DÜNDƏN
BU GÜNƏ GÜNEY AZƏRBAYCAN
( 7 )
Erməni
sorunu Güney Azərbaycanda
19 .cu yüz ilidə Qacar
Türk impratorluğu eləcədə Osmanlı Türk impratorluğunun
Rus imperyasıyla savaşları sırasında, Erməni azınlığı
beşinci qol kimi Ruslara yalmandılar. Bu azınlıq inanc açısından
xiristiyan olduqları üçün, Avropalılarla Rusların
xöşgörülərilə qarşılandılar. Ulusçuluğun
baş qaldırı yüz ili olan o dönəmlərdə, yabancı
ölkələrdə yaşayan qopuntularıyla (diasporalarıyla)
qurumlaşmağa başladılar. Bunun sonucundada 19.cu yüz ilin
sonlarında daşnak, hinçak qorxuçu ( terör) örgütlərini
yaratdılar. Ondan sonra bu örgütlər bölgənin yüz illər
boyu egeməni olan Türklərə qarşı sinsi qorxular yaşatdılar.
20.ci yüz ilin başlanğıcında acunda gediən
gəlişmələr Anadoluyla Azərbaycanda da etgili oldu.19.cu
yüz ildə Osmanlıda yumuşaq başlayn tənzimatdönəmi,20.ci
yüz ilin başlanğıcına ağır bastırmaqda olan
itəhade tərəqqilə acılar içində sona
vardı. Bu iki dönəmin sin daşına vətən
məhzun, mən məhzun yazılmalı oldu. ( Ölərsəm
görməsəm millətdə ümmid etdiyim feyzi / Yazılsın
sənge qəbrimdə, vətən məhzun , mən
məhzun- Namiq kəmal)
Bu dönəmlər içində Ermənilər Avropalılarla
Rusların yardımıyla lübnandan tutmuş Azərbaycana kimi
silahlı eyləmlərə başladılar. Yandaşlarının
əllərinə verilmiş olduqları dənizdən
dənizə böyük ermənistan xəritəsi düşlərini
süslədi. Şəriətin yuxusunda olan iki böyük Türk
impraturluğunu basqı altında tutmağı sürdürən
Rus impraturluğu, ermənilərin istəklərinin qabardıcısı
oldu. Onlar 20.ci yüz ilin başlanğıcında öncə
anadoluda sonrada Azərbaycanda Türk soyqırımına başladılar.
Ə. Kəsrəvi yazır: Rusların egəmənliyi
olmasaydı Ermənilər bu cinayətlərə başlamazdılar.(
18 il Azərbaycan geçmişliyi) Bir ata sözündə arxalı köpək
qurd basar denilər deyilir. Ermənilərdə ruslarla avropalı
yandaşlarının arxasına sığınaraq neçə
yüz ili bir yerdə yaşayan Türklərə qırım oldular.
Bu olaylardan öncə geçmışlikliklərdə Erməni ,Türk
savaşlarıyla qarşılaşmaq olmaz. Çün,
ermənilər saylarına görə azınlıq belə sayılmamışlardır.
Dede qorquun xəritəsində Türkiyənin güney
doğusunda olan Mardindən başlayıb, dəmir qapı
Dərbəndə kimi biz erməni adıyla qarşılaşmırıq.
Bu gün Ermənilərin baş kəndini olan yerəvanın 30
kilometriliyində, dədə qorqutda adı geçən Iğdırın
adı Sürməli olaraq verilir. Bu gün belə toplumun içində
oraya Sürməli ovasıda deyilməkdədir. Iğdırda Sürməli
soy adları belə vardır.
Günümüzdə dədə qorqutda geçən bir çox yer adlarının
olduğu kimi qalışı çox önəmli qanıtlardır.
