ASİF
ATA
AZERBAYCAN
DÜNYANIN MÜQƏDDƏS OCAĞI OLACAQ !
Asif
Ata ilə olan bu müsahibə onun Uluyurd aqibəti -- Bütöv
Azərbaycan kitabındandır.
Ata ilə söhbət 15 il bundan qabaq olsa da, mahiyyətcə
heç nə dəyişməyib və çox təəssüf ki, onun
özü dediyi kimi hər şey
düz çıxır. Bu sətirləri yazarkən mən də çox
təəssüf hiss keçirdim və ona görə də sizin oxumağınızı
vacib bildim. Azərbaycanın, Qarabağın, Türk Dünyasının,
Şərqin, Bəşərin taleyini və insanlığın
sabahını düşünən
hər kəsə bu yazını oxumaq hava - su kimi lazımdır.
Bununla da istəyirəm ki, Sadəlövhcəsinə
aldanmaqdan qurtaraq!
Evlad : -- Müqəddəs
Ata, verəcəyim suallar Qarabağ üstə köklənib.
Bilmək istərdim, ermənilərin Qarabağdan "Qafqaz
İsraili" düzəltmək istəklərinə Ata fikri
necədir ?
Asif Ata : -- Düdnyanın təzadları çoxdur. O
təzadlardan biri Qərb -- Türk təzadıdır, rus -- türk
təzadıdır, ümumən Türk Dünyası və bütün dünya
təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən
tarixi var. Lakin bu təzad zahirən yumuşalıbsa, daxilən
demək olar ki, heç vaxt dəyişməyib.
Qərbin nəhəngliyiylə onun daxili mahiyyətcə
zəifliyi bir - birini tamamlayır. Təəssüf ki, bunu
görən yoxdur. Qərb möhtəşəm olduğu
dərəcədə də qorxaqdır. Qərbin qorxduğu güclər
çoxdur. Onun qorxduğu ən böyük güc isə TÜRK DÜNYASIDIR.Türk
özü bu saat nə qədər zəif görünsə də, üzünü
Qərbə tutsa da, türk potensialı, imkanı, türk daxili gücü,
hətta indi belə -- bu səpələnmiş, parçalanmış
vəziyyətdə belə Qərbi hürküdür. Adi bir misal.
Osmanlı türklərinin Orta Asiya xalqlarıyla təmasının,
əslində zahiri təmasının
lap azca artması Qərbi təşvişə saldı
və Beyker yüyürdü Azərbaycana, Orta Asiyaya. Zaqafqaziyada türkü
Azərbaycan təmsil edir. Azərbaycan nə qədər
beynəlmiləlçiliyə rəsmi mənada qovuşsa da ( çünki
daxili mənada Azərbaycan heç zaman beynəlmiləlçi,
antimilli birlik ola bilməz, buna Ata inanmır ) , öz türk
mahiyyətini saxlayıb. Bu səbəbdən də
Azərbaycan region çərçivəsini aşıb. O təkcə
Zaqafqaziya deyil, mahiyyətcə Türk Dünyasıdır.
Təbiidir ki, belə dünyanı zəiflətmək
Qərb siyasətinin vacib işidir. Qərb siyasəti
gələcəyi neçə il əvvəldən görmək
iqtidarında olmasa da, bunun iddiasındadır. Qərb
siyasəti ən çox proqnoz siyasətidir. Bu proqnoz da onun xeyrinə
deyil. SSRİ dağıldı. Sovet İttifaqındakı türklər
SSRİ - dən ayrıldılar.
Tatarıstan Rusiyanı tərk edir, Krım tatarları
məsələsi çıxıb ortaya, Başqırdıstan
məsələsi var. Maliya məsələsi var, Tula var. Türk
amili beynəlxalq siyasətdə ön plana keçir. Üstəlik
də Azərbaycan Zaqafqaziya
kimi strateji əhəmiyyəti olan bir regionda türkü təmsil
edir. Bura yağı lazımdır,
bura ilan lazımdır çalsın Azərbaycanı.
Belə yağı da tarixən ermənidir.
