DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN
(5)
GÜNEY AZƏRBAYCANDA
ULUSAL GEÇMİŞLİK ANLAYIŞI
9- Dil bilgisizliyi
: Güney Azərbaycanda ulusal kimlilikdən uzaq olmanın
ən başlıca nədənlərindən biri dil
bilgisizliyidir. Dil bilgisizliyindən dolayı Türk toplumunu yoxsun göstərib,
Türkcəni gericiliyin bəlirtisi kimi
aşılamışlardır. Türkcəni moğulların
gətirisi (itxalatı) olaraq topluma yedirtməyə çalışılmış,
onun sonucunda da Türkü söyəməyən yerdə moğulların
aracıyla aşağlamışlardır . Bu konuyla bağlı
20-25 il bundan öncə Tehranda başıma gələn bir olayı
demək istirəm.
Tehran bilyurdunun önündə öncədən düzülüb qoşulmuş
birisilə tanışliğim oldu.
Bir anda tanıdığım neçə qoşuqçuyla qarşılaşdım.
Farslarla farsca salmlaşdım. Türklərlə Türkcə salmlaşarkən
qaraşın gözlüklü tanımadığım birisi yapay bir
səslə ağaro baş bezəbane Teymure ləng
hərf mizəne deyərk mənə hırladı. Məndə
ona get ağzını yu sonra Əmir Temurun Adını ağzına
al dedim. Nə isə ayağ üstü sözümüz uzun çəkmədi
. O, bir dedisə iki aldı. Sonra tanışların önərisilə
orada olan bir çayçıda konunu sürdürdük. Çayçıda dartışmaya
başlarkən mən dedim Arasıra Zaminhova tapınasım
gəlir, bu gündə eləyəm .
O, nə dediyin? anlamadım! dedı. Mən isə
sonunda anlarsan deyib, Türk, fars savaşını başlatdıq
. Geçmişlikdən tutmuş bir çox konuları dartışdıq.
Ən sonunda dil konusuna gəlib, Türk dilinin yoxsul, bilimdən
uzaq olduğunu dedi. Məndən farsca eləcə farsların
borc aldığı neçə ərəb sözcüyünün Türkcəsini
soruşdu. Artığını önünə qoyub, muhakimətü-lluğəteynlə,
Müqaisətü-lluğəteyni belinə yükldiyimdə Torkan
dər zəmane sasaniyanın
yazarı Kave bayatın beli sındı. Sonra ağ
bayraq qaldırıb, qara şoven üzünü yumağa çalışdı:
Yonesko elam kərde əst ke hiç melləti bər hiç
melləti bərtəri nə darəd dedi. Məndə bir
rus uşağıyla , polonya uşağı savaşmaması
üçün L. Zaminhiva ara sıra Tapınıram
dediyimi ona anımsatdım. O gün K . Bayatın qara üzünü qaraldıb,
gözlüyünü buğladıb yola salmışdıq.
Neçə yedəc( həftə) sonra bilyurd yaxınlığında
qarşılaşanda qorxarcasına yaxınlaşıb ,farsca
dedi: Mənim babamda Qaşqayi Türklərindəndi. Ona görədə
soy adım bayatdır. Məndə Əli Tərbizlidən izin
almadan demək səndə tofaleye nəjadsan dedim. Anlamlı
anlamı başın buladı.
Mənim dediyim bu savaş bütün iranın şəhərlərində
Türklərlə farslar arasında getməkdədir. Əsgərlik
dönəmində isə daha çox hallanan bir olaydır . İndi
dil bilgisindən uzaq olan birisi bu qaralamlarla qarşılaşsa,
yenilgi bayrağını qaldırmaqdan başqa nə edə
bilər ? Bildiyimiz kimi iranda fars ulusçularının Türklə Türkcəni
qaralamağın uzun bir geçmişi vardır. Buna görədə
Türk uyğarlığının
ən böyük dəyəri
olan dili qorumamız üçün , dil bilgimizi artırmalıyıq .
İndi Gün Güney Azərbaycanın ilkin
oxullarında 7-8 yaşlı cocuklara basqıyla fars dilini aşılırlarsa,
yuxarı yaşlılar ona dirənməkdədirlər . Buna görədə
dil bilgisilə bu savaşı oxullarda, idarələrdə, küçədə,
bazarda, dustaqda, yaylaqda, qışlaqda,..., aparmaq olar.
