Müharibə və əxlaq

Babək Azəri hüquqçu
Müharibə
«müharibə əxlaqı»nı tələb edir və bu
əxlaq olmadan qalib gəlmək mümkün deyil
Babək Azəri, Isveç
Amerikalı psixoloq alim, doktor S.L.A. Marşall müxtəlif müharibələri
araşdıraraq bu nəticəyə gəlib - əgər
əsgər müharibə zamanı düşmənin insan olduğunu
hiss etsə, ona güllə atmaz və ya bunu çox çətinliklə
edər. Elə bu səbəbə görə, müharibə zamanı
hər bir ölkə çalışır ki, nizamlı təbliğatla
düşməni qeyri - insan və ya dəhşətli bir şey
kimi təqdim etsin. Adını çəkdiyimiz alim məlumat
üçün qeyd edir:
“Əsgərlər uzaq məsafədən kağız üzərində
rəsm olunan xalları nişan alıb vurmada çox uğur qazanırlar.
Amma həmin məsafədəki xallar süni adamların alnına
yerləşdiriləndə əsgərlər bu xalları
vurmaqda daha aşağı nəticə göstərirlər. Bir
başqa misalda amerikalı alim Afrikada olan bəzi
qəbilələri nümunə gətirir. Bu qəbilənin kişiləri
heyvanları ovlayan zaman tirlərin dibinə məxsus quş
qanadının pərin yerləşdirirlər. Bu vasitə
ilə tirlərin heyvana dəymə imkanını artırırlar.
Amma iki qəbilənin arasında savaş zamanı bilə -
bilə bu quş qanadların tirlərdən çıxarırlar
və bu vasitə ilə tirlərin insana dəymə imkanını
azaldırlar.
Yenə başqa bir misalda bu alim Amerika və Vyetnam müharibəsində
iştirak etmiş bir amerikalı əsgərdən nümunə
gətirir. Bu əsgər bir vyetnamlı əsgəri təbii
ehtiyacını rəf edən zaman qəfildən gülləylə
vurub öldürür. Amma sonralar çox vicdan əzabı çəkir. Çünki
onu bu halda görüb öldürməsi amerikalı əsgərin zehnində
onun insan olduğunu dirildir.
Doktor Marşall bu misallardan belə nəticə alır, insanın
insan əli ilə ölməsi, insanın təbiəti ilə
ziddir.
Elə insana aid olan bu təbiət səbəb olub ki, bizim
inandığımız və onun əsasında tərbiyə
edildiyimiz əxlaq normaları insanın insan əli ilə öldürülməsinə
qarşıdır. Digər tərəfdən bizə aydındır
ki, müharibə hər hansı səbəbdən olsa da,
nəhayət, insanların ölümü ilə nəticələnir.
Bəs nə üçün insanın təbiəti və onun inandığı
əxlaq normaları müharibənin qarışsını ala
bilmir?
Tarixi nifrət nə deməkdir və o necə yaranır?
Psixoloq alimlərin nəzərinə görə, müharibə zamanı
ictimaiyyətdə qeyri-adi psixoloji durum hakim olur. Elə bu
qeyri-adi durum da öz növbəsində savaşa məxsus əxlaq
normaları yaradır; bunu “müharibə əxlaqı” adlandırmaq
olar. Müharibə əxlaqı savaş zamanı bir - biri ilə
vuruşan ölkələrin təbliğat vasitələri
ilə yaranır. Hər tərəf düşməni insanlıq
dışı nəsnə kimi təqdim edir və düşməni
öldürmək insanlığa xidmət sayılır. Əlbəttə,
əgər bir millət uzun zaman başqa millətə qarşı
mənfi təbliğat aparırsa, o zaman tarixi nifrət yaranır.
