DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN

                                                    ( 8 )         

                                 Güney Azərbaycanın Ulusal Demokrat Devləti

 

    Güney Azərbaycan ulusal demokrat devlətinin yaranması, məkanla, zamandan çox tapdalanmış ulusal istəklərin gərəksimiydi. Bu gərəksimi duyanlar, toplumun ana istəklərinə dayanaraq addım atdılar.

    Bu hayqırış Güney Azərbaycan Türkünün ulusal səsini ucaltdiği üçün, bütün toplumdan olumlu yanıt aldı. Buna görədə öncüllər ürəklənib Tehranın nazına aldanmadan, kamutayın qapısındən içəri girmədən, Azərbaycana döndülər.    

“Azərbaycan milli hüküməti”, Güney Azərbaycan Türkünün 30 ildən çox nisgil etdiyi  ulusal kimilinin var oluşundan yarandı. Məşrutədən sonra Güney Azrbaycanın başına gətirilən ulusal zülmün boğazlarda qalan hayqırışlarının istəyidi bu səs. Ona görədə bu səs ucaldıqda  yetdidən yetmişə kimi bütün Güney Azərbaycanlılar ayğa qalxıb, Türkün dirilik mahnsını Tərbizdə , Zənganda, Urmuda, Ərdəbildə, Marağada, Miyanad, Xoyda, Makıda,... bir ağızdan oxudular: “Ey toprağı ləl o mərcan Azərbaycan Azərbaycan  / Mən verərəm uğrunda can Azərbaycan Azərbaycan”.  Bu səs unudulmağa çalışılan dilin ölməzlik bayarğını Savalanın, Səhəndin, Qaflantının,... başında dalğalandırdı. Bu səs Ş. Xiyabanının , M. Rəfətin boğazındə boğulan, Möcüzün qoşuqlarında unutqanlığa salınan  bir hayqırışıdır.

     Ancaq bu böyük işi içlərinə sindirmiyən qırımlar, çeşitli qarayaxmalarla o devlətin var oluşuna gölgə salmağa çalışdılar. Bu düzənçilər ağı qaradan seçəmədikləri üçün , biliksiz o devlətə saldırdılar. O dönəm Güney Azərbaycan ulusal demokrat devlətinin parlaq işlərini, düşlərində belə görməyən Tehranın  qısqancına nədən oldu.

      Güney Azərbaycanda yürütülən bütün alanda gəlişmələr, anamalçılıq acununda çaxnaşmalara nədən oldu. Sömürü izləncələrini sürdürəmiyəcklərini anlayan iç, dış qırımlar bu devlətə qarşı durdular. Bu devlətin az bir sürə içində gəlişdirdiyi iqtisadı , əkinsəl, siysi , toplumsal konular, acunun gəlişmiş ölkələrinin izləncələrini belə kölgədə buraxırdı. Bu konularla bağlı çeşitli bitiklərdə doğru düzgün dəyərləndirmələr verilmişdir.

    Yalnız  neçə ayın içində Türkcə oxul, bilyurdun açılması gerçəkdəndə olağanüstü bir olayıdır. Türk çocuklarıyla gəncləri daha Tüfəng gücüylə ağızlarına soxulan yabancı dildə oxumuyacaqları üçün sevincliydilər. Onlar yalandan aşılanmağa çəlışılan özgə   geçmişliyini oxumayacaqları üçün mutluydular. Bilimi rahtca öyrənməyin an dili olduğunu anlamış, ona sarılmışlardır. Güney Azərbaycan Türkü damarında olan qanla, beynində olan düşüncələri istədiyi kimi yansıda bilirdi. Bu yansıtmanın sonucu olaraq Azərbaycan irəliyir, parlaq gələcəyə doğru altın çağın düşlərini görürdü. “ Yaman günün ömrü az olar” deyərcəsinə 30 ildən çox çəkdiyi ağrıları unutmaqdaydı. Alınan dərin yaralar sağalmaqdaydı. Ancaq gözü götürməyən qırımlar sağlı sollu saldırdılar. İllərin siysi dənətimini bu ulusal devlətə verən pişəvəri acuna bağıra- bağıra deyirdi: “ Biz ulusal savaş aparırıq , sinfi savaş yox!” Bu uzaq görən deyimlərə qulaq yumuşdu Avropanın demokrat deyilən devlətləridə.

