DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN
(4)
GÜNEY AZƏRBAYCANDA
ULUSAL GEÇMİŞLİK ANLAYIŞI
8- Yalnış Çalqı(muzik) anlayışı: Bu konuya deyinməyim Urməvilərə, marağalılara
eləcədə ondan sonra gələnlərə daş
atmaq kimi alqılanmasın. 19.cu yüz ilin Amerika qoşuqçusu
W-Waitmənin deyirdi: Mən geçmişə qarşı
deyiləm , onlar yaşanmış , getmişdir . Ancaq onlardan
yana da deiləm, çün, aydın gələcəyi düşünürəm.
Çalqı konusunda islamdan sonra Türk saraylarına yavaş,
yavaş farsla ərəbin etkisi oldu . Etkisizliyin sonucu
edilgən ( pasif) duruma düşən saray sayruları, yaşamlrına
uyğun çalqıla oxşanmağa alışdılar . Türkün
sındırılmış qopuzuna yol verilməyən
yerlərdə, ulusal kimlikdən uzaq Türkün
şahlar deyilən özümləyiçiləri ( təmsilçiləri)
varıdır . Budunlarının uyqarlığına
yadırğayan bu özümləyicilər, ölməkdə
olan hindistan qaynaqlı çalqını bilməyərək
qorudular .Sasanı sarayında moğlara özəl olan bu çalqı,
gəlişmə dönəmini yaşamışdır . İslamdan
sonra ərəb çalqı geridə olduğu üçün , buna din yasğı
uyqulamağa başlandı . Ancaq sarayların qapı bacalarını
tutan fars ulusçuları, dönəmə görə bunu qorudular .
Sonralar bunu kərbəla olylarının ağıtlarına
qatıb, inancla topluma yedirdilər . İndiyə kimidə dar
qalıblara sığan seçginlərimiz(elitamız)dışında
qaln Türk toplumu bu çalqını mənimsəməmişdir. Bu
çalqı çeşidi yalniz kəklik kimi başları qar altında
olan ,eləcədə ulusal kimliklərindən uzaq düşmüş
kimsələri oxşamışdır . Ulusal kimliyini qoruyanlarımızda
bic olmamaq üçün kral çılpaqdır! diyəməmiş,
satdıq at kimi başın tovlamışdır .
M. Ə. Sabirdən söyləşi alan S. Mümtaz Ona Əruzla
muğamı sormuş. Sabir isə əruz ərəbin, muğam
isə farsın demişdir . O, gün gələcək bu
yabancılıqdan böyüklərimiz Türkü qurtaracaqlar demişdir
. Bu gün böyük qoşuqçuların əməyi sonucu Türkiyə
ilə quzey Azərbaycanda əruza son verilmişdir . N.
Hikmət demişdir: Mən əruzla osmanlıcanı
bilirəm, ancaq Türkcə yazram. Bu konuya sonra dönəceyəm.
Muğam sözünün kökəninin
( etimologiyasının) Türkcə olmasını yozmağımız,
varsayımlarlada olası deyildir . Bu çalqı çeşidinin qol
budaqlarına yapışdırdığımız neçə
ayrıq( istisna) incə dal dışında, Türkcə sözlərin
olmamasıda M. Ə. Sabiri doğru göstərir . Bütün soy kökünün
Türk olmasına öyünən Nizami yedi gözəlində, muğamın
bütün qollarının farsca adlarını verməmkdədir .
Sonralar Türk yaşamının qatqısıyla bu çalqı çeşidində
azacıq Türk izləri qoyulmuşdur . Bu gün muğamda az görünən
devinimdə( dinamizmdə)
ondan qaynaqlanmadadır . Ancaq
gənəldə muğam Türkün ulusal kimliyini yansıtmamaqdadır
. Türkü devinim yaşmdan uzaqlaşdırıb, edilgən duruma
düşürüb, sonra budunundan edən etgənlərin başında
gəlməkdədir . Muğam əzginlik, yazıqlıq
fəlsəfəsilə Türkün qanbəlləyilə mitologiyasını
yansıtmamaqdadır . Muğamda olan mitolagiya insanlara eski
etkən Türk yaşmını aşılamazkən , farslara özəl
olan edilgənlyi insanın içinə sindirər( həzmedər).
