Manqurt
Son
illerdə Guney Azərbaycan milli aktivistlərinin siyasi ədəbiyyatinda
eslinde psykologik anlam daşıyan bir qavram, tam siyasi anlam daşımağa
başlamışdır. Bu qavramın qaynağı sayın
DrşSedrin dediyine görə Monqol dilidir. Oxucunu yormadan deyimki
mən Manqurt qavramından söz açıb danışmaq
istəyirəm.
Guney
Azərbaycan milli qurtuluş savaşında özünə özəl
yer alan Manqurt qavrami, menim fikrimce getdikcən yanlış və
yersiz işlenilir. Biz az qala Manqurtları özümüzə birinci düşman
hesab etməyə yaxınlaşırıq ! Ama maraqlısı
budurki bizlerin bir çoxu eyni zamanda öncə manqurtları oyatmamız
gərəkir şuarı verirlər ! Mənim başa düşmədiyim
konu budur : Düşmandırsa egər, nədən ayılsınki
? Ayılıbda daha çox qan tökməyi öyrənsin ?!?
Yox,
əgər öz millətimizdən olan Manqurtlar düşman
deyillərsə, bəs nədən yerli yersiz harda darda qaldıq,
derhal onlara dilde saldırıb və bütün günahları onların
başına yıxırıq ?!? Bu Manqurtların təklifin
necə tein etməliyik ? Onlarla necə davranmaliyiq ? Bu sorğular
hələdə cavabsız qalmışlar məncə .
Mən
öz düşüncəmdə bu məsələyə bleə baxıram
:
Tariximizi
araşdırmaqla hemin dönəmləri tapmalıyıqki o dönəmlərdə
bizim millətdən tək-bə-tək deyil, SÜRİLƏ
manqurtlaşmaga üz qoyanlar olub ! Ən azı son 1000 ildə bu dönəmləri
arayıb tapmaq məncə tarixçilərimizçün bir
oqədərdə çətin olmaz. Güntay bəyin Səfəviyyə
devrinə gözəl baxışları vardır məncə.
Həmin metodu Səfəvilərdən öncə ve sonraki Türk
Şahları devrin araşdırmaqda işə salsaq, sanıram
20-ci əsrin əvvəllərinəcən Manqurt yaradan
devranlarımızı və NƏDƏNLƏRİN
tapacayıq.
Söz
konusu son 100 ildirsə :
Məncə
son 100 ilin vəya Riza Planinin iş üstə gətirilməsi
zamandan ( 82 il) , Manqurtşinaslıq
elmində daha az çətinlik çəkəcəyik !
Bəzən
eşidirsənki milli aktivistlər Anti-Manqurt
siyasəti qabaöa aparmaqçün, birbaşa bugünki adi
millətdən olan Analara səslənillərki : Uşağınla
Türkcə danış ! İlk baxışda gözəl eşidilir
ama gərçək budurki Güney vəya bütün geri qalmış ölkələrin
İLK Manqurtları , həmin
millətin aydınları içindən çıxıb ! Bunu
subut etməkçün zərrə qədər çətinlik çəkmərəm
!
Hətta
günü bugündə Güney kəndlərinə getsəniz, orada BÜTÜN
Analar öz uşaqların Türkcədə danışdırırlar.
Demək gərçək budurki Manqurtism prosesi öncə hər
millətin oxumuşlarından başlayır və sonra şəhərlərə
sirayət edir və Kəndlər SON
səngərdilər . Sözlərimin bu bölümündə subut
etməkdə heç bir çətinlik çəkmərəm sanıram.
Sənəd istəyən olarsa, ozaman bu haqda daha geniş danışarıq.
Yuxarikadı
paragrafı yazıbda ortaya çıxarmaq istədiyim sonuc budurki :
Anti Manqurd şuarı verən aktivistlər, ilk öncə aydınlarımızı
tuşlamalı, sonra şəhərlərdə yaşıyan
ortasinfi və sonunda bu qaragünlü alçaldılmış Analardan
yapışınki uşağınla Türkcə danış
!
