İran həbsxanalarında qadınlara təcavüz

Babək Azəri hüquqşünas
Ayətullah Xomeyninin sağ əli və xələfi Ayətullah Müntəziri ona xitab məktub yazıb ondan sual etmişdi : "Xəbəriniz vardı ki, islam hakimiyyətinin bəzi həbsxanalarında qızlara təcavüz edirlər ? "
Edamla bağlı olan keçən yazılarımda əvvəlcədən yazının üzərində qeyd etmişdim ki, ürəyi xəstə olan və ruhi baxımdan özünü yaxşı hiss etməyən adamlar bu yazını oxumasınlar. Amma mənə gələn məktublar içində bəziləri qeyd edir ki, ruhi baxımdan sağlam olsa da, bu yazını oxuyandan sonra bir neçə gün özünə gəlməyib. Yenə əvvəlki fikrimin üzərində qalıb, bəri başdan bildirirəm : özünü kökləyə bilməyən və özünü narahat hiss edən adamlar bu yazını oxumasınlar !
Doktor Əli Şəriəti farsların ən tanınmış dinçi ideoloq və ziyalısı sayılır. O, ali təhsilin tarix və sosiologiya sahəsində Fransada almışdır. Onun çox məşhur bir sözü var : Mən Avropada çox yerdə oldum və olduğum yerlərdə bir müsəlman görmədim, amma hər yerdə müsəlmançılıq gördüm. İrana qayıtdım, burda hara getdim müsəlman gördüm, amma müsəlmançılıq görmədim. Məncə bu cümlənin heç bir şərhə ehtiyacı yoxdur. Elə bu fikrə istinad edib və İran rejiminin ikiüzlü, riyakar simasını açmaq olar. Çünki həmişə dediyi sözlə etdiyi əməl arasında yerdən göyə qədər fərq olmuşdu. Bu gün çoxlarına aydın olub ki, İran rejimi öz məqsədlərinə çatmaq üçün bütün imkanı çatan hər cür vasitələrdən sui - istifadə edir.
Bir neçə gün bundan qabaq yaxşılığa hökm verən və pislikdən uzaq olan ( əmir be məruf və nəhyı əz münkər )
dairəsinin
məmurları ki, əsl vəzifələri ictimai yerlərdə
qeyri - islami
rəftarın qabağın almaqdı,
onlar Həmədan
şəhərində Zəhra Bəniamiri adlı
27 yaşlı Azərbaycanlı həkim qadını həbs
etmişdirlər. Həbsin
səbəbi bundan ibarətdir
ki, o parkda nişanlısı ilə gəzib söhbət
edirmiş. Onlardan rəsmi evlilik sənədi tələb
olunur, amma onlar rəsmi şəkildə
evlənmədikləri üçün əldə yazılı
sənədləri olmayıb və bu səbəbə görə
də, qadın həbs olunur. Məhkəmənin iş günü
yox, tətil olduğu üçün o nahaqdan 48 saat qanunsuz həbsxanada
qalır. Çox təəssüf, İranın rəsmi orqanları
bildirir ki, naməlum
səbəblərə görə, bu həkim qadın
həbsxanada özün asıb öldürüb.
Zəhranın
ölüm xəbəri onun qohumları tərəfindən yayılmışdır.
İran rejimi bu xəbəri inkar etmişdi. Misal üçün,
Həmədan şəhərinin Ədliyyə idarəsinin
əlaqələr məsulu Zəhranın ölüm xəbərin
şayiə adlandırmışdır. Daha sonra
İranın sipah adlı hərbi qüvvəsinə
mənsub olan fərdlər Buəli
Sina Universitetinə girib və öyrəncilərə
xəbərdarlıq vermişdirlər
ki, bu barədə susunlar və
bu cür şayiələri yaymaqdan uzaq dursunlar. Amma
nəhayət bu məsələnin ört - basdır olmasına müvəffəq
olmamışdırlar. Zəhranın ölüm xəbəri mediya
vasitələrində dərc olunmuşdu. Elə bu da öz yerində
səbəb olmuşdu Həmədanın
ədliyyə idarəsinin əlaqələr məsulu
Salehi , Zəhranın ölüm xəbərin təsdiqləyib
və bu müdhiş hadisəni intihar adlandırmışdı.
