Güneydə qadın daş-qalağı Türk dünyasına təhqirdir

 

Eluca Atali

Bu yaxınlarda  Urmiyədə 3 qadın daş - qalaq ediləcək.Onlar aşağIdakılardır:

1.Mələk Qurbani - 34 yaşında,Sulduzun kəndində doğulub və 13 yaşında bir qızı, 10 yaşında oğlu var. O, zina əməlinə görə  çox dəhşətli işgəncəyə məruz qalıb və sonra zindana salınıb.Onun qardaşı və əri zina etdiyi, yəni rabitədə olduğu adamı öldürüblər, amma buna baxmayaraq azadlıqda yaşayırlar.

2.Məhəbbət Mahmudi - 45 yaşında, əslən Urmiyəlidir və bir neçə uşağı, nəvəsi var.O, bir kişini qətlə yetirdiyinə görə cəzaya məhkum olunmuşdur.M.Mahmudi bildirmişdi ki,adam öldürmək fikri olmamışdır. Lakin onun namusuna təcavüz edib, zorlamaq istəyən,ölüm qorxusu , kişidən özünü müdafiə məqsədi ilə bu hərəkəti etmişdir və nəticədə o keçinmişdir.

3.Təhminə Daneş --30 yaşında, Sulduzun kəndində doğulub, 3 uşağı var.Oğlu Əmir 7, qızı Leyla 9 və digər qızı Samirə 13 yaşındadır.  

Təhminə də qətil  və zina əməlinə görə ittiham olunur.O, daş -qalaq edilməmişdən əvvəl 90 şallaq da yeməlidir.Qeyd edək ki, bu şallağın icrası bir gündə 3 mərhələ ilə həyata keçirilməlidir.O, da qəsdən adam öldürmədiyinin, ona təcavüz edən adamı özünü müdafiə məqsədi ilə vurduğunu bildirmişdi.

 Dünya miqyasında insana  ittiham vurulan zaman və məhkəmə zamanı azad şəkildə özünə vəkil tutub özünü müdafiə haqqı var.Amma İranda bu beynəlxalq hüquq normalarına riayət edilmir. Kimə ittiham vurulursa, o günahsız olduğunu sübut edə bilməz.  İstintaq  zamanı da müttəhim təhqirə, təzyiqə, işgəncəyə məruz qalır və məcbur olur ki, etmədiyi günahı boynuna alsın.

Qeyd edək ki, daş -qalaq olunacaq hər 3 qadın tərəfindən beynəlxalq insan haqları, təşkilatlar və xüsusi komitələrə bildirilmişdir ki, onlar təzyiqlər altında bunu etiraf etmişdirlər.

 Daş -qalaq əməliyyatı özü sadə proses deyil.Beləki dini fanatik bir adam tərəfindən xüsusi daşlar əvvəlcədən seçilir, o nə böyük, nə də balaca olmamaq şərti ilə müəyyən həcimdə olmalıdır. Bu əməliyyat həyata keçməmişdən bir neçə gün əvvəl ölümə məhkum olunmuş şəxsi bir yerə aparıb onun dəfn olunacağı yeri, əslində quyulayacaqları qəbri ona göstərirlər.Təkcə bu deyil, qaş -qalağa məhkum edilmişlə ümumiyyətlə sadistcəsinə rəftar edirlər.Beləki, hər gün onun sahab daş -qalaqla əzab çəkə - çəkə öləcəyini dönə -dönə ona xatırladırlar.Üstəgəl bəzən onun uşaqlarını da əməliyyat zamanı bu səhnəni görmək üçün o yerə gətirirlər və anasının allahı sevmədiyini, ona qarşı çıxdığı üçün cəzaya məhkum olunduğunu diqtə edirlər.Uşağın gözünün qabağında onu daş -qalaq edir və çox zaman da məcbur edirlər ki, anaya birinci daşı uşaq atsın.

 Bir də vurğulamaq istərdik ki, bu qadınlardan ikisi özünü müdafiə məqsədi ilə kişini vurmuşdurlar.

Bütün dünya insan haqları təşkilatlarının artıq bu məsələdən xəbəri var.

İslamdan qabaqkı  türk qadını at belində, üzü açıq kişilərlə bir məclisdə oturardı və onun xüsusi namus problemi yox idi.

  Qadınalrın bu cür zina halı ilə suçlanmaqlarının  bir neçə əsas səbəbi vardır ki, onlardan sosial şəraiti,iqtisadi çətinliyi göstərmək olar ki, bunu da İran rejimi süni şəkildə Güney Azərbaycanda yaradıb .

Əgər bu gün ictimaiyyətdə çeşidli xəstəliklər var, xəstənləri öldürməklə xəstəlik aradan getməyəcəkdir.Cəmiyyətdə mübarizə gərək xəstəliklə olsun, xəstə ilə yox.Amma məntiqlə baxanda görmək olur ki, İranın fars rejimi təqribən 27 illik hakimiyyəti dövründə qəti məntiqə və elmi təfəkkürə arxalanmamışdir.

Diqqət bu filmə kiçik uşaglarin və urək xəstəliye olanlarin baxmasi məsləhət dəyil

 

Aşagidaki Şəkili tiklayin ve baxin