İran
-- dəhşətli
edamlar ölkəsi !

Babək Azəri hüquqşünas
Bu il, yəni 2007 - ci il İranda bir Azərbaycanlı kişi
daş - qalaqla edam olunub və hal - hazırda 3 Azərbaycanlı
qadın zindanda bu metodla edamı gözləyir!
Mən bu mövzunu hazırlayarkən çoxlu qaynaqlara baxdım
və yazı ərsəyə gələndən sonra, etiraf
edirəm ki, insanların
çəkdiyi sonsuz əzabdan sarsıntı keçirtdim.
Yenə qeyd edim ki, elə bu səbəbə görə, edama
məhkum olub işgəncə ilə dəhşətli ölüm
səhnələrindən yalnız bir neçəsini misal çəkməklə
fikrima aydınlıq gətirdim. Ürəyi
xəstə, ruhi problemi olan və çox həssas adamların bu
yazını oxumasını məsləhət görmürəm.
İran
dünyada yeganə ölkədir ki, ictimaiyyətin
gözü qabağında edam edir.
İran
yeganə ölkədir ki, çox
zaman, ictimai yerlərdə kütlənin gözü qarşısında
məhkumları edamla cəzalandırır. Bu edam
səhnələrinin nümayişi zamanı
kütlənin içində balaca uşaqlar, hamilə qadınlar,
ürək və ruhi xəstəliyi olanlar da şahid olurlar.
Əlimizdə olan məlumata görə bəziləri
təsadüfən bu edam səhnələrin
müşahidə etdikləri üçün hüşdan gedib, yerə
yıxılır və ciddi bədən xəsarəti alırlar.
Bəziləri də qeyri - adi formada şiddətlə ağlamağa
başlayırlar. Yeri gəlmişkən deməliyik ki, bütün
bunlar İran rejimin qane etmir, bu edamlarla əlaqədar hətta
sənədli filmlər də düzəldirlər.
Bu filmlər "Edama məhkum olanlarla bir neçə dəqiqə
edamdan qabaq müsahibə"
adlanır. Həmin
"ekran əsərləri" televiziya vasitəsi ilə, xüsusən
o zamanlar ki, hamı evə yığılır,
televiziya baxır, o cümlədən uşaqlar, məhz
həmin vaxt nümayiş olunur.
İran rejiminin bütün bunlardan əsl mədsədi
ibrət nümunəsi yaradıb, kütləni qorxudub və
cinayətin qarşısın almaqdır.Tamam statistika və təcrübələr bunu açıq
şəkildə göstərir ki, 28
il ərzində İranın özündə və başqa
məmləkətlərdə
cəza verməkdə əsl məqsəd intiqam və ya
qorxutma olub, lakin qanunsuzluğun
və ya cinayətin cəmiyyətdə qabağı alınmayıb.
Alimlərin nəzərinə görə, ictimai yerlərdə
və kütlənin gözü qabağında adamları dar ağacına
çəkməklə və
bu barədə sənədli filmlər düzəldib yaymaqla zorakılıq
iki tərəfli təbliğ olunur. Çünki
bir tərəfdən cinayətkarın etdiyi əməl şərh
verilir, digər tərəfdən onun kütlənin gözü qabağında
edamı vurğulanır. Nəhayət ki, ictimai yerdə
də dara çəkilir. Bu İran kimi, yəni iqtisadi, siyasi böhran
yaşayan bir ölkədə bais olur ictimaiyyətdə zoru
tətbiq etməkdə maraq arta. Elə bu səbəbə görədir
ki, inkişaf tapmış ölkələrdə, o cümlədən
İsveçdə filmə baxmaq üçün yaş şərti var.O
filmlərdə ki, qətil, işgəncə və zorun nümayiş
olunduğu səhnələr var,
onlara 15 və ya 18 yaşdan aşağı olanların baxmasına
qadağa qoyulur. Bu filmlər o saatlar ki, uşaqlar və
yeniyetmələr televiziya baxırlar, o zaman nümayiş olunmur.
İranda edamın sayı əhaliyə nisbət dünyada
birinci yer alır.
İran
edam olunanların sayı baxımından dünyada Çindən sonra
ikinci yer alır.