Bu hadisədən bir az sonra sabiq millət vəkili və Xatəminin prezident olduğu zaman Mədəniyyət və İrşad Naziri Ətaullah Mühacirani açıq məktub yazıb və onun başlığı bundan ibarət olmuşdu : "İntihar ya qətil ?" Mühacirani bu bəxti yatmış qızın taleyinə təəssüf edib və onun ölümü ilə əlaqədar təhqiqatın aparılması və məsələnin aydınlaşmasını istəmişdir. Əlbəttə, bu mövzu ilə əlaqədar farsların ən çox tanınmış "Əxbariruz" ( xaricdən idarə olunur -- B.Azəri ) sitəsi bir şahiddən aldığı məlumata görə bu qız qəsdən tətil günü həbs olunmuşdur. Onun nişanlısı həbs olunduqdan bir - iki saat sonra buraxılmış, amma onun özünü məhkəmənin tətil olması bəhanəsi ilə həbsdə saxlamışdırlar. Gecə vaxtı bəsic adlı hərbi qüvvəyə mənsub olan kişilər onun kamerasına gedib və zorakılıqla ona təcavüz edirlər. Bu şahidin verdiyi məlumata görə, məhkəmə tibbi ekspert həkim qızı müayinə etmişdi və o, dərs dediyi universitetin tibb fakultəsinin öyrəncilərinə məlumat vermişdi ki, müayinə göstərib ki, ölmüş adam təcavüzə qarşı çox müqavimət göstərib və bədən xəsarəti almışdı. Onun boğazındakı yara və qan qaraltısı nişan verir ki, onu boğublar. Elə bu məlumatın yayılması səbəb olmuşdu ki, Buəli Sina Universitetində etiraz aksiyası keçirilə.
Bəzi hüquqşünaslar və psixoloq alimlər hadisəyə
münasibət bildirmişdirlər. Onların
fikrinə görə, bu yaşda
ali təhsilli və nişanlı
olan bir şəxsin vücudu həyat eşqi ilə doludur
və ailə qurmağa hazırlaşırdı.
Belə bir vəziyyətdə olan adamın
intiharına iki gün həbsdə qalma səbəb ola
bilməz. Çünki bu fərd ali təhsilinə görə öz qanuni
haqları ilə az və ya çox tanışdı, həmçinin
maliyyə imkanları ona icazə verir ki, yaxşı vəkil
tutub özünü müdafiə edə. Ancaq bir çox dəhşətli
əməl və onun törətdiyi şok intihara səbəb
ola bilər. Bu ehtimal mümkündür ki, eyni zamanda bir neçə
nəfər ona təcavüz edib və bu murdar əməl onun
intiharına bais olub. Və
yaxud təcavüz edənlər bu hadisəni ört -basdır
etmək üçün onu öldürüb, amma özünə qəsd kimi nişan
verməyə çalışıblar.
İran rejimi təqribən
28 illik hakimiyyəti dövründə dəfələrlə bu
ittihamla günahlandırılıb ki, həbsxanalarda bəzi qadınlara
təcavüz olunub. Bu barədə çoxlu
iddialar da var. Amma bəzi xəbərlər, o cümlədən,
Zəhra Kazimi adlı jurnalist qadının həbsxanada
təcavüz və işgəncə ilə ölməsi, dünya
ictimaiyyətinin diqqət mərkəzində olmuşdu. Onun ölmü
ilə bağlı çoxlu sayda sənədli film hazırlanıb
və məqalələr yazılmışdır. Zahra Kazimi
əsli İranlı olsa da, Kanadaya mühacirət edib, oranın
vətəndaşlığın alıb və Rektoroso
qəzetində jurnalist kimi çalışırdı. 2003 - cü
ilin iyun ayın da bir neçə
mövzu ilə əlaqədar raport hazırlamaq üçün İrana
səfər edir. İyunun 23 - də
ona xəbər verirlər ki, siyasi məhbusların
ailəsi Tehranda Evin
həbsxanasının qarşısında etiraz aksiyası keçirəcəklər.
O, bu aksiyadan raport hazırlamaq üçün oraya gedir. Amma orada şəkil
çəkən zaman intizami qüvvələr tərəfindən
tutulur. Nəhayət, cəsusluqda ittihamlanıb ettelaat
idarəsinə təhvil verilir. 18
gün həbsxanada qalandan sonra, naməlum şəraitdə ölür.
