Bizim
ağılsız uca adam!
Bir
ata sözü belə deyir: Uca adamın ağlı topuğunda olar.
Xəzəryani
ülkələrin toplantısı sona gəldi, sonucsa hiç bir
şey olmadi!
İranın
bu günkü durumuna baxan hər kəs bilər ki Xəzər üçün
toplantı qurmağ bir bahanədir ki İran özünə
muttəfiq toplasın.
Rusia
ilə İran arasında olan alış verişə baş
əyən bizimkilərsə, bu toplantıda oynadılar.
Günlər
Putin Putin deyən İran hakimiyəti və mediyalar, yüzdə
bir bilə o biri prezidentlərə vaxt ayirmadılar. Cənab
Putin ilə ilgilənən İran prezidenti, onunla nə oyun hazırladıqların
aydınlaşdırdi.
İran
çox ağır durumdadır. Uluslar arasi bağlantılari qopmağ
üzərədir və hər an ABŞ ya İsraiyl saldırısına
məruz qala bilir. Bu iş belə qolay olmasada, təhlukəsi
açiq aşkar his olunur.
İran
üçün bu çıxmazdan qaçmanın yolu, yeni muttəfiqlər tapmağ,
və ən önəmlisi bölgədə olan dominant guclə yaxınlşmaqdır.
İştə o üzdəndir ki cənab Putin bu oyunlarda baş
rolu oynayir.
Bizim
uca adamsa bu oyunlardan xəbərsizcəsinə meydana girir. Daha
öncə dəfələrcə İran üçün abrı qazandıran
Əliev hakimiyəti, bu dəfədə öz görəvin yerinə
yetirdi. İrani insan haqlari pozan listəsindən çıxardan
Əliev hakimiyəti, Xəzəryani ülkələrin toplantısında
daha da çox xidmətdə bulundı.
Xəzər
dənizi illərdir ki bir bəhanə şəklinə dunuşub.
Sovetlər dönəmində bir çoxlu Türk ülkəsi işğal
olunaraq rəsmən öz təbi haqlarından uzaq duşdulər.
Bu haqlardan biri Xəzər dənizindən yararlanmaqidi. Buna ayri
yöndən baxan Rusyia və İran, türk ülkələrinə
yandan girən qonağ kimin baxırlar və onların rəsmi
haqların verməməyə çalışırlar.
Geçən
ay İran yetkililəri Azərbaycan Respoblikası bizimdir diyə
çıxış etdilər. Azərbaycan devləti buna susdu
və utanmazcasına İran prezidentın ağırladi! Anlaşılmayan
bir şhey var ortada. Oda budur ki, əgər birisi sənin var
olmağıva inanmaiyb və səni öz mali kimin bilir, necə
sənin üçün yararli ola bilir ki?
Ermənistana
baraj, körpü, yol, yanacaq təsisləri və alt yapi
tikintilər verən İranla, bizim torpağlara göz tikən, işğal
edən və soydaşlarımızı asimilasyia edən
İranla, bizim nə munasibətimiz ola bilir, ya daha doğrusu
nə munasibətimiz olmalıdır?
Bəllidir
ən doğal davranış belədir ki hər bir ülkə,
öz qomşularila dostluq içində olmalıdır. Bu iş
həm iqtisadi və həm sosial ilərləmə sağlayar
və bölgənin durumun təsbit edər.
Ama,
bizim var olduğumuz bölgə o biri bölgələrə
bənzəmir. Burasi bizim tarixi torpağlarımızın olduğu
bölgədir. İlginc olan budur ki, bu bölgədə bizim haqlarımız
qomşularımızdan, və hatta qomşu olmayanlar
əlilə daha çox əlimizdən alınıb.
Azərbaycan
adına qurulan Azərbaycan respoblikasi nə etməlidir?
Bu
hakimyiət getdikcə anti Azərbaycan sıfatların ortaya
qoyur. Azərbaycan adına çıxış edən bu
hakimiyət, artıq ən böyük parçamızı, Güney bölümün
önütub. Güney ilə ilgilənməyn Əliev hakimiyəti işi
burda bitirməyib və hatta Güneydə baş verənləri
Quzeydə yaşayan soydaşlarımızdan gizlədib və
hatta Güneyə qarşi işləmlər yapır. Örnəyin,
məclisimizdə olan İran-azərbaycan dostluq cəmiyəti,
İran siyasətin yürüdərək, tam gucuylə bizim əleihimizə
çalışır. Al-Verlər, ilişkilər və çıxışlar
tam aydincasına Güney parçamizi görməməzlikdən gəlir.
İran
içində yaranan neçə örgüt bizə qarşi təbliğat
və təxribat aparmaqdalar. Terorçulari örgütləyib və Quzeyə
göndərir. Erməniləri dəstəkləyir. PJAK teror örgütünə
İran şirktləri tərəfindən site açır. İran
yetkililərinin verdigi yardımlarla dərgilər,
qəzetlər yayilir. İran NGO-su adına ARAN təbliğatlari
aparılır. Quzey Azərbaycana Aran adi verərək orani
bizdən ayri göstərməyə çalışıb və
təhlukəli şəkildə geniş çalışmalar aparır.
