DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN

                                                    ( 9 )

                         Güney Azərbaycan ulusal demokrat devlətindən sonra

                                                Aydınlarımız

 

Güney Azərbaycnın ulusal demokrat devlətindən sonra, Azərbaycan bütün alanlarda başsız qaldı. 10 minlərlə Güney Azərbaycanının ulusal çıxarlarını düşünən gənclərini Tehranın qoşunu acımasızca öldürdü. Öldürməyənləri isə dustaqlara, sürgünlərə yolladı. Bu soyqırımdan sonra ara sıra İranda olan toplumsal dəyişiklər sonucu Aəzərbaycanlı aydınlar söz deməyə başlayırdılar. Ancaq Fars ağaçılıq (pan farsist) kuramçılarının Türk sancısı olduğu üçün, çeşitli araclarla Azərbaycançılıq düşüncəsini yayındırırdılar. Bu düşüncənin yetginliyə ərməməsindən yana anlamsız oyunlar ortaya atırdılar. Ulusal düşüncə dayağı olmayan aydınlarda bu oyunlara qatılıb, açıq olmasada dolayı yollardan Farsçılığa yardım edirdilər. Geçmişdə əski Fars yazımını zəngin edən saraylarımızın görəvinə bunlar üstlənmişlərdir. Çeşitli alanlarda bəslədiyimiz çağdaş Fars yazımı( toplumsal yazımı, iqtisad yazımı, siyası yazımı, əkinsəl yazımı,...,) bunun göstərgəsidir. Bəslədiyimiz bu yazımlar Güney Azərbaycan gənclərinin qanını Təpə göz kimi içməkdəydi . Bu konunu içinə sindirəməyən Səhənd, Şəhriyara səslənərkən sayqı sınırlarını belə təpikləyib, ünləmlə( nidayla) bağırırdı:     

“Özgə çırağına yağ olmaq bəsdir!

Doğma ellərimiz qaranlıqdadır!

Yanıb, yandırmayaq yadın ocağın !

Evimiz soyüxdür, qışdır şaxtadır”!

Güney Azərbaycan aydınının Farsçılıq ülküsünə bilmədən  yardım etməsinin neçə nədəni varıdı.Bunları içlə ,dış nədənlərə ayırmaq olar.

    İç nədənlər:

1-     Ulusal kimlik bilgisizliyi: Güney Azərbaycan aydını bu konuda bilgisiz olduğundan özgə aracına sarılırdı.

2-     Öz dilində eytim yoxluğu( dil bilgisizliyi): Öz dillərində eyitim almadıqları üçün istəklərini, düşüncələrini farscaya axıdırdılar.

Dış nədənlər:

3-     Qonaqlıq  payi, aşağılıq duyğuları : Öz yurdlarında yaşadıqlarına baxmayaraq, ulusal dəyərlərdən yoxsul olduqlarından,  aşağılıq duyğularının aşılıandığından, farslara dil kirası verirdilər.

4-     Düçüncəçilik(idoloji) modaçılığı ,ünlülük sayrılığı : Çeşitli çağdaş düşüncələrin egemən dillə ölkəyə axmasından dolayı modaya uyub, pozlanmağa çalışırdılar.

5-     Devlət basqısı : Türkcə basım, yayının yasaq olduğu üçün farsca yazırdılar.

     Güney Azərbaycan aydınının farsca yazmasının gənəl  nədənləri bunlardı. Bu aydınlar bu nədənlərlə “ özgə çırağına yağ töküb”, Azərbaycanı qaranlığa buraxırdılar. Göründüyü kimi  bu nədənləri Türkcə yazmamağa yetərli kanıt olaraq göstərmək doğru deyildir. Bu nədənlərə aldırmayıb, Türkcə yazan bir çox yazıçı ,qoşuqçünü örnək göstərmək olar. Güneydə oxula getməyən, ancaq Türkcə yazıb, yardan, dönəminə görə dəyər qazanan bir çox qoşquçu vardır. Y. Şeydanın  “ ədəbiyat ocağında” bunların çoxunun adları geçir. Onlar bu işlərilə nə qorxdular, nə modaya uydular, nə devlətə baş əydilər, nədə düşüncəsizliyə vardılar. Onlar Güney Azərbaycan Türkçülüyünün düşüncə bayrağını dalğalandırdılar. Bir çoxlarını Türk toplumu yüksək dəyərləndirib, ünlü etdı.

