CILOLUQ

Erməni Daşnaksiyonun törətdiyi cinayətlərin pərdə arxası

Tariximizin acı səhifələrin kim açacaqdır? Soyqırımına məruz qalan hançı millətdir? Tariximizi kim , kimlərə oxutmalıdır? Ciloluq nədir? Haçan üz vermiş? Avrupada yetişkin insanlarımızın görəvi nədir? 1917-1918-ci illərdə və 6 ay ərzində 150 000 dən çoxUrmiyə və Salmasın dinc əhalisin azərbaycanlı olduqları üzdən kimlər soyqırımına məruz qoymuşdurlar? Diaspora təşkilatlarımızın görəvləri nədən ibarətdir? Urmiyə, Xoy və Salmas əhalisin  Erməni terorundan kimlər xilas etmiışdirlər? Bir tək-bir cüt Erməni diaspor və lobbi təşkilatın gürdüyü işlərin, amerikalar və avruoalar kongrələrinə etgilərin biz nədən görə bilmirik? Həqq olsaqda ama nədən həqqimizi əldə edə bilmirik? vb?

Bu sorğular əl-ələ verib və bizi Azərbaycan Strategia-Araşdırmalar Mərkəzinin yönətim qurulusu olaraq düşündürdü ki, bir məqalə yarışı tərtib edək və ən seçilmiş məqalənin(yuxarıda gələn mövzuları içinə almaq şərtilə) yazarına mükafat təqdim edək.

 

Diqqət:

·        Yazıları imkan daxilində latin alfabetilə yazmağın xahiş edirik.

·        Məqalələrinizi 2007-12-30 günə dək: asanurmu@yahoo.com  E.post adresinə göndərmənizi xahiş edirik.

·        Qonuda hətmən CİLOLUQ  sözu yazılmalıdır.

Mükafatlar:

 

Dərin hörmət və sayqı ilə

Məmmədrza Ağapur

2007-10-31

 

Təbriz və  Tehran  universitələrin  Azərbaycanlı  öyrənciləri Birgə  güney  Azərbaycanda insan haqlarının   pozulmasına etirazların bildiriblər.

 

Efsanəvi  quş, Qoqnoos-u  cana   sıxışdıranda  tonqal    qalayıb  hızlı qanat     çalmasından   od  ciğıltısi  sıçrayıb  ,tonqalı    quşun  özündə  yaxir.Hər  şey   külə  döndüyündə   birdə  küldən  doğulub  yaşamaya  başlayir.Canı  atəşlə  dolu yeni  doğulmuş Qoqnoos  aram   və qərar bilməz   daha . 

“İzah tərcüməçidən “

 

Şərqin   “Qoqnoosu “  Azərbaycan   neçə    illər     susmuş   sənələr   ardında ,dövranküli altından  birdə   baş  qaldırıb, əski   çağlardan   geçmişimizə yazılan kibi  “Bəlalya”  sinə gərib köksüsünü qalxan edir.

 

Adın   çəkdiyimiz  Bəla-nin  kökü  qan  içən  qansızların  insan     insalığa   qarşı   olan

dev-davranışında və Azərbaycanlıların zorakılıq və  sümürgəçilik  qandallarını   qirmaq istiqamətində  sarsılmaz  iradəsində  yozulur.

 

Indisə   yaxın  80-ilədir, 4-məmləkət   birliyi   olan  iranda,  ədalətli    sərbəst    yaşayışı  eləcədə    toplumsal     ekonomik  inkişafı   təlb  edən  savaşa öndər  olan    Azərbaycan türklərinə qarşı elə bir zülm rəva görülür ki nədənləri, yanlız ,özü  yenicə məqsədə,  ağzı isə  aşa çatmışların alçaqlıq hissi duyduqlarından qaynaqlanır.

 

Haqsızlıq və  zülm  etməyə  alışanlar   bunu   yaxşı  bilirlər  ki  butun  azadlıq   sevərlər yenilib  susduyu  çağ   belə,  ədalətsizliyə  qarşı,   bərabərliyi   sevən   Azərbaycan   sakit oturmayacaq.Ona   görədə   iki   yönlü   haqsızlığı   Azərbaycana qarşı, bir  tərəfdən  zor  şallaq   yoxsulluq      ayrıseçgilik   siyasətləri  yürütməklə  başqa tərəfdən  isə   sayqısız  davranıb türmə və  işkəncə  gücünə  leyaqətsiz  hakimiyətlərinə ağılsızcasına  daha  neçə sabah  davam etməyə çalışırlar.

