İranda
Güney Azərbaycan mili fəalları oğurlanır!
Hər
kəsə məlum olduğu kimi Güney Azərbaycan milli
hərəkatı mədəni bir hərəkətdir.
Azərbaycanlıların
təməl istəkləri insan haqlarının qorunması
və demokratiyaya söykənən milli varlığın
bərpa olunmasıdır.
Güney
Azərbaycanda millətimizin bu mədəni istəklərinə
faşizm rejim nə bicimdə cavab verir. Mili çalışqanların
oğurlanması və həbs qərarları günü gündən
artmaqdadır.
Bir
Azərbaycanlı olaraq yararlı görürəm, Güney
Azərbaycanda baş verən son hadisələri Norveç mediası
ilə paylaşam.
İran
islam rejiminə ayıt olan ittelat orqanı, insan haqlarını
müdafiə edən Azərbaycanlıları oğurlayıb
naməlum yerlərə aparılar.
Bir
çox Güney Azərbaycan milli fəallarının
məhkəmələrində hazır olan, advokat Saleh bəy
Kamrani, avqust ayının 18-də gecə saatlarında
Kərəc şəhərində evinə gedərkən
yolda tutulub. Aldığımız xəbərə görə
Saleh bəy ittilaat idarəsinə götürülüb, saatlar sonra
xəbər verilib ki Tehranın evin həbsxanasındadır.
Bu
olaylardan sonra 36 yaşlı Bilim-yudu törətməni, və
habelə insan haqları müdafiə təşkilatının üyəsi
Mühəndis Abdulla Abbasi cavan yoxa çıxıb.
Xatırlatmalıyam
Abbasi bəyin atası ötən il Sulduz şəhərindəki
silahlı saldırmada şəhid olmuş.
Əlimizə
çatan bilgilərə görə insan haqların qorunmasına cəhd
göstərən jurnalist Səid bəy Mətinpur aprel ayında
Zəngan şəhərində tutulmuş, və daha sonra
Tehranın evin zindanın 209 inci bölməsinə göndərilmiş.
Məhbus çox ağır durumdadır, və advokatı ilə
görüş imkanı verilməmiş.
Əmir
Abbas Bənayi Kazimi Aprel ayından etibarən Təbriz cəza
evində ağır işgəncələrə məruz qalmış.
Əmir bəy Avqust ayının 8-dən Sipahın gizli zindanına
köçürülüb.
Təbriz
zindanından yeni azadlığa çıxan fəalların anlatdığına
görə məhbus çox ağır durumdadır.
Bu
arada jurnalist Cəlil bəy Qənilu və Bəhruz bəy
Səfəri 70 gündən artıqdır ki Zəngan şəhərində
tutulmuş və ağır işgəncələrə
məruz qalmışlar, bu məhbuslarda, başqa fəallar
kimi advokat haqından məhrumdurlar.
Goştasb
Vasigi və Mahmud Aslanı bəylər iki başqa
Azərbaycan milli fəalı ki Ərdəbil şəhərində
tutulmuş və 4 il həbsə məhkum olmuşlar.
Məsud
bəy Sultanı başqa mili fəalımız ki Germi şəhərində
tutulub daha sonra Ərdəbil cəza evinə göndərilib. Aldığımız
xəbərlərə görə Sultanı bəy ağır işgəncəyə
məruz qalıb, və çox ağır durumdadır.
Avqust
ayının 16-da Urmu şəhərinin inqilab
məhkəməsinin vurduğu qondarma ittihamla Əkbər
bəy Paşayi bir çox başqa soydaşlarımız kimi
həbsə məhkum olmuş.
Bu
arda xatırladalımı ki yazıçı Elyaz bəy Yekanlı
hələdə Urmu cəza evində saxlanılır.
Təbrizli.M.Rza