تاژوريزينا
ز.ا
Qeyri-dindarların müxtəlif növləri

کئچميش
سووئت اؤلکه لري نين
معنوي
حياتيندا
آتئيزم و
آتئيستلر
حاقدا
جمعييته،
مدنييته و
اخلاقا عکس
حال کيمي
تصوورلر
آرديجيل
اولاراق
فورمالاشماقدادير.
سون ايللر
آتئيستلري
معنوي
قامچيلامالار،
اله سالمالار
خوصوصيله "محصولدار"
اولموشدور.
آتئيستلري
يالانا،
کينه،
اوغورلوغا و
ساتقينليغا
مئيللي
آداملار کيمي
دامغالايان
اثرلر نشر
اولونور، "جينايتکار"
آتئيستلري
اؤلوم
جزاسينا
محکوم
ائتمه
ايستکلريني
ايفاده ائدن
مؤلليفلرين
يازيلاري تزه
دن ايشيق اوزو
گؤرور. بو
آنلاشيلان
حالدير: اؤلکه لرين
سوسيال-سياسي
دورومو
دگيشميش،
حاکيم دايره
لرين و اکثر
ضياليلارين
دا آتئيزمه
اولان
موناسيبتي دگيشميشدي.
بوندان
باشقا، غئيري-ديندارلاري
موختليف
يوللارلا چوخ
عصرليک
تعقيب ائتمه
عنعنه سي تئز
بير زاماندا
اوراتادان
قالخا بيلمه يَن
ايشدير.
آتئيستلره و
عوموميتله
ديندن کنار
دورانلارا
عئيني
اؤلچولو منفي
ياناشما طرزي
جمعييته
بؤيوک معنوي
ضياندان
ساوايي هم ده
اينسان
عاميلي نين
داخيلي عالمي
نين
مورککبليگي
نين درکينه
انگل يارادير.
آتئيزمي
ايفشا ائدنلر
تانرييا (و يا
تانريلارا)
اينامسيزليق
حاللاري نين
موختليفليگي
و الوانليغي
فاکتيني
بيلميه رکدن
و يا قصدن
نظره
آلميرلار.
تدقيقي
ادبيياتدا
آتئيستلرين
تيپولوژیسی پروبلئمي
قويولوبدور.
بونونلا
ياناشي بير
قايدا
اولاراق
آتئيست
باخيشلاري
نين
آرديجيلليق
درجه سي موعين
ائديليبدير.
صؤحبت، دينه
اولان
راسيونال- تنقيدي
موناسيبتين
موختليف
سويييه
لريندن گئدير.
آتئيستلرين
آنتروپولوژي
خاصييت نامه
سينه، غئيري- ديندارلار
آراسينداکي
پسيکولوژي و
معنوي فرقلره
ايسه ديققت
آز يئتيريليب.
بونونلا
بئله، کئچن عصرين
موتفککيرلري
نين
اثرلرينده
آللاها
اينانمايانلاري
دونياگؤروشلرينه
گؤره
آييرماقلا
ياناشي
اونلاري
موعين آتئيست
نؤوعونه عاید
ائتمه
مؤوقعيي
ده گؤرونمکده
دير.
آتئيستلرين
موختليفليگي
مسئله سي
ايلک دفعه
پلاتونون "
قانونلار"يندا
قالديريلميشدي.
غئيري- ديندارلاري
پلاتون ايکي
قيسمه آييرير.
بيرينجي
اؤلومدن ده
بئتر جزايا
لاييق اولان
"حيله گر و
فيتنه
کار"
آتئيستلر،
ايکينجي
آللاهين
مؤوجودلوغونو
اينکار ائدن،
لاکين پيس
حرکتلرلردن
اوزاق گزن،
يالنيز "تلقين
و زيندانا
محکوم
ائديلمه يه"
لاييق
اولانلاردير.
خريستيانليغين
اورتا عصرلر
دؤنمينده (ايسلام
شرقينده ايسه
ايندي ده)
غئيري- ديندارلار
بوتپرست و
کافيرلرله
عئينيلشديريليردي.
