Azərbaycan milli öyrənci hərəkatı fəallı

Əsgər Əkbərzadə aldığı həbs qərarı ucundan özünü  ərdəbil dustaqxanasına təqdim etməli oldu

                      

                             

      Xəbərqaynağı : Savalan sesi 20.09.2007                                                        Esger Ekberzadeh

      Həbs-yeri        : Ərdəbil dustağı

      Tarix              : Çarşənbə sentyabrin 19

      Köçürən         :Coşqun Azəroğlu

 

 

        Sentyabrın 19-da güney Azərbaycanın milli öyrənci hərəkatının fəallı

Əsgər Əkbərzadə aldığı həbs qərarı ucundan özünü ərdəbil dustaqxanasına təqdim    etməli oldu.Ərdəbil şəhərinin inqilab  məhkəməsi  adı  çəkilən milli fəallı iranda məktəblərin açılışı günü münasibətilə adsız-imzasız bildirilər yaymaqla, iran   hakimiyətinə  qarşı parapaqanda aparmaqda suçlandırıb ona  4-ay həbs qərarı kəsmişdir.

 

Ərdəbildə Pəyame- Nur(İşıq- tapşırığı)adlı universitənin  kimiya-elmləri  öyrəncisi  olan milli hərəkat fəallı Əsgər Əkbərzadəötən ilin sentyabrında da rejim eleyhinə parapaqanda aparmaq (daha doğrusu bildiri yayinlamaq )  suçu ilə 2-ay  müdəti  “geçəri “ həbs  qərarına  alınmışdir.

Xatırlatmalıyıq   ki  ötən  ilin  may-ında   güney Azərbaycan-ın   umum-milli   may   etirazları   ərəfəsində    ərdəbil şəhərində geçirilən nümayişlərə qoşulduğu  nedənilə   ölkə    təhlükəsizlik orqanı “ ettelaat “ quvvələri  tərəfindən həbsə alınıb və 600.000  tümən (1200 dollar)iran  pulu  dəyərində  cərimə olunmuşdur.

 

Uluslar arası Əfv  təşkilatı Azərbaycan  kültür  fəallı  Əsgər Əkbərzadə  haqda  iki  ayrı- ayrı zamanlarda bəyannamə (açiqlama) verib.

 

 

------------------------------------------------------------------------------------------------------------------------

Əli Şadı Kərəmcavan ücüncü dəfə olaraq həbsə alınıb  

 

 

Xəbərqaynağı       :Urmu.News

Zaman                   :22.09.2007

Həbsə alındığı yer :Təbriz

Həbs tarixi            :17.09.2007

Köçürən                :Coşqun Azəroğlu

 

 

 

 

 

Azərbaycanın təbriz şəhərinin tanınmış milli  hərəkat fəallı   Əli  Şadı  Kərəmcavan

Bazar  ertəsi  sentyabrın 17-də,  sərab-dan təbrizə  döndüyü  çağ  iran islam    respublikasının təhlükəsizlik orqnı “ettelaat”-in məmurları tərəfindən həbsə alınıb.12 saat    tutuqlandığından  geçəndən sonra qardaşına tilifun bağlantısında həbsə alındığını söyləyib ailəsinə  bildirə bilib.

 

38-yaşlı milli hərəkat fəallı geçəcaqda dönə-dönə həbsə alınıb.İlk dəfə  olaraq  ötən  il  iranın rəsmı qəzetində türklərə qarşı sesləndirlmiş tohinli çizgilər və   ifadələrə  təpki  olaraq  güney Azərbaycanlılar  tərəfindən   umum-milli  qərar  verilmiş  may etirazlarında   sərab    ettelaatı tərrəfindən həbsə alındı.Məhbus 2-ay  sonrası  girov qarşılığında zəmanətə  buraxılsada,sərab inqilab   məhkəməsi  tərəfindən , bəzi  suçlar  örnək  üçün,  hakimiyət  eleyhinə  parapaqanda aparmaqda ,  türk  dilində  yazılmış  kitabları  yayınlamaqda  suçlandırılıb  bir il  (təziri)  həbs qərarı aldı.