Göz yaşıyla duyğu sömürüsünün qaynağı olan bu çalıq
qol, Türkü işdən qoyub, yazıq duruma salmışdır .
Türkü ulusal ağlatılara sürükləyib, ulusal bəlgə
vermənin yazımı aşıq cununu bir arğışın
( karvanın) sandığından çıxartmaqla
bəlgələnməyə başlamışdır . Əski
Türk ozanı ( aşığını) toplumun qorxmaz ağsaqqalı,
ağrı acılarının oxşarçısı(
tərənümçüsü) olduğu yazılıdır (Dədə
korqud kimi). Qopuzun səsi
isə əngin Türk yurdlarının doğasıla canlılarını,
devingən insanlarını , gəlişmiş uyqarlığını
yansıdırdı. Ancaq biz yabancı adları daşıyan
araclarıdan( tardan, kəmandan) Türkün ulusal kimiliyini yansıdacaq
səsləri ala bilmərik. İndiyə kimi ala bilmədiyimizə
görədə, siysi egemənliyimizin olduğu dönəmlərdə,
əkinsəl egemənliyimizin
izlərini qoya bilməmişdik . Ot kökü üstə bitər
demışlər atalarımız. Kökü üstə bitmədiyinə
görə yabancı zurnalarında kim nə istəmiş
elə belə çalmış
Biri elə zurna çalır / biri belə zurna çalır/ biridə
elə belə zurna çalır- F.Sadıq. Bu zurnaçılığın
sonucu olaraq ulusal çalqı dediyimiz alan, bit bazarına dönüşmüş,
kim nəyi istəmişsə orada bazarlamağa çalışmışdır
. Son on ildə Türkün yaşam
fəlsəfəsilə bağdaşmayan , duyğu sömürüsü
aşılayan nəvanı belə bazrlayanlar olmuşdur .
Günümüz Azərbaycanla Türkiyə çalqısında da
dərəbəylik dönəmlərinin egəmənliyi sürdürülür
. Çalqı dediyimiz bu yoluxucu sayrılığın
sənətlə bir ilgisi yoxdur . Çağın gəlişim düşüncələrilə
sezgilərini yansıtmayacaq bu alana necə sənət adı
vermək olar? Çalqı çağla ayaxlaşmayacaqsa , çağdaş
yaşamın gözəlliyini yansıtmayacaqsa nəyə
yarar ? Yüz illərin göz yaşlarıyla bu gün duyğu sömürüsü
edənlərə necə sənət admları demək olar?
Toplumu ağlada ağlada sıraqulluğa(hieyrarşiya) düzüb,
ağalarının sümürüsünə yönəldən bu səs bülbüllərinə
sənətçimi demək olar ? (
Ağladıqca kişi qeyrətsiz olar/ necəki ağladı
iran oldu(M.Ə. Sabir) . Kimisi min il bundan öncə qoyununa, kimisi
beş yüz il bundan öncə itinə ağlamışsa kimi
ilgiləndirər ? Bu gün çalqıda bilgisayarın, uçağın,
maşının ,..., səsi yoxsa ona necə senət
deyilər? 200 yeyinliyi( sürəti) olan bir maşında,
dəvələr üçün yazılan muğamatı
dinlərkən insanın mürgüləməsi gəlməzmi? Çalqıdan
anlayışımızın güz yaşı olduğu düşündürücüdür
. Çağdışı bu anlayışa tinsəl (
mənəvi) fəlsəfə yorumlamaq isə yobazlığn
qanıtıdır . Bu çalqıları tozlu müzelərlə sınlaqlarda
min illərin ölülərinin anısına dinləyən olarsa
ona deyəcək yox. Yoxsul
ingils yazıçı Ç. Dikenz yoxsullardan yaz yaza lord olduğu kimi,
bu sənət bülbülləridə toplumu ağlada ağlada özlərilə
ağalarının ciblərini doldurmuşlardır . Sıraqulluğa
nökər edilən topluma, ölüləri üçün ağlamağı
aşılayıb, cocuqların gələcəyi üçün ümidli
nəsnə söyləməzlər. Kimsədə ağzını
açıb kıral çılpaqdır demək istəsə
milli mənəviyatımıza, klasiklərimizə
ihanət edən xayindir deyə damğalarlar . Bu
sənət dalının mitologiyasını bilməyən ,
ancaq ona kural yazanlar, yalnızca duyğu sömürüsülə
toplumu dolandıranların yasalarına qol çəkirlər
. Toplumun geri qalmasında çağa uymayan çalğının yaşadılması
yardım edir .