Mardin ( Türkiyə), Bayburt(Türkiyə), Trabzon ( Türkiyə), Sürməli(Türkiyə)
Alınca qalas( Nəxçəvan- Azərbaycan) , Dərəşam(
Güney azərbaycan, Qarabağ), Gəncə( Quzey Azərbaycan),
Gökçə dənizi (ermənistan), Aksakaahiska qalası(gürcistan),
Çeşme( dağıstan), Demir qapı dərbənd ( dağıstan).
( Bu bilgilər O. Ş. Gökyayın Dədəm Korkudun kitabı
ndan alınmışdır.)
Sürməli ( Iğdır ) Oğuz Türklərinin baş
kəndi , indi ermənistanın baş kəndi olan yerəvanın
30 kilometriliyində yerləşir. Biz Dədə qorqotda bir
kəzdə olsun Erməni adının geçməsini gürmürük.
Demək ermənilər o dönəmlərdə bu bölgələrdə
yaşamırmışlardır. Bununlada onların sonralar
buralara eləcədə Güney Azərbaycana yerləşmiş
olduqları aydınlaşır.
20.ci yüz ilin başlanqıcında Rus ordusunun basqısı
altında qalan Güney Azərbaycanda ermənilər,
onların yardımiyla Türklərə qarşı soy qırıma
başladılar. O çağa kimi Güney Türklərilə sorunları
olmayan asuri erməni birliklərinin ərəkləri,
devlət qurmaqdan çox insan öldürməyə yönəlmişdir.
Ermənilərin Rus Avropa birlikləri
üçün beşinci qol kimi, Osmanlı Türklərinə qarşı
başlatdıqları soy qırımın olayları birinci
acun savaşıyla daha çoxaldı. Bu dönəmdə erməni
birliklərinin başçılığını edən
Andraniki, Tür ordusu yaxalayıb, ibrət olsun deyə qulağını
kəsirlər. Ancaq onlar yenə buna aldırmadan Quzeylə Güney
Azərbaycanda Türklərə qarşı soyqırimi Rusların
yandaşlığıyla sürdürürlər. Güneydə
Maki,xoy,Urmi Salmas kimişəhərlərdə dağıtmadıqlar
yer , qarşılarına geçən böyükdən kiçiyə uşaq
buraxmırlar. Kəsrəvi insanlıq dış olan bu olayları
geniş anlatmışdır.( 18 il Azərbaycan geçmişliyi)
Bu nədənlə Tərbizdə, xoyda ,Urmuda olan Azərbaycanın
ağsaqqalları Osmanlı Türk Ordusundan yardım istirlər.
Öncədə yazdığım kimi Türk qoşunu yardım
üçün Əli Ehsan paşanın
başçılığıyla göneyə girib, Erməni silahlı
güclərini oradan uzaqlaşdırırlar. Bilindiyi kimi o dönəmlərdə
Ermənilər, Quzey Azərbaycanında bütün şəhərlərilə
kəndlərində bu insanlıq dışı olayları
edirdilər. Nuri paşanın qoşunu olmasaydı o dönəmlərdə
Ermənilərin cinayətləri önlənməz olacaqdı.
Birinci acun savaşının bölgəyə yansıtdığı
başsızlıqdan yararlanan Erməni yaraqlıları Güneylə
Quzey etmədiklərini buraxmadılar. Güneydə Məşrutənin
nemətindən Tehranın ögey ilişgilərinə qurban olan
Azərbaycan başsız qalmışdır. Bu nədənlə
İngilislərlə Rusların ikiyə böldükləri Qacar Türk
devlətində Türkün səsi eşidilmirdi. Quzeydə isə
Rus egemənliyi Erməni yanlısı olduğundan dolayı,
onların cinayətlərinə olanaq sağlayırdı. Buna
görədə Bakıda şamaxıda qarabağda Naxcavanda ağla
sığmayan insan cinayətləri etdilər.
