. Ancaq küçədə  uşaqla ananın dili  önündə qolu qoynunda sayqıyla durdu.” Bu sınırsız böyüklüyü yalnız Türk toplumunun törə gələnəksəllərini bilən bir ərdəmli bilgin edə bilərdi. O, Dədə Qorqutdan öyrəndikləri ulusallığı gənclərə öyrədir, faşist siyasətin basqısında olan ulusal kimliyə onlardan( gənclərdən) səngər tikirdi. Baxın Oxtay əlin səngərdən necə ucaldib öyünərək deyirdi:

...

“Bəri gəl qaraşın

Mən Qıbçaq oğluyam

Bölgəli dağların sıldırım qayası

Gözümün üstünü yatağın edərəm

Dizimi otağın

Qolumu qalxan tək çəkərəm obaya

Qorusun sevgimi

Damardan toxunan xalçada salınar

Gələcək günlərin təkinə

Dost olaq.”

       Bu bənzərsiz , gözəlliyinə doyulmayacaq  deyim biçimi quşqusuz oxtayındır. Ancaq  orada olan simgəci bilgilərin qaynağı isə quşqusuzda Fərzanə bilikliyidir. Çun, bitik qırımları(Düçmən) olan firdosinin törəmələri Türkcə nə vardısa “ qalax –qalax  yandırıb” ardan aparmışdılar. O bitiklərdən qovzanan ışıqlar isə Fərzanə kimi neçə ulusal düşünürün bəlləyindən gənclərə yansıyırdı. O, bir gəzəgən ulusal bitiklik, yorulmayan döyüşçüydü. Güneyin aydın Türk gənclərini əsir olduqları ülküdən hürkütmədən, ulusal kimliklərini qavramaqlarına yardım edirdi. Bu özverinin (fədakarlığın) arxasında ustad Fərzanə ərdəmi, Fərzənə biliyi, Fərzanə dayanışması dururdu. Bu ulusal ərdəmi, biliyi, dayanışmanı o, aydın gənclərin aracılığıyla Güney Azərbaycanın şəhərlərnə, kəndlərinə yayırdı . Başın qarına kiracılıq dönəmilərində, eləcədə yabancı ülkülərlə ağulanmış (zəhərlənmiş) toplum havasında bu işin nə kimi çətin olduğunu bilməmiz gərəkir. Səmədin,Oxtayin, Dr.Düzgünün,B. Dehqanın, Dr.Saidinin (xiyav, IIxıçı) ..., Güney Azərbaycanda kənd – kənd , oymaq-oymaq gəzib, toplum yazımı toplamaları, Fərzanənin “ bayatılar” çuxasının( şinelinin)  kölgəsinin uzantısıydı. O, saray qapılarından bilncsiz, bilincli dışlanan bu Türk incilərini toplamaqla, Türkün özünə inancını artırmaq istəyirdi. “Türkün məsəli, folkoloru dünyada təkdir / xan yorqanı kənd içrə məsəldir mitil olmaz” (Şəhriyar).  Bir uzman  sağucu( Doktor) kimi sayrı durumuna salınmış Güney Azərbaycan Türkünün olanaqlara dayalı toxtaclarını (dərmanlarını) sunmaqdaydı. Onun öyrənciləri isə böyük istəklə bu işi görməkdəydilər. Bu işin günümüzdə ardıcıllarıda o oxulun öyrənciləridir.Ustad M. Ə. Fərzanə ilə yoldaşları bu işlərilə gizli əkinsəl dayaq qurumu yaradıb, Güneyliyə ulusal dirəniş ruhunu aşılayırdılar. Bu yolda çalışanların bütünü inanclı Azərbaycan ulusçularıydılar.

      Ustad M.Ə.Fərzanə sözsüz Güney Azərbaycanda çox tanınmış , sevilmiş, sayqıdəyər birisiydir. Onun bilimsəl çalışmaları isə Türkiyədə ,Quzey Azərbaycanda çox dərindən izlənmiş, mənimsənmişdir. Nisgil yazımında onun böyük payı olmuşdur. Bu nədənlə Quzey Azərbaycanda da aydınların arasında çox tanınır, sevilirdi.

      Burada bir anını artırmaq istəyirəm. 1994.cü ildə ustad Bakıya yeni gəlmişdir. Ustada, Akademik Prof.Abbas Zamanovun xanımının qırxı olduğunu dedikdə: “Kəsin ora getməmiz gərəkir dedi”. Saat 3-4 arası Prof. Taği xalisbəyli,Nizami xudiyevlə birgə onlara getdik.Bakıda yaslar çadırlarda tutulardı. Çadırın girişində prof.Zamanovla bir neçə kişi gəlib, gedəni qarşılırdılar. Ustad girişə yaxınlaşdıqda prof. Zamanov soruşdu:” Bağışlayın sizi tanımadım”.” Fərzanəyəm” Deyən kimi prof. Zamanov çaşqınlıqla dedi:” Məhəmməd Əli fərzanəmi? “ özüdür!”sözün eşidən kimi ona sarılıb, göz yaşları içində, “yaman günümdə gəlmisən qardaş deyərək ona sarılıb, görüşüb opüşdü. Çevrədə olanların çaşqınlığı içində Ustadın qoluna girib, çadırın yuxarısında otutdurub , səssizliyə bürünən çadıra səsləndi: “Mənim bu ağır günümdə çox dəyərli bir qonağım vardır onu sizə tanıtdıracağam”. Sonra Ustadı tanıtdırdı. Çadırda Azərbaycanın seçgin tanınmış devlət adamlarıyla, aydınları oturmuşdular. Ondan sonra bütün konular Güneylə Quzey Azərbaycanla bağlı oldu. O gündən sonra biz daha ustadı az görə bildik. Çün günde neçə bilimyerinə çağırılır, çıxışlar edirdi.

