DÜNDƏN BU GÜNƏ GÜNEY AZƏRBAYCAN

 

                                              (3)

 

    GÜNEY AZƏRBAYCANDA ULUSAL GEÇMİŞLİK ANLAYIŞI

 

          5- Yanlış uyqarlıq bilgiləndirmələri:  İndiyə kimi uyğarlığın bir qalıba sığışdırıb,  neçə tümcədə  tanımlanmasını ( Tərifini) kimsə  verməmişdir . Acunda en geriyə qalmış toplumlarında bir uyğarlıqları olduğunu bütün toplum bilimciler savunarlar . Uyğarlıqların gəlişmə ölçümlərini , çağa uğun yaşamların yüksək bəlirtilərilə( əlamətlərilə)  dəyərləndirərlər . Ancaq indiyə kimi, kimsədə tərəziyə qoyub uyğarlıqların  ağırlıq, yüngüllük  çəkisini verməmişdir . Bir sözlə uyqarlıqların çəkim daşları gənəl olaraq  aydınlaşdırılmamışdır . Gəlişmiş , gəlişməmiş uyğarlıqların oladuğunda bütün toplum bilimcilər ortaq düşüncədə olmuşlardır .

       Güney Azərbaycan Türkünün ulusal kimlik anlaıyışında yanlış uyqarlıq yorumunun sonucu, yanlış qavramalara nədən olmuşdur . Güney Azərbaycan Türkünə  özgələrə uydurulan gəlişmiş uyqarlıqların vurğunulu aşlanmış, yerinə isə Türk uyğarlığından söz edilməmişdir .Aşılanmış yabancı uyqarlığının vurğunluğu,  Türk aydınının görər gözünü görməz etmişdir . “Kəmalütdevlənin məktubları”, “Səyahət namey ibrahim bəy”kimi 19.cu yüz ilin yapıtlarını örnək göstərmək olar . Geçmişlikləri  başdan dibə kimi quşqulu olan “ kiyan şahları” na olmazın övgülər sonucu ,manqurtlaşmış Türk aydını bilmədən anasına qılnc qaldırmışdır. Bu sağlı sollu saldırmalar sonucu Türk ulusunu soysuz göstərib, ulusal kimlik savaş alanlarında bir soytarı kimi gülünc qaynağı etməyə çalışmışlardır . Ancaq Türk ulusu buna aldırmadan öz böyüklüyünü göstərmişdir .

          Farslarla onların yandaşları olan Avropa mərkəzçiləri , islamdən öncə Türk ulusunun uyqarlığını, əkinini( kültürünü) görməzdən gələrək, olmazın qarayaxmalrla onları aşağılamağa çalışmışlardı . Ancaq  Farslarla yandaşlarının yazdıqları kimi, Türklər uyqarsız, əkinsiz olmamışlardır . Uyğarsız , əkinsiz bir ulusun başqa uluslara egemən olmalarını geçmişlik göstərməmişdir . Uyqarsız bir ulus özünü yönətməyən yerdə, necə başqa ulusları yönəldə bilər?  Yunanların altın çağları olan antik dönəmdə makedoniyalı İskəndər kimi, böyük baş komandan doğulmuşdur . Soqratların, Əflatunların, Ərəstuların  bilgilərindən yunan ulusu özünü bir ulus olaraq görmüş, dış acuna açılmağa qalxaraq, iskəndəri öndər etmışdir . Ərəblər islama kimi quru ərəb çöllərindən eşiyə çıxa bilməmişdilər . Avropa yeniden doğuşdan ( rönesansdan-15-16.cı yüz ildən) sonra acuna bayraq asmağa başlamış, sömürgəçilk siyasətinə qalxmışdır . Çağımızındə egemənləri yenə ən gəlişmiş devlətlərlə uluslardır . Biz isə bu egemən devletlerle uluslara sömürgçilikləri üçün uyqarsız, əkinsiz  diyənmərik. Çün, bunlar gəlişmiş uyqarlıqlarının , ekinlərinin içəridə dolğun olduğundan sonra dışarıya açılmağa başlamışlardır . Bu nədənlə islamdən sonra min ildən çox üç anaqarada( asiyada, avropada, afrikada) çeşitli adlarla böyük devlətlər quran Türklərə uyqarsız, əkinsiz demək, uyqarlığın, əkinin anlamlarnı bilməmək deməkdir . Farsçılıq torisiyənləri yanlış bilgidən dolayı, yanlış sonuca vararaq, öz suçlarını yobazlıqla yorumalmaqadadırlar .

