Azərbaycan milli hərəkatının inkişaf
yolunda milli şura!
Aydındır
ki, Fars şovinizminin çeşitli qollarının müxtəlif
metodlarla milli hərəkatımızı və milli kimliyimizi
bombarduman etməsinə baxmıyaraq
bu hərəkatın inkişafi dayanmamış və dayanmıyacaqdır.
Özəlliklə fikir meydanında millətin özünə dönüşü
və Türk mehvərli Azərbaycançılığın gənç
teorisyənləri, 80 illik Fars hakimiyətinin yaratdığı
uydurma tarixi əzib dağıtdıqdan sonra bunlar çaş- baş
qalıblar.
Əməli
sahədə isə millətimizin qaymaqları olan gənc
və orta yaşlı mübarizlərimizin şovinist zindanlarını
fəth etməsi, özlərinə şkəncə,
ailələri və iş həyatlarına böyük hücum və
təzyiqlərə baxmıyaraq sınmamaları və cananə
dirənişləri şovinizmin belini bükməkdədir. Daha
diqqət çəkən isə bu zindanilərin həyat yoldaşları
və başqa Güneyli qadınlarımızın
burla xatun sayağı düşmənə hayqırması
böyük bir inkişaf olaraq bunları lap kırıxdırmışdır.
Bu qadınların becərdiyi uşaqlar bu millətin
gələcyinin aydınlıq çiraği olacağıda inkar
edilməzdir.
Zəncanlı
milli hərəkətçilərə göstərilən vəhşiyanə
şkəncələr isə Türkçülük şuurunun
Azərbaycanın tarixi torpaqları sayılan Qəzvin,
Həmədan Savə Ərak və başqa bölgələrə
daşınıb yayılmasından gece yatanmıyan Tehran
hakimiyətinin qorxusundan irəli gəlməkdədir. Ona görədə
o bölgələrdə rəhmətlik Əli
Kəmalənən tutumunu dəvam etdirərək bu inkşaf
və gəlişməni dahada dərinləşdirmək
təqdirə layiqdir.
Bununla
belə şovinizmin beynalxalq səviyədə əleyhimizə
apardığı siyasi fəaliyətin yanında öz
daxilimizdəki çatışmamazlıqlarıda
gizlətmədən açıqlayıb, analiz edib, çarə yolu
tapmağımız hərəkətimizin
gələcəyinin təzminatidir.
Şübhə
yoxdur ki, Azərbaycan milli hərəkatının fikir meydanında
qələm oynadanlar, özəlliklə gənclərimizin düşüncə
sistemi bu hərəkatın nəzəriyə boşluğunu
yavaş- yavaş doldurmaqdadır. Geçmişdəki müxtəlif
siyasi axımların arxasınca sürünənlərdən,
ideolojik sahədə başarılılarının
bəziləri Azərbaycan
həqiqətlərini idrak edərək bu meydanda söz və
fikir söyləmələri, bir
yandan sevindirici olsada bir tərəfdən də hərəkatımızı
azdıraraq axsadır.
Azərbaycançılıq
qalasının duvarlarının hörülməsində bu
izlər geniş zaviyə ilə çox yanlı qavramlar ortaya çıxmaqdadır.
Bu görüşlərin çeşitliliyi hərəkətimizin
demokratikləşməsinə yardımçı olsada
bəzən diktə edilmiş vəya borc alınmış
qalıblardan eşiyə çıxamadığına görə
milli mənafeimizə zid karakter alır.
Bu
məsələ özəlliklə Amerika ilə İran arasında
cərəyan edən soyuq savaşda özünü daha qabarıq göstərməkdədir.
Adet üzərə Amerika empiryalizmindən söz açanlar
uzaq- yaxın başqa süpergücləri görməməzlikdən
gələrkən özəlliklə Rus empiryalizminin bölgədə
gərnəşərək qolçomaq siyasətini gözardı
edərkən əslində Fars şovinizminin bugünkü
dar boğaz sancısından çıxmasına yardımçı
kimi görünürlər.
Şübhə
yoxdur ki, ağır basqılar altında qıvrıla-qıvrıla
qovrulan Azərbaycanımızın qurtuluşu Amerikanın
əlində deyildir. Çünki bir tərəfdən İrandaki geçmiş
rejimin yüksək məqamlarının yeriklədikləri
yenidən doğuş yolunda beynalxalq ilişgiləri bu qurtuluş
qaplarını bağlamaqda bir tərəfdən isə lazim
olan gün Haşimi Rəfsəncani əmmaməsini belinə
doluyaraq əbasını nəft borularına bürüyüb, aq evin
baxcasında əvədəliyərək
pillələrindən üzü quylu sürünməyi irqi borc sayacaqdır.