Erməninin Böyük Ermənistan sərsəri eşqi,
məhəbbəti var. Həmin sərsərilik də ən çox
Azərbaycana qarşı çevrilib. Bu səbəbdən də
Azərbaycanda erməni yağılığı Qərbə
hədsiz dərəcədə lazımdır. Diplomatik söhbətlər,
elanlar, deklarasiyalar, prinsiplər --
heç biri bunu ifadə edə bilməz. Böyük Ermənistan
ideyasına Qərb yəqin ki, inanmır, onun azdan - çoxdan ağlı
var, ( qərbdə dahilik yoxdur ). O,
başa düşür ki, Böyük
Ermənistan cəfəng bir xülyadır, arzudur, ideyafiksdir,
şizofrenik bir ehtirasdır. Lakin bu şizofrenik ehtiras
fanatikcəsinə ilanlaşırsa, canavarlaşırsa,
quldurlaşırsa, bu, Qərbə lazımdır. Qərb özünün
demokratik maskasını saxlamaq üçün sülhə çağıra
bilər. Bu, siyasətin üst tərəfidir, aysberqin
üst tərəfi kimi. Əsl siyasət həmişə
gizli siyasətdir. Siyasətin içəri, daxili mənasısa
erməniyə kömək etmək, erməni amilini böyütmək,
erməni ilanını böyütmək, erməni canavarını
böyütmək və ən pis halda, yəni Qərbə görə
pis halda, Azərbaycanla formal bağlı olan, formal coğrafi
ərazini pozmayan, əslində isə Azərbaycanın
içində tamam müstəqil dövlət yaratmaq və daim o dövlət
vasitəsi ilə Azərbaycanı zəiflətmək. Bir sözlə,
hansı yolla olursa - olsun, Qarabağı Azərbaycandan almaqdır.
Evlad : -- Qarabağ məsələsinin xristian -- müsəlman
problemilə əlaqəsi haqqında fikriniz necədir?
Asif Ata : -- Xristian -- müsəlman
problemini ortaya atanların nə xoş niyyətinə, nə
də ağlına inanıram. Bu təzadı qızışdırmaq
ağılsızlıqdır. Çünki əslində Xristian dünyası
adlanan dünya yoxdur. Qərb dünyası, o cümlədən Şərqi
əhatə edən dünya var, yəni Şərqin özü də
Qərb Dünyasına daxildir. QƏRB DÜNYASININ ALLAHI İİSUS
XRİSTOS DEYİL, PULDUR,
VAR -- DÖVLƏTDİR, SƏRVƏTDİR, DÖVLƏRÇİLİKDİR,
KAPİTALİZMDİR, DOLLARDIR, GÜZARANDIR, MADDİYYATDIR.
Qərb dahi olmasa da, ağıllı olduğu üçün
xristian ölkəsi adlandırmır özünü.
Çünki xristian ölkəsi deyilən cəfəngiyyat ola
bilməz indi, olsa da siyasi mənada dövlətin adı ola
bilər. Din dövlətdən çoxdan ayrılıb.
İndi Qərb ölkələri var, adına demokratik, inkişaf
etmiş sivilizasiya ölkəsi
deyirlər, ATA İSƏ ONLARI PULÇU DÖVLƏTİ HESAB EDİR.
İslamçılar isə özlərini İslam dövləti
adlandırırlar, bununla da geriyə qaldıqlarını bir
daha sübut edirlər. ƏSLİNDƏ
MÜSƏLMAN DÜNYASI YOXDUR, ÇÜNKİ MÜSƏLMAN DÖVLƏTİ
YOXDUR, İSLAM DÖVLƏTİ ADI VAR.
Gəlin görək islam dövlətində müsəlmançılıq
haradadır ? İslam dövlətlərinin hamısı
quruluşca Qərb dövlətidir.
Birinci islam dövləti İNDONEZİYA hesab olunur. İndoneziyada
parlamentçilik, prezidentçilik, çoxpartiyalılıq, yəni
qərbçilik hökm sürür. İslama da qalır məscidlər,
ayinlər, dualar, mərasimlər. Dövlətin özündə islamçılıq
yoxdur. Bu hardan oldu islam dövləti, islam ölkəsi ?
İkinci islam ölkəsi Pakistandır. Dişinə
qədər qərbləşmiş, parlamentləşmiş,
prezidentləşmiş, partiyalaşmış, üstəlik
də məscidləşmiş, ayinləşmiş, dualaşmış,
quranlaşmış Pakistan. Bu xaos o qədər də güclü
deyil, əsas etibarı ilə bu, Qərb ölkəsidir. Üstəlik
də olsa - olsa bir az islam bəzəyi, islam
ornamenti ilə.