Mədəniyyət və İrşad Nazirliyinin xarici
mətbuat məsulu onun ölümü ilə bağlı bildirir ki, bu
qadın beyin infarktı nəticəsində ölmüşdü. Amma
bu bildirişdən 4 gün sonra məhkəmə tibbi ekspert
həkim cəsədi müayinə edib və ölümün
səbəbin onun başına bərk
əşyanın dəyməsi
nəticəsində beyninə qan sızması ilə olduğunu
izah etmişdi. Bu xəbər, yəni jurnalist qadının
işgəncə ilə öldürülməsi dünyanın
hər yerində bomba kimi partladı. Mədəniyyət
və İrşad Nazirliyinin xarici mətbuat şöbəsinin
məsulu verdiyi bildirişi geri alıb və xatırladır
ki, jurnalistin ölümü ilə bağlı yanlış məlumatı
həbsxananın rəhbəri vermişdi.
Zəhra Kaziminin jurnalist
və qadın olması, həmçinin bu tərzlə ölməsi
bais olmuşdu, xüsusən, Qərb ölkələrində
jurnalistlər ona dəstək verələr.
Qərb ölkələrində qəzet, radio, televiziya
kanalları bu barədə proqram yayıb və ekspertlərlə
müsahibə aparmışdırlar. Ölən şəxsin Kanada
vətəndaşı olduğuna görə Kanada İrana etiraz
əlaməti olaraq oradakı səfirini geri çağırmışdı.
Həmçinin tələb etmişdir ki,
jurnalistin ölüsün müayinə üçün Kanadaya təhvil versin
və mövzu ilə əlaqədar ədalətli təhqiqat
aparsın. Prezident Məhəmməd Xatəmi əl - ayağa
düşüb 4 naziri, yəni Mədəniyyət
və İrşad, Daxili İşlər, Milli Təhlükəsizlik
və Ədliyyə Nazirlərin bu işi ətraflı araşdırmaq
üçün xüsusi tapşırıq vermişdi. Onların araşdırması
da məhkəmə tibbi ekspert həkimin fikri ilə bir olmuşdu.
Eyni zamanda Kanadadan sərhədsiz vəkillər
tərəfindən bir təftiş heyəti İrana getmişdi
ki, hadisə ilə əlaqədar
təhqiqat aparıb və jurnalistin ölüsün Kanadaya aprsın. Bu
heyətin bir üzvü əsli
İranlı mühacir hüquqşünas Həmid Müctehidi olmuşdu.
Onun fars dilli Fərda radiosuna verdiyi məlumata görə,
ettelaat idarəsinin həbsxanasında ölən jurnalistə 3 müstəntiq
təcavüz etmişdir. Müsahibənin sonunda artırmışdı
ki, Zahra Kazimi İranda icazəsiz dəfn olunub və bu işə
Kanada hakimiyyəti və jurnalistin yeganə varisi, yəni oğlu
icazə verməmişdi. Onun əlavə etdiyi məlumata görə,
Zahra Kaziminin dəfnindən qabaq qanını kimyəvi maddə
ilə qarışdırmışdırlar ki, cəsəd tez
dağılıb aradan getsin.
İran dövləti bu işi ona görə etmişdir ki,
əgər biz onun qəbrini qazıb meyidi Kanadaya aparsaq, ona qarşı
olan təcavüzü müayinə zamanı
aşkarlaya bilməyək. Bununla da əsl həqiqət
ört - basdır olsun."
Bu xəbərin qaynağın fars dilində aşağıdakı linkdə oxuya bilərsiniz.
http://news.gooya.com/2003/08/21/2108-p-01.php
Çox təəssüf ki, bu hadisədən 4 ildən artıq keçib, lakin hələ də bu məzlum qadına qarşı təcavüz və işgəncə edənlər cəzalanmayıblar. Bir neçə müddət bundan qabaq Zahra Kaziminin qəbri üstündə olan jurnalist qadın belə raport vermişdir : Zahra Kaziminin qəbri Şirazda Seyid Əliaddin Hüseyn qəbirstanlığının bir guşəsində yerləşir. Elə nəzərə gəlir ki, orada təzə quyulanıb. Qəbrinin üstündə gül, bir neçə şam və yazı var. Bir yazı mənim nəzərimi cəlb etdi : Mən hələ də ədalətin yerini tapmasını gözləyirəm ! Bu söz məni ağırlaşdırdı və bir məşhur siyasi mahni beynimdə səsləndi...Qara buluddan su yerinə qan damır, küçələrdən ölü aparırlar... Aşağıdakı linkdə Zəhra Kazimiylə bağlı bir neçə sənədli filmə baxa bilərsiniz.
