İCİMİZDƏ İNQİLAB

                                                                                                                                                                    

                                                                                                                                          Qorxmali oldugumuz sey varsa, 

                                                                                                               o da qorxudur.

                                                                                                                                          F.D.Ruzvelt                                                                                              

                                                                                                                                                                                  

   

     Franklin Delano Ruzvelt cəmiyyətin azad olması uçun əsas dörd azadlığın olmasını vacib hesab edirdi:

       -söz və fikir ifadə etmək azadlığı

       -etiqat və ibadət azadlığı

       -ehtiyac əsarətindən azadlıq

       -qorxu hissindən azadlıq

     Doğrudan da keçən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqı meydanlara çıxanda istədiyi yuxarıda qeyd olunanlar idi. Çunki, bu azadlıqların heç biri Sovet rejimində yox idi. Sovet rejimi dağıldı, Azərbaycan xalqı da digər xalqlar kimi öz mustəqil dövlətini qurdu. Amma təəsuflər olsun ki, bu azadlıqları qazansa da, az sonra tamamilə itirdi. Nə uçun?

     Yuxarıda göstərilən azadlıqlardan dörduncusu olmadan digərlərini əldə etmək mumkun deyil. 1993-cu ildən həyatımıza soxulmuş ZORAKİLİQ zaman-zaman bizi əzməyə və qorxu altında yaşamağa, yalana baş əyməyə  məcbur etdi və deyəsən buna da nail oldu. İndi xalqın böyuk əksəriyyəti  itirəcək bir seyi olmasa da hər şeydən qorxur. Və bu qorxaqlıq da mənəviyyatı məhv edir, insanları  fağırın zalımı olub, zalıma fağırlıq etməyə məcbur edir. İnsanlarda kölə sədaqəti yaradır .Niyə, nədən buna imkan veririk?                                                                             

     Görəsən biz doğrudan da tarixden oxuduğumuz qəhraman turklərin nəvələriyik, yoxsa başqa olkələrdən  gətirilmiş başqa millətlərin törəmələriyik? Haradandır içimizdəki qorxu, yalana meyillilik? Niyə həqiqətin yox yalanın arxasında daldalanırıq? Niyə duşunduklərimizi və görduklərimizi deyə bilmirik? Başımızın ustundəkilər nə istəsələr onu da edirlər, öldurtmək istədiklərini öldurdurlər, tutdurmaq istediklerini şərləyib tutdururlar, insanlari bir tikə çörəkdən asili olmağa məcbur edirlər, bizlər isə sadəcə səsimizi qısaraq öz-özumuzə mizildanirıq ki, biz nə edə bilərik, kimdir bizə qulaq asan. Həqiqəti söyləməli oldugumuz halda içimizdəki qorxunun təsiri altında tam əksini,yalanı söyləyirik. O həddə catmışıq ki, ata-babalarımızın etdiklərini, övladlarımızın edəcəklərini bir qarın çörəyə qurban verməyə hazırıq.Qətiyyətsiz və qurursuz kutlə halındayıq, cəsarətli vətəndaş addımı atmaq ən cox qorxduğumuz seydir. Ağalarımızın uzunə ağ olmaq, onlara etiraz etmək hec ağlımıza da gəlmir.Onları dəyismək mumkun deyil deyirik.  Duzdur, onları dəyişmək mumkun deyil. Heç buna çalişmaq da lazım deyil. Biz özumuzu dəyisməliyik. İcimizdəki yalan, qorxu hissindən azad olmalıyıq. İCİMİZDƏ, RUHUMUZDA  İNQİLAB  ETMƏLİYİK. Ətrafımıza baxsaq belə insanları görərik. Onlar az da olsa, bu gunə qədər qalıblar, sınmayıblar. Və bu insanlar butun təyziq və təqiblərə, özlərinin və ailələrinin həyatına olan təhlukələrə baxmayaraq bu gunki ZOR rejiminə qarşı mubarizə aparirlar.  Onlara qatılıb daha guclu olmaqla, həyatımiza soxulmuş bu zorakılığa qalib gəlib, AZAD İNSAN ola  bilərik.

 Bundadir bizim xilasımız,qurtuluşumuz. Azadlığa çıxmaq uçun ruhumuzu qorxudan və yalandan, onlara bas əyməkdən  azad etməliyik. Mənə elə gəlir ki, butun azad olan xalqlar,millətlər bunu ediblər. Yaşadıgım İsveçdə də belə olub. Dil öyrənmək kursunda bir çox ölkələrdən olan qaçqınlar öz ölkələrindəki insan haqlarının vəziyyətindən danişib, insanların içində bir qorxu oldugunu qeyd edirdilər.Bizə isveç dilini öyrədən  muəllim isə belə dedi: “Bizdə də belə olub, amma İsveçi biz isveçlilər bu səviyyəyə çatdırmısıq.Bunun uçun isə  qorxudan uzaq olub haqqı deməyi bacarmaq lazımdır. Sonrasi öz axari ilə gedəcək. İnsanlar nə qədər ki, görduklərini və eşitdiklərini deyə bilmirlər,zörakılığa etiraz edə bilmirlər,o zorakılıq öz xoşu ilə insanlardan əl çəkməyəcək. Cəmiyyəti azad etmək uçun qorxudan azad olmaq gərəkdir.”

Bəli,vətənin və millətin  gələçəyindən narahat olan həmvətənlərim, əziz vətən övladları! Bizlər bu vətəni və milləti xilas etməliyik.  Öncə Azərbaycanın siyasi hakimiyyətini isgaldan  azad etməli, öz milli hakimiyyətimizi bərpa etməliyik. Sonra Qarabagımızı da geri qaytarıb ermənini yerində oturda bilərik, Guneydəki, Kərkukdəki bacı və qardaslarımıza da sahib çıxa bilərik. Azərbaycanımızın da, dunyaya səpələnmis yuzminlərlə soydaşlarımızın da problemlərinin başında milli hakimiyyətimizin olmaması durur. Milli Hakimiyyətimizi də bizlər qurmaliyiq, problemlərimizi də özumuz həll etməliyik. İCİMİZDƏ İNQİLAB ETMƏKLƏ! ICİMİZDƏKİ QORXU VƏ GÖLƏLİYİ MƏHV ETMƏKLƏ!

                                                                                           Sərdar AĞAYEV

                                                                                                            İSVEÇ.