      Uyqarlıqlarla əkinlərin gəlişməsinin bir önəmli etkənidə( faktöruda) dil konusudur .  Gəlişmiş bir ulusun başqa alanlarda olduğu kimi, dil alanında da gəlişməsi sözsüzdür . Dil  gəlişmələrin topluma yorumçusudur. Bu gün ingilis, fransız kimi  gəlişmiş toplumların dillərinin sözcükləri 600 000 aşmışdır . Ancaq gəlışməmiş toplumlarda bu sayı 30 min belə deyildir . Çağımızda ildə 50 minin üzərində buluş vardır . Bu buluşların ən azından yüzdə onu gənəl işlətim alanlarına girir, bunun qarşılığında  ad alırlar. Bu yeni buluşların gəlişilə dildə yeni sözlər yarnmalı olur . Gəlışmış toplumlar bu yeni sözcükləri dilərində işlək olduqları üçün barındırıb bəslər,sonrada ondan yeni sözçük düzəldərler. Ancaq gelişməmiş toplumlar isə, bu sözcüklərə öz ölkələrində özgəçilik (kapitülasiyon)payı verilər. Bunun örnəklərini bu gün dilimizdə də görməkdəyik . Azərbaycanda teknolojinin ürünü olan fıransız, ingilis sözcüklərilə yanaşı, egemən dil olan rus, fars sözcükləri bunun göstərgəsidir . 1992.cu ildə Yunesko acunda yaranan dil sorunuyla bağlı uyrıda, ingilislə fıransız dillərinin başqa dilləri utmaqda olduğuna deyinilirdi .

       Güney Azərbaycan Türkcəsidə islamdan sonra egemən olan ərəb, fars sözcüklərinin axınına( hucumuna) uğrayaraq geri qalmışdır. Bu gün Quzey Azərbaycanla Güney Azərbaycan arasında azda olasa, bu sözcüklər anlaşılmamazlığa nədən olurlar . Bu nədənlə bir birlərini arasıra rusçuluqda farsçılıqda suçlayırlardır . Bu sorun har dasa 170 illik ayrılığın yetiridir( ürünüdür). Öncədə deyindiyim kimi islamdan sonra başçılarımızın düyarsızlığı sonucu, Türkcə geri oturdulmuş, yerinə ərəbcəylə farsca önə sürülmüşdür . Bunun sonucunda da Türkcə bütün alanlarda sözcük özgəçiliyinə boyun əymişdir. Savaşkənliyilə anılan əski Türklər,savaş alanında belə sözcüklərini yadırğamışlardır . Örnək üçün “hərb” , “cəng”,məğlub”, “qalib” kimi çoxlu yabancı sözcüklərə borclu qalmışdıq ( bu düşüncə sayın ismail bəy hadinindir).

     Divani- luğati Türkdə “Ərqənə” sözcüyü “gələngün” anlamında verilmişdir . Bu sözcüyü Türk mitologiyası kim yorumlayan “ Ərgənəkonla” qarşlaşdırsaq, anlam yaxınlığına vararıq. Məncə Ərgənəkon deyə yer adı doğru deyil, “ərgənə gün” zaman adı doğru olmalıdır .Ö. Xəyam Məlik xaqanın sarayında “ cəlalı” təqvimini hazırlarkən, özü fars olduğu üçün , təqvimlə ilgili sözcükləridə farsca vermişdir . “ Noruz” sözünün bir Türk sözcüğünün( Ərgənəgün) çevirisi olmasıla bağlı düşünmək olar . Çün fars dilində gənəldə sifət addan sonra gələr. Beləliklə “ noruz” deyil “ ruzeno” olmalıydır . Farscda “saleno” varkən “ kimsə “nosal” sözü eşitməmişdir .