    O, il Azərbaycan yazışılar birliyinin üyəsi oldu. Sonra ustada “ Azərbaycan pedaqoji bilimyurdunun” doktoru, elcədə “Azərbaycan yaradıcılıq akademiyasının” onursal Profsoru adı verildi. Bu yüksək adların ona verilməsi illər boyu bilimsəl əməyinin dəyəri qarşəsında oldu. O, gerçəkdəndə bu adları çoxdan haqq etmişdir. Çün, o, bir böyük öyrətmən , bir böyük araşdırıcıydır.

     Tehranda açdığı  “Fərzanə basım evi” onun eləcədə Güney Azərbaycan Aydınının verim alma ocağı oldu. Orada o , illər boyu toz düman içində qalan Türkcə yapıtları basıb, topluma suna bildi.

     Güney Azərbaycan Türkü “ Divani luğatı Türkini”, “ Dədə qorqudu” onunla tanıdı . “ M. Cəlilin “ Molla nəsrətdininə” onunla düşünüb, güldü. Ən dolğun “bayatıları” onun dilindən eştdi. “Azərbaycan Türkcəsinin dil törəsini” ondan öyrəndik. “Mahnlarımızla, deyimləri” onun yazqanından( qələmindən) oxuduq.Çoxlu çevirilərlə, ön sözlərdə onun qolunu( imzasını) gördük.” Şəhriyarla Heydər babaya yazqıları” onla tanıdıq. Ağrı acılı geçmişimizidə  ( Geçmiş gələcəyin çırağıdır) onun gizli düşüncələrindən oxuduq. “ Varlıq Akademiyasında” onun anılarnı dinlədik. Çoxlu  gündəclə(gazet) dərginin başında adını gördük. Bunca böyük işə baxmayaraq , yenə deyirəm .“ o, iynə kimi özü lüt gəzəb, başqalarını bəzədi”. Onun acan malına toxluğu , Hegelin, “ən qorxulu dusdaq dediyi ünə” önəm verməməsinin qaynağı Fərzanə ərdəmiydi. Bu özverini öz quşağına( nəslinə) səsizcə aşılamsı, çağımızda bizədə örnək olmalıdır. Çün o, Azərbaycançılıq düşüncə bayrğının daşıyıcısıydı. Bu bayrağın yerini başqa nəsnəylə dəyişməyi özünə sığışdırmırdı. Onun yaşamı Azərbaycan kimliyinin daşıyıcısı olduğu üçün , gələcək quşaqlarında araşdırma qaynağı olmalıdır.

      Bir sözlə ustad Fərzanə “ gemişdən gələcəyə ışıq tutan bir çırağdı”. Bu çırağın ışğıyla bilinərək qaranlıq tutulan yollara qorxmadan varmaq olar.

          

                         Ustad Tərbizli Əli  

 

    Tərbizli Əli Güney Azərbaycan  Türk aydınının , Azərbaycan ulusal demokrat devlətindən sonra nisgilli aydınıydı. O,  qorxmaz , siyasətdən uzaq bildiyini yüksək deyim bacarığıyla bağıran bir TURANÇIYDI. Bu yolda sağ, sol yollarında olan, ancaq Azərbaycançılıq bayrağı tutanlarada geçit verməzdi. Çün, o, başqa yollarda olanları azmış bilib, dənətiminə görə zaman itirmənin yararı olamyacağını düşünürdü.

     Onun adiyla 7.ci sinifdə (1976) ingilis dili öyrətməni aracılığıyla kənd oxulunda tanış oldum. O ildən bəlləyimdə  bu dizələr qalmışdır:

    “ Ey qanlar tökdürən canlar yandıran

Ey bizim ölkəni əlovlandıran

Mənəm illər boyu sənlə çaldıran

Yirmiki il qılıncı qılınca vuran

Biz Azər eliyik qorxmarı qandan

Vətənin uğrunda geçərik candan

Doğrusu nəngdir bu iş insandan

Yağı düşmənlərə olaq balaca

Sarala sarala bu yaşamaqdan

Yaxşıdır üzümü tuta qızıl qan

Yaşa Azərbaycan, yaşa ey Turan

...

Babəkin dilindən Ə.Tərbizlinin bu sözləri 32 ilin içinə bəlləyimdə sınıx salxaq qalmışdır.Sonralar onun yazdığı “ Şah İsmail” romanın birincilə ikinci cildi arasında oxudum. Özü ilə Tehrana köçəndən sonra 1980 ilində onun “ Atropat bitik evində” tanış oldum. İlk olaraq Türkçuluk ,Turançılıq düşncələrin ondan eşitdim.