     Pişəvərinin ən yaxınlarından olan Prof. Tağı Şahin deyirdi: “Bir gün gənlərin toplantısında birisi Ə Lahutinin Leninə yazdığı farsca qoşuqu oxumaq istədi. Pişəvəri neçə kəz oxumaması üçün yavaşdan onu uyardı. Ancaq o gənc düymazcasına oxumanı sürdürmək istərkən, Pişəvəri Ayğa qalxıb,acıqlı- acıqlı dedi : Biz ulusal savaş aparırıq, sinfi savaş yox! Get o qoşuqu Moskovada oxu! Pişəvərinin  bu davranışı orada olan yaşlılarda susqunluq yartsada ,gənclərin gurultulu alqışına nədən oldu .” O dönəm Azərbaycan gənclər qurupunun başçısı olan prof. M. T. Zehtabidə bu konu doğruldı.

       Bilindiyi kimi Pişəvərinin o dönəmə kimi 40 ilə yaxın  siyasi dənətimi varıdır. O, Quzey Azərbaycanda, Gilanda eləcədə 11 ili Rıza şahın dustağında isti soyux yaşamış birisiydi. Bu nədənlə Azərbaycanın nə istədiyini yaxşı bilir, ona görə addım atmağa çalışırdı. Güney Azərbaycanda ulusal devlət qurulduqdan sonra, onun bütün izləncələr ulusçuluq üzərində yürüdülürdü. O dönəm avropada olan kiçik uluslarda bu yöndə savaşır, demokrat axımlardan yardım görürdülər. Ancaq bölgədə olan sovet sosyalist güclərilə yandaşları devləti bu yoldan sapdırıb, acun sosyalist qurubunda göstərməyə çalışırdılar. Bu nədənlə acunda olan anamalçı qurupunun  ulusal devlətə qarşı olmasına olanaq sağlayırdılar. Sosyalist qurupun əl altıları acun tribonundan bu devlətə yandaşlıq etmələri , qarşı qurupda qırımçılıq yaradırdı. Çağ gərəyi bu devlətin yüksək görəvlərində olan sovet əl altıları, ulusal çıxarları sinfi çıxarların altında göstərimələri , ulus səsinin acunda ucalmasını önlüyürdü. Buna baxmayraq pişəvəri nəsnəyə aldırmadan “biz ulusal devlət qurmuşuq” deyərək acunu inandırmağa çalışırdı. O ulusal devlət şansızlığından acunda gedən iki qurup savaşının arasında çırpınırdı. O devlət “mən kimsənin qurupunda deyiələm”  deyirdisədə inanan yoxudur. Bu nədənlə qolu bağlı Quzey Azərbaycanda Türkiyədə bu səsı boğanlara qoşulurdular.

        Deyilənlərə görə bu ulusal devlət yeniləndən sonra biriləri M. Ə.rəsulzadəyə muşduluq üçün getmişlərdir. O, isə acıyaraq demişdir: “ İstalini Azərbaycan Türkünə etdiyi yalnız bir yaxşılığı sonuna kimi sürdürmədi”. O ulusal devləti anlayan, könlü onlarla çırpınan M.Ə. Rəsulzadə belə doğu, batı savaşlarından dolayı bir ildə Türkiyədə səsini çıxarmadı . Çıxardısada bunu göründüyü kimi eşiyə yansıdanmadı. Demək o içində bu ulusal devlətin yüksək dəyərlərini yaşayırmışdır. Ancaq insan gölgəcikləri olan kəsimlər isə özgələrə uyub, bu devlətə qırım olmuşlardır. Ağı qaradan seçməyən, yalnız onun bunun ağzına baxaraq davranan özlər isə yabancılaşmışlardır. Türkiyədə yaşayan Rəsulzadən susqunluğunun ən böyük nədəni isə, qırımların qısqancına alınmış Türkiyə siyasətindən qaynaqlanırdı. Türkiyədə ulusçu güclərin isə Güney Azərbaycanla gerçək bağlarının olmayışı, yalnış yarğılarına nədə olurdu. Bu nədənlə orada qırımların səsinə uyulurdu . Bu konuya ayrica bir bölümdə deyinəceyəm .