     Fasçılar sürəkli olaraq Azərbaycan aydınının başını qatmaq üçün gənəl iran sorunlarından yararlanırdılar. Bu konu ən çoxda solçu aydınların başını qatırdı. Qarını önə verib, başı, dili unutdururdular. Qarının aclığını beyin düşünmədən, dil demədən, necə yorumlamaq sorusuna isə anlamsız yanıtlar verirdilər. Soyut yanıtların yobazlığını aydınlığa tanımlayıb, Türk toplumunuda özləri kimi yerdə süründürənləridə vardı. Ə. Kəsrəvdən tut Xəlil məlikiyə kimi bir çoxları bu yolun yolçularıydı. Farsında Ehsan Təbəri kimi Toplumçusundan Tut, M.şirazi, Ə.Rəfsəncani, M.Rəcəvisinə kimi dinçilərinin bütünü bir ağızdan “koroş to be xab, ma bidarim” deyirdi.

       Güney Azərbaycanın  ulusal düşüncəsinə ışıq tutan çoxlu aydınlarımız oldu. Bu gün orada yüksəlməkdə olna ulusal səsin yaradıcıları onlardılar.             

 

                                 HEDƏR BABA DEVRİMİ              

 

    Güney Azərbaycan ulusal demokrat devlətinin yenilgisinin ağrı  acıları içində qıvrlan Türk ulusu, 1953 də “Heydər babanın” səsilə özünə gəldi. Oğulsuz qalan ananın istəyindən doğan bu səs, bir anda Azərbaycanın uca dağlarından bütün Türk acununa varoluş qıhası çəkdi:

“ Bir uçaydım bu çırpınan yelinən

Bağlaşaydım dağdan aşan selinən

Ağlaşaydım uzaq düşən elinən

Bir göreydim ayrılığı kim saldı

Ölkəmizdə kim qırıldı kim qaldı!”

     Türkün geçmişlik nisgillərini anımsadan “Hedər Baba” dizgəsi (mənzuməsi-poeması) , dağılmış yurdun, yasaqlanmış dilin bağlı qapılara açarı, tozlanmış bəlləklərin qan damarı oldu. Bir anda acunun gəlmiş, geçmiş qoşuq ölçüləri tartısına (tərəzisinə) qoyuldu. Məncə bu tartılarda nə dedilər isə əskik deyildi. Bu dizgənin birər dizəsi (misrası) Azərbaycan gələnəksəllərinin duyğusal çiziləyi ( tablosu) olduğu kimi, Türk dilinin də dağ balıydı. Dillə uyğun qalıbın birləşməsi sonucu bu bənzərsiz dizgə yaranmışdır.

       Bilindiyi kimi Şəhriyar yaşamını Hafizin kölgəliyində geçirib, yüksək deyim bacarığına görə çağdaşlarından seçilirdi. O, bir çox qoşuğunda bu konuya deyinmişdir. Ərəb əruzunun qalıbları onun ağız yemişiydi. Buna görədə farsca qoşuqlarında  istər istəməz beyin axarı ilə əskilərin qalıblaşmış deyimləri  yansıyırdı. Şəhriyarın əskiçiliyə dayalı çevrəsidə onun baxışlarını dumanlı , sisli anımsallığa sürüklüyürdü . Yeniçiliyə “Ayniştənə salam”, “ana”,..., kimi  qoşuqlarla boylansada alışamırdı . Oda başqa Azərbaycanlılar kimi kimliksiz yaşayır, düşüncələrilə acunu alt üst etsədə itirdiyini axtarırdı. İtirdiyinin nə olduğunu bilmir, ağa qara deyilən dönəmin səsini “Tehranla, Tehranlılara” anladırdı. Ancaq Onu anlayacaq dil Tehranda sürgündəydi. Axtardığını anasının anımsatması ilə  tapdı. Bu dil onun damarında axan qan olduğundan bal kimi süzülüb, dizələrə düzüldü. Könüldən kopan bu sözləri kimsədən öncə eşitməmişdi.  Beyin axarında aşıqların sazlarından, ataların deyimlərindən , sözlərindən, anaların laylasından,...,izlər vardı.

