DÜNDƏN
BU GÜNƏ GÜNEY AZƏRBAYCAN
( 10 )
Güney Azərbaycan ulusal demokrat devlətindən sonra
Aydınlarımız
( HƏBİB SAHİR)
H. Sahir Güney Azərbaycan ulusal demokrat devlətindən
sonra M. M. Etimad ,B.Q.Səhənd kimi gözəllərin axirə
qalmışıyıdı. O, uşaq ikən məşrutəni,
gənc ikən Xiyabanini ərişkən ikən
Azərbaycan ulusal demokrat devlətini yaşam bəlləyinə
yazdırmış biriydi. Güney Azərbaycanın geçmişliyində
önəmli yeri olan, bu üç olayı yaşayn birisinin Savalan kimi dözümlü
dağ olması gərəkirdi. O,
gerçəkdəndə elə bir bilgin ərdəmliydi. O, Güney
Azərbaycanın Türkçülük öyrətməni olan M.T.
Rəfətin izləmçisi idi. Rəfət nisgilini yaşam boyu
özüylə gəzdirib, düşüncələrinə bəzək
etdi: Gün gələr heykəl yaparlar namına.
Rəfətin yoluyal istanbula gedib, Güney Azərbaycan coğrafiyasını
orada öyrənci ikən öyrətdi.
Dirəniş(muqavimət), çoşqulu (lirik),
yeniçi qoşuqçu adlarıyla anılan Sahir, böyük izlərin ardıcıllarından
olduğu üçün, Güney Azərbaycan qoşuğunda böyük iz
buraxdı. Onun dizələri (misraları) Tərbiz xalçası
kimi Azərbaycanın döğasiyla əkinini (kültürünü) yansıdırdı.
İlmə- ilmə toxuduğu naxışlar
sərginlənirdi yürd, ulus, dil özləmini yaşayanların
ac baxışlarında. Doğa yasalarının deyişməzi
olan ikilimi vətən fəlsəfəsilə ölçürdü:
Bir yerdə
savaş qopsada , bir yerdə barışdır
Bax! Astarda güllü
çiçək , xoydada qışdır
Sahir güney Azərbaycan qoşuğuna anadolu Türkünün acuna
baxtığı özgürlük səsini , soluğunu gətirdi .
Onun qoşuğunda ülkülərin dar qlıbları
yerinə özgür insan izləri önəm daşıyırdı.
Onun yalnız sığındığı
qalıb, yurdunun çeynənməsi, dilinin yasqlanması, ulusunun
əridilməsi idi . Sözünün başıda, sonuda bunlarla
bitərdi. Onun sazının
son sözüdə bu köklər üstə quruluydu:
Mənim içərimdə
inləyən bu saz
Yalnız Türkçülükdən
söyləyir avaz
Öylə
vurulmuşam bu avazə mən
Busəslə
bağlandım sənə ey vətən
Sahir Güneydə çox sevilən sayqın bir qoşuqçuydu.
Onun sayqınlığı çevrəsinə ışq tutur, sözlərini
dinləndiridi. Güney Azərbaycanın çağdaş qoşuğunda
ən etgən qol quzeydən qaynaqlanırdı. Quzeyin qoşuğu
ülkünün aşıladığı toplumsal gerçəkciliyə
( realism sosyalizmə) sıxışdırılırkən, güneydə
olan izləmcıləridə soluğançılığa varırdılar.
Ancaq Sahir yuxarıda vurğuladığım kimi çağdaş
Güney Azərbaycan qoşuğunu anadolu yoluyla acuna götürürdü.