Alışılmış( klasik) sözü çağımızın
tanrıçalaşmış , sıraqulluğa inancın
təməl daşlarından biridir . Dayaz düçüncələrin
aşamadığı uca dağların arxasında, alışılmışlarla
tanrıçalar yaşadılmaqdadır .
R. Bart insan
düşüncəsi yer üzərində olan çizimləri aşamadığından
, sənət bu çizimlərdə sınırlı qalmış
demişdir . Geçmişdə sıraqulluğun düzəltdirdiyi büyülü
çantalarla, günümüzdə o çantaları dolandıranların
beyinlərindən sızan ağu , toplumu öldürməkdədir
. Bu nədənlə son min ildə B.Q.Səhənd demişkən
mərd ikən namərdə
möhtac olmuşuq .
Çağdaş
çalqımızın kərbəla ağıtları kimi göz
yaşını eləcədə geçmişi anımsatmasının
nədəni , gerçək Türk yaşamından bilgisiz olamaqdan
qaynaqlanmaqdadır . Ulusal dəyərlərimizə çağındə
yiyələnməmiş olmamız nədənilə özgələşib,
özgə havalrına uyaraq dalı qalmışıq . Buna görədə
belimizə yüklənən özgə yüklərinin altında
əzilib, yazıq olmuşuq. Bir ispan gitarı acunda bütün
saraylara yol tapdığı yerdə, Türk qopuzu tellərilə
boğulmuş, büyülü çantaların ölüləri olan seçginlərimizin
(elitamızın) yan baxışlarına qısılmışdır
. Bu qısılışın sonucu olaraq hava qalıblarına
sıxılıb, ölüm günlərini saymaqdadır .
Bu konu çox uzun olduğundan dolayı, qoşuq dililə
azacıq yazmalı oldum. Bu konunu çox uzadarsam, Güney
Azərbaycanda gəlişmədə olan ulusal kimlik düşüncəsində
bir az çaş başlıq yaranar. Ancaq bu qonunu
gələcək quşaqlar məndən daha çox aydınlaşdıracaqlarına
inanıram .
9- Yanlış Qoşuq (Şeir) anlayışı: Bu
konuda Güney Azərbaycan Türkünün ulusal kimlikdən uzaq qalmasının
nədənlərindən biridir . Bu konuya yuxarı bölümlərdə
azda olsa deyinmişəm. Burada isə bir az geniş açıqlamaq
istirəm . İslamdan öncə Türklərdə qoşuğun
yayğın olmasının örnəkləri Divani luğatı
Türkdə verilimşdir . Orada qoşuqçuların adlarıda yazılıdır.
Bu göstərgələr əski Türklərdə qoşuğun
yaqın olmasını savlayır . O qoşuqlara gəlişməmiş
biçim kimi baxmaq yalnışdır . Çün , uluslar yaşadıqları
dönəmi özlərinə uyğun düşüncə dililə
yorumlarlar . Qoşuğun düşüncə duyğu yorumu aracı
olduğuna inansaq , yarandığı bölgəylə ulusun yaşmının
yansımalarını orada araşdırmalıyıq . Əskidən
uluslsr ayrı ayrı bəlgələrdə bir birindən
uzaq yaşardılar . Bu nədənlədə başqa ulusların
sənətlərindən uzaq olardılar . Qoşuqda bu
sənətlərdən biriydi . Birdə qoşuğun yaranmasında
dilin özəllikləridə önəmlidir . Bu nədənlə
dil özəlliklərindən uzaq durmaz. Dədə qorqudun qoşuqları
bu konunu açıqca yansıtmadadır . Orada yazarın(mirzənin)
ərəbcəni bilməsi , eləcədə Türk dil özəlliklərini
bilincsiz olaraq önəmsəməsi, vurğu alanında qarışıqlara
nədən olsada, dilin özəlliyini qorumuşdur . Biz bu qoşuq
dilindən ərəbcədən , farscadan almadığımız
, ancaq qanbəlləyimizdə gizli olan dadı alırıq .