      Şəhriyarın “Heydər babasının” özəlliyi onun Türkcə beyninin uşaq olmasından qaynaqlanırdı. Onun qoşuq bəlləyi farscada olduğu kimi , Türkcədə qaralanmamış qalmışdır. Buna görədə o yeni bir dil açar uşaq kimi yaşamını ərişməyəcək gözəlliklə deyə bilmişdi. O, “Heydər babanı”hansı qalıbda yazdığını belə bilmirmiş. Yazdığı qalıbın 11 hecalı “qoşma” olduğunu sonralar öyrənmişdir. “ Hedər baba” gözəlliyi “ dil , qoşuqçu, qalıb, zaman, məkan birləşimindən yaranmışdır. Bu özəlliklərə birdə bütün ulusal kimlikdən yoxsun edilən, Güney Azərbaycan Türkünün dil özləmi əklənincə, “ Heydər baba devrimi” yaranmışdı. “ Heydər baba” dil özəlliyinə görə böyük bir sözlükdür.

      Bu devrim yalnız Güney Azərbaycanda deyil, az bir sürə içində acunda olan dildaşlarından yanıtlarla qarşılandı. Güney Azərbaycanlının o günə kimi sınırları aşan belə bir səsi olmamışdır. Şəhriyar Güney Azərbaycanlıya yalnız ölkədə kimlik vermədi. O , Güney  Azərbaycanlıya uluslararası bir kimlik qazandırdı. İndiyə kimidə onun yaratdığı dalğalar Güney Azərbaycanın ulusallığında  əsin (ilham) qaynağıdır. İkinci acun savaşında “ deniz səssizliyi”  faşıst Almanların ayağı altında inləyən Fıransızlara dirənişdə nə verdisə,” Heydər baba” ondan daha çoxunu Güney Azərbaycan Türkünə verdi. Hedər babanın etgisində bir çox təpəciklər dağ oldu.

       Şəhriyar “Hedər babanı” yazarkən Tehranda yoxsul yaşamını sürdürürdü. Bunu yazdıqdan sonra azacıq üzünə açıq olan Fars qapılarıda qapadıldı. Bu nədənlə “Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa / gedirəm Tərbizə qoy yaxşı yaman bəllənsin” deyərək, oradan ayrılıb, öz doğma yurduna gəlir. Yurdu onu illərini sürgündə yaşamış öndər kimi bağrına basır. Burada onun yaşamı düzənə düşür, qırımlarla yoldaşlarını ayırd edir.

      Şəhriyarın “heydər babası” yalnız Türk dilinin sevdalılarını sevindirmədi, ona (Türk dilinə) qırım kəsilən Mürtezəvilərində ağzını bağladı. Bir sözlə “ Hedər baba “ Türkü sevindirdi, qırımları üzdü. Bu yapıtın dil gözəlliyilə, özəlliyi Azərbaycan Türkündə ulusal düşüncəni oyatdığı kimi , gələnəksəl, görənəksəl Türk törələrinin coğrafiyasıylada vətən xəritəsini çizdi. Bu nədənlə “ heydər baba” Güney Azərbaycanlını dilsizlikdən dilliliyə, vətənsizlikdən vətənə götürdü.

       Birinci “Heydər babada” başdan dibə kimi Azərbaycan Türkünün gələnək , görənəkləri , çeynənməmiş deyimlərlə, ata sözləri ağırlıq edir. Bu yapıtda qoşuqçunun acun görüşü yalın (sadə) bir dillə verilmişdir. İkinci “ Heydər babada” isə qoşuqçunun siaysı görüşləridaha ağır basır. Bu konularla bağlı çoxlu yazılar yazıldığından sözün uzunluğu bizə düşməz. Bu nədənlə qoşuqçunun başqa Türkcə yapıtlarında gəzinmək olar.

       Şəhriyarın “ Heydər babası”na ən çox sevinən, səsləri çıxmayan Güney Azərbyacanın qoşuqçularıyla, yazıçıları oldular. Egəmən düşərgəsində egemən dilin ən kəsərlilərindən olan kimsə onların səsinə səs vermişdir. Buna görədə özü demişkən: Dağa dağlar dayağ oldu”! Bir anda azdırılmış Türkün solçusuyla, sağçısı “ Heydər babanın” gizəmli kölgəsində birgə “ ayın şayın” soluq alaraq, səsdaşlığa başladılar. Səməd ondan “ latın Amerikada çiriklik umdu”, Səhəndə isə ondan daha çox Türkcə yazmasını dilədi.