Buna görədə onun izləmciləri Güney Azərbaycan qoşuğunda
özəlliklərilə seçilirdilər. Onun axıcı dili ,
qalıblara baş qaldırısı, söz seçimi çox duyarlıqla
olurdu. Düşüncələrini gücəndirmədən topluma
anladığı dilillə üz tuta bilirdi. O, açıq dilli. kövrək
ürəkli , ulusuna yanan böyük bir ozanıdır. Saraylara sığmadzdı
onun çoşqulu duyğularıyla
düşüncələri
Sahir Güney Azərbaycanın ulusal ağrılarını
quşaqdan quşağa onurla daşıdı. Ancaq Güney
Azərbaycan aydınlarının
başı qarın olaylarında qarışıq olduğundan
onu az diləyən oldu. O, isə sözü
bundan usanmırdı:
Bu gündə
odladılar Azəri kitablarını
Bu qanlı
facəədən olmadı cahan agah
O yengi dünyalı
ərbabların sevindirdi
Siçan
dəliklərini ol satın alan agah
Günəş
batıb dar açar kən üfüqdə qanlı çiçək
Bu gün ötüb
geçəcək ,başqa qəmli günlərdə
Bizə divan
tutan ol ariyali faşistlərə ol
Divan tutub
gələcəkdə təlafi eyliyəcək
Zəvala uğramaz
əsla bu od diyarı düşün
Bultda qalsada sönməz
üfüqdə qırmızı gün
Gül aç qara
ləçəyin ey ana vətən!ellər
Hazırlaşır
toy edə qurtuluş zamanə üçün.
Sahir ağrıların , acıların arxasında gözəl
günləri görürkən sürəkli çevrəsinə ümid saçmışdır.
O, bir an belə ulusal düşüncəni unutmadı. Ölkə
siyasətində ara sıra yaranan özgürlük dönəmlərində,
kim nədən yazdısa onlara uymadı. Onun yalnız bir ağrısı
varıdır oda Azərbaycançılığıdır.
Sahirin eşqidə , bünüdə vətənidir. O,
Azərbaycan dünyasından acuna baxırdı. O bu baxışıyla
gələcək kuşaklara klavuzluq etdi. O, Rəfətdən
aldığı Türkçülük bayrağını Güney
Azərbaycan qoşuğunun zirvəsinə daşıdı.
İndi bu bayraq Güneydə minlərlə gəncin
əlində onurla zirvələrə
daşınmaqdadır. Günümüzdə onun acunundan Güneyimizə
baxmağımız gericilik deyil, bir gerçəklikdir. Biz
çağımızı dönəmində yaşamayan bir
ulus durumuna salınmışıq. Son olaraq Sahirin günümüzü
yorumlayacaq bir qoşuğunu verirəm.
Ey yurddaşım!
Ana vətənin matəmində bax
Düşmən
çırax yaxıb, neçə illərdi toy tutur
Tufanlı sam
təkin qurudur bostanı ,bağı
Dəhşətli
əjdəha kimi, o, hər şeyi udur
Bax
qərbdən qopan o isarət dumanları
Güllü günəşli,baxçaları,
bağları bürür
Səssiz
məzarlığa çevirən od diyarını
Iblis nabekar
hələdə səltənət sürür
Şam yandırırda
şair evində qəzəl yazır
Geçmışdə
dünyadan köçən ol yarı gözləyir
Zülmət
çökübdü sankı qiyamət qaranlığı
Hər
kəs çəkib başın qınına sübhü gözləyir
Ellər sönən ocaqları
odlandıran zaman
Sağdan və soldan itləri küşdürtdülər
bizə
Məğribdə arxadaşların
ah! yatmadan tozu
Məşriqdə pusquda oturan
girdi Tərbizə
Odlar diyarının əzəli qanlı
düşməni
Farslaşdırır
siyasətilə Azər ellərin
O anlamazki, kültürümüz sel kimi
axar
Hərgiz önü alınmaz olur güclü
sellərin
Qalmazdı daş- daş üstə
əgər Türk şahları
Iran adıyla məktəbi
qurmasaydılar
yanmazdı tat ocağı,dirilməzdi birdə fars
Xanlar ərəblər önündə
durmasaydılar
sən sanma mərdlik və şərəf qalxıb
ortadan
Mərdanəlik məramı
imiş əski xanların
Bilməm nədəndi yurddaşım,
hər gün və hər gecə
Farsın sıxılmadan eşidirsən
yalanların
Türkün ola-ola gözəl
ahəngli bir dili
Türk elləri deyin nə üçün
farsı öyrənir?
Insan huququnu qoruyan qurqudan sorun
Irandakı bu şübhə
siyasət nədir?!nədir?!
Insan qul olmayıb.düşünür
öz vuqarını
Qul olmayan itirməz olur qədro
qiymətin
Qəm etmə bir səhər
doğacaq qırmızı günəş
Ana dilimin yeli əsəcəkdir
sərin sərin
BULUT QARAÇORLU
SƏHƏND
Güney Azərbaycanın ulusal demokrat
devlətindən sora o ülkünü yalnız başına daşayan
bir qoşuqçuydur. O devlət yıxıldıqdan sonra razını
səhənd etməsi böyük anlam daşımaqdaydı.
