Basından çıxan “Açıq Söz “dərgisinin 3-uncu sayı yayınlandı

 

(2007-il Noyabrın 8)

 

Urmu News : Saytımızın    muxbirinin  raportuna   əsaslanaraq  Urmu    bilimyurdunda basından  çıxan “Açıq Söz “   dərgisinin  3-uncu sayı  universitetin  çeşitli  fakultələrində öyrəncilər arası paylandı.Adı çəkilən öyrəncsəl dərgi Basın-Yayın izni  olmadan fəalliyət göstərir. “Açıq Söz “dərgisinin  intişarından az zaman geçməsinə baxmiyaraq öyrəncilər arası yüksək dərəcədə istəklisi  var.3-uncu sayınıda  məhbus    Azərbaycanlı  jurnalistlər  haqda   Dr. Məhəmməd  Əli  Heydəri    Yağub Salekiniya ( İlqar Mərəndli)    başqa  Tehranda  eləcədə   Zəncanda  həbsə  alınan  Azərbaycan  milli  hərəkatın fəalları haqda oxuyucularını məlumatlandırıb və məşrutə  inqilabila  əlaqədar  məqalələr  dərc edib    Azərbaycan   milli  hərəkatıla  ilgilənən   internet   saytlarının   unvanları  qeyd etmişdir.

 

Milli kimliyin müdafiə edən Nağadeyli milli hərəkat   fəallı  yerli  dustağa  göndərildi.

   

Urmu News (2007Noyabrın 8) :Nağadey yaxınlığında olan  yadıqarlı  kəndində yaşayan Azərbaycanlı milli hərəkat fəallı  Əli Hacməhəmmədi  cari ilin  fevralında  anadili  günü münasibətilə   geçirilən  piketlərdə  iştirak  etiyi  çağ  İran  İslam   Respublikasının  yerli təhlükəsizlik  orqanı “ettelaat”-in  əməkdaşları  tərəfindən  həbsə  alınmışdir.Fəal geçəri həbs zamanını türmədə olandan sonra Nağadey şəhərinin cəza məhkəməsinin 101 və 102 şöbələri  tərəfindən  qanunlu  olmayan  toplantıya  qatıldığı  və separatçı bildirilər özüilə daşadığından 30 zərbə qamçı 2 milyon riyal(1200 dollar )dəyərində cərimə və 4-ay həbsə məhkum olmuşdur.Neçə gün öncə nizam intizam quvvələri fəallı həbsə  alaraq  Nağadey türməsinə göndəriblər.Hayat maaşını fəhləliklə  qazanan  milli  fəalın haqqında 30 zərbə şallaq  hökmü  daha  öncələr  yerinə  yetirilmişdir. Yalnız  mali  imkanları olmadığından adın  çəkdiyimiz  cəriməni  dövlətin   həsabına   göndərə   bilmədiyindən   rejimin  nizam intizam quvvələri fəallı həbsə  alaraq  Nağadey qazamatına aparıblar.

 

Azərbaycan Universitetler Birliyi son çağlar Azərbaycanda aydınların   həbsə   alınmasına   etirazlarını   bildirib.

 

İran İslam Respulikasının təhlükəsizlik organı  “ettelaat”-in tərəfindən  son  günlər  bir çox Azərbaycan aydınlarının həbsə alınmasının şahidi olmuşuq.

 

Diqqətə çatdırmaq istərdik  ki Azərbaycan aydinlarının çabaları  bütövlikdə  hər zaman mədəni  dinc  yollarila  olub    sonucda  Azərbaycanlı    insan   haqları   müdafiəçilərilə “təhlükə dayandırıcı”kibi davranmalar ölkə əsas qanunlarına qarşıdır və davam  etməsi ölkə səlahına olmayacaq.

 

Azərbaycan Universitetler Birliyi,ölkənin böhrani şərayitin və öndərlərinin “Milli Birlik Və  İslami Yığıcanlıq “istiqamətində  verilən  təkidli  öyüdlərin  nəzərə  alaraq  bu   aşırı yanaşmaları  ölkə    milli  çıxarımıza  zidd  olduğunu və davam etməsi təklifdə  mədəni olmayan   təpkilərə  yolaçmasını və  nəhayət  adı  çəkilən  birliyin  (MBVİY)   parçalanıb  poyumasını  görürük.Elə bu  açıdan  Azərbaycan  Universitetler  Birliyi  tutuqlamaların  ardından gələn sonucları  vurğuluyaraq Azərbaycanlı  mədəni  milli   fəallarının   dərhal    azadlığa buraxılmasın istəyir.