 Ə. Tərbizlinin Güneyin o bəlirsiz durumunda belə bir düşüncələri irəli sürməsi olumlu  qarşılanmırdı. O dönəmdə Güneydə gənəldə solcular ulusçuluğa bir az meyillidilər. Sovet siyasətinin Türkçülüyə olan qaşınması (alerjisi) doğal olaraq bunlarıda etgiləmişdir. Bu nədənlə solcu ulusçular ondan bir az uzaq dururdular. Ancaq buna baxmayaraq Güney Azərbaycan gənc aydınlarının ona olan sayqınlıqlarında əsgiklik olmazdı. Güney azərbaycanda Turançılıq , Türkçülük ülküsünün sarsılmaz  özümləyicisidi (təmsilçisiydi).

      Ustad Ə. Tərbizli illər boyu əlində olanaq olan kimi, Türkcə bitikləri yasqlara baxmayaraq  çap etməyə çalışardı. Şahın savakının bilgisi olana kimi o, çoxunu dağıdıb, yayardı. Sonrada tutuqlanıb dustağa atılardı. Bastırdığı bitikləridə yandırıb aradan aparardılar. Ancaq buna baxmayraq buraxılandan sonra yenə o işləri görməkdən çəkinməzdi. O, inamla bu yolua baş qoymuşdur.

    O, özünün iki cildlik “ şah İsmail romanını”, “qəzəllərini”, “Koroğlunu”, “ vahidin Qəzəllərini”, Qaçaq Nəbini,... Türkcənin yasaq olan illərində basıb, yaymışdır.

      Ustad Ə. Tərbizlinin qoşuqları , eləcədə çoxlu yazıları çeşitli yayınlarda basılmışdır. Onun “ Dillə Ədəbiyat” yapıtı gerçək Güney Azərbaycan Türkünün ulusal güzgüsüydür. O, Yazırdı : “Farsların işləri  çətinə düşəndə, Azərbaycan İranın başıdır deyərlər. Ancaq bunlardan sorşan olmaz bu başdırmı yoxsa qarpuz!? Başdırsa onun dili han!?”

      Bu yapıtda Ə Tərbizli ulusal sorunların varlığına eləcədə onların  çözümünə yönəlik düşüncələrini axtarmışdır.

      Onun başqa bir yönüdə döyüşkənliyidir. O, qorxmadan bildiyini yalnız başına edərdi. İran İslam cumhuriyətinin yaranmasından sonra, Ermənilər Tehranda Türklərə qarşı yalançı soyqırım günləri geçitməyə başladılar. Onlar Tehranın küçələrində konuyla ilgili bildirilər yayınlayırdılar. İslam devlətinin olanaqlarına dayanaraq görünən bu işlərə qarşı, yalnız Tərbizli  döyüşərdı. O, tanıdığı gəncləri toplayıb, Tehranın küçələrində dağıdlan bildiriləri aradan aparıb,ermənilərlə qarşılaşdıqda savaşdan belə geri durmazdı.

     Ustad Ə. Tərbizlinin Güneydə Türkçülük bayrağının dalğalanmasında çox əməyi olmuşdur. Bu gün Güneydə gedən Türkçülük savaşının bir çox bayraqçıları onun oxulunun öyrənciləridir.

      Onunla bağlı nə desəm nisgil qoxar. Bu nədənlə Səməd Behrənginin bütöv Azərbaycan qoşuqçularından seçib, topladığı “parə- parə” toplusundan Ə Tərbizlinin bir beşliyini verirəm

“ Tehranda itirir bəzilər özün

Bilmiri Türkücə desin farsıca sözün

Özgələr əlində olublar qulçaq

Dədəzin ağzına doyunca s..

Bunca özgə dilin qırıldatmayın.

     

                        SƏMƏD BEHRƏNGİ (QARANQUŞ)  

 

      Səməd Behrəngilə bağlı çoxlu yazılar yazılmışdır. Onunla ilgili deyimlərdin çoxunda içdənlik vardı. Çün, Səməd içtən bir öyrətmən , içtən bir yazıçı, içtən bir araşdırmaçı, içtən bir döyüşçü, ən önəmlisi içtən bir Azərbaycan vətəndaşıydı. O, yoxsul kənd oxullarında yabancı dili güclə öyrətdiyini gizləmirdi. Gerçəkləri deyir, “ məmuru məzura” qulu edərək ağzını yummurdu. Bağıra- bağıra bu dili sizə güclə öyrədirəm. Bunun suçu məndən başlamayıb, məndədə bitməyəcək, deyirdi. Bu iş bizə “ idraki sönük başçılardan” qalıtdır, (mirasdır) deyirdi. Ancaq öyrədirdi, çün , onun bundan başqa nə edəcəyi yoxudur. Bir suçlu kimi öyrəncilərin isti soyuğunda yanlarında olurdu. Onların sevinclərinə sevinir, ağrılarına acıyırdı. Çətin durumda olan kəndlərə ağrınmadan bilik ışığı yayırdı. Kənd uşaqları onunla sevinirdilər:

“ Səməd gəlir gülə gülə

Döşündə bax qızıl gülə

Hər əlində beş on kitab

Döndəribdir bizim dilə”

    Bu nisgilləri  kənd uşaqları onun üçün sonra bağıracaqdılar. İçtən öyrətmən, bildiyini yüksək bacarıqla kən uşaqlarına öyrədirdi.