Dustaq illərilə sürgün illəri onun səhənd kimi
başı dik , səhənd kimi dözümlü olamsını göstərdi
. Onun fəlsəfəsində yalnız ulusçuluq, Azərbaycançılq
dururdu. Buna görədə ona Azrbaycanın ulusal qoşuqçusu
demək çox döğru bir deyimdir.
Səhənd devlət basqısına sınmadan, yoldaşsızlığa
sıxılmadan vətəninə olan sevgi bilimini gəlişdirib,
çevrəsinə yayırdı. Azərbaycan aydınlarının
çoxu özgə əllərində oyuncağa çevrilərkən
o, neçə yoldaşıyla birgə onları doğru yola çıkməyə
çalışırdı. O,Güney Azərbayvanın başında
oynanan oyunları bilir, bu
bilgiləri başqalarınada açıqlayırdı.
Səhəndin başqa aydınlardan ayrıcalığı
onun Türk geçmişliyini yaxşı bilməsindən qaynaqlanırdı.
O, bu geçmişliyi yaxşı bilıdiyi üçün, yalançı,
uydurma geçmişliklərə aldanmayırdı:
Çox yaxşı bilirsiz fırıldaqçılar
Mən nə vətənsizəm, nədə
göbələk
Doğma diyarım var böyük elim var
Mənimdir həm geçmiş, həmdə
gələcək
Mənə nə irq nədə baba
yontayın
Özüm öz kökümü yaxşı tanıram
Gedin özünüzə baba arayın
Sizin yerinizə mən utanıram
Bu geçmişliyi bir körpü kimi günümüzə daşıyıb,
vətənin ana olduğunu aydınlara yorumlamağa çalışır.
Bu məntiqi Səhənd kimi öz geçmişini çox dərin
bilən bilgin belə yorumlaya bilər:
Bir an zəncirləri açın
dilimdən
Bu dil milyonların ana dilidir
Qorxun qəzəbimdən, qorxun
kinimdən
Sağalmayan yaram dil nisgilidir
Min il qabax babam qazan demişkən:
Bütün sizin olsun torpağım daşım
Talandıqlarızı almıram
sizdən
Qoyun anamılə bir qucaqlaşım
Yanılmayın əgər yalvardım
sizə
Anam ayaq altda qalmamaq üçün
Ana müqədsdir əzəldən bizə
Qıymarıq ayaqlar altında düşsün
Dədə qorqudu içinə sindirib dadını alan,
eləcədə özünün düşüncə acununa bunu boyayan
qoşuqçu ancaq belə yorumcu ola bilər. Nə yazıq Güney
Azərbaycan aydını bu geçmişliklərdən
bilgisiz qalmışdı.Dədə Qorqutda oxuyuruq:
Qazan deyir: Mərə şöklü
Məlik, dünlüyü(başlığı) altun ban evlərimi götürübsən,
sənə kölgə olsun. Ağır hazinem, bol akçamı götürübsün,
sənə xərclik olsun. Qırx incə belli Burla xatını(
qazanın arvadı) götürübsən, sənə əsir olsu. Qırx
igdlən oğlum Uruzu götürübsən, qulun olsun. Tavla tavla şahbaz
atlarımı götürübsən, sənə minit olsun. Qatar qatar
dəvələrimi götürübsən, sənə yüklət olsun.
Qarıcıq anamı götürübsən ,mərə kafir, ağ südün
əmdiyim hörmə saçlı qarıcıq olmuş anamı
vergıl mənə, savaşmadan vuruşmadan qayıdım,geri
dönüm,gedim bəlli bilgil dedi.
Nə üçün oğuz
elləri ananı qutsal tutarmışlar, bu bəlli oldu. Ancaq
qırımın igid oğuz ellərindən döl tutma
ərəyi varmış demək. Sonralarda bu döllərdən
oğuza qarşı qırım qoymaq düşüncəsi varmış.
Bunu Səhəndə yaşadığı çağda gördü. Bu
döllərin ( kəsrəvidən , Ə. Fərdiyə kimi
)əlindən Güney Türkünün nə çəkdiyi bəlli.
