Urmu həbsxanasında siyasi məhbuslar vəhşicəsinə döyülüb və sonra təkadamlıq kameralara salınıblar

Milli fəallar, o cümlədən Elyaz Yekanlının talkeyindən heç bir xəbər yoxdur!

Elyaz Yekanlı

Aldığımız məlumata görə, Urmu həbsxanasında siyasi məhbuslar həsbsxana işçiləri tərəfindən vəhşicəsinə döyülüb və nəticədə ağır bədən xəsarəti alıblar. Bu hadisədən sonra bəzi siyasi məhbusları təkadamlıq kameralara salıblar. Orada əl - qolların bağlayıb, batum və kabellə huşdan gedənə qədər vurublar. Siyasi məhbusların bu cür üzdən iraq döyülmələri və təzyiqlərə məruz qalmalarının səbəbi onların ağır həbsxana şəraitinə etiraz etmələridir. Xüsusən Urmu həbsxanasında siyasi məhbusların durumu çox ağırdı. Misal üçün, bir neçə müddət bundan qabaq milli fəal Elyaz Yekanlı ruhi və cismi işgəncə nəticəsində beyin infarktı keçirmişdir. Son zamnalarda İnsan Haqlarını müdafiə edən təşkilatlar siyasi məhbuslara istinad edib və Urmu həbsxanasında ağır durumu mediya vasitələrində əks ediriblər. Elə bu da İran rejimin qəzəbləndirib və siyasi məhbuslara bu barədə dəfələrlə xəbərdarlıq etmişdirlər. Nəhayət ki, "səbr kasası dolmuş dövlət məmurları" onları vəhşicəsinə işgəncə etmişdirlər.

Çox təəssüf, son günlərdə Urmu həbsxanasında olan siyasi məhbusların təkcə yaxınlarıyla deyil, ümumiyyətlə hər bir kəslə əlaqəsi kəsilib, tam təcriddədirlər. Elə bu səbəbdən də, onların hal - hazırkı durumundan dəqiq xəbər yoxdur.

İranpressnews verdiyi məlumata görə, siyasi məhbusları bu şəkildə təzyiqdə saxlamaq həbsxananın rəhbəri Fəthi, zindanın ETTELAAT rəhbəri Fərdin Kürdlər və zindan ETTALAAT-ının məmurları Cavad Sohrabi, Bəhreyninin tərəfindən planlaşıb və digər intizami qüvvələrlə birlikdə bu dəhşətli, acınacaqlı əməllər silsilə şəklində həyata keçirilib.

Yenə İranpressnews verdiyi məlumata görə, intizami qüvvələrin nümayəndələrindən Peyman Xanzadə, Məhəmməd Rüstəmzadə, Əkbər Əfşar, Sərbaz Məhəmmədi siyasi məhbusları döymədə çox fəal rol oynayıblar.