     Səməd gördüklərini , duyduqlarını , düşündüklərini çılpaqlıqla yazılarına yansıdırdı. Onun yazılarında ünlülük, böyük görünmə, ağza sığmayan anlamsız sözlər yoxudur. O, sözündə , işində , yaşamında olduğu kimi yazılarında da içtənidir. Onun yazı qəhramanları milyonlarla Azərbacan uşaqlarının özüydülər. Yazıçı o uşaqların yaşamını yaşadığından onların iç,dış acununu gerçəkcə yansıda bilirdi.

       Səməd kənd- kənk, oymaq- oymaq gəzib, itib batmaqda olan Güney Azərbaycan söz incilərini toplayırdı. O, bi işdə yoldaşlarıyal birlikdə sönsuz özverilə çalışırdı. Ən ucqar kəndlərə belə bir deyimlə, nağıl üçün gedirdilər. Bunlar inanmış bir ərdəmin , sevgi saçan bir ülkünün ışğından qaynaqlanırdı. O ərdəmi , o ışığı onlara 1945-46 cı ildə getdikləri “anadilli” oxul saçırdı. O bir illik ışıq , o bir illik bal kimi ana sütü onların düş damarcıqlarında , düşüncə qanı axıdıb, yaşamlarının yönünü  göstərmişdir. O yaşamda yalnız içdənliklə sürülə bilərdi.

       Səməd uşaq ikən Tərbizdə yersiz axıdılan minlərlə fədayinin qanınıa tanığıdır. Onun qulaqlarında qorxulu səslər , gözlərindən cinayət görüntüləri silinməmişdir. Yaşamının ana bəlləyinə ulusal zülm yazılmışdır. Buna görədə çəkinmədən sözünü deyir, bu yolda əlindən gələni edirdi. Azərbaycana edilən zülmün qarşısına susası deyildir. O, bu çətin yolun bilincindəydi:

“ Ölümlə andaca (hər an) qarşılaşa bilərəm. Ancaq mən yaşa bildiyim sürəcə onunla qarşılaşmağa çalışmamalıyam. Bir gün çıxılmazlıqdan onunla indi olduğu kimi qarşılaşam, önəmli deyil. Önəmli olan mənim ölümümün başaqlarının yaşamında necə etgən olmasıdır.”

     Səmədin yaşamında minlərlə Azərbaycan fədayisinin ölümü etgili olduğu kimi, oda başqalarının onun ölümündən yaşamlarında necə etgili olacağını düşünürdü. O, “ insan olan xəncər belinə taxmaz / ancaq heyif kor tutduğun buraxmaz” , deyən Heydər babaya : “ Zülmün əlində inim- inim inləyən insanlar necə əllərinə silah almasınlar” ? Deyə sorurdu. O, zülmə qarşı bütün olanqaların işlənməsini istirdi. Buna gğrədə içdən bir döyüşçüydü.

    Səmədin bütün yardıcılığının nüktəsində, vurğusunda, ünləmində, sorusunda “ulusal Azərbaycan demokrat devlətinin” sevinciləri, ağrılar sezilməkdədir. O, yazılarına içtənliklə Azərbaycanın doğasın bir xalça ustası kimi işləmiş , oxuyanı Türkcənin zəngin deyim çalarlarına götürmüşdür. O , “zoran farscalarında” könüllü  Türkcələrindən daha Türküdür. Mirzəlik farscanı , yazıçı Türkcənin  ayaxları altında quru yarpaq kimi əzirdi. R.Bərahəni kimi, “  Mən acığımı fars dilindən çıxırdım” deməsədə , yapıtlarında bunu göstərirdi. Dil pskolojisinin savaşını bu yolla aparmaqdaydı . Onun yapıtlarının bu özəlliyi İçtən bir Güney Azərbaycan vətəndaşı olasından qaynaqlanırdı.

      O, bir kənd öyrətməni , bir yazıçı, bir araşdırmaçı, bir döyüşçü olduğu kimidə, gözəl eytim uzmanı, bilikli dilçiydi. Eytimlə ilgili yazdığı yapıt ( iran eyitim konularında axtarış ) öz dönəminə görə çox çağdaş, eləcədə yeni idi . O, bir eytim uzmanı kimi çətinlikləri anladıb, onların çözüm yollarında göstərməkdəydi .

