|
|
Say
(No.): 468 /2007 Tarix
(Date): 11.11. 2007 |
|
BMT, İnsan Haqları
üzrə Ali Komissarlıq, Cenevrə Lütfən bu
məktubu aşağıdakı qruplara çatdırasınız: ·
Öz-xoşuna
Tutuqlanma üzrə Çalışan Qrup, ·
Çağdaş
irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə
Özəl Raporter ·
Milli
Azlıqlar üzrə Müstəqil Mütəxəssis Xanım Harrison və
Dyke
bəy, Amnesty
International, London Avropa Şurası Kütləvi İnformasiya
vasitələri |
|
Sayın xanımlar və cənablar,
İlətişmə: Güney Azərbaycanda
son durum
Güney
Azərbaycanın indiki durumu haqda yeni bir İlətişmə
hüzurlarınıza sunuruq ki, İranda Fars irqçilik hakimiyyəti
Güney Azərbaycan millətinin milli və insan haqlarını
inadla tapdamasına davam edir. Bu İlətişmə, 13 Septambr
2007-də göndərdiyimizdən bəri, ələ
gələn bilgiləri sahmanlayıb və onları aşağıdakı
cədvəllərdə dərləyir:
Cədvəl
1:
Güney Azərbaycanın vicdan dustaqları ilə İranın
öz-xoşuna davranışlarını xülasəcə əks
etdirir;
Cədvəl
2:
İran yetgililəri tərəfindən Güney
Azərbaycan fəallarına qarşı qadaqda saxlama və
məhkəmələri süründürmə mexanizmindən isifadə
etmələrini xatırladır
Cədvəl
3:
Güney Azərbaycan öyrənicilərinin Toplaşma
(association) Haqlarını İran yetgililəri
tərəfindən öz-xoşuna sarsıtmalarını ötərgi
nəzərdən keçirir;
Cədvəl
4:
İran yetgililərinin Güney Azərbaycan
mədəniyyətinə qarşı qəddarlıqla qıymalarını
göstərir ki, hətta öz doğma yurdlarında belə
qabaqcadan iznli fəaliyyətləri aparmaqda da azarlanırlar!
Yuxarıdakı
bilgilər və onlar ilə yanaşı qabaqca göndərdiyimiz
İlətişmələr buna tanıqdır (şahid) ki,
İran yetgililəri Farsçılıq uğrunda irqçi, öz-başına
və qeyri demokratik siyasət yürüdür. İran yetgililəri
ard-ardına Birləşmiş Millətlər Təşkilatının
insan haqları bəyannaməsini ayaqlar altında əzib, orada
yaşayan millətləri məhv etmə çabaları sizlərə
gün kimi aydındır. Lakin ümid edirik ki, dünya ictimaiyyəti
İran adlanan ölkənin əhalisini təşkil edən
fərdlərin və millətlərin fərdi və insan
haqlarına hayan olmağa həssaslıq göstərəcəklər.
Üstəlik
sizə və başqa beynəlxalq təşkilatlara illər
boyu təqdim olunan İlətişmələr vasitəsi
ilə Güney Azərbaycanın ədalət uğrunda demokratik
mübarizesine şahidsiniz. Bildiyiniz kimi Azərbaycan Milli
Hərəkatının İranda
milli haqları demokratik üsullarla tələb etməsi və
Tehran hakmiyətinin asdı- kəsdi siyasətı barədə
bu komitənin sizə və başqa beynalxalq təşkilatlara
yazdığı çeşitli məktublarda açıqlanmışdır.
Həmçnin Amnesty İnternational-ın çox saylı bəyanatı
ana dilində məktəb istəyən 30 milyonluq bu xalqın
necə asılıb- kəsildiyini göstərməkdədir.