Daryuş Humayun kimi geri zəkalıların qısır day
kimi kişniyərək Azərbaycan milli hərəkatını
qırmaq üçün bugünkü Tehran hakimiyətinin yanında olmalıyıq
deməsi bir tərəfdən Fars şovinizminin dingiltiyə
düşəndə çör- çöpə söykənə
biləcəyinin sübutu ikən bir tərəfdəndə bu ağılsız
üzdən ıraq siyasətçinin zaman və məkan
dəngəsini itirdiyindən xəbər verməkdədir. Aydındırki
onunla Rəfsəncanini müqayisə etməkdə bir
tərəzinin gözləri ölçü dəyəri olamaz.
Amerikanın
səsinin Farsca Tv və radyosunun Güney Azərbaycan və Türklər
haqqında bugünkü tutumu özü- özlüyündə çox yaraları qaşımaqda
və harda olmasından asılı olmuyaraq Fars şovinizminin
diş qıcırtmasına aydınlıq
gətirir. Ancaq o ölkə insanlarının bölgədəki
gərçəkləri öğrənərək Güney Azərbaycanın
böyük potansiyelindən xəbərdar olduqları halda, bu sısqalardan
qoparaq münasibətlərin deyişəcəyidə məntiqi
təfəkkürdür, hətta inkar edilməzdir. Amerika və
Avrupanı başa salmalıyıq ki, bölgədəki siyasi
dəngənin gələcək tarazı Azərbaycan Türklərinin
olduğu tərəzinin gözündə ağır basacaqdır,
dayaz siyasəti buraxıb dərinliyə yenməlidirlər.
Azərbaycan 300 milyonluq Türk dünyasının ürək qapısı
və bu qapının açarıdır, silkinərək dünyaya
yenidən baxmalıdırlar. Bunları, özəlliklə
demokrat düşərgəni başa salmalıyıq ki, İranda
demokrasinin ən böyük əngəli örtüyündən asılı
olmuyaraq Farsçılıq siyasətidir. Bu təfəkkür və
maniənin kürəyini yerə gətirəbilən güc isə
ancaq Azərbaycnın gücüdür, bu hərəkət dahada güclənməlidir.
Bu
vəya başqa formada İranda Farsçılıq siyasəti
yeridən və yeritmək istəyənlərin qarşısında
susaraq cıngır çıxarmıyan bəzi iflas etmiş
ideolojilərin bəzi yançılarının milli
hərəkətimizə yendirdikləri zərbə
bəlkədə adət üzərədir.
Bunların bir bölümü bəzən Azərbaycan adına çıxış
edərək istər bütöv Azərbaycan məfkürəsinin
əleyhinə yazılan yazıları istərsədə Türklük
və Türkçülük əleyhinə vurduqları dirsəkləri bu
örnəyin açıq görüntüsüdür.
Bunun
yanında hərəkəti idarə etməyə çalışan,
rəhbərlik iddeasında vəya arzusunda olanlar, siyasətdə
səbrin dəyərini öz mənafelərinə qurban
verəcək səviyəyə düşməyə hazır
olanlar, tələsgənlik edərək kəsə yol
axdaranlar, milli hərəkətimizin hər gün yeni bir
mərhələsindən danışaraq vəya ona əməli
addım atmaq istəyənlərdə bilərək vəya
bilmiyərək zərbə yendirməkdədirlər. Təcrübə
göstərmişdirki, bu tip hərəkətlərin pozgunçu
davranışlarının törətdiyi fəsadlar
həddindən artıq böyük və yıxıcı olmuşdur.
Bunun ən bariz nümunəsi, Türkcü- millətçi şuari ilə
gənclərimizin bir bölümünə nüfuz edərək silahli mübarizə
təklifləri ilə yeni mərhələdən danışanlardır.
Zamansız və hazırlıqsız bu girişimlər
millətimizə vurulan ən böyük zərbənin başlangıcıdır.
Özəlliklə islam hakimiyətinin mühafizəkar bölməsinin
son iki ildəki tutumu, gənclərimizə həddindən artıq
təzyiq göstərərək asdı- kəsdi siyasətinin
artırılması, istər istəməz
gənclərimizi əsəbləşdirərək
bəzilərində radikal təfəkkürlərin yaranmasına
səbəb olmuşdur. Bu oyuna oyuncaq olmamaq üçün əlimizdən
gələni etməli və çıxış yollarını
axdarıb tapmalıyıq.