 

Sönüklük  bilməyən  odla  oyunu başlayan xəbərsizlərin  əlin  ətəyin , dövrankül  altında gizlənmiş atəş, ilk posgürdüyü alovila  elə  yaxıb  yandırıb   ki   hakimiyətin      edəcəyi   dəhşətə düşmüş dəlinin oyunlarına oxşayır.Bu gün İran İslam Respublikası oluslar arası normları  sayqısızcasına  ayaqlayıb, din    axlaq  dəyərləinə  dodaq  büzərək     hətta 

indiki  hakimiyətin yaradıcıları tərəfindən qoyulan  əsas  qanunu  nəzərə almadan,  İran türklərinin haqlarını  tapdayıb, Azərbaycan  mədəni  dinc  hərəkatın  hərbi  yürüşlər    zor zindan ,işkəncəilə cavablayır.

 

Ötən ilki may etirazlarında çoxlu sayda güllələnib ölən və yaralanan eləcədə həbsə alınıb  türməyə atılan hələdə dustaqda  saxlanılan  Azərbaycanlılar  yanlız  tohinlərə  təhqirlərə təpki   göstərib  milli kimliyin   müdafiə   etməsi   ucundan   olmuşdur. Bu  ağır   təziqlər represiyalar  səngimək  bilmədən  ötən  illərdəki kibi  daha  şiddətli,  zindan  işkəncə və sürgün  etmələrlə  davam  etdi. Dünyaya  tanınmış  fevralda   geçirilən “Anadili –günü”, iyulda Babəkqurultayı mayda  Milli Qiyamın ildönümü  münasibətilə dinc  aksiyalarda  zorakıliq    işkəncəilə  üzləşənlər,İranda  coxunluğu  təşkil  edən 35milyon türkün milli haqlarını müdafiə etdikləri  ucundan , hər il ötən  ilkindən  daha   ağır    tapdalanmışlar.

İran   hakimiyəti   Azərbaycanlı  milli  fəall   mohəssil     öyrənciləri   dərs  mühitindən uzaqlaşdırmaqla məktəblərdə və universitələrdə hərəkatın sönməsi    gözləyir.

Azərbaycan milli hərəkatı insan haqları müdafiəçilərinin azadlıq və ədalət istiqamətində olan  çabaların  yüksək   dəyərləndirərək  Azərbaycan  türkləri  eləcədə  ölkənin  başqa yerlərində  yaşayan  türklərin milli haqlarını   əldə   edənə  qədər  mübarizəsinə  davam edəcək.Tapdalanmış milli haqlarımızı və dustaqda olan  Azərbaycan milli hərəkatçıların   durumun bütün uluslar arası örgütlərə eləcədə insan haqları  müdafiə  edən  təşkilatlara çatdırmağı milli borcumuz sanırıq.

 

 

Bir iddə:

Təbriz , Təbriz Müəllimçilik Tərbiyə Mərkəzi, Tehran , Kərəc Müəllimçilik Tərbiyə Mərkəzi,Əllamə Təbatəbai universitələrinin   Öyrənciləri

 

 

 

 Sabir Rüstəmxanlı: “İsveçin dövlət orqanları Cavad  Derəxtidən DAK-a sədr olduğu dövrlə bağlı vergi hesabatı  istəyir”

[ 30 Oktyabr 2007 16:29  ]

Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin (İH) Avropadan olan 7 üzvü qurumun sədrinə etimadsızlıq göstərilməsi ilə bağlı bəyanat verib.



DAK İH-nin üzvü Cavad Derəxtinin APA-ya verdiyi məlumata görə, bəyanatda qurum rəhbərliyinin 9-cu qurultaydan sonrakı dövr ərzində fəaliyyəti pislənilib və təşkilatın idarəçilik sistemində böhranın yarandığı qeyd olunub: “DAK-ın iyulun 7-də və 8-də Köln şəhərində keçirilən qurultayından 3 aydan artıq vaxt keçsə də, artıq qurum iflic duruma salınıb. DAK sədri Qulamrza Səbri Təbriziyə dəfələrlə səhvlər haqda məlumat verilsə də, bu xəbərdarlıqlar DAK başqanı tərəfindən qurumdan uzaqlaşdırılmaq hədəsi ilə cavablanıb”. Bəyanatda DAK-ın növbədənkənar qurultayının çağırılması ilə bağlı tələb də öz əksini tapıb: “Üç aydan artıq vaxt keçməsinə baxmayaraq, qurultayın protokolu hazır deyil. DAK-ın qeydiyyata alındığı İsveçdə bu məsələ ilə bağlı problem yarana bilər. Biz Qulamrza Səbri Təbrizinin istefasını tələb edərək, DAK-ı Azərbaycan, Avropa və Rusiyadan olan üç nəfərdən ibarət həmsədrlik institutu idarə etsin”.
DAK sədrinin birinci müavini Sabir Rüstəmxanlı isə deyilənləri əsassız və qərəzli adlandırıb: “DAK-ın Avropa və Azərbaycandan olan üzvləri arasında fikir ayrılığı 9-cu qurultaydan sonra yaranıb. Cavad Derəxti sədr olmaq istəyirdi, amma qurultayda az səs aldı və İdarə Heyətində də sədr vəzifəsinə seçilmədi. Görünür, sədrlik iddiası onda hələ də narahatlıq yaradır. Protokol məsələsi ilə bağlı deyilənlər isə əsassızdır, çünki qurultayın protokolu İsveç hüquq-mühafizə orqanlarına təqdim edilib, onlar da DAK-ı qeydiyyatdan keçiriblər. Amma Cavad Derəxtidən sədr olduğu dövrlə bağlı vergi hesabatı istənilir. O da protokolu şəxsi marağına görə tələb edir. Bunlar hamısı su bulandırmaqdır, iş görməkdənsə, çəkişməklə məşğul olurlar”. S. Rüstəmxanlı İdarə Heyətinin 7 üzvünün belə bəyanatla çıxışını DAK-a qarşı hörmətsizlik hesab edib. /APA/