       Sovet Rus emperyası Qəvamın sunduğu neft bardağının əsrikliğiylə (sərxoşluğuyla) bütün ülkülərini unudub,  anamalçılıq bazrında oynaşlığa başladı. (Sonralar kəbələri moskova olanlar çeşitli anlamsız deyimlərlə bu yanlışı, doğru yorumlamağa çalışdılar.) O dönəm arxaları sovetə bağlı olanlar, Qavam Moskova dedikdə, onlarda Tehran deməyə başladılar. Tehranda kəllə paça alverinə girişdikləri üçün, belləridə beyinlərinə ağırlıq edib, ağ bayraq qaldırmağa sürükləndilər. Ancaq Pişəvəriylə  onun içdən yoldaşları, Azərbaycan ulusal demokrat devlətinə dərindən inanırdılar. Buna görədə moskovayla Tehranın  arasında gedən oyunların ziyanlı olduğunu bildikləri üçün , onlardan qaçınırdılar. Güney  Azərbaycan ulusal demokrat devlətininin yüksək görəvlilərində yer tutan istəncsiz ( iradəsiz ) kimsələr isə Pişəvəriyə qarşı dururdular. Tehranla Moskovanın quluqçuluğanu gözləyən bu kəsimlər, Toplum içərisində devlətə qarşı inamsızlıq yaratmaqda görəvlimişlər kimi davranırdılar. Bu çelişginin arkasında bir Azərbaycan ulusal demokrat devlətinə inamsızlıq, birdə özgə köləliyi dururdu. Geçmişliyini ona buna paylayan Güney Azərbaycanlıda özünə inam, özünə güvən olmadığından onun bunun ağzına baxmağa sürüklənmişdir. Buda Türk ulusunun neçə min illik devlətçilik gələnəksəlinin bilgilisizliyindən qaynaqlanırdı. Türk törələrində,o ulusunun geçmişlik boyu devletçilik gələnksəlləri olmuşdur. Ancaq devlətçilik yorumlarında başqalarının tanımlamalrına uyulraq bu bəyənilməmişdir. Bu nədənlə yanlış qoyulan daş əyri duvarın hörülməsinə gətirib çıxarmışdır.

       Güney Azərbaycanın ulusal demokrat devləti,  Rızaşah dönəminə kimi ikinci başkənd  olma onurunu sağlamış, özü üçün birinc olma yolunda böyük addımlar atmışdır. Bu adımları öncədə dediyim kimi  qırımlar içlərinə sındırəməyib, başqa güclərlə birlikdə bu ulusal demokrat devlətə saldırdılar. O dönəm yetərincə savaş sursatı olmayan fədayi güclərı , ağzına kimi yaraqlanmış Fars pəhləvi qoşununa dirənc göstərdilər. Bütün geçmişlik boyu farsın ilk kəz  Türkə qaşı durması açısından önəmlidir. Farslar Türklərlə neçə yüz il qomşu olsalarda, o günə kimi ürəklənib Türkə qılınc çəkməmişdir. Neçə yüz il bəslədiyi Fars şiiəçiliyi o gün gerçək üzünü göstərdi. Əlliyə(50) kimi fars din başçısı “ fədailərin canlarıyla mallarınin Tehran qoşununa həlaldır” fətvasını verdı. Bu mollaların içində sonralar demokrat kimi sunulan Aytullah  Taləqanınındə adı geçər. ( Bax. Taləqani və Tarix)

       Bu fətvanın sonucu Tehran qoşunu önünə gələni dağıtdı. Əlinə geçəni öldürdü. Azərbaycan ulusa demokrat devlətinə yandaşlıq edən Şeyx xueynini parçalayıb, damdan yola atdılar. Ruqəyə adındə gənc qadını Miyana dəmir yolu daynacağında Tehran əsgərləri fədayidir deyə zorladılar. ( Bax. Geçmiş gələcəyin çırağıdır). Basmancda albay Əziminin başını kəsib, süngüyə taxdılar. Bir İtaliyan gazetəcisi yazar: “Tehran qoşunu Tərbizə girərkən bir çox fədayini önlərində qurban kəsdilər. Qadınları soyundurub , üstlərinə palçıx yaxaraq devrələrində rəqs etdilər. Bu görüntü yam yam qəbilələrin andıran bir görüntüydü” .