Bu
siyasət özəlliklə bugünkü hakimiyətin mühafizəkar
qanadının iş başına gəlməsi ilə inanılmaz
şəkildə artmışdır. Bugün insanların
fərdi haqları və millətlərin milli haqlarının
tapdalanması bütün dünyaya açıq və aydındır. Bütün
bu çabalara baxmıyaraq, İrana yeni prezident gətirilən
Mahmud Əhmədinəjad dönəmində bu təzyiqlər
qat-qat artmışdır. Bəlkədə beynalxalq insan haqlarını
müdafiə qurumlarının və özəlliklə Birləşmiş
Millətlər Təşkilatının qayqısızlığı
nəticəsindədır ki, son zamanlar basqılar daha da artmışdır.
Güney Azərbaycanda hakimiyyət tərəfindən uyğulanan
bu qeyri insanı davranış, rast-gələ tutuqlama, etiraf
almaq vəya Tv müsahibəsi almaq üçün şkəncə,
iqtisadi təzyiq, tutulanların ailələrinə
hədə-qorxu, gəncləri məhkəmələrdə süründürərək
hər gün bir cəza hökmünün çıxarılması
və sayirə kimi hadisələr bu iddeanın sübutudur.Keçən
bir iki ayda bdurumun təhlili aşağıda verilən
cədvəllərdən də bəllidir.
Millətimizə
olan bu təzyiqlərin artan nisbətlərdə dəvam
etməsini nəzərdə alaraq, sizdən israrla xahiş
ediri ki, Güney Azərbaycan probləminə biganə qalmıyaraq,
bu dehşətli vəziyətin qarşısını almaq
üçün əlizdən gələni əsirgəmiyəsiz. Özəlliklə
İran dövləti, BMT- nin bir üzvü kimi insan haqları
bəynnaməsi və milli müqəddərati təyin
bəynnaməsini imzaladığına görə bu zülmün qarşısını
almaq üçün sizin əlinizdə olan imkan inkar edilməzdir. Lütfən
müdaxilə edərək bir millətin yer üzündən
silinməsinin məsuliyətində iştirak etməyin.
Sonunda
artırmalıyıq ki, yanvar 2007- də bizim komitənin
bəzi məsulları Jenevdə BMT insan haqlari ali komiserliyi
məsullari ilə görüşdə yuxarıda adı çəkilən
siyası zindani və fəalların çoxunun adres və
telefonlarını təqdim etmişdir. Sizdən bir ekipin Güney
Azərbaycana səfər edərək onlarla əlaqə
yaratmaq, görüşmək və dərdlərini dinləməsi
özü- ozlüyündə həyatlarını qarantı altına alar
düşüncəsindəyik.
Hörmət ilə
Böyük Rəsulğlu
Dünya Azərbaycanlılarının haqlarını
Müdafiə Komitəsinin sədri
|
Cədvəl
1 İran
Yetgililəri Tərəfindən Öz-xoşuna
Sərbəstliklərindən Yoxsun Olunmuş Güney
Azərbaycan Vicdan Dustaqları |
||
|
No |
Name |
Conditions |
|
1 |
Ilğar
Mərəndli (Yaqub Saliki niya) |
O
(34 yaşli və Mərəndlidir) bir jurnalist və insan
haqlarını savunan Güney Azərbaycan milli
hərəkətinin fəalıdır və ASMƏK-in
qurucularındandır. Gecə saat 7-də 31 Oktobr
2007-də məmurlar onun Tehranda evinə tökülüb və
həyat yoldaşı xanım Baharək-in dediyinə görə
iki saat evi əndər-döndər edəndən sonra onun bütün
kitablarını və CD-lərini müsadirə ediblər
bir haldakı onlarda heç bir qeyri-qnuni materyal yox idi. O bir naşirdir
və çoxlu Azərbaycan dərgilərində iştirak
edib |
|
2 |
Dr
Məhəmmədəli Heydəri |
O
(40-yaşlı və Mərəndlidir) bir jurnalistdir
və Təbriz və Marağa Universitetlərinin siyasi
elmlər ustadıdır. O 27 Oktobr 2007-də axşam saat
4.00-də Tehranda iş yerindən çixanda yaxalanmış.
