Asif
Ata kimdir
?
(
25 sentyabr Asif Atanın dünyaya gəldiyi gündür. Hər il bu gündə
Ocaq Ata Günü Mərasimi keçirir )
"Ürəyinizdə
Günəş olsun!" onda ən soyuq havada belə, üşüməzsiniz
; ən isti havada belə təntiməzsiniz!" Asif Ata xalqla görüşlərinə
çox vaxt bu sözlərlə başlardı.
Ata gələnəyini yaşatmaq Atalının borcudur.
Ürəyinizdə Ata Günəşi olsun, istəkli soydaşlarımız
və insan müqəddəsliyi və azadlığı arayanlar
!
Asif Ata -- Əfəndiyev
Asif Qasım oğlu ( 25.IX.1935 -- 5.VI.1997 ) --- Quzey Azərbaycanın
keçmiş Qazax mahalının Çaykənd kəndində, öyrətmən
ailəsində doğulmuşdur. Türkün Qaraqoyunlu soyundandır.
Babaları ruhanı olmuşlar.
Asif Ata ilk təhsilini doğulduğu kənddə almış,
orta təhsilini Gəncə şəhərində davam etdirmiş,
1951 - ci ildə Ağstafa şəhərində başa vurmuşdur.
1957 - ci ildə M.Qorki
adına Moskva Ədəbiyyat İnstitutunu bitirmişdir.
Həm orta, həm ali təhsil, başlıca olaraq iki
cəhətdən onu heç vaxt qane etməmişdir : 1 )
Cəmiyyətin, elmin, dinin, tarixin insana münasibəti baxımından
; 2 ) Dünya tarixində doğuya, türk irqinə ögey münasibət
və Doğunun da bununla barışması, Azərbaycana heç
yer verməməsi baxımından.
Bu duyğular onda ali təhsil ( daha doğrusu, doyumsuz mütaliə
) illərində
daha da güclənmişdir. Şəxsiyyətinin formalaşdığı
həmin illərdə İnsan probleminə daha çox maraq göstərmişdir.
Bu marağını ödəmək üçün
ən qədim çağlardan ta özünə qədərki bütün
filosofları, fəlsəfə məktəb və cəryanlarını,
fəlsəfə tarixini, bütün dinləri və din tarixini, bütün
ədəbiyyat tarixini, bütün mifologiyanı, musiqini, poetikanı,
tarixin özünü və b.k. öyrənmişdir. Onun fikrincə bütün
bunlar -- özlərinin
müsbət cəhətləri ilə yanaşı -- bir -
birindən az və ya çox fərqlənsələr də,
onlarda həmişə böyük, əsaslı bir çatışmazlıq
olub : İnsana münasibətin yanlışlığı, natamlığı,
ən əsası isə insana inamsızlığı. Tarix
boyu bəşər ağlı insanı ya ideyaların kölgəsi,
ya öz cisminin kölgəsi, ya özündənkənar iradənin kor
icraçısı, Allahın, Şəhvətin, İstehsalatın
qulu sayır ; gah ondan əlini tamam üzür, ona inamını büsbütün
itirir, gah ona kinayəli münasibət bəsləyir, gah onu söyüb
alçaldır ; ona gah acıyır, gah acıqlanır... Bütün
bunların son ucunda dinlər siyasətin alətinə çevrilmiş,
fəlsəfə insanlara təsirini itirliş, cəmiyyət
faydaçılığa qurşanmış, insana inam və insanın
özünə inamı yoxa çıxmışdır; bəşər
öz əzəli, ruhani mahiyyətindən sapmaqdadır. Ona görə
Dünya qlobal fəlakətlərlə üz - üzə qalmışdır
; bəşərin problemləri həllini tapmır ki, tapmır!
Asif Ata bunun səbəbini də, həlli yolunu da İnsanla bağlayır
və onda bütün ümumbəşəri problemlər üçün açar
olası bir təlim yaratmaq fikri baş qaldırır. Bu, Mütləqə
İnam fəlsəfəsinin ilk rüşeymi idi.
