Qonşu Kürdlərin kürd həyatını savunan təşkilatların Azərbaycana qarşı  ədalətsiz  torpaq  iddəasının       törədəcəyi fəsadlar!

          Tarixi sənədlərdən bəllidir ki, üçüncü dünya ölkələri və  İslam ölkələrinin  siyasi coğrafiyası yerli millətlərin iradəsi ilə çəkilməmişdir.bəlkə super güclərin siyasi-iqtisadi və geoplotik çıxar çəkişmələrinin müəyyənləşdirdiyi siyasi coğrafiyalardan ibarət ölkələrdir.bunun bariz nümunəsi kimi  adı gedən bölgədə bütün ölkələr arası sınır ixtilaflarının savaş həddində olmasını göstərmək yazarca yetərlidir. Məsələn: Çinin Hindistan və Rusiya ilə,Hindistanın Pakistanla,Pakistanın Əfqanistan və İranla,Əfqanistanin İranla,Özbəkistanin Tacikistanla,İranın İraq və Ərəb Əmirlikləri ilə və  ümumiyyətlə islam ölkələrinin biri - birinə qarşı torpaq iddəasında olması demək olar ki,  adi bir məsələyə çevrilmişdir.

          Bu gerçəkliyi yansıdan anlayışdan irəli gələn bir həqiqət var , oda bundan ibarətdir ki, adı gedən bölgədə sözün həqiqi anlamında  Millətlər  öz  talelərini öz əlləri ilə həll etməmişdir.  bu Ədalətsiz  və yerli xalqların istəklərini nəzərə almazdan gələrək edilən  pay – bölüşün doğurduğu  fəlakətlər də göz önündədir : aclıq , savadsızlıq , işsizlik , gerilik , xorafatçılıq , yerli xalqlara  bədbəxtlik gətirən mənasız savaşlar və bunun başında dayanan dini gericiliyə ,  millətlərə qarşı asimilasiya siyasətinə , tutalitar , diktator və rasizmə söykənən  xalqını təmsil etməyən dövlətciklər və ortaçağ imperiyalarini xatırladan Çin və rusiyadı.[1]

          19-cu yüzilliyin əvvəllərindən etibarən Türk tayfa hökmranlığında bulunan ərazi və topluluqlar(quzey Afrika daxil olmaqla  doğu Türküstandan doğu avrupaya , quzeydən Sibir Güneydən Hind okeanına qədər uzanan ərazi və topluluqlardan ibarətidi )  Afrikadan başqa digər bölgələr əsasən İngiltərə - Rusiya arası mənafe çəkişmələrinin bəzəndə qarşılıqlı uzlaşmalarının doğurmuş olduğu ölkələşmələr 20- ci yüzilliyin ortalarına qədər davam etmişdir.bu siyasi – hərbi çəkişmələrin nəticəsində 30-dan artıq ölkə meydana gəlmişdir.və bu məntiqi ardıcılığa söykənən sürəc günü gündən nisbətən ədalatliliyə doğru irəliləyərək 1991-ci il sosializm adı altında öz imperiasını sürdürən Rusiya dağıldı,və bu dağılış nəticəsində isarətdə bulunan  xalqların bir hissəsi  rus boyunduruğundan azad olaraq öz müstəqil dövlətlərini yaratmış oldular.[2]

          Bizim demək istədiyimiz məsələ budur ki, bu aclıq , səfalət , Sənaye inkişafının savadlaşdırılma ilə uyum sağlaya bilməməsindən irəli gələn kütləvi savadsızlıq , anti demokratiyanın hakim olması , insan haqlarının gobud şəkildə pozulması və ən başda dayanan millətlərin isarətdə tutulması kimi həyati problemlərin ədalətli şəkildə  həlli məsələsinə dair ilkin addım onların tam bərabər hüquqlu müstəqil dövlət oluşturmasına ən azından maneçilik törədilməmısidir.buna görə də müstəqil idarəçilik qeydsiz-şərtsiz yerli  isarətdəki xalqların şüurlu şəkildə iradəsinə təslim edilməlidir.yerli diktatura görünən və gürünməyən əllər vasitəsi ilə müdafiə edilmədiyi təqdirdə yerli xalqlar öz milli və insani haqlarını başlarına qənim kəsilmiş diktaturadan , Rasizmdən , dini gericilikdən xilas etməyə qadirdi.

          Bu gün dünyanı idarə edən güclər azda olmuşsa bu fəlakətdə inildəyən qeyri – insani şəraitdə gün keçirən isarətdəki xalqların mənafelərini nəzərə almalıdır.ən azından bu onların insani görəvlərindən biri və ən baçlıcasıdır.bu bölgənin sakinləri olan isarətdəki xalqların ən azından xalq kimi bir insan kimi yaşamaq hüququ əlindən alınmamalıdır.sözün həqiqi mənasında müstəqil , gəlişmiş və ikinci dünya  savaşından qalib çıxmış güclü dövlətlər qəbulunda əsas rol oynadıqları   BMT Konvensiyalarının ədalətli və qərəzsiz şəkildə  həyata keçirilməsini sağlamalı və adı gedən Konvensiyaların məsləhət xarakterli deyil ,icbari mahiyyət almasını qəbul etməlidirlər. bu görəv ən azından insani görəv olaraq müqəddəslik daşıyır.Yerli xalqlar O, Bu gücün bu bölgədə çəkmiş olduqlari siyasi xəritələrin 100-ildən artıqdır ki, qurbanı olmaqdadır.bu yetər, bu insandışı davranışa son qoyulmalıdır.

          Yuxarıda işarə edilmiş siyasi böhran , iqtisadi gerilik , xalqların isarətdə qalması kimi fəlakətlər demək olar ki, Şərqin əsasəndə islam ölkələrinin ümumi problemidir.o zamana qədər ki, yerli xalqlar öz milli müqəddəratını öz əlləri ilə həll etməyib bu problem qalmaqda  davam edəcəkdir.və getdikcə  çıxılmaza sürüklənərək bölgə sorunu olmaqdan  çıxıb qlobal fəlakətə çevriləcəkdir.buna görə ki,  haqq və hüququnu tanımış xalqı daim isarətdə tutmaq qeyri-mümkündür.o xilası  və qurtuluşu üçün inanılmazları etməyə qadir olacaqdır.sülh və barış dünyaya gərəkdirsə(bizcə barış dünyaya daim gərəkdir) dünyanın hər bir nöqtəsində olmalıdır. Bölgənin ümumi durumu budur ,  isarətində bulunduğumuz ölkənin vəziyyətinə gəldikdə  isə deyilməlidir ki, daha ağır və dözülməzdir.Buna görə ki, rönesans dövründən etibarən Türklərin hegemon olduqları bölgədə Qərb öz maraqlarına xidmət edəcək  for post ölkə halına gətirmək üçün  Məmaliki məhrusəni əl verişli bölgə olduğuna görə seçmişdir. adlarını düzgün ifadə edirəmsə Şerl qardaşlarının bu ölkəyə gəldiklərindən bəri demək olar ki, İngiltərənin əsas stratejisi  bu xətt üzrə irəliləmişdir.əgər 16- ci yüzillikdən bəri tarixə qərəzsiz və obyektiv  şəkildə diqqətlə baxılsa bu nəzəriyyə  vaqe bulmuş həqiqətləri tam açıq şəkildə ifadə etdiyinin şahidi olarıq.