Hər
ağıllı insan bilirki, heç bir ölkədə daxili siyasi böhran
güc tətbiq etməklə həll ola bilməz. Külün altında
gizlənən köz kimi, bir balaca imkan taparsa körüklənər,
qan üzəngiyə çıxar və zalimin tufağını yandırar.
Bunu Fars şovinizminin də anladığına görə bu ağır
təzyiqlərdən aşağdakı hədəflər güdüləbilər.
1-
Hərəkəti
radikallaşdırmaq və hazırlıqsız milləti qaladıqları
tongalda yandırmaq. Çünki onlar çox yaxşı bilirlərki bu
millət hazırlaşırsa o alovda özləri yanacaqlar.
2-
İslahatçılara
umid bağlatdırmaq.
3-
İmkan
daxilində hərəkətin inkişafını dayandırmaq.
Siyasi
zindanilərimizi yorulmadan müdafie etmək, onların təzyiq
altındakı ailələrinə baş çəkərək
əlimizdən gələn yardımı göstərməklə
bu oyunda Tehrana uduzmamağın qarantısı sayılmalıdır.
Milli
hərəkatımızın inkişaf prosesinə bu
zaviyədən baxanda, bəzi təmkinli, dözümlü və usta
siyasətçilərimizin yazdıqları fikirlərə qoşulmamaq
olamaz. Onları qarqış yerinə alqışlamaq, söymək
yerinə sevmək və təcrübələrindən istifadə
etmək millətimizin yararınadır.
Bugünkü
dünya şərtlərində, geçmişdəki mübarizə
teorilərinə dayanaraq inqilabdan, terordan, yıxıcılıqdan
danışmaq yerinə demokratik mübarizədən, dünyanın
hür səsindən, beynalxalq hüquq normalarından istifadə
edərək, milləti qorxudmadan- çəkindirmədən inkişafa
doğru aparmaq ən düzgün yoldur.
Soyuq
savaşdan sonra dünyamızda gedən demokrasi- diktatorluq arasındaki
mübarizədə demokratların səfində duraraq beynalxalq
himayəni qazanmaq doğru siyasət sayılır. Təcrübə
sübut etmişdirki, Mao- nun dediyinin tərsinə siyasət tüfəngin
ağzından çıxmadığı kimi demokrasidə
tankların təkərləri altında daşınamaz, əzilər.
Onun
üçündür ki, daxildə və xaricdə milli hərəkatımızın
nəzəriyələrini təkmilləşdirərək
şovinizmin düşdüyü bu dar boğazda boğazından yapışmağı
bacarmalıyıq.
22
may 2006 dirçəlişini bir dönüş noqtəsi- yeni
mərhələ adlandırmaq olsada, hər gün yeni bir
mərhədən danışmaq yerinə, hər gün
irəliyə doğru yeni bir addım şuari daha uygun görüş
sayıla bilər.
Bu
sözləri yazarkən həmən işarə etmək
gərəkir ki, bəzi Kürd dəstələrinin qərbi
Azərbaycanda yaratmaq istədikləri durum qarşısında
mübarizə metodumuz yuxarıda qeyd etdiyimdən fərqli olaraq
təzahür etməlidir. Təəssüflə bu
dəstələrin apardıqları anti- Türk və anti
Azərbaycan fəaliyətləri o bölgədəki
Azərbaycanlıların silahlanaraq özlərini müdafiə
etmək zərurətini ciddi şəkildə ortaya çıxarmışdır.
Əsasən müdafie nəfs fəlsəfəsi tarix boyu
olduğu kimi bugündə geçərli , qanuni və beynalxalq hüquq
normalarına uygundur. Fars və Kürd şovinizminin birlikdə
yaratmaq istədiyi bu probləm, Fars hakimiyətinin bölgədəki
millətlər arasında dəngə yaratmaq siysətini
təmin etdiyi halda, Kürd xalqına böyük itgi
gətirəcəyini bu xalqa anlatmaq lazimdir. Bunu üçündə bu
qruplarla müzakirə qaplarını açıq saxlamaqla birgə,
bu danışıqları bu dəstələrin torpaq iddeaları,
xəritə çıxarmaları və qışqırdıcı
təbliqatlarının kəsilməsinə bağlamaq
zərurəti gözdən qaçırılmamalıdır. Əksi
təqdirdə özümüzə siyasətçi dönü geydirərək,
bunların bir dəstəsi ilə müzakirələr apardığımız
halda, o biri dəstənin əleyhimizə uyguladığı
təbliqat ağır nəticələr verəbilər. Çünki
bu aldatmacaya uyarsaq, millətin bir bölümünü yuxladıb, özünü
mudafiə fikrindən uzaqlaşdıra bilərik.