Bu oyanış məşhur və başıbəlalı
Tənqid və zəmanə məqaləsi ilə ( Lit.
Azerb. Jurnalında rus dilində , Bakı, 1959, 11 nömrəsində
) Azərbaycanda
özünün ilk əks..sədasını verdi. Bundan sonra gənc
Asifin inadlı, ilhamlı və qadağalı Yol yaradıcılığı
başlayır -- Mütləqə İnam Yolu !
Asif Ata yaradıcılığa ədəbiyyat tənqidçisi
kimi başlamışdır. Onun yaradıcılığı
bir neçə yöndə getmişdir :
1 ) Asif
Ata Ruhaniyyatı ( 45 adda Müqəddəs Kitab, 7 Müqəddəs
Kəlam ; məqalələr, izharlar, həqiqətlər,
ruhani hökm və sənədlər... );
2 ) Asif Atanın Mütləqə İnam Ocağı ;
3 )Asif Atanın Ocaq Mərasimlərindəki İzharları
;
4 ) Asif Atanın Ocaq ( Mütləqə İnam ) özündəki
saysız -
hesabsız, dərc olunmuş və olunmamışmüsahibə
və məqalələri ;
5 ) Asif Atanın tənqidçiliyi ;
6 ) Asif Ata ilə təmasda olmuş onlarca Ocaq Evladının
və Ocaqsevərin ömründə, müşahidə və yazılarında
Atanın izi və s. Və b.k.
Bunların hamısı bir nöqtədə birləşir
:
İnsana qeyd - şərtsiz inam, mütləq inam, insanın
müqəddəs ruhani varlıq sayılması.
İnsana bu dərəcədə inanmaq, onu bu
qədər ilahiləşdirmək üçün insanı tanımaq,
bilmək tələb olunur. Ömrünün 30 ilini arasıkəsilməz,
sistemli, məqsədli, ilhamlı, aşiqanə mütaliəyə
sərf eləmiş Asif Ata istər tarix elm - fəlsəfə
- din - ədəbi - bədii, istərsə də canlı insanı
dərindən, hərtərəfli öyrənmişdi. Bu, ona
Ocaq tarixinin
hələ lap ilk illərində
( 1980 - ci ildə ) Ocaq
Məramı izharında : XX
əsrin bayquşları İnsana İnam Bayrağını
tapdamağa çalışırlar. Biz həmin bayrağı başımızın
üzərinə qaldırırıq yazmağa imkan vermişdi.
O, yəqin etmişdi ki, insan, dərinə getdikcə gözəlləşir
: onun ülvilikləri üzdə deyil, dərinlikdədir ;
insana inanmayanlar -- onu dərindən öyrənməyənlərdir.
Deməli, Atamızın insana sarsılmaz inamının
etiqad səviyyəsinə yüksələn sarsılmaz da
özülü vardı.
Beləliklə, Asif Ata insan haqqındakı elmləri,
bilgiləri, təlimləri ğzünə qədərki yalnış
özüllər üzərindən alıb insana Mütləq İnam özülü
üzərində qurdu .
Cəmiyyət pisdir ? -- Səbəb
insandır!
Mühit pisdir? -- Səbəb insandır!
Şərait pisdir ?-- Səbəb
insandır!
Həyat pisdir ? -- Səbəb
insandır!
Zaman pisdir ? -- Səbəb
insandır!
Məkan pisdir? -- Səbəb
insandır!
Dünya pisdir ?-- Səbəb
insandır!
Ailə pisdir ?-- Səbəb
insandır!
İstehsal münasibətləri pisdir ?-- Səbəb
insandır!
Milli münasibətlər pisdir ?-- Səbəb
insandır!
Dövlətlərarası beynəlxalq
münasibət pisdir ?-- Səbəb
insandır!
Ekologiya pisdir ?-- Səbəb
insandır!
İnsan pisdir ?-- Səbəb
Yenə səbəb insandır!