      Tehran qoşunu geçmişlikdə bənzəri olmayan cinayətləri etdi. İslam dinindən ilk kəz olaraq bir ulus , başqa ulusa qarşı dini fətvadan yararlandı .Çox önəmli olan bu konu gəncliyimizi düşündürməlidir. İlk kəz olaraqda din başçılarının sözünə inanıb, qurana sığınan şahsəvən qızı Səriyə aldadılıb, öldürüldü. Gənc qoşuqçular olan S.yuzbəndilə M.B. Niknamın başları kəsilib, ayaqtopu kimi Tərbiz küçələrində yerlərdə  oynadıldı. 30 mindən çox insan öldürülüb, 70 mindən çox insan sürgün edildi. Ancaq acun demokrasının yorumları dırnağına ( ) alınan bu olaya səssiz qaldı. Yanlış siyasətə qurban gedən Türkün səsi boğazında qurudu. Bu edilən cinayətlər Koruşun etdiyi cinayətləri kölgədə buraxırdı. Fars uyğarlığının son ürünü olan bu cinayətlər, Ənu şirvanın ədələtli sarayına güzgü tutmaqdaydır. Bu cinəyətlərə uğrayan qoca Türkün  ulus ayrımı , inanc ayrımı bilməyən xaqanlarının saraylarına səsi yetmirdi deyə: Ey, başlarında egemənlik havası olan Türk xaqanları! bilin barındırdığınız o başı bitli mirzələr, bir gün evləatlarnıza qırım olacaqlar. Yazdıqları çar çurlar isə qaxınc. Gerçəklər isə yalan, yalanlar isə gerçək göstəriləcək. Qoşuğunun bir  dizəsinə ağız dolusu verdiyiniz  altunlar, qurşun olub üstümüzə yağdırıldı . Tapındıqları Türk gözəliyinə  çirkinliklər sürtülüb, sürgünlüklərə göndərildi. Bizdən sonra gələnlər! Biz aldandıqsa siz başqalarının boyalı ülkülərinə aldanmayın. Azərbaycan Türkünün varlığı dədələrindən qalma bu toprağın yetdı qatına qazılmışdır. Dilinin incəliklərinə olağan üstü doğa gözəlliyimi, ən böyük bilim buluşunun zirvəsimi deyəlim!?  Kim alışarsa bu oda, külü qalar yollarda . Ancaq bu doğa üstü gözəllik, bilim ötəsi dil olduğu kimi sunulmadı bizlərə. Buna görədə ayağ öpməyə gedən ferdosinin tarı zildə çalındı. Daha xaqan buyruğu eşidilmir. Şah fərman verir. ...

       Tehran qoşunu Azərbaycan ulusal demokrat devlətinə qarşi nə cinayət bilirdisə elədi. Nədənləri özgələrdə olduğu kimi ,özümüzdə də olan bu olaylar, yanlışlarda saxlı tutuldu. Bu olayların içərliyi gerçək araşdırılmadığı üçün, məşrutə, xiyabanı dönəmləri kimi, zildə çaldığımızda olur , bəmdə çaldığımızda. Ancaq “bu gün dost itirən vaxtımız” olmadığından dolayı, 60 ildən çox sürə geçməsinə baxmayaraq nəsnə deməkdə çətinlik çəkirik . Bununda bir çox nədənləri var. Nədənlərin ən başlıcası öz ulusal çıxarlarımızın nelər olduğunu bilməməmizdən qayanqlanır. Öz geçmişini doğru bilməyən bir ulus, necə ulusal dəyərlərinə yiyələnə bilər?