Quzeydən olan mollalar, muəllimlər, şaiyrlər və
professorları yemnədib, bizə qarşi çixiş etməyə
təşviq edir. Və, bunlar hiç də gizli dəyir. Görəsən
bizim uca adam bunlari anlamır?
Hər
bir fırsatdan yararlanaraq öz istəklərin Azərbaycana
təhmil edən İranla nə etməlyik?
Gucsuz,
aslanan bir hakimiyət kimi tanınan Əliev hakimiyəti
nədən Azərbaycan milli mənafəinə
sədaqətli olmur? Nədən Araz-ın bu tayinda olan soydaşların
ölümünə, işkəncəsinə və asimilasiya olmasına
göz yumur? Nədən həm Rusiya, həm ABŞ, həm İran,
həm İsrail və inanılmazcasına Ermənistana yönəlik
çalışır?
Son
zamanlarda Güneyə o qədər açıq zərbələr
vurulub ki Əliev hakimiyətinə olan şubhələr kesin
faktlara dunuşub. Dünya devlətləri bir az da olsa bizimlə
ilgiləndikləri var, ən azından bir neçə Avrupa ülkəsində
bizim lehimizə bəyanatlar verilib, uluslararasi bağış
örgütü bizim siyasi məhbuslarla ilgilənib. Ama, Azərbaycan
respoblikasi adına hiç bir səs çıxmayib. Hatta, aldığım
bilgilər bunu göstərir ki hakimiyət
bir neçə ğeiri rəsmi çıxışlari önləyib
və medialara uyari verib!
Azərbaycan
indiki durumdan tam olaraq qazana biləcək yerdədir. Belə ki,
İran və Rusiya istəklərinə qarşi durub, NATO varlığila,
İraqda olma vəziytilə, ABŞ ilişkilərilə
və İsrail iştirakila, Azərbaycanda İran əlilə
yaranan terorist və islami örgütlər, bölgədə olan basqılar
və qorxuları dəngələyə bilir.
Azərbaycan
gərəkdir ki bu durumdan yararlanıb, Qarabağ, Güney,
Kərkük, Qibris, Çeçen, Doğu Türküstan və Din, Kürd və
Erməni teroru məsələsin masaya çixartsın.
Beləliklə, öz haqlarımızın unutulmasın əngəlləyib,
bölgədə yaranan guclər arasına yerləşib və
onlarla birə-bir iləriləyə bilir.
Azərbaycan
tam anlamında 4 yol rolun oynamaqla, öz varlığın, tarixi
torpağın və Türk dünyasın qoruya bilir. Bu
vəsiləilə, Azərbaycan bir gərçək gucə
bədəl olur və oyuncaq olmaqdan qurtulur. İndiki
Azərbaycan qomşu ya uzağ ülkələrin kuklasıdır.
Azərbaycan
adına iş başına gələn Əliev diktaturluğuna
guclu bir muxalifət gərəkir. Bu muxalifətın işi çətin
olsada, millətimiz üçün yararli ola bilir. Ama, əgər bu
muxalifət, daha öncəki məqaləmdə yazdığım
siyasətlərə oyuncağ olubdursa, demək ki bizimdə işimiz
yanıbdır.
Xəzəryani
ülkələrin toplantısı İran və Rusiya qazancilə
bitdi. Bizimkilərə ama, bir yadiqari əks və utanc verici bir
xatirə qaldi. Putin imparaturlar kimin ağırlanarkən,
bizimkilər kitabın son səfhəsində yer aldılar.
Xəzər statusu bəlli olmadi, bölgədə olan basqılar
azalmadı.
Azərbaycan
prezidenti adına imza atan İlham Əliev, İranın ərazi
bütövlügün dəstəklədi, və bu işlə, Güneyə
Quzeydən gələn yarım yamalağ dəstəklərin
önun aldi. Muxalifət üçün bir tüzağ hazırladı.
İrana
saldırı üçün torpağın başqa ülkələrə
verməmək imzasila, İranın dünyaya yaratdıği
təhlukələrinə dəstək verdi və ABŞ qarşısında
Rusiyadan yana çıxdi.
Al-ver,
ged-gəl və siyasi ilişkilərin çoxalmasila, İran bir
millət olaraq adlandırıldi! Yani ki, genə Güney zərbə
yedi.
Bu
durumda, nə bölgədə olan gərçək sorunlar yer alib,
və nə Azərbaycan üçün artırılan maddələr
yerləşib.
Dünyanın
o başında bir iclas olursa, İslam dünyasına olan əziyətlər
qınanır, ama, bu sammitdə, Qarabağ məsələsi
unutuldu. Əliev hakimiyəti bu fırsati
dəyərləndirmədi.
Normaldə
xarici işlər nazirlərinin işi olan sammitə, prezident
səviəsində gedən Azərbaycan və o biri Türk ülkələri,
əslində cənab Putin və cənab Əhmədinəjad
sammitinə dəyər qazandırmağ üçün ora çağrılmışdılar.
Bizim ağılsız uca adamsa ...
Xəzər
haqlarına qavuşmadan, Güney və Qarabağ əldən
gedib və müttəfiqlər küsəcək duruma duşublər.
Rusiya ABŞ-a boynuz göstərmək üçün, bizi qullanır.
Azərbaycani
birləşdirməkdən uzaqlaşdıran muqavilələr,
batil olmalılar.
Təbrizli
Baybək
17/10/2007
Glasgow