Cəmiyyəti, mühiti, şəraiti, həyati, zamanı,
məkanı, dünyanı, ailəni, istehsal münasibətlərini,
beynəlxalq münasibətləri. Milli münasibətləri,
ekologiyanı, insanın özünü kim dəyişib yaxşılaşdıracaq
? -- İnsan,
yalnız insan!
Deməli, ümid insanadır, nəzərlər də insana
yönəlməlidir. Asif Ata İnamının başlıca
harayı burdan doğur : Bəşərin
nicatı insanlaşmaqdadır. İnsanlaşın -- İnsanlaşdırın!
Asif Ata İnamında İnsanın tərifi - təyini
belədir : İnsan -- özündə Mütləqilik
gəzdirən, bu səbəbdən də Şəraitdən,
Mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqiliyə
can atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır
( Asif Atanın İnsanilik Müqəddəs Kitabındakı
817 - ci Həqiqət )
Asif Ata İnamçılığında ruhani varlıq
deyimi -- mütləq
inamlı, mütləq idraklı,
mütləq mənəviyyatlı, mütləq iradəlı
şəxs, insan anlamındadır.
Asif Ata İnamçılığında çox işlənən,
bütün anlayışların başında gələn MÜTLƏQ
nə deməkdir ? Ata
özünün İnam əsərində Mütləqə belə
tərif verir :
Mütləq -- bu gündə nişanələriylə, əbədi
Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi
hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan,
onları özlərindən kənara çıxarıb özünə
yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə,
İstiqamət və Meyar olan bir Qüdrətdir ( Asif Ata. Mütləqə
İnam, B., 1999, s. 68 ) İnsan
daxilində Mütləq daşıyır və bu seçilmişlərə
deyil, bütün insanlara aiddir. Öz daxilindəki Mütləqiliyi,
yəni özünün ilahiliyini və qadirliyini dərk etmək, ona
yetmək üçün insan yol getməlidir. Bu, təbii insandan
ruhani varlığa keçid, özünü, özümlüyünü yaratma
mərhələsidir. Asif Ata bütün bəşəri bəlaların
kökünü bu
keçidin ya heç keçməməsində, ya da keçiddə baş
verən yanlışlıqlarda
( o cümlədən dini, fəlsəfi, ictimai - siyasi və
b.k. doktrinalarda ) görür. Və fəlsəfənin
vəzifələrini Özünün İnsan əsərində
bu ardıcıllıqla müəyyənləşdirir....
İnsan dünyada kimdir, dünya insan üçün nədir :
Fəlsəfənin birinci sualı budur. İnsanın Mütləqə,
ideala münasibəti nədir ?! Fəlsəfənin
ikinci sualı budur. İnsanı ideala yaxınlaşdırmaq
üçün nə
etmək gərəkdir ? Bu üçüncü sualda fəlsəfənin
peyğəmbərlik siqləti aşkara çıxır. İnsanın
cəmiyyətdə yeri, vəziyyəti, taleyi necədir ?
Bu, fəlsəfənin dördüncü sualıdır. İnsanın
öz əsilliyinə qayıtması üçün nə lazımdır
?
Bu, fəlsəfənin beşinci sualıdır... Bir sözlə,
fəlsəfə insan aqibətini şərh, təhlil və
təyin edən müdriklikdir ( Mütləqə İnam, s. 27 ) Asif
Ata yalnız filosof deyil, Özündə filosofluqla peyğəmbərliyi
birləşdirən nadir tarixi şəxsiyyətdir. O, həm
ideya -- Mütləqə İnam, həm də onu gerçəkləşdirmə
vasitəsi olan Ruhani Ocağı yaratmışdır. Mütləqə
İnam Ocağı -- Asif Ata Peyğəmbərliyinin gösrəticisidir.