       Azərbaycan ulusal demokrat devlətinin dönüklüklə( xəyanətlə) yıxılmasında itirdiyimiz çox oldu. Ancaq o devlət bizə ulusal Türk kimliyi sundu. Bizə unutqanlıqda boğulan dilimizin gerçəklərini anladıb, dəyərini verməmizi öyrətdi. Bizə acun  geçmişliyinə vurulan ən böyük damğanın yiyəsinin Türk olduğunu oxutdu.  Qulağı tıxılı acuna o dönəmin  çağdaş demokrasiyasını yorumladı. O dönəmdən bizə 30 mindən çox ölü 70 mindən çox sürgün qaldı. “ Ölən öldü qalan sağlar bizimdir” deyən ulus, bir illik “ Ana dilinin” dadıyla bu günə gəldi. Etimad , Sahir, Səhənd.Sabahi, Tərbizli, Nütqü , Heyət, Fərzanə, Şeyda,Bariz, tərlan, Səməd, Saidi, Oxtay, Bərahini , Düzgün, M.Xamənə, Pirhaşimi, Sönməz, Savalan, Türk oğlu, Qaflantı, Alov, Nüsrət,..., Barışmazların çantalarında daşınırdı o qutsal bitik.

       Yaşlılardan arasıra duydyğumuz fədəyilərin igitlikləri , gənclik düşlərimizin bəzəyidi. Bir döyüşürdük qaflantıda , bir döyüşürdük şiblidə Tehrana qarşı . Fədayi yaralananda yarlanır, öləndə ölürdük . Demək o ulusal devlət, Azərbaycanda dölləşdirmişdi  Türkün özünə dönüşünü . Tehranın bəslədiyi Təpəgözlər harınlamışlarsada , önlərində yuxarıda adların çəkdiyim  Basatları görərək qısılırdılar. Artıq qalaq , qalaq  istəklər, qalaq- qalaq yandırılan bitiklərin külündən, vətən yolunda ölmüş doğ boyda ərlərin qanından  doğmuşdu.  Vurğun demişkən:

Cəllad yanıb od olsada , külə dönməz arzular

Təbiətin ana qəlbi qul doğmamış insanı

Hər ürəyin öz dünyası, hər saadət arzular

Qanlarilə yazılmışdır ,hər azadlıq dastanı

Təbiətin ana qəlbi qul dğmamış insanı

     Tehran siyasətçiləri Güney Azərbaycanlının bəlləyindən o ulusal devlətin varoluşunu silmək üçün,  bağımsızlıq günü olan 21 azərə qara gedirməyə başladılar. Ancaq bütün qaynaqlarda  Tehran qoşunun başkənd Tərbizə 24  azərdə (15 dekabrda)  girmələri yazılıdır. Buna görədə 21 azərin (12 dekabrın)  Güney Azərbaycan ulusal devlətinin bağımsızlıq günü olmasını bilməmiz gərəkir. 21 Azərin önəmini bilib , devlətçiliyimizə dayalı düşüncələrlə adımlar atmalıyıq. 21 Azərdə bir gözümüz ağlar , bir gözümüz gülər deyildir. O gün bütün Azərbaycanın üzü gülər , Azərbaycan Türkünün isə ürəyi özünü anladığı üçün sevincə dolar. 21 azər ulusal dəyərlərimizin  canlanması günüdür. Bu nədənlə o günü bağımsızlıq günü olaraq şənliklərlə kutlamamız gərəkir. Bizə  dədələrimizdən qalan ən böyük ulusal dəyərlərin biridir o gün.

      Güney Azərbaycan ulusal demokrat devlətilə ilgili sevinclərilə ağrılarını bir yerdə yaşadığımdan yazmaqda çətinlik çəkirəm. Bu nədənlə bitiklər yazıla biləcək, o unudulmaz devlətlə ilgili sözlərimi özətlədim .

  

        Güney Azərbaycan ulusal demokrat devlətindən sonra

 

Güney Azərbaycanın ulusa devlətindən sonra , ulusalçılık bitmədi . O devlətin istər güneydə sürgündə olanları, istər quzeydə sürgündə olanları bu ulusal savaşə sürdürdülər. Məhəmməd rıza şahın Güney Azərbaycan ulusal devlətinin yenılgisindən sonra Türklərə basqısı daha artırıldı. Farsçılıq kuramçıları Hitlerin belə ağlına varmayacaq düşüncələr ortaya atmaqla yarışa girişdilər. Türkü əritmək üçün doğulan uşaqları belə analarından ayırma kimi, irənc düşüncələr irəli sürdülər. Bu işləri Azərbaycanlıdan gizli tutaraq yürütməyə başladılar.