Burada
dilin iki önəmli konusuna deyinəceyəm.
A-Dil
törəsi: Geçmişdə
də dil bilgimiz olmadan şah olan xaqanlarımız yanlarında
özgə dilli yazarlar ( mirzələr) gəzdirirdilər. Türkcənin
dil törəsinin( qramatikasının) ərəbcəylə
farscayla ayrı olduğundan, çətinlikdən qorxraq rahat yolu
seçmişlərdir. Özgəyə bənzəyişdən dolayı
özümüzü dil alanında da yoxsul duruma gətirmişik. Ancaq
Əski zəngin Türk uyqarlığının
qalığı olan dil qaynağımız bu yoxsulluğumuzun
görünən üzünü örtmüşdür. Buna görədə toplum gündəlik
yaşmı üçün dilin, dildə toplumun ulusallığın
qorumuşdur. Islamdan öncə göy Türklərdən qalma orxun
yazitları günümüz Türkcəsinin dil törəsilə bağdaşmamaqdadır.
Biriləri onu O dönəm Türkcənin yazım dilinin gəlişməməsinə
balğlarlar. Məncə bu doğru deyildir. İslamdan
qalan Türkcə yazıtlar ərəb etgisində yazılmiş,
ərəbcənin dil törəsini mənimsəmişdir. Yazılanlara
görə acunda düzənli olaraq dil dörəsini ilkin Ərəstu
yazmışdır. Sonrada Ərəblər o dil törəsini çevirib,
ərəbcəyə uyğunlaşdırmışlardır.
Buna görədə bizim yazarlarımızla( mirzələrimizlə)
yazıçılarımızda ərəblərin izindən getmişlərdir.
Ancaq bu yolda dil özəlliyinə baxmadan ərəbcəyə
uyğun dil törəsi yazmışlardır. Buna görədə
dilimizdə doğal mənimsədiyimiz çoxlu Tümcələr
bir çeşit çevirilərdir . Farslarda buna gerte bərdari
deyillər. Bir başa çevirilər sonralar dildə qalıblaşmış,
Türkcə olaraq mənimsənmiştir. Türkcə qarışıq
sözcüklərdə olduğu kimi ,Tümcə uyuşmazlığına
da ( diftongsuzluğuna da) nədən olmuşdur. Bu uyuşmazlıq
sonucu, axıcı bir Türkcəni Türk toplumuna mənimsədə
bilməmişik. Toplum yamax dili ağzında rahatlıqla dolandıra
bilməmiş, sözünü deyərkən kəkələməyə
başlamışdır. İslamdan sonra bitiklərdə
Dədə qorqud dışında gerçək
Türk dil Törəsinə uyğun
tümcəylə azaraq qarşılaşa bilərik. Türk dili su
kimi öz axarında olmadığından bir çox dönəmlərdə
durqunluq yaşamışdır. Bu durqunluğun sonucuda şah
olan xaqanlarımızın unutqanlığına uğramışdır.
Ö. F. Nömanzadə
İyrənmiş ərəb fars sözlərini yan yana düzüb
ədəbiyat demək , ədəbiyatı bilməmək
deməkdir demişdir. Bu Tümcə islamdan sonra yazımımızın
gənəl görünümünün acınacaqlı durumunu
yorumlamaqdədır. Sonralar gerçək Türkcənin dil törəsini
incələmədən, Türk toplumunu dildən ayıran
ədəbi dil ağlatısını topluma sunmuşlardır.
Yazarlar (mirzələr) dilinə ( yazım dilini) yenik düşən
yazıçılarımız bununlada toplumdan uzaqlaşmış,
toplumla söz alış verişinində çətinlik çəkmişdirlər.
Buna görədə toplum qalıba sığışdıran
Flober( fıransız yazıçısı) sayağı tümcələri
anlayamamışdır. Yazıınsal dilin toplum dilindən
uzaq düşməsi sonucu, dildən ürkmə olmuşdur. Dilin
yetircisilə işlədicisi( ürəticisilə tükəticisi)
olan toplum, bu al verdən qaçaraq uzaqlaşmışdır. Dil
altun kimi toplumun ağzıyla incəlib, parlaqlaşar. Toplum danışdığı
dildə topuqlarsa , istədiyini çətinliklə deyərsə
, o dildən soyuyar, uzaqlaşar. Gənclik dili daha çox yumuşaq
, daha çox incə olamlıdır . Gənclik dönəminin duyğularını
oxşamayan dil, yönünü bu duyğuları oxşayan başqa dilə
verər. Bunun sonucunda da yabancı vurğunluğ ərişkənlərdə
yaranar. Bu konu Güney Azərbaycanda çox önımlidir. Ərişkənliyin
duyğusallığını gündəlik yaşamlarında
yansıdanmayan gənclər, istər istəməz yabancı
qaynağına baş vuracaqdır. Bu gün Güney Azərbaycanda
gəncliyin çağa uyğun duyğu ,düşüncəsini yansıdacaq
yeni bir Türk deyimi gənclərdə ana dilinə ilgi yaradar.