Məmurlar onu evinə götürüb və evini əndər-döndər
edəndən sonra, onun kitablarını, CD-lərini
və bilgisayar vəsaitini müsadirə etmişlər
və özünü də tutuqlamışlar. |
|
3 |
Mir
Qasım Seyyidinzadə |
O
(27 yaşlı və Culfalıdır) bir jurnalistdir və
milli hərəkətin qabaqkı fəallaindan idi. 27
Oktobr 2007-də tutuqlanmış və Evin həbsxanasının
207 Bölməsində saxlanılır. |
|
4 |
Məhəmməd
Nusrəti |
O
(33 yaşlı və Xoyludur) 2 ay olar ki Evin həbsxanasında
saxlanılır. Ankar Universitetində statistik üzrə ali
təhsilat keçirməkdədir və xəstə anasının
görüşünə gedərkən həyat yoldaşı xanım
Şəhrzad Azərmi (o da İngilis dili üzrə
elmlər doktorluğu araşdırması aparmaqdadır)
ilə birgə sərhəddə təhlükəsizlik
məmurları tərəfindən yaxalanmış.
Hər ikisi də xəse ananın ölməsindən sonra
buraxılmışlar lakin Nüsrət yinə də tutuqlanıb
və Evin həbsxanaya aparılmışdır. İndiyə
dək onla görüş mümkün olmamışdır. |
|
5 |
Abbas
Leysanlı |
O
bir ildən artıxdır ki, Ərdəbil zindanında
saxlanılır. Onu müxtəlif ittihamlarla gündə bir
məhkəməyə çağırıb, yeni hökmlər
verirlər. Ailəsi şiddətli təzyiq altında
xəstələnib, Təbriz şəhərinə
həkimə getməsinə də manie törədilir. |
|
6 |
Səid
Metinpur |
O
bir jurnalist və insan haqları müdafiəçisidir ki, 4 ay öncə
Zəncanda yaxalanıb, Tehranın Evin zindanında aylar
şkəncə olaraq peşmanlıq istəyinə
rədd cavab verib. Bu müddət içərisində ailəsi
ilə ancaq iki dəqiqə telefonda danışa bilb.
Hələ də onun ittiham bəlgsi verilməmişdir. |
|
7 |
Elirza
Metinpur |
Səid
Mətinpurun qardaşı Əlirza Mətinpuru da
tutuqlayaraq Zəncan zindanında saxlanır. Ailəsinə
şiddətlə təzyiqlər olunur. |
|
8 |
Ilyaz
Yekanlı |
İlyaz yekanlı, bir il civarında Urmu
zindanında saxlanılmışdır, ağır sağlamlıq
probləmi yaşamaqdadır, həkim icazəsi verilmir. |
|
9 |
Behruz
Səfəri |
O
iki aydan artıqdır ki, heç bir dəlil göstərmədən
yaxalanıb, saxlanıldığı yer məlum olmasada
Zəncan zindanında olduğu gələn
xəbərlər arasındadır.Bu günə
qədər hələdə ittihamı açıqlanmayıb. |
|
10 |
Xanım
Leyla Heydəri |
O yuxarıda adı çəkilən Behruz
bəy Səfərinin həyat yoldaşı, ərindən
neçə gün sonra yaxalanıb, Zəncan zindanında saxlanılmaqdadır. |
|
11 |
Elman
(mehdi) Nuri |
Bu 21 yaşında tələbə Urmu
zindanında ağır hökm və durum altındadır.
Universitəni bitirmək üçün sadəcə bir imtahanı
qalmışdı, ancaq onada icazə verilməmişdir. |
|
12 |
Cəlil
Qənilu |
O
4 ay öncə yaxalanaraq Zəncan zindanında saxlanılır.
Bu günə dək ittihami iblağ olmamışdır. Evin
zindanında ağır işgəncələrə
məruz qalmışdır. |
|
13 |
Saleh
Kamrani |
O
vəkildir və təqribən iki ay öncə Kərəc
şəhərində yaxalanıb, Tehranın Evin zindanında
saxlanılır. Öz başınalıqla yaxalanaraq ona
ittiham irəli sürülməmiş; ailəsi ilə iki
dəqiqəlik telefon əlaqəsi olub. |
|
14 |
Abdullah
Abbasi-Cəvan |
O
Məhəndis və Tehran universitəsinin müəllimidir.