        Şəhriyarın Heydər babasından  başq  birçox gözəl Türkcə yazdığı qoşuqlar vardır. Onların ən başında “ Səhəndiyə” durur. “Səhəndiyənin” yazmasının nədəni Güney Azərbaycanın ulusal qoşuqçusu B. Q. Səhəndin “ Şəhriyara Məktub” adında qoşuquna yanıt olaraq yazılmışdır. Səhəndin məktubunuda olan ittihamlar doğru olduğundan Şəhriyarı yardıcılıq zirvəsinə kimi qamçılamışdır:

“ Bir əlimdə qələm bir əldə kağaz

Xəyalım boylanır damdan duvardan

Bşımda yar bağın gəzmək havası

Qapılar bağlıdır yol tapım hardan?!”

...

“Mavi eyvanında saz çalır zöhrə

Bürcündə ya çəkib, dayanıb keyvan

Layiq var girəm qəsrinə məndə

Qıllı papağımla qırıx ,sazımla?!”  

...

“ O bu ehtişamla bu tamtaraqla

Qapısın üzümə aşmasa nə var

Şahla rəyətin dostluğu tutmaz

Mən bir obaliyam,odur Şəhrəyar

...

Özgə çırağına yağ olmaq bəsdir

Doğma ellərimiz qaranlıqdadır

Yanıb,yandırmayaq yadın ocağın

Evimiz soyuxdur , qışdır şaxtadır!

...

     Belə bir içdən(səmimi) ittihamları yanıtsız buraxmaycaq qoşuqçuydur Şəhriyar. Buna görədə səhəndin zirvəsinə boylanıb, “səhəndiyylə” lə qardaşına səsləndi (1967.ildə). Özü dediyi kimi: “ bütün yapıtlarını ikinci kəz yenidən yaza bilərdi, ancaq “ səhəndiyəni yox”. “ Səhəndiyə” duyğusallığına , axıcılığına görə gerçək bir zirvədir. O, burada içdən ittihamları yanıtladı:

 “ Bax nə hürmət var onun öz demişi tük papağında

Şəhriyarın tac əymiş başı durmuş qabağında

Başına savrılan inci, çarığ olmuş ayağında

Vəhyidir şeri, mələklərdi pıçıldır qulağında

Ayələrdir dodağında”.

      Hedər baba ilə başlanan səsdaşlığı nəcədə yüksək dəyərləndirər:

“Elimi arxamı gördükdə zalım ovçu qısıldı

Sel kimi zülmü basıldı,zinə arx oldu,kəsildi

Gül gözündən yaşı sildi

Tor quran ovçu atın qovmada sındı, geri qaldı

Özü getdi,toru qaldı”.

Şəhriyar burada fars ulusçularının basqılarına öz düşüncəsin bildirməklə yanaşı, özgəylə özün sınırlarında çizməkdədir. Bu sınır ayrımı sonralarda şəhriyarın bir çox Türkcə qoşuqlarındə vurğulanmışdır. Özəlliklədə Quzey Azərbaycanın qoşuqçularına yazdıqlarında bu açıq görülməkdədir. “Səhndiyədə” Şəhriyar gənəldə ulusal düşüncələri yüksək qoşuq dililə yanıtlamışdır:

“Dedin : Azər elinin bir yaralı nisgiliyəm mən

Nisgil olsamda gülüm bir əbədi sevgiliyəm mən

Yad məni atsada öz güllərimin bülbülüyəm mən

Elimin farsıcada dərdini söylər diliyəm mən

Həqqə doğru nə qaranlıq isə el məşəliyəm mən

əbədiyət gülüyəm mən”.