بونونلا بئله
محکوم
ائديلنلرين
داخيلي
عالمينه
ديندارلار
بيگانه
قالير،
خريستيان (و
ايسلام) عنعنه
سينه اويغون
اولاراق
اونلارين
آياغينا
يالنيز گوناه
يازيليردي.
اينتيباه
دؤورونده
آنتيک
مدنييته
اويانان
ماراق
ائپيکورون
معنوي برائتي
واسيطه سيله
آزاد فيکيرلي
آداملارين
مورککب روح
عالمينه
داخيل اولماق
اوچون
اوفوقلري
گئنيشلنديرمه
يه ايمکان
يارادير. يئني
دؤورده بو
شخصييتلره
اولکي کيمي
بيرطرفلي،
بسيط
ياناشيلمير.
بونو دا قئيد
ائتمک گرکير
کي، يئني
دؤورده
ايلاهيياتچيلاردان
ساوايي مشهور
فيلوسوفلار ف.بئکون،
د.لوک، لئيبنيز،
آ.کوللينئا، د.
بئرکلي و ب.
طرفيندن ده
حاکيم ديندار
عنعنه سيني
دستکليه رک
آتئيستلري
قارا بويالارلا تقديم ائتمه
جهدلري هئچ ده
آز
اولماميشدير.
اونلارين
بعضيلري نين
مولاحيظه
لرينده
آتئيزمين
ماهيتينه
وارماق
ايستگي،
اونون سببلري
حاقدا
دوشونمک
جهدلريني
تاپماق
مومکوندور.
آنجاق
بوتونلوکده
اونلار
آتئيزم کيمي
مورککب بير
حاديثه نين
درکي نين يئني
سويييه سينه
قالخماغا
ايمکان وئرمه
ديلر. بو يئني
سويييه پ.بئيلين
ياراديجيليغييلا
باشلادي. او،
ايلک دفعه
آتئيستلرين
معنوي اينسان
اولا بيلمه
باجاريغيندان
آچيقجا بيان
ائتدي. پ.بئيل
آتئيتلرين
معنوي سويييه
سي و آللاه
ايدئياسيندان
ايمتيناعلاري
نين سببلري
باخيميندان
فرقلنديرمه مسئله
سي نين
جيزگيلريني
چکير.
آتئيستلرين
پسيخولوژي
جهتدن و
دونياگؤروشلري
اوزره نؤوعلري پ.قولباخين
" طبيعت
سيستئمي "نده
تصوير
ائديليبدير.
بو فيلوسوفون
فيکرينجه،
آتئيزمي قبول
ائدنلرين
ايچينده اؤز
ائحتيراس
و نؤقصانلارينا
گئنيش
ايمکان
ياراداجاغيني
دوشونن
پوزغون
آداملار وار.
اونلار دينين
نه اولدوغونو
بيلمير و
تاماميله
آنارشییه غرق
اولورلار.
بونونلا
ياناشي
آتئيستلرين
ايچينده هر
شئيه
اينانان،
باشقالاري
نين تاثيرينه
تئز دوشنلر
وار؛
شؤهرتپرستلر
وار؛ ديني،
قارانليق
تعليم و بوخوو
سايانلار
وار؛ دينله
باغلي
خيالقيريقليغينا
دوشن، لاکين
خالق اوچون
اونون گرکلي
اولدوغونو
اعتيراف
ائدنلر وار.
گلير الده
ائتمک اوچون
ده آتئيزمي
قبول ائدنلر
آز دئييل.
گؤردويوموز
کيمي، قولباخ
آتئيزمي
سئچمه يه سؤوق
ائدن
اوتيليتاريزم
و پراقماتيزم
موتيولرينه
ده ايشاره
ائدير. لاکين
قولباخين
فيکرينجه، بو
آتئيزم
سطحيدير.
نهايت،
فيلوسوفون
چوخ دير
وئرديگي اسل
خئييرخاه
آتئيتلرين
مؤوجود
اولدوغونو
قئيد ائدير.
