Səttarxanın anım törənində iştirakçıların verdiyi sonuc bildirisi

Ulu tanrının adıla

Qaranlıq danışır aydıncasına  zülm   sözünü               sən  him-cimlə demə  göstər haqqın  özünü

Biz Azərbaycanın ulu sərdarı, şəhid Səttarxanın, 93-uncu  anım törəninə  toplaşanlar, seçdiyimiz yolun düzgün olduğuna sıx inanaraq,millətimizin dəstəyinə  arxalanıb,ötən  illərdə  Azərbaycana ehda olunan, tökülən  şəhidlərqanına  andiçərək,  bir daha çabalarımızın  dinc davam    etməsini  vurğulayıb,istəklərimizi ulusun qulluğuna sunuruq.

 1-İran İslam Respublikası  dinc çabalarda olan  Azərbaycan  milli  hərəkat  çalışqanlarına  qarşı “təhlükə dayandırıcı”  kibi    yanaşmaların eləcədə  böyük ulusun  dayanaqlı   iradəsində   çatlaq yaratmaya yararsız olan  basqıların dərhal dayandırmalıdır.

 2-Azərbaycanın  həbsdə  olan,  siyasi  çalışqanları,dinc  çabaları  ucundan həbsə  alınan  fəalları, habelə qazamata atılan insan haqları müdafiəçiləri, dərhal və şərtsiz, azadlığa buraxılmalıdır.

 3-Son  illər  sürəsində  bir  çox  yüksək sayda yayınlanan milli  kimligin  müdafiə edən   bağımsız öyrəncsəl  dərgilər  qapadılaraq  baş  redaktorları  hədələrlə  üzləşiblər.Nəşrinə Verilən  qadağa  geri götürülərək mətbuatın yayını yenidən bərpa olunmalıdır.

 4-Dinc   çabalarıla   milli  kimliyin   savunan   öyrəncilərə   bilimyurdunun   inzibati    komitələri tərəfindən verilən təhsil  qadağası  geri  götürülməlidir.

 5-İşsizlik, narkotik    uyuşdurucu  maddələr  eləcədə  mühacir   axını   dalğalarıla  Azərbaycan təhlükəli  hədəyə   məruz  qalıbdır. Görəvlilərin  surumluluq  hissi  duymadıqları    məsulların başsoyuq yanaşmaları  dözülməz hal olubdur.Suçlu və  bacarıqsız  məsullar  cəzalandırılmalıdır.

 6-Bilimyurdları və elmi inistitutlarda zorakılıq və icbarca təhsildilinin farsca olması qərarı geri oxunub ibtal edilməlidir.

 7-Ölkədə  yaşayan  türklərin  dilinin  rəsmi  tanınmasına   təməl ,ilkəl     elementar  hazırlıqlar görülməli,elə həmən bu dildə ölkənin hər yerində alına biləcək  radio    tiliviziya verlişləri  yola  salınmalıdır.

 8-Güney  Azərbaycan  ərazisin  parçalamaqla  yeni  rayonlar  yaratma  planı  dayandırılmalı  və Azərbaycan adı onun sakinlərinə qaytarılmalı,bölgədə ulu  sakinləri  tərəfindən  verilən    bəzi anlamsız  unvanlarla dəyişdirilən adlar geri  götürürməli və   əski   çağlardan   tanınan   adlarıla səslənməlidir.

 9-Kültür     tarixi    abidələrimiz    qorunmalı,  səhv   ya  qəsdilə pozulub aradan getməsinin qarşısı   alınmalıdır.

 10-İran hakimiyəti İslam adından yararlanaraq ırqıcı siyasətlər yürütməsin davam etməməlidir.

İnsan və insanliğa  qarşı emal etdiyi qərarlarda israrlıdırsa ölkənin adından “islam”  sözcükünü götürüb ölkəni “İran islam” deyil ,“İran pars respublikası “adlandırmalıdır.

 11-İran-Ermənisatn işdaşliğını pisləyib məhkum  edərək Ermənistanın qarabağda şiələrə qarşı  törətdiyi soyqırımlarına etiraf edib işğal etdiyi  ərazilərdən  geriyə   çəkildiyinə  qədər müsəlman ölkələrin  Ermənistanla hanki bir münasibət  qurmayacağına inanırıq.

 12-“Pkk-Pejak “terrorçu cinayətçi çətə dəstələri   və onların himayəsi altında çalışan  qaçaqçılar batı-Azərbaycan əhalisinin canın və malin təhlükə ilə qarşılaşdırıb.Bu terror və qaçaq amillərinə qarşı batı  Azərbaycanda  kəsin  təpki  göstərməsin  istəyib, etnik tərkibini dəyişdirmək nədənilə həyata geçirməkdə olan  siyasətləri pisləyib məhkum edirik.

13-Ulu milli sərdarın vəssiyəti və tapşırığı əsasında məzarının Təbrizə köçürülməsini istəyirik.