Bilindiyi kimi “ səhəndiyə” aydınlar arasında daha çox bəyənilən bir dizgə oldu. Bu dizgənin konusu gənəldə olusal ağrı, acılıardır. Qoşuqçu burada Güney Azərbaycanın ulusal açıdan başına gətirilən ağrıları paylaşan Səhəndlə bündaşlıq edir. Bunu oxuyan bir Türk, istə istəməz qavrayan kimi ulusal kimliyilə bağlı sorularla qarşılaşar. Bilindiyi kimi şəhriyar çağdaş fars qoşuğunun da  zirvəsində olan birisiydi. Buna görə farsçılıq kuramçıları onu ata bilməzdilər. Ancaq onlar onun Türkcələrini görməzdən gəlmək istirdilər. Türkcələrinin öncədə dediyim kimi nitəliklərinə görə farscalarına ağır basdığ üçün atamadılar. Çün, onun bütün Türkcələri Güney Azərbaycanlının ağız dadı olmuşdur. Bi nədənlə onun Türkcələrində ulusallığa kölgə düşürməgə çalışdılar.

      Quzey Azərbaycan bağımsızılq qazanandan sonra iran islam devlətinin canına birə düşdü. Onlar bu devləti içlərinə sindirməmək üçün çeşitli yollara əl atdılar. Bu yollardan biridə Şəhriyarın qurduğu tinsəl körpüydü. Şəhriyar Güneydə sevildiyi kimi quzeydə də sevilir, nisgillə anılırdı. Onun Türkcələri ilə bağlı quzeydə çeşitli yazılar ,doktora tezləri yazılmış, adı bir çox yerə verilmidir. Bu sevgini bilən iran islam devləti yol açılan kimi  Bakıda onun adına qurum, eləcədə gündəc buraxmağa başladı. Bilimsəl ilşgilərdə öz siyası çıxarlarına yönəlik pozqunçu işlərə əl atdı. Bu konuyla bağlı sonralar geniş bilgilər verəcəyik.

      1993 .ci ildə Bakının flarmoniya salonunda “Şəhriyar toplantısı” geçirilirdi. Orada İran islam devlət adamlarıyla yanaşı çoxlu Azərbaycanında yazımçıları varıdır. İrən devlətinin özümləyicisi ( təmsilçisi) olan Ə. Ə.Şeirdost Şəhriyarın “ səhəndiyəsindən” deyə bu dizələri ( misraları) oxudu:

“Dərdimiz sanmaki bir Tərbiz o Tehrandır əzizim

Ya ki biz Türkə cəhənnəm olan irandır əzizim

Yox bu din davasıdır,dünya tilit qandır əzizim

Türk ola fars ola düzlük daha talandır əzizim

 ...

Dini atmış elə yavrum daha bel bağlamaq olmaz

O gülüb ağlayada, onla gülüb ağlamaq olmaz

Şeytanı bağlamaq olmaz.

     Orada biz buna qarşı çıxdıq. Çün, biz ondan öncə şəhriyarın “səhəndiyəsində xoruz səsi eşitməyən bu dizələrinioxuyub, duymamışdıq. Sayın M. Əzizinin belə səsindən bunları eşitməmişdik. Şəhriyarın diriliyində belə bir qaralamalar olmamışdır. Sonra bəlli oldu bu tapşırığı Şeirdust ( iranın irşad idarəsinin müşaviri) Ə. Fərdi kimi sayrı birinə vermiş, oda ipəyə bez yamayaraq işini görmöş olmuşdu. İrşad qurumunun o toplantı üçün tələsik bastığı “kolliyate Türkiye Şəhriyar” bilikli olaraq çoxlu təhriflərlə basılmışdır. Bu işi görən  Ə. Fərdi yapıtın ön sözündə yalnız öz təhriflərini doğru göstərməyə çalşmışdır. “ Səhəndiyəyə” artırılan bu 17 dizənin yamağ olduğu, Ə.fərdinin sayrılığından yansıyan “əzizim” ipilə açıq görünməkdədir. Qoşuqdan anlayan birisi öncədən belə “ Səhəndiyəni” oxumasada bu artırılanların yamaq olduğunu anlar. Fərdi yalnız “ Səhəndiyəyə” 17 dizə artırmamış orada olan ulusçuluq anlayışını daşayan sözcükləridə dəyişmişdir. Yalançılığını mənimsətmək üçün ön sözdə bunları vermişdir. Ə. Fərdi İranın siyasətinə uyğun Şəhriyarın adına bir neçə qoşuqda artırmışdır. Bu qoşuqlarda da şəhryarın yüksək yardıcı ruhu deyıl, Ə. Fərdinin  alçaq uyduruc düşüncələri sezilməkdədir.