    Onun diliçiliyi isə çoxlarının anlamadığı bir dilçiliyidir: “ Türk dilinə girən yabancı sözlüklər, onun səs uyumuna (ahəng qanunu) umazsa, Türk toplumu o sözcükləri mənimsəməz . Çün, bu dilin bilimsəl kuralları bunu gərəkdirir.” Türk sözünün adın belə ağəza alınması yasaq olan  ölkədə , ancaq yalnız o dildə bir  il eytim alan birinin sözüdür. Bu gün belə gerici (mürtəce) dilçilər bunun bilincində olmadan, Türk toplumunun ağzın , boğazın yırtıb, yabancı sözcükləri yobazca bazarlıyırlar.Bunun sonucunda da Türkcəyə özəl olan səs uyuşumu pozulub, dil qarqa qarıltısına dönüşür. Bununlada gənclərdə dilə qarşı sevgi, istək ölür. Türkcənin söz zənginliyindən yararlanamadığımız  dar anda , “ günəş dil torisinə” uyaraq , “ hə səndə bizdən olmusan, bəri gəl” desək belə, onu “ səs uyuşumu qalıbına” salıb, çıxarmamız gərəkir. Bunu etmədiksə, Türkcənin belinə yabancı yükü qoyub, günü gündən yabancılığa çeynətmiş olarıq. Səmədə bu sağlam dil bilgisilə Türkcəsinə yanaşırdı.

        Səmədin düçüncəçiliyi ( idolojisi) onunla ilgili ən tartışılan konuların başında gəlməkdədir. Bildiyimiz kimi onun yaşadığı dönəmin düşüncəçilik modası solçuluğudur. Gənəldə o dönəmin aydınları bu modanın yanlılarıydılar. Güney Azərbaycanın toplumsal, ekonomi , siyası, ulusal , əkinsəl durumuda, coğrafiyasından dolayı  solculuğa daha əyimliydir ( meyilidi). Sovet  təbliğatının yalnçı , caydırıcı işləridə solçuluğun ağır basmasına nədən olurdu. Quzey Azərbaycanın yazımınında bu ülküyə məhkum edilməsi , əli qolu bağlı Güney Azərbaycan aydınınıda o yönlü qardaş səsdaşlığına sürükləyirdi. Bu nədənlə H. Sahir, B. Q, Səhənd, H. Nütqı, M. Ə. Fərzanə, sonralar, Q.H. Saidi, R. Bərahəni,H. Düzgün, Ə. Nabdel, M,Uskuyi(dalğa)..., bu axıma Azərbaycançılıqdan dolayı qatılmışdılar .

     Səmədin bütün yapıtlarında ulusçuluq qabarıq biçimdə öndə gəlməkdədir. Onun acuna baxışı Azərbaycançılığındanıdılr. Yapıtlarının düşüncəçilik, toplumsal  kökənini ( mitolojisini) “ dəli domrul”, “ Koroğlu” kimi Azərbaycan qəhrəmanlarından alırdı. Təbəri, Kəsrayi kimi ulusal fars solçularıda qəhrəmanlarını öz kökənlərindən seçirdilər. Burada Səməd bu işlərilə solcu farslara gərəkən yanıtı verməklə yanaşı , Türk aydınıyla toplumunu öz ulusal dəyərlərilə tanış edirdi . Səmədin yapıtlərını incələmədən , ötəri bir baxışla solculuğun bir alalama (istitar) olduğunu açıqca görmək olar. Onun düşüncəçiliyi Azərbaycan ulusçuluğunun  yetgin bir siyasətiydi. O, “ Biz Azərbaycanda sinfi deyil, ulusal savaş aparırıq”. deyən, Pöşəvərinin ardıcıllığını bilikli olaraq sürdürürdü. Səmədlə aydın yoldaşlarının bütünü Azərbaycançılıq üçün , solculuq düşüncəsindən arac olaraq  yararlanmışlardır. Çün, solculuq düşüncəsinin arxasında iki güclü acunun bir gücü durur, o gücündə içində Azərbaycanında payı vardı.

      Biz Türklər islamlaşandan sonra, onun gəlişməsində ən etgən ulus olmuşuq. Kamçatkadan , Avropanın göbəyinə kimi  özverilə onu yaymışıq. Bu nədənlə geçmişlikdə çoxlu düşüncəçiliklərlə ulusları özümüzə qırım etmişik. Bir sözlə islama yayılma aracı olmuşuq. Ancaq başqaları ( farslarla ərəblər) islamdan  ulusal çıxarları üçün çeşitli oyunlarla arc kimi yararlanmışlardır.( Bu konuya öncələri azda olsa deyinmişəm ).

      Səmədlə yoldaşları bunun bilincində olduqları üçün , solculuğu bir ulusal arac olaraq görmüşlər deyə, düşünürəm. İndidə Güney Azərbaycan Türkləri çeşitli düşüncələrdə ola bilərlər. Ərdəmlisi , bilgini , uzaq görəni, ana sütü əməni düşüncəsindən ulusal çıxarlar üçün yararlanmalıdır. Güney Azərbaycan Türkünün düşüncəçiliklərə  arac olmasının kredisi qurtarmışdır. Çün, Güney Azərbaycan Türkü geçmişlik(tarix) boyu düşüncəçiliklərin yalançı insanlık oyunlarına aldanıb, ilkəlik (ibtidayi) insan haqlarından yoxsun olmuşdur.

        Səməd Azərbaycan ulusal demokrat devlətindən sonra, çağdaşlıq açısındanda oxunulası böyük bir oxuldur. Nə mutlu bu oxulu duyub, düşünənlərə.