           ingiltərə Məmaliki Məhrusəni istədiyi hala ( for post ölkə) gətirib şıxarmaq məqsədi ilə ölkə içi azlıqda bulunan fars etniyin din xadim və ziyalılarından yüksək səviyyədə , tam şəkildə istifadə etmişdir. Diqqətlə yanaşılsa bu müddətdə ölkədə baş verən –Kərim xan zəndin şərəfsiz fitnəkarlıqları Şirazda Fars hökuməti yaratmaq adı altında cənub bölgəsini İngiltərəyə  bağışlamaq cəhdi.fars din xadimlərinin din adına törətdikləri alçaq fitnəkarlıqları, Babiyyə qurublaşmalarını yaradıb  İmami zaman iddəasında bulunub zühur etməkəri , Erməni Mülküm xanın birinci dönə olaraq Şiraz və isfəhanda yaratmış olduğu Məcmə-adəmiyyət , anlı damğalı mürüdlərindən abbasqulu xanın yaratdığı Came-adəmiyyət kimi  framasoneri təşkilatlərın yetirmələrinin məmləkətdə törətdikləri cinayətlər və bu qəbil eybəcər  hadisələrin və  siyasi fəsadların  99%-ı  ingiltərənin nüfuzu altına keçmiş  cənub bölgəsində- yəni Buşehr,Şiraz ,Kirman ,yəzd , İsfəhan və  adı gedən əyalətlərin yetirmələri olan din xadim və ziyalıları vasitəsi ilə ölkənin digər Əyalətlərində o, cümlədən darülxilafədə-tehranda həyata keçirilmişdir.bu proseslərin nəticəsi olaraq ölkədə İngiltərənin yetirmiş olduğu kifayət qədər ümmülfəsad(fəsadın ta kəndisi,fəsad ocağına dönüşmüş) fars dövlət ricalları əmələ gəlmişdir və bu ingiltərənin yetirmələri olan fars dövlət adamları ölkəni Ölkənin mənafeyi icabınca idarə etməyə çalışan Azərbaycan Türk dövlət adamlarına qarşı riqabətə girmişlər.əlbəttə bu riqabətin nəticəsi aydındır, onun-bunuku olan fars ricalları qələbə çaldı.

           məmaliki Məhrusənin istiqlaliyyəti əlindən getdi , ölkə bir mənalı şəkildə ingiltərənin müstəmləkəsi oldu.əslində isə 3-4 yüzillik hərbi əsasəndə siyasi savaşların nəticəsi olaraq  məmaliki məhrusədə ingiltərə istədiyinə nail oldu. Bəli bu düşük fars ricallarının satqınlığı ilə ingiltərə məmaliki məhrusənin yerində İran fars dövləti qurmaqla istədiyi for post ölkəni yaratmış oldu.

           Qacar sülalə hakimiyyətinin sonlarında Rusla İngiltərə üstə gəl aləti fel olacaq yeni bir rejimin yaranmasına məmur edilmişlər arasında iki əsas müqavilə imzalanmışdır :1907-1286 və 26-fevral 1921-isfənd 1299. birincisi əsasən məmaliki məhrusəni iki imperianın nüfuz bölgəsinə-quzeyin Ruslara güneyin isə İngiltərəyə məxsus nüfuz bölgəsi olduğuna haqq verirdi.ikincisi isə birincisində öz əksini tapmış hüququ tanımaqla yanaşı ingiltərə tərəfindən əsası qoyulan Kudeta dövlətinin ( rza quldurun başçılığında yaranmış olan iran və farsçılığa əsaslanan  Pəhləvi  şahınşahlığı) ruslar tərəfindən qəbul edilməsini şərtləndirmişdir. Bu  və bu kimi  sənədlər göstərir ki, Məmaliki Məhrusədə və yaxod da bu gün deyildiyi kimi İranda  yerli isarətdəki xalqların iradəsi ilə hansısa bir düzən və ya rejim hakim olmamış və hal-hazırda ki mövcud sistem də bu prosesin oxşar vəziyyəti olaraq hələki davam etməkdədir.buna baxmayaraq  yerli xalqlar bu anti demokratik quruluşlara qarşı mübarizədən  heç vaxt vaz keçməmiş və yaranmış hər hansısa fürsətdən yaralanıb öz haqq səsini qaldırmışdır.

          bu gün  yerli isarətdəki  xalqlar  mövcud tutalitar , faşıst və dini gericiliyə əsaslanan rejimə qarşı mübarizəsində demək olar ki, geçmişə görə stratejik seçim açısından  daha doğru istiqamətdən çıxış etməkdədir.Bəluçlarda Bəluç xalqı,Ərəblərdə Ərəb xalqı ,Kürdlərdə Kürd Xalqı ,Türkmənlərdə Türkmən xalqı , Azərbaycanda Azərbaycan türk Xalqı mübarizənin  əsas stratejik hədəfini təşkil etməkdədir.

          Bu gün hakim olan tutalitar və Faşist rejimin isarətindən qurtulmaq və müstəqil milli dövlətlərin yaranması uğrunda mövcud rejimə qarşı  savaşda vahid məcradan çıxış etmək ən düzgün stratejik yoldur. İran adlanan ölkədə  isarətdəki xalqların çıxış yolu bu stratejinin icraya qoyulmasındadır,buna  biz isarətdəki xalqlar inanmalıyıq.

          bu gün mövcüd rejimə qarşı iki istiqamətdə müxalif opozision yaranması mümkündür.biri İranı mərkəz tutan təşkilatların digəri isə isarətdəki xalqları təmsil edən təşkilatların birliyindən .digər bir yol varsada oda   tez - anti  tezin sentezi rolunda çıxış edə biləcək  bir mərkəzin oluşturulmasıdır,lakin sonuncunun yürürlüyə keçməsi hələki məntiqdışı bir şeydir.buna görə ki, İran yönümlü təşkilatların “ İsarətdə ki xalqlar “ anlayışına münasibəti formal olaraq deyil mahiyyətcə heçdə Mövcud tutalitar  , Dini gericiliyə dayanan  faşist Fars rejimindən o qədər də fərqlənmir.digər bir açıdan-İranda ki xalqların siyasi şüur baxımından dinamik inkişafı İranı mərkəz tutan şüuramı yoxsa isarətdəki xalqların qurtuluşu yolunamı irəliləyir süalının məntiqi və gerçəkliyi əks etdirən cavabını tapmaqdır.bunun gerçəkliyi əks etdirən cavabı demək olar ki, tam göz önündədir:

birincisi daxili amildir , sovet Rusiyasının tarixə qovuşduğu andan etibarən iran da özəlliklə  İranın bütün həyatında əsas həll edici rolu üstələnmiş güney Azərbaycanda  baş verən kütləvi Etirazlar,Aksiyalar və Mitinqlərin istisnalar olmaq şərti ilə tamamən isarətdəki xalqların əlindən alınmış Milli və insani hüquqularının tələbi doğrultusunda olması və istiqlalçılıq ruhunun əsas hədəfə çevrilməsi buna bariz nümunədir.

Ikincisi , geoplotik açıdan  deyilməlidir ki, dünya güclər arası çəkişmələrindən doğan yeni dünya düzəni və ortadoğu planı (isarətdə ki,Türklərə qarşı ədalətsizlik və ikili standartla yanaşılsada Afqanistan və İraq buna nümunədir)bölgədə ən azından bu 80-illik isarət dönəminə nisbətən yerli isarətdəki xalqların istəklərinə uyğun irəliləməsidir.və eyni halda uyqulanmaqda olan teorinin müəllifi və icraçısı olan ABD öz xarici siyasətində  insan hüquq və azadlıqlarının müdafiəsini  ,  əsasəndə isarətdəki xalqların siyasi,iqtisadi və mədəni  taleyinin   həlli məsələsini xalqın öz iradəsinə  buraxılmasını  əsas tutmasıdır.[3] Burada dırnaqrası olmuşsada bu ABD tərəfindən həyata keçirilməkdə olan böyük ortadoğu planına dair bəzi olumsuz və ədalətsiz yönlərinə işarə edilməlidir.bu gün afqanistan və İraq adı gedən planın həyata keçirildiyi ölkələrdir.bu ölkələrdə istər Afqanistanda(təxminən ölkənin demoqrafik sayca 25 - 30% - ı təşkil edən quzey Afqanistan türkləri) istərsədə iraqda yerli isarətdəki Türklərə (Kərkük türkləri) qarşı təəssüflərlə ikili standardla yanaşılmış , istər daxili ərazi bölgüsü istərsə də siyasi idarəçilik açısından ədalətsiz bir vəziyyətlə özləşmişlər.bu isə Güney Azərbaycan xalqının eləcədə başlatmış olduğu Milli azadlıq  Hərəkatının Böyük ortadoğu planına inanmaqda tərəddüdə yol verməsinə nədən olmaqdadır,buna görədə ABD ən azından adı gedən ölkələrdə türklərə qarşı ədalətli mövqe nümayiş etdirməli və GAMAH-ın mövcud Şərr ocağına dönüşmüş dini gericiliyə və Fars faşistliyinə dayanan rejimə qarşı paralel və sistemli  şəkildə  Mədəni –siyasi – Hərbi partizani döyüşlərinə ən azından maneçilik törətməməlidir.  