Təqribən iki ay öncə Tehranda yaxalanıb və Evin
zindadında saxlanılır. Ailəsi ilə görüş
imkani tapa bilmir. |
|
15 |
Əmir
Abbas Bənnayi Kazimi |
O
iki il zindan hökmü alaraq indi Təbriz zindanında saxlanır. |
|
16 |
Əli
Şadi |
6
ay zincan hökmü alaraq indi Təbriz zindanında saxlanılır. |
|
17 |
Əsgər
Əkbərzadə |
Təhsil
ilinin başlanğıcında etiraz etməyi üçün Ərdəbildə
105 Ümumi Məhkəmə tərəfindən 4 ay
cəzayi həbsə məruz olmuşdur. O indi Ərdəbil
zindanında saxlanılır. |
|
18 |
Vədud
Səadəti |
O
təqribən iki ay öncə iş yerindən yaxalayıb
apararaq mağazasını da bağlamışlar. İndi
Ərdəbil zindanında saxlanılır, ittihami milli
fəaliyət olsada yazılı olaraq təqdim
etməyiblər. |
|
19 |
Cavad Həsən Pur |
geçən
il Əhər təzahüratında iştirak la gunahlandırılıb
və indi Təbriz zindanında saxlanılır. |
|
20 |
İbrahim
Muini |
O
zindan hökmü alaraq indi Urmu zindanında saxlanılır. |
|
21 |
Riza
Pashai |
O tələbədir və indi Urmu zindanında
saxlanılır. |
|
22 |
Xanım Məhnaz Məhəmmədi |
O Urmuda tələbədir və 6 ay
zindan hökmü alaraq yaxında özünü təslim etməlidir. |
|
23 |
İrəc Naci |
O indi Xoy zindanında
casusluq ittihami ilə saxlanılır. |
|
24 |
Hüseyn Ferihudə |
O indi Xoy zindanında
casusluq ittihami ilə saxlanılır. |
|
25 |
Hadi Həmidi
Şəfəq |
O tələbədir və indi Urmu zindanında
saxlanılır. |
|
26 |
Mustafa Meydannəvərd |
4
ay cəzayi hökmə məruz qalmış və Urmu
həbsxanasındadır. O Doqquz Pillə həbsxanasında
12 günlük işgəncə edilmişdi. |
|
27 |
Möhsün
Hüsenzadə |
Ona
qarşı cəzalı 6 aylıq öz-xoşuna
kəsilən hökm Urmu İstinaf Məhkəməsində
qətiləşmiş. Bu dosya onun Daş-Makıda
2006-inci təhsil başlanğicında Ana Dili uğrunda iştirak
etdiyi etirazdan irəli gəlmişdir. O ardı
kəsilmədən İran yetgililəri
tərəfindən pan-Türkçülük kimi ittihamlara və
hədələrə məruzdur, ki bunlar qanun üzrə keçərli
deyillər. |
|
28 |
Məhəmməd
Nəsiri |
Ona qarşı cəzalı 6 aylıq öz-xoşuna kəsilən hökm Urmu İstinaf Məhkəməsində qətiləşmiş. Bu dosya onun Daş-Makıda 2006-inci təhsil başlanğicında Ana Dili uğrunda iştirak etdiyi etirazdan irəli gəlmişdir. O bir həftə işgəncəyə məruz qalmışdır və zəmanət ilə həbsdən çıxandan sonra kök-salmış boğaz xəstəliyinə məruzdur. Bu tipli xəstəliklər başqa vicdan dustaqlarında da müşahidə olunur. |
|
29 |
Xanım
Mərziyə Purnəqi |
Bu
46 yaşlı xanımın 4 Noyabr 2007-də təhlükəsizlik
məmurları evinə hücum edib və axtarış adı
ilə evi alt-üst etmişlər. Onun şəxsi əşyalarını,
CD və bilgi-sayarını müsadirə edib, və özünü
də tutuqlamışlar. Qabaqkı illər də o
fəal idi. İndi isə ondan heç xəbər yoxdur
və ailəsinin hər ciddiyyəti ondan xəbər
almaq üçün puça çıxmışdır. |
|
30 |
Hac
Əli Məhəmmədi |
O
Güney Azərbaycanlı fəallardandır və Sulduzun
Yadigarli kəndindəndir. Beynəlxalq ana dili gününü
şənlik edəndə yaxalanmış. Ona
kəsilən hökm 30 qamçı zərbəsi, 2 milyon tümən
