KƏRKÜKƏ
ÇATMAQ ÜÇÜN ÖZÜNLƏ YOLA ÇIX
(Esse)
Eluca
ATALI/ Azerbaycan
Sene kovuşmaktır benim muradım
Uzun yolda yürürken addım-addım.
Duyacaktir bir gün her Türk feryadım
Hayol edip bekliyoruz o günü.
Ertan Beyatlı
Bütün xəyallar gerçək olur deyə bilərəm. Özüdə
çəkinmədən, qorxmadan bu sözümü tuturam. Xəyalinsan
arzusunun mavi səmalara yüksəlməsi, onun, yəni insanın
öz gerçək boyundan çox yüksəyə qalxmasıdı. Əslində
insan öz arzuları ilə birlikdə var. Əks halda o, necə
insandır ki, olanla barışır, gerçəyin
vədləri ilə qidalanıb doyur. Bəs onun Mən
də varamnidası harda qaldı?
Kərkük adını və özünü düşünəndə
mən də varammı? suallını aydınlaşdırmaq
istəyirəm. Bu suala, düşüncəyə əslındə
gec çatdım,lap gec.Biz və bizim nəslin yaddaşından,
milli təfəkküründən çox şeyi silib atmaq, manqurtlaşdırmaq
istəyirdilər. Onlardan biri də Cənubi Azərbaycan,
Kərkük və bu kimi azərbaycanlıların sıx yaşadığı
yerləri unutdurmaq,o soydaşlarımızla bir millət olduğumuzu
bizdən gizlətmək cəhdi idi.Biz sovet tərbiyəsi görmüş
insanlar Azərbaycan tarixini məktəbli partası arxasında
öyrənməmişik,onu bizə öyrətmədilər,
tədris etmədilər. Bu səbəbdən də Kərkükün
varlığından gec xəbər tutduq. Biz və bizlərin
içərisində mən bir azərbaycanlı olaraq Kərkükün
varlığını prof. Qəzənfər Paşayevin
Altı il Dəclə-Fərat sahillərində, İraq
Tükmən folkloru, Kərkük folkloru antologiyası kitablarından
öyrəndim. Oxudum, duydum və bu duymaqlarda bir millət olduğumuzu
dərk etdim. Tarixi, dili, etnoqrafiyasıadət-ənənəsi,
musiqisi folkloru eyni olan xalqın bu qədər bir-birinə yadlaşmasının
bir adı var: qorxu! O, qorxu ki, daim türkə böhdan atdılar,
onun böyüməsindən, güclənməsindən
vəlvələyə düşdülər. Asif Ata demişkən:
Türkdən qorxu, türkə böhtan yaratdı. Qılınc türkü
dedilər. Amma elə etməliyik ki, bizə idrak türkü
desinlər. Türkün özünü dərk etməsi vacibdir. Yalnız özünü
dərk edən türk bir-birindən xəbər tutacaq və öz
türkünün dərdini özümləşdirəcək. Bunu yalnız
idraka söykənən insan edə bilər.
Kərküklə bağlı bilgilərimin dərinləşməsində
ikinci dəfə və əsasən deyəcəyim dürüst
suallarıma cavab tapmağım Londonda yaşayan Kərküklü
bəstəkar Seyfeddin Çaxmaqçı ilə olan tanışlıqdan
başladı. Demək olar hər görüşümüzdə
Kərkük və kərküklülər əsl söhbət mövzusu
oldu.
Qarabağ:
Qan içində Qarabağ!
Içimdə iki həsrət var
Biri Kərkük biri Qarabağ!
Seyfəddin bəy Qarabağı düşündüyü
qədər, bizim Azərbaycan tarixi dərsi keçməyən
nəslimiz Kərkükü düşünəndə eyni xalq olduğumuz
dərk olunacaq. Asif Ata deyirdi: Qarabağın bir yolluq, bir
dəfəllik həlli o taylı, bu taylı Azərbaycanın
birləşməsindən keçir. Erməniyə 30 milyonluq
Azərbaycanlı təpiyi lazımdır. Erməni ruhani yox,
fiziki gücdən qorxandı. Mənsə deyirəm,
bir-birimizdən ayrı düşməyimiz və əsrlərdi
bununla barışmağımız yadlaşmağımıza
səbəb oldu. Bir-brini tanımadan doğmalıq yaranmır.
Doğma olmayanlar dərdə yanmazlar.
Kərkükün bugünündən mənə və bizim nəslə
xəbər verən üçüncü səxs Səmsəddin Kuzəçi
oldu. Onun Kərkük soyqırımları kitabını
səhifə-səhifə çevirdim. Oxumağı demirəm,
oradakı şəkillərə baxmaq yaralı Kərküklə
bağlı dərin, dolğun informasiya verir. Bir ömürün yükündən
artığını bir kitabda vermək ən azı
fədakarlıqdır desəm, bu mənə az gəlir.
Oxuyanlar irad tutmasın, bu əsil qəhrəmanlıqdır.
Qəhrəmanlıq inkansızlıqdan imkan yaratmaqdır.
Imkan yoxdur, səni əzirlər, amma sən yenə imkan tapıb
qəddini düzəldirsən və mən varam, ölməmişəm,
ölməyəcəm, yaşayacam!deyirsən. O, səkkiz il
bu kitab üzərində işləyib
və öz xalqı üçün bunu yaradıb. Əsil kitabı
mən abidə hesab edirəm. Kərkük soyqrımı
kitabı əslində abidədir. Bunu deməkdə özümə
haqq qazandırıram. Çünki mən ixtisasca kitabşünasam
və az-çox dünya kitab tarixini bilirəm və onu da bilirəm
ki, yüksək intelektual səviyyə, milli təfəkkür
və millətə sevgi ilə yazılmış kitab ölmür,
yaşayır.
Bu dəqiqə, bu sətirləri qələmə aldığım
məqamda masam üstə olan sonuncu oxuyub büküb əlimdən
qoyduğum, amma gözümdən iraq olmasına razılıq verə
bilmədiyim kitab Şəmsəddin Küzəçinin müəllifi
və tərtibatçısı olduğu Türkməneli ədəbiyyatı
kitabıdır. Burda təkcə ədəbiyyatdan söhbət
getmir. Ədəbiyyatla yanaşı, bütün kərkükdə
və Türkiyədə Kərküklə bağlı ədəbi,
mədəni, ictimai işlərdən, əlaqələrdən
xəbər tuturuq. Onların təkcə yazı vasitəsilə
deyil, səs, görüntü vasitəsilə gördükləri işlərdən
məlumatlar var. Az da deyil, mənimsəyəndə görürsən
ki, o, kitabla çox yol gedə bilərsən. Kərkükə çatmasan
da onun astanasına qədər aparır və ordan beləsini
getmək qalır sənə--iradənə və əsasən
özünə.
22
Murad Günü,
Od
Ayı, 23-cü il