Bu qoşuq dili, bizə Türkə özəl olan devingənliyi aşılamaqla
qalmaz, özümüzə dönməyə də yönəldər . Bu qoşuq
dilni damarda qanımıza yeridə bilsək, özgə vurğunluqlarından
uzaqlaşamalı olarıq .
İslmdan sonra başqa konularda olduğu kimi Türk ulusu bu
konuda da soytarılaşdı . Buna görədə özgə çıraqlarına
yağ olub, dayəlik etmişdir . Farslar islmdan sonra başqa
konularda olduğu kimi , bu konunuda mənimsəyib, ona ulusal
boyalarını yaxdılar . Buna görədə ulusal
kimliklərinə yadırğamış Türk xaqanlarının
qoltuğuna sığına bildilər . Firdosi şahnamədə
farsca sözlüklərin işlədilməsinə özən göstərsədə,
ərəb əruzi oloan məsnəvi qalıbında yazmışdır
. Buda farsların ulusal qoşuq qalıblarının olmamasını
göstərir .
Firdosi konusuna biz Türklərə bir şahnamədə
olan yalan palanına görə , birdə M.qəznəliyə görə
de deyinməkdə yarar vardır . Bu konuyla bağli bakıda
12-13 il bundan öncə üzün bir yazı yazıb, cumhuriyət gündəcində
üç sayıda bastırmışdım . O yazıda bir çox bilm
qaynaqlarına dayanara bu qonuyla bağlı düşüncələrimi
irəli sürmüşdüm . Ancaq indi qaynaqlar əlimdə yoxdur .
Buna görə bəlləyimdə olan düşüncələri
paylaşmalı olacağam.
Firdosinin öz dediyinə görə şahnamə başdan dibə
uydurma nağıldır. (Qocalığında yazdığ
Yusif zuleyxada bunu açıqca deyir ) Ərəb əzginliyini
mənimsəmək istəməyən fars ulusçuları (
şuubiyə) onu öncə
dəqiqiyə , onun ölümündən sonra firdosiyə yazdırdılar
.Ancaq pulunu verməyib, Qəznəli Mahmuda göndərdilər
.Bu konuya sırasıyla
gələcəyik .
( Rüstəm yəli bud dər sistan / firdosi kərdəteş
rüstəme dastan). Bunu şahnamənin başdan dibə kimi
topluma yorumlamağını görməkdəyik . İnsan usunun
mənimsəmədiyi sayru xəyal ürünü olan o nağıllar,
Türklə ərəbə nə kimi söyüşlər yağdırsada
inandırıcı olmamışdır . Gerçək yaşamda
Türkə ərəbə yenilməyi içinə
sindirəmiyən sayrular , Donkixod kimi xəyallarıla savaşmağa
başlamışlardır . Ona görədə arəşi tapıb,
dəmavənd dağına çıxardaraq iranla Turana sınır
kəsmişlərdir . Cehuna kimi oxu gedə oxçunun nağılını
, bu gün halvodçılra desən bütünü işlərindən qaçarlar
. Başdan dibə kimi yalan palanla dolu olan bu nağıla,
dəlilərdən başqa innanlar olmaz. Onun içərliyinə
çox deyinməmiz, onu dəyərləndirmək anlamına
gələr. Buna görədə qanılmamış, yazılmışla
yetinməliyik .
Bu konunun bizi ilgiləndirən ilgin yönü , Qəznəli
Mahmudun istəyilə yazılma söyləmləridir . Yazıqlar
olsun Quzey Azərbaycanla Türkiyənin
yazım geşmışliklərində də ( ədəbiyat
tarixlərində) fars
yalanlarına incələmədən uyulmuşdur . Örnək
üçün ismail hikmətin Türk ədəbiyat tarixində ,
fars yazım geçmişliyində olduğu kimi bu yalan yansımışdır
. Bu uydurmanın ana qaynağı kimidə Qəzvinlinin beş
məqaləsi göstərilir . Ondan sonra buna dayanaraq ,
qəznəliyə olmazın sözləri yazrlar .