Oxuyalım:
Kafir aydır: Mərə qazan! Dünlüğü altun ban evini
gətirmişik, bizimdir.Qırx incə belli boyu uzun Burla xatını
gətirmişik, bizimdir. Qirx igidlən oğlun Uruzu gətirmişik
bizimdir. Tavla-tavla şahbaz atların, qatar qatar
dəvələrin gətirmişik bizimdir. Qarıcıq olmuş
ananı gətirmişik, bizimdir. Sənə vermərik.Yayhat
keşiş oğluna verərik. Yayhat keşiş oğlundan
oğul doğar , biz onu sana qırım qoyarıq, dedilər.
Yabancının belə insan dışı düşüncəsini
qazan xan olduğu üçün özünə sığışdırıb
yanıtlamaz. Ancaq Qaracuq çoban yanıtsız qalmasın deyə,
ağzının payın verər. Bunu yerin göyün
fəlsəfəsinə mız qoyan, Səhəndin çağdaşları
olan bir çox Güneyli aydın anlamaqda çətinlik çəkmişdir.
Ancaq igid Qaracuq çoban çağımızda güney Azərbaycanda yürüdülən
siyəsətə belə yanıt vermişdir:
Oğuzun
dölün almaqdan safan varsa , Şöklü məlik ! Qara gözlü qızın
varsa gətir Qazana ver , mərə kafir sənin qızından
oğul doğsun. Siz onu Qazan bəyə qırım qoyasız,
dedi.
İndi Güne Azərbaycanda bu qırımlardan çəkdiyimizi,
kimsədən çəkmirik. Güney Azərbaycanda bu gün Fars ulusçusunun
sözcülüyünü bunlar etməkdədirlər. Farsın ürəklənib,
üstümüzə gəlmələrində də binlar
etgəndilər. Günümüzdə bu döllər olmasa Türkün
istəyi qarşısında kimsə duramaz. Bu cinsəl dölün
dışında, düşnünsəl dollərdəndə
çədiyimiz az olmamışdır. İngilislərin yardımıyla
çox gizli yürüdülən Farslaşma siyasətinə qarşı,
Səhənd çox dərindən simgəçi yorumlamalar özənmişdir.
Onun bu özənişinin qaynağıda öz soy kökünü dərin
bilməsindən gəlməkdəydi:
Bizdə ana haqqı tanrı haqqıdır
Məgər vəsiyətin unutmaq olar
Ana tapşırığın yerinə
yetir
Mərd igid borc üstə canını
qoyar
Ananın hər sözün, hər
vəsiətin
Həlal süt əmənlər unuda
bilməz
Yürümək nə qədər olsada çətin
Mərd igid yolundan üz döndərnməz
O, geçmiş qəhrəmanlardan yardım uman birisi deyildi.
O , yaşananların bənzərliyini anaımsadıb,
gələcəyə boylanan birisiydi:
Oğul niyə məndən himmət
istirsən?
Torpaq əsirinin əlində nə var?
Hər aşığın beş gün
devranı vardır
Hər əsrin özünün bir qorqudu var
...
Səndə öz əsrinin dərdini tanı
Gəz dolan zamanın Qorqudun axtar
Raket devranında, atom əsrində
əprimiş Qorqutdan sizə nə
çıxar?!