    Burada uydurmalğın yadırğanmışlağ vardığıyla bağlı bir az yana əyməli oluram.  Bu uydurma nağılların başında duran “şahnamədə”, ferdosi zəhkı öldürən “dəmirçi kavə” adlı bir qəhrəman yaradar . Bu qəhrəmanıda günümüzdə Kürdlər özlərinə geçmişin böyük Kürd qəhrəmanı kimi mənimsəllər . Ferdosi uydurmalarında deyər : “ Zəhakın yediyi insanların  beyinləri yerinə qoyun beyni qoyub, dağlara yollardılar .Bu insanlardan Kürd ulusu yaranmışdır” . Görəsən Kürd ulusu belə bir yergiyi (həcvi) mənimsəyərək kavəni özünün ulusal qəhrəmənı adlandırarmı? Belə yalnış bəlirtilərin üzərində varsayımlara dayalı geçmişlik yazıb, ulusları bir birinə salmaq, cinayətdən başqa nəsnə deyildir .  

      Səfəvi elcədə qacar dönəmlərində Türkcənin azda olsa egemənliyi sonucu, çoxlu Türkcə sözcüklər yaranmışdır. Bu sözcüklər bu gündə egemən dil olan farscada yaşamaqdadırlar .

       İslamdan öncədə Türkcənin zənginliyidə , Türklərin gəlişmiş bir uyğarlıqları olduğunun göstərgəsidir .Sözlərimi qanıtlayacaq olan qaynaq yalnızca hardasa 1000 il (1073)   bundan öncə yazılmış, “ Divaini- luğati Türkdür . Fıransızcanın, ingilizcənin, Ruscanın yazımı olmayan bir çağda , islamın atına minib acuna meydan oxuyan ərəbə,Türkə yan baxmaması üçün yazılan bu yapıt, ən böyük yanıtdır . Bu yapıtda çeşitli alanlarda olan sözcüklər , o dönəmdə eləcədə ondan öncələri yaşayan Türklərin uyğarlıqlarına ışıq tutmaqdadır . Örnək üçün bu gün ərəbcənin “həkimi” yerinə orada biz“sağucu”,”əttarın”yerinə isə “otaçı” sözcüklərini görməkdəyik. Buda tib alanında Türklərin bir uyğarlıqları oladuğnu göstərir . Divanda “ütük” sözcüğü geçməkdədir . Bu söz “günümüzdə “ütü olaraq geçir . Bu ayqıtın bir Türk buluşu olduğu quşqusuzdur . Bu sözcük  Türklərlə qonşu olan ulslarda olduğu kimi geçmişdir .Ruslar  utuk         farslar isə bizlər kimi ütü deyərlər . Geyimlərinə önəm verən Türklər, bu ayqıtla yün geyimlərinin artığını ütdükləri üçün ona “ Ütük” adı vermişlərdir . Geçmişliklərdə şalvarında bir Türk geyimi olduğu yazılıdır. Genel Avropa geçmişliklərində Türklərin at üstündə rahatlıqla iş yamalarının bi nədənini onların geyimlərinə bağlarlar . Atdan enib, böyüynün önündə bağır basmanında bir Türk gələnəksəli olduğu yazılıdır . Buna Türklər “ görüş deyərdilər .Farscada olan “ korneş” sözünün “görüş” sözü   olduğu aydınca bilinir .  Təkərində bir Türk buluşu olduğu düşüncəsinə, bütün geçmişlikçılər qatılırlar .