İsmail Hikmətin adı geçən yapıtında
firdosinin 30 yaş Qəznəli Mahmutdan yaşlı olduğu göstərilir
. Firdosinin şahnamədə dediyi kimi 36 yaşında bunu
yazmağa başlamış, otuz ilə qurtarmışdır
.(Bəsi rənc bordəm dər in sale si / əcəm zende
kərdəm be din parsi) . 6 yaşında xaqan olmayan
qəznəli mahmut, ona harda bu istyi etə bilərmi? Bir fıransız
yazımçı deyər : Bu konu inanılası deyildir.
Kimsə öz ulusuna qarşı nəsnələr
yazdırdaraq onu ödüləndirməz. Bu bir uydurma məntqsiz
yalndır .
Firdosiyə
yazdıranlar sonra onun istəklərini qarşılamamışlar,
oda çətin geçimdə biticik dul qızıyla olduğu üçün
, qəznəli Mahmudunu əli açıqlığını görüb,
qəznəyə getmişdir . Firdosi ora çatarkən
qəznəli mahmud hindistana axın etməyə hazırımış.
Bu nədənlə saraya gətirilən firdosinin yapıtını
dəyərləndirmək üçün,
saray qoşuqçuları olan Əscidi
, Ünsiri, yəzdidən hindistan dönüşündən sonra
dəyərləndirməsini istəmişdir . Bu qoşuqçular
şahnaməni oxuyandan sonra firdosiyə
sən çaşmış olmalısan. Mahmud Türkdür, səndə
ağzına gələni Türklərə yazıb, ondan ödül
almağa gəlmisən. O, sənin yapıtının içərlyini
bilərsə ödül deyil , canını alar. Ona görədə o,
hindistandan dönmədən qəznədən uzaqlaş demişlər,
onu ordan uzaqlaşdırmışlardır . Mahmudun dönüşündə
isə O, rafizidir( Kafir- şiiə) qovduq yanıtını
vermişlərdir.Sonra firdosi qocalığında şahnaməni
unutdurmaq üçün qurantan alıntı olan Yusif zuleyxanı
yazmışdır . Bu yapıtda firdosi başdan dibə kimi
şahnaməni yalnlar, orada olanların uydurma olduğunu yazar.
Şahnəmədə Soltan Mahmuta yaltaqlıq üçün bir çox övgülər
vardır. Bu övgüləri firdosi oraya dilənçiliyə getmək
üçün yazmışdır . Ancaq ona yazılan
yergilər(həcivlər) sonradan başqaları yazmışdır
. Firdosinin Yusif zuleyxa yapıtıni neçə yüz il fars ulusçuları
unutqanlıqa salaraq basdırmamışlardır . Yazım geçmişliklərində
ondan sız edərkəndə, firdosinin deyıl deyə
üstünən nədənsiz atlarlar. Ancaq o yapıtın dililə
biçimi bir firdosi yapıtı olduğunu göstərməkdədir
.Son yüz ildə Kəlkətəylə londonun oksfordunda(1908),
ən sonda hardasa 20 il bundan öncə Dr.H. Düzgünün çabasıyla
Tehranda çap oldu. O yapıtın geniş ön sözündə Dr.H. Düzgün
ağzına gələni çağdaş fars yazım geçmişlikçilərinə
yazdısa, kimsədən səs çıxmadı. Onların
susqun geçinmələri bir Dr.H.Düzgünün doğru olduğunu göstərir,
birdə susaraq dilə ağıza salmadan unutdurma
siyasətlərini göstərirdi . Şahnamənin nə üçün
yazıldığını kimsə öyrənmək istərsə
oradan( Yusif zuleyxadan) doğru bilgi əldə edə
bilər. Bu günün iranında dərslik bitiklərində olan
firdosinin illərliyində də ( öz geçmişi) bu yapıtla
bağlı nəsnə yazılmamaqdadır .