          Bu elmi və siyasi təcrürəbə göstəricilərinə əsaslanaraq tam qətiyyətlə deyə bilərik ki,İran adlanan ölkənin mövcud eybəcər və çıxılmaz vəziyyətinin tənha çıxış yolu İran-fars (onun bununku olan) adlanan ölkənin tarixə tapışırılması və yerli  isarətdəki xalqların Milli azadlıq Hərəkatlarının qələbəsindədir. Buna nail olmaq üçün  öncə qeyd etdiyimiz kimi mütləq və mütləq iranda ki , isarətdəki xalqların vahid məcradan mövcud rejimə qarşı mübarizə aparmasıdır.

          Iranda isarətdəki xalqların mövcud rejimə qarşı vahid məcradan çıxış etməsinə nail olmaq üçün  əngəlləyici amilləri hər şeydən öncə aradan qaldırmaq və qarşılıqlı inam yaratmaq gərəkdir. Qarşılıqlı inamı əldə etmək üçün birnci arada olan problemləri , vahid məcradan çıxış eməyi əngəlləyən amilləri və onun səbəblərini dərindən bilməli , tanımalı və nəhayət  qərəzdən qıraq , mənəm-mənəmlikdən  uzaq  yerli isarətdəki fəlakətlər içində inildəyən xalqların azad,demokratik və rifahını nəzərə almaqla  ədalətli  şəkildə öz həllini tapmasıdır.

          hər şeydən önəmli  unutmamaq gərəkdir ki, arada olan bütün problemlər ancaq və ancaq  problemləri yaşayan xalqların özü  həll etməyə qadirdir. Yaddan çıxarmamaq gərəkdir ki bölgədə bu gün yaşadığımız faciələrin əsas səbəbi bundan irəli gəlmişdir ki, yerli xalqlar  öz problemlərini öz müstəqil iradələri ilə həll etməkdən aciz olmuş və yaxod da ki həll edilməsinə xarici güclər imkan verməmişlər.

          bu gün güclər arası çəkişmələr nəticəsində   isarətdəki xalqlara ən azından bu imkan yaranmışdır, bu imkandan nəhayət istifadəni  aparıb , isarətdəki xalqlar olaraq dəyərləndirməyi bacarmalıyıq.bu Ədalətli həll yolunda unudulması fəlakət doğuran bir məsələdə vardir. Oda bundan ibarətdir ki,insandışı davranışlara nədən olan Rasizmə, faşist mövqeyindən və Şovunist düşüncələrdən tam uzaqda durmaq gərəkdir.buna görə ki, onun törətmiş olduğu fəlakətlər hələdə göz önündədir.bu məfkurə hitlerləri , Musuliniləri meydana gətirdi,bəlli olduğu kimi adı gedən cinayətkar şəxslər  usturə tarixində olduğu iddəa edilən , lakin reallıqda olub-olmaması  şübhə doğuran olmuşsada  vəhşiliyi ilə tanınan vəhşi Kuruşların , vəhşi və  cinayətkar Ərdəşir babəkanların ,Dariyuşların üzünü ağ etdi.böyük Avrupa bu məfkurənin doğurduğu fəlakətlərdə batmış və xarabalığa çevrilmişdir. Və ya xodda Sovet Rusiyası dağıldıqdan həmən sonra doğu avrupada o cümlədən Yuquslaviyada baş qaldıran insandışı cinayətlər , soy qırımlar dünyanın həll edici güclərinin yekdilliklə  - birincisi  ABD – nin Məşhur Marşal planı ilə ikincisi isə həm AB-nin həm də ABD-nin müdaxiləsi ilə öz həllini tapmışdır.buna oxşar fəlakət bu başı bəlalı və yoxsulluq içində inildəyən isarətdəki, xalqlar arasında baş versə nə  olacağını belə insan təsəvvür etmək  istəmir.

     Bəli !  Bu gün iranda ki xalqlar mövcud rejimə qarşı vahid məcradan çıxış etməlidir. Buna görə də aralarında ki problemləri həll etməlidirlər.bizcə arada olan bu  problem İslam ölkələrində 19-cü yüzillikdən bəri süni şəkildə yaradılmış olan  torpaq iddəasında bulunmaqdan başqa bir şey deyildir.bu gün nə yazıqlar ki,  hələdə bu problem davam etdirilir.bu dediyimiz problem qonşu kürd xalqının İranın daim taleyinin həllində əsas rol oynamış, ölkənin İqtisadi,siyasi , hərbi və hətta elmi sahələrində  böyük təsir mikanizminə malik olan Güney Azərbaycana qarşı torpaq idaasında bulunmasıdır.bunu iranda ki  xalqlar özəlliklə də qonşu Kürd xalqı  qəti şəkildə bilir ki,Güney Azərbaycan Milli Azadlıq Hərəkatı formalaşmadan,sistemli şəkil almadan mövcud rejimə qarşı sərt döyüş mövqeyini sərgiləmədən bu rejim öz qeyi-insani  hegemonluğunu sürdürəcəkdir. Qonşu Kürd xalqı  adından çıxış edən təşkilatlar və dağlarda ki, silahlı dəstələri  Azərbaycana qarşı ədalətli olmağı bacarmalıdır,əks təqdirdə qazanan ancaq və ancaq mövcud tutalitar və antidemokratik  iran rejimi olacaqdır.Kürdləri Azərbaycanlılara və Azərbaycanlılarıda Kürdlərə qırdıraraq öz ömrünü sürdürəcəkdir.buna nümunə göstərmək boş və yersiz olardı , buna görə ki, olanlar  göz önündədir.

