Güney Azərbaycanın Kəndlərində
əkinçilik sahəsi və yaşayış tərzi
fəlakətli durumdadır
Coşqun Azəroğlu.
Güney
Azərbaycandan gələn
xəbərlər esasında
kəndlər boşalır
və insan
axınının quvotası,
kənlərdən şəhərlərə,
davamında sənət
açısından Azərbaycandan
daha inkişafda olan
fars bölgələrinə
gündən- günə
artmaqdadır. Bu
haqda aparılan
araşdırmalar acınacaqlı sonuclara
bizi vardırır.Məsələnin kimlər
tərəfindən yünədildiyi bəlli olsada
nədənləri belə açıqlanır:
1-Taxılın al-ver fiyatının ildən-ilə, onun bazara verilən tutumundan ( həcmindən) asılı dəyişməsi.
Alnımın tərilə maaşımı qazanım diyən, sərmayəsin əkinçilik və ya xod heyvandarlıq işində yatıran,yay fəslinin isti gününə və qışın don-soyuğuna dözən kəndlinin, bazara götürdüyü taxılın, satış fiyatına, nə zaman satıldığına,qoyduğu xərclərin üstünü örtərək qazanc əldə etdiyinə heç bir qarantı olmadığından ildən ilə iflasa uğrayan əkinçilərin və maldaların sayına artırılır.Bir il qıtlıqda olan bir məhsulun al-ver qiməti qalxır hamı onun ardında gələn ili qazanc əldə edəcəyini düşünüb,o məhsulun əkininə başlayır. Sonunda bazara verilən taxılın tutumu dəfələrlə toplumun ehtiyaclarından yoxarı olduğu ucubatından məhsulun satış-fiatı bir o qədər düşür ki kəndlinin özü və ailəsinin qoyduğu insani zəhmətləri bir tərəfdə qalsın, banklardan aldığı kredetleri geri qaytara bilmədi ucundan yer-yurdunun sənədin köklü-dibli banka bağışlamalı olur.
2-
Əkinçilərin və maldarların
dövləti yardımlarla
(subvektion-larla) himayə olunmaması.
Avropanın
birliyə doğru
addımladığı gedişatdan
bəri əkinçiliklə
əlaqədar yürüdülən
siyasətlər hər
zaman avropanın
diqqət mərkəzində
olub və
önəmli politikal
sahəni təşkil
edib. 50-nci
illərdə avropa
birliyinin yaradılmasına təşəbbüs göstərən
ölkələr, əkinçilikdən
əldə edilən
taxılla toplumun
ehtiyaclarına cavab
verməkdən acizidirlər. İkinci dünya
muharibəsində və davamındakı acliq və
yiyəcəklərin qıtlığı,siyasətlə uraşan
insanların yaddaşlərinda
elə dərin
izlər buraxdı ki
sonralar ərzaq çatışmamazlığına
təməlli bir çözüm axtarılması
, toplumun bir
başa davamlı və uzun sürəli
yiyəcəklərlə, garantılı
təmin olunması öndə
gələn qonulardan oldu. Bunun ardında
1957 nci
ildən Ortaq
Əkinçilik Politikası
sabit bir
maddə olaraq
Ortaq Bazarlı
Avropa Birliyinin anlaşmalarına
geçdi. Ortaq
Əkinçilik Politikası
bu təzminatı verməlidir:
.
Əkinçilik verimliliyin yüksətmək
.
Əkinçilik sahəsində əlverişli
gelirin əldə edilməsin garanti etmək
.
Alıcıları yetəri və münasib
qimətli yiyəcəklərlə
təmin etmək
. Alveri
dayanaqlı bazarla istiqamətləndirmək
Bu
günə kibi avropada öz etibarında
olan OƏP
yoxarida saydığımız
amacları yalnız
əkinçiləri və
maldarları hakiymiyətlər
tərəfindən olunan
himayələrlə gerçəkləşdirə
bilmişdir.Bu Subvektionlarin
rolu, əkinçilik sahəsinə
sağlam istiqamət
verməkdə və
bu yöndə çalışmaların
eləcədə yaşayış mühitinin qorunmasında,
danılmazdır.
3-İşə
lazimi gələn texniki vəsayitin eləcədə fəhlə
və insani gücün ardıcıl
bahalaşması.
Iran
İslam Respublikasının mərkəzi banki bir şərayitdə
bahalaşmanın nırxını14,80 fayız
elan edir ki həmən ölkənin parlomanına bağlı
araşdırmalar mərkəzi bu nırxı 23,40 fayız
dəyərləndirir. Eko-ozmanları
bu nırxın
rejimin verdiyindən
qat-qat artiq olduğunu
vurğulayırlar. Əyər verilən
sayların ortalaması
qenaətinə gelirisək
onda 30
fayızla razılaşa
bilərik. BBC ətraflı
raportunda Əhmədinijad
dövləti təşkil
tapandan sonra,
bahalıq nırxı
yuksək zirvə
qazanıb söyləyir.
Nədənləri haqda
dövləti məsrəflərin
artmasın və
neft-gəlirlərinin aşırı
ölçüdə, tutumu
90 milyard
dolları ötərək,
xərclənməsin qeydə
alır. Deməli kənlilərin
əkinçilikdən əldə
etdiyi gəlirin
üçdə-biri Əhmədinijadın
başçılıq etdiyi
kabinetin qələt
siyasətlərinin güdazına gedir.
4-Mədəniyət
mərkəzlərinin olmaması, gözaltdadan
obyektlərin,bəzəkli tükanların çəkici
gücü.