 

Milli hərəkat fəallı cənab Abdullah Abbası Cavan  haqda   doğru   olmayan   xəbərlər   yayınlanıb.

 

Bizim sulduz :Tehran Rəcayı  Bilimyurdunun  öyrətməni  və tikinti  nazirliyin  əməkdaşı cənab mühəndis Abdulla Abbası Cavanın həbsindən bir şərayitdəki   78-gün  artiq  geçır dünən noyabrın7-də bəzi Azərbaycan internet sitələrində məhbus fəallın evin türməsinin 209-uncu   korpusunda  dünasını  dəyişməsi  kibi  yayınlanan şayeələr və doğru olmayan xəbərlər  Azərbaycan  milli  fəalları arası  nigərançılıq doğurdu.Bu xəbərin  yalan    ya doğru  olduğu hələ təsdiqlənməmiş aldığımız güvəncli raportlar əsasında  dünən  3-uncu   gün noyabrın  7-də  məhbus  fəal  dustaqdan  tilifun  vasitəsilə  sulduzda yaşayan ailəsilə bağlantı yarada bilib.

 
Guney Azerbaycanda bir siyasi mehbusa murexesi verildi
guney azerbaycan milli azadliq herekatinin tanmish faalarindan olan ali
shadi cenablarina 10 gunlug murexesi verildi.ali bey shadi gechan il
tebrizin may hadiselerila bagli serab shehrinda tutulmushdu ve bir aya yaxin
zindan chekendan sonra zemantla buraxilmishdi ve nehayet 6 ay serab
mehkemesinda habs verilmishdi ve teqriban 47 gun onca ali bey shadi yenidan
serab shehrinda tutuqlanib ve hebsi xanaya kkochurulmushdur ta gechan ilin
may hadiselerila bagli mehkumiyetini cheksin.ali bey shadi bu 10 gunlug
murexesisindan sonra ehtimali chuxdur afe meshrutunan buraxila.chun burda
bir qanun varki herkimin ilk duna dustaqa getmesi olsa elaya biler afe
meshrutdan istifade eda.yani ali bey shadinin dustaqi 6 aydir ve sinib 3 ay
olacaq.gechan bir ay ve birda bu il chekdigleri dustaq ustusta quyulub ve
inshallah buraxilacaq.bunuda qeyd edimki ali bey shadi bu ilda may
hadiselerinin il dunumila bagli tebrizda tutuqlanmishdi ve bir aya yaxin
dustaqda qaldi.bela ki xeberler gelir azerbaycan milletinin igid oglanlari
ve qizlarindan en yaxin zamanda chuxlari buraxilacaqdir.

gun o gun olsun ki butun siyasi zindanilerimiz oz ayelelerinin ve milletinin
qucaqina qaydsin

sag olun   helelik   yashasin  turkchuluk  yolumuz   yashasin
azerbaycanimiz

Tehrandakı universitetlərinin Azərbaycanlı öyrənciləri  birge  bəyaniyə  veriblər.

 

Güney Azərbaycan siyasi məhbuslarının əzizləmə həftəsi münasibətilə

 

Bu   gün  Azərbaycan  milli   hərəkatı   bir  öncül    inkişafda  olan  hərəkatin  başlığını daşadığından ən ağır tarixi və etgilənə biləcək  günləri yaşamaqdadır.Hərəkatın  toplum arası çeşidli  laylarına  sizması    millətimizin  fərqli  toplumsal qatlarında  təfəkkürün  qəbul olunub qavranması,bir tərəfdən ulusa işıqlı gələcəyi muşduluqlayır ,başqa yöndən isə ən ibtidai haqlarımıza qarşı çıxan düşmənləri  dar sixaca salır.

 

Tarixin bu ağır durumunda, məzlum Azərbaycanın milli  haqlarını müdafiə  edən  öncül aydınlarının   bir  coxu,   fars   şovinistlərinin   türmələrində   ən  ağır     qeyri    insani işkəncələrinə məruz qalıblar.Dərs  mühitindən  uzaqlaşdrılmaq , universitetdən  atılmaq hədə-qorxu    təhdidlərə  məruz  qalmaq,həbsə  alınmalar,qanunsuz yerə vəkillə təmin olmadan , ittihamlar açıqlanmadan,gizli türmələrin işıqsız , təcrid olunmuş hücrələrində uzun surən saxlanılmalar, görüşçü qadağası alıb  tilifun  bağlantısına  imkan  verməmək ,ruhi    cismi  işkəncələr,vətən,  anamız  Azərbaycanin balalarının yaşadığı zülmlərinin   bir hissəsidir.