Ermənilərin öncə avropada 1890 ildə yaradıb,
sonra Tiflisdə çalışmalarını sürdürən Daşnak
ulusçu partıyasının qarşısına 15 il sonra onların
cinyətlərini önləmək üçün çıxan difai
qurumunu görürük. 1905 də Əhməd Ağa oğlunun yaratdığı
bu qurum adındanda bəlli olduğu kimi savunma amaclıymış.
Ancaq Ermənilərin yalnız ərəyi Türklərə qarşı
soy qırım etmək olduğu bəllidir. Daşnak terör örgütünün
yaranmasından öncə öncədə dediyim kimi geçmişliklərdə
bir Türk ermənbi savaşını görmürük.
Gürcü sosyalistlərindən Karibi Qızıl bitik
yapıtında bu konunu belə yazır. Daşnaq örgütünün
yaranmasına kimi, Qafqazda barış
içində uluslar yaşamaqdaydılar. Bu bölgədə Türklərlə
Ermənilərin arasında qanlı savaşların kölgəsini
belə anımsayanlar yoxdur. Türklər, Gürcülər,
Ermənilər yüz illər boyu bir yerdə yaşayıb, ulusçuluq
adına bir savaş anımsanmır... Sonra Daşnaqlar
gəlib, yalnız Ermənilərin yaşayacağı bir
Ermənistan yaratmaq istədilər. Bundan sonra ata erkil qafqaz
kənlərini ulusçuluq inlətdi.( milli Azərbaycan
hərakatı- M. B. Məmmdzadə)
Ermənilərə Avropalıların aşıladıqları
düşsəl böyük ermənistan xəritəsində Güney
Azərbaycan böyük ölçüdə yer tutmasada, onların Türk qırımçılığı
bu bölgəyədə yönəlirdi. Bu nədənlə Türkiyədən
Quzey Azərbaycndan qovulandan sonra oraya yönəldilər. Onların
Makıda çocuqları öldürüb süngüyə taxmaları, qadınların
döşünü diri diri kəsib çaya atmaları bəgələrdə
yazılıdır. Onları Cinayətləri İranda fars ağaçılığının
(pan farsizmin) işinə yaramadığı üçün yazılmamışdır.
Ancaq Ə. Kəsrəvinin 18 ili Azərbaycan geçmişliyi
,albay Əhmət Kaviyanpurun Urmu geçmişliyi yapıtlarında
bu konuyla bağlı yetərli olmasadə
gərəkən bilgilər verilmişdir. Bu konu Farsçılıq
kuramçılarının( teoriçilərinin) düşüncələrinə
yararlı olmadığından, o
olayla ilgil yazıların basılamasına olanaq sağlanmamışdır.
Güney Azərbaycan Türkünün bəlləyindən o geçmişliyi
silməyə çalışılmışdır. Ancaq
Erməni geçmişliyilə ilgili qalax- qalax qara yazmalar yazılıb,
basılmışdır. Güney Azərbaycan gəncliyinin bu
konuya ışıq tutub, topluma yansıtması çox önəmlidir.
O dönəm doğru düzgün yazılmasa, T. Ətabəki kim qansızlar
kanıt göstərmədən yalnız Ş. Xiyabanını
deyil , Güney Azərbaycan Türkünün soy qırımında
Ermənilərlə iş birliyinə Güneylinin özünün qatqısını
yazacaqlar. Bu dönəm Türkçülük açısından neçə nədənlə
Güney üçün çox önəmlidir
:
1-
Farçılıq
kuramçıları Güney Azərbaycan Türki ilə Anadolu Türkünü
çaldıran savaşından sonra, qarşı qarşıya
qoymağa çalışırlar. Bu nədənlə İki
qardaşı bir birinə salmaqla özləri üçün ulusal çıxar
əldə etmək istirlər. Konular aydınlığa qovuşarsa,
çətin günün yoldaşıyla qardaşı bəlli olar. Güney
Azərbaycan Türk toplumunu konuyla ilgili aydınlatmaq üçün önəmlidir.