       Biz burada Kürd xalqı adından çıxış edən təşkilatların Azərbaycana qarşı irəli sürdükləri torpaq idaalarını elmi və  tarixi sənədlərə əsaslanmadığını və sadəcə  boş  iddaa olduğunu   və düşmən dəyirmanına su olmaqdan başqa bir şey olmadığını açmağa çalışacayıq. artırmaq gərəkdir ki, bu boş iddəalardan ancaq və ancaq yerli isarətdəki xalqların hamısı özəlliklə də Kürd xalqının məzlum kütləsi zərər çəkmiş olacaqdır.hər bir xalq üçün ədalət ən böyük silahdır.unutmamq gərəkdir ki güclü və səmimi millət o, millətdir ki gücsüs , yazıq və zəyif anlarında deyil ,ən güclü anlarında  ədalətli olmağı bacarsın. Dünyanın ən səmimi  tarixçilərinin əsərləri şahiddir ki,türklər  yüzillər boyu uzaq doğudan avrupanın göbəyinə dək ,quzeydən Sibir güneydən Hind okeanına qədər uzanan ərazilərdə ki hökmranlıqlarında  yaşayan bütün xalqlara qarşı heç bir an milli ayrı seçkiliyə yol verməmiş , hətta qəzəbini Türk olan öz rəqiblərinə şəfəqqətini isə qeri türklərə bəxş etmişdir.ümumiyyətlə  Bu milli ayrı seçkilik məsələsi şərq mədəniyyətinə məxsus deyil bu avrupanın inkişafı və ən güclü olmaq hərisliyinin nəticəsi olaraq meydana gəlmişdir və onların təsiri altında şərqdə yaranmış olan yeni dövlətlərdə də hakim məfkurəyə dönüştürülmüşdür. Nə  yazıqlar ki, bu gün iran faşist rejiminə  qarşı vahid məcradan çıxış edəcəyimizin gərəkdiyi bir dövrdə qonşu Kürd xalqı adından çıxış edən təşkilatların bir tərəfdən Azərbaycana qarşı torpaq idaaları digər tərəfdəndə quzey İraqda Kərkük türklərinə qarşı ədalətsiz mövqə sərgiləməkləri İran adlanan ölkənin təxminən  demoqrafik sayca yarısını və həyatının bütün sahələrində həll edici rol oynamış   Güney Azərbaycan xalqı və onun başlatmış olduğu Milli Azadlıq hərəkatının  vahid məcradan mövcud rejimə qarşı  paralel olaraq Mədəni siyasi-Nizami  Partizani mübarizə aparılmasına ən azından tərəddüd  etməyə və ehtiyyatla davranmasına nədən olmuşdur.buna görə ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı əsasən anti faşist və hüquq bərabərliyinə , dünya barışına . demokratiyaya köklənmiş və müstəqil öz ərazisində öz dövlətini qurmaq uğrunda mübarizə edir.təəssüflərlə qeyd edilməlidir ki,  Kürd xalqı adından çıxış edən Kürd həyatını savunan təşkilatlar bu prinsipal çağdaş dünya dəyərlərini  Kürd Şovunistliyi və antiTürk məfkurəsi ilə bulaştırmaq doğrultusunda atdımlamaqdadır.bu çox təhlükəlidir,Kürd xalqının siyasi və ziyalıları bu irticaya gericiliyə aparıb çıxaran fikri axımı durdurmalıdır.yerli isarətdə ki , xalqlar zatən bir-birinə düşmən deyil ,  dost və müttəfiq olmalıdır.  artırılmalıdır ki, bu durum nə qədər davam etsə o, qədər də mövcud iran rejiminə sərf edir,buna görə ki, o zamana qədər ki , Güney Azərbaycan Milli Azadlıq hərəkatı mövcud Faşist iran rejiminə qarşı Paralel şəkildə mədəni-siyasi-hərbi Partizani döyüşlərə başlamayıb,nə İran yönümlü opozisionun qələbəsi nədə ki, isarətdəki xalqların qurtuluşu olası iş deyil.uzun sürədir ki, həm İran yönümlü təşkilatların həmdə Kürd və hətta Bəluç xalqlarının apardıqları Mədəni-siyasi-hərbi və partizani döyüşləri nə ilə nəcilələndiyi göz önündədir.mövcud faşist rejim Bəluç döyüşçülərinə Əşrar və qaçaqçı  adı verərək tutduğu yerdə həlak etmiş və yeri gəldikdə də öz məzlum xalqına qırdırmışdır.Kürdlərin uzun sürə apardıqları döyüşlər də istənilən nəticəni verməmiş, Kürd döyüşçüləri nədənsə azərbaycan Əyalətinə dəfələrlə soxulmuşdular. Azərbaycanlılarla üzləşmiş və rejim bundan nəhayət istifadəni edərək dövlət qulluğuna götürmüş olduğu Azərbaycanlılardan Kürdlərin əleyhinə yararlanmışdır.Kürd  isarətdəki Azərbaycanlını qırmış  azərbaycanlıda namus və torpağından yana Kürdü , və dəfələrlə də həmin bu Kürd təşkilatları bir-birinə qarşı döyüşərək bir-birini qırmışdır.görəsən bu törədilmiş faciələr Bu Qərbi Azərbaycana-Urmu əyalətinə çeşitli problemlərdən dolayı gəlib yerləşən kürdün mənafeyi icabıncaidimi?!

           iran yönümlü təşkilatlara gəldikdə isə deyilməlidir ki, uzun müddət apardıqları döyüşlərin necə sonuclandığı  göz önündədir, 100 – mindən artıq insan rejim tərəfindən qəddarcasına həlak edilmiş və eyni halda döyüşən təşkilatlar ölkədə öz ictimai dayağınıda qoruyub saxlayabilməmişdir. bu isə nəticə etibari ilə iranda  Isarətdə inildəyən xalqların hamısı üçün faciədir. bu döyüşlərin belə sonuclanmasının əsas səbəbi bizcə demək olar ki, bu döyüşən təşkilatlarda Güney Azərbaycan Xalqının əsas  tələbatlarının nəzərə alınmaması , azərbaycan türklərinə qarşı ügey münasibətin bəslənməsi və azərbaycanlıları görməzdən gəlməyin nəticəsi olmuşdur.

          bu gün proses   olduğu kimi davam etdiyi təqdirdə  öncə  bildirdiyimiz kimi Ettelaat və müttəfiq kəşfiyyatları istədiyinə nail olmuş olacaqdır, yəni onun bununku olan iran Faşist fars dövlətçiliyinin , antidemokratiyanın , dini gericiliyin və xalqları isarətdə saxlayan rejimin xeyrinə olacaqdır .iranda  bu isarətdə ki, xalqlar problemləri həll etməyi,qarşılıqlı yardımlaşmanı bacarmalıdır.bunun üçün də hər şeydən əvvəl  qonşu olan xalqlar onun bunun geosiyasi  maraqlarından yana olaraq biri-birinə qarşı çeşitli ədalətsiz idaalarda o cümlədən torpaq idaalarında bulunmamalıdır. Bir-birinin çıxarlarını nəzərə alaraq çıxış etməlidirlər.  aşağıdaki.xəritələrdə görəcəyiniz kimi qonşu Kürd xalqını təmsil edən təşkilatlardan o cümlədən XABAT (Kürdüstan inqilabi təşkilatı)Azərbaycanın əsas mərkəzlərindən olan tarixən-min illər boyu türkün yaşadığı və böyük  Mədəniyyət inciləri yaratdığı və hal-hazırda Güney Azərbaycanın Türkiyə ilə sərhəd məntəqəsi olan Qərbi Azərbaycana qarşı iddəada bulunmaqdadır.bu xəritələr NASA-nın məhsulu olan Google Earth proqramında ki. Kürd Wikipediasında (Kurdish people , Kurdish Wikipedia) yerləşdirilmişdir.[4] burada qərbi Azərbaycanın demək olar ki. 90% -ı yəni  İraq , Türkiyə və quzey Azərbaycanın Naxçıvan əyalətinə  yapışıq yerlər Kürd   ərazisi kimi göstərilir. Bu vekipediyada nəzərdən qaçırılmaması gərəkən məsələlərdən biridə  İranın etnoqrafik xəritələrinin verilməsi və haqqında geniş bilgilərin olmasıdır.İranın etnoqrafik xəritəsində demək olar ki,Güney Azərbaycanın Sunqur Şəhəri tamamı ilə kürd , həmədan və mərkəzi əyalətin təxminən 90% - ı  fars və güney Azərbaycanın Xəzər yanı bölgəsi isə talış və Gilək olaraq göstərilmişdir. Bu xəritələrdə dörd ölkədə yaşayan kürdlərin etnoqrafik xəritəsi  güney Azərbaycan torpaqları hesabına Naxçıvana və naxçıvanın qərb tərəfindən – Türkiyə torpaqlarından quzeyə doğru irəliləyərək ermənistanla sərhəd olur.digər tərəfdən də ermənistan tərəfindən işğal edilən Qarabağ və ətraf 7- Şəhərin geosiyasi açıdan başqa şəhərlərindən seçilən laçın(Ermənistanla İşğala məruz qalmış qarabağ arasında yeganə keçid bölgəsi olduğuna görə) əhalisinin böyük çoxluğunun Kürdlərin təşkil etdiyini qeyd etməsidi.unudulmamalıdır ki, bu uzun müddətdə  quzey Azərbaycanla işğalçı ermənistan arasında gedən  müzakirələrdə ermənistan bu günədək   dəyişilməz qalan  bir mövqə ortaya qoyubdur , oda  laçından başqa !  6-şəhərin azərbaycana qaytarılması və onun qarşılığında qarabağın istiqlaliyyətinin Azərbaycan tərəfindən tanınmasıdır. son söz olaraq bu vekipediya  haqqında demək olar ki, bu Kürd xalqının çıxarlarından ziyadə   super güclərin  geosiyasi çıxarları zəminində hazırlanan bir vikipediyadır.bu tür idəalar ancaq Kürd təşkilatlarını yerli və qonşu güney Azərbaycan xalqı ilə qarşı-qarşıya qoyur.bu isə   Kürd xalqının  nədəki, Güney Azərbayan Türk xalqının xeyrinə deyil,bəlkədə  bölgədə isarətin, asılılığın və müstəmləkəçiliyin yeni və başqa bir formasında davam etməsinə xidmət edəcəkdir.100 ildən atrıqdır ki, bu bölgədə hakim olmaq məqsədi ilə öz mənafelərinə uyğun çeşitli siyasi coğrafiyalar çəkmiş və xalqları isarətə məruz qoymuşlar.aləti fellər isə  öz şəxsi çıxar və mənafelərinə görə mənsub olduqları xalqları min bir fəlakətə sürükləmişlər.bu gün yerli isarətdə ki,xalqar istər Kürd İstər ,Ərəb İstər  Bəluç,istər Türkmən İstərsə də güney azərbaycan Türk xalqı müdaxilə edənlərin və ya aləti fel olan hakimlərin dəyişdirilməsi üçün deyil , isarət zəncirlərini qırıb , qonşularla barış içində öz müstəqilliklərini əldə edib  əminamanlıq və rifah içində onun-bunun müdaxiləsi olmadan  yaşamaq üçün mübarizə edir və döyüşmək istəyir.