http://www.youtube.com/results?search_query=zahra+kazemi&search=Search
Üstə qeyd etdiyim kimi, bu hadisədən 4 ildən artıq
keçib və hələ də bu dəhşətli cinayəti törədənlər
cəzalanmayıblar. Elə bu səbəbə görə də,
buna oxşar hadisələr İran zindanında
dəfələrlə təkrar olunur. Bu iddianın aydın sübutu
üçün Həmədanda baş verən faciəni misal
gətirmək olar. Bir neçə gün bundan əvvəl Zəhra
Bəniamiri adlı 27 yaşında həkim qadın
həbsxanada şübhəli formada ölmüşdür. Bu barədə
Ətaullah Mühacirani açıq məktub yazmışdı və
ona İntihar və ya
qətil başlığı qoymuşdu. Bu məktub çox böyük
əhəmiyyət daşıyır. Çünki adı çəkilən
şəxs Zahra Kazimi qətilə yetirilən
zaman Mədəniyyət
və İrşad nazirydi. Prezident Məhəmməd Xatami
tərəfindən Zəhra Kaziminin ölümü ilə əlaqədar
təftiş qrupuna seçilmişdir. Bu cür yüksək
səviyyəli dövlət məmuru İran həbsxanalarında
nə baş verdiyini yaxşı bilir. Ona görə də öz açıq
məktubunda qeyd edir : Bir cavan həkim qadın iki gün
həbsxanada qaldıqdan sonra ölüsü ailəsinə təhvil
verilir. İnanıram ki, bu qızın ölümü çoxlu hay - küy
salan məsələlərdən əhəmiyyəti atrıqdır.
İnanıram bu hadisə Laricaninin istefasından da əhəmiyyətlidir.
Əlbəttə, bu qızın Kanada pasportu yoxdur, elə buna
görə də ailəsinin səsi bir yerə çatmayacaq. Amma bunu
nəzərə alın kı, bu səs allaha çatacaq. Bu ölüm
bir ailənin dağılmasına səbəb olub.
Bu məktubun davamında Natiq Nuriyə ( cinayət işi
ilə bağlı hadisələri araşdıran dövlət
məmuru -- B.Azəri ) xitab
qeyd olunur : Bu ölüm və ya qətlə əlaqədar
təhqiqat aparmaq lazımdır. Güman edin ki, bu qız öz qızınızdır.
Məgər bu qanlar sizin gözünüzdən yuxunu qaçırmır
?! "
Yuxarıda qeyd etdiyim kimi, iki qadın həbsxanada ölürlər
və onların dilindən başlarına nə gəldiyin
dinləmək mümkün deyil. Amma
aşağıda bir neçə misal vurmaq istəyirəm ki, qadınlar
diri qalıb və intizami qüvvələrin onlara təcavüz
etmələrin iddia ediblər.
1.
Röya Tlui -- 41 yaşlı həkim və jurnalist qadın,
İranda insan haqlarından və xüsusən, qadın hüququndan
müdafiə edirdi. Öz fəaliyyətinə görə tutulub bir neçə
ay həbsdə qalır. Nəhayət, müvəffəq olur
İranı tərk edir, Amerikada siyasi mühacir kimi sığınacaq
alır. Amerikada dərc olunan Daily
Teleqraph qəzeti onunla müsahibə aparıb
və o, həbsxanada özünə və digər qadınlara
təcavüz olunmasını etiraf edib. Həbsxana
xatirələrin şərh verəndə səsi aramlaşıb,
boğazı tutulub və ağlamaq halına gəlib. Onun 6 yaşlı
Nima adlı oğlu anasının boynunu qucaqlayıb
və deyib ki : Mən sevmirəm anam həbsxana haqqında
danışsın və sonra uşaq ağlayıb.
Röya
xanım öz müsahibəsində həmçinin qeyd edib
İranda bakirə qızlara edamdan qabaq
elə həbsxanadaca təcavüz edirlər. Bu faktlarla özü
həbsxanada olarkən rastlaşıb.
