İran Məmaliki Məhrusəsi və Güney
Azərbaycan Milli Məsələsi
Bilindiyi kimi İran Məmaliki Məhrusəsi böyük dəyişiklər
üçün yerikləyir. Bu yerikləmək iki yöndən
nəzərə alınmalıdır:
1-
Amerika Birləşmiş Dövlətlərinin
İran Məmaliki Məhrusəsində 1979 il itirdiyi maraq
dayirəsini yenidən əldə etməyə çaba göstərməsi
2-
İran Məmaliki Məhrusəsində Fars
Şövenizmi uyquladığı sömürgəçilik pilanlar əsasında
İrançılıq məfkurəsi etnik dabanlara bölünərək
(geri oturaraq) yeni bir düzən
üçün bu məmaliki məhrusədəki milliyətlər
məsələsinin qabarıq biçimdə ortaya çıxması.
Alman
Nazistləri 1933 ilində iş üstünə gəldikdən sonra
İngiltərə köməyi ilə hakimiyətə gəlmiş
Rza Şah Fars Bastangəraylığını və
Rasistliyini üstün tutduğu üçün Avrupadakı İrandan
təhsil almaqda olan kəsimin yönvermə sonucu olaraq Alman
Rasistlərinə yaxınlaşmanı daha üstün hesab etməyə
başladı. Rza Şahın Xanımı Tac əl Mülük
xatirələrində deyir:
Hitler
İranlıları Ariyalı hesab edirdi. Almanlar da Ariyalı
olduqları üçün Hitler Hakimiyət zamanı İrana əlindən
gəldiyi köməyi edirdi. Rza İngilislərin
dəxalətindən yorulduğu üçün Almanlara daha çox maraq göstərirdi.
Almanla İran ilişgiləri dostluğa (oxu:
nəjadpərəstliyə) əsaslanırdı. .... Tehran
camaatının Hitlerə həddən artıq sevgi
bəslədikləri və onun günlük danışıqlarına
Topxana meydanında Radyodan qulaq asdıqları mənim yaxşı
yadımdadır. O zaman çoxlarının radyosu olmadığı
üçün Seyid Xəndan xiyavanından Topxana meydanına dək bir
kabl xətti çəkmişdilər və səsucaldanlar
vasitəsiylə xalq gündə bir saat radyo verilişlərinə
qulaq asırdı. Xalq hər vaqt Hitler qoşunlarının
başarılarını eşitdikdə ürəkdən
Almanlara Hura! çəkir və bəziləri Alman qoşunları
üçün qoyun qurban edirdilər(1). Mən Hitler ilə görüşümü heç
zaman unutmayaraq Rzanın istəyinə əsasən dönə dönə
ona bu görüşü təriflərdim.
... Hitler Rzadan çox tərif edir və onun yaşayışını
yaxşı bildiyini ifadə edir, İranda bir nizamiminin işüstə
olmasından rizayət hissi keçirirdi. Mənim danışığımın
bu bölümü Rzaya çox xoş gəlmişdi. Mən danışığın
bu bölümünə gəldikdə onu neçə dönə
yeniləməli və tikrar etməli olardım(1).
Alın
yazqısı olaraq Hitlerin düşməni sayılan İstalinlə
də görüşüm oldu. Rza İrandan çıxdıqdan və
Məhəmmədrza səltənətə gəldikdən
sonra müttəfiq güclərin Tehranda bir yığıncaqları
oldu. Bu yığıncağa Amerikanın cumhur rəyisi,
İngiltərənin başbaxanı və Sovyetlər
Birliyinin başçısı da gəlmişdi. ... İngilislər və Amerikalılar İranı işğal
etdikləri üçün Məhəmmədrizanın görüşünə
gəlmək istəməyərək Məhəmmədrzanı
onların görüşünə getməyə zorladılar(4).