    Səmədin  az yaşamına sığışdırdığı nitəlikli onlarla yapıtı,  onun böyük bir düşünür olduğunun göstərgəsidir.Bu yapıtlar güncəlliyini yendə qorumaqdadır.  Onun “ balaca qara balığı”  Riçar baxın( Richard bach) “ Qağayısından” öncə yazılmışdır. Konuları bir birinə çox bənzər . Ancaq Baxın yapıtı acunda daha ünlü. Buda bizim ulusal suçumuz. Bu suçu  Q . Sadinin “ Bəyəl ağıtçılar”ndada işləmişik deyrlər. Çün, G.G. Markezin “ yüz ili yalqızlığ”ı ondan sonra yazılmış, acunda ünlü olmuşdur. Hey! itirdiyimiz ulusal dəyərlər...     

 

                 ƏlLİRZA NABDEL (OXTAY)     

 

     Əlirza nabdel Oxtay bir səsli , ışqlı ıldırım Kimi, Güney Azərbaycanın əngin göyündə şaxıb, yox oldu. Ancaq onun “ ışığı” ölümündən sonra Azərbaycan göylərində dalğalandı. Onun səsi , soluğu Dədə Qorqud harylarını Savalnda , Səhəndə yenidən  yankılandırdı. O, kimsəyə bənzəməyən bir duyğuyla , deyim biçimilə alışmışlıqlara savaş açdı. Əruzun ayaqları altına salınan Türk qoşuğuna yüksək bir bayraq ucatdı. N. Hikmət “ Mən əruzu bilərəm ancaq yazmam”, deyirdi. Oxtayda bilirdi , ancaq onun olmadığı üçün, ona qarşı Türk papağın yan qoyurdu . O, Türk dilini bal kimi dayeim damarlarına əridib , Türkcə düşündüyü kimidə, çılxa Türkcə yazırdı. Onun deyim biçimi nə quzey, nədə gəlişmiş Türkiyə qoşuğunda varıdı . Onun düşüncələridə , duyğularıda yabancı egemənlik əzikliyi yaşamamış kimi , xaqanlr dilindən səslənir kimidi. Dizələrində naxış- naxış zəngin, ancaq solğun  Azərbaycan doğası, ərdəmli ağsaqql qocaların anlamlı sözləri , haqlarından yoxsun gənclərin harayıları, ərköyün uşaqların şaqraq  hıçqırıqları fırtınalı dəniz kimi dalğalanırdı. O, bu işlə dilinin yasqlığını qaldırıb,  boş yasalara ayğır at kimi şıllaq atırdı. Bu başqaldıryla sözcüklərin kövrək belində Azərbaycanın  ulusal , toplumsal, əkinsəl, siasal yüklərini daşıtdırırdı. Bu bacarı onu ana dilini necə dərindən bilməsindən qaynaqlanırdı.

     Oxtayın ən böyük ağrısı sözsüz min oyunla yıxılmış, “Güney Azərbaycan ulusal  demokrat devlətiydi”. Onun qoşuğunun səslərində bu devlətin yolunda ölən insanların harayları yüksək səslə duyulmaqdadır. İmlərlə, simgələrlə gizəmli biçimdə yüksək bacarıqla o bunu deyə bilmişdir:

 

“...Bir gün varıq bir gün yoxuq

Istər acıq istər toxuq

Istər yanaq dünya üçün

Istər dünyalar yandıraq

Dünyadan əl üzmüş ata

Uzandı qıbləyə sarı

Dedi:

-         Mənim vardan , yoxdan bir qılıncım qalıb təkcə

Gətirsinlər vidalaşım  

Hər bir kişi ölümədə qılınc ilə getməlidir

Böyük oğlan dedi: Ata!

Kimdən qalıb bu pas basmış çürük qılınc obamıza?

Dedi : Oğul nəyin deyim, nəyi qala...

Uzun sözdür

Mən qorxuram nağıl başa çatmamışdan ölüm

Məni sizdən ala

Dedi: Ata!

Kim qayırdı bunu haçan?

Dedi: Bunu kimsə bilmir.

Deyirlərki, neçə min il bundan qabaq

Qaradağda itmiş,batmış bir dəmirçi.

Dedi: Kimləri köçürdüb?

Dedi:

-         Domrulun əlində ev quranımış.  

Koroğlu belində xan qovanımış.

Şah İsmail çağı top qıranımış.

Səttarxandan bəri qalmış qınında.

Baxıb gördü atasıda başın çəkib öz qınına

Onda gördü səsi batdı.

Boğazında şişib qalan nağıl ilə qucaqlaşıb,

Rahat yatdı.

Çökdü oğlan:

 “Atam qılınc ilə yatır        

Lakin bizə gərək deyil daha qılınc.

Bu gün qılınc nəyə gərək

Mən özümdə qocalmışam.

Istəmirəm”.

Ortancılda bunu dedi:

“Xəyal günlər ötüb artıq

Bu gün qılınc nəyə gərək

Yoxsa yenə al qan tökək”?

Onda gəldi kiçik qardaş.

Öz balaca əllərini uzatdıki,

”Mənim olsun bəs elədə”

Getdi çatdı Qaflantıya

Onda gördü qaflantının göy quşların

Qanad çalıb kölgə saldılar başına

Seyr etdilər heyran qaldılar yaşına

Çiçəkləri yellədilər

Daş, çınqılı dənlədilər

Həzin layla söylədilər

Oğlan yatdı, quşlar uçdular getdilər.