      Quzey Azərbaycan bağımsız olandan sonra, İranın sancılarının başında gələnlərin biridə əlifbaidi. Buna görədə iran islam devlətinin iyrənc siyasətçiləri burada da şəhriyarı ərək seçdilər. Onların əl altısı olan Ə .Fərdi  “ Türk evladı qeyrət vaxtıdır” başlıqlı bir bir “soluqanı” qoşuq olaraq yazmış, Şəhriyar adına bastırmışdır. Bu uydurmaların biri belə şəhriyarın diriliyində ortada yoxudur. Ə. Fərdinin şəhriyar adına uydurduqları başdan dıbə İran islam devlətinin soluqanlarıdır. Adı geçən soluqanın sonlarında çox ağır təhqirlərləyanaşı, məntiqsiz sözlər gəvşəməli olur:

Qovzayın nəreye təkbirlə müsəlmanlığızı ( sözcüklər Türkcə olmadığı üçün nəsnə anlamadıq . Buna gördə nə qovzamaq istirsə özü bilər)

Fars tək sabit edin islama salmanlığızı

Farsı Türkə ərəbə faiq edən salmandır ( onda Məhəmmədlə 12 imama , neçə yüz min seyid olan ərəbədə bir quş. Üzünüzü yaxşı açdınız )

Göstərin sizdə bu bilqeysə müsəlmanlığızı ( bətbaxdın oğlunun kişilərlə kişicə danışmasıda yoxdur. Ayib olsun!)

 

Hər kim allahına baş əymədi heyvan qalacaq ( səsinizlə dilinizdən bəllidir )

Sizdə heyvanlara( cumhuriye islamını deyir. Dil anlarsanızsa bildirik.) bir bildirin insanlığızı (  İnsanlıqdan danışan Rıza şahla Məməd Rızaya nə qədər dediksə anlamdılar. Siz yazıq heyvanlar hardana anlayacaqsız!? )

      Fərdinin uydurmaları yalnız yazıb artırdığı qoşuqlarla bitməmişdir. O , ətək yazılarında da bu uydurmaçılığı sürdürmüşdür.

“ Mir mustafa dayı uca boy baba

Heykəlli saqqallı, Tolustiy baba

Eylərdi yas məclisini toy baba

Xoşginabın abrısı ərdəmi

Məscidlərin, məclislərin görkəmi”

 “Atamın dayısı olan Mir mustafa çox güclü, uca boy eləcədə uzun saqqallıydı. Licimi Rusiyanın ünlü filosof yazıçısı tolustoya bənzəyirdi. Ruhi baxımdan Firdosiyeə çox oxşayırdı....”

      Kimsə Şəhriyarın Heydər babasında  Firdiosinin adının çəkildiyini görmüşmü?

Firdosi kimi qan tokməyə öyünən birinin adının bu dizgədə çəkilməsi Şəhriyarın ruhuyla çəlişgidə deyilmi?     

      Şəhriyarın Y. Şeyda, prof. H. Məmmədzadə öncələri qoşuqçunun onayıla Türkcələrini buraxmışlardır. Biz bunlarda birdənədə təhrif görmürük. Çün, onlar buraxılanda Şəhriyar özü yaşayırdı. Ə. Fərdinin özü dediyi kimi, Bakıda olan toplandıya tələsik düzənlədiyi bu basqı başdan dibə təhriflərlə doludur. Onun yazınsal dəyəri yoxdur. Gələcək quşaqlar bunu bilməlidirlər. Ə. Fərdinin düzənlədiyi basqıda “ Türkiyəyə xəyalı səfər” dizgəsidə yoxdur. Bilindiyi kimi Şəhriyar bu dizgədə Türkiyəni övür , özünü bir Türk olaraq ora vətəndaşıda görməkdədir. Umarım bu bitik bitikliklərdən toplanar. Çün, onun varlığı bitikliklərə üzü qaralıq gətirər.

        Bir azda Şəhriyarın qoşuqlarında dil özəliklərinə göz atarsaq onun ulusal dəyərini daha yaxşı anlarıq.

  “ Türkün dili tək sevgili istəkli dil olmaz  / özgə dilə qatsan  bu əsil dil əsil olmaz”.

