Əliyev rejimi Qənimət Zahidovu qeyri - şərtsiz azadlığa buraxmalıdır!

Çox təəssüf edirik aldığımız məlumata görə. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov İlham Əliyev rejimi tərəfindən həbs olunub. Təbiidir ki, bu həbsi çalışırlar haqlı nişan vermək üçün Qənimət bəyə çomur yaxalar. Bu da totalitar rejimlərin tanınmış hiyləsi və dünyanın harasında yaşamalarından asılı olmayaraq, həyata keçirdikləri eyni ssenaridi. Əliyev rejiminin adamları, xüsusən İlham Əliyev bu yolu getməklə nə nəticə almaq istəyir ? Ayə, bu rejimin taleyi başqa diktator rejimlərdən fərqli olacaqmı? Əgər bu cür fikir edirlərsə, xalqı yox, özlərini aldadırlar. Təbiidir, əgər bu vəziyyət davam tapsa, xaricdə yaşayan azadfikir Azərbaycanlılar yeni əlaqə texnikasından istifadə edib xəbər blokadasını Quzey Azərbaycanda sındıracaqlar. Biz azadtribunun əməkdaşları Əliyevin rejimindən istəyirik ki, qeyri - şərtsiz Qənimət Zahidovu azadlığa buraxa və azadfikir jurnalistlərə hücum etməklə dünya ictimaiyyətində Azərbaycanın imicin xarablamaya. Bu cür xəbərlər beynəlxalq mütərəqqi təşkilatların tərəfindən məhkum olunur və Qərb ölkələrində mediya vasitələri ilə geniş formada yayılır. Bu da ancaq Azərbaycan hakimiyyəti yox, əslində Azərbaycan və Azərbaycanlıların imicin xarablayır. Əliyev rejimi elə bir vəziyyət yaradıb ki, Azərbaycandan siyasi qaçqınlar canlarını götürüb xüsusən Avropa ölkələrinə qaçırlar. Bu da öz növbəsində səbəb olur Azərbaycan dünya ictimaiyyətinin gözundə geridə qalmış bir diktator ölkəsi kimi görünür. Bir neçə gün bundan qabaq aldığımız məlumata görə, Norveç televiziyasında Azərbaycanda ağır siyasi durumla bağlı bir sənədli film yayılmışdı. Yenə də aldığımız məlumata görə, Avropanın digər ölkələrində bu cür sənədli filmlər düzəlib yayılacaq. Əlbəttə, Norveçdən qabaq BBC neçə dəfə bu barədə sənədli film yayıb.
Yazının sonunda Əliyev rejiminə məsləhət görürük, dalında olan körpüləri tamam yıxmasın. Qənimət bəyi qeyri - şərtsiz azadlığa buraxmaqla nişan versin ki, bir balaca da olsa, Azərbaycanın imicinin dünya ictimaiyyətində rüsvay olmamasına can yandırır.