Məlumat üçün qeyd etməliyəm ki, fanatik dinçi qüvvələr dini düşüncə əsasında bakirə qızın edam olmasın etiqadlarına görə düzgün hesab etmirlər. Elə buna görə də bakirə qızları edam etməmişdən qabaq məcbur edirlər zindanda çalışan məmurların birisi ilə siqə olsun. Bu işin də adın ancaq hoqqabazlıqla təcavüzə qanuni zəmin yaratmaq adlandırmaq olar. Haqqında söhbət gedən Röya xanımın Amerika qəzetinə verdiyi müsahibəni aşağıdakı linkdə ətraflı oxuya bilərsiniz.
http://www.ettelaat.net/06-05/news.asp?id=14327
2. 2006 - cı il Aştiyan şəhərində Azad İslam Universitetinin bir qız öyrəncisi intizami qüvvələrin tərəfindən qeyri - islami rəfdar, yəni başının tükü göründüyü üçün tutulur. O, intizami qüvvələrin qərargahına aparılır və orada bir müstəntiq və bir əsgər ona pis - pis sözlər deyib, sonda təcavüz edirlər. Bu öyrənci qız azadlığa buraxılandan sonra bu baradə öyrənci dostlarına məlumat verir. Bu hadisə ağızdan - ağıza gəzir və nəhayət, bais olur təqribən 1000 nəfər öyrənci intizami qüvvələrin və şəhərin valisinin qərargahının qabağında etiraz aksiyaları keçirələr. Məsullar bu hadisə ilə bağlı qaneedici cavab verə bilmirlər. Elə bu da səbəb olub aksiyada iştirak edənlər qəzəblənib intizami qüvvələrin və şəhər valisinin qərargahına hücum edib binanın şüşələrini sındırıb, binaya xəsarət vurublar. Nəhayət ki, intizami qüvvələrin sayı çoxalıb, 12 nəfər tutulub və bir neçə nəfər bədən xəsarəti alıb, o cümlədən bir nəfər aksiyada iştirak edənin əli sınıb. Bu xəbərlə əlaqədar aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz.
http://diamond666.mihanblog.com/post-115.aspx
3. Bu il, yəni 2007 - ci ildə Kirmanşah şəhərinin Razi Universitetinin bir intizami məmuru öyrənci qızlardan birinə təcavüz edir. Elə bu səbəbə görə, təqribən 200 öyrənci adı çəkilən universitetdə aksiya keçirirlər. Bu xəbərlə də bağlı aşağıdakı linkdə oxuya bilərsiniz.
http://www.ilna.ir/shownews.asp?code=417453&code1=15
Mən
fikirləşirəm bu bir neçə misal yetərli olar. Ehtimal
edirəm Şimalı
Azərbaycanda yaşayan bəzi yurddaşlarımız bu
xəbərləri həzim etməkdə çətinlik çəkələr.
Onları qane etmək üçün iki faktın ətrafında izahat
verməyi lazım bilirəm.
1.
Hüquq elmi baxımından bir fərdin iddiasının
nə qədər ciddi olması onun keçmiş həyatından
çox asılıdır. Xüsusən bu mövzu bir fərdin şahid
kimi məhkəmə prosesində iştirak etməsi
həddən artıq əhəmiyyət daşıyır.
Yuxarıda qeyd etdiyim birinci misala bir az diqqət edin. Bu iddialar
elə bir qadının ağzından çıxır ki, İranda
tanınmış jurnalistdi və Məşhəd şəhərində
Tibb Universitetində ali təhsil alıb. Elə ona görədi
ki, Daily Telegeraph" kimi pristijli qəzet bu qadının
iddialarını ciddi tutur. Amma əgər onun yerinə əxlaqsız
və ya narkoman qadın olsaydı, bu iddiaları ciddi tutmaq çox
çətin olacaqdır.