 

Fəal ikinci yol olaraq cari ilin may-etirazlarının ildönümü aksialarında, 23-may nümayişində işktirak etdiyi ucundan təbriz təhlükəsizlik orqanı “ettelaat” tərəfindən  həbsə  alınib.  26-gün həbsinin 8-gününü“ettelaat” dustağında  olan  çağ ağır  işkəncələrə  məruz  qalan  Əli Şadı Kərəmcavan girov qarşılığında zəmanətə buraxılır.

 

3-üncü yol tutuqlanan  milli hərəkat fəallının ailəsi onun saxlandığı yer haqda hələlik   hankı bilgi əldə edə bilməmişlər.

--------------------------------------------------------------------------------------------------------------------------------

Sentyabrın 9-da 6-nəfər insan  haqları  müdafiəçiləri    milli hərəkat fəallarının  həbsə   alınmasından   bir   həftədən  artiq geçməsinə baxmıyaraq  onların   saxlandığı   yerdən  kimsənin   xəbəri   yoxdur.

 

Xəbərqaynağı: haqqimiz.blogfa.com

                      İnsanhaqlarin qoruyan quruluşun öyrənci xəbər komitəsi

Tarix             :  20.09.2007

Tərcümə       : Coşqun Azəroğlu

 

Bu 6-fəal, bazar günü sentyabrın 9-unda yaxlaşıq eyni zamanda tutuqlansalarda “ettelaat”-in maneçilik yaratdığından  bura dek aile üzvlərilə ilgiyə geçe bilməmişlər.Xatırlatmalıyıq  ki iranın  əsas qanunları elavəsində məhbusun vaqt itirmədən ,ailəsilə ilgiyə geçib ,saxlandığı yeri anlatmasına  haqlı olduğu aydıncasına  vurğulanır.

 

Həbsə   alınmış   milli    insan  haqları   mudafiəçisi   Sepidə Purağayi –nin  valdeyninin dediklərinə görə feallın saxlandığı yeri öyrənmək nədənilə  zindan və inqilab məhkəməsinə müraciətləri hankı bir sonuca varmayıb.Evin dustaq- əməkçiləri və sorumlu şəxslər feallin adının  “Evin”- dustağının  məhbuslar listəsində olmadığını deyirlər.İnqilab məhkəməsi isə həbsə alınmışların ittihamaları haqda susur.

 

Bilgili qaynaqlar onların “Ettelaat “-ın dustaqxanasının   209-uncu  korpusunda ( bəndində) saxlandıqlarını zənn edir.

Ötən həftə sentyabrin 9-unda , iran –islam  respublikasının təhlükəsizlik nazirliyinin orqanı “Ettelaat”-ın məmurları tərəfindən həbsə alınanların listəsi bunlardan ibarətdir:

Mənsur Fərəci,Abbas Xursəndi,Qasım Şirzadiyan,Meysəm Rudəki,Bəhram Rasexifər və Sepidə Purağayi.

İran –islam  respublikasının təhlükəsizlik nazirliyinin orqanı “Ettelaat” bu insanlarin evlərinə hankı bir resmi hökmü olmadan basqı yaparaq  axtariş işləri aparıb və adı çəkilən fəalların kitabların,elyazmaların şəxsi əşyaların yəğmaya aparıb.

 

İnsanhaqlarin qoruyan quruluşun öyrənci xəbər komitəsi  həbsə alınanların taleyi haqda öz nigarançılığın bildirərək “ettelaat” və inqilab məhkəməsinin qanunsuz işinə etiraz edir və tezliklə onların durumunun aydınlaşması tələbindədir.

---------------------------------------------------------------------------------------------

Azərbaycanlı    kimliyini   müdafiə  edən

                güneyliVədud Səadətiərdəbildə tutuqlanıb

   Ərdəbil

Xəbərqaynağı:Savalan  səsi

Tarix:2007 il Sentyabrın 17

Tərcümə : Coşqun  Azəroğlu

 Savalan sesi xəbərqaynağına çatdıyı raportlar əsasında ərdəbil şəhərinin tanınmış milli hərəkat fəallı Vədud Səadəti həftənin birinci günü sentyabrın 17-də Möcüz xiyabanında yerləşən dükanında iran-islam respublikasının təhlükəsizlik orqanı “ettelaat”məmurları tərəfindən hankı bir hökm göstərilmədən həbsə alınıb.Bura dək fəalla vəkil və ya ailəsilə ilgiyə geçməyə izin verilməyib.Güney Azərbaycan milli hərəkat çalışqanıVədud Səadəti öncələr dönə-dönə həbsə alınıb.