Fürsət yarandıqca da bu nifrət dəhşətli intiqamla
nəticələnir. Misal üçün, ermənilər həmişə
türklərə qarşı nizamlı mənfi təbliğat
aparırlar. Buna görə də ermənilərin türklərə
qarşı münasibətini “tarixi nifrət” adlandırmaq
olar. Bu nifrət nəsildən - nəslə irs kimi çatır,
yetişir. Sovet Ittifaqı dağılandan sonra Azərbaycanda
və Ermənistanda yaşayan insanlar ata - babalarının pis
və ya yaxşı olmasının məsuliyyətini daşımırdılar.
Əslində Sovet Ittifaqının yaşadığı uzun
bir dövr ermənilərin türklərə qarşı tarixi
niyrətini unutdurmalı idi, buna fürsət yaranmışdı.
Amma bu, baş vermədi: Sovet Ittifaqı dağılan kimi
tarixi nifrətin alovları yenidən şölələndi
və bu gün özünü bütün gerçəkliyi ilə göstərir.
***
Yuxarıda verdiyim izahata əsasən təsəvvür etmək
olur ki, nifrət bir erməni hərbçini bir müdafiəsiz hamilə
azərbaycanlı qadının qarnını cırıb
bətnindəki uşağı çölə çıxarmağa necə
imkan verir. Üstəlik, bunu düşünmək üçün çox dahi olmaq
lazım deyil ki, bu cür dəhşətli cinayətlər
erməni əli ilə yenidən təkrar oluna bilər. Çünki
onlar türkə qarşı nifrət siyasətlərini davam
etdirirlər və bu hiss, demək olar ki, bütün
ermənilərin içində imkan kimi yatır. Bu günlərdə
də gördüyümüz kimi, zaman-zaman şərait yaranan kimi onlar
həmin daxili imkanlarını aşkarlayırlar.
Amma hələlik, bu barədə daha ətraflı bəhs
etmək fikrində deyiləm; bu, xüsusi bir söhbətin mövzusudur
və ola bilsin ki, gələn yazılarımda bu mövzuya toxunum.
O, nümunəvi ata idi, amma 3 milyon adamı öldürmüşdü!
2-ci dünya müharibəsi zamanı Polşada yerləşən
yəhudilərin ölüm qərargahı Aşuvits adlanırdı.
Bu qərargahın rəhbəri Rodolf Höss Nürnberq
məhkəməsində mühakimə olunan zaman etiraf etmişdi
ki, onun məsuliyyət daşıdığı zaman bu
qərargahda 3 milyon yəhudi öldürülüb. Sonra sözünü dəyişib
bir milyon yüz min yahudinin öldürüldüyünü demişdi. Mediyanın
verdiyi məlumata görə, Rodolf Höss çox sakit təbiətli,
səbrli bir fərd imiş. Idarə işinə və poçt
markası yığmağa çox maraq göstərirmiş. O,
həyat yoldaşını çox sevib və çox zaman da ona qızılgül
hədiyyə verirmiş; uşaqları ilə yaxşı ata
kimi saatlarla oynayır və yatmamışdan qabaq onlara hekayə
oxuyurmuş. Amma eyni zamanda, onun rəhbər olduğu Aşuvits
qərargahında, öz etirafına əsasən 1 milyon 100 min
yəhudini kimyəvi qazlarla qətlə yetirmişdilər.
Buradan belə bir sual irəli çıxır : Nə üçün Rodolf
Höss və bu qərargahın başqa cəlladları dəli
olmayıblar? Psixoloq alimlərin nəzərinə görə,
məhz spesifik müharibə əxlaqı adamı dəli olmaqdan
xilas edir. Konkret halda, faşistlərin məntiqinə görə
yəhudi olma insan olma mənasında deyil. Onlar fikir
edirdilər ki, yəhudilər insana ziyan vuran məxluqdurlar
və onları öldürməklə insanlığa xidmət
edirlər.