Gəncliyin dil pozu olan bu deyimlər , dilin yatırimi olmaqla yanaşı,dilin
qoruculuğunuda edərlər. Bunları yazım dil (ədəbi
dil) qalıblarına salmağa çalışsaq, gözəllini
itirər, sevgidən qalarlar. Buna görədə toplum dilini yazınsal
qalıblardan uzaq tutmalıyıq. Türk dilinin toplum yazımının(
folkolrunun) zənginliyidə burdan gəlmədədir.
Günümüzdə
güney Azərbaycanda dil törəmiz quzey
Azərbaycanla , Türkiyənin arasında bir dildir.
Gənclərin öz Türkcəyə özənmələri bir
nisgilin acığı dışında , gerçəkləridə
yansıtmaqdadır . Çox zəyif bir dil olan farsca, azacıq
edimlərin( fiillərin) quyruğuna yardımcı edimləri
bağlayraq işlənməkdədir. Türkcə düşünən
birisi farsca yazmaq istərkən bu çətinliyi anlayır. Buna görədə
öz dilinə dönmək gərəksinimi duyur. ( Ə. Şamlu
Dr.Bərahənilə ilgili demişdir: ingilizcə oxur ,Türkcə
düşünür, farsca yazır) Bu sözü bütün farsca yazan Türklərə
demək olar.
Çağımızda
da Çoxlu Türkcə Tümcələrdə Farscanın çeviriləri
olduğunu görürük. Ana dildə eytimi olmayanların bu tümcələri
yenə başarıdır. Ancaq gələcək üçün
yetərli deyildir. Mən Quzey Azərbaycanda bir çox tanınmış
dilçilərdən Azərbaycan yazım dilinin
mənimsənməməsini eşitmişəm. Bu konu isə
Quzey Azərbaycan yzım dilinin bir bölgədən (şirvan ağızı)
alındığından qaynaqlanmaqdadır. Ərəblər
isə yazım dillərini quran üzərindən almışlardır.
Məncə Türkcənin yazım dili Dədə qorqud dan alınmalıydı
. Bu yapıtın tapılışından sonra uyğunlaşdırılmalıydır.
Bu yapıt gerçək Türk düşüncəsini Türkcə olaraq
yansıdır. Dədə qorqudu oxuyan bir Türk dili içində
sindirərsə , gerçək Türkcə yazmaqda çətinlik çəkməz.
Dədə korqud Türkcə gözəlliyi olduğu kimi, dil
biləyicisidir( itidicisidir). Onu oxuyandan sonra Türkcənin dil törəsinin
necə olması düşüncəsi yaranır insanda. Dil törəsi
özgələrə məhkum olan Güney Azərbaycan Türkü, dil
pskologiyasını atmaqda çətinlik çəkir. Bu nədənlə
Türkcənin gerçək dil törəsini, Güney Azərbaycan ərişkənlərinin
bəzəyi etməliyik. Ərişkənlərin öz Türkcəyə
özənməsidə, sözümüzün yerndə olduğunu göstərmədədir.
Günümüzlə ilgili bir önəmli konuya azacık deyinmək
istirəm.
...öyrənciləri
vərindən Güney Azərbaycanda bildirilərin sonunda işlənən
bu tümcə, bir başa frscadan çeviridir. Birincisi vər sözü
Türkcə deyil, çılxa farscadır. Yəzddə kirmanda Əfqanistanda
an vər, invər deyimlərilə qarşılaşmaq
olar, ancaq Azərbaycanda vər sözünü ad kimi tarla alanında
farslardan başqa anlamda eçitmək olar. Vərin(
tərəf) Türkcəsi yan,sarı, yön ola
bilər. Ancaq Farscada yiyəlik adıl ( zəmire mülki)
olmadığı üçün, tümcə dolayı yoldan anlam qazanmşıdır.