 

 

Sulduzda ötən  ilin  may  etirazlarında  şəhadətə  çatan  Azərbaycan  milli hərəkat fəallarının anım törəninə Hüccət-əl-islam Əzimi Qədim qatılaraq, şəhid  ailələrin səbirli olmağa çağırır.

 

Azərbaycan öyrənci hərəkatı(Sulduz):Ötən  4-uncu  gün  oktyabrın  25-də  Azərbycanın Sulduzlu  milli  hərəkat  fəalları  Hüccət-əl –islam  Əzimi Qədim-lə birgə  bu şəhərə səfər edən  heyəti  qarşılayaraq, ötən il may etirazlarinda şəhadətə çatan milli  qəhrəmanların

anım törəninə qatılıb , şəhidlərin xatirəsin əzizləyiblər.

 

Şəhidlər məzarında  geçirilən törəndə ilk məruzəçı,yerli xalq şairi və sulduz əhalisi arası özlcə  sevilən,  Dr.Pərviz Məhəmmədi çıxışından evvəl qonaqları isdicəsinə qarşılayıb  və sonra  şəhidlərin məzardaşlrınada   yazılmış  öz  şerlərini  oxuyub. İkinci  danışan  isə ən gəncyaşlı  şəhidin  atası, oğlu  Şəhid Hüseyn Fəthipur-un ədalətə aşıq  olduğunu və  onun  hər  zaman haqqı  səsləndirən səsin sulduz əhalisi mütləq  unutmayacağın vurğulayib və sözlərinə  artırıb:“Bir ildən artıq cinayət işini araşdırmaq üçün   məhkəməyə   şəhidlərin   yaxınları   təfindən  birlikdə  məktub  verilsədə, nə  inki yetişmirlər,əksinə  ailə üzvləridə  təziqlərə və  represiyalara məruz qalır,onlara   daha    yeni  ədalətsiz  hökmlər    oxunur,  Urmu müddəi– umumçuluğu son qərarı verməkdənisə ailələrin davadan  vazgeçmələrini istəyir.“ Sözlərinin sonunda məzlumcasına şəhadətə çatan şəhid Əsgər   Qasiminin  atası şəhid Qurban Qasimiyə işarə edib onun tərhim məclisində yaradılmış çətinlikdən söz açıb.

 

Törənin sonunda  Hüccət-əl-islam Əzimi Qədim şəhilərin ruhuna rəhmət və qalanlarına isə səbr diləyərək şərif Sulduz əhalisindən səbirli olmaların istəyib ədalət iddiasında olan əhmədinijad   hakimiyətinin    aydın   siyasətlərinin   olmamasına  işarə  edib.   Kimliyini müdafiə edən  Azərbaycan milli  hərəkatı  toşladığı   hədəflərinə  qovuşacaqdir  söyləyib.

 

 

Azərbaycan öyrənci hərəkatı(Sulduz):

 

İran İslam Respublikasının Nizam   İntizam quvvələrinin musiqi quruplarına   qarşı basqıları artıb.