       Günümüzdə qonşuların elcədə acunun uzaq yerlərində aşçılıq alanında işlənilən Türk sözcükləri, bu ulusun yemək ekininin dərin bir geçmişi olduğunu göstərir . Moğulca Türkcə olan kabab, plav,çilov sözcüklərini örnək olaraq vermək olar . Yoğurmaq sözcüyündən “ yoğurd” sözcüyünün törəməsi bu yeməyin bir Türk yeməyi olduğunda quşqu yeri buraxmır . Bu yemək indi acunun bir çox yerində yoğurd deyə adlanır . Avropanın göbəyinə saplanmış “ Alp” sözcüyü yüksək Türkcənin yenilməz bayrağı olduğu kimi ,İtaliyanların dədələri olan İskitlərin geçmışliklərinin yenidən araşdırmasni istər. Farslar Türkün boşqabına yemək qoyub, Türkün qaşığıyla yeyəndə, bu ulusa minnətdar olmaq yerinə, qra yaxarkən utanmırlarm?

      Türkcəmiz bu gün nə yeyirsə,islamdan öncə gəlişmiş olduğu dil anbarından yeyir . Bu zəngin dil qaynağı,dili bilməyən aydınlarımızın osallığından( səhlənkarlığından) bilincsizlik sınlaqlara( məzarlıqlara) gömülmüşdür.Yobazlığın yorumçusu olan arxeik atıqlığına atılsada,Türkcə öz egemənliyini qoruya bilmişdir . Çün,bu dilin arxasında zəngin bir uyqarlıq dayanmışdır . Türkcənin edim(fiil), ək( şəkilçi) zənginliyi islamdan öncəyə dayanır . Dil ulusların çağla anlaşım aracı olduğuna inanırsaq ,demək islamdan öncə gəlişmiş  Türkcə, bu ulusun gəliçmiş  uyqarlığını yansidan bəlirtidir .

        Türkcənin zənginliyinə indiyə kimi kimsə quşqu altına alacaq bilincli söz deməmişdir . Bütün Türk dilbilmcilər (Türkologlar) Türkcənin yapısının bir matematik kimi sağlam verilərə dayndığı düşüncəsində birləşirlər . Demək bu gəlişmiş dil,bir gəlişmiş uyqarlığın ürünüdür . Buna görədə Türk uyğarlığını danmaq üçün,Türk dililə qırımçılıq edilir . Günümüzün egemən ulusları arxaya boylanarkən dədələrinin çılpaq əzginliyini görməmək üçün , zənginliyi göz qumaşdıran Türk uyqarlığıyla dilinə saldırmanı ərəkləmişdirlər(hədəfləmişdirlər).Zəngin Türk uyğarlığının yüksəkdə dalğalanan bayrağının Türçəmiz olmasını bilməliyik. Bu gün qırımlar bu qorxudan dolayı Türkcəyə yasqlar qoyub, onun egemənliyinin qarşısını almağa çalışırlar . Türkcənin zənginliyi geçmiş Türk uyqarlığının bəlirtisi isə, sayımsal (matimatiksəl) Türk dilinin  kurallarıda onun gələcəyinin qoruycusudur . Türkcə varkən Türk ulusunun geçmış uyqarlığı yadırğanmaz, Türk ulus ölməzdir .