Bilindiyi kimi farscada yiyəlik adılı yoxdur. Mənim(male
mən) ,Sənin( male to), onun ( male u). Göründüyü kimi adılın
önünə izafat ( male) gəlməkdəir. Biz soruşsaq
kimdən ? Yanıtlanacaq : Yaşardan , oxtaydan..., Fars
isə deyəcək: əz
tərəfe Yaşar ,
əz tərəfe oxtay,..., . Ancaq gerçək Türkcə tümcə
örnək üçün belə yazılmaldır: Tərbiz biliyurd öyrəncilərindən.
Tərbiz biliyurd öyrənciləri.Yazılmasıda doğrudur.
Yuxarıda dediyim kimi biz farscanın yoxsulluğunu , dil
bilgisizliyimizdən Türkcəyə uyğunlaşdırmaq
istirik . Buna görədə
farscada yiyəlik adılın olmayışını farscanın
ayibi deyil , Türkcənin yoxsulluğu kimi görürük. Sözcüklər
bölümündə bu konuya bir az açıqlıq gətirəcəyik.
Bu gün Güney
Azərbaycanda Türkcənin eytimi yasaq olamasından dolayi,
istəklilər gerçək dil bilgilərini Dədə qorqutdan
ala bilərlər. Oda bu yapıtı çox oxuyub, içə
sindirməklə olar. Güney Azərbaycanda yüksək dil bilgisilə
egemən dilin basqısın qırmaq olar. Bu dil bilgisilədə
toplumun itirilmiş ulusal
kimliyini yenidən qazandırmaq
çətin olmaz . Buna görədə bu qonu çox ağır basmalıdır.
Ağırlığı bu yönə qoyarsaq zəyif olan farsca
egemənliyini itirər. Egemənliyioni itirən farscanın
qondarma uyqarlığıda unudular.
B- sözcüklər: Sözcüklər dilin danışma
araclarıdır. Bu araclar çox oldusa dilində danışma
olanaqları çox olur. Sözcüklər göbələk kimi azacıq
hava dəyişimilə yaranmazlar. Onlar toplumda olan yeniliklərlə
gənəldə yaranarlar. Buna görədə bir sözcük toplumun
yaşam dəyərlərinin ölçüsü, eləcədə anlamıdır.
Bir sözcüyü bilikli öldürmək yalın bir cinayət deyil, soyqırımdır.
Çün bir sözcük ölürsə, demək böyük bir toplumun ana
dəyəri ölür deməkdir. Bir sözcük yalnız bir parça
topraq deyıl, bir yurd bir ulusdur. Bu nədənlədə bir sözcüyü
öldürmək, bir yurdu basmaq , bir ulusu soyqırım etmək
deməkdir. Biz çağın əlilə ölən ( arxeik) sözlərdən
danışmırıq. İndi bu açıdan baxdığımızda
Güney Azərbaycana edilənlərə ad vermək çətin
olar. Çün cinayət üstü cinayət , soyqırım üstü soyqırım
edilmişdir. Dili insan yaşamının ən üstün buluşu
olduğunu düşünsək , bu ağlatını geçmişlikdə
hitlerlər,koroşlar belə etməmişlərdir. Güney
Azərbaycanda edilən cinayət, fars uyğarlığının
20.ci 21.ci yüz ildə insanlığa
etdiyi qorxunc bir olaydır.
Öncədə
yazdığım kimi, Güney Azərbaycan Türkü dədələrinin
zəngin söz xaralından yemiş, biliksiz olsada yabacılara(yabancı
dillərə) qarşı dirənmişdir. Egemən olan fars
dili , yetərsiz, eləcədə kuralsız olduğundan,
iyrənc yaratıq kimi ərəblə Türkdən
oğurladığı sözcüklərlə ( deyilənə
görə yüzdə yetmişin üzərindədir) ölüsünü günümüzə
daşımışdır. Ancaq bu ölünün qoxusu çağdaş
yaşm olanaqlarından, eləcədə gözəlliklərindən
yararlanmamızı önləməkdədir. Yobazlıqla çağın
gözəlliklərini beş üç qoşuqçünün turşmuş qoşuqlariyla
kölgləməkdədirlər. İrfanla təsəvüf kölgəsində
qoxuyan o qoşuqların bitiklərinin yapraqlarına, artıq Güney
Azərbaaycan ucqar kən baqqallarında ( baxallarında)
belə ucuz xurma bükməzləır. Nə etmək olar özlərinin
Sədisi demiş : Tərbiyət na əhlra, çon
gerdəkan bər qonbəd əst. Bizdən demək ,
firdosdan da eşitməmək.