Məsələ bundadır ki, indi islamdan siyasət
xatirinə istifadə edirlər. Ayaz Mütəllibovda bundan istifadə
edirdi. Camaatı avamlıq, din, islam səviyyəsinə
endirirlər ki, onlardan özlərinə
itaətkar rəiyyət yaratsınlar, çünki islam qədər
rəiyyətçi yoxdur; göydə Allah, yerdə hökmdar, xan,
bəy, mərkəzi komitənin katibi, prezident, nə bilim
nə...
Üçüncü dövlət, tarixi xronologiya
nöqteyi - nəzərindən İraqdır.
İraq da çox az sosializm qarışıqlı, prezidentli
Qərb ölkəsidir.
Və dördüncü islam ölkəsi İrandır ki, buradakı
xaosdan baş çıxarmaq o
qədər də asan deyil, amma hər halda, bu xaosun
aşkar bir məzmunu var. Prezident Rəfsəncanidir,
Nazirlər Sovetinin başında din xadimi -- faqih durur. O da
bəzi demokratik respublikalarda kralların oynadığı rolu
oynayır, heç bir hökmü, səlahiyyəti yoxdur, nominal, yəni
formal, yalançı hakimiyyətə malikdir.
Bütün hakimiyyət Rəfsəncaninin əlindədir.
Əgər Xomeyni dövründə Qərb böyük şeytan ,
Rusiya isə balaca şeytan adlandırılırdısa, indi
artıq şeytanlıq ləğv olunub. Bu saat İranın
bir nömrəli siyasi vəzifəsi Qərblə dil tapmaqdır.
Və ona görə də Qarboçovla dil tapmışdı, çünki
təzə Rusiya köhnə Qərbin əlaltısına çevrilmişdi.
Elə indi də əlaltısıdır. Bütün o demoqogiya,
siyasi təbliğat hay - həşirini nəzərə almadan,
obyektiv təhlil bunu göstərir ki, islam aləmi adlanan fiksiyadan
siyasi oyunçu vasitəsi düzəldirlər, vəssalam.
Evlad : -- Ataya görə, Qarabağda müharibənin sülh
yoluna qoyulmasında vasitəçi dövlətlərin məqsədi
nədir ?
Asif Ata : -- Hər bir dövlətin
öz mənafeyi var. Rəsmi Türkiyə qarabağ vasitəsi
ilə Azərbaycan üzərində hamiliyini gücləndirir. Atanın
türkçülüyü münasibətini xalq bilir. ATA PANTÜRKÇÜDÜR. 1982 -
də ona verilən ittihamın
biri də elə bu idi. Millətçi sözündən sonra
Ata türkçüdür və bununla fəxr edir. Lakin rəsmi türkiyənin
vasitəsi ilə türkçülüyü qarışdırmaq avamlıqdır.
Bu saat Turqut Özal türkiyəsi Qərb yönlüdür. İndi onun
siyasətində SSRİ - nin dağılmasından sonra
bəzi təzə ünsürlər əmələ gəlib. Bu ünsürlər
nədən ibarətdir ?
Qərbə Türkiyə deyir ki, mən sənin Şərqdə
nümayəndənəm. Şərqə də deyir ki,
mən sənin Qərbdə müdafiəçinəm. Gözəl
bir oyun oynayır müasir Türkiyə. Eyni zamanda, özünün Qərb nümayəndəliyindən
istifadə edib, yəni özünü gücləndirib, arxasını
Qərbə söykəyib, türk rüspublikaları üzərində
hamiliyini də genişləndirir. Həm də bu hamiliyi
qərbliyi ilə bağlayıb deyir ki, bu, sənin
xeyrinədir. Heyif ki, bunu anlayan yoxdur, bele beyinlə
Azərbaycanı xilas etmək istəyirlər, belə elementar
şeyi anlamırlar.
Həmin şeyləri İrana da aid
etmək olar. İran üçün də Qarabağ
məsələsi vasitədir. O da bu vasitəylə
Azərbaycan üzərində hamiliyini artırmaq istəyir.
Burada İranın ikinci böyük məqsədi də var -- Cənubi
Azərbaycan söhbətini Azərbaycan daha eləməsin. Şükür
eləsin Allahina ki, mən ona belə komək eləyirəm,
minnətdar olsun, nanəcib olmasın və Cənubi
Azərbaycan da qatılsın İrana həmişəlik. Budur
əsas.
Qarabağ məsələsində Rusiya yenə öz
məqsədini güdür. Rusiyanın məqsədinə erməni
cavab verir. Bu, xristian -- müsəlman məsələsi deyil.