Bir başqa soru isə, farslar Qəznəli Mahmudu Firdosiyə
yapıtı üçün altun yerinə qızıl verməklə suçlamaları
yaranır . Tutalım onların bütün yalanları doğrudur. Türkü
ərəbi başdan dibə
kimi yermək də olan bir yapıta, bir Türk ödül verərdisə
ona nə derdilər? 62 iki il bundan öncə farsa söyüş
yazmayan, özüdə Tührana ödül almağa
getməyən M.Niknamların, S. Yüzbəndilərin
Tərbizin küçələrində kəsik başlarının
süngülərə taxılmasını hansı uyqarlığa
bağlamaq olar? Onlar başqa uluslara söyüş deyil, öz uluslıarıla
danışdıqları dildə sevinclərilə acılarını
paylaşmaq istəyirdilər . 20.ci yüz ildə Qalax qalx yandırılan
Türkcə bitiklər, hansı uyqarlığın ərdəm
ürünü sayıla bilər. Bumudur 20.ci yüz ildə övdükləri
ərdəmlər? ( Honər nəzde iraniyan əsto bəst) .
Siz dedinizdə, biz inandıq .Firdosilə şahnaməsinə
çox deyinmək, amerikalıların dediyi kimi ölü itə
təpik atmaqdır.
İslamdan sonra ulusal qoşuqdan ayrı düşən Türk,
ərəblə farsın dəyrmanına su tökərək
onları gücləndirdi. Ancaq
Türkcənin şəhriyar demişkən yava gülbəsərin
kaküllənməyəQoymadılar . ( Lənət ol badi
səbayə ki nizami bağının / bir yava gülbəsərin
qoymadı kaküllənsi). Buna baxmayraq Türk sarylarının qapısından
içəri girə bilməyən Türk qoşuqçuları, cağtaylar
dönəmində özü qoşuqçu oaln H. Bayqaranın sarayında
başda oturdular .Ə.Ə.Nəvainin başçılığıyla
başlayan bu yenilik, sonralar başqa
Türk saraylarında da sürdürüldü. Ancaq buna baxmayaraq yavaş
yavaş yenə ərəblə farsın kölgəsində
qaldı . Türk qoşuğunun sarylarda
uzun sürə yaşanmamasının neçə nədəni vardır
. Birinci başçıların soyuxluğu .İkinci əruzcanın
Türkcəyə uyğun olmaması. Üçüncüsü
isə farsların bu sraylarda gəlişdirdiyi qoşuğudur
. Buna acıqlanan Nəvainin düşüncələrilə tanışlığımız
vardır . Sonralar məndə tofiq olas bu düşvari asan
eylərəm demişdir. Ancaq Fizulinin ərəblə
farscadan etgilənmələrinin başlıca nədəni,
əski Türkcə qoşuq qalıblarnı
bilməməsindən qaynaqlanır . Buna görədə əski
Türk qoşuğunun özəlliyi olan devingənliyi( dinamizmi) az görürük.
Degil bihudə gər yağsa fələkdən başıma
daşlar / binasın tişeye ahımla viran
etdiyimdəndir...Kuhkən künd eyləmiş min tişəni
bir daşilən / mən qopardıb salmışam min dağı
bir dırnağilən. Bu örnəklərdə yabancı sözlərinin
çoxluğuna baxmayaraq, Türk qoşuğunun
özəlliyi olan devingənlikdə sezilməkdədir . Ancaq bütün
Türk əruzunu toplayasan, onda ulusal mitologiydan iz görmək olmaz .
Y. H. Hacəbin qutadqu biliyin ( Xoşbəxtlığa götürən
bilim) Türk dil özəlliyini
biz başqa yapıtlarda az görürük. Buna görədə F. Köprülü
Bütün Türk klasiklərini tərəzinin bir tayına,
Dədə korqud isə o bir tayına qoysan, dədə korqud ağır
basar demişdir . Çün
, dədəqorqutda olan Türk mitolagiyasını divan deylən
yazımda görmək olmaz. Türk qoşuğuyla bağlı
M.F.Axundovun bir yazısından söz etmək istərdim. Axundov
yazır : Bir gün qarabağa yolum düşdü. Orda Qasım bəy
Zakir adında bir şairlə tanış oldum. O, mənə
öz şeirlərini oxudu. Mən onda Türk şeirinin necə
olmasın anladım. Sonra ondan öncə belə şeir yazanlar
olduğunu sordum. O, mənə Qazaxlı M. V. Vidadilə, M. P.