طبيعت و
ايدراک
طلبلرينه اساسلانان
"دوزگون
آنلاشيلان"،
"موطلق"
آتئيزم،
ماهييت
اعتيباريله
يوکسک
اخلاقلي روحا
کئچميش نظري
آتئيزمدن
باشقا بير شئي
دئييل. بو
ايدئيالارين
داواميني س.مارئشال
" قديم
و يئني
آتئيستلر
لوغتي "نده
ايشله ميشدي.
او، بو کيمي
غئيري- ديندارلارين
نؤوعلريني "
اصيل آتئيسته
" قارشي
قويور.
سيباريت،
آمورال عياش؛
راستينا
چيخان بوتون
موقدس
تصويرلري
قيران-داغيدان
فاناتيک؛
لاغا قويدوغو
تانري نين
آديندان
ايستيفاده
ائديب
حاکيمليک
ائدن ريياکار
و يا آللاها
ايناميني
ايتيرديگي
حالدا
خيدمتينه
داوام ائدن
کئشيش؛
دوشونمک ايسته
مه
ين دونيوي
آداملار،؛
دونيادا
يئگانه
آتئيست
اولماق
آرزوسويلا
ياشايان
تکببورلو
ديلئتانت؛
آللاها
اينانمايان،
لاکين
اينامسيزليق
شوبهه لريني
اوستوندن
آتماق خترينه
کيلسه يه،
جامييه گئدن
قورخاق
ائقويست؛
آللاهين
علئيهينه چوخ
فندگير
دوشونجه لره
ال آتان
سوفيست. اصيل
آتئيتلر ايسه
" دونيانين
ان ياخشي
اينسانلاريدير
" .
گؤردويوموز
کيمي، قولباخ
و مارئشال
غئيري- ديندارلارين
نؤوعلري
باره ده
اورتايا
قويدوغو مسئله
قاچينيلماز
اولاراق
آردينجا فؤوق الطبيعی اولانين
وارليغيني
اينکار ائدن
حيات
شرطلريني
نظره
آلماسيني
ايستيثنا
ائتمه ين
شخصييتين پسيکولوژي و
اخلاقي
خوصوصييتلريني
آناليزائتمه
احتيياجينا
چيخارير. چوخ
گومان کي،
آزاد فيکيرلي
آداملارين
هومانيست،
رومانتيک،
نيهيليست،
قئدونيست،
پراقماتيک،
عوصيانچي،
دؤيوشچو و ب.
بو کيمي
موختليفليگيندن
دانيشماغين
معناسي وار.
لاکين بعضن
عئيني فرد
هومانيزم و
رومانتيزم،
پراقماتيزم و
قئدونيزم و س.
جهتلريني
اؤزونده
بيرلشديره
بيلير. صؤحبت
بو شخصين
اوستونلوک
تشکيل
ائتديگي
يؤندن گئدير.
آزادفيکيرليليک
اينکيشافينا
موثبت اولان 19-جو عصرين
بديعي
ادبيياتي
غئيري- ديندار
نؤوعلري نين
زنگين
سپئکترلريني
وئرمکده دير.
او. دئ بالزاک،
اؤلن
دوستونون خوا هيشيني
يئرينه
يئتيره رک
کيلسه ده
ديزلري
اوستونده گون اورتا
دوعاسينا
دوران "آچيق-آشکار،
خاليص
آتئيستين" ،
داهي جراحين
تيپيني تصوير
ائديبدير.
نيهيليست
اينامسيزليغي
و
ريياکارليغي
او.ميربونون
آببات ژول
اوبرازيندا
تجسسوم
ائتميشدير.
قونکور
قارداشلاري
آزادفيکيرلي،
معنوي صاف،
تدريجن قلبي
نين خئييرخواه
طرفلريني
ايتيرن
فاناتيک
ديندارا
چئوريلن گنج
بير قادي نين پسيکولوژيسيني
چوخ اينجه
آچميشلار. ( "
مادام ژئروئز
" ) 20- جی
عصرده ر.