Beləliklə
bir daha Məhəmmədriza İngilis güclərinə
bəndəliyini imzalayaraq Fars Rasistliyi üzərinə örtük çəkməyə,
Alman Nazistləri və Fars Rasistliyi arasında olan ilişgiləri
ört basır etməyə çalışdı deyə düşünməliyik.
Alman Nazistliyi qarşısında birləşən Müttəfiq
güclər yenə də keçmişdəki iş və
sərmaya arasında olan ziddiyətliyə geri dönərək Güney
Azərbaycan xalqını bu savaşın qurbanı etdilər.
Beləliklə 1946 ilində Güney Azərbaycan Milli Höküməti
Sövyetlər Birliyi və Qərb dövlətləri arasında baş
vermiş soyuq savaşın sonucu deyə bir daha Fars şövenizminə
tabi tutulmağa məhküm oldu. Üstəlik Tehran və
Azərbaycan Milli Höküməti arasında olan 15 maddəli anlaşma
da Fars qara qüvvələri tərəfindən yox sayılaraq(2)
əlaltı Alman Nazistləri yanında yer almış Fars
Rasistləri (3) bir daha keçmiş ağaları, İngiltərə,
qapısına geri dönməli oldular.
Azərbaycan
Milli höküməti basdırıldıqdan sonra Tehranda Məclisə
getmək həvəsiylə Azərbaycan milli basqınına göz
yuman Tudə Partisinə də zaman xoş bağışlamadı.
Onlar Farslıq çərçivəsində öz görüş və
ideolojilərini iləri sürdüklərinə baxmayaraq iki böyük
buluk arasında olan qırmızı xətti -soyuq savaş
sərhədlərini- aşmağa çalışdıqları
üçün hakim Fars sistiminin qəzəbinə gəldilər.
Beləliklə Azərbayban Milli höküməti zamanı İran
Məmaliki Məhrusəsində qudrət boşluğu olduğundan
yaranmış demokratik fəzadan faydalanaraq Fars Tudə
Partisinin kadrolaşdığına baxmayaraq 1953 ilində Fars
Milliyətçiliyini üstün tutmuş qüvvələr ilə birlikdə
Fars şahlıq sistiminə qarşı qoya bilər deyə
xiyalata qapılan Fars Tudə Partisi Məhəmməd Musəddıq
tərəfindən zərbə alaraq Farslıq qoşununda
olan bütün nizamı güclərini qissa bir zamanda əldən
verməli oldu. Bu durum üzərə Tac əl Mülük deyir:
Məhəmməd
Müsəddıq Zahidinin hakimiyət çevrilişinə başvuracağını
bilirdi. Zahedi işini görüb qurtarması üçün Müsəddıq
sakit qaldı. Sonra Musəddıq dərbara gələrək
mənə və Məhəmmədrizaya dedi: Mən
səltənətə xiyanət etmək istəmədiyim
üçün Tudə Partisi ilə işbirliyi etmədim.... Müsəddıq
yaxşı adam idi, bəzən sarayda biz ilə nahar
yeyərdi. Onun böyük xidməti Amerikalıları İrana
gətirmək və İngilislərin əlini İrandan
kəsmək idi. O zaman Kaşani və Müsəddıq arasında
olan dava, gerçəklikdə İngilis və Amerika davasi idi. O
həftənin olayları (21 Mürdad- 28 Mürdad 1332 (1953) Amerikaya
Tudə Partısının hakimiyət çevrilişinə başvuracağını
Müsəddığa bildirməsinə yol açdı. Beləliklə
Müsəddıq Tudə Partisi ilə əməkdaşlıq
etmədən çəkinməyə çalışdı. Tudə
Partisi Mötəmin əl Mülk evində hakimiyət çevrilişi
üçün proqram hazirlamaqda olan və gizlənən Zahedinin tutulmasına
dayir verdiyi süfarişləri Məhəmməd Müsəddıq
eşitməzdən və görməzdən gələrək
ona hakimiyət çevrilişi üçün şərayit yaratdı. Sonra
mənim və Məhəmmədrizanın yanına
gələrək bizim hamımızdan həlallıq istədi
və dedi: Rza Şah qarşısında verdiyi söz və içdiyi
andı nəzərə alaraq səltənətin tətilliyi
deyil, Cumhuriyət yaratmaq və Səltənəti aradan qaldırmaq
üçün Tudə Partisi ilə də işbirlik etməmişdir(5).