“Yaponları öldürün, çünki onlar sarı meymundurlar”
Eyni qayda ilə II dünya müharibəsində amerikalı əsgərləri
də təbliğat vasitəsi ilə inandırmışdırlar
ki, yaponları öldürmək insan öldürmək sayılmır;
əslində çox təhlükəli, yarımadam, sarı meymunları
öldürürlər. Bu cür acı tarixi təcrübələr də
bir ölkədə yaşayan millətin, ya millətlərin müharibənin
məğlub tərəfi olmaq perspektivindən həddən
artıq qorxmasına səbəb olub. Çünki məğlub olan
zaman onları gözləyən taleyi təsəvvür ediblər.
Təsadüfi deyil ki, əksər ölkələrdə büdcənin
çox böyük hissəsi hərbi qüvvələrə aid olur və
millət tərəfindən də bununla bağlı ciddi
etiraz olmur. Silahın alış - verişi və onların
kamilləşməsi prosesi isə çox zaman sülh dövründə
olur. Elə bu faktları nəzərə alaraq, türk dünyasının
ən böyük və dahi lideri Atatürk və digər
vətənpərvər ziyalılar Türk Cümhuriyyətinin varlığını
qoruyub saxlamaq üçün istər hərbi, istərsə də siyasi
baxımdan milli ruhlu hərbi qüvvələrə çox əhəmiyyət
veriblər. Bu doktorinanın bu qədər uzun müddətdən
sonra bir daha əməldə gerçəkləşməsi göz
qabağındadır.
Bu günkü dünyada müxtəlif
millətlərin taleyi ilə bağlı çoxlu pis-yaxşı
misallar çəkmək olar. Dünyanın bəzi yerlərində,
misal üçün Isveçdə və ya Kanadada müxtəlif
millətlər bir yerdə bərabər hüquqluluq şəraitində
yaşamağa nail olublar; bu ölkələr dünyanın ən
sərvətli və tərəqqi tapmış ölkələrindən
sayılır. Amma dünyanın başqa yerlərində baş
vermiş unudulmaz faciələr hələ də siyasi aktuallığını
saxlayır. Məsələn, 1994-cü ildə Ruandada hutu
millətinə aid olan ekstremist qüvvələr 3 ay ərzində
tutsi millətindən təqribən bir milyon nəfər öldürdülər.
***
II dünya müharibəsindən sonra belə bir fikir var idi ki,
almanların yəhudilərə etdiyi cinayətlər heç vaxt
Avropada təkrar olunmayacaq. Amma Yuqoslaviyada serblərin Bosna
və Herseqovinada elədikləri dəhşətli
cinayətlər göstərdi ki, bir millətə qarşı
genosid ancaq Afrikada, Asiyada yox, Avropada da təkrar oluna bilər.
Farslar 50 min türkü nə üçün öldürdülər?
Azərbaycan türkləri də təcavüzkar millətlərin
genosid vəhşiliyindən kənarda qalmamışdırlar.
Məsələn, Güney Azərbaycanda Milli Hökumətimiz yıxılandan
sonra fars şovinistləri 50 mindən artıq günahsız insanı
qətlə yetirdilər. Və ya Quzey Azərbaycanda, Xocalıda
ermənilərin millətimizə qarşı etdiyi genosidi
misal çəkə bilərik.
Əgər hazırlığımız olmasa, bu
faciələr yenidən və çox dəhşətli formada
təkrar ola bilər. Hələ də Şimali Azərbaycanda
20% torpaqlarımız işğal altındadır. Ehtimal var
torpaqları azad etmək üçün müharibə yenidən başlaya.
Iranda fars millətinin ziyalıları ümumi halda istər iqtidar,
istərsə də müxalifət olsun, bizim ən ibtidai haqlarımızı
rəsmi şəkildə tanımırlar. Onlar şeirlərində,
yazılarında, filmlərində və lətifələrində
türkləri “axmaq”, “şarlatan”, “murdar böcək”
və s. şəkildə göstərirlər.