Yuxarıda
yazdıqlarımdan anlaşılır ki, biz bütün dünya
millətləri və ölkələri ilə diplomatik ilişgi
qurmağa üstünlük verməliyik. Ancaq bunun iki şərti var:
1-
Bu
dövlət və millətlər demokratik prənsiplərə
uymalı.
2-
Bərabər
hüquqlu və qarşılıqlı mənafe əsas alınmalıdır.
Bununla
belə genə yuxarıda da yazdığım kimi heç bir dövlət
vəya millət bizim haqqımızı alıb bizə
verəcək durumda olamaz. Onun üçündür ki, demokratik
prənsiplərə dayanaraq, bütün gücümüzü millətimizin ayılmasına,
sistematik çalışmağa, özəlliklə mütəşəkkil
olmağa sərf edərək, əl - ələ verib birlik
qalasının duvarlarını bərkitmək
məcburiyətindəyik.
Hər
kəs yaxşı bilir ki, insanlar haqlı olaraq güc ətrafına
toplaşar. Azərbaycan milli hərəkatının birləşib
güc mərkəzinə dönüşməsi başarı ilə
yerinə yetirilirsə əslində milli mübarizəmizdə
yeni bir mərhənin başlangıcı olabilər.
Güney
Azərbaycan Milli Birlik Şurası- nın doğru usullala
yaranması bu arzunu gərçəkləşməsi yolunda atılan
dəyərli bir addım olduğuna görə bütün
səmimi milli fəallarımızın qollarını
çırmalıyaraq bu şuranın yaranmasına yardımçı
olması milli görəv sayılmalıdır. Yaranmaqda olan bu
şuranın Frankfortdakı illik toplantısından alınan
nəticələr göstərir ki,
1-
Bu
Şura heç bir şəxs, qrup, təşkilat vəya dövlət
caynağında olmuyacaq və burada üzv olan bütün soydaşlar
tam demoktatik surətdə irəli addımlıyacaq.
2-
Yeni
seçilən müvəqqəti başqanlıq şurası və
icra komitələrinin tərkibi göstərir ki, bu qurumda
gənclərimizin qoşulub dinamik fəaliyət aparmalarına
böyük önəm verilir. Seçilən 17 nəfərin ortalama yaş
ağırlığının 35 40 olması bu iddeanın
açıq göstərcəsidir.
3-
Bon
iclasında seçilən 7 nəfərlik baş komitə heç bir
əsasnamə və nizamnamə olmadan ilk addımları atdığı
halda bugünkü başqanlıq şurası və icra
komitələri nizamnamə
əsasında fəaliyət imkanı qazanmışdır.
4-
Təklif
olunan əsasnamədə kiçik deyişikliklərin hazırlanıb,
üzvlər arasında müzakiryə açılıb, qurultayda tesvib
olunması düşüncəsində yer alan 20- 25 nəfərlik
aqsaqqallar şurasi vəya ali şura yaranması özü-
özlüyündə birliyə doğru böyük bir addım sayılmalıdır.
5-
Öndər
tutulan milli müqəddərati təyin siyasətı güney
Azərbaycanda açıq fəaliyətin aparılmasına imkan
yaratdığı kimi orada ali şuraya üzv seçilməsinin
təminində böyük bir inkişaf sayılır.
Bütün
bunlara baxmıyaraq çatışmamazlıqlarında olduğunu
inkar etmək olmaz. Ancaq bu probləmlərin həllini uzaqda
durub, yıxıcı tənqidlərdən də gözləmək
olmaz. Bunuda artırmalıyam ki, artıq filan kəs olsa mən
olmaram düşüncəsini yıxıb, yerinə hamımızın
əl - ələ vermək təfəkkürünü tikməliyik.
Şübhə yoxdur ki, insanların karekterləri fərqli olaraq
yapıcı vəya yıxıcı ola bilər. Yıxıcıların
qarşısını almaq üçün hərəkətdən küsmək
deyil, qoşularaq heç olmasa onların mənfi təsirini
azaltmaqdır.
Onun
üçün, umid edirəm, başqa sözlə əmin və arxayınam
ki, yeni seçilən məsullar şəxsi səliqələri
bir yana buraxıb, nizamnaməyə uygun hərəkətlə
toplntıda alınan qərar əsasında böyük bir qurultaya
hazırlıq aparacaqlar.
Millətimizin
umid qaynağı olan milli birliğin açarları artıq sizin
əlinizdədir.
Böyük
Rəsuloğlu
07.10. 07