Lakin bəzi
təşkilatlar ki, insan haqlarından müdafiə edirlər,
onların nəzərinə görə, İranda edam olunanların
dəqiq sayı bildirilmir, gizlədilir və onlar qeyd
edirlər ki, həqiqi say daha çoxdur. Buna baxmayaraq, əgər
əldə olan rəqəmin üstündə hesabat aparsaq, yenə
də İran edam olanların sayı baxımından dünyada
birinci yer tutur. Əldə olan məlumata görə bu il, yəni
2007 - ci ildə Çində 1010 nəfər və İranda 210
nəfər edamla cəzalanıblar. Unutmamalıyıq ki, Çinin
1 milyard 300 milyon və
İranın 70 milyon əhalisi var. Əgər edamların sayın
əhaliyə nisbət hesablasaq, o zaman İran dünyada birinci
yeri alır.
İranda edam cəzası fiziki və ruhi işgəncə
ilə həyata keçir.
İranda edam hökmünün icrası çox ağır fiziki
və ruhi işgəncələrlə yerinə yetirilir. O
adamlar ki, daş - qalaqla edam olunurlar, çox dəhşətli ölmü
təcrübə edirlər. Çünki müəyyən ölçüdə daşlar
seçilir ki, nə balacadırlar, nə də böyük. Bu da öz növbəsində
bais
olur ki, daş
- qalaqla edam
prosesi uzun
zaman çəkib və məhkumun ağır işgəncə
ilə ölümünə səbəb ola. Əlbəttə, onlar ki,
kütlənin gözü qabağında dara çəkilirlər, onlar da
fiziki və ruhi işgəncəyə məruz qalırlar.
Misal üçün, bəzən edam hökmü bir neçə
mərhələdə həyata keçirilir : birinci
mərhələdə məhkuma
məhkəmənin çıxartdığı hökmə
əsasən
müyyənləşdirdiyi sayda şallaq vurulur,
bəzən kəndiri məhkumun boğazına salanda kütlənin
içində bəziləri əl və ya fit çalmaqla öz
sevinclərini göstərirlər, ya da uca səslə məhkumu
təhqir edirlər.
Lakin ən
dəhşətlisi bundan ibarətdir ki, edamla məhkum
olunanların çoxu ana - ata, bacı - qardaş və qohum - əqrəbənin
gözü qarşısında dara çəkilirlər. Misal üçün,
bir neçə müddət bundan əvvəl "Etimad"
qəzeti raport verdi ki, Kərəc şəhərində
təqribən 40 yaşlı narkotik qaçaqçısının
edamından bir neçə dəqiqə qabaq onun bacısı
və anası ağlaya - ağlaya dar ağacına
tərəf qaçıb yalvar - yaxarla edamın icrasının
ləğvin istəmişdirlər. Amma polis onları oradan
uzaqlaşdırır, edama məhkum olunan şəxs uca
səslə üzün kütləyə tutub deyir: " Mən
istəyirəm diri qalam, mən ölümə laiq deyiləm. Ən
azı mənə icazə verin anam və bacımla qucaqlaşıb,
vidalaşım."
O nitqini qurtarandan sonra bir məmur onun qıçının
altında olan səndəli çəkib
və onun dar ağacından
təcili asılmasına bais olur!
İran dünyada yeganə ölkədir ki, uşaqları
edam edir.
İran
bu il, yəni 2007 - ci ildə iki səbəbə görə, uşaqları
edam etmədə dünyada birinci və utandırıcı yer
qazanır. Çünki İran yeganə ölkədir ki, bu il orada uşaqlar
edam olunub və digər tərəfdən yenə də müstəsna
hal kimi qeyd etməliyik ki, İran yeganə ölkədir onun
cəza qanunlarının əsasında 18 yaşından aşağı
uşaqları edamla cəzalandırmaq olar. İran 1975 - ci ildə
Beynəlxalq Mədəni və Siyasi Hüquq müqaviləsinə
qol çəkib. Bu müqavilənin 6 - cı maddəsi 18 yaşından
az olan uşaqların edamına qadağa qoyur. 1994 - cü ildə
İran Beynəlxalq Uşaq hüququ müqaviləsin
təsdiqləyib. Bu sənədin 37 - ci maddəsində 18 yaşından
az olan uşaqların edamına icazə verilməyib. Amma İran
bu sənədə qol çəkəndə şərt qoyub ki, bu
müqavilənin hər hansı maddəsi islam hüququna qarşı
olsa, onun icrasına iltizam vermir. Elə bu şərt ilə
də uşaq edamında əlin açıq qoyub.
