Çağırış

 

 

Mehr ayının 1-ci günü, Ana dilində məktəb üçün etiraz nümayişi

 

Azadlıq sevən Türk xalqı

 

 

Güney Azərbaycan Türk milləti çox dəhşətli bir vəziyyətdə öz yaşayışına idamə verir.  Bir əsrə yaxındır ki İranda Türklər müxtəlif milli, siyasi, iqtisadi və mədəni tapdalanmaqa məruz qalmışdır.

 

Fars dilində icbari təhsil, Türk millətin və başqa qeyr Fars millətləri asimilə edib və onlari farslaşmaq məcburiyyətində qoymuşdur.  Keçən Səksən dörd ildə, Fars dili İranda bir icbari və rəsmi diltək təhmil olaraq, Türk dili qadağan olmuşdur.  Beləliklə Fars Şovinistləri, Türk millətin özünün ən əsasi  haqqindan, yəni onu Ana dilində təhsil almaqdan məhrum etmişdir.

 

Mehr ayının 1-ci günü, İranda Fars dilində icbari təhsilə başlamaq günü, Türk öyrəncilərinə bir əcnəbi və işqalçı dilində təhsilə başlamaq günü sayılır.  Biz Britaniyada yaşıyan Güney Azərbaycanlılar, İranda Türk dilinin rəsmi olmaqını, Türk millətin və digər qeyr Fars millətlərin milli-mədəni tapdalanmaqlarına son qoyulmaq istəyirik.

 

İranda Fars dilində icbari təhsil almaqın və Türk dilinin qadağan olmaqının əleyhinə, B.B.C. Dünya Xəbər agentliyinin qarşısında bir etiraz nümayişi geçiriləcəkdir.  Bütün azadlıq sevən insanlardan bu Fars Şovinistinin əleyhinə tərtib verilən etiraz nümayişində iştirak etməklərini istəyirik.

 

Zaman və Ünvan:

 

Saturday 22 / Sep / 2007,  Saat 1 – 3 pm

BBC World Service, Bush House, Aldwych, London WC2B

 

Yaxın Stansiyalar:

 

Holborn və Covent Garden

 

Əlaqə:

 

Cib Tel:  07956686785     E-Posta:  picket@london.com

     

Güney Azərbaycanlılar Təşkilatı - UK

Şahnaz Qulami zaminə buraxılıb

Əbülfəzl Paşaoğlu

Jurnalist, qadın hüquqları müdafiəçisi, azərbaycanlı fəal Şahnaz Qulami 22 gün həbsdən sonra sentyabrın 11-də 12 min dollar girov müqabilində zaminə buraxılıb. Buna qədər onun harada və hansı şəraitdə saxlandığı aydın deyildi.

Xanım Qulami sentyabrın 14-də fars və azərbaycanca nəşr edilən «İranlı Qadınlar Ocağı» («Kanun-e Zənan-e İrani») saytına müsahibə verib . Şahnaz Qulami onu zorla azyaşlı qızı və xəstə anasından ayıran ETTELAAT əməkdaşlarının kobud rəftarından şikayətlənir və bildirir ki, istintaq yerinə aparılmazdan əvvəl gözlərini bağlayıblar. O isə etiraz əlaməti olaraq susub, sorğu-sualı cavabsız qoyub və istintaq vərəqəsini doldurmaqdan da imtina edib.

İranın rəsmi Qadın Jurnalistlər Cəmiyyəti, ROZA-nın üzvü olan Şahnaz Qulami üç gün ETTELAAT-ın təcridxanasında saxlandıqdan sonra Təbriz zindanına aparıldığını bildirir. O, qeyd edir ki, həbsxana əməkdaşına məktub yazaraq, əvvəlki təcridxanaya qaytarılmasını istəyib. Onun bu tələbi cavabsız qaldıqdan sonra aclıq elan edib. Aclıq aksiyasından üç gün sonra biradamlıq kameraya atılıb. Bu müddət ərzində onun azad mühitlə əlaqələri kəsilib, ailəsi və ya vəkili ilə telefon danışığına belə imkan verilməyib.

Xanım Qulami bildirir ki, həbsxana yardımçılarından biri şəxsi cib telefonu ilə onun vəkilinə zəng etdikdən sonra, gənc qızı və xəstə anasının başsız qaldığını nəzərə alaraq, onu girov müqabilində məhkəmə tarixinə qədər sərbəst buraxıblar. O, məhkəməyə qədər ölkəni tərk edə bilməz. Lakin, mühakimə tarixi də təyin edilməyib.

Jurnalistin dediklərinə görə, ETTELAAT əməkdaşları onu aparanda ailəsinə toxunmayacaqlarına söz versələr də, sonradan evinə basqın edib, əşyaları alt-üst etdikdən sonra, kitab, əl yazıları, cib telefonu, qardaşının iki kompyuterini özləriylə aparıblar.

Ona qarşı irəli sürülən ittihamlara gəldikdə, asayişi pozmaq, xalqı təhrik, 2006-cı ilin may aksiyalarında iştirak və İran prezidentini təhqir etməkdə günahlandırıldığını bildirir.