         Adı gedən adreslərdə Qərbi Azərbaycanın kürd ərazisi olduğunu  1945-46 –ci illərdə Məmməd qazinin rəhbərliyində qurulmuş olan Milli Hükumətlə əsaslandırılmışdır.biz Kürd Ziyalı və Siyasilərini bu nifaq törədən bu önəmli məsələyə qərəz və böş təəsübdən kənar soyuq qanlılıqla yanaşmalarını arzı edirik.

          Hər şeydən öncə biz M . Qazinin qurmuş olduğu  milli hükumətin yerləşdiyi Ərazinin və hansı zamanda olduğunu və şəraitin necəliyini nəzərə almalıyıq.

 Birinci bu ərazi danılması mümkünsüz olan tarixi sənədlərə əsasən Güney Azərbaycan ərazisidir.Məmaliki Məhrusədə birinci dəfə olaraq həyata keçirilən idari ərazi bölgüsü 1286-1907 -ci ildə olmuşdur.bu bölgüyə əsasən ölkə 4 əyalətdən – Azərbaycan , Fars ,kirman –Bəluçistan və Xorasandan və Əyalət hakimlərinin nümayəndələri tərəfindən idarə edilən 38 vilayətdən ibarət olmuşdur. Bu idari ərazi bölgüsü 1316-1937 – ci ilə dək sürmüşdür.1316-ci ildə oyunçaq Pəhləvi sülalə şahlığının başını çəkən  rza quldur kimi antitürkün dönəmində yeni idari ərazi bölgüsü tətbiq edilmişdir.bu ərazi bölgüsünün həyata keçirilməsində əsas məqsəd idarəçiliyin yeni nəzm-intizama salınmasından ziyadə Azərbaycan əyalətini fars əyalətləri xeyrinə parçalamaqidi. Buna baxmayaraq nə pəhləvi sülaləsi nədə ki, mövcud Faşıst Fars rejimi Kürd xalqını təmsil edən təşkilatların idəasında bulunduqları Qərbi Azərbaycan ərazisini Azərbaycandan ayıra bilməmişdir.rejimin bütün siyasi –mədəni - iqtisadi o, cümlədən  yer adlarını dəyişdirmək və hətta kürdlərin kütləvi surətdə Qərbi Azərbaycana axışını təşkil etməklə bölgənin  Etnik yapısını dəyişdirmək kimi  fitnəkarlıqlarına rəğmən Qərbi azərbaycan bu gün Güney Azərbaycanın döyünən ürəyi olaraq ömrünü sürdürməkdədir.

          Kürd xalqını təmsil edən təşkilatlar unutmamalıdırlar ki, istər Pəhləvi sülaləsinin istərsədə bu gün Dini gericiliyə və asimilasiya siyasətinə əsaslanan ortaq düşmənimiz Qərbi Azərbaycana Kürdlərin axışını  təşkil  etməsi ilə Kürd xalqına əsla xidmət etmir, bu insani fəlakətə gətirib çıxaracaq ən dəhşətli fitnəkarlıqdır.bu siyasət Azərbaycan Türkü ilə İran Kürdünü üz-üzə qoymağa , biri-birini vurmasına . bir-biri ilə vuruşub zəyif düşməklərinə , birləşib mövcud rejimin mənfur ömrünə son qoyabilməməklərinə xidmət edir.