Vaqifin adlarını dedi. Mən ondan sonra Türkcə şeirin
necə olmasını düşündüm. Bildiyimiz kimi sonralar
əruzca yazanlara M.Cəlil, Ə.haqverdiyev,Y.V, Çəmənzəminli
kimi yazıçılar şeir bülbülləri deyə
yergilədilər. Sabirdə fuzulinin qəzəllərinə
bənzəri yergilər yazdı .( Ah eylədiyim sərvi
xuramanim üçündür...-fuzuli , Qan ağladığım nəşəvo
qəlyanın üçündür...-Sabir)
Salman Mümtaz sabirdən
Türk şairlərdən kimi bəyənməsini sorar:
Sabir isə Namiq kəmalla Ricaizade Əkrəmin adlarını
deyər . S. Mümtaz Tofiq fikrətin Adını dedikdə:
Sən mənə Türk şairlərini soruşdun, o, ərəb
şairidirdeyər. Doğurdanda Tofiq fikrətin dilinə
baxsan orada yalnız azacıq fiillərin Türkcə olduğunu görmək
olar . İndi biz bu baxışla Divan yazımı deylən Türkcələri
dəyərlindirsək , F. Köprülünün nə kimi döğru olduğu
anlaşılar .
Türk
Toplumun sözü gedən yazımı mənimsəməsi özü
artıq yoruma gərkdirmir . Ancaq bizim əskilərimiz
kimi çağdaşlarımızda qoşuq ölçümündə yabancı
daşların vurğunu olaraq , onlara ağırlıq payı
vermişlərdir .( Türkçü Anarın sizsizində belə
bunu görmək olar)
Bizi bu yabancı vurğunluğuna sürükləməyin yalnız
nədəni isə Türkün əski qoşuq sənətini
bilməmizdən qaynaqlanmadadır . Buna görədə gerçək
Türk qoşuqçuları, çağdaş yazımsal(ədəbi)
dəyərləndirmədə xalq ozanlarıdeyə
akademik dırnaqların ( ) dustağına
alıb, gizləmişik. Ancaq bu gizlədilənlər Türk
toplumnun könlündən ,dilindən düşməmişdir . Türk
toplumunun boğazıyla dodağını yırtan əruzdan
kimsənin bəlləyinə yazılacaq bir söz duylmamışdır.
Bu sayrılıq yalnız qanmazlıqda böyük görünmək
üçün, ölü dirildənlərin qazan arcı olmuşdur. Onları
anlamaq üçün ərəb fars olmaqdan başqa , gərək onların
dumanlar içində olan mitologiyalarınıda anlayasan . Ancaq
Yunis Əmrələrin M.P. Vaqiflərin , Qaracaoğlanların,
Dadaloğluların Aşıq Ələsgərlərn,
Qurbanilərin ,..., sudan arı dillərinin yorum yozumuna
gərək yodur . Türkcə qoşuqun
örnəklərinin özümləyiciləri bu ozanlardır.
Güney Azərbaycan aydınının yüzdə onunun bu qoşuqçulrdan
bilgisi yoxdur . Ona görədə qoşuq deyənə əruz ölçülərini
əllərinə alıb, Türkcəni dışlamışlardır
. Türkcənin qoşuq özəlliyini bilməyən ,üstəlik
bəlləyi yabancı qoşuqunda
pozulan bir ulusun , dəyərləndirmələrdə
mələrdə yanlışa varacağı doğaldır .
Bu yabancı dəyərləndirmələrin şəhriyara
kimi daynması çox düşündürücüdür . irfan be dade şeir
farsiye ma rəsidə əst / vərne zəmin mixorim əz u (
Türkcədən) Səhəndə ağıt- Şəhriyar
M. Ş. Bəhar fars qoşuqunda uslubçuluq
( səbk şinasi dər şeir farsi) yapıtında fars qoşuqunu
üç usluba ayıra:
1- Ərəaq uslubu: Bu
uslubda gənəldə ərəb qoşuqunu etgisində olan
örnəkləri verər.