Bilindiyi
kimi Zahedi öncə Musəddıq dövlətinin kabinəsində
içişlər naziri olmuş birisiydi. Demək bu şəxs
istər şah və istər Məhəmməd Musəddıq
üçün güvəniləcək bir şəxs idi. Bugün bu
hakimiyət çevrilişini yalnız Zahedi və Amerika güclərinin
başına atmağa çalışmaq vaqeiyyətin yarısını
ifadə etmək anlamına gəlməlidir. Üstə Tac əl
Mülük də ifadə etdiyi kimi iki böyük qudret hər biri İranı
hakimiyət çevrilişi vasitəsiylə yalnız öz əllərində
tutmağa çalışırmış. Amerika Birləşmiş
Dövlətlərinin nufuzu daha artıq olduğu üçün bu
məsələdə üstün gəlmişdir deyə düşünməliyik.
Üstün gəlmə yalnız Tehranda hakimiyəti dəyişmə
açısından deyil, Azərbaycan Milli hökümətini aradan qaldırmada
da Amerika tərəfdarı kimi özünü təqdim etməyə
çalışan Fars Rasistləri üstün gəlmişdilər.
Demək siyasətdə möhrələri yanmaqdan qorumaq üçün günahı
bir gurupun başına atmaq da Amerika güclərinin bir
avamfəriblik siyasəti kimi dəyərləndirilməlidir.
Bu baxımdan Müsəddıq Fars Cumhuriyətçilik düşməni
deyil, Tudə Partisi vasitəsiylə ilə İran Məmaliki
Məhrusəsinə Sovyetlər Birliyinin soxulacağına razı
deyildi deyə düşünməliyik. Üstəlik Azərbaycan
və Kürdüstan 1946 illərində şah qoşunları qarşısında
əldən vermiş moqeiyyətlərini bir daha Sovyetlər
Birliyinin İran Məmaliki Məhrusəsindəki artdığı
ətki və nufuzundan faydalanaraq (keçmişdə Sovyetlər
Birliyi ilə yaxşı munasibətlərə sahib olduqları
üçün) geri ala bilərdi məsələsi də gözdən qaçırılmamalıdır.
Bu da istər Amerika Birləşmiş Dövlətləri,
istərsə də Farslıq
məfkurəsinə qapılmış təşkilatlar başlarında
Məhəmməd Müssədıq təmsil etdiyi fikirlə (özü
Türk olduğuna baxmayaraq) bağlaşacaq deyildi. Bu
nədənlə də bugün Məhəmməd Müsəddığa
təthir quslu vermə çabalarına baxmayaraq fikir baxımından
o da xələfləri olan o cümlədən Pərviz
Vərcavənd kimi bir təmamiyyətçi və Farslıq xulyasına
qapılmış fikir sahabı olaraq qəbul edilməli
və bu zatın dalında milli və demukrat deyə
gizlənmək istəyənlərin hənasının boyağı
qurumağına olanaq verilmədən bu qumaşların mahıyətini
xalq ictimaiyyətinə açıqlamalıyıq.