Fars
dilinin sözcük yoxsulluğuyla , dilin kuralsızlığı
yoxsulluğuna nədən olmuşdur. Onlar sözcükləri yabancı
dillərdən almaqdan çəkinməzlər.
Çün dillərinin kuralsız olduğuna görə istənilən
sözü işlədə bilərlər. Ancaq o sözcüklər sonra
yeni bir sözcük yaratmadığına görə ölü kimi atıqlığa
gedər. Bununlada dildə boşluq yaranar. Bu dilin edimlərinin(
fiillərinin) çox çox az olduğunu bilirik. Dilin kuralsız olduğu
yeni edimlərin yaranmasına Türkcədə olduğu kimi yardım
etmir. Türk dili adlarla sifətlərdəndə edim düzəldə
bilir. Ancaq farscada yeni bir edim düzəltmək olanağı
yoxdur. Buna görədə bir edimin quruğuna, yardımcı edim
əkləmək gərəkir. Örnək üçün Türkcədə
yemək, farscada xordən ediminə çoxlu yardımcı
edim əklənərək başqa dilləri qarşılaşmağa
çalışılmışdır. Bunların Türkcəsi
çox gülünc alınır. çırpılmaq, yıxılmaq edimi
yerunə farscada zəmin
xordən( yer yemək), sürüşmək yerinə sor
xordən, Aldanmaq yerinə qul xordən,... kimi qondarma sözlər
yaratmışlardır. Farscada ən
çox işlənən edimlərin biridə etmək (
kərdən ) edimidir. Bunun mindənə Türkcə edimi qarşılamaq
üçün yardımcı edim gətirsələrdə, anlam dolğunluğun
daşımaz . Ancaq onlar anlamlı anlamsız bu
kərdən yardımcı edimini işlədəllər.
İşləmək (kar kərdən), baxmaq( niqah
kərdən), boyamaq (rəng kərdən)... kimi çoxlu söz
birlikləri demək olar.
Türkiyədədə
Hind avropa dillərinin etgisindən gələn bu sayrılıq
yayılmaqdadır. Örnək üçün yapmaq əskidən yalnız
bir yapmanı birdə çörəyi yapardılar. Ancaq indi çayıda
yapırlar. Umarım bu dil ərincəkliyi Güney Azərbaycana
yayılmaz.
Türk dililə fars dilinin sözcüklərini qarşılaşdırmaq
, fillə siçanı qarşılaşdırmaq kimidir. Bunu öncələri
iki böyüyümüz( Ə. Nəvayı, Dr.C. Heyət) qarşılaşdırmış,
sonra deməsələrdə işin sonucuna varmadan yarıda
qoymuşlardır. Çün, Türkcə egemən olmasada sözcük yaradıcığında
qısır qalmamışdır. Fars dilini tehrandan düşənbiyə
kimi uzadıb, başqa alanlarda yeni sözcük yratsada , yeni edim
yaradamayacaqdır. İndi bu dil şəkər
olmasın kəllə qənd olsun , nə varsa budur. Güney
Azərbaycan Türküdə bu dili yeni öyrənəndə
çaşbaş qalır. Çaşbaşlaığa alışandan
sonra isə işin nə yerdə olduğunu anlamır. Ancaq
bir gün Ə. Kəsrəvi kimi işin dərinliyinə varanda
əfsus dir şode əst. Zəbane Türki əz ləhaz loğət
və zəman ba zəbane farsi qabele moqayese nist. çon xeyli
qəni əstdeyrlər.( zendeqaniye mən- mənim yaşamım).
Bir deyimimizdə deyilir: Çox başlar bu daşa
dəyəcəkdir. Görəsən Ə. kəsrəvi
gəvəzələməkdən öncə bu gerçəkliyi
bilsəydi, yenədəmi öz ulusuna belə təpik atardı?
Məncə yox. O, Türkcənin yayılması üçün çalışardı.