    Ömrünün çoxunu eləcədə yaradıcılığının çoxunu fars dilinə verən qoşuqçu, nəyə dayanəraq belə yarğı yürütməkdədir? Ona bu gücü kim  vermişdir ? Belə soruları yenə özü yanıtlar:

“Türkün məsəli folkoloru dünyada təkdir

Xan yorqanı, kən içrə məsəldir mitil olmaz”

Gerçəkdənda xaqnlıqlarıyla acuna damğa vuran Türkün , mitil kimi yava dili olması olanaqsızdır. Xan yorqanı gərəkdə bər bəzəkli ipəkdən ola. Şəhriyar bu ipəkdən istədiyi kimi qoşuqlarında yararlanmışdır. “ Heydər baba” dizgələri bu qaynaqlar üstə qaynar bir bulaqdır. Buda o dizgələrin özəlliyinə görə eldə olmalıydı. Ancaq onun başqa Türtkcə qoşuqlarında da bu özəlliklər bolca vardır.

“ Tay tuşlarım çölə çıxa,gün çıxar

Mən çıxanda yağış getsə qar gəli”

...

Devlətliyə yasda gələ oynayar

Biz kasıba toy gələ , axsar gəli  (əsli kərəm) 

 ...

“Oğru qaldırdı qazan qablamanı

Kim əl atsın hacata? bilməyirəm  

Oğrunun kim yetirib onbasına

Zıxlaya bir zopata ,bilməyirəm”  (yata bilməyirəm)

      Göründüyü kimi qöşuqçu istədiyini yağ təkin ağzında əridib, bal kimi topluma suna bilir. Bu Türkcənin gözəlliyidir. Biz Şəhriyarın Farscalarında belə doğmaca sözcüklərlə qarşılaşmarıq.  Bu doğmalıq onun qan bəlləyində olduğu kimi, Türkcənin kurallarının gözəlliyindən də qaynaqlanmadadır. Türkcənin zənginliyi yaradıcıya söz bolluğu sunursa , əkləridə qoşqunun  axıcılığına yardım edir. Bununlada qoşuqçu isteklerini yığcamca deyə bilir:

“ Tehranı dəccal mənə Tərbizlədi

Məndə gəlib, Tərbizi tehranladım” ( Sabirin xoruzu)

     Bu siysi, toplumsal, iqtisadi düşünceni belə anlamlı , yığcam biçimdə farsca demək olanaksızdır.

      Şəhriyarın birdə Türkcə qoşuqlarında “ küçə yazımı” deyə biləcəyimiz deyimlərlə sözcüklərin özəl yeri vardır. Şəhriyar bu deyimlərlə sözcükləri yüksək bacarıqla işlədib, qoşuğa qazandıra bilmişdir. Bu sözcüklərlə deyimlər ondan öncə xoruz səsi eşitməmişdir:

 “Təbi şeirim dayanıb, soncuq atır

Məndə ki soncuq ata bilməyirəm “ (yata bilməyirəm)

...

 “Qəmə dedim: haçana tək bizi bezikdirəceksən?

Dedi: buyur budu gəldim! Dedim ki: sikdirəceksən”

Dedi: palan kimi tikdirmişəm  qalın sənə bir çul

Dedim ki : Eşşək özünsən, tikilsə sökdürəceksən

Dedi: dübərdivə də qoşmuşam “hola” xəbərin yox

Dedim: Holanı qoşandan sora nə əkdirəceksən?” ( qəmlə atış barış)

...

“Zəmanə bax ki nə pis nəsli, yaxşı nəslə qatır

Nə çəkdirib ulağa madiyani,doğdu qatır

Südük atan it atılmış bizim atın belinə

Suya yatan at olub bəxtimiz, su gördü yatır” ( Rütəb verdik təzək aldıq)

     Göründüyü kimi Şəhriyar bu deyimləri çox bacarıqla yerli yerində işlədib, siyasi, iqtisadi, toplumsal,... düşüncələrin deyə bilmişdir. Şəhriyardan öncə belə qoşuqları yalnız yergilərdə( satiralarda) görə bilərdik.