Belə məsələyə Yeltsin heç yaxın da getmir.
ZAQAFQAZİYADA , ÜMUMİYYƏTLƏ, RUSİYA -- TÜRKİYƏ
MƏSƏLƏSİ VAR. RUS
TÜRKDƏN QORXUR. RUS AZƏRBAYCANLINI SEVƏ BİLMƏZ.
Burda Azərbaycanlıya qarşı qüvvə olmalıdır
ki, Azərbaycan qüvvətlənməsin.
Burada türklərin ziyanına müəyyən bir mütənasiblik
olmalıdır. Eyni zamanda başqa türk respublikalarının
üzərində hamiliyini artırmaq üçün, elə Azərbaycanı
da əldən verməmək üçün özünü Azərbaycanın müdafiəçisi
kimi göstərməyə Rusiyanın imkanı da var. Niyə
siyasətdə bu imkandan istifadə eləməsinlər,
belə fürsət necə ələ düşəcək?
Qarabağ Rusiyanın, Türkiyənin, İranın,
Qərbin siyasətinə hava - su kimi lazımdır.
O ki qaldı Qərbə, bu, Avropa Birliyinə də aiddir,
BMT - yə də, Amerikaya, Fransaya, İngiltərəyə
də. Onların məqsədi birdir : Azərbaycanı
təzə, ipəkli, mədəni, şirin, gözəl
demokratiya boyunduruğuna salsınlar.
Elə boyunduruğa ki. Onun hər tərəfi yaxşı
olsun, qızıl olsun, dollarla dolu olsun, demokratiya ilə bol
olsun, özü də buxov bir az genişlənsin, onu çox da sixmasın.
Çünki aydındır ki, ölkələr arasında liderlik yoxdur,
ağalıq var. Ağanın nökəri olmasa, o nə ağadır?
Siyasət özü elə şeydir
ki, orada mütləq ədalətsizlik
olmalıdır. Siyasət ədalət üçün yaranmır, ədaləti
bərpa etmək üçün yaranmır. Siyasət ağalıq
üçün yaranır, ağalığı ədalət biçimində
ifadə etmək üçün yaranır,
ağalığı yaxşı bir tilov kimi atmaq üçün yaranır.
Evlad : -- Müqəddəs
Ata, hazırkı vəziyyətdə bədbinlik və inamsızlıq
hansı hallara gətirib çıxara bilər ? Bunları öldürmək
üçün nə etməli ?
Asif Ata : -- Bədbin
olmamaq üçün gərək gerçəkliyin özünə yox, onun
mənasına inanasan. Xalq taleyinin üst qatına yox, daxili qatına
inanasan, müdrik olasan. Ata bu günkü
gerçəkliyə, onun hay - həşirinə, guya ki, erməni
qələbəsinə inanmır, çünki o, gerçəkliyin
mənasını bilir. Və bilir ki, qəsbkarlıq mahiyyətcə
özünü öldürəcəkdir, qəsbkarlıq özü məğlubiyyətdir.
Bu səviyyədə düşünə bilməyən
bədbin olmaya bilməz. Xalqı da bu səviyyədə
düşünməyə çağırmaq lazımdır.
Ata Azərbaycanın mahiyyətinə inanır. O
mahiyyət ölümsüzdür, əbədidir, sonsuzdur. Çünki Rhanidir.
Azərbaycan Ruhaniyyat mərkəzidir.
Erməni nə Şərqdən Şərq, nə
Qərbdən Qərbdir. Azərbaycan xalqının daxili
aləmində aşkarlanmış
cəhətlərindən, xüsusiyyətlərindən
çox artıq olan imkanı var. Mahiyyətə inanan,
mənaya inanan, daxili imkana inanan bədbin ola bilməz.
Ata qəti əmindir ki, Azərbaycan
Mütləqə İnam səviyyəsinə qalxacaq, İnsanlaşma
səviyyəsinə qalxacaq, Ruhani
Cəmiyyət səviyyəsinə qalxacaq, Müstəqil
Vətən səviyyəsinə qalxacaq, Özümlü Şərq
səviyyəsinə qalxacaq, Müqəddəs Ocaq olacaq Şərqdə
və bütün Dünyada.
İşıq
Ayı, 14 - cü il,
May 1992 - ci il.
Bakı
Yazını
hazırladı Asif Ata Ocağın Evladı Eluca Atalı.