Kəsrəvinin yazdığı farscada o dilin
yetərsizliyinin bir örnəyidir. Bunun üçündə dil konusunda
bilgisiz olan bir çox aydınımız yabancıların
dəyirmanına su axıtdılar. Bu konuyla bağlaı
Həbib Sahirin Ə Karəngin dil bigisizliyindən qaynaqlanan
buluşlarıyla ilgili yergisini vermək
istirəm. Yanılmıramsa yoldaş dərgisində çıxmışdır.
/ Serçə söhrədir , supada sepadır. Göründüyü
kimi bu adam elm dənizidir. Üç ayaqlı eşşəyin olduğunu
öyrəndik/. Bu yobazlıq yarışmalarını ödülləndirən
Mahmud əfşar qurumu belə bir işlərə önəm
vermək üçün yaranmışdır.
Ə . Tərbizli deyirdi : M. M. Etimad Tərbizdən
tehrana sürgün edilib, ona tehran radyosunda iş vermişdilər. O,
gündə mənim yanıma gəlib, farscada qarşılığı
tapılmayan sözcüklərlə ilgi
məndən yardım istərdi. Ancaq birlikdə nə
edərdiksədə qarşılıqlarını tapa
bilməzdik. Buna görədə düşüncəni farscanın
qurbanı edib, başqalaşdırardıq. Bir ara farsca yeni sözcük
yaratmağı düşündük , dilin qısırlığından
onuda edəmədik. Göründüyü kimi Güney Azərbaycanın
iki düşünürü nə edirlərsə Türkcələrə qarşılıq
farsca tapamırlar. Onlar
50 il bundan öncə farsca düşüncələrinə
uyğun sözlər tapamırdılarsa
, indinin gənc quşağı teknoloji
dilini farscada hardan taparlar? Biz Bütün farsca yazan Türklərin dilinə
baxsaq bu yetərsizliyi görərik. Farslar dillərinin olanaksızılğına
alışdıqları üçün, bun görməzdən
gəlirlərdir. Onlar gəvşədikləri honər
nəzde iraniyan əsto bəst, farsi şəkər əst,
nəjade pake ariyayi,... kimi sözlərin qurbanı olmuş,
acunun gəlişməsini bilməyərək koroş To be
xab ma bidarim in yanında uzanmışlardır. Bizimdə
bunlarla bir yerdə ölənlərimizə ( R. Şəfəq,
K.İranşəhr,M. Murtuzəvi,..) bir daş altdan bir daş
üstən, rəhmətmi,lənətmi düşər, mən
bilmirəm? Ancaq bilirəm Dr. Bərahənin dediyi kimi Türkcənin
içində olan od, onu alovlandıracaqdır. Bu alovu daşıyanlar
Güney Azərbaycan Türk ərişkənləri olacaqlardır.
Bu nədənlə onların dil bilgisizliyindən yoxsulluqlarına,
Türk dilinə uyğun olmayan qalıblarında yükünü artırıb,
qorxutmayaq. Onlar yalnız öz Tütkcə sözlüklərə özənib,
yazsalar, gələcəkdə gerçək Türcənin qalıbınıda
tapacaqlardır. Türk sözcüklərinin özgürlüyünü dil törəmizə
yükləməklə , bu uca görünən dağları aşmaq
olar. Türkcənin söz zənginliyi aşılacaq çətin
yollarda ən böyük yardımçımızdır. Ancaq
öz Türkcələrdə söz kurallarını
önəmsəməliyik. Türkcə yeni sözcüklərin düzəltilməsilə
bağlı ən önəmli yapıtlardan biri , əski Türk dil
başqanlarından Prif.Dr. Hamza Zülfikarın yazdığı
Terim sorunlarıla Terim yapma yolları yapıtıdır.
Güney Azərbaycanda da bu işi böyük
bilgin qoşuqçu Dr. H Nütqü (Aytanın )
varlıq dərgisində yazılarında oxumuşuq. Onun
etgisində öz Türkcəyə özənən Barışmaz kimi
qoşuqçular sözlərini dedilər. Barışmazın
nəğmə dağıyla istimar, udumlu dirək
kimi yapıtları bunu göstərir. Barışmaz Nəğmə
dağıyla istimar yapıtını Aytənə sunmasınıda
onun(Aytənin) öz Türkcə sözlüklərə qayğısını
nədən göstərir. Dr. H.Nütqi bir yandan dilimizdə yaşaya
bilcək əski sözləri , bir yandanda Türkiyədə olan
yeni sözləri Güney oxucusuna sunurdu. Dr. H. Nütqinin dərin Türk
dil bilgisi , bu bilgidən qaynaqlanan Türkcə vurğunluğunu Güney
öz geçmişində yaşamamışdır. Bu gün Güney
Azərbaycanda öz Türkcəyə özənti varsa , onun ən başlıca
nədənı varlığın
yapraqlarını bəzəyən
Dr. H. Nütqünün arı Türkcədə yazdıqlarıydır.