Farsların “demokrat fikirli” azadlıq simvolu sayılan, məşhur
şair Əhməd Şamlu bir məşhur şerində xatırlayıb
deyir ki, adının “Əhməd” olmasını sevmir, çünki
ərəb kəlməsidir. Soyadının “Şamlu” olmasını
da qəbul edə bilmir, çünki bu da türk sözüdür və bu sözə
də nifrət etdiyini yazır.
Fars müxalifəti və erməni-türk ədavəti
Şimali Azərbaycanla Ermənistan arasında müharibə baş
verəndə Iranın Azərbaycanı
dəstəkləməsi bir milli və dini vəzifə sayılırdı.
Çünki, Iranda 35 milyon Azərbaycan türkü yaşayır və
onların əksəriyyəti də farslar kimi şiə
məzhəbinin daşıyıcılarıdır. Amma türkə
qarşı kor nifrət Iranın fars hakimiyyətini
Ermənistanın ən əhəmiyyətli siyasi və
iqtisadi şərikinə çevirdi və Azərbaycan ərazisinin
işğalında çox əhəmiyyətli rol oynadı. Çox
təəssüf ki, fars iqtidarının fars müxalifəti də
bu siyasəti pisləməyib və bu barədə susmaqla
əməldə onu dəstəkləyib. Çox misallar çəkə
bilərəm, amma mətləbin uzanmaması üçün bu misalları
yetərli görürəm. Burdan belə bir nəticə alınır:
farsların içində Azərbaycan türklərinə qarşı
bir kor nifrət var. Əgər imkan verilsə, nifrət
intiqamla başa çatacaq. Necə ki, keçmişdə də Güney
Azərbaycanda 50 mindən artıq günahsız insan bu kor
nifrətin qurbanı oldu.
Orada kürdlər də azərbaycanlılara qarşı çox
aqressivdirlər
Bundan əlavə, Güney Azərbaycanın qonşuluğunda kürd
əraziləri yerləşib. Çox təəssüf ki, kürdlərin
bəzi ekstermist qrupları da türklərə qarşı davamlı
olaraq mənfi təbliğat aparırlar. Eyni halda bəzi kürd
təşkilatlarının Güney Azərbaycanın bəzi
tarixi ərazilərində torpaq iddiaları var. Elə bu
səbəbə görə, “Pejak” kimi terrorist qrup Güney
Azərbaycanın, xüsusən Qərb vilayətində terrorçuluq
fəaliyyəti ilə məşğuldur və son zamanlar
bəzi hərbi və dinc əhalini terror vasitəsi ilə öldürüblər.
Bu faktlar çox aydıncasına bizi təhrik edir ki, mənəvi
gücdən, yəni müasir, çağdaş və modern düşüncənin
kənarında özümüzü müdafiə etmək üçün fiziki gücə
də sahib olaq.
Müharibəni cilovlamaq üçün nələr edilib və ya edilir?
Müharibədə qan tökmək və qanın tökülməsi
fəlsəfədə, ədəbiyyatda, müxtəlif
dinlərdə və ideologiyalarda özünə geniş bir yer alır.
Buradan belə bir sual ortaya çıxır - Insan indiyə kimi müharibəni
əxlaq ilə barışdırmaq üçün nə edib?
Bu sualla əlaqədar ikitərəfli cəhd olub:
1. Müharibələri müəyyən beynəlxaq qayda-qanunların
nəzarəti altına salmaq və bu vasitə ilə savaş
zamanı dəhşətli faciələrin qabağını
almaq.
2. Ölümsüz müharibələr.