 

Ey Azərbaycanın  məzlum milləti

 

Azərbaycanlı  siyasi    məhbuslar    haqda    nigərançılıq    doğuran    xəbərlər    duyulub eşidilməkdədir . Vəhşilərin  ağır  işkəncələrinə     məruz   qalan  Rəcayi     universitetinin  öyrətməni  cənab mühəndis Abdullah Abbasi Cavan türmədə  ürək-krizi  geçirib.

 

Ruhi    cismi  işkəncələrə  məruz  qalan  Azərbaycanlı  vəkil  cənab Dr. Saleh Kamranı acınacaqlı və ağır durmdadır.

 

İş yerindən çıxanda oğurlanıb həbsə alınanTəbriz bilimyurdu öyrətməni və milli hərəkat   fəallı cənab Dr.Məhəmməd Əli  Heydəri-dən, 14-gündür   hanki bir bilgi əldə yoxdur.

 

Urmu türməsində, fars şovinist əməkçi qulluqçularının ağır  işkəncələrinə  məruz qalan,

23-Yaşlı Hadi  Həmidi  Şəfiqin  hər iki əli sınıb.

 

Dustaqda olan  İlqar Mərndli adila tanınan (Yaqub Salekiniya) -nin durumundan hanki bir bilgi əldə edilməyib.

 

Ayərbaycanın   Zəncan   şəhərindən  olan  Səid Mətinpur-un  həbsindən 5-ay  geçməsinə baxmiyaraq ona  hətta belə ailə üzvlərilə görüşünə izin  verməyiblər.

və ............ela axər

(Azərbaycan siyasi məhbuslarının sayı  həddən  aşırı  çox  olduğundan adların hamısın bütövlikdə bu bəyaniyəyə sığındırmaq olayıcı deyil.)

 

Tehran  bilimyurdunun  siyasi elmlər  fakultəsinin  öncələr  öyrəncisi  olmuş  cənab  Mir  Qasım Seyyidinzadə-nin həbsə alınmasıla fars şovinisləri Azərbaycan öyrənci hərəkatına qarşı olan basqiların   yeni bir mərhələsini  hekayə  etməyə başlayıblar.

 

Şərif Azərbaycan milləti

 

Son  illər , məktəblərdə      universitetlərdə , Azərbaycan   balalarının   hanki  bir  mali dayanacağı,  mətbuat   himayələri   olmadan, farslara  ayid  Azadlıq      insan   haqları qorumaq iddiasinda olan qurum quruşların xəbərləri baykot edib  yayınını   dayandıran  cəhdilərinə rağmən,  umudlarin   yanlız   sizə   bəsləyib ,yorulmaz  çabalarına  gücü milli inancindan və sarsılmaz iradəsindən alaraq Azərbaycanın haqli  istəklərin ortaya qoyub milli kimliyini müdafiə edib və ulusunun savınmasına davam edəcəkdir.

 

Bu arada iqtidar müxalifət demədən,İslam  iddiasında  olanlardan  ta  dini  dövlətlərdən ayıran  Sekularçılara qədər,padışahlıq sistimi istəyənlərdən  ta  milli  məzhəbilərə  qədər uzanan, istər   reformist  dinçilər  olsun istər    fundamentalist    əhkamçılar,  cumhurluq sistimi   istyən    libirallardan    ta  komonistlərə  qədər  farsa  ayid  mətbuat     mediya  vasitələrin     nifrət   doğurucu   susmaları   onların   bütövlikdə  ən  ibtidayi       insani  istəklərimizlə  düşmançılıq siyasətlərinin göstərcisidir.

 

Biz  Tehran  bilimyurdu ,Tehran  Tebb   Elmləri  universiteti,Şərif  bilimyurdu,  Beheşti universiteti,Əmir Kəbir Sənaye bilimyurdu,Əllamə Təbatəbai universiteti  habelə İslami sərbəst bilimyurdu  araşdırma elmləri  bölümünün  öyrənciləri  olaraq dustaqxanalarda  Azərbaycanlı milli  hərəkatçılara    öyrəncilərə  qarşı  quduzlamış  fars  şovinistlərinin vəhşi  əməllərinə  öz  nifrətimizi  bildirərək  elan edirik:

 

“Fars İnsan haqları  müdafiəçilərinin utandırıcı susmalarına rağmən güney Azərbaycan Siyasi məhbuslarının əzizləmə həftəsində, kilasları tətilə çəkməklə öz etirazlarımızı insan və insanliğa uymayan davranışlara bildiririk.