 Onda çıxdı saqqallı tat

Ayağı altda qara bir at

Bir əlində qara barat.

Bir əlidə kökdən kəsik.

Bir gözündə qalın gözlük.

Bir gözüdə əzəldən yox.

Gözləri ac qursağı tox

Başı qarpız , çöl qarpızı.

Özü aləmin baldızı.

Qoltuğundakı keşkülü

Hilə, ovsun ilə dolu...

Qaflantının çobanları deyirlər ki,

Hər il qora bişən ayda

Hilal çıxcaq,

Çox qəribə bir səs gəlir

Qızıl üzən sularından.

Cəvan bir səs” Qılınc”! deyir, haray çəkir

Onda quşlar bürüyürlər göyün üzün

Onda heç kim bilər olmur suyun

Sözün. (Qılıncın nağılı)

    Bu qoşuq  göz yaşları içində 30 mindən çox  öldürülmüş Azərbaycan fədayılərınə yazılmış bir ağıtdır. Bir əlində “qara barat” ( neft baratı) , “özü aləmin baldızı” ( oynaşi) olan Qavamıları burada tanımamaq olarmı? “Suyun sözü” Tehranın əlilə  qnlarına bülənmiş minlərlə Azərbaycan gəncinin “ vətən” harylarını bar- bar bağırır. İndiyə kimi, o qutsal, ulusal devlətlə ilgili yüzlərlə qoşuq oxudum, ancaq bu çoşqunu, bu simgəni , bu doğru düşüncəni , bu yığcam duyumu , birində görmədim. Qaflantıya atasının qılıncı əlində qaçaraq gedib,  tehran qoşununa qarşı duran,  tehranda öldürülən Oxtayın özüydü. Bu Oxtayın ulusçuluğu, Azərbaycançılığıydı. Bu qoşuq çox böyük bir ulusal ağlatının ( teragedinin) yazımıdır. Oxtayın qoşuğunun yüksək nitəliyi (keyfiyəti) , nicəliyini (kəmiyəti) unutdurur. Ondan qalan   bir baxımlıq “ ışıq” lazer ışığı kimi dərinliklərə enir. Yabancı vurğunluğu sözcüklərində olmadığı kimi, deyimlərində də yoxdur. O, gerçək çağdaş Türkcə qoşuğu soloğanlışdırmadan necə yazıldığını çox yüksək bacarıqla göstərmişdir. Onun Ən uzun qoşuğu olan “ Qılıncım, papağım, atım”  isə,  Azərbaycan qoşuğunun deyil, Türk acununun qoşuğunda belə parlaq bir incidir. Bu qoşuqla ilgili neçə yapraqlı yazı deyil, qalın bitiklər yazılarsa azdır.

      Oxtayın ıldırım kimi şaxıb, sönən yaşmının “işiği” Qaflantının, Səhəndin, Savalanın , Mişovun başında yanan ulduzlardan bizə yansıyır. Bu yolu gedən ərlər yan cığırlara boylansalarda, düz olan ışıqlı  ulusal yoldan sapmayacaqlardır.

 

                   Doktor QULAM HÜSEN SAİDİ    

 

 

    Dr. Qulam  Hüseyn saidi gənəldə yapıtlarını farsca yazmışdır. Ancaq onun farscaıları Türkcədən çeviridir desəm yanlış olmaz . Dr. Bərahəni, “Saidi yazarkən ikili danışıqlarda” ( diyaloqlarda) çətinlik çəkərdi, deyir. Saidi kimi bir bacarıqlı , öncül ( avangard) yazıçının çətinlik çəkməsinin yalnız bir nədəni ola bilər. Oda onun qanında olmayan ikinci dildə yazmasıdı. Bir yaradıcı düşündüyü dildə yazarsa, onun yazılarında doğal duyğu, doğal düşüncə özünü göstərər. Demək saidi də başqa Türk yazıçılarıyla qoşuqçuları kimi, çeviri yazmışdır. Doğal olaraq saidinin düşüncə bəlləyində  ana dilinin zənginliyi farscasında yoxudur. Romanda , oyunda ( piyesdə) ən önəmli yeri olan ikili danışıqların qaynağı toplum dili, deyimlər, güçə, bazar dili,..., gülməcələrdir. Bunları bir yardıcı ancaq doğal olaraq öz ana dilində qavrayıb, yapıtına yansıda bilər. İkinci dildə bunların doğal sunulması çox çətindir. Buna görədə Saidi  yazılarında çətinlik çəkirdi . Ancaq məhkum olduğu egemən dilin boyası isə ona bu dildə yazdırırdı.

       Saidinin yazılarında Azərbaycançılıq bir somut çizgi kimi görünməkdədir. O, bu çizgidən qırağa çıxmamış, konunu bir ulusal görəv kimi  qabartmağa çalışmışdır. Yazım uzmanları “ bəyəl ağıtçılarını” onun ən seçgin yapıtı olaraq dəyərləndirirlər. Bu yapıtın  farscasın oxurkən də çeviri bir yapıt olduğu bəlli olur. Yapıt farsca olsada orada doğal bir fars deyimi, inancı, düşüncəsi belə yoxdur. Bu yapıt  ıç, dış düşüncə qavramıyla  bütün Türkcə sayılan divan yazımından daha Türkcədir. Gənəldə yuxarıda vurğuladığım kimi , farsca onun bütün yazılarında yersiz , yaraşıqsız , çirkin bir boya kimi görünməkdədir. Bu iyrəclik siyasətin sənətə ərməğanıdır.