xərimə və 4 ay həbsdir. İyrənc qamçılama
işi ona qarşı qıyılıb və həbsini
də başa çatdırmış, lakin cəriməni
verə bilmədiyi üçün zindana ehzar olunub. |
|
31 |
Ramin
Bəhramnəjad |
Muğanlı
və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları
üçün Təbrizdəki İnqilab Məhkəməsi
tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı
olmuşdur. |
|
32 |
Siyamək
Təvəssüli |
Muğanlı
və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları
üçün Təbrizdəki İnqilab Məhkəməsi
tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı
olmuşdur. |
|
33 |
Həsən
Balayi |
Muğanlı
və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları
üçün Təbrizdəki İnqilab Məhkəməsi
tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı
olmuşdur. |
|
34 |
(Hamid
?) Xakpur |
Muğanlı
və Təbrizdə May 2006 Kütlə Etirazlarında iştirakları
üçün Təbrizdəki İnqilab Məhkəməsi
tərəfindən 80 qamçı zərbəsinə qatlaşmalı
olmuşdur. |
|
35 |
Mənsur
Ciddi |
Təhsil
ilinin başlanğiçında etiraz etməyi üçün Ərdəbildə
105 Ümumi Məhkəmə tərəfindən 4 ay
cəzayi həbsə məruz olmuşdur. |
|
36 |
Əmir
Hüsen Müvəhhidi |
O
Xiyovlu bir jurnalistdir və bir qeyri-qanuni qrupda ara-qatma
qəsdi ilə iştirak ətmə ittihamı ilə
5 aylıq və milli əmin-amanlığı pozma
ittihamı üçün 5 aylıq həbsə məhkum olmuşdur |
|
Cədvəl
2 Qadaqda
Saxlanma üçün Məhkəmələrdə Süründürülən
Fəallar |
||
|
1 |
Siyamək
Mirzai |
O
tələbədir və Oktobrun 8-də Muğanda
yaxalanaraq ağır işgəncə olduqdan sonra yaxında
məhkəməyə çağırılacağını
söyləyiblər. Bu cavan işgəncədən gördüyü
xəsarət üzündən indi yeriyə bilmir.
|
|
2 |
Həbib
Mehri |
O
Təbrizdə Fars dilində təhsilatın aparılmasına
qarşı etirazlarda səbəbindən yaxalanıb
və zəmanət ilə buraxılmışdı. |
|
3 |
Mesud
Sultani |
Məsud
Sulatani, milli fəaliyətinə görə yaxalanın, indi
Ərdəbil zindanındadır. |
|
4 |
Qadaqda
saxlananlar |
·
Keçən
raportumuzun cədvəlində göstərdiyimiz kimi
200-dən artıq fərdlərin mühakimə olunma
hədəsi ilə qadaqda saxlanırlar. ·
Bir
örnək: 22 May 2006 dirçəlişində Qoşaçayda
yaxalanmış, sonra ağır zəmanətlə müvəqqəti
buraxılmış 27 nəfərdən vardır ·
Bunlardan
aşağıdakılar Soyuqbulaq
məhkəməsinə çağırmışlar. |
|
5 |
Behbud
Qulizadə |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
6 |
Calal Kudərilu |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
7 |
Möhsün
Fəramərzi |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
8 |
Şahin
Həsəni |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
9 |
Əli
Sultani |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
10 |
Əmir
Ağazadə |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
11 |
Behkam
Məhəmmədi |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
12 |
Dariyush
Endelibiyan |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |
|
13 |
Mustafa
Dovletkhah |
Ağır
zəmanət məruzdur və Soyuqbulaq
məhkəməsinə çağrılmışdır |