 İlk dəfə olaraq ötən il,güney Azərbaycanlılarının umum-milli etirazlarına qərar verilmiş

may-aksiyaları ardında ərdəbil şəhərində geçirilən piketə qatılması bahanasıla həbsə alınıb, açıq olmayan bir məhkəmədən 6-ay kəsin həbs,50 zərbə şallaq və 3.000.000 riyal (iran pulu ) dəyərində cərimə qərarı almışdır. 

 Vədud Səadəti cari ilin may-etirazlarında ərdəbil əhalisinin geçirdiyi piketdə tutuqlanıb neçə gün həbs və sorğu-sualdan sonra girov qarşılığında zəmanətə buraxılmışdır.

---------------------------------------------------------------------------------------------------------------------------------

Bəluç millətinə ayid dini alim urmiyə şəhərində həbsə alınıb

 Urmiyə-xəbərqaynağı : Urmu.News

Tarix: 18. 09. 2007     (27.06.1386)

Tərcümə: Coşqun Azəroğlu

 

Urmiyə şəhərindən  əlimizə  çatan  başqa  xəbər   “Ramazan”   ebadətləri ərəfəsində urmiyə yaxinliğında  yerləşən hənəfi-məzhəb   quluncu  kəndinə  səfər   etmiş bəluç-kökənli hənəfi alim Nəsir Əhməd-in  həbsə alınması haqdadır. Tutuqlanmış hənəfi

bəluç- alim  zahidan şəhərində cümə-namazına başçılıq edən Mövlana Abdulhəmid-in yaxınarındandır.

   

Ötən cümə günü quluncu  kəndi məscidlərinin birinin qarşısında namazdan sonra həbsə alınan alim Nəsir Əhməd-den hanki bir bilgi əldə yoxdur.Xatırlatmalıyıq ki urmiyə şəhərində  hənəfi-məzhəb türkləri eləcədə quluncu kendinin ehalisi bölgədə məzhəblərinə ayid  dini məktəblərin olmadığından uyarı bölgə  türkmən və bəluç- alimlərinə üz tutub dəvət edirlər.

 

Quluncu kəndi batı Azərbaycanın ən böyük hənəfi-məzhəb qəsəbələrindəndir.Bu kənd

1918-1919 illərdə urmiyə,səlmas və xoy şəhərlərini ərməni-asorı soyqırımından qurtaran  osmanlı sərkərdə Xəlil Paşa ordusunun düşərgəsi olmuşdur.

 

Türk ordusu, bu kəndin başçısı Qazı Bozqurd-un osmanlı xəlifəsinə  bölgənin ərməni soyqırımına məruz qaldığını açiqladiğndan sonra Ənvər Paşa-nın əmrilə gəlib güney Azərbaycan türklərini, xarici ölkələr rus daxil olmaqla  dəstəklənən silahlı Celo-ərməni çətələri əlindən qurtardı. 

----------------------------------------------------------------------------------------------------------------------------------

Güney Azərbaycan milli hərəkat fəalli  Firidun Mehdipur oktyabrın 7-də urmiyə dustağına göndərilir.

 Urmiyə Xəbərqaynağı:Urmu-News

Tarix:18.09.2007    (27.06.1386)

Tərcümə: Coşqun Azəroğlu

   

Urmiyə şəhərindən əlimizə çatdığı  xəbərlər əsasında güney Azərbaycan milli hərəkat fəallı  Firidun Mehdipur yerli inqilab məhkəməsinin üçüncü şöbəsindən bildiri-hökmü alıb.

 

Bu rəsmi məktubda Firidun Mehdipur-dan özünü oktyabrın 7-də urmiyə dustaqxanasına təqdim etməsi istənilib.Urmiyə inqilab məhkəməsinin üçüncü şöbəsinin hökmü  esasında fəal ən azı 10-ay həbsdə saxlanılacaq.