      Sadinin “İlxiçisiyla”, “ Xiyavi” isə monografı açısından Güney Azərbaycan yazımında nitəliklı ən böüyk, yapıtlardır. Bu yapıtlar onun Azərbaycan toplum yaşamına, ağız yazımına, ulusal kimlik duyumuna, ulusal kimlik düşüncəsinə dərin bağlılığını göstərir. Saidinin quşqusuz ən seçgin yapıtları bunlardır. O, bu yapıtlarda öz ürək sözlərini istədiyi dildə ulusunun ağzından deyə bilmişdir.

     Bir sözlə Saidi də başq Azərbaycanlı Aydın yoldaşları kimi, yaşamının sonuna dək “ ulusal Azərbaycan demokrat devlətinin” ülküsünü içtənliklə ölümünə kimi daşımışdır.

                

                 DOKTOR RIZA BƏRAHƏNİ

 

      Doktor Rıza Bərahəni o böyük quşağın günümüzdə yaşıyanlarıdan biridir. Ələşdirmən, qoşuqçu, yazıçı , siyası kimliyi olan böyük bir ərdəmdir. O, özüdə qoltuğunada “ Təcətdüt”, “Azərbaycan”, “Ana dili”, “vətən dili”, “Şairlər məclisi” kimi yapıtlarla “ səttarın, Xiyabanının, Rəfətin, Pişəvərinin” izindən gedənlərdəndir. “ Elimin farsıcada dərdini söylər diliyəm mən” lərə qapılaraq, “quyudan, quyuda” “Qulam Yəhyaçı doktorla” bündaşlıq etdi. Sonra o doktorla bir arabada oturub qutsal bir yola üz qoydular. Ancaq “ köynəyini nifrətindən , acığından başqalarının titakanlı tellərində cırmasından” dolayı, cızdığı egemən cızığından ayağını bütün üzmədi. Ancaq ərincək olduğundan Azərbaycan Türkcəsində yazqanını boyalaşdırmada çətinlik çəkdi. Bu konuda “ M. Kuşan” yalançıdır, Ə. Şamlu gerçəkçi. Çün, o, bütün yapıtlarını “Türkcə düşünüb, farsca yazdı”.  Ancaq oda başqa yoldaşları kimi bir anda olsun Azərbaycanın ulusal kimliyindən ayrılmadı. O, çeşitli dönəmlərdə bu konunun dərin siyasi boyutlarına açıqlıq gətirdi. “ İrane ma” dərgisində bütün farsçılık quramçılarını özünün zəngin dililə önünə qatıb , qamçıladı . Yenilikçi dev  bərahəninin kəsgin yazqanı önündə cücəyə dönən yalnız farsçılıq kuramçıları deyil, eləcədə onların, qoşuqçuları, yazıçıları , ələşdirmənləridə varıdılar. O, fars yazımına çeşitlə alanlarda böyük bir Azərbaycan Türk damğası vurub, “ Mən acığımı o dilə tökdüm” deyib, öz yürdüna döndü. Bərahənilə ilgili  “ çalxalandıqca zaman nehrə kimi  / Yağı yağ üstə tökər, ayranı ayran üstə”  yanlış alqılanmadır. Çün, onun ulusal kimliyi bir anda olsun yazılarında əyrintiyə varmamışdır.

     Bərahəninin “ Vətənimin gizləri ” biçim yeniliyilə, konu yeniliyilə fars yazımında bir devrimdir. O, bu devrimin soluqanını farsca səsləndirsədə içərliyini Türk qavramıyla yürtmüşdür. Yapıtın zəngin deyiminə Türk ağız yazımının çuxasını geydirmiş , çeviri dilinə  isə Türk dilinin gizəmli  altun qaynağını daşıtdırmışdır. Ancaq bu yükün altında farscanın cılız qaldığı gün kimi aydın görünməkdədir. Bu yapıtın Türk kökəncliyinə( mitolojisinə) daylaı qurqusu isə bir dərin uncələmə qaynağıdır. Bərahəninin bu yapıtı gerçək bir ulusal Türk kimliyidi. Bunu Türkcəni yaxşı bilməyən dərin anlamlarını qavramaqda çətinlik çəkər. Yapıtın toplumsal, siyasi, mitoloji , ulusal, dil, ruhsal, alanları dərin incələmələr gərəkdirir.

      Dünənin çılğın düşünürü olan Bərahəni , günümüzün ərdəmli bir ulusal ağ saqqalıdır. O, böyük bir ulusal quşağın yükünü onurla çiynində daşımaqdadır. Ona sayıqımız, sayqınlığımızdır. O, “ gözəllərin sonuna qalanlardan” ulusal böyük bir dəyərdir. Nə mutlu görəvimiz ulusal dəyərləri itirməmək ola.

                                                                         Ardı var

                                                                         Ersan Erel