2-
Bu gün
Ermənilərlə yaxın qonşuluqdan dolayı çeşitli
ilişgilərdə olan Güney Azərbaycan Türkü, bir daha yanılmamaq
üçün, nə edəcəyini bilmək açısından önəmlidir.
3-
Erməni qopuntularının acunda yaydıqları yalan
bilgilərə doğru qarşlıq
vermək üçün
önəmlidir.
Bu konuya
sonralar yenə dönüləcək
Xiyabanı Devrimindən Güney Azərbaycan Demokrat
Devlətinin
Yaranmasına
kimi
Məşrutə dönəminin
Güney Azərbaycana iqtisadi, siyası,toplumsal, ulusal , bölgəsəl
ziyanları olduğu kimi , İki daha böyük ziyanı oldu.
Birincisi Qacar Türklərinin ikinci baş kəndi olan tərbiz öz
önəmini itirdi. İkincisi isə Əski Türk devlət düzəni
olan xanlıq sistemi sarsıldı. Burada dediyim xanlıq
sistemini mən ərəbcənin iyalət sistemi kimi demək
istirəm . Sovetlərdə göründüyü kimi toplumçuluk ( sosyalist)
adında da basqıcı (diktator)bir düzən ola bilər. Ancaq
bunun toplumçuluqla ilşgisi yoxdur.
Məşrutədən öncə İranin eləcədə
Güney Azərbaycanın ən böyük bəzirganları Güney
Azərbaycan Türkləriydi. İstanbuldan Avropaya , Rusiyəyə
kimi çox böyük alanda çalışan bu kəsim , alış verişdə
olduğu kimi, devlətlə toplumda böyük bir gücüdülər.
Onların məşrutə dönəmində çox yüksək ölçüdə
özdəksəl, tinsəl (maddi, mənəvi) olumlu qatqıları
oldu. Dış güclərin yaydırıcı etgiləri qarşısında,
onlar qarşılıq verib, toplumu doğru yönlədirə
bilirdilər. Ancaq Qacar egemənliyinin duyrsızlığı
, eləcədə dış güclərin yoğun basqısı
sonucu bu devrim Türkə qarşı bir oyun oldu.
Avropalılar bilindiyi kimi neçə üz il bu gün andığımıız
xaçlı savaşlar adıyla Osmanlı Türklərilə
savaşmışdılar. Buna görədə onların Türk adına
qaşınmaları vardı. Onlar Türk devlətlərinin din
yuxusunda olarkən, necə dağıtması izləncəsini
(programını) çizməkdəydilər. Avropda 19. cı yüz
ildə ulusçuluq başlarkən , onlar bunu bu ölkələrdə
yaymağa başladılar. Bunun sonucunda da Osmanlı Türk
imperyasını parçalayıb, dağıtdılar. Ancaq
Anadoluda böyük bir Türk ulusunun sonuna çıxmaqda gücənəcəklərini
bildikdə, Türk birliyinə qarşı işlərə başladılar.
Anadolu Türklərini orta Asiya Türklərinə bağlayan bölgədə,
Qacar Türk imperyası vardı. Öncədə yazdığım
kimi bu impratorluqda dinin uyuşduruculuğunda
başını dolandırırdı. Buna görədə
Avropalılar özəlliklə İngilislər bu sayrını
az bir sürə içində iç qırımların yardımıyla
dizə gətirdilər. Məşrutənin Güney
Azərbaycanlılar içində iç savaşa dönüşümü, iç ,
dış qırımların
dönüklüklərinə ( xəyənət) yardım etdi.
Bildiyimiz kimi birinci acun savaşı illərində gerçəkçi
Türkçülüyün yönü düşçü Turançılığa yönəldi.
İttahade tərəqının ipini çəktiyi bu düşüncə,
Azərbaycanla Orta Asiya Türklərinə önəm verir, böyük
Turan düşünü gerçəkləşdirməyə
çalışırdı. Güney Azərbaycan bu düşün lap ortasında
yerləşirdi. Buna görədə Geçmişliklərində Türk
adından ürküdülən Avropalıların, bu bölgədə Türk
ulusuyla devlətinə yaşam tanımırdılar.