مارتئن دوقار 19- جی عصرين سربست فيکيرليک
فعاللاري
نين نؤوعلريني
تقديم
ائتميشدي.
اونلاردان
بيري حياتي
نين سونوندا
ايناما اوز
توتور، ديگري
ايسه
سينمايان،
قطعييتلي
آتئيست
اولاراق
قالاجاقدير.
( " ژان
باروا " ) ائله 19- جی عصر فلسفي
اثرلرده تمثيل
اولونموش چوخ
موختليف آتیئزم نؤوعلريني
تقديم ائتدي: ل.
فئييئرباخين
آلتوريست
آتئيزمي، ک.مارکس
و ف.ائنگئلسين
ديالئکتيک-ماتئرياليستيک،
هومانيستيک
آتئيزمي، ژ.قويونون
" رومانتيک،
کوسميک "
آتئيزمي و...
طبیعي
کي، آتئيزم و
آتئيستلرين
دقيق
موعينلشديريلميش
نؤوعلري
سون درجه
نادير
راستلانان
حالدير .
اؤزونده
هومانيزم، فعالليق،
يوکسک
پرينسيپلري
تمثيل
ائدن آتئيزم
نؤوعلري گله
جگه لاييقدير.
بو جور آتئيزم
نؤوعلري
نين عنعنه
لري،
بيلديگيميز
کيمي، آرتيق
چوخدان
يارانيبدير
.
روسجادان
چئویره ن:
ایلاهه
اوجاروح
قایناق:
www.atheism.ru/persons/author.phtml?author=Tazhurizina
Tajurizina
Z.A.
Qeyri-dindarların
müxtəlif növləri

Keçmiş Sovet ölkələrinin mənəvi həyatında
ateizm və ateistlər haqda cəmiyətə,
mədəniyətə və əxlaqa əks hal kimi
təsəvvürlər ardıcıl olaraq formalaşmaqdadır.
Son illər ateistləri mənəvi qamçılamalar, ələsalmalar
xüsusilə məhsuldar olmuşdur. Ateistləri yalana, kinə,
oğurluğa və satqınlığa meylli adamlar kimi damğalayan
əsərlər nəşr olunur, cinayətkar
ateistləri ölüm cəzasına məhkumetmə
istəklərini ifadə
edən müəlliflərin yazıları təzədən işıq
üzü görür. Bu anlaşılan haldır: ölkələrin
sosial-siyasi durumu dəyişmiş, hakim dairələrin və
əksər ziyalıların da ateizmə olan münasibəti
dəyişmişdi. Bundan başqa, qeyri-dindarların müxtəlif
yollarla çoxəsrlik təqibetmə ənənəsi tez bir
zamanda oratadan qalxa bilməyən işdir. Ateistlərə
və ümumiyyətlə dindən kənar duranlara eyni ölçülü
mənfi yanaşma tərzi cəmiyətə böyük
mənəvi ziyandan savayı həm də insan amilinin daxili
aləminin mürəkkəbliyinin dərkinə əngəl yaradır.
Ateizmi ifşa edənlər Tanrıya (və ya tanrılara)
inamsızlıq hallarının müxtəlifliyi və əlvanlığı
faktını bilməyərəkdən və ya qəsdən
nəzərə almırlar.
Tədqiqi ədəbiyatda ateistlərin tipologiyası
problemi qoyulubdur. Bununla yanaşı bir qayda olaraq ateist baxışlarının
ardıcıllıq dərəcəsi müəyyən edilibdir.