gerçəklikdə ... nisbiylə yanaşı yaşayan Mütləq
-- peyğəmbər qanununda nisbidən təmizlənmiş
şəkildə ... aşkara çıxır. Peyğəmbərlikdə
Ruha xas olan üç cəhət : Mütləq düşüncə, Mütləq
duyğu və Mütləq iradə öz parlaq təzahürünü tapır
( Mütləqə İnam, s. 141 )-
Ata ÖZ Ruhunun bu üç cəhətinin vəhdəti
sayəsində vaxtı ilə işlədiyi Azərbaycan Dövlət
Universitetində ( Bakı ş . ) Etik və estetik tərbiyə
klubunu yaratdı ( 1975 - ci il ) , sonra onu Mütləqə İnam
Ocağına çevirdi (1mart 1979 ) . Ocağa Evladlar cəlb
elədi, onların birləşib Ruhani İntibah işi
aparmaları üçün Ocaq Ailələri biçimini kəşf
elədi ; bir gün belə, ara vermədən 18 il bilavasitə başçılıq
edərək, ona dönməz - sönməz xarakter verdi ;
Ocağın bütün daxili yaşayış -- iş
qaydalarını, gələcək Ruhani Birliyin əsas qanunlarını
cızdı.
Fəlsəfənin yuxarıda qeyd etdiyimiz üçüncü və
beşinci suallarına cavab verən fəaliyyətini ömrünün
son gününə qədər davam etdirdi. Atanın öz
fəaliyyəti Onun Cövhər əsərindəki Qayıtma
harayının yönündə idi.
Ocaq, yuxarıda dediyimiz kimi, Asif Atanın canlı əsəridir,
kəşfidir ; Onun İdeyalarını həyata keçirən
ruhani mübarizə qurumudur.
Ocaqçılar Atanın Evladları sayılır və
Atalı soyadı daşıyırlar. Onlar Ailələrdə
birləşirlər. Hər Ailənin Təmsilçisi var -- o,
Ailədə Atanın Timsalı sayılır.
Ocağın hər bir Evladı da Asif Ata irsidir. Onun günü
Mütləqlə Təmas və Ataya Rica ilə başlayər,
yəni İnam Ocağı öz həyat tərzi, tarixi və
təqvimi ilə yaşayır.
Ocağın fəaliyyəti Mərasimlər, Bayramlar,
Ailə\lərin aylıq Ailə Günləri, Fikir Evləri,
Amallaşma - Doğmalaşma
Günləri , fərdi söhbətlər, dərslər,
səfərlər, efir və mətbuatla iş, kitabçılıq
(yazarlıq ) və
b. k. Vasitə ilə həyata keçir ; İnsanlaşın...İnsanlaşdırın
harayı yönündə. Həmin fəaliyyət nəzərdə
tutur ki, fövqəltəbii,
yəni mövcud olmayan qüvvələri təmsil edən Din
-- İnsanın
təbiətində yaşayan İnamla ; insana zidd
fəaliyyət
tərzi olan Siyasət -- insana doğma olan Ruhaniyyatla
əvəz olunmalıdır ; keçici və nisbi dəyər
olan Mənəviyyata
xidmət etməlidir -- çünki bəşərin qurtuluşu
bundadır.
Mütləqə İnam -- türk idrakının yaratdığı
ümumbəşəri dəyərdir. O, şərqi dünyabaxışına
əsaslanır ; ancaq zamanından, məkanından, irqindən
asılı olmayaraq, bütün ölməz ümumbəşəri
dəyərlərin
yiyəsi kimi çıxış edir. Onu
yaradıcısı Asif Ata özünü daim
Türk Peyğəmbəri , Mütləqə İnamı
iə Türk İnamı adlandırırdı.
Asif Atanın Mütləqə İnam Ocağı insanları
fərdi əməkçi mülkiyyətə, minimal güzarana, sosial
bərabərliyə, milli bənzərsizliyə, Ruhani Dövlətə,
Təkamül yoluyla
ruhani - insani Dirçəlişə səsləyir ; başqa
sözlə, ruhani mübarizəyə çağırır və çatdırır
-- fərdi
- fərd, halı - hal...
İnam Ocağının Evladı olmaq -- belə bir ümumbəşəri
işə xidmət etməkdir.
Atamız Var olsun!
Yazını təqdim etdi Asif Ata Ocağının
Evladı
Eluca Atalı.