Nəzarət edilən müharibələr
XVIII əsrin ortasına kimi müharibələr çox dəhşətli
mahiyyət daşıyırdı. Müharibədə məğlub
olan tərəfi və hətta dinc əhalini çox dəhşətli
aqibət gözləyirdi. Çox zaman şəhərlər yandırılır,
dinc əhali qətliam olunurdu. 1864-cü ildə 16 ölkədən
24 nümayəndənin iştirakı ilə iclas keçirdi və müharibə
ilə əlaqədar I Beynəlxalq müqavilənin - Cenevrə Müqaviləsinin
əsası qoyuldu. Bu müqaviləyə qol çəkən ölkələr
iltizam verdilər ki, müharibə zamanı yaralı əsirlərə
tibbi yardım göstərilməlidir. Zaman keçdikcə Cenevrə
Müqaviləsinin təsiri altına düşən sahələr
və ona qol çəkən ölkələr çoxaldı. Misal üçün,
bu müqavilə əsasında əsirlər, yaralılar, qaçqınlar
və düşmənin işğal etdiyi şəhərlərdə
və kəndlərdə yaşayan dinc əhalinin müəyyən
haqları tanındı. Əgər müharibə zamanı
hər kəs bilə-bilə bu haqları tapdalasa, “müharibə
cinayətkarı” adlandırılaraq beynəlxalq
məhkəmədə mühakimə oluna bilər.
Məsələn, II dünya müharibəsindən sonra bir neçə
alman hərbçisi müharibə cinayətkarı kimi Nürnberq
məhkəməsində ölümə məhkum edildi. Başqa bir
misalda Yuqoslaviyanın sabiq prezidenti Miloşoveçi və bir neçə
hərbçi serbi Lahə məhkəməsində (Hollandiya) müharibə
cinayətkarı kimi məhkum etdilər.
Ölümsüz müharibə
Bəzi alimlərin nəzərinə görə, ümumi halda müharibədən
əsl məqsəd adamları öldürmək yox, müəyyən
siyasi və iqtisadi hədəflərə çatmaqdır. Əgər
bu fikri bir qaneedici fakt kimi qəbul etsək, savaşda yeni
və modern silahlardan istifadə olunmalıdır ki, bu silahlar düşmən
üzərində qələbəni mümkün etməklə yanaşı
insanların ölümünə səbəb olmasın. Misal üçün,
Amerikada bəzi silahlar istehsal olunub ki, lazer şüa vasitəsi
ilə düşməni olduğu yerdə keyləşdirir və
onun hərəkət qabiliyyətini əlindən alır. Bu
keyləşmiş döyüşçülərə yaxınlaşıb
onları tərk silah etmək, əsir götürmək də mümkün
olur. Bəzi xüsusi aparatlar var ki, ürək bulanması, öyümə
halı və baş ağrısı yaradırlar. Bu aparatlar düşmən
əsgərlərini düşmənə aid olan yeri tərk
etməyə məcbur edir. Bu cür silahlar tətbiq olunanda düşmən
ərazisini işğal etməyə və insan itkisinə yol
verməyə ehtiyac yaranmır.
Ölümsüz müharibə nəzəri cəhətdən əməldə
mümkün olsa da, onu həyata keçirməyin qarşısında bir
neçə maneə var:
1. Ölümsüz müharibədə kimyəvi və bioloji silahlar çox
əhəmiyyətli rol oynayır. Amma beynəlxalq qanunlar bu növ
silahları istehsal etməyi qadağan edir.
2. Əsgərlər bu silahları müharibədə işlətmək
üçün təlimat görməyiblər.
3. Müharibədə bir tərəf bu növ silahlardan istifadə
etsə, o biri ölkənin adam öldürən silahlardan istifadə
etməyəcəyinə təminat yoxdur.
***
Gördüyümüz kimi müharibə bizim tanıdığımız
əxlaq normalarına tam ziddir. Amma istər-istəməz düşdüyümüz
şərait və ilk əvvəl mövcud dünyada yaşamağımız
bizi vadar edir ki, “Insan və müharibə” mövzusunu
hərtərəfli düşünək. Həm də bu gün
təkcə özümüzə görə yox, sabahkı nəsillərə
görə çıxış yolunu axtarmaq bizlərin də borcudur!