Dünyada
o ölkələr ki, uşaqları edamla cəzalandırırdılar,
onların edamına son qoyub və bu barədə olan
beynəlxalq sənədlərə qol çəkib və öz
cəza qanunlarında islahat aparıblar.
1994
- cü ildə Yəmən və Zimbavə, 1997 - ci ildə Çin
cəza qanunlarında reforma aparıb və edam hökmün ancaq 18
yaşdan sonra yerinə yetirilməsini qərara alıblar. 2005
- ci ildə ABŞ - ın Ali Məhkəməsi qərar verdi
ki, 18 yaşından az olan uşaqlara edam hökmü vermə Amerikanın
anayasası ilə ziddir. Bildiyimiz kimi Amerika 50 əyalətdən
ibarətdir. Bu əyalətlərin 38 - də edam cəzası
var, amma 12 əyalətdə edam cəzası ləğv olunub.
O əyalətdə ki, edam cəzası var, bəzi vaxt istisna
hallarda 18 yaşından az olanlara da edam hökmü verilmişdi
və nəhayət, Ali Məhkəmənin qərarı
ilə bu işə 2005 - ci ildə qadağa qoyulmuşdu.
Pakistanda
2000 - ci ildə uşaqların edamına qarşı cəza
qanunları islah edilib və edam hökmünə 18 yaş şərt
qoyulmuşdu. Amma 2004 - cü ildə bu yaş şərti
yenidən ləğv olunub, lakin 2005 - ci ildə yenidən 18 yaş
şərti rəsmi şəkildə tanınmışdır.
İran o nadir ölkələrdəndir ki, daş - qalaqla
edam edir
Tarixi məlumatlar əsasında daş - qalaqla edam etmə
birinci dəfə Qədim Yunanıstanda həyata keçirilib
və ondan sonra yəhudilər və müsəlmanlar da bu metoddan
faydalanıblar. Hal - hazırda bəzi müsalman ölkələri,
o cümlədən İran,
Ərəbistan, Nideriya və
Sudanda
müddəhimlər daş - qalaqla ölümə məhkum
olurlar.
Bu gün dünya icyimaiyyəti tərəfindən daş -
qalağa qarşı çox güclü etiraz var. Hətta
o adamlar ki, edam cəzasının əleyhinə
deyillər, daş - qalaqla edam
cəzasına qarşı çıxırlar. Çünki bu metod
çox dəhşətli dərəcədə işgəncə
ilə ölümə səbəb olur. Misal üçün,
2006 - cı ildə İranın Məşhəd şəhərində
Məhbubə adında bir qadın və Abbas adında bir kişi
daş - qalaqla edam olunmuşdurlar. Onlarla edamdan qabaq ölü adamlar
kimi rəftar edilmişdi. Belə ki, onları qəbirsandığın
ölü yuyulan yerinə aparıb və meyid qüsulu vermişdirlər.
Yəni, islam qayda - qanuna uyğun olaraq yuyub, kəfən
geydirib, nəhayət Abbası belinə və Məhbubəni
çiyinlərinə qədər
torpaqda quyulayıblar.
Sonra müəyyən
ölçüdə olan daşlarla onları daşlayıb və
tədricən bu iki
nəfərin işgəncə
ilə ölümünə səbəb olmuşdurlar.
İranın 1996
- cı ildə təsdiq olunmuş 104 - cü İslam cəza
qanunuda bildirilir ki : Daş - qalaq üçün seçilən daşlar
gərək elə böyük olmaya ki, bir - iki daşın
məhkuma dəyməyi ilə onun ölümünə səbəb ola.