         Çağımızda bir çox geçmişçılərimizdə özgə ağızına uyub, bilimsəl verilərə dayanmadan Türkü “ bozkır impratorluqlarına” sığışdırıb, kiçiltməyə çalışmışlardır .  Ancaq Wili dorant kimi  yabancı geçmişlikçilər Sumerlərin, Eylamların  uyqarləğından danışarkən, onların dillərinin Oral Altay dil qurupundan olduğunu yazarlar . Oljas Süleymanov “ Azja” yapıtında əski sumer dilində olan bir çox sözün günümüz Türkcəsilə qarşılığını vermişdir . Ancaq bu uyqarlıqlarla bağlı Güney Azərbaycan Türkü son 15 ildə Dr.M.T. Zehtabinin “iran Türklərinin əski tarixi” basıldıqdan sonra tanış olmuşdur . Bilindiyi kimi çeşitli nədənlərdən dolayı, Türk budununun çox bir az yüzdəsi bu yapıtla tanış olmuşdur . Bu yapıtdan öncədə Əli Təbrizli, Dr.H.Nütqü, Dr.C Heyət kimi bilginlərin yazdıqlarının üstün nitəliklərinə( keyfiyətlərinə) baxmayaraq , neçəlik( kəmiyət) açısından qırımlarımızın qaralamalarıyla ölçülməyəcək azıdır .Artıq Güney Azərbaycan Türk ərişkənləri,  yazılarıyla bu aşamanın aşılmasına qıvılcım saçmadadırlar . Bu ışıqlar Türkün bir daha “ Ərgənəgündən” ( Ərgənəkon) çıxacğını savlayırlar .

      6- Qaynaq yoxsulluğu : Güney Azərbaycanda ulusal geçmişlik anlayışdan uzaq olmanın bir nədənidə qaynaq yoxsulluğudur . İndiyə kimi bu konuyla bağlı doğru düzgün bir bilgi verilməmişdir. Azacıq araşdırmalarda yetərli deyildir . Şuibiyəçilərlə pəhləvilərin yüksək uyqarlıq ərdəmlərindən olan, “bitik yandırma” törənlərindən can qurtaranlarda qorxaqlıqdan ışıq üzü görməmişlərdir . Bununda çeşitli nədələri vardır . Birincisi  Türkcə araşdırmalara olanaq sağlanmırdır . İkincisi bilgili araşdırma uzmanları yoxudur . Üçüncüsü bir qurum araşdırmanın tinsəl( mənəvi)eləcədə özdəksəl(maddi) sorumluluğunu boynuna almırdı . Dördüncüsü qardaş uluslarla bu konuyla bağlı bilgi alış verişi olmurdu . Ancaq ara sıra birilərinin  özveriləri sonucu azda olsa bir işlər görülürdü . Bu konu böyük bir qurum işidir, buna nə olursa olsun olanaq sağlanmalıdır . İndiyə kimi Güney Azərbaycanda ağız yazımıyla ilgili( şifahi xalq ədəbiyatı)  çoxlu dəyərli işlər görülmüş, bunun sonucuda sözümüzü deməyə üzümüz olmuşdur . Nədənsə Güney Azərbaycanda əski Türk yazılarının varlığının bitikliklərdə dalınca düşməmişik. Demək biz özgələrin qara yaxmalarına uyub, Türkün bitikdən yazıdan uzaq olmasına inanmışıq .Yazıqlar olsun bu qarayaxmalara inanmayan ,  bitikliklərdə (kitabxanalarda) Sayın H. Hesarilə H. Düzgün kimi   toz toprağı üzünə bulaşdıranlarımız az olmuşdur .Yabancıların yardımıyla  Güney Azərbaycan Türkünə düzenli  uyqulanan soytarılıq basqısı, bu ulusun yalndan vətən deyilən sınırdan boylanıb qardaşlarına baxmamasına gətirib, çıxarmışdır . Bunun sonucuda oralrda( Quzey Azərbaycanda, Türkiyədə) soy kökünü aydınladacaq qaynaqlarla tanış olmamışdır . Bunun yerinə “ çaldıran savaşının” közlərini kürükləməyə çalışılmışdır. Bu gün Güney Azərbaycanın ulusal savşda öncüllüyünü edən kimsələrin çoxu, o yalançı sınırlardan boylanıb, qardşlarını tanyanlardır . M. Furuği “ hikmət dər urupa” yapıtında belə deyər : “ Azərbaycanın quzeyilə batısında birgə dili , əkini paylaşan uluslar ulduğundan oranın sorunları iranın başqa yerlərinə bənzəməz. Buna görədə devlət bu konuya çoxlu incə yanaşmalı, duyarlı olmalıdır . Yoxsa bu qorxu iranın parçalanmasına nədən ola bilər”. Bunu Azərbaycanda( marağada) doğulmuş bir baş bakan, hardasa 60 il bundan öncə demişdir . Bu konu güncəlliyini qorumaxda oladğu kimi , necədə birilərinə qarın ağrısı olmuşdur . Bu düşüncələrin sonucuda “fələc üzv” deyib, kəsib, atmaq istirdilər .  Ancaq Türkün qanında olan incə duyular, bu ulusu qara qoyunlulara, ağqoyunlulara bölməkdə yardım etdiyi üçün, onlarında işdahını qabarıb, qursaqlarını genişlətmələrinə nədən oldu . İki yüz ildir Türkləri Aşoits şəhəri kimi yandırıb,kül edən  tehran ( bu bənzətmə sevgili Əlirza həmidəxunundur), səssizliyimizi görüb, cinayətini sürdürməkdədir .