Hindistanda, Almaniyada, İngiltərədə yetişdirilən
fars ağaçılıq( pan farsist) kuramçıları məşrutənin
yönünü frasçılığa yönləndirə bildilər.
Avropalılarla Rusların o dönəm, elcədə ondan sonra bu
kuramçılara geniş biçimdə özdəksəl, tinsəl yardımları
sonucu, Anası Türk olan Rıza palanı pəhləvi fars
devlətini qurdu. Sonralar bu devlətə yalançı bir soy kök düzəldib,
2500 illik fars egemənliyini bölgə uluslarına aşılamağa
çalışdılar.
Məşrutəylə Xiyabani dönəmində
Azərbaycan Türkünə edilən baskılar sonucu ,
Azərbaycanda daş daş üstə qalmamışdır.
Azərbaycanın ayrı ayrı bölgələrində böyük
sorunlar buraxan bu devrimlər, dış qırımlarla farsçıların
işinə yaramışdır. Azərbaycan Türkünü min
illər böyu belə köçə sürükləyən olaylar olmamışdılr.
Rıza şah iş başına gələndən sonra qacar
devlətinin baş ağrısı olan bir xanlıq düzənini
birdə din başçılarını yerində oturtdu. O,
Azərbaycanda olan xanları çeşitli yollarla aradan apardı.
Din başçılarınıda isə etgisiz etdi. Şiiələrin
inanc başkəndi durumunda olan Nəcəfi , Qumu gücləndirərək
önəmsiz etdi. Ondan sonra bir mərkəz güc yaradıb, topluma
istədiyini uyğulatmağa çalışdı. Bu işlər
Rıza şah kimi bilksiz kimsənin düşüncə ürünü
deyildı. Bu işləri yönləndirən, acuna bayraq asan
ingilis imperiysından qaynaqlanırdı. Rıza şah isə
öndə gedən bir şahmat oyuncağıydı. Bu dönəmə
kimi bütün alanlarda Türklər Qacar Türk imperyasının öncüllüyünü
edirdilər. Ancaq bu devrimlərin Güney Azərbaycan yararına
olmamasının neçə
nədənləri vardır.
1-
İç, dış qırımların
alt niyətlərindən bilgisiz olmaq: Türkün qan bəlləyində duyğusalıqdan
gəlmə bir çoşqunluq var. Buna görədə masa başında
çənə yormaqdansa , o danışılan konuyla bağlı
işi görməyə qalxar. O dönəmlərdədə yabancıların
oyunlarına gəlib , duğusallığa qapanaraq biligisiz yolu
seçdik. Bundan iç dış qırımlar olduğu kimi yararlandılar.
2-
Öz ulusal geçmişliyindən
bilgisiz olmaq: Öncədə yazdığım kimi o dönəmlərdə
Güney Azərbaycan Türk aydını öz ulusal geçmişindən
biliksiz olduğu üçün, Topluma yoldaşıyla qırımını
seçməkdə yardımcı olamırdı. Bu nədənlə
gəlişmə adına başladılan devrim, bir iç savaşa
çevirmişdilər.
3-
Yabancı güclərin
çıxarları oyununa gəlmək: Avropayla özəlliklə ingiltərəylə
Rus devlətinin çıxarları, Qacar Türk imperyasını
basqı altında tutmaqla özlərinin çıxarlarına olanaq
sağlayırdılar. Məşrutənin düşüncə
qaynağında ingilis əli, M.Əli şahında Rus yanlısı
olması bu qarşıdurmanı qızışdırırdı.
Bu nədənlə yabancılar istədikləri kimi çıxarlarını
əldə edə bilirdilər. Ancaq oyuna gəlmiş Güney
Azərbaycan Türkü nə etdiyi bilincində deyildi.