İnsani
varlığın ehtiyacları
maddi və
mənəviyata bölünsədə
heç biri vazgeçiləsi deyil.
Yiyəcək almasa acarsa,
əyləncəsi olmasa yorular.Körpə uşağikən,dünyayə
göz açandan axtarar.Kim olduğuğu,hankı
el- tayfa millətə mənsubiyətini,yaşadığı
toplumda 5 insani duyğunu mükəmməl
ifadə etməyə
qadir olan
anadilini, geçmişini
tarixini, sazlarinda avazlarında
səslənən ana-musiqisini ,el obaya vətən sayılan
torpağını öyrənməyə çalışar.
Bütün
bu insani
istəklərə yaranmış dəstəklənmiş
mədəniyət ocaqları
cavab verə bilər. Xalqin öz
ibtikari bacariği ,
dəstəyi və
xususi maliyələşdrilməsilə,
məhdud sayda , bu
böyük əraziyə
neçə ocaq
örnək üçün
Təbrizdə Dilmac və urmuda Bilim Yolu və
yaradılmış sayir
şöbələrin və
dərənəklərin
qapadilmasıda onlarin
vəzifələrin
və etgisin düşünərəkdən
xalqımızla bir
düşmançılıq olaraq
həyata geçirilir.
Geriçi hakimiyətin
bilgili toplum yox,uydurulmuş xalq işinə yarayır.Əskilərdən
Azərbaycanlı Türk millətinə qanlı-piçaq düşmançılıqda
olan və
iran hakimiyətinin
xususi xitmət
və təhlükəsizlik orqanların ələ geçirən
qatı fars şuvinistləridə
meydanda ələm
gezdirir quyruğila badam qirir.Ona görədə eslində
hər bir kəndimizdə yaranıb çalışması
yararlı olan ocaqlar, neçə il
öncə Vercavend kibi tanınmış
malixuliyalı şuvinistlərin göstərişinə uyğun
tapdalanır.
5-Tikinti
işlərilə yaranmış yer alverçi dəllalların
etgisi
Çətin
bir günə
rastlaşmaq olur
ki qan
soran sülük
sayağı yaranıb,
İran islam respublikası
məsullarila əlbir olan
və bəzən yünətilən yer- dəllallarının
faciəli əməllərilə üzləşmiyək.Yaşayış
mühiti və
yaşıllıqları eləcədə
əkin sahəsini
kimiyasal maddələrlə
zəhərləmək, qondarma
yanqinliqlar törətmək onlarin
sadəcə verdişlərindən
sayılır.
İran
İslam Respublikasinin
əsas qanunlarının 100-nci
maddəsinə görə
əkin yerlərini
başqa amaclar, örnək
üçün tikinti
və binaqayırma
sahəsində yararlanmağa
izinli olmadıqlarından öncə
adı çəkilən
yeri nağıllarda
deyilən yuvan
yuvan çollərinə
oxşadıb sonrasi
isə alverinə
məşğul olurlar.Onlar
Urmiyə şəhərindən
olan və öncələr şəhər
inşeat idarəsində
çalışan, yenicə işdən
uzaxlaşdrilan və
idarə etyi
İnternet saytinda qan
içən qansizların
pətəyini, yüzlər
sənd ifşa
etməklə, suya tökən
Cavid Əsədzadə-ni
elə ona görə
bir neçə dəfə hədələyib arabasına
məktub və piçaq qoymaqla təhdidləyib
sonunda isə
ölüm halına
qədər döymüşlər.
Xatırlatmalıyıq ki
Cavid Əsədzadə
hadisədən öncə
əldə etdiyi sənədlər və
bəlgələrlə şüra məclisində olan Urmiyə
əhalisinin millətvəkilinə
müraciət edib
görüşmüşdür. Avqat
bəlgələri zahirdə
qulaq ardına vurub etinasız yanaşsada yer və tikinti
mafiasi tərəfindən axşam qaş qaralandan sonra
iki adamöldurən motosikletçi
göndərilir.Bu hucumda Cavid
Əsədzadə-nin əngi və
dişləri qırılır
və yarıcan
xəstəxanaya götürülür.Deməli
əkinçilik sahəsinin pozulub aradan
getməsində İran
hakimiyəti və
mafiaçilarin ortaq
əlaqələri dayanır
nədənki yuxarida verdiyimiz örnək bu ölkədə tikrar
olunan addı hallardandır.
Bunlara
Analar xəstəxanasının olmadığından ildə
600 dən artıq yeni dünyayə
gələn uşaqların tələf olmasını
kəndlərin təhsil,
dərman, sağlamlıq
və rifah
açısından yoxsul durumda
olduqların və
kənlilərin qazandiqları
iştatusla İranın
kasıb iş
bazarında rəqabətlərdə
yuxarı şansda
olmadiqların artıranda kəndlərin
gündən günə daha artıq
boşalmasının şahidi
oluruq. Bir
zaman yaşıl
bağları,dadlı barıla tanınan, cənnəti
təmsil edən Azərbaycan bu gün Bərəhutçollərinə
daha çox oxşayır.
Qaynaqlar:
www.bundesregierung.de/Webs/Breg/DE/Europa/EUGlossar/europa-lexikon.html
tabriz.supersized.org/archives/1201-unknown.html
www.irwomen.net
archiv
www.11007.baybak.com
archiv
www.oyrenci.com
archiv
www.azoh.blogfa.com
archiv
www.bbc.co.uk/persian/business/story/2007/04/070423_ka-bank-rate.shtml
www.itca.ir/index.php?Page=newstext&UID=275