O boşluq indidə dolmamışdır. Çün, Dr. Nütqi kimi bir
dilçinin yetişməsi uzun illərin nisgilidir. Bu gün güneydə
gənclərin öz Türkcəyə özənmələri , onun
qayğsının dəyərlənmsidir. Bu böyük bilgin, qoşuqçuyla
sonra genış yazcağam
Güney Azərbaycanın geriyə qalmışlığının
ən başlıca nədəni, yetərsiz fars dililə güclə
eytim almasıdır. İnsanlığa
edilən zülüm dışında, farscanın yetərsiz olduğundan
toplum , əkin, dil( sosyolingüvistik), teknolojı , siyasət,...,alanlarında
da istədiyi bilgini ala bilməmişdir. Bu bilgisizliyin sonucuda
yabaz inanclara sarılmışdır.
Türk dilinin acunun ən kurallı dili olmasını bilirik
(edimlərin) . Bu dildə yalnız bi kuralsız edim vardır.
Bu konunu İsak Asimov acunun 1001 ayrıqı( istisnası)
yapıtında vermişdir. İngiliscədə kuralsız
edimlərin sayı 200 kimidir. İndi belə bir kurallı
dillə qırımlıq etmək, insanlığa qırımçılıq
deyilmi ? 20.ci yüz ilin böyük flosofu
olan B. Rosel dincəlişin övgüsü yapıtında
deyər: Hitleri etgiləyən Fixte Türk
dilini bilmədən , Alman dilini üstün dil olaraq yorumlar.
Bu gün acunun birinci dil konumunda olan ingiliscənin filosofu, bu
düşüncəni deyirsə, biz dilimizlə ilgili daha çox
bilməliyik. Bu konuya başqa bölümlərdə yenə
deyinəceyəm.
Güney Azərbaycan ulusalçılıq
yüz illərində
Acunda böyük fransız
devrimindən sonranı (1789) ulusalçılığın başlanması
kimi dəyərləndirilər. Bu nədənlədə 19.cu
yüz ili, ulsalçılığın oyanışı kimi
verərlər. Bu düşüncə 19.cu yüz ildə fransada başlasada,
Almaniyada daha çox gəlişdi. Bismarkın o illərdə yetişməsində
Fixteylə ,niçe kimi flosufların etgisi oldu. Niçe ön görülərində
20.ci yüz ilidə ulusçuluq dönəmi olaraq deyirdi. Ancaq Marks əski
havada olan sinfi savaşların yüz ili olaraq görürdü. Birinci,
ikinci acan savaşları Niçenin ön
görüsünün doğru olduğunu göstərdi . Ulusçuluğun öncə
batı avropanı sonra isə doğu avropanı öz etgisinə
aldı. 20. yüz ildə isə acunun bütün yerlərinə yayıldı.
Osmanlı imratorluğunu etgisinə alan bu dalğa,
sonralar parçalanmasına gətirib, çıxardı. Tənzimat
kimi yumşaq bir axımda ərəb ulusçulğunu önləməz
oldu. Quzeydə Rus ulusçuluğu güclü yazımla toplumlarını
uluslaşdırmağa yönəldilər. Bunun dalğaları
Rus impraturluğunda yaşayan uluslarıda etgisi altına aldı.
Öncə kırım, sonra qazan tatarları bu axımlara qoşuldular.
Bu axım çox çəkmədən Quzey Azərbaycanıda içinə
aldı. Bakıla İstanbulada yaranan ulusçu qurumlar , Tərbizlə,
urumiyədə də səsdaşlarını tapdılar.
Ancaq o dönəm Soy kökü Türk olan Qacarlar Şah Hüseyn, Vay hüseyn
yuxusundaydılar.
Bu yuxuların buluşçuları olan fars ulusçuları , şəriyət
hökmlərilə Qacarları silkəlyə bilirdilər.
Ardı var
Ersan
Erel