4-
Toplumun çağla
düşüncə çəlişgisində olması : O dönəm Güney
Azərbaycanda dərəbəylik (feodalizm) bir düzən varıdır.
Xanlarla bəylərin egemənliyində olan toplum, anamalçılıq
(Kapıtalızm) dönəminin ürünü olan məşrutəni
qavraya bilmirdi. Toplumda etgən olan din başçılarınında
bunu qavramamaları , sorunları artırırdı. Bu
nədənlə Güney Azərbaycanda qarşıdurmalarda çağına
görə dəyişirdi. Bu günün yoldaşı yarının qırımına
çevrilirdi .
Düşünülməmiş
bu devrimlər ikinci fransız cümhüriyəti kimi, öz evlatlarını
yedi. Onun beşiyi olan Azərbaycanı isə başsız
buraxdı . Farsların eləcədə onların yandaşlarının
umduqları olmuş, min illər boyu Azərbaycanın dağ
daşına parlaq geçmişliyini yazdıran Türkü yerindən
oynatmışlardı. Geçmişi dağına, qayasına yazdırılmış
yurd , yalqızlığa soyunmağa sürüklənmişdi( Son nağıl son
əfsanədə, sayın
N. Mənzurı bu konunun ağlatısını çox gözəl
yorumlamışdır) .
. Türkün önə baxan gözlərinə Tehrana
gerilənmənin tozları qonmuşdu. Ümidlər
kipriklərdən asılı bilinməyən yarınların
düşlərinə boylu olurdu (hamilə olurdu) .
Dədələrindən qalma ərdəm dolu sözcüklərlə
deyimlər sürgünə gedirdilər. Bütün dodaqlarda bəlkə
bu yerlərə birdə gəlmədim / duman salamat qal, dağ
salamat qal..( M.Araz) hıçqırtıları
səslənirdi. Göyə, yerə sığmayan qoca Türk
balaları, günəş batıya irəlilədikcə, onlar
qaranlıq döğuya geriləməkdəydilər . İdraki
sönük başçılar isə görəv paylaşımında
mənəmlik yobazlığına dırmanırdılar.
Rızaxan
dönəmi azda olsa Güney Azərbaycan Türkünə məşrutənin
sonucunu anımsatdı . Çün , artıq dış, ıç qırımların
Güney Azərbaycan Türkünə qarşı açıqca
savaş apardıqları bəlli
olurdu. Avropada K. İranşəhr,R.şəfəq, T. Ərani
kimi başsız Azərbaycanlılarda, Rıza şaha Türklərə
qarşı aparılan siyasətdə düşüncə yardımı
edirdilər.
Rıza şah
Azərbaycanda olan xanlıq düzən ilə Mollaların inanc
egemənliyinə son qoyandan sonra, basqılarını artırdı.
Onun Türkü əritmə sistemi işə düşmüşdü. Türkdə
bilincsizlikdən İngilislərlə farsların bu oynuna
gəlmişdi. Avropada olan ulusçuluğun güneyə sızması
önlənir, qarşısında farsçılıq axımı gücləndirilirdi.
Fars ağalığının kuramçıları uydurma geçmişliklərlə,
insanlıq dişi izləncələrlə əli boşadılmış
Güney Azərbaycan Türkünün üstünə axınırdılar. Düzənli
olaraq özdəksəl, tinsəl basqılara uğrayan Güney
Azərbaycan Türkü, qarnın savunmaya yönləndirilmişdi.