 

Umum Azərbaycandakı universitetlərinin öyrəncilərindən  işdaşlıq  etmələrini  umaraq , bəşəriyətə qarşı   əməlləri   pisləyib , bu  siyasətlərə  təpki   göstərməyi  şərəf    namus qorunması  istiqamətində  bir  milli  vəzifə  sanıb  həmkarlarımızin  tədbirə   qoşulmasın israrla  istəyirik

 

Azərbaycana ayid butun firqə və siyasi quruluşlardan bu  həssas və etgilənəkli durumda   milli  vəzifəmizi tuşlayıb  butun   fikir  ayrılıqları  bir  kanara  qoyaraq  tam gücümüzilə

Ulslar  arası  tanınmış   örgütlər  binası  qarşısında   piketlər    nümayişlər  geçirməsin eləcədə   məzlum   Azərbaycan   millətinin   imdadə  çağıran  sesin  dünyayə çatdırmasın istəyib xahiş edirik.

 

Tehran   bilimyurdu, Tehran   Tebb   Elmləri   universiteti,    Şərif   bilimyurdu,  Beheşti universiteti,Əmir Kəbir Sənaye bilimyurdu,Əllamə Təbatəbai universiteti  habelə İslami sərbəst   bilimyurdunun    araşdırma   elmləri    bölümünün   Azərbaycanlı   öyrənciləri.

 

 

Fars  dilindən Azərbaycan türkcəsinə köçürən

Coşqun Azəroğlu

 

Tehranın „Evin  „ həbsxanasında işkəncələrə məruz qalan bilimyurdu öyrətməni Abdullah Abbasi Cavan  ürəkkrizi      geçirib.   Fəallın Təcilli halda düktür və dərmana ehtiyacı var.                   

 

 

Dustaq: “Şəhid Ricai” bilimyordunun binatikdirmə fakultəsinin profesoru və türk siyasi fəal,  Abdullah  Abbasi  Cavan  cari  ilin  avgustunun 18-dən   etibarən   həbsə  alınıb    Evin  türməsinin    209-uncu   bölümündə    saxlanılır.    Fəal  “ettelaat "  qulluqçularının işkəncələri  nəticəsində  ürəkkrizi   geçirib    təcilli   düktür     dərmana ehtiyacı var .   

 

Dustaq  xəbər  qaynağının  müxbirinin  verdiyi    raporta   esaslanaraq,  məhbus  Abbasi Cavanla  həbsxanada görüşə bilən  ailə üzvləri işkəncə izlərin müşahidə ediblər. Məhbus  fəal 30 kiloya qədər zayıflayib. Dustaqda ettelaat məmurları tərəfindən ağır   işkəncələrə  məruz qaldığını və elə  bu  basqıların  ardında   ürəkkrizi geçirdiyini    tezliklə  ozman  duktur    dərmana  ehtiyac  duyduğunu  dosiyaya  görəvli   hakimə çatdırmasın görüşə gələn qardaşından  istəyib.

 

Dustaq  xəbər  qaynağına  toplaşan Azərbaycanlı  insan  haqlari  müdafiəciləri, yurd -içi və dışı butun Humanist quruluşlara özəlcəsinə uluslar arası tanınmış örgütlərə müraciət edərək, umumiyətlə dustaqlarda Türklərə qarşı rəva  görülən  işkəncələrin  qınanmasın,  və özəlcəsinə Abdullah Abbasi Cavan-ın tebbi ehtiyaclarının  təmin  olması   istiqamətdə   İran  hakimiyətilə danışıqlar aparıb   şərayit   yaratmasın  istəyiblər.    

 

4-Zəncanlı milli hərəkat çalışqanı yerli “ettelaat” –dan bu şəhərin  türməsinin umumi bölümünə köçürülüblər.

 

Səid Mətinpuru təklifsiz  saxlayıblar

 

Dustaq:Azərbaycan milli  hərəkat  fəallı  Səid Mətinpurun  “geçəri” həbsə   alımasından

5-aydan  artıq  geçməsinə  baxmiyaraq  hələdə  Zəncanın  “ettelaat”-inda saxlanılır.Eyni zamanda  başqa  Zəncanlı   milli   hərəkat   fəallarının   ailə  üzvləri  hərəkatçıların  yerli həbsxanası,”Səfərabad türməsinə “köçürülmələrin  xəbər verirlər.

Dustaq    xəbər- qaynağı   müxbirinin   raportu   esasında   Behruz  Səfəri , Cəlil  Qənilu,

Leyla HeydəriƏliriza Mətinpurun ailə üzvləri məhbusların  noyabrın 3-də Səfərabad türməsinin “Səlamət” korpusuna aparılmasın xəbər verirlər.