ƏSGƏRƏ MƏKTUB

 

Salam,Əsgər.Necəsən?Halin necədi?Yeməyin dadlidirmi? Geyimin istidirmi?Bilirsən niyə “Əsgər”i böyük hərflə yazdım? Çünki o ad ele qururla səslənir ki,adamin tükləri biz-biz durur.

            Xalam uşaqları Əsgərliyə gedib-qayıtdıqdan sonra bizə orada baş verən hadisələrdən danısırdılar. Hətta  başlarına bəzən elə şeylər gəlib ki, onlari dinləyəndə həyəcanımdan əsirdim.

Mənim cəmi bir dayıoğlum var.  Ona isə Əsgər demək olmaz. Düzdü, əsgərliyini çəkib qurtarıb, amma danışmaga bir sözü yoxdu. Bilirsənmi niyə?Yediyi dönərin növündənmi danışsın? (dayım və dayıdostum hər gün ona ev yeməkləri, ya da hazır dönərlər aparırdılar). Mən isə istəmirəm sən belə Əsgər olasan.

Əsgər! Bilirsənmi Vətənin neçə faizi işğaldadı?Zənimcə, deyəcəksən 20% -i. Yox,Əsgər, 80%-i ,bəlkə, ondan da  cox .

            Mən arabir dərs oxumaqdan yoruluram. Dərslərimiz çətinləşdiyi üçün çox zəhmət tələb edir. Amma gözümün önünə siz gələndə mənə oxumaq həvəsi gəlir. Buna görə sizə təşəkkür edirəm...

            Üzüntülüdü. Həqiqətdi. Torpaqlar əldən getdi! Kim qaytardi Cənubi Azərbaycanı?! Kim qaytaracaq Qarabagi?!

            Bizim məktəbdə həmişə “Vətən dərsi” adlı silsilə tədbirlər keçirilir. Növbəti tədbirimizdəki səhnəciklərin birində mən Əsgər bacısı rolunu oynaycagam .İstəyirəm sənə həmin rolda söyləyəcəyim şeirin sonuncu misrasını yazim: “Qana qan istəyir,qardaş, Qarabag!”

            Ata-anan səni, yəqin, mərd,qürurlu bir övlad kimi böyüdüb.Onların əllərindən ,sənin isə üzündən öpürəm.

            Darıxmırsan ki,Əskər?Darıxma ,igid,ora darıxılası yer deyil . Deyəsən ,çox yazdım,bu məktubu yazmaqla bitməz .Onda gəl sağollaşaq.

            Sənə məktub yazmaq mənim üçün şərəfdir

Eşq olsun  Azərbaycan Türk Əsgərinə!!!...

 

 

 

 

QƏDİRLİ NƏRGİZ