Səhənd geçmişilə günün siyasətlərini
yorumladığı kimi , ulusal düşüncələrilədə
insanlıq ülküsünü tanımlamaqdaydı.Onun ulusçuluğu
evrənsəlliyindən qaynaqlanan bir anlayışdır. O, faşist
siyasətlərə qarşı boynu bükük
evrənsəlliyə sığınmır, başı dik
ulusçuluğundan evrənsəlliyə bağırırdı:
Mən demirəm üstün nəjaddanam
mən
Demirəm ellərim ellərdən başdır
Mənim məsləkimdə, mənim
yolumda
Millətlər hamısı dostdur qardaçdır
Çapmaq istəmirəm mən heç
millətin
Nə dilin , nə yurdun, nədə
əməyin
Təhqir eləmirəm
hədələmirəm
Geçmisin , indisin , ya gələcəyin
Mən ayirmıram , ayrı salmıram
Qardaşı qardaşdan, arvadı
ərdən
Ananı baladan, əti dırnaqdan
Ürəyi ürəkdən , qanadı
pərdən
Pozmaq istəmirəm mən birlikləri
Insanlıq birliyi idealımdır
Qardaşlıq , yoldaşlıq,
ədəbi barış
Dünyada ən böyük arzularımdır
Ancaq bir sözüm var məndə insanam
Dilimvar, xalqım var, yurdum yuvam var
Yerdən çıxmamışam göbələk
kimi
Adamam ,haqqım var, elim , obam var
Qul yaranmamışam yarananda mən
Heç kəsə olmaram nə qul nə
əsir
Qurtuluş əsridir insan bu əsr
əsir olanlarda zəncirin kəsir
Göründüyü kimi Səhəndin ulusçuluğu ,
evrənsəllikdən qaynaqlanırdı. O , bu
nədənlə sağlı, sollu Azərbaycan aydınları
içində sözü geçən bir ağ saqqalıdı.
Səhəndin dədə qorqud boylarına ilgisidə, Güney
Azərbaycanda olan aydınlara öz geçmişliklərini anımsadmaqdan
qaynaqlanırdı.
S. Behrəngi Sazımın sözünün
basqısından sonra yazar: Səhəndin
bu yapıtı Heydər baba ya belə kölgə saldı.
Səhəndin Güney Azərbaycan aydınına etgisi çox olmuşdur.
Oxtayın(Ə.Nabdelin) qoşuğunda Türk mitolojisinin qabarması,
sözsüz səhəndən qaynaqlanmadadır. Səhəndin deyim
biçimi Türkiyə ilə Quzey Azərbaycandan ayrıdır. Onun
dədə Qorqud boyları dışında qoşuqlarında
da bu görülməkdədir. O, Türk mitolojisini, yazımını,
geçmişliyini çox dərindən bildiyi üçün Türk qoşuq özəlliyini
yaradıcılığına yansıda bilmişdir. Onun sözü
yalnız gağdaş olduğu gənclərə deyil ,Şəhryar
kimi tanınmış ünlü birinədə etgili olmuşdur.
Şəhriyar yazdığı yazqı( məktub) onun
necə ulusal ağrılar çəkdiyinin göstərgəsi olduğu
kimi , sözünündə yüksək dəyəridir.
O, burada simgələrlə düşüncələrini Şəhriyara
axtarı, onun içində yanardağ yartmışdır:
Bir əlimdə od var bir əlimdə
su
Bir üzüm qara qış, biri bahardır
Dosta istəkliyə isti qoynum var
Düşmənə baxışım
şaxtadır, qardır
...
Bir ovuc kələkbaz ,qumar baz ilən
Pakbaz olmuşuq, pak uduzmuşuq
Mərd ikən namərdə rəhm
eyləmişik
Indi namərdlərə möhtac olmuşuq
Dövlətliyə saxsı lazım olanda
Vurub sındırmışıq öz küzəmizi
Çıxdığımız qını
bəyənməmişik
Biz eli atmışıq el atıb,bizi
Səhənd
burada min illik Türk egemənliyini anımsadaraq,
günümüzdə yazıq günə qalmamıza deyinir. Düzənçi
aydınlarla başçıları qamçılayır. Sonra isə
Şəhriyara Güney Azərbaycanın aydınının görəvini
anımsadır:
Bu gün mən Səhəndəm ,
sən Şəhriyarsan
Gəl başın ucaldaq qoca Tərbizin
Bir kərə yadların daşını
ataq
Çəkək qayğısını öz
elimizin
Güney Azərbaycan aydınından
yurduna, ulusuna olan borcunun ödənməsini istir:
Borc altda yaşamaq yamandır qardaş
Borcluyuq, borcluyuq həm mən
həmdə sən
Gör nə ruzgarda, gördə gündədir
Şəhriyar bəsləyən bu el ,bu
vətən
Biz bu açıdan baxdığımızda Güney Aydınlarının
nə kimi borclu qaldıqlarını bilməkdəyik. İndidə
özlərini borclu bilməyən nökər düşüncəlilərə
necə aydın
deyə bilərik? Bu kəsim öz nökərçilikliri üçün, borcunu
ödəməyə çalışan aydınlarıda qaralmağa
çalışırlar. Əldən tutmayan yerdə, ayaxdan
tutmağı ərdəm sayıllar. O, Şəhriyara doğru
olduğunu mənimsətdi:
Bax nə hürmət var onun öz demişi
tük papağında
Şəhriyarın tacı əymiş
baş durmuş qabağında
Başına savrılan inci çarıq olmuş
ayağında
...