       Jeneral Rəzmara “ Azərbaycanın əskəri coğrafiyası” yapıtında bu konuya belə yazır: “ Tənha nəqizeye Azərbaycan zəbane ust. Dolət ba bərnamerizihayi ke dər in mored kərde əst, in nəqize dər ərze çənd sal həll xahəd şot”.( Azərbaycanın dili oranın əskikliyidir. Devlət yürütdüyü  izləncələrlə bu əskikliyi neçə ilin içində oradan qaldıracaqdır.) 

     Tehranın belə gizli izləncələri Rıza şah dönəmindən yürütməsi bəlliydi . Məşrutədən sonra Azərbaycanı bütün alanlarda soyub talmağı, Tehran özünə ən önəmli iş etmişdir. Azərbaycan Türkünün ən dəyərli ulusal kimliyi olan dili aradan aparmağa çalışırdı. Buna görədə basqılı uyqulamalar bu yöndəydi. Bilindiyi kimi Azərbaycanın verimli doğası tarım alanına dayalıydı. Tehran öncə bu alanı yox etmək üçün, əkinçilərə basqı uyqulayırdı. Bu uyqulamalar sonucu Azərbaycanda böyük köçlərə nədən oldu. Azərbaycan ulusal demokrat devlətinin bir illik onarımıyla əkinçilər ayaqda durmağı başardılar. O devlətin yenilgisindən sonra, yenə basqılı uyqulamalar daha acınacaqlı biçimdə başladıldı. Bunun sonucunda da köçlər qaça qaça dönüşüldü. “ Qaçaqaçdır a balam səndə buyur Zəcana qaç / Biriya şeylərini yığ maşına Tehrana qaç” ( M. Biriya ).

     Tehranın siyasətçiləri Güney Azərbaycanın dilini aradan aparmaq üçün , toplumun dayaqlarını öncə dağıtmağa başladılar. Azərbaycana İranın taxıl anbarı deyılərdı. Bu taxıl anbarı Azərbaycanın ana damarıydı. Bu anbarı dağıdıb, oranı xarabalığa qoymaq üçün dış qollardan yardım aldılar. Daha Azərbaycanda yetışən taxıl , devlət qayğısını deyıl, devlət qırımçılığıyla qarşılanırdı. İkinci acun savaşından sonra, bölgədə ayax səsini duduran Amerikan sömürgəçiləri ölkəni bu konuda öz gətirilərilə (idxalatlarıyla) bəsləməyə başladılar. Altmışıncı illərdə (1960) Azərbaycan əkinçisinə başa gələn buğdanın bir kilosunu, bir qırana almayıb, Amerikadan 5 qırana alırdı. Buna baxmayaraq  Azərbaycanlı yenə ölüm dirim savaşı apararaq, verimli toprağından ayrılmaq istəmirdi. Sonrala “ ağ devrim”(1967) deyə qurqu (montaj) siyasəti isə bütünlüklə Azərbaycanlını ərəitmək üçün başladıldı. Güney Azərbaycanın baş kəndi Tərbiz bazarında əkinçiliyə dayalı qalan az sayda böyük al verçinidə bununla yerindən oynatdı. İllər boyu İranın al verində baş rol oynayan, eləcədə acuna açılan ən böyük qapı olan bu bazar, beləliklə kənd çərçilərinə buraxıldı. Bununlada “ ağ devrim” Güney Azərbaycana daha qara günlər yaşatdı. Yabancıların qurqu işliklərini ( fabrikalarını) gətirib, Tehrandan  Azərbaycana açılan üç ana yol üzərində tikdirdilər.( Cadə qədim, cəde məxsus, otuban- Tehranla kərəc arasında) Onların ərəyi (hədəfi) Azərbaycanda qalan kəndliləridə bu aracla sömürməyidir. O dönəmdə devlət Azərbaycanlıları köçütmək üçün, çoxlu yalançı bildirilər yayınlırdı. O dönəmlə ilgili toplum arasında bir gülməcə yayqındı. “Bir Azərbaycanlı gecə tehrana çatar. Önündə bir 20 tüməni görüb, götürməz, deyər: İndi yorqunam, yarından süpürməyə başlaram”. Bu Azərbaycanda “Tehranda pulu süpürürlər” kimi, bildirilərin  yayınlandığının göstərgəsidir.