        Dədə qorqud kimi çox üstün  yapıtı olan bir ulusun ,  başqa yapıtlardan yoxsun olmasına inanasım gəlmir .

       7- Əlifba  : Hardasa 20 il bundan öncə yoldaşların biri gəlib, əski Türk əlifbasının olub, olmamağını soruşdu . Məndə sevgili Firuz Rifahinin yeni çevirdiyi “acun xətləri” bitiyini verdim. Adı geçən bitiyin üzərində “kültəkin” daş yazıtı verilmişdir . O, bunu gördüyündə böyük bir savaşı qazanan kimi sevincdən uçar görünümündəydi. O, Tehran bilyurdunda Türklərin əski əlifbalarinin olmasını öğrətmənlə eləcədə öğrəncilərlə dartışmışdır . Konu bu açıdan Güney Azərbaycanda çox önəmli görünür .

       Ancaq əlifbanı ən önəmli qılan, onun bilim açısından yararlılığıdır . Türklər islamdan sonra öz geçmışlərini yadırğadıqları üçün ,əski əlifbalarınıda unutmuşdular . Egəmən ulusun əlifbası olan ərəbcəylə yazmağa başlamışdılar . Bu əlifba Türk dilinin ünlülərini (səslərini) qarşılamadığı üçün , Türkcə yazılarda çoxlu yanlışlıqlara nədən olmuşdur . Bu gün bu yanlışlıqları bütün islamdan sonra olan Türk yapıtlarında görməkdəyik . Fərhad Ağazadə “ Ərəb əlifbası nə üçün Türk dilinə yaramır” (1924) yapıtında bu konunu çox bilimsəl açıdan araşdırmış, onun Türk uyğarlığına ,yazımına ziyanlarını bildirmişdir . O, yazır: Ərəb əlifbasınin Türkcəyə vurduğu ziyanlar , bir qırım qoşununun ziyanlarından daha çoxdur. F. Ağazadə o dönəm “əlifba” komitəsinin başqanıydı .

     O, dəyərli yapıtında neçə yüz il yalnış yazılıb, oxunmanın , eləcədə Türkcə yazmanın çətinliyinin ərəb əlifbasından qaynaqlandığını yazır . Orada konuyla bağlı çeşitli qaynaqlardan örnəklər verir . Bu yapıt Türk dilinin ərəb əlifbasından nə acılar çəkdiyini  açıqca bilimsəl olaraq ortaya qoyur . Bu yetərsiz olan əlifbanın qurbanı  Türkcənı, islamdan sonra yazılan bütün yapıtlarda görmək olar .          