Söhbət, dinə olan rasional-tənqidi münasibətin müxtəlif
səviyyələrindən gedir. Ateistlərin antropoloji
xasiyətnaməsinə, qeyri-dindarlar arasındakı psixoloji
və mənəvi fərqlərə isə diqqət az
yetirilib. Bununla belə, keçən əsrin
mütəfəkkirlərinin əsərlərində Allaha
inanmayanları dünyagörüşlərinə
görə ayırmaqla yanaşı onları müəyyən ateist
növünə aidetmə mövqeyi də
görünməkdədir. Ateistlərin müxtəlifliyi
məsələsi ilk dəfə Platonun Qanunlarında
qaldırılmışdı. Qeyri-dindarları Platon iki
qismə ayırır. Birinci ölümdən də betər
cəzaya layiq olan hiyləgər
və fitnəkar ateistlər, ikinci allahın mövcudluğunu
inkar edən, lakin pis hərəkətlərlərdən uzaq
gəzən, yalnız təlqin
və zindana məhkum edilməyə layiq olanlardır.
Xristianlığın orta
əsrlər dönəmində (islam şərqində isə
indi də.İ.U.) qeyri-dindarlar bütpərəst və
kafirlərlə eyniləşdirilirdi. Bununla belə məhkum
edilənlərin daxili aləminə dindarlar biganə qalır,
xristian (və islamİ.U.) ənənəsinə uyğun
olaraq onların ayağına yalnız günah yazılırdı.
İntibah dövründə antik mədəniyətə oyanan maraq Epikurun
mənəvi bəraəti vasitəsilə azadfikirli adamların
mürəkkəb ruh aləminə daxil olmaq üçün üfüqləri
genişləndirməyə imkan yaradır. Yeni dövrdə bu
şəxsiyətlərə əvvəlki kimi
birtərəfli, bəsit yanaşılmır.
Bunu da qeyd etmək gərəkdir ki, Yeni dövrdə ilahiyatçılardan
savayı məşhur filosoflar F.Bekon, D.Lokk, Leybnis, A.Kollinea,
D. Berkli və b. tərəfindən də hakim dindar ənənəsini
dəstəkləyərək ateistləri qara boyalarda
təqdimetmə cəhdləri heç də az olmamışdır.
Onların bəzilərinin mülahizələrində ateizmin
mahiyyətinə varmaq istəyi, onun səbəbləri haqda düşünmək
cəhdlərini tapmaq mümkündür. Ancaq bütünlükdə onlar ateizm
kimi mürəkkəb bir hadisənin dərkinin yeni
səviyyəsinə qalxmağa imkan vermədilər. Bu yeni
səviyyə P.Beylin yaradıcılığıyla başladı.
O, ilk dəfə ateistlərin mənəvi insan ola bilmə
bacarığından açıqca bəyan etdi. P.Beyl
ateitlərin mənəvi səviyyəsi və Allah ideyasından
imtinalarının səbəbləri baxımından
fərqləndirmə məsələsinin cizgilərini çəkir.
Ateistlərin psixoloji
cəhətdən və dünyagörüşləri üzrə növləri
P.Qolbaxın Təbiət sistemində təsvir
edilibdir. Bu filosofun fikrincə, ateizmi qəbul edənlərin içində
öz ehtiras və nöqsanlarına geniş
imkan yaradacağını düşünən pozğun adamlar var.
Onlar dinin nə olduğunu bilmir və tamamilə anarxiyaya
qərq olurlar. Bununla yanaşı ateistlərin içində
hər şeyə inanan, başqalarının təsirinə
tez düşənlər var; şöhrətpərəstlər
var; dini -- qaranlıq təlim və buxov sayanlar var; dinlə
bağlı xəyalqırıqlığına
düşən, lakin xalq üçün onun gərəkli olduğunu
etiraf edənlər var. Gəlir əldə etmək üçün
də ateizmi qəbul edənlər az deyil. Gördüyümüz kimi, Qolbax
ateizmi seçməyə sövq edən utilitarizm və praqmatizm
motivlərinə də işarə
edir. Lakin Qolbaxın fikrincə, bu ateizm səthidir.