Əlbəttə, elə də balaca olmamalıdır ki,
onları daş adlandırmaq olmasın. Bu maddəyə
diqqət yetirəndə məntiqlə görürük ki, əsl
məqsəd məhkumu işgəncə ilə tədricən
öldürməkdir.
İranda daş - qalaq cəzası Hədd qanunlarının
102 - ci maddəsinə əsasən verilir. "Hədd " --
bu bir dini termindir və məqsəd bundan ibarətdir ki, əgər
bir fərd allaha qarşı cinayət edə, hədd
qanunları
əsasında cəzalanmalıdır. Bu səbəbə
görə məhkum olunanı hətta dini rəhbər
Ayətullah Xameneyi də əfv edə bilməz. Çünki
cinayət allaha qarşıdı törənmişdir. Bundan
əlavə, İslam cəza qanunun 105 - ci maddəsi hakimə
ixtiyar verir, əgər zinanın sübutu üçün şahidlər,
ya lazım olan sənədlər əldə olmaya, hakim öz
bilgisinin əsasında müddəhimi daş - qalağa məhkum
edə bilər.
Başqa sözlə, bir fərdin diri qalıb, ya işgəncə
ilə tədrici ölümü hakimin şəxsi istəyindən asılıdı.
Dünyanın
totalitar ölkələrində məhbuslar zindanda müəyyən
adamların tərəfindən işgəncə olunurlar. Amma
İranda daş - qalağın icrasında küçə -
bazar adamları, hətta az yaşlı uşaqlar da iştirak
edirlər və işgəncə
verməklə məhkumun ölümünə bais olurlar.
Bəziləri dini inama görə, fikir edirlər bu işin
səbəbi var, bəziləri də bu iddihamın onlara da
vurulmasından qorxaraq edam prosesində iştirak edirlər.
Elə buna görədir ki, dünyanın mütərəqqi qüvvələri
təsadüf adamların işgəncə prosesinə
cəlb olunduğu üçün İran rejimini qınayırlar.
İran 1975 - ci ildə Beynəlxalq Mədəni və
Siyasi Hüquq müqaviləsinə qol çəkib. Bu müqavilənin 6 -
cı maddəsinin
1 - ci hissəsində qeyd olunur ki : Hər bir insanın
həyat haqqı var və bu haqq qanun vasitəsi ilə qorunub
saxlanmalıdır.
Əsas olmadan özbaşına heç kəsi bu haqdan
məhrum etmək olmaz. 6
- ci
maddənin 2 - ci hissəsində
isə şərh verilir ki :
O ölkələrdə ki, edam cəzası ləğv
olunmayıb, ölüm hökmü çox mühüm cinayətlərlə bağlı
verilsin. 6 - cı maddənin 5 - ci hissəsində 18 yaşından
az olan uşaqların edamına qadağa qoyulur.
Bidiyimiz kimi İran BMT - yə üzvdür. BMT - nin İnsan
Haqları Komitəsi
bildirir ki : Ölüm cəzası bir istisna haldır və bu hökmü
vermək üçün gərək iltizam verilə ki, məkəmə
ədalətli formada olacaq. Əgər bu cür olmasa, ölüm hökmi
özbaşna yaşayış haqqını ləğv etmə
sayılır.
Çox
təssüf ki, İran öz
ölkəsi daxilində bəzi cəza qanunların
təsdiqləməklə
qol çəkdiyi
beynəlxalq sənədlərə
qarşı çıxır.
Dünyada
o ölkənin ki,
daxili qanunları mütərəqqi mahiyyət daşıyır
və eyni halda,
qol çəkdiyi beynəlxalq
sənədlərə riayyət
edir, bu cür ölkəyə beynəlxalq aləmdə çox
sayğı var. Misal üçn, İsveçi götürək. Amma İran
kimi ölkə ki, daxili qanunları geri qalmış mahiyyət daşıyır
və qol
çəkdiyi beynəlxalq sənədlərə çox
açıq - aşkar
şəkildə
riayyət etmir, bu cür ölkəyə dünya ictimaiyyəti
tərəfindən sayğı yoxdur. Çox da uzağa
getmədən elə bu yaxınlarda Kolumbiya Universitetinə
dəvət olunmuş Əhmədinejadın
səfərinə diqqət edək.