İstər
sağ (Cibheye Milli, Hizbe Pan.İranist, Ariya və Hezbə
Kargəran Sosyalist İran) və istərsə də solmeab
Fars (Tude Partisi) təşkilatlarının İran Məmaliki
Məhrusəsindəki milliyətlər arasında sayqı
və ehtiramları qalmadığı üçün ictimaiyyəti
hərəkətə gətirsinlər deyə yeni teşkilatlara
ehtiyac görünürmüş. Beləliklə Azərbaycan Milli
Məsələsində yenilmiş nəsilin törəmələri
keçmişdə yenilmiş Fars təşkilatlarında fikir baxımından
əridiklərinə baxmayaraq bir daha İran adı başlığı
altında yeni Fars təşkilatlarının yaranmasına
Məhəmməd Hənifnəjad Sazeman Mucahedin Xəlq
İran və Bijən Cəzəni Sazeman Çerikhaye Fədaiyan
Xəlq İran adlı təşkilatları öz canlarını
qurban verməklə yaratdılar. Bu təşkilatlar fikir baxımından
Cibheye Milli və Tude Partisinin ədəbiyatından faydalandıqlarına
baxmayaraq söz də özlərini bu təşkilatlara muxalif bir
təşkilat kimi ictimaiyyətə tanıtmağa başladılar.
Bu
təşkilatların etdikləri çabalara baxmayaraq İran
Məmaliki Məhrusəsində gözlənilməmiş inqilab
başverdikdən sonra bu təşkilatlar keçmiş
sələflərinin yanında yer almanı özləri üçün
həyatı bir məsələ qələmə almağa başladılar.
Beləliklə 2 oturumda Sazeman Çerikhaye Fədaiyan Xəlq
İran ikiyə bölünərək böyük bir hissəsi
Aksariyyat- Sazeman Çerikhaye Fədaiyan Xəlq İran adı
altında öz yollarını Fars Tude Partisinin yoluna uyqunlaşdırmağa
çalışdılar. Mucahedin Xəlq İran isə başvermiş
inqilab islam adına olduğu və inşab nəticəsində
(ilk Sazeman Peykar, sonra Mucahedin İnqilab İslami və Mucahedin
Xəlq İran) islamiyəti
təmsil edən ruhaniyət tərəfindən doğru
və düzgün qələmə alınmadıqları və
hakimiyyətdə ortaq olabilmədiklərindən sonra Seyid
Məhmud Talaqanli adı dalında gizlənməyə çalışaraq
müstəqil xət yeritməgə çalışdılar. Bu arada
keçmiş sələflərinə (Cibheye Milli İran) ayid olan
Əbul Həsən Bənisədr ilə əl altı işbirlik
etməyə başladılar.
Keçmiş
yazılarda işarə olunduğu kimi Xəlq Müsəlman
Partisinin yayın və basın orqanı Farsça olmasına
baxmayaraq dolayılı olaraq Azərbaycan Milli
məsələsi bu təşkilatın orqanında
ışıq üzü görməyə başlamışdı.
Viləyəti Fəqih mozusunda Ayətullah Xomeyni və
Ayətullah Şəriətmədari qarşı durmasında
Fars fikirli sağ və solmeab qüvvələr genə də 6
dekabr 1979 ilində Azərbazcan Milli məsələsi əleyhinə
səfərbər olaraq bu hərəkəti yeni işüstə
gəlmiş hakimiyət gücləri ilə basdırmağa çalışdılar.
Bu güclər Xəlq Müsəlman Hərəkətini Amerika yançısı
kimi göstərməklə onun mahiyətini xəlq
ictimaiyyətinə tanınmağa icazə vermədilər.
Sonuc olaraq bu hərəkət Amerika yançısı ittihamı
ilə öz nütfəsində boğuldu (6).