Bu ittihamları rədd edən jurnalist deyir ki, vaxtı ilə yerli qəzetlərdə yazdığı məqalələrdən birində Təbrizdə keçirilən dinc nümayişlərə qarşı silahlı qüvvələrdən istifadə edilməsini tənqid edib.

İranda qadınlara bərabər hüquq tələb edən azərbaycanlı jurnalist 80-ci illərdə bu sahədə apardığı siyasi fəaliyyətinə görə 6 il həbs edilib. Onun əsərlərindən «Qadınların siyasi-ictimai iştirakının perspektivi», «Zənənə yoxsulluq», «Qulluqçu arvadlar, ya qadınların ev əməyi» İran mətbuatında qadın məsələsinə toxunan ən mübahisəli məqalələrdəndir.

Xanım Qulaminin müsahibəsini dərc edən «İranlı Qadınlar Ocağı» saytı son həftələr ərzində Təbrizin qadın fəallarına qarşı təzyiqlərin artdığını bildirir.

Ölkə səviyyəsində qadın məsələsinə toxunan bu saytın Azərbaycan dilli səhifələrində İranın bir çox azərbaycanlı şairə və qadın tənqidçilərinin əsərlərinə də geniş yer verilir. Mətnlər isə ancaq əski ərəb əlifbasında gedir .

Təbrizdə Səttarxanın evini dağıdırlar

17-09-07

 Təbriz əhalisi şəhərin Əmirxızi məhəlləsində yerləşən Səttarxanın yaşadığı tarixi binanın uçurulmasına kəskin etirazlarını bildirirlər.
   Təbrizi İran parlamentdə təmsil edən Əkbər Ələmi və Məmmədrza Mir Tacəddini sentyabrın 16-da etdikləri çıxışlarında bu barədə məlumat veriblər.

   İran məclisinin azərbaycanlı millət vəkilləri bu məsələdə tarixi abidələri qorumaqla məşğul olan «Mədəni İrs» («Miras-e Fərhəngi») təşkilatını günahlandırırlar.

   «Mədəni İrs» təşkilatı isə bildirir ki, 1905 -11-ci illərdə baş vermiş Məşrutə hərəkatının məğlubiyyətindən sonra rus Çar ordusu Təbriz inqilabçılarının bütün bazaları, o cümlədən də inqilab rəhbəri Səttarxanın evini top atəşinə tutublar. Bu hadisədən sonra həmin tikintiləri qorumaq və ya onları bərpa etmək mümkün olmayıb.

   Bu izahatla razılaşmayan İran parlamentinin azərbaycanlı nümayəndələri binanın bu günə qədər tarixi bir abidə kimi qeydiyyatdan keçirilməməsinə etiraz edirlər. Onlar bildirirlər ki, 90 il bundan əvvəl baş verən rus ordusunun hücumu Səttarxanın yaşadığı binanın yalnız kiçik bir divarını uçurub. Evin qalan hissələri diqqətsizlik ucbatından və onun kənarındakı yeni tikintilər nəticəsində viran olub. Bundan əlavə onlar Təbriz bələdiyyəsi və «Mədəni İrs» təşkilatının son vaxtlar evin satın alınmasına icazə verməsinə etiraz edirlər.

   İranın rəsmi «
Fars » xəbər agentliyi sentyabrın 14-də yaydığı məlumatda bildirmişdi ki, sözü gedən tarixi bina yeni bir xüsusi şirkət tərəfindən satın alındıqdan sonra bu sahədə yeni tikinti aparılacaq və ev tamamiilə uçurudulacaq.

   «
Fars » agentliyinə müsahibə verən Səttarxanın nəticəsi isə bildirib ki, böyük babası Tehrana köçdükdən sonra onun bibisi (Səttarxanın qız nəvəsi) evi Həmid Misgəri adında bir şəxsə satıb. Cənab Misgərinin vəfatından sonra evin əvvəlcə 70 faizi və bu yaxınlarda da qalan 30 faizi satışa qoyulub. Tarixi abidələri qorumaqla məşğul olan dövlət təşkilatları və Təbriz bələdiyyəsi isə məsələyə laqeyd yanaşır.

 

   "Azadlıq radiosu"

Həmçinin Təbriz şəhərində öz möhtəşəmliyilə tanınan məşhur Qaraqoyunlular dövrünə məxsus olan “Ərk qalası” da yıxılmaqdadır. Xatırladaq ki, Təbrizdə keçmiş tarixlərdə dəfələrlə güclü zəlzələlər nəticəsində Təbriz şəhəri demək olar ki, tamamilə dağılmış, amma Ərk qalasına heç bir şey olmamışdır. Amma şovinist İran molla hakimiyyəti dövründə Ərk qalasının yan və arxa divarları miladi tarixlə 1982-ci ildə mollalar tərəfindən partladılaraq dağıdılmışdır. Bundan bir müddət sonra isə Ərk qalasının yer altında olan bünövrələrini və sütunlarını təxrib edərək yıxılmasına şərait yaratmışdılar. Hal hazırda Ərk qalasının durumu çox təhlükəli vəziyyətdədir.  

 

DAK Mətbuat Xidməti