2. İran hakimiyyətinin müxtəlif orqanlarının, xüsusən, ettelaat idarəsinin bəzi məmurları xarici ölkələrdə sığınacaq alıb və İran həbsxanalarında təcavüz və işgəncənin adi bir hal olduğunu etiraf ediblər. Bunlardan əlavə, ən qaneedici faktı Ayətullah Hüseynəli Müntəziridən gətirmək olar. Bu Ayətullah İranda islam hakimiyyətinin bərpa olmasında çox əhəmiyyətli rol oynayıb. Deyirlər ki, Ayətullah Xomeyniyə birinci dəfə o, İmam ləqəbi vermişdi. Həm də onun israrı ilə Ana yasanın 110 - cu maddəsi təsdiqlənmişdir. Bu maddənin əsasında siyasi qüdrət həddən artıq dini rəhbərə verilir. Elə bu əməllərinə görə Ayətullah Xomeyni onu öz xələfi seçib və ondan sonra onun dini rəhbər olması gözlənilirdi. Amma Ayətullah Müntəziri 1988 - ci ildə siyasi məhbusların kütləvi edamına qarşı çıxmışdı və etraz əlaməti olaraq Xomeyniyə bir məktub yazmışdı. Bu məktub Xomeynini qəzəbləndirib və elə bu səbəbə görə də, onu əvvəlcədən təyin etdiyi xələflikdən kənara qoymuşdu. Müntəziri öz məktubunda Xomeyniye xitab olaraq yazmışdı : Siz bilirsiniz ki, Məşhəd şəhərindəki həbsxanada həkimin olmaması ucbatından gənc qızlar vaxtında müalicə olunmur və nəhayət, məcburiyyət qarşısında qalıb 25 qızın analıq orqanı əməliyyat vasitəsi ilə götürülüb, onlar da əlil olublar ? Siz bilirsiniz ki, islam hakimiyyətinin bəzi həbsxanalarında qızlara təcavüz edirlər ? Müntəzirinin Xomeyniyə məşhur məktubunu aşağıdakı linkdə oxuya bilərsiniz.
http://shahbaziir.blogfa.com/post-23.aspx
Elə bu cür dəhşətli amillərdir ki, yığılıb və nəticədə İran mühitində yaşayan qadınlarda ruh düşkünlüyü yüksək olub. Almaniya radiosunun verdiyi məlumata görə, İranda qadınların intiharı say baxımından Hindistan və Çindən sonra, üçüncü yer alır. Amma unutmamalıyıq ki, Hindistanda təqribən 1 milyard 200 milyon nəfər, Çində isə 1 milyard 300 milyon nəfər yaşayır. Lakin İranda əhalinin sayı cəmi 70 milyon nəfərdir. Bəs bu hesabnan İran adambaşına düşən qadın intiharı ilə bağlı dünyada birinci yerə çıxır. Burada qeyd etməliyəm ki, Güney Azərbaycanın qadınları iki qat zülmə məruz qalırlar. Türk və qadın olduqlarına xatir çox ağır ayrı - seçki altında yaşayırlar. Elə bu səbəbə görədir ki, çox təccüb yeri yoxdur ki, Güney Azərbaycandan bəzi vaxtlar qadın intiharı ilə əlaqədar dəhşətli xəbərlər gəlir. Misal üçün, bir də eşidirsən hardasa bir qadın üstünə benzin töküb özünü necə yandırıb, canına qəsd edib. Aşağıdakı linkdə bu haqda oxuya bilərsiniz.
http://www.womansrights.org/folderhafolder%20hayeaghaze%20kar/khodkeshi.htm
Yazdığım mövzunun hər tərəfli açılması üçün və həm də fikrimi tam aydınlaşdırmaqdan ötrü, bir neçə misal çəkdim. Əslində əldə olan materiallar bundan qat - qat çoxdur. Amma məqsədim heç də o deyil ki, yazıb sizləri yorum. Çəkdiyim bir - iki misalla istəyirəm oxuyanlar İranın necə bir dövlət olduğunu görsünlər. Əslində İran adlı məmləkət heç də yazdığı qanunlara əməl etmir. Sözdə islam hakimiyyəti və müqəddəslikdən dəm vursa da, əməldə insanları murdarlayan kafir bir hakimiyyətdir. İranı yaxından və hər tərəfli tanımaq üçün lazımdır ki, orda döğulub, o mühitdə uzun müddət yaşayasan. Əgər buna şübhə edən, həqiqətin nədən ibarət olduğunu bimək istəyən və ya mənim dediklərimə inanmayan varsa, buyursun çox da uzaqda olmayan İrana ayaq bassın. Amma onda da qoxu var ki, niyə hər şeyi vaxtında və tam açıqlığı ilə yazmamaqda, Şimalı Azərbaycanda yaşayan qardaşlarına çatdırmamaqda Güneylilər suçlanalar.
Röya Tlui - tanınmış jurnalist İran həbsxanasında özünə və digər qadınlara təcavüz olunduğunu etiraf etmişdir.
Zəhra Kazimi jurnalist qadın təcavüz və işgəncə nəticəsində İran həbsxanasında öldürülmüşdür