          Geoplotik açıdan baxdıqda deyilməlidir ki, 1907 və 1921 –ci il Rus İngiltərə anlaşmasına görə güney Azərbaycan rusiyanın nüfuz bölgəsi olmuşdur.1907 – ci il anlaşmasının Məmaliki Məhrusə ilə bağlı bölməsində İranın quzey hissəni rusların və güney hissəsi isə ingiltərənin nüfuz bölgəsi  hesab edilmişdir.bundan əlavə iki gücün nüfuz bölgələrinin arasında toxunulmaz bölgədə nəzərdə alınmışdır.bu ara xətt qəsri Şirindən başlayaraq isfahan , yəzd və xafdan keçib Afqanistanın Zülfüqar əyaləti üzərindən keçmişdir.adı gedən bölgələr ətrafında nə ingilislər nədə ruslar hansısa imtiyazı Qacar hakimiyyətindən istəməməklərinə söz vermişlər,lakin ingiltərə anlaşmanı görməzdən gələrək ara bölgəni daim  öz nüfuz bölgəsi olaraq əldə tutmuşdur.1921 –ci il anlaşması  rusiya ilə İngiltərənin şərqdə digər güclərə qarşı işbirliyinin nəticəsi olmuşdur. Bu anlaşmaya əsasən ingilislər qafqazları yenidən ruslara ,sovet rusiyası isə qarşılıqlı olaraq təhlükə his etdikdə tüm güney sınırları doğrultusunda hərbi girişim hüququnu özündə saxlamaq şərti ilə İranı İngiltərə nüfuzuna buraxmış olmuşdur.1921-ci il anlaşmasında demək olar ki, rusların hərbi girişim hüququna malik bölgələri qərb tərəfindən güney Azərbaycan ərazisinin  təxminən 80% - ilə qısıtlanmışdır.ikincisi ikinci dünya  savaşı dönəmində və hansı şəraitdə baş verdiyini nəzərdən qaçırmamaq gərəkdir.savaş ərəfəsində ruslar 1921-ci il anlaşmasının yanılmıramsa 4-cü bəndində ki hüquqlarından yararlanaraq 20 şəhrivər 1320 – sentyabr 1941-ci ildə tüm sınır bölgələrinə o , cümlədən güney azərbaycana öz ordusunu yerləşdirdi,lakin Rus ordusu nə kürdüstana-Sənəndəc,İlam və Kirmanşah şəhərlərinə nədə Güney Azərbaycanın Zəncan və qəzvin şəhərlərindən irəliyə getməsinə ingiltərə hərbiçiləri izin vermədi.yəni ruslar qərbdən ancaq Güney Azərbaycanın 5 əyaləti ilə - Təbriz , Urmu,Ərdəbil,Qəzvin və Zəncanla kifayətlənməli oldu. bu dönəmdə bəlli olduğu kimi Güney Azərbaycan  siyasi və ziyalıları əsasən Sovet Rusiyasına təmayüllü olanlar xalq azadlıq hərəkatına öncüllük edərək mövcud anti türk və diktatur düzənə qarşı mübarizəyə başlamışdır.mövcud olumlu siyasi şəraitlə yanaşı diktaturaya və anti türk düzənə qarşı  mübarizənin məntiqi nəticəsi olaraq güney Azərbaycan öz milli hükumətini 1324-1945 ci ildə qurmuş oldu.Milli hükumət yetgililəri bəlli olduğu kimi geosiyasi alanda Sovet Rusiyasının siyasi maraqlarınca çıxış edirdi.Sovet Rusiyası isə bölgədə yalnız Güney Azərbaycanla kifayətlənmək istəmirdi.bölgədə İngiltərə ilə ABD-nin  əldə tutmuş olduqları böyük ərazilər müqabilində Rusiya Güney Azərbaycandan başqa Türkiyəni , İraqı və Suriyəni etgisi altına almağı planlaşdırmışdır.adı gedən ölkələri Rusiya öz ihatə dairəsinə almaq üçün hər üç ölkədə bulunmaqda olan Kürdlərdən yararlanmaq məqsədindəidi,lakin Kürd vilayətlərinə girəbilmədiyindən və o vilayıtlərin əksəriyyətinin ingilislərdə olduğundan dolayı Güney Azərbaycan Ərazisində Güney Azərbaycan Milli hükuməti ilə yanaşı Urmunun Soyuqbulaq Şəhərində M.Qazinin rəhbərliyində Kürd Milli Hühumətinin qurulmasına Güney Azərbaycan Milli Hükumətinin razılığını almışdır.əslində razılığın alındığını demək o , qədərdə doğruluğu ifadə etmir , Rusların  özləri ona Şərait yaratdıqlarını desək daha düzgün olar. bax ! M.Qazinin Azərbaycanda  qurmuş olduğu  Mahabad (soyuqbulaq)Kürd Milli hükuməti – Republic of Mahabad  bu siyasətin məhsulu olmuşdur.biz əslində bir şeyi unutmamalıyıq ki, istər Güney Azərbaycan Milli Hükuməti istərdə M.Qazinin Başçılığında ki  Mahabad – Soyuqbulaq Hükumətinin ayaqda durması , Müstəqilliyə doğru irəliləməsi Sovet Rusiyasının bölgədə ki, maraqlarına uyğun deyildi.Sovet Rusiyası əsasən Güney Azərbaycan Milli Hükuməti ilə bir başa İranda , Kürdlərlə də adı gedən ölkələrdə – İraq , Suriyyə və Türkiyədə   təzyiq vasitəsi kimi daim  əldə tutmaq və ingiltərəyə əsasəndə yenicə bölgəyə gəlmiş olan ABD-yə qarşı istifadə etməkidi.və bu istəyinə də Sovet Rusiyası daim nail olmuşdur.bir gün Milli Azadlıq hərəkatını aləti-fel edərək , bir gündə Prultariya-işçilərin dünyası deyərək ölkə içi sosialist təşkilatlardan yararlanmışdır.bir gündə hər ikisindən yararlanaraq on minlərlə insanın təmiz inancını suistimal edərək öz mənfur siyasi – iqtisadi mənafeyini əldə etmişdir.  Bax ! məhz buna görədə bu gün isarətdə ki xalqların xalq azadlıq hərəkatçıları bu ibrət dolu hadisələrdən dərs almalı , onun-bunun geosiyasi çıxarlarından dolayı qonşu isarətdəki xalqla qarşı-qarşıya gəlməməlidir. Bu gün İran Kürdlərini təmsil edən təşkilatlar  ikinci dünya savaşı dönəmində super güclərin siyasi , iqtisadi və geosiyasi maraq çəkişmələrinin doğurmuş olduğu oluşumları əsas tutaraq azərbaycana qarşı torpaq idəasında bulunmaqdan vaz keçməlidir.bunu yaxşıca bilirik ki, üçüncü dünya ölkələrində eləcədə islam ölkələrində ki, mövcud gerilik , iqtisadi bataqlıq , savadsızlıq kimi ümumi fəlakətlər , ölkələşmələrin , dövlətləşmələrin xalqların şüurlu iradəsinin məhsulu olmamasından qaynaqlanmışdır.qarşılıqlı  torpaq idəalarından dolayı bölgədə daim müharibə vaziyyəti hakim olmuş və olmaqda davam edir.eyni halda hakimiyyətlərin xalqın şüurlu iradəsini təmsil etmədiklərindən dolayı bölgədə ki ölkələr içi daim  çevriliş təhlükəsi mövcuddur.ən önəmlisi isarətdə ki , xalqların milli azadlıq hərəkatkarının ardı kəsilməz mübarizəsi sürməkdədir.buna görə ki, bölgədə özəlliklə də isarətində bulunduğumuz iranda istər siyasi rejim , istər siyasi stabillik-sabitlik istərsə də siyasi coğrafi çizgilər yerli isarətdəki millətlərin şüurlu iradəsi ilə öz həllini tapmamışdır.bu gün biz ən azından bu millətlərimizin  mənafelərinə zidd olan oluşumlara aləti-fel olmamalı və mövcud isarətdən qurtuluş yolunu yalnız öz millətlərimizin mənafelərini əsas tutaraq tapmalıyıq.buna görə də bu gün boş və faciə törədən  idəalardan vaz keçilməli , mövcud Faşist fars rejimin isarətindən xilas olmaq ,  müstəqil , hüquqi , dünyəvi və tam demokratik dövlətlərimizi qurub yaratmaq üçün vahid məcradan çıxış etməliyik.