2- Hindistan uslubu : Bu uslubda Hindistan qoşuqunun örnəklərini
verər.
3- Türkistan uslubu : Bu uslubda isə Türkisatn qoşuqunun örnəklərini
verər.
Bizi ilgiləndirən Türkistan qoşuquyla ilgili azacıq
yazmaq istirəm. O , bu qoşuqun özəlliyində xəyəl
bənzətmələrinin yalın( sadə) gerçəkçi olduğunu
yazar. Yapıtında çoxlu örnəklər verər . Baharın
dediyi özəlliklər, əski Türk qoşuq özəllikləridir
. Bu özəlliklər bütün dönəmlərdə gerçək
Türk qoşuqunda olmuşdur . Hyafizin ətəyindən tutan
şəhriyar isə, yuxarıda adi geçən yapıtında
Quzey Azərbaycan qoşuğunu belə
dəyərləndirər. Anca ( Türkcədə) mücamlate
duruğun ( farscada olduğu kimi) xəbər nə bud. Şəriyarında
sonralar özətlədiyi bu konu ,Türk ayrılmazı olmuş özəlliyidir.
Uca
dağların başında salxım salxım olan bulut /Saçın
çözüb, mənim üçün Yaşın yaşın ağlarmısan(
yunis Əmrə)
Mollaların
dönəmində, farsçılıq ülküsü maşınının
təkərlərini yağlamaq üçün ə. Fərdinin əlilə
Şəhriyrın dililə fars qoşuğunda
Azərbaycan uslubu yardılmağa çalışıldısada
alınmadı. Çün farsca yazan Azərbaycan
qoşuqçularında, Türkistan
uslubu gənəldə ağırlıq edər . Hindistan
uslublu S. Təbrizlilər azlıqdadır .
Özgür fars qoşuqunun yaradıcısı sayılan Nimada
Türkistan uslubula yazanlardan olmuşdur. ( Farslar yanlış olaraq
özgür fars qoşuqunu nimayla başlarlar .Çün ondan öncə M. T.
Rəfət Türkcəylə yanaşı farscada bu biçimdə
yazmışdır . Y. Aryanpur Səbadan Nimaya kimi iki
cilitlik yapıtında bu
konunu geniş yazmışdır. M. T. Rəfətin M. Baharla
Nimadan öncə bu konuları dartışması çoxlu yerdə
yazılıdır .)
Göründüyü kimi bizim bəlləyimizdə bilgisizlikdən
yalnış bir vurqunluq yaratmışlardır . Klasik
deyilən bütün fars qoşuğu ərəb əruzuyla yazılmış,
M. Baharın örnəklər verdiyi Türkistan , Hindistan, İraq biçimlərilədə
süslənmişdir . Avropa yazımında , yazımsal biçimlərin
gənəldə qaynağının İngilistan, gəliştirildiyi
yerin fransız olduğu yazılar. Bunu farscaya demək olmaz.
Bizim ulusal qoşuqdan bilgisizliyimizdən dolayı , boşluğu
farscayla doldurmuşuq. Yoxsa gerçək Türk qoşuğunun yüksək
özəlliyini bilsək baxış açımız dəyişər
. Klasik deyilən fars qoşuğunun gənəl görünümünü
özü fars olan Dr. Şəfiiyi kətkəni suvəri
xəyəl dər şeire farsida vermişdir. O, bütün fars
qoşuğunun ərəb etgisində qalmasını örnəklərlə
göstərmişdir .
Ancaq Güney Azərbaycanda muğamatda olduğu kimi,
bilmsəl bilginin olmayışindan dolayı bu vurğunluq,
ruhsal çöküntüyə götürmüş, toplumda məliksizliyə yol
açmışdır . Hardasa 25 il bundan öncə arasıra
Tərbizdə toplanan güneyli qoşuqçuların tərəzi ölçüləri
əruzcaydı. Onunda sonunda da M. Cəlilin şeir bülbülləri
kimi bəh bələrlə, cəhcələr ucalardı.
Artıq Güney Azərbaycan gəncləri bu devri atıqlığa
atmaq üzrələr.
Ardı var
Ersan
Erel