Universitetin rektoru öz çıxışında
vurğuladığı
məqamlarla və tələbələrin ona verdiyi suallarla
bir növ onu məhkəməyə çəkmişdirlər. O
isə heç bir qaranlıq mətləbə işıq sala
bilmədi. Bu
hadisə çox istisna haldı. Çünki dünyada bu bir beynəlxalq
etketdir ki,
əgər bir
prezidenti xarici
ölkə Universitetinə dəvət edirlərsə, ona ehtiram
göstərib və hətta bəzi vaxt Fəxri
Doktor adı verirlər.
İranın ölkə daxilində, ya dünya
ictimaiyyətinin tərəfindən illərdir ki, daş - qalağa
qarşı çox etirazlar olur. Elə bu etirazlar səbəb oldu
ki, 2004 - ci il İran rejimi məcbur olub bu növ edamı dayandıra.
Amma daş - qalaqla edam cəzası nə ləğv olundu,
nə də islah edildi. Hər halda çoxları onun dayandırılmasını
müsbət dəyərləndirib ümid edirdilər ki, bu edam
metodu ləğv olunacaq. Amma çox təssüf ki, 2006 - cı ildə
İranda yenidən daş - qalaqla edama başladılar. Üstə
şərh verdiyim kimi, Məşhəd şəhərində
bir kişi və bir qadın elə bu metodla da edam edilmişdirlər.
Bu il, yəni 2007 - ci ildə
əslən Azərbaycanlı olduğu deyilən
Cəfər Kiyani Takistan şəhərinin Akça kəndinə
aparılıb və orada zinaya görə daş - qalaqla edam
olunmuşdu. C. Kiyaninin vəkili Şadi Sədr xanımın
verdiyi məlumata görə, C.Kiyani daş - qalaq nəticəsində
çox dəhşətli bədən xəsarəti alıb, amma
ölməmişdir. Onun huşsuz bədənin məhkəmə
ekspert həkiminin yanına gətirmişdirlər, o isə müayinə
edib diri olduğunu vurğulamışdır. Bu yerdə adı
qeyd olunmayan bir şəxs, gedib bayırdan sementdən hazırlanmış
böyük, ağır lövhə gətirib onun başına vurub
qətlə yetirmişdir. Mediyanın verdiyi məlumata görə,
o adı çəkilməyən şəxs, daş
- qalaqla edam hökmünü verən
hakimin özüdür. Bu xəbər dünya mediyasında çox geniş
formada yayılıb və İran rejiminə qarşı çox
şiddətli etirazlara səbəb olmuşdur.
Məhəmməd
Laricani İranın yüksək səviyyəli dövlət
məmuru bu etirazlara cavab olaraq demişdir :
Daş - qalaq cəzası zinaya qarşı uyğun
cəza sayılır və onu işgəncə adlandırmaq
olmaz.
O, daş - qalaq cəzasından müdafiə edəndən
bir neçə gün sonra, Məşhəd şəhərində
bir qadın zinaya görə daş - qalaqla ölümə məhkum
olmuşdu. Belə nəzərə gəlir ki, İranda daş
- qalaqla edam cəzası yenidən başlayıb. Hal - hazırda
12 nəfər İran zindanlarında bu növ edam cəzasın gözləyirlər.
Onlardan üç nəfəri Azərbaycanlı qadındır ki,
zinaya görə daş - qalaqla edama məhkum olunublar. Onlar Mükərrəmə
İbrahimi -- Qəzvin,
Kubra N.
-- Təbriz və
Haciyə İsmayılvənd
-- Culfa zindanındadırlar. Deyilənə görə,
M. İbrahiminin 4 yaşında
uşağı zindanda onunla birlikdə yaşayır. Bu qadın
hərdən uşağın qucaqlayıb:
Mən gecələr daş yuxusu görürəm! -- deyir.

Bir məhkum edam olunmamışdan qabaq şallaqla cəzalanır

Bu uşaq da edamın şahididir!

Bir bəxti yatmış qadın zinaya görə daş - qalağa hazırlanır

Yaşayış binalarının arasında edam cəzası icra olunur

Edamı gülə - gülə qarşılayan insan!