      Şəhriyarın yardıcılığında bütöv Azərbaycan dərdi önəmli yer tutur. O bu ağrı acılarınıa Heydər babalardan tutmuş bir çox qoşqusunda deyinmişdir. Quzey Azərbaycanlı qoşuqçulara yazdıqlarında daha bu nisgili acılı dilə gətirmişdir:

“ Köşkü balabanlar araza baxar

Arazın suyu  gözlərdən axar

El nisgili pis yandırar yaxar

Qəm varikən qardaş deyib qaynardıq

Yoldaş məni qurd apardı oynardıq” ( Məmməd Rahimə)

     Azərbaycan toplum yazımında özəl yeri olan deyimlərlə, simgəçi sözlərlə eləcədə açıq Azərbaycançılığa deyinən qoşuqçu öz ərəyini  çəkinmədən deməkdədir.Burada necədə görmədiyi 1990 illəri animsadır:

...

“Arazın ayna çıraq qoymada, aydın şafaq oldu

O tayın nəğməsi qozandı , ürəklər qulağ oldu

Yenə qardaş deyərək qaçmada başlar ayağ oldu

Qaçdıq, üzləşdik arazda , yenə gözlər bulağ oldu

Yenə qəmlər qalaq oldu

Yenə qardaş sayağı sözlərimiz bir sayağ oldu

Vəsl igin almada , əl çatmadı , eşqim dayağ oldu

  ... (Səhəndiyə)

      Şəhriyar yüksək duyğularla yazdığı bu nisgilin sona varacağını necədə özləyirmiş.

“ Arazım vursan baş,daşdan daşa

Göz yaşı gərək başlardan aşa

Necə yad olsun, qardaş qardaşa

Nə dinqanır iman ayrılıq”

Aman ayrılıq , aman ayrılıq”( qardaşım Süleyman rüstəmə)

    ...

Sən kimi qardaş öz qarındaşını

Atmayıb, özgə kimsə tutmayacaq

Qoca Tərbiz yüz min il keçsə

Bakı qardaşların unutmayacaq( qafqazlı qarındaşlarla görüş)

    Qoşuqçu vətənin quzeyində yaşayan qardaşlarıni unutmayıb, anılarında belə onlarla görüşə gedir:

“Gözüm aydın görürəm sevgili qardaşlarımı

Basmışam bağrıma  öz doğma qarındaşlarımı

Açmışam qolları xəlqımlə üzük həlqəsi tək

Salmışam həlqəyə qiymətli üzük qaşlarımı”( gözüm aydın)

     Şəhriyarın bu yönünü günümüzdə daha çox qabartmalı, anımsatmalıyıq . Bu nisgil yazımına günümüzdə daha gərəksim duyulur. Bu gün yanlış davranışların sonucu Güneylə Quzey arasında əskidə olan tinsəl bağlar bir az sınırlaı olmuşdur. Ancaq əskiyə görə bu bağların sıxlaşdırmasına daha çox olanak vardır. Bu bağların köklər üstündə qurulması, “ köşkü balabanlardan”  günümüzün nisgil yazımının  uzantılarının önəmsənməsilə doğru yolda ola bilər. Bu düşüncə biriləri  yurtsama ( nostolji) olaraq alqılana bilər. Ancaq  bu yurtsama dışında yaşanmış gerçəklərin  günümüzə verəcək tinsəl bir gücdür. Qırımlar Güney Azərbaycanda Türkçülüyü Türkiyə ilə Quzey Azərbaycanın gətirisi (itxalatı) kimi  topluma aşılamağa çalışırlar. Bu nədənlə nisgil yazımını geriyə dönüş, eləcədə ağıt kimi görmək doğru deyildir. İndiyə kimi Güney Azərbaycanda Türkçülüyün geçmişliyilə ilgili doğru düzgün bir araşdırmada olamamışdır. Bu araşdırmalarınada ana qaynağının  nisgil yazımıdır. 

       Şəhriyarla bağlı qalaq qalaq yazılar, bitiklər yazılmışdır. Mən burada çalışdım onun Güney Azərbaycanın ulusal düşüncəsinə qatqısını dəyərləndirəm. Elə umaram çeynənmiş sözlər çox olmadı.     

     Son söz: 

    Şəhriyar farscalarında çeynənmiş qalıblarla dizəgə(nəzm) yazan dizəgəci isə( nazimsə), Türkcələrində  böyük bir devrimçi qoşuqçudur. Onun bu nitəliyi (keyfiyəti) daşayan Türkcələri, nicəliyi (kəmiyəti) ağır olan farscaları qarşısında ölçülməz boyutda üstündür.   

                                                                         Ardı var

                                                                         Ersan Erel