       Son söz olaraq deyilməlidir ki, Azərbaycan iran adlanan ölkənin istənilən sahəsində həll edici rol oynamış və bu gün də adı gedən ölkədə dini gericiliyə,Faşist Fars düşüncəsinə dayanan teokratik rejimin  ölüm-qalım məsələsini şərtləndirən və müəyyənləşdirən əsas daxili qüvvədir.bu gün Güney Azərbaycan xalqı və başlatmış olduğu böyük Milli Azadlıq hərərkatı öz siyasi əzm və iradəsini əməli surətdə ortaya qoymalıdır.güney Azərbaycan Milli Azadlıq Hərəkatı bölgədə gedən siyasi proseslərdə daxili amil kimi əsas güclərdən biri  İranda isə əsas gücdür. Buna görə də mövcud rejimin qalıb-qalmamasında Azərbaycan Milli Azadlıq Hərəkatının Siyasi əzm və iradəsindən çox şey asılıdır.öncə işarə etdiyimiz kimi mövcud rejimə qarşı iki istiqamətdə müxalif opozision yaranması mümkündür. Birinci İran – Fars düşüncəsini mərkəz tutan opozision , ikincisi isə isarətdəki xalqları əməli surətdə təmsil edən təşkilatların birliyindən əmələ gələcək opozisiondur. Azərbaycan milli azadlıq hərərkatı haqlı olaraq İranı əsas tutan  opozisiona münasibəti aydındır, lakin əsas həlledici güc olan - isarətdəki xalqları təmsil edən təşkilatlardan ibarət  opozision  da mövcud deyildir.  Doğrudur İran-Fars düşüncəsini əsas tutan opzisionda bulunmaq ancaq və ancaq Güney Azərbaycan xalqının isarət və fəlakətlə yuğrulmuş olan müstəmləkə həyatının uzadılmasına xidmət edər.əsas həlledici rol oynayacaq opozision isə yoxdur, bunu yaradacaq xalq azadlıq hərəkatçıları biri-birinə qarşı çeşitli ittahamda bulunmaqdadır,yəni bu opozision mövcud deyil.düşünmək gərəkdir,bu proses  belə davam etdiyi  təqdirdə əldə ediləcək nəticə nədir?!!!əlbətdə ki, proses bu tür davam etdiyi sürəcdə ancaq və ancaq mövcud başımıza bəla kəsilmiş anti demokratik,Fars Şovonistliyinə və dini gericiliyə əsaslanan rejimin ömrünün artırılmasına xidmət edəcəkdir.digər tərəfdən Azərbaycan xalqı və Milli Azəadlıq hərəkatçıları siyasi əzm və İradəsini əməli surətdə ortaya qoymaqda tərəddüd etməyə davam etsə . bu 100 – ildə yerli xalqlara təhmil edilmiş siyasi rejim və siyasi coğrafi çizgilərə uyğun yeni  isarət forması yaranacaqdır.bir isarətdə ki, xalqı digər isarətdəki , xalqa qarşı dəstəkləməklə yeni isarəf forması ortaya çıxacaqdır.bu isə ancaq və ancaq savadsızlığın,yoxsulluğun,gericiliyin sürdürülməsinə və isarətin davam etdirilməsinə xidmət edəcəkdir.bunlar olmasın deyə bir çıxış yolu vardır , oda bundan ibarətdir ki, daim ölkədə əsas rol oynamış Güney Azərbaycan xalqı öz siyasi iradəsini əməli surətdə nümayiş etdirməlidir, yəni mövcud rejimə qarşı Hərəkatın bətnindən sistemli şəkildə Mədəni-Siyasi-Hərbi-Partizani savaşa start verilməsidir.mümkün qədər daxildə və nəhayət Sınır dağlarında silahlı dəstələrlə mövcud rejimə qarşı döyüşməkdir.və bununlada təklikdə mövcud rejimlə başa çıxa bilməyən etnik qrupları təmsil edən təşkilatları ətrafında birləşdirməklə mövcud rejimin sonuna çıxmaq və hər xalqın öz milli iradəsi ilə öz müstəqil dövlətin qurmasına nail olmaq üçün vahid məcradan çıxış etməyi təşkil etməkdir.sınır ixtilaflarını bu an mütləq və mütləq bir kənara atmaq gərəkdir.Kürd xalqı Azərbaycana qarşı torpaq iddəasından vaz keçməlidir.bunu heç bir hərəkatçı unutmamalıdır.bacaran bacardığını bu doğru – düzgün istiqamətdə İçəri –Xaric demədən həyata keçirməyə başlamalıdır.

                                                                       Rəhim Cavadbəyli

                                                                       Uluslar arası hüquq öyrəncisi

                                                                        12.09.2007



[1] Burada Rusiya doğu ölkəsi kimi deyil ,  Türk Müsəlman xalqlarını uzun zaman – yəni 1828 (quzey Azərbaycan və ətraf əyalətlərini ) 1870ci illərdən isə   ( orta asiya türk bölgəsini) işğal edərək 1991- ci ilə dək isarətində tutduğuna görə işarə edilmişdir.hal-hazırda Rusiyanin ərazicə böyük hissəsini və sayca təxminən 30% Türk müsəlmanlar təşkil etməkdədir.Çin Xalq cümhurəyyətinə işarə etməyimizin əsas səbəbidə orada 70 – milyondan artıq Türk Müsəlmanın isarətdə  yaşamasına görədir.

[2] Ruslar 15-ci yüzillikdən etibarən kiçik xanlıqlardan məkəzləşmiş Rus dövlətçiliyinə doğru adımlayaraq günü gündən möhkəmlənib  güclənərək daim təsiri altında qalmış Türklərə qarşı hücuma keçməyə qadir olmuşdur.bu dönəmdə Böyük Əmir Teymurun adı ilə bağlı olan türk  İmperiyasının  izmehlalı və yerində kiçik xanlıqların yaranması Rusların bir mərkəzdə birləşməsinə danılmaz şərait yaratmışdır.digər yandan  şəxsi ehtiraslardan irəli gələn mənasız döyüşlərin gücsüsləşdirmiş  olduğu Türk hökmranlıqlarının mövcud durumundan yararlanan  batı-qərb siyasiləri çeşitli adlar altında adı gedən bölgəyə nüfuz etməyə başladılar.bu  girişimin əsas məqsədi ənənəvi  hökmranlıq üsul –idarəsinə dayanan türk  hökmranlarının  biri-birinə qarşı mövcud olan  ixtilaflarını artırmaq,müharibə həddinə çatdırmaq və  özləri üçün nüfuz  bölgəsi yaratmaq olmuşdur.bu məqsədlədə onları həmişə narahat edən Türk Müsəlman Osmanlı İmeriasının batıya hücumunu əngəlləmiş olurdular.batıdan gələn Səyyahlar əslində batının bu siyasətinin əsasını qoyurdular.unutmamaq gərəkdir ki, bu adı gedən səyyahlar əslində böyük Tarixçi ,Coğrafişünas və   dövrün yetgin siyasi  kadrları olmuşlar.bu gün tarixi qaynaqlardan  bəlli olduğu kimi Şərqin çağdaş cöğrafiyası və tarixi   haqqında təməl tutulmuş mənbələrin müəllif hüququ həmin bu səyyahlara! mənsubdur.bu gün tarix elmində və şərq tarixi haqqında  əsas tutulan  nəzəriyyələr o cümlədən hind Avrupa xalqları , ariya və ariyaizm nəzəriyyəsinin müəllifliyi yene bu səyyahlara məxsusdur. 16-yüzilliyin əvvəllərindən etibarən rönesans dövrünə girməkdə olan batı özəlliklədə ingiltərə öz səyyahlarını Türk Babır Xaqanın sülaləsinin hökmranlıq etdiyi Hindistana gedib yerləşməyə məmur etmişdir.bir müddət sonra  İngiltərə Şərqi  Kompanisi adı altında fəaliyyətə başladı, bu 1856-ci ilə dək davam etdi.həmin tarixdə bir dəfəlik türk hökmranlığına son qoymaq məqsədi ilə İngiltərə şərqi Kompanisi Türk imperaturluğunu ləğv etdi, Hindistan Xalqları(müsəlman ,budizm və s.) kütləvi surətdə bu çevrilişə qarşı üsyanda  bulundular,lakin başarısız oldu. O gündən etibarən kompani Şərqi İngiltərə hakimiyyəti  kimi fəaliyyətə başlayıb  ,  bölgə siyasətində əsas təsir edici gücə çevrildi.o gündən bəri adı gedən bölgədə  fəsad və nifaq ardı kəsilmaz hala gəldi. O gündən bəri  mənafə üzrə Rus- İngiltərə Çəkişmələri  başladı.bu çəkişmələr sürdükcə yeni-yeni nüfuz bölgələri yaranmağa başladı. Dünya güclər arası birinci savaş sonucunda qaliblərin siyasi , iqtisadi və geoplotik çıxarları  əsasında  yeni –yeni dövlətlər yaranmağa  başladı.nümunə olaraq bunlardan biri Əfqanistandir.1919 – cu ildə ingiltərədən guya  bağımsızlığı ilan edilmişdir.hal-hazırda da bağımsızlığı elan edilməkdədir!?ardınca Məmaliki Məhrusə Qacar hakimiyyətinin yerində Rusla İngiltərənin ortaq(müştərək ) məhsulu olan Farsçılığı-ariyaizmi rəhbər tutan İran! Pəhləvi  Şahənşahlığı yaradılmışdır. Vəziyyət göz önündədir: fəlakət,yoxsulluq və xalqlar həbsxanası olaraq davam etməkdədir.ardınca   ikinci dünya savaşı sonrası qaliblərin mənafeyi icabinca  yeni dövlətlər yarandı . Hindistan bağımsızlığına ulaşdı, Pakistan  1947-ci ildə ingiltərədən , bənqladeş 1971 –ci ildə Pakistandan  ayrılaraq bağımsız oldular.hamısının durumu göz önündədir.biri-birinə qarşı  sərhəd iddaasındadır.müharibə vəziyyəti davam etməkdədir. Bədbəxt əhalinin işləyişindən əldə edilən gəlirin böyük hissəsi hərbi hissəyə xərclənməkdədir.əhalinin böyük hissəsi yoxsul, savadsız , işsiz və əksərən xalq azadlıq savaşlarının davam etdiyi bölgədir. Ərəb milləti  Ərəb  Əmirlikləri və xalqları halına gəlmişdir.təxminən 20-ə yaxın  Ərəb Ölkəsi - əmirlikləri meydana gəlmişdir.əksərən də biri-biri ilə çeşitli  problem yaşamaqdadır. 50-ildən artıqdır ki, bu 20-ə yaxın Ərəb dövləti İsraillə fələstin məsələsini həll etməkdən acizdır.