Hitlerin sonra Avropada uyqulatmaq istəkləri Güney Azərbaycan Türkünə
uyqulanırdı. Qayasından, daşından verim yağan
Azərbaycan Topraqları başsız buraxılırdı . Bu
uqulamalar sonucu Güney Azərbaycan 1941( ikinci acun savaşına
kimi) bütün alanlarda egemənliyini itirdi. Bütün Qacar Türk
devlətində egemən olan Güney Azərbaycan Türk taciri ,
sinsi işlər sonucu Tehrana eləcədə İranın başqa
şəhərlərinə sürgün edildi. Acunun
dörd bir yanıniyla ilişgidə olan Tərbiz bazarı,
kənd çərçilərinə buraxıldı. Ulusal
Azərbaycan kəndsoylusu ( burjuvası) öz dayaxlarını
itirdiyi üçün köçə sürükləndi. M. Ş kimi ulusal düşüncəlilər
uzaq yerlərə sürgün edildilər. Güney Azərbaycanın düşünən
beynilə çalışan əlini yurdundan kəsdilər. Daha
Azərbaycan xanlıqlar yurdu, Tərbiz isə ikinci baş
kənd deyildi . Azərbaycanlı yurdunun gələcəyini düşünmək
yerinə qarnına qul edilmişdi. Buna baxmayaraq bu basqını
anlamaqda çətinlik çəkirdi Azərbaycan Türkü . İnsanlıq
ərəklərinə bel bağlayan Türk ulusal kimliyindən
olmaqdaydı. Bu yanlış alqılamalar başı üstündə
asılı bir qılınc kimiydi. Nəyə uğradığını
bilmirdi . Kəndinini əkin tarlasında özünün ağası
olan Güney Azərbaycan Türkü , dəmir yollarında qullar kimi öldürülürdü.
Ulusçuluğun
başlatdığı ikinci acun savaşı, Güney
Azərbaycan Türkünüdə ulusal kimliyinə
yiyələnməyə yönləndirdi.
Tehranda ögeyçiliyə uğrayan Türk aydını, yenə üzünü
yenilməyən başı uca Səhəndin, Savalanın
etəklərində yaşayan Türkə tutdü. (Tehranın
qeyrəti yox şəhriyarı saxlamağa / gedirəm
Tərbizə qoy yaxşı yaman bəllənsin)
1941-ci
ildə Rızaşahın zülmündən can qurtaran Azərbaycan
Türkü dərin bir soluq aldı. Bilindiyi kimi Rıza şahın
zulmulərinə avropa göz yumduğu kimi sosyalist kominist adına
qurulan sovet egemənliyidə göz yumurdu. Rıza şah dönəmində
sovet egemənliyinin bu diktatoryayla çox geniş əməkdaşlığı
vardı. Buna görədə ölkədə olan sosyalist adlı
yandaşları Azərbaycana edilən ulusal zülmü görməzdən
gəlirdilər. Ancaq bu ayrımı görən Pişəvəri
kimi Azərbaycan Türkü 11 ili dustaq çəkməli olmuşdu. Rıza
şahın 16 illik egemənliyi dönəmində
(1925-1941) Azərbaycana uyqulanan basqılar, pıçağı
sümüyə dayatmışdı.
İkinci acun
savaşının verdiyi ulusal güclə , ögeyliyini Tehranda
anlayan Azərbaycan Türkü: Biz xiyabaninin demokrat firqəsinin
varisləriyik deyərək Azərbaycanda
demokrat firqəsini qurdular. O dönem ölkədə yaranan
yetkisizlikdən ( otoritersizlikdən) Güney Azərbaycan Türkü özünə
dönməkdəydi. Basqıların bir az yumuşalmasını
görən Azərbaycan Türkü, ulusal çıxarlarını ilk
kəz bilikli olaraq istəməyə qalxdı. Bu oyanış
Türk ulusunun damarlaraına yeni qan gətirdi. Məşrutə,
Xiyabani dönəmində itirdiyi ulusal kimliyini önarmağa başladı.
İkinci acun savaşı nədənilə bölgədə
olan Quzey Azərbaycanlı güclərdə tinsəl dayaq
olacaqları sözünü verdikdə, Güney Azərbaycan
ulusal istəklərini Acuna haykırmağa başladı.
Ardı var
Ersan Erel