Nəhayət, filosofun çox dəyər verdiyi əsl xeyirxah
ateitlərin mövcud olduğunu qeyd
edir. Təbiət və idrak tələblərinə əsaslanan
düzgün anlaşılan, mütləq ateizm, mahiyət
etibarilə yüksək əxlaqlı ruha keçmiş nəzəri
ateizmdən başqa bir şey deyil. Bu ideyaların davamını
S.Mareşal Qədim və yeni ateistlər lüğətində
işləmişdi. O, bu kimi
qeyri-dindarların növlərini əsil ateistə qarşı
qoyur. Sibarit, amoral əyyaş; rastına çıxan bütün müqəddəs
təsvirləri qıran-dağıdan fanatik; lağa qoyduğu
Tanrının adından istifadə edib hakimlik edən riyakar
və ya Allaha inamını itirdiyi halda xidmətinə davam
edən keşiş; düşünmək istəməyən dünyəvi
adamlar,; dünyada yeganə ateist olmaq arzusuyla yaşayan
təkəbbürlü diletant; Allaha inanmayan, lakin inamsızlıq
şübhələrini üstündən atmaq xətrinə kilsəyə,
camiyə gedən qorxaq eqoist; Allahın əleyhinə çox
fəndgir düşüncələrə əl atan sofist. Əsil
ateitlər isə dünyanın ən yaxşı insanlarıdır.
Gördüyümüz kimi, Qolbax və Mareşal
qeyri-dindarların növləri barədə ortaya qoyduğu
məsələ qaçınılmaz olaraq ardınca fövqaltəbiiolanın
varlığını inkar edən həyat şərtlərini
nəzərə almasını istisna etməyən şəxsiyətin
psixoloji və əxlaqi xüsusiyətlərini analizetmə ehtiyacına
çıxarır. Çox guman ki, azad fikirli adamların humanist,
romantik, nihilist, qedonist, praqmatik, üsyançı, döyüşçü
və b. bu kimi müxtəlifliyindən danışmağın
mənası var. Lakin bəzən eyni fərd humanizm və
romantizm, praqmatizm və qedonizm və s. cəhətlərini özündə
birləşdirə bilir. Söhbət bu şəxsin üstünlük
təşkil etdiyi yöndən gedir.
Azadfikirlilik inkişafına müsbət olan XIX əsrin
bədii ədəbiyatı qeyri-dindar növlərinin zəngin
spektrlərini verməkdədir. O. De Balzak, ölən
dostunun xaişini yerinə yetirərək kilsədə
dizləri üstündə günorta duasına duran açıq-aşkar,
xalis ateistin, dahi cərrahın tipini təsvir edibdir. Nihilist
inamsızlığı və riyakarlığı O.Mirbonun
abbat Jul obrazında təcəssüm etmişdir. Qonkur qardaşları
azadfikirli, mənəvi saf, tədricən qəlbinin xeyirxah
tərəflərini itirən fanatik dindara çevrilən gənc
bir qadının psixolojisini çox incə açmışlar.
(Madam Jervez) XX əsrdə R. Marten dü Qar XIX
əsrin sərbəstfikirlik fəallarının növlərini
təqdim etmişdi. Onlardan biri həyatının sonunda inama
üz tutur, digəri isə sınmayan, qətiyətli ateist olaraq
qalacaqdır. (Jan Barua) Elə XIX əsr (onda XX əsr haqda
nə deyəsən!) fəlsəfi əsərlərdə
təmsil olunmuş çox müxtəlif atezm növlərini təqdim
etdi: L. Feyyerbaxın altruist ateizmi, K.Marks və
F.Engelsin dialektik-materialistik, humanistik ateizmi, J.Qüyonun
romantik, kosmik ateizmi və s.
Təbii ki, ateizm və ateistlərin dəqiq müəyyənləşdirilmiş
növləri son dərəcə nadir rastlanan haldır . Özündə
humanizm, fəallıq, yüksək prinsipləri təmsil edən
ateizm növləri gələcəyə layiqdir. Bu cür ateizm növlərinin
ənənələri, bildiyimiz kimi, artıq çoxdan yaranıbdır.
www.atheism.ru/persons/author.phtml?author=Tazhurizina
Ruscadan
çevirdi:
Ucaruh
İ.