O
zaman isə Amerika Birləşmiş Dövlətləri
Sovyetlər Birliyinin çevrəsinə yaşıl qurşaq çəkmək
və yeni İran İslam hakimiyətində yer almış möhrərələri
vasitəsiylə şahın gedişiylə İran
Məmaliki Məhrusəsində öz moqeiyyətini bir daha qorumaq
üçün çabalar içərisinə qapılmış idi. Bilindiyi
kimi Məhəmmədrza İrani tərk edərkən
hakimiyət Cibheye Milliçi olan Şahpur Bəxtiyara Amerika
Birləşmiş Dövlətlərinin icazəsiylə
təhvil vermiş idi. Ancaq Xumeyni İrana gəldikdən sonra
hətta hakimiyətdə yer almış Cibheyi Milliçiləri
bilə açıqcasına Amerika yançısı olduqlarını
giylətməgə çalışdılar. Bu davranışlara
baxmayaraq Abbas Əmirintizamların Amerika Elçiliyinə Tehranda
yol döyməsinin arası kəsilmirdi. Demək, 1953
üncü il Muhəmməd Musəddıq və Zahedi
vəsiləsiylə hakimiyət çevrilişinə baş vuran
Amerika Birləşmiş Dövlətləri bu dönə qoşun
vasitəsiylə hakimiyət çevrilişi deyil, Sovyetlər
Birliyi çevrəsinə düşündüyü yaşıl qurşağın
tərkib hissəsi olan İran İslami Hakimiyət başçılarına
yön verməyi daha öz siyasətinə uyqun hesab edirdi.
Amerika Birləşmiş
Dövlətləri və Fars Cibhe Milliyətçilərinin
diplomatik çabalarını nəzərə alan Sovyetlər
Birliyi və onun yançısı sayılan Fars Tude Partisi bu
hərəkətlərə nizarə qalmaq
istəməyərək onlar da Tehrandaki hakimiyətə yön
verməyə çalışırdı. Onlar islam ideolojisini
qəbul etmədiklərinə baxmayaraq İslam adı altında
olan hakimiyətin əzici və irticaii işlərinə göz
yumaraq bu hakimiyəti devrimcil və inqilabi adlandırmağa çalışırdı.
O zamanki Tude Partisinin sənədlərindən oxuyuruq:
(7). ویا:
(7). و یا:
(8).
و یا:
(8)
و یا:
(8).
و یا:
(9).
و یا:
(10).
و یا:
(11).
Üstəki sərgilənmişlər yalnız
Fars Tude Partisinin Azərbazcan məsələsi qarşısında
ortaya atdığı maneələrdi. Bu təşkilatın
törəməsi kimi qəbul olunan Sazeman Fədaiyan Xəlq
İran- Əksəriyət isə islam inqilabdan difa etmək
üçün Sipah Pasdarları ağır və dağıdıcı
silahlarla yaraqlanmalarını arzu edir və təbliğ edirdi.
Bu üstəkilər Fars
sağ və solmeab təshkilatlarının qüdrəti
ələ keçirmək və hakimiyətə yön vermək
üçün fikir və zikirləri idi. İslam abasına bürünmüşlər
isə keçmişdə Pəhləvilər zamanında axundu maşına
mindirsəniz, maşın aşar (Pəhləvilər zamanı
axundun bədyünm olduğu təblığ edilirdi), deyə eşitdikləri
üqdələri hakimiyətə gəldikdən sonra bu kiravatlıların
başına qusmaq istərkən ağı qaradan ayırd etmə
qabiliyətinə bilə malik olmayaraq islamiyətdən uzaq düşərək
Fars Şövenistliyi və Rasistliyinin də çənbərəsinə
düşdülər. Beləliklə Hezbe Nəjanpərəst
Cibheye Milli Fars, Hizbi Millət İran, Nehzəti Azadi və
Milli Məzhəbi Adlı Fars təşkilatlarını
hakimiyətdən uzaqladarkən özləri bu rasistlərin yerinə
oturaraq Fars Rasistlik siyasətini yeritməklə məşğul
oldular. Beləliklə bir ömür vay islama, vay Muhammada etdikləri
fikir və zikirlər Fars hakimiyətini qorumağa sərf
olundu.
Demək İran Məmaliki
Məhrusəsindəki keçmiş 82 ildəki təşkilatlar
milli və demukrat deyil, yalnız öz görüşləri esasında
xalq ictimaiyyətini minməyə çalışmışlar
demək qənaətinə gələrsək, keçmiş
illərdə milli və demukrat adı altında edilmiş
şəyyadlıqların dərinliyinə ışıq
tutmuş olarıq.