Azərbaycanın ulu sərdarı, şəhid Səttarxanın, 93-uncu  anım törəninə  toplaşanlar.

Milli  Şura 2007il  noyabrin 15

-----------------------------------------------------------------------------------------------

Aldığımız son məlumata görə,Hüccətülislam Əzimi Qədim azad olunub.

------------------------------------------------------------------------------------------------------------------------------------------------

Şahidlərin verdiyi məlumata görə, Səttarxan məzarında tutulanların sayı 31 nəfərə çatır. Onlardan 3 nəfəri qadındır.

Aldığımız məlumata görə bu gün mərasimdə "iştirak edən" intizami qüvvələr və şəxsi geyimdə olan ETTELAAT məmurlarının sayı hər ildəkindən artıq imiş. Onlar hər kimdən ki, şübhələnirmişlər tutub xüsusi gətirdikləri avtobusa aparırlarmış.Bir neçə ETTELAAT məmuru kamera ilə şübhələndikləri milli fəalların filmini çəkirmişlər. Bundan da məqsəd onlara hədə - qorxu gəlib, törənin qarşısın almaq imiş. Eyni halda bəzi mədrəsələrdən fars milliyətli şagirdləri yığıb Səttarxanın məzarına gətiriblər və oradaca çay, şirni verməklə dövlətin təşkil etdiyi mərasimə adamları cəlb edirmişlər. Həm də bir nəfər dövlət nümayəndəsi çıxışçı kimi nitq söyləyib Səttarxan haqqında saxta məlumatlar verirmiş. Qeyd edək ki, bu çıxış xüsusi səsgücləndirici ilə ətrafa yayılırmış.

-----------------------------------------------------------------------------------------------

ETTELAAT - ın məmurları Səttarxanın məzarında milli fəallara vəhşıcəsinə hücum ediblər

Aldığımız məlumata görə, Güney Azərbaycanın milli fəalları bu gün - 2007 - ci il 15 noyabr tarixində qabaqdan elan olunan kimi Səttarxanın məzarında, Tuti bağında ( Şəhre Reydə yerləşir ) yığışıb və onun şəhid olmasının ildönümü ilə bağlı törən keçirmək istəyirmişlər. Amma çox təəssüf, İran rejiminin agentləri tərəfindən milli fəallara vəhşicəsinə hücum olub. Bədn xəsarəti alanların və həbs olunanların sayı çoxdur, amma hələ ki, hamısının adı bizə çatdırılmayıb. Bizə çatan məlumata əsasən aşağıdakı şəxslər həbsdədir :

1.Mütərrəqi və mübariz ruhani Hüccətülislam Əzimi Qədim. Aldığımız məlumata görə, o, tutulanda bədən xəsarəti alıb və naməlum yerə aparılıb.

2. Bilal Vəlizadə

3. Cəfər Pejman

4. Hüseyn Səttari

5.Araz Nəğipur

6.Ayda

7.Yanar Sönməz

8. Hicazi

----------------------------------------------------------------------------------------------------

Settar xanin ildonum merasiminden xeber

 

Rey şəhərindən aldığımız xəbərlərə əsasən bu gün Cuma axşamı (86.8.25) bu şəhərin Şah Əbdüləzim hərəmində yerləşən milli sərdar Səttarxanın məzarı üstdə toplanıb, Azərbaycanın milli qəhrəmanı və məşrutə hərəkatının ən böyük lideri adlanan  Səttarxanın şəhadət il dönümünü qeyd etmək istəyənlər və İran dövlətinin əmniyyət gücləri arasında qarşıdurma yaranıbdır.

İran dövlətinin izinsiz və qanunsuzluğa yol açan yığıncaq adlandırdığı bu aksiyada ETTELAAT gücləri tərəfindən tutuqlananların sayısının 4-5 nəfər olduğu söylənilir. Tutuqlananlardan ikisinin adları isə artıq bəllidir. “Eyvaz Xani” və “Dariyuş İbadpur”. Həbs edilən şəxslərin arasında bir də qadın iştirakçı olubdur. Tutuqlanan şəxslərin haqqında bu zamana dək heç bir bilgi əldə edilməyib. İştirakçıların bir neçəsi isə 2-3 saat ETTELAAT gücləri tərəfindən tutuqlu şəkildə sorğulanıb üst-baş axtarışından keçdikdən sonra sərbəst buraxılıbdırlar.

Keçən ilki kimi Rey şəhərinin İrşad idarəsi tərəfindən saxta, nümayişi və caydırıcı bir törənin elə həmən saatlarda Səttarxanın məzarı üstdə keçirildiyi bu günün maraqlı faktlarından biri sayılır. Bununla yanaşı hərəm və ona xətm olan küçələrdə sivil (şəxsi) geyimli dövlət əmniyyət güclərinin qalabalığı da başqa diqqət çəkən məqam olubdur.

  Azerbaycan Oyrenci Herekati - rey