BAKININ
AZAD OLUNDUĞU GÜN MÜSDƏQİL DÖVLƏTİMİZİN
BAYRAĞI TƏHQİR OLUNDU!
Kamran
Nərimanoğlu
18
sentyabr --- Bakının
Türk qoşunu tərəfindən yadelli işğalçılardan
azad edildiyi gündür!
Hər
il 18 sentyabrda Türkiyənin
Bakıdakı Böyük Elçiliyi və müxtəlif təşkilatlar
tərəfindən bu gün bayram kimi qeyd edilir.Xatırladım
ki, bu ilki bayram tədbiri 15 sentyabrda Filormoniyada keçirilib. Doğrudan da,
hər bir xalqın həyatında elə günlər var ki, o gündə
bir xalqın taleyüklü məsəkləsi həll olunub. Elə
qeyd etdiyimiz tarix də bu baxımdan təkcə Azərbaycan
yox, bütün türk xalqının bayram kimi yadda saxlayacağı gündür.
XX əsrin əvvəllərindən etibarən
ermənilər və ilk növbədə onların havadarları,
neft qoxusunu burnundan heç zaman qova bilməyən ruslar,
ingilislər Bakını əldə etmək eşqi ilə yaşayırdılar.
Azərbaycanın sərvəti olan nefti mənimsəmək
üçün biryolluq Azərbaycanı parçalamaq, məhv etmək planı
işlənilmişdi. Ən əsası isə Baki işgal
olunmalıydı. M.Ə. Rəsulzadənin fikri ilə
desək : "Bakısız
Azərbaycan --- başsız
bədən kimi bir şeydir!"
Məqsəd Azərbaycanı başsız qoymaq, bununla
da başını kəsib, qanını axıdıb, öldürmək
idi. Amma düşmənlərimiz həmişə olduğu kimi,
bu dəfə də mənfur niyyətlərinə çatmadılar.
Minlərlə Azərbaycanlı qanı axıdılsa da, lakin
son anda şanlı türk ordusu Bakıya girdi, döyüşdü və
haqqı nahaqqın ayağıa endirmədi. Bakı neftını
iyləyə - iyləyə
gəlib çıxanlar, arxalarına baxmadan qaçmalı oldular.
Yuxarıda qeyd etdiyim kimi, hər il olduğu tək bu il
də ardıcıl bayram tədbirləri ilə bu şərəf
tarixi Şamaxıda, Göyçayda və sonda paytaxda tarixi gün
kimi yadda qalan şıkildə keçirildi. Amma bu il
Filormoniyada keçirilən bir müstəqil ölkənin paytaxtının
azad olunduğu gün, başqa illərdəkindən daha çox yadda
qalan oldu. Beləki, səhnədən asılan dövlət bayrağı
baş - ayaq
asılmışdı. Zala yığılan tamaşaçılar
arasından nə
qədər işarələr olsa da, buna məhəl qoyulmadı.
Ürəyi təmiz türk xalqı bunu bir təsadüf bildi. Amma bu az
imiş kimi
səhnədə göstərilən video lentdə də yenə
bayrağımız baş - ayaq
asılmışdı. Əcabə, hər hansı bir dövlətin
bayrağı millətin ruhundan, qanından, canından doğur
və onun dövlətinin sinvoluna, atributuna çevrilir. Biz türklər
nə vaxtdan baş - ayaq
yeriməyə başlamışıq ki, bayrağımızda
da yer dəyişmələr olub ? Bəlkə
bu da təsadüfdü ? Əgər
taleyimizə belə təsadüflər yazılırsa, bir xoşbəxt
məqamda qonaq gəlsin !
Bunu buraxaq millətin öhdəsinə, amma xahiş
edirəm, düşünsün. Çünki bu
qəti təsadüf deyildi! Səhnədə çıxış
edənlər bugünkü Azərbaycanın işgal olunmuş, onun
mövcud sərhədlərindən kənarda qalan tarixi torpaqlarını
dilə gətirəndə, bəs niyə 40 milyonumuzun yaşadığı
böyük bir ərazi olan GÜNEY AZƏRBAYCANIN adı heç kim
tərəfindən qəti dilə gəlmədi ?