Fars şövenistlərinin
uyquladıqları pilanlara gəldikdə məsələ daha
mürəkkləşir. Onlar yeri gəldikdə özlərini rahat
yaşatmaq üçün İran Məmaliki Məhrusəsindəki
milliyətləri qarşı qarşıya qoymaq arzusundadırlar.
Bu qarşı qarşı qoymalardan biri də bu Məmaliki
Məhrusədəki Türk və Kürd qarşıdurmasının
ola biləsidir. Bilindiyi kimi keçmiş 28 il içərisində Kürd
bölgələrini əmniyətsiz göstərməklə bir çox
Kürd Azərbaycanın Qərbi şəhər və
kəndlərinə köçmək zorunda qalmışlar. Zaman gedişiylə
bu köçmələr yerli kimi görünməyə başladılaraq
Günbatan Azərbaycanın etnik tərazını pozmağa yönəlmişdir.
Beləliklə Kürd
siyasətçiləri də aryu edilməyən bir Fars şövenistliyinə
xidmət edəcək pilanın içinə sürüklənmiş
məqamda yer alacaq görünürlər. Onlar xiyali
xəritələriylə Azərbazcanın Urmiyə, Xoy,
Səlmas, Maki, Sulduz və sayirə şəhərlərini Kürdüstan
Adlandırmağa başlamışlar. Bu məsələ
Azərbaycan Milli məsələsinə əngəl olmanın
yanısıra bu iki xalqı qarşı qarşıya qoya
bilər deyə düşünülməli və gec olmadan və bu iki
xalq arasında küdürət yaranmadan lazimli tədbirlərin alınması
lazim görünür. Bu tədbirlər aşağıdakılar kimi
ola bilər:
Kürd təşkilatlarını
Fars şövenistlərinin oyunlarına gəlmələrinə
dayir uyarı verilməlidir. Azərbaycanda Türklərlə iç içə
yaşayan Kürdlərə onlara demokratik haqların
veriləcəyi onlara başa salınmalıdır. Kürdlərlə
qonşuluqda yaşayan Türk etnosuna bağlı olanları ayıq
və sayıq olmağa çağırmaqla bərabər onların
müdrükləri lazimli tədbirlər görmək üçün hazirlıq
görməlidirlər.
Güney Azərbaycanla
sərhəd olan bütün etnoslar və qardaş toplumlarla dostluq
bağlarını genişləndirməyə çalışaraq
onlarla lazimli zaman işbirliyi içərisində olmaq üçün gec
olmadan bugündən etibarən
diplomatik əməkdaşlıqlar aparılmalıdır.
قایناقلار:
1
تاج
الملوک: دیار با هیتلر:
http://www.peiknet.com/1384/hafteh/06mehr/hafteh_page/83tajolmoluk.htm
2
دولت
و
آذربايجان
نماينده لری
آراسيندا
موافقت
اولونموش
قراردادين
متنی:
http://www.adf-mk.org/T/at.html
3
سومکا
(1): http://www.sumka.blogfa.com/post-2.aspx
4
تاج
الملوک:
ملاقات با استالین: http://www.peiknet.com/1384/hafteh/06mehr/hafteh_page/83tajolmoluk.htm
5
تاج
الموک: من 57 سال در
كوران حوادث
سياسی ريز و
درشت ايران
بودم:
http://www.peiknet.com/1384/hafteh/04azar/hafteh_page/50taj.htm
6
فارس
راسیستلیگینه
یالتاقلیق
ائدنلر می،
یوخسا
اؤلولرینی
قبیردن قبیره
سوخانلار می؟
http://www.baybak.com/Baybak/wp-print.php?p=3969
7
آذربایجان:
:
http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html
8
آذربایجان:
،صحیفه
257- 276.
http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html
9
آذربایجان:
صحیفه 299.:
http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html
10
آذربایجان:
صحیفه 310.
http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html
11
آذربایجان:
صحیفه 340:
http://www.golshan.com/asnaad/toodeh/html/azarbayjan.html
ایشیق
سؤنمز 08.03.2007