 

Urmu News : Xəbərlər  bolümündə  çalışan  muxbirimizin  verdiyi  raportlar  əsasında İran İslam Respublikasının Nizam İntizam quvvələri yeni plan olaraq  urmuda basqıları musiqi quruplarına   qarşı artırıblar.Qeyd etdiyimiz təziqlər kəsəbə məsəlisinə    nezarət edən dövləti  “Əmaken”və nizam –intizam quvvələrinin  təhlükəsizlik orqanı   “ettelaat” tərəfindən həyata geçirilib.Adı çəkilən hakimiyət orqanları   apardıqları  birgə  tədbirdə

şəhərin  musiqi sınıfında   calışan  butun  qurupların   sorumlularını   çağıraraq,  onlara 

 hanki  bir  toyda  çalqıçı  olaraq  iştirak  etməyə  izin almalarını şərt  qoyublar.

 

Çalqiçılar  iştirak  etmədən  öncə bu orqanların iznin  yazılı  olaraq  almalıdırlar.  İzinli  musiqi  ifaçıları  işlərinə davam verə  bilərlər.Azərbaycan  musiqi qurupları məsullarına yazılı olaraq  qol  çəkdirib, onlardan  toylarda  Azərbaycan  milli  himni    başqa  milli   ruhlu  mahnıların  səsləndirməməsin  istəyiblər.Ənənəvi Toy    adətləri    üçün    mövcud

“Toy-sarayları”   izinsiz   musiqi   qorupların   zala   yol   verməməklərin    öhdələniblər.

 

Başqa   xəbərdə   isə , toylarda    kansertlədə  Azərbaycan  milli  rəqslərin  rəsmi  milli  geyimdə  ifa  edən, Azərbaycan milli rəqsləri  öyrətməni olan,“ Barış”qurupunun  solisti,  Nima Dəstan,  Nizam-İntizam   orqanına   çağrılaraq, törənlərdə   hünərini   Azərbaycan milli geyimində nümayiş etdiyi təklifdə  həbslə  hədələnib vurğulanır. Xatırlatmalıyıq  ki  son  çağlar Urmu şəhərində olan toylarda  Azərbaycan  milli ruhlu   mahnılar   dinlənib, milli rəqslərimiz ifa olunurdu.Ulu Türk  Ata-Babalarımızdan  andıra  qalan,  soya  ayid    dastanlarımızdan ilhamini  qazanan “Bozqurt”əlaməti göstərmək addı hallardan sayılır.

 

Muğanlı milli hərəkat fəallı 80 zərbə qamçila cəzalanıb.

 

 

Savalan Səsi:Muğan   şəhərindən    elimizə    çatdıyı   xəbərlər   əsasında   ötən  il  Təbriz şəhərində    geçiriməsinə   umum-milli    qərar   verilmiş   may   aksiyalarına qatıldıqları ucundan    Təbrizdə   həbsə   alınan      bu   şəhərin   inqilab məhkəməsindən 80 –zərbə qamçıya məhkum olan  Muğanlı milli hərəkat fəalları Ramin Bəhramnejad    Siyamək Təvəssüli və Həsən Balai-nin  cəzahökmü yerinə yetirilib.

 

Təbriz   bilimyurdunun  Siyasi     Elmlər  Fakultesinin öyrətməni və    Azərbaycan Öyrənci Mətbuat Dərnəyinin   baş katibi həbsə alınıb.

   

Savalan Səsi: Bir  şərayitdə  ki   dinc  karakterli  siyasi  çabaları  ucundan   həbsə  alınan  Azərbaycan   milli   hərəkat  fəallarının   durumu   havadan   asılı  qalıb  qanun   pozucu davranışlar örnək üçün məhbusun qanunlu vəkillə təmin olma haqqın,görüşün və tilifun bağlantısın   əngələmək, ittihamları açıqlanmadan saxlanılıb təcrid olunmuş kamaralara atılmaq  davam   tapmaqdadır. Son   neçə   gün  sürəsində,  basqıların  artması   ardında Azərbaycan  milli  hərəkat fəallarını hədələyib,gobud davranışlardan yararlanaraq 

vəhşicəsinə  incidirlər.Elə  həmən  təziq  siyasətlərin davamında  Tehran  universitəsinin  Uluslar Arası  Diplomatik  Əlaqələr Fakultəsində təhsil almış və Təbriz   bilimyurdunun  Siyasi Elmlər profesöru cənab Dr. Məhəmməd Əli Heydəri oktyabrın 27-də  həbsə alınıb bəlli  olmayan bir istiqamətə  aparılıbdir.

Xatırlatmalıyıq ki Mərənd şəhri doğumlusu Dr.Heydəri Tehranda   yaşayır və “Təavon” nazirliyinin yüksək rütbəli əməkdaşı olaraqTəbriz universitəsinin siyasi elmlər profesori  çalışır  habelə öyrəncilik cağları Düzgün Xəbər dərgisinin redakteri və sorumlu  müdüri   olaraq çalışmışdır.