Eluca
Atalı
Mütləqim,
Müqəddəsim, Mütləqə İnam yaradıcısı
Asif Atanın adına səcdə ilə!
Bədənsiz baş olmadığı kimi, başsız
bədən də olmur.
Bədən başa görə urvatlıdır.
Baş bədəni saydırandır.
Baş -- düşünən,
dərk edən anlamın çatdırdığı kimi,
bədən də dərk edilmişin gerçəkləşməsi,
təzahürü kimi gərəklidir.
Mahiyyət təzahürdə gerçəkləşdiyi kimi, başın
düşüncəsi də bədənin əməlində üzə
çıxır.
Zaman - zaman
Azərbaycanı başsız qoymaq cəhdləri olub. Bu
cəhdlər isə ən cox qeyri - türk
millətləri tərəfindən icra olunub. Hər hansı
ölkəni paytaxtdan məhrum etmək, onu ələ keçirmək
istəyi daxili hökumətin zəifliyi, yoxluğu və ya olan hökuməti
saymamaqdır.
1918 - ci
il mayın 28 - də
Şərqdə ilk demokratik hökumət
olan Azərbaycan Demokratik Respublikası quruldu. Banunla da
Azərbaycanın həyatında mühüm hadisə baş verdi
: 18 - ci
ilin 18 sebtyabrında türk qoşunları Bakıya daxil oldu
və yadellilər əlində olan şəhər xilas edildi.
Bu hadisəni M.Ə. Rəsulzadə
"Azərbaycan Cümhuriyyəti" kitabında belə
xatırlayır : "
O zaman biz İstanbulda idik. Vüsteyi - Avropa
dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak
üçün digər Qafqasiya Cümhuriyyətləri
ilə bərabər Azərbaycan Cümhuriyyətini
təmsiledən heyəti - müəxxəsə
riyasətində bulunuyorduq. O dövlətin hərbiyyə naziri
və baş komandan vəkil bulunan Ənvər paşa
həzrətləri telefon ediyorlardı :
-- Əmin
bəy, Bakı alındı!
Bundan bir kaç gün əvvəl Almaniya hökumətinin bir
qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik
hökuməti ilə Brest - Litovsk
müharibəsinə zeyl olaraq yapdığı bir müharibə
mucibincə Bakı vilayətinin ta kür nəhrinə
qədər ruslara tərkinə riza göstərmiş,müqabilində
kəndisinə petrol imtiyazını təmin eyləmişdi.
Ustadımız əmin
bəyin təbiri - vəchlə
bizi bir təngə qaza satmışdı. Bu münasibətlə
bizə müraciət edən qəzetçilərə : "Bakısız
Azərbaycan başsız bədəndir ! " demişdik.
Türkün psixologiyasında mərdlik, birsifətlilik var. ümumən,
türkün keyfiyyətlərini sadalasaq,
bu göstərdiklərimizdən əlavə
onu da qeyd etmək vacibdir ki, bu millətin əsas
əlaməti halallıqdır və ədalətsizliklə
barışmamaq. Mütləqə İnam yaradıcısı
Asif Ata türkün keyfiyyəti ilə bağlı
deyir :
"Türk ata minər, Koroğlulaşar, atdan düşər Füzuliləşər."
Zəriflik və möhtəşəmliyi bir əldə
birləşdirməyi türk həmişə bacarıb. Amma
istəyənə aman verib, heç
vaxt arxadan vurmayıb. Türkdən öz sərkərdəsini satan
Səhl Sumbat, igidin atını oğurlayıb satan Keçəl
Həmzə çıxmayıb. Bu erməni xisləti, erməni
keyfiyyətini təzahür etdirən əlamətlərdir.
Erməni içində ilan yaşadır. İlanlıq -- yıxıldı
yalvarar, qalxdı çalar. Gücsüzün qənimi, güclünün nökəri
olan erməni ilə 1918 - ci
ilin qatışıq siyasi aləmində vuruşmaq o
qədər də asan
deyildi. Çünki Azərbaycan təklənlişdi. Mayası
bicliklə yoğrulmuş, siyasətçi kimi doğulmuş
ingilislərlə, I pyotrun
vəsiyyətlərini qulaqlarında sırğa etmiş
ruslarla üz - üzə
durmuşdu. Bu duruş Azərbaycanlıların tarixində
qanlı səhifə kimi yer tutdu və 18 - ci
ilin əvvəllərindəki hadisələrdə,
əsasən 4 mart qırğını da bütövlükdə daxil
olmaqla Azərbaycanlılara qarşı bir məqsəd daşıyırdı...
Azərbaycan udulsun, məhv olsun. İstərsə maddi
nemətlərinə, istərsə də mədəni ruhuna görə
onun axırına çıxmaq planı hazırlanmışdı.
Unutmayaq ki, bu günkü Qarabağ müharibəsi, erməni
həngaməsi 18 - ci
ilin davamıdır. Biz Qarabağda tək erməni ilə döyüşmürük,
bütün dünya bizə qarşıdı. "Erməni ilə döyüşürük
" desək özümüzü balacalaşdırmış oluruq. 1918 -
ci il
hadisələrində bir
arxamız oldu -- TÜRK
ORDUSU. "Türkün türkdən başqa dostu yoxdur!" -- fikrini
sübut edən tarixi hadisə baş verdi. Şanlı türk ordusu
tərəfindən Bakı azad olundu və Azərbaycan hökuməti
tam heyətdə əsl paytaxtda qərarlaşdı. Bu haqda
Almaniyanın "Folkişer Beobaxter" qəzeti özünün 2
dekabr 1933 - cü
il tarixli nömrəsində
Azərbaycana həsr etdiyi məqaləsində bu
məsələdən bəhs edərək deyir : "1918
- ci ilin 15
sentyabrı Azərbaycan tarixi üçün müstəsna
dərəcədə əhəmiyyət kəsb edir. Bu zaman
Avropada Azərbaycan Cümhuriyyətinə
komək edilməsi və ona yaşamaq imkanının
verilməsinin zəruriliyi haqda səslər ucalırdı.
Lakin bu, Azərbaycana başsız bədən bəxş
etməkdən başqa bir şey deyildi...
Bədənin başsız yaşayacağı mümkün
olmadığı kimi, Azərbaycanı da Bakısız
təsəvvür edilməzdir. Azərbaycanın süqutu və
tərəqqisi Bakının
taleyi ilə bağlıdır. "
Bu gün Bakı yaşayır! 89 il bundan əvvəl türk qılıncının
qından sıyrılması nəticəsində başın
bədən üstündə, Bakının Azərbaycanla qalmasından
ötrü erməni və ingilis başı
bədənindən ayrıldı. Təkcə rus başı
döyüşdən sivişib çıxdı və arxamıza keçdi.
Nəticədə Böyük Pyotrun imperiya kimi düşünüb qurduğu
dövlətin diqtəsi ilə 70 il yaşamalı olduq və türk
dünyası adlanan böyük bir dənizdən kəsilib atılmış
kimi, yolları bağlanmış çay kimi qaldıq. Lakin gölə
çevrilmədik. Rusun məkrli siyasəti
yenidən ermənini üstümüzə ayaq açdırdı. Ayılanda
arxamızı boş gördük...
Bicləşən, ikiüzlüləşən dünyaya halallıq,
birsifətlilik gərəkdir. Təkcə türk keyfiyyəti dünyanı
ölümdən xilas edə bilər. Bakını türk qılıncı
xilas etdiyi kimi.
Atamız var olsun!