       Sosializm adı altında ömrünü sürdürən Rus imperiası çeşitli məsələlərdən dolayı özəlliklədə  iç ideoloji boşluğa uğrayaraq 1991-ci ildə dağıldı.təxminən 17-18 ölkə  1.Quzey Azərbaycan ,  2. Quzey Türkmənistan ,3. Qazağıstan , 4.Qırğızistan,5.Özbəkistan, 6.İstoni , 7. Okrayna , 8. Tacikistan,  9 . Blarus- ağrusiya , 10.Gürcüstan , 11. Latviya , 12. Litvani , 13 . Moldavi , 14.Ermənistan , Çekislavakiyanın parçalanmasından   Çek və Slavaki, Yuquslaviyanın parçalanmasından isə  İsloni ,  Bosni-Herzqovina ,  Gravası , Məqduniyyə  öz müstəqilliklərini elan etdilər.bu parçalanmalara bir az diqqət yetirilsə  tam aydın görünür ki,Doğu Avrupa topluluqları   millətləşməyə doğru daha sürətli getmiş və avrupaya  inteqrə edilməsidə demək olar ki, daha kolay-asan olmuşdur.onunda yalnız bir səbəbi olmuşdur . Avrupa o,  bölgənin  barış içində AB-ə bütünləşməsində və inteqrə edilməsində bir mənalı şəkildə maraqlı olmuşdur.

[3] ABD 20-ci yüzilliyin əvvəllərində yerləşdiyimiz bölgədə (əsasən Məmaliki Məhrusə nəzərdə tutulur)olub siyasi və iqtisadi ilişkilər qurmaq istəsədə bu  istəyi İngiltərə və Rusiya tərəfindən tam əngəllənmişdir. Məşrutə dönəmində darülsəltənədə (Təbrizdə) misioneri (qəzet jurnalisti baskrovil) və Darülxilafədə fövqüladə səfiri və səfirlik işçiləri  fəci şəkildə Rus və İngiltərə Kəşfiyyatının amilləri tərəfindən öldürülmüşdür.bu dönəmdən başlayaraq  1941- 20 . Şəhrivər 1320-ci  il tarixədək  ABD-nin burada heç tür rəsmi fəaliyyətinə imkan verilməmşdir.ABD ikinci dünya  savaşı dönəmindən etibarən burada rəsmi fəaliyyət imkani əldə etmişdir.ABD-nin bu  rəsmi fəaliyyəti təxminən 40-il  sürmüşdür ,yəni 1979-ci il Pəhləvi sülalə hakimiyyətinin devrildiyi anadək güclər arası riqabətdə bulunmuşdur.ABD yenədə 20-ci yüzilliyin əvvəllərində olduğu kimi  ingiltərə başda olmaqla AB –nin yönətic gücləri və sovet Rusiyası Xumeynini hakimiyyətə gətirərək ABD-ni  ölkə və bölgədən geri çəkilməyə məcbur etdilər ,ingiltərə başda olmaqla AB və Sovet Rusiyası Xomeynini hakmiyyətə gətirməklə , onun vasitəsi ilə  ölkə və hətta bölgədə anti Amerikan  əhval-ruhiyyəsini hakim etməyə başladılar. Sosializmə qarşı Liberalizm dövrünü  dəyişən(ABD-li Miltonun müllifliyi ilə1975 )  Neoliberalizm batıda  ilk mərhələsini yaşarkən ABD YENİ DÜNYA DÜZƏNİ  stratejisini irəli sürmüş və Sovet Rusiyası dağıldıqdan həmən sonra ortadoğuda  ilk olaraq İraq və quzey İraqda ( Səddam hüseynin Kuveyti işğalından həmən sonra ) həyata keçirməyə başladı.beləliklə  ABD  11-12 ildən sonra ,  amma daha möhkəm adımlarla İngiltərə ilə Rusiyanın nüfuz məntəqəsi kimi  mənimsəmiş olduğu bölgəyə girmiş oldu.İraq sonra isə  Afqanistan və hal-hazırda da bu güclər arası riqabət və çəkişmələr günü gündən artım templə davam edir. Yerli isarətdə ki xalqlar üçün bu güclər arası riqabətdən nə doğur süalını məntiqi və doğru-düzgün dəyərləndirmək və yararlanmaq gərəkdir.burada bir gerçəklik var oda bundan ibarətdir ki, İngiltərə ilə Rusiya çəkmiş olduqları siyasi xəritələri və  müdafiə etdikləri siyasi sistemləri  qoruyub saxlamaq məqsədini güdürlər. ABD –nin isə YENİ DÜNYA DÜZƏNİ stratejisini  yerləşdiyimiz bölgədə həyata keçirmək üçün ancaq bir qaçınılmaz yolu vardır, oda yerli xalqların mövcud düzəndən olan narazılıqlarından və özəlliklə vurğulanmalıdır ki, isarətdəki xalqların  qurtuluşu uğrunda  gedən . xüsusi ilə gedəcək  Mədəni-Siyasi-Nizami mübarizələrini tam dəstəkləməkdir.və dəstəklənəcəyidə demək olar ki yazarın qənaətinə görə  qaçınılmazdır.əks təqdirdə ABD yenə geri şəkilməli olacaqdır. Unutmamaq  gərəkdir ki, İranın  mövcud siyasi coğrafiyasını  qoruyub saxlamq məqsədini güdənlər bu gün bölgədə öz geosiyasi və iqtisadi çıxarlarını ABD qarşısında qarantıya almaq məqsədi ilə ölkənin Unitar quruluşunu formal  Fedrativ quruluşla əvəz edilməsi planını da denəməkdədirlər. Bu plan üzərində demk olar ki,əsasən üç ölkənin – İntelecent servis, Rus kəşfiyyatı və İranın SAVAMA-İttelaat təşkilatı birlikdə  bölgədə fəaliyyət göstərməkdədirlər . bu gün bölgədə özəlliklədə Azərbaycanın Müstəqil hissəsində-Quzey Azərbaycanda , Türkmənistanda və s. İranın günü-gündən nüfuzunun artması İran rejiminin güclü olduğundan deyil, bəlkə də adı gedən güclərin buna şərait yratmasından qaynaqlanmaqdadır .  əgər bunlar bu planlarını həyata keçirə bilmiş olsalar , demək bölgənin isarətdə ki xalqları başqa bir formada yenə  isarət zəncirlərində inildəməli olacaqlar.

[4] Bu adı gedən proqram NASA tərəfindən ürətilmişdir.bu qroqramla məişət xarakterli olsada yer kürəsini uydu vasitəsi ilə görmək imkanı yaradılır.buradaki Kürd Vekipediyası dörd ölkədə-İran,iraq,Türkiyə və suriyədə yerləşən Kürdlərin hamisini ihatə edən mükəmməl bir vekipediyadır.burada kürd ərazisi kimi göstərilən bütün şəhər və qəsəbələrin hər hansısındasa  oxun ucunu çıqqıldatdıqda siyasi sınırlar nəzərə alınmadan geniş bilgi verilir.  Biz burada Soyuq Bulaq (mahabad) Qərbi azəraycan Şəhərlərindən biri üzərində çıqqıldatdıqda bu vikipediyaya daxil olmuşuq.