Bu
odəkdirki bu xəstəlik əslində əski aydınlarımızdan
millətin bir parçasına köçmüşdür və bleəlikdə
dərmanıda bugün özünü MİLLİ aydın adlandıran
şəxslərin əlindədir vəssəlam ! Onlar 10
illər boyu dedikləri yalanlardan tikdikləri Manqurtism Qalalarını,
bizlər bugün Kərpic-Kərpic sökməyə məcburuq ! Bu
binanı birdən yıxarsaq, ozaman manqurtlar hamısı EVSİZ
qalacaq ! Bu zarafat deyil !!! 10 illər boyu yalanlardan kimlik
yaradıb və içində
yaşayan Manqurt, heçzaman asanlıqla bu kimlikdən
əl çəkən deyil ! Bu ona bənzərki biri ömründə
ilk dəfə Qar görmüş olsun və həmən ondan Buz üstə
dans etmək tələb edəsən !
Məncə
bizlər manqurtlara eynən Narkomanlar gözündə baxmalıyıq,
düşman gözündə deyil ! Hamımıza aydındırki bugünki
Fars Faşismi hakimiyyətində Türk manqurtları az
deyillər. Acıda olsa gərçək budur. Başqa
millətlətdəndə vardır təbi ama məncə sayımız
çoxdur diyə, heçbiri Manqurtluq yarışında bizim rekoru qıra
bilməmiş ! Bunda eski aydınlarımızında böyük
rolu olmuş .
O
Manqurtki Tehranda vəya başqa şəhərlərdə Fars
Faşisminin Topxanasının tam önündədir, hər
dəfəki deyir : Mənim ata-anam Türkdilər , mən
farsam ! , bu adam eslində hərdəfə bunu dedikcə
sanki bir doz Heroin atır üstə ! Məsələ kamilən
bənzərdir məncə. Manqurt yani Narkoman ! Bu insanlar
oqədər təhqir və sayqısızliqla uzləşirlərki,
bundan qurtulmanın çarəsini Mən farsam deməkdə
görüblər. Heç günahları yoxdur məncə . Hansı aydınımız
QURURLA rəsmən və iftixarla deyibki : Mən Türkəm ?!? (
uzaq başı 10 dənə saymaq olar bu son 60 ildə ! ) .
Millətin öndəri Mən Türkəm deməkdən utanacaqsa,
adi millət necə bunu deməyə cəsarət etsinki ?!?
Həmin 10 nəfərin səsidə uzaq başı 10 000
nəfərə çatıb-çatmayıb. Bugün Günazın açılması
3 il olmadı ama görünürki 300 000-lər deyirki Mən Türkəm
! Təbiki Pr.Zehtabinin öyrəncilər içrə Kadır
becərməsi özü əsasi rol oynayır.
Sözümü
bu cümlələrlə bitimək istəyirəm :
Manqurt
narkomandir məncə. Onlara sataşmaq məncə
hərəkətə yaraşmaz. İşin əxlaqı
səmti dursun biryanda, siyasi cəhətdəndə Manqurtlara 1
dəfə sataşmaqla , onları birbaşa həmin eski qonda
dünyalarına , yani Fars Faşisminin qucağına göndəririk
!!!
Bağımsız
Güney Azərbaycan qurulmalı, içində çoxlu mərizxana
tikilməli, yetərincək bilgili psykologlar becərməli ,
sonra Manqurtları tərpədə bilərik mence. İndi
onlara sataşsaq bir çoxu 2 QAT farsın qucağına qaçacaq
və qalandaki bunu etməsə, inanınki bir ara ağır
RUHİ şikəncələr çəkəcəkki REAL kimliyin
qursun ! Bu prosesi keçərmək, eynən Heroin etiyadın
tərk etmək istəyən adamın çəkdikləri əzabdır
!
Pan
Farsism, Pan Arianism ve habele Iranisme tutulub ve bu dushuncelerde
erimek, EYNƏN
Heroinə mootad olmaqdır