          19.cu yüz ildə   M.F. axundovun bu konuyla bağlı İstanbula, Teherana kimi getmələrini anımsamaqda yarar vardır . M.cəlilin 1920.ci illərdə  əlifba komitəsinin üyələrilə kırıma, qazana , Türkistana getməsidə bu qonunu Türkcə açısından nə kimi önəmli olduğunu göstərməkdədir . M. Cəlil bir yazısında  ərəb əlifbasının Türkcəyə verdiyi acını belə yergilər( həcv edər). “Birisi şəhərdən kənddə yaşayan anasına  yazqıyla( məktubla)oğlu olduğunu muştuluq verər. Ancaq ərəb əlifbasının  yoxsulluğundan ana “oldunu” “öldü” oxuyaraq saçını yolmağa başlar .

         Bilindiyi kimi Türk acununda ilk olaraq latin əlifbasına Quzey Azərbaycanda geçilmişdir . Ondan sonra başqa Türk yurdlarında eləcədə Türkiyədə əlifba dəyişikliyi oldu . Ancaq Rusların  bu yolla Türk topluluqlarını yaxınlaşdıracaq olmasından qorxuları, bölücü siyasətə baş vurmalarına nədən oldu . Bunun Üçün 1938 də kiril əlifbasnı sosyalist birliyinə yaralı olma siyasəti altında, Türk topluluqlarına  aşıladılar . Bilindiyi kimi Türk topluluqlarında bu əlifba çeşitli yazılmaya başlandı. Bundan sonra Türk topluluqları bir birini daha anlamaqda çətinlik çəkdilər . Əskidən Azərbaycandan Türkistana ( Türkmənstan, Qazaxıstan, Özbəkistan, Qırqızistan)   eləcədə oradan Azərbaycana gələn çeşitli sənət qurupları(teatr,musiqi,oyun) olurdu . Bu qardaş ilişgilərin  bilgilərini Qulam Məmmədlinin illəclərindən ( salnamələrindən) almaq olar .

           Bu konu öncə bir düşüncəçilik aracıydısa , sonralar siyasət aracı oldu. 1990.cı ildə sovetlər birliyinin dayaqları sarsıyandan sonra, İran devləti əlifba yönündə Quzey Azərbaycanda ölüm dirim sanaşına girdi .Öncə  Tehranda ərəblə kiril alfabesində “ islami birlik” adlı gündəc buraxıb, bu yolla konuyla bağlı sözə yiyələnmək istədi . Bu devlətin teorisiyənləri əskidən bilimin Azərbaycandan qaynaqlanıb, Tehrana axmasını unutmuşdular . Quzey Azərbaycanda siysətçilərlə aydınlar bir ağızla latinə geçməkdə səsdaşıdılar . Kor tutduğun buraxmadığı kimi iran devlətidə bunu buraxmaq istəmirdi . Türkün geriyə qalmasında qatqısı olan əlifbani ( ərb əlifbasını), nə yolla olursa Quzey Azərbaycana sıramağa çalışırdı . Ancaq bunun baş tutmasını gördükdə Bakıda  kiril əlifbasıyla“ şəhriya”adında gündəc, sonra isə “cahan” adında dərgi buraxmağa başladı . İranın bu  işləri əski olduğu üçün baş tutmadı . iran devləti Güney Azərbaycanda 30 milyondan şox olan Türkə , devlət adına bir yapraq Türkcəyə buraxmaqda  qarın ağrısına düşürdüsə, kimi qandıracağını düşünürdü görən? Artıq 20 ilə yaxındır Quzey Azərbaycanda  latin əlifbası devlətin rəsmi əlifbası olmağına baxmayaraq, İran devləti gerçəkləri görməzdən gəlib, Azərbaycanın anyasasına sayqısızlıq edərək , yenə kimsənin oxumadıği kiril əlifbasında dirənməkdədir. Fars diplomasısı ərəb əlifbasının Türkcə üçün aşılmaz qala, ölümcül bir ağu(zəhər) olduğunu bildiyi üçün, bu yolda dirənməkdədir . Ancaq onlar Türk ərişkənlərinin bu yobazlığa aldanmalarını bilməlidirlər . illər boyu Güney Azərbaycanda  bu əlifbayla bağlı yenı buluşlar baş verməkdədir . Ancaq namazın “şəkkiyatı” kimi çeşitli ağızlardan ayrı ayrı səslərin eşidilməsi düşündürücüdür.

