İranda mədəni soyqırım!
Hər kəsə məlum olduğu kimi 1999 - cu ilin
noyabr ayında UNESCO tərəfindən 21 Fevral Uluslararası
(internasional) Ana dili günü elan edilmişdir.
UNESCO
- nun verdiyi məlumata görə, yer üzündə 6000
- ə yaxın dildə danışan millətlər var. Bu sayının
yarısı şovinist, habelə geri qalmış rejimlər
tərəfindən əritmə (asimilasıya) siyasəti
ilə aradan getməyə
hədələnməkdədirlər...
Bu
gün dünyanın gəlişmiş ölkələrində
millətlərin mücadiləsi sonucunda, Ana dillər öz qutsal
yerlərini almış, dövlətləri ölkələrində
yaşayan ən kiçik etnoslara hörmətlə yanaşıb,
onlara Ana dillərində məktəb açmışdır.
Yazıqcasına
21 inci çağımızda millətimiz nazı düşüncəli
rejim tərəfindən mədəni soyqırımına
məruz qalıb.
Sentyabr
ayının 23 - ü İran adlanan ölkədə
məktəblərin açılış günüdür, milyonlarla
Azərbaycan türkü yabançı bir dildə (əcəm
dilində) okula başlayacaq.
Dünyanın
başqa tərəfində məktəblərin açılması
ilə uşaqlar sevinc yaşayırkən bizim uşaqlarımız
göz yaşı ilə məktəbə gedirlər. Çünki ilk gündən
yabançı bir dil okulda hakim olur, bir halda ki bu uşaqlar bir
kələmə fars dilində söz bilmirlər.
Beləliklə
bir əsrə yaxın İranda hökm sürən nazı düşüncəli
rejimlər əritmə
siyasəti ilə bölgədə yaşayan qeyri fars
millətləri (Azərbaycan türkləri, Türkmən, kürd,
ərəb, bəluc, və başqa azlıqlara ) mədəni
soy qırım yapılar.
Və
bu etnik qruplardan, öz məktəblərin açıb, öz ana
dillərində təhsil alma haqqın alıb və
fars dilini məcburi olaraq bütün məktəblərdə hakim
ediblər.
Qeyri
fars millətləri əritmə və ayaq altda qoymaq,
təhqir etmə, bütün insanı haqlarını görməməzlikdən
gəlmək, fars dövlətinin özəl siyasətidir ki, planlanmış
şəkildə Əhmədinəjad hökuməti
tərəfindən icra edilir.
Göründüyü
kimi milli sitəmə məruz qalan qeyri fars millətlər nazı
düşüncəli rejimlə amansız bir mücadilə aparmaqdadırlar.
Şovnist
İran sisteminə qarşı duranlar, Tehran rejimi
tərəfindən anında yaxalanıb cəza evinə göndərilir.
Xalq
arasında tanınmış aktiv insanlar, özəlliklə o
insanlar ki xalqı bir araya gətirib, təşkilatlar yaratma
bacarığı var tuluqlanıb cəza evinə göndərilir,
və yaxınlarına hədə qorxu gəlirlər. Bu gün
minlərcə qeyri - fars
aktiv insanlar cəza evlərində yatırlar.
Çünki
bu insanlar ana haqları olan öz ana dillərində təhsil almaq
istəyirlər.
Bu
mədəni, insani mucadilədə beynəlxalq təşkilatlardan
istəyimiz budur ki, millətimizin haqq səsini eşitməzlikdən
gəlməyib, UNESCOnun kağızda üyəsi olan İran
rejiminə qarşı etirazların bildirib və insaniyyətə,
mədəniyyətə qarşı olan əritmə
siyasətini İranda yaşayan qeyri -fars millətlərə
qarşı dayandırsınlar.
Təbrizli.
M.Rza