Nisgil ol çərçiyə qalsın kı,cəvahir
nədi qanmır
Mədəniyət dəbin eylər
bədəviyət, bir usanmır
Gün gedir , az qala batsın,
gecəsindən bir oyanmır
Bir öz əhvalına yanmı!
(səhəndiyə)
Şəhriyar , Səhəndə ölümündən sonra yazdığı
farsca dizəgədə yaşamında ən etgili qoşuqçunun
Səhənd olduğunu deyər: U şairi ke əz ço
məni bac mi gereft( O, mənim kimi qoşuqçudan da bac alırdı)
Səhəndin, Şəhriyara egtgisi böyük olmuş , onda
Türkçülüğə yönəlmə istəyi yaratmışdır.
Səhən bütün yönlərilə seçgin bir qoşuqçu
olmuş, əlindən gələn yardımı ulusuna etmişdir.
Azərbaycan aydını özgə çırağına yağ
tökəndə, yazıb, oxumaq bilməyən gənc Türklərə
öyrətmənlik edib, qoşuq yazdırırdı. Sonrada onları
aydınlar içinə salıb, ulusal səsləri çoxaldırdı.
Farsçılıq kuramçılarıyla fars ağaçılıqları
iyrənc işlərilə Güney Azərbaycanda yalnız Türklərə
qarşı cinayət etmədilər, onlar acun
əkinliyinədə cinayət etdilər. Güney Azərbaycan Türkü
öz dilində yazıb oxusaydı , bilimsəl açıdan daha
verimli olardı. Onun qoşuqçusununda ağrısı ulusal savaşa
götürən soluqanlar(şuar) deyil , gerçək insan konulu qoşuqlar
olardı. Güney Azərbaycan qoşuqçusunu soluqana sürükləyən,
iyrənc farsçılıq basqıları
olmuşdur. Bu nədənlə Güney Azərbaycan qoşuqçusunun
soluqanı, ən gözəl qoşuq örnəkləridir. Çün,
onlar bir ulusun ana ağrısı olan konuları yansıtmadadılar.
Səhənd özverilə evrınsəlliyi ulusallığa
qurban verdı. Çün, onun ulusu öz varlığından yoxsun yaşamaqdaydı.
O, böyük qoşuqçunu bir iyrənc farsçılıq , birdə
vurdum duymaz Azərbaycan aydınları ulusallıq dırnağına
( ) aldırıb evrənsəl olmağını önlədilər.
Ancaq o, Azərbaycan yazımında ölməzdır. Onun indi daha
çox oxunması gərəkir. Onun yaradıcılğının
incələnməsi ulusal düşüncəmizin çeşitli sorularını
yanıtlar. Çün, onun bütün yaradıcılığı bu yönlü
sorularamızdan doğmuşdur. Aşağıda verdiyim qoşuqda
olduğu kimi:
Mən Arazın adıylan
Çox zamandır tanışam.
Ən kiçik yaşlarımdan
Onu rəvanlamışam.
Qoca babam nə vaxt kən
Boğazım ağrıyardı
Araz keçmişəm deyə
Boğazımı sıxardı.
Soruşardım ay baba
Araz nədir keçmisən?
Nə kimi şeydir o ki,
Suyundan da içmisən?
Sualımdan babamın
Yaşarardı gözleri.
Üzünün çinlərində
Gizlənərdi kədəri.
Üzümə məyus-məyus
Baxıb deməzdi bir söz
Görərdim ancaq olub
Onun tükləri biz biz.
Sonra da qardaşımın
Adın qoydular Araz
Lakin onda da mənə
Aydınlaşmadı bu raz.
Ancaq Araz beşikdə
Yatıb yırğanan zaman,
Bu sözləri dinlərdim
anamın laylasından:
Arazı ayırdılar!
Qum ilən doyurdular.
Mən səndən ayrılmazdım;
Zülmilən ayırdılar.
Ardı var
Ersan
Erel