 

Adı çəkilən güney Azərbaycan milli hərəkat fəallı ilk dəfə olaraq  otən ilin sentyabrinda məktəblərin açılışı günü ərəfəsində təziqlərə  məruz qalmış,təsilinə-tədrisinə izin verilməyən  ana dilinin etiraz aksiyalarında yaxalanmışdır.Neçə gün batı Azərbaycan təhlükəsizlik orqanı “ettelaat”-in dustağında  həbsdə qalıb sorğu-sual olunandan sonra 24000 dollar girov qarşılığında zəmanətə buraxılmışdır.Yerli inqilab məhkənməsinin üçüncü şöbəsinə başçılıq edən hakim Hüseynzadə Firidun Mehdipur-a 36-ay həbs qərarı kəsmişdir. Həbs qərarin 30-ayı şərti 6-ayısə kəsinidir.

 

Umum-milli təhqirlərə təpki göstərmək üçün qərar verilmiş etiraz-aksiyalarında  Güney Azərbaycan milli hərəkat fəalli  Firidun Mehdipur cari ilin mayında ikinci dəfə olaraq tutuqlanmışdır.Fəallın zaminə buraxılması yanlız yenidən 24000 dollar girov qarşılığnda mümkün olmuşdur. Məhkəmə isə  ona daha 4-ay kəsin həbsqərarı kəsib.

 

Məhkəmə qətnamesi əsasında fəal ölkə təhlükəsizliyinə qarşı çaba göstərməkdə və güney Azərbaycan seperatçı (bölücü)-quruluşlarla işdaşliq etməkdə suçlandırılıb.  

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ABŞ İRANA QARŞI DAHA KƏSKİN SANKSİYALARI NƏZƏRDƏ TUTAN YENİ QƏTNAMƏ LAYİHƏSİNİN HAZIRLANDIĞINI AÇIQLAYIB
2007-09-19 -
12:59:00

Sentyabrın 18-də ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak jurnalistlərə açıqlamasında bildirib ki, 5+1 qrupu ölkələrinin ABŞ-da görüşü ərəfəsində Vaşinqton İrana qarşı daha kəskin sanksiyaları nəzərdə tutan yeni qətnamə layihəsini hazırlamaqdadır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin Almaniya ilə birgə 5+1 qrupu ölkələri olaraq sentyabrın 21-də Vaşinqtonda İrana qarşı yeni qətnamə layihəsini müzakirə edəcəklər.

«Media forum»un məlumatına görə, Ş.Makkormak deyib: «Hazırda biz yeni bir qətnamə layihəsi üzərində işləyirik və artıq bir sıra ideyaları kağız üzərinə gətirmişik».

ABŞ Dövlət Departamentinin sözçüsü onu da vurğulayıb ki, sentyabrın 21-də yeni qətnamə ilə bağlı müzakirələr aparılacaq. ABŞ dövlət katibi Kondaliza Rays isə sentyabrın 28-də Nyu-Yorkda 5+1 qrupundakı həmkarları ilə İranın nüvə proqramını müzakirə edəcək.

 

«Media forum»

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ərdəbilli öyrənci Əsgər Əkbərzadə həbsə alınıb

 

Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən verilən məlumata görə, Ərdəbil şəhərində milli haqlar üçün fəaliyət edən tələbə Əsgər Əkbərzadə bu gün saat 13:00-radələrində İran rejiminin təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən saxlanılıb, Ərdəbil zindanına aparılmışdır. Güney Azerbaycan Milli fəalı Əsgər Əkbərzadə ona verilən həbs cəzasının ilk ağrılı günlərini başladı. Tanrı türkü qorusun!

 

 

DAK mətbuat xidməti

 

-----------------------------------------------------------------------------------------------------------------------------

Güney Azərbaycanın Milli fəalı Əli Şadi İran rejimi tərəfindən tutulmuşdur

 

İran rejimi məktəblərin açılmasıyla bağlı yenə də öz faşisti işlərinə o cümlədən müəllimlərə və şagirdlərə hədə qorxu gəlmək, onları ana dilində təhsil almaq isətədiyinə görə həbsə almaq və müxtəlif bəhanələrlə Güney Azərbaycan milli fəallarını oğurlamağa başlamışdır.

33 yaşında olan Güney Azərbaycan Milli fəalımız Əli Şadi cənabları Təbriz şəhərində dəfələrlə İran rejiminin təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən saxlanılmışdır.

Aldığımız məlumata görə, sentyabrın 17-də Əli Şadi cənabları Sarab şəhərində İran rejiminin təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən oğurlanmış və indiyə qədər onun ailəsinə harda olduğundan heç bir xəbər verilməmişdir.

 

DAK mətbuat xidməti