   Bu konuyla bağlı bir anını demək istirəm . 1991 .cı ildə Tehranın istiqlal hotelində Quzey Azərbaycandan gəlmiş bir çox qoşuqçunun, yazıçının olduğunu bizə bildirdilər. Bəxtiyar müəllimin ( Vəhbazadənin) hoteldə olduğunuda dedilər . Bizde qocalı gəncli neçə maşınla axşam oraya getdik . Hotelin birinci qatında olan salonda, Bakıdan gələnlərlə tanış olduq . Salonda çoxlu Quzey Güney Azərbaycanın Tanınmış aydınları varıdı . Biraz geçəndən sonra birisi tehranda buraxılan “İslamı birlik” gündəcı adına ,bəxdiyar müəllimdən söyləşı almaq istədi . Bəxdiyar müəllimdə onun düşüncəsini mənimsədi . Bir iki xoş beşdən sonra, söyləşiçi “ əlifba” konusuna  yobazca dirəndi . O,( söyləşiçi) latin əlifbasının kafir əlifbası olduğunu deyəndə, Bəxtiyar müəllim cin atına mindi : Onda o kafir( diktafonu) aracını niyə əlinə alıb, ağzıma soxursan? ... Sən məndən müsahibəmi alirsan, yoxsa mübahisəmi edirsən?... Bəxtiyar Müəllim bir bilgin kimi ərəb əlifbasının Türkcəyə nə üçün yararsız olduğunu anlatdıysa, söyləşiçi “ necəsən qanmayım, qalasan yana yana” deyiminə uyarcasına dirəndi . Sonrada Bəxtiyar Müəllim ona acıqlanıb, söləşi vermədi .

     Fars siyasətçisi bu əlifbanın Türkcədə necə iyrənc oxunmasını bildikləri üçün , bunda dirənmişlərdir . Bu əlifbanın çətin yazılıb, oxunması dışında, Türk acunuyla ilişgilərin soyumasında qatqısı olmasını bildikləri üçün, bunu bizə sıramağı siyasət etmişlərdir . Bütün Güney Azərbaycan Türkü öz ana dilini bilər , ərəb əlifbasınıda fars oxullrında öyrənər . Ancaq Türkcə oxuyub, yazmaqda çox çətinlik çəkər . Əlifbanı neçə gündə birincı sinif öyrəncisi  öyrənər . Ancaq bu əlifbanı doğru yazıb, oxumaq üçün bir Türkün yaşamı yetməz. Budur bizim əlifbadan( ərəb əlifbasından) çəkdiyimiz . Əlifbanın islamla kafirlə ilişgisi yoxdyr . Minlərlə islam dinini yorumlayan bitiklər çeşitli əlifbalrla yazılıdır . Ancaq Güney Azərbaycan Türkünün ulusal kimlikdən uzaq qalması üçün ,Həzrəti ayətullahlar İnayatula Rıza, Nəsrullah purcəvadi kimi “ koruş to bexab, ma bidarım”lərin risalələrinin fətvalarında bunlar yazılıdır .  

         Türk dilinin zəngin səsli olmsayla yanaşı, bu dilin sayımsal kuralları  latin əlifbası kimi uyğun bir yazımla əlifbanı bilənlər, rahatca oxuyarlar . Güney Azərbaycanda 6.cı sinifdən  ingilis dili üçün latin əlifbasını öyrənrlər . Demək Türkcə bilən biri yasqlara baxmadan , okula getmədən öz ana dilində yazıb, oxumaqda çətinlik çəkməz . Birdə çağın vurğunluq yönü olan avropa əlifbasının Türkcə olması, gənclərdə ruhsal olaraq ulusçuluq düşüncəsi oyadar . Bu qonuda çağ açısından önəmlidir .   

                                     Ardı var

                                                                         Ersan Erel