      Farsçılıq quramçıları bir yandan Güney Azərbaycanlılara əkinsəl ( kültürəl) basqılar uyqulur, bir yandan da iqtisadi  çətinliklər yardaraq onları göçə sürüklürdülər. Onların ərəyi( hədəfi) öncə Azərbaycanlını fars şəhərlərinə sürdürüb iki dilli etmək, sonra isə gələcək kuşaklarını əritməyidir. Tehran kimi 15 milyonluq bir şəhərin bu gün 10 milyonundan çoxunun Türk kökənli olması bunun sonucunda olmuşdur. Tehranda olan böyük işliklərin işçilərinin yüzdə səksəninin Türk olmasıda bunun göstərgəsidir.

      Farsçılıq kuramçıları ikinci aşama( mərhələ) olaraq, soy dəyişimindən sonra bu işi yavaş yavaş Azərbaycanın içinə yeritməyə çalışıdılar. Tehranda Türki Fars edəndən sonra , kərəci, qəzvini , Zənganıda çeynəməyə başladılar. Bu gün Zənganın belə ulusal açıdan acınacaqlı durumda olması göz qabağındadır.

      Azərbaycanın verimli topraqları əkinçiliyə əlverişli olduğu kimi, başqa alanlarada əlverişliydi .Əskidən bəri meyvəçilik  Azərbaycanda bir önəmli gəlir qaynağıydı. İllər boyu  Güney Azərbaycan Avropaya iydə, badam, gilənar, quru tut, qeysi (quru ərik), cəviz,...,kimi, çoxlu strateji ürünlər satırdı. Bu önəmli ürünlər Güney Azərbaycanın özdəksəl (maddi) qaynaqlarındanıdılar. Devlət bu qaynaqları yox etmək üçün əlindən gələni edıb, dəyərdən saldı. Bu gün  Azərbaycanın dağ daşına baxarsaq onların izlərini görə bilərik. Ancaq devlət Azərbaycanda yetişən onlarla önəmli   ürünü, Fars bölgəsində yetişən püstəyə qurban verdi. Bunlar Güney Azərbaycan Türkünü yox etmək üçün,  Məhəməd Rızanın “ağ devriminin” son ürünləriydi. Günümüzdə bu siyasəti, İslam devləti olduğu kimi yürütməkdədir. Çün islam devləti qurulduqdan sonrada , Türkə qarşı olma siyasəti dəyişilmədi. Bu devlətdə də əski Farsçılıq kuramçılarına geniş yer verildi. Bu nədənlə  çağımızda da İranda neftən sonra püstə ikinci strateji ürün olaraq  qollanmaqdadır. Yazıqlar olsun bu gün Azərbaycanın doğasına uyqun olmayan bu ürünün, oradada yetişdirməsinə çalışılır.

        Güney Azərbaycan ulusal demokrat devlətinin yıxılmasının nədənləri doğru düzgün araşdırılmadı. Ancaq bilindiyi kimi bunun ən böyük nədəni isə, o devlətin ulusal çıxarlara önəm verməsindən qaynaqlanırdı. Avropalıların neçə yüz il Türkə qarşı qaşınmaları( alerjiləri) bu devlətin varlığını görməzdən gəldiklərinə nədən olurdu. Buna görədə bu devlətin ən önəmli yönü olan ulusal kimliyini önəmsəmir, onun sinfi yönünü qabardıb, sosyalist qurupuna bağlayaraq , qırımçılıq edirdi. Yazıqlar olsun bizim aydınlarımzda ulusalçılığın yetərsiz olduğundan, bu axıma qarışaraq qırımlara olanaq sağlayırdılar.

                                                                         Ardı var

                                                                         Ersan Erel