Abbas leysanlı (Lisani)
təbrizin inqilab məhkəməsinə çağrılıb
Savalan səsi:
(Xəbər farscadan Azərbaycan türkcəsinə çevrilib)
Xanım Ruqqiyə
Əlizadə
Pənşənbə
həftənin 4-uncu günü sentyabrın 13-də
aldıqları məhəkəmə
çağırışında
ittihamlarin qeyd
olunmamasını söyləyir.
Hazırda ərdəbil dustağında
həbsdə saxlanılan şair və milli
hərəkat fəalli cənab Abbas leysanlı
nın həftənin altıncı-günü sentyabrın 22-
də təbrizin inqilab
məhkəməsində olması gərəkir.
Xatırlatmalıyıq ki neçə gün öncə Abbas
bey Leysanlı nizam intizam
qovvələri tərəfindən qaldırılmış
iddealar əsasında ərdəbil şəhrinin inqilab
məkəməsinin 8-nci şöbəsində olmuşlar.
Ötən ilin mayından həbsə
alınan Azərbaycan Milli hərəkatı və huquqlarını
müdafiə edən fəall cənab
Abbas Leysanlı 38 yaşındadir
və bura dək iki məhəmə hökmü esasında 30 ayliq
həbs qərarı alıblar.
Azərbaycan
Cumhuriyyətinə Münasbtımız
Azərbaycan xalqı ikiyə bölünmüş bir xalq hökmündə
dir.
Millətimiz iki yüz ilə yaxın ayri dövlətlər altında
yaşamağa baxmayaraq vahid bir etnik millətin iki parçası
kimi tamamilə eyni dill, kültür, folklor, ənənə və
adab mərasimə malikdir.
İndi Azərbaycanın Şimali (Quzey) bölümündə müstəqil
dövlət- Azərbaycan Cumhuriyyəti yaşamaqdadır. Şimali
(quzey) Azərbaycanın ana yasası plural, demokratik, laik və
çağdaş dünyamızın beynəlxalq qayda qanunlarına
uyğun və modern bir dövlət qurmaq məvazini əsasında
yazılmışdır. Qadınların kişilərlə
bərabər hüquqluğu, çağdaş dünyamızın
qaydalarına mütabiq, ana yasada qorunur. Azərbaycan
Cumhuriyyətinin opozisiyonu mövcud olub
və olması da ana yasanın himayəsi altındadır.
Azərbaycan Federal Demokrat Hərəkatı, Şimalı
Azərbaycan Cumhuriyyətinin müstəqil dövlətçiliyindən
himayət etməyi bütün İran Türklərinin və o cümlədən
Cənubu (Güney) Azərbaycan xalqının vəzifəsi
sayir. Müstəqil Şimalı Azərbaycanın daxili işləri
və siyasi mübahisələri birinci növbədə onların
iqtidar və opozisiyon təşkilatlarına aid dir. Müstəqil
Şimalı Azərbaycanın dövlətçiliyindən müdafiə
və himayət etmək, hansı
bir partianın iqtidarda olub - olmamasından asılı deyildir.
Cənubuı
Azərbaycanın milli dəmokratik hərəkatının düşmənləri
çalışırlar Cənubu Azərbaycanın siyasi
quvvələrini Azərbaycan Cumhuriyyətilə qarşı
qarşıya qoysunlar. Milli hərəkatın fə`alları
və siyasi quvvələri belə bir teləyə düşəməmli
və Azərbaycan Cumhuriyyətinin opozisiyon rolunu oynamamalıdırlar.
Bizcə bu xət,
Cənubuı Azərbaycanın milli hərəkatı üçün
ən düzgün və ən önəmli hərəkət
xəttidir.
İran İslam
Cumhuriyyəti Şimalı Azərbaycan əleyhinə
Erməni işğalçılarından himayət etməkdən
əl götürməlidir. Azərbaycan torpaqlarının işğalına
son qoyulmalıdır və Qarabağ azad edilməlidir. Bu bütün
Azərbaycanlıların vazgeçilməz
məqsədlərindəndir.
AzərbaycanFederal Demokrat Hərəkatının
Mərkəzi Şurası
Güneydən gələn yeni
xəbərlər
Son
günlərdə
Təbriz şəhərində keçirilən konsertdə məşhur
Güney Azərbaycanın milli fəalı və musiqi xadimi
Həsən Dəmirçinin səhnəyə çıxıb, ödüllə
təltif olunmasının qarşını İran şovinist
təhlükəsizlik qüvvələri kobudcasına almışdır.
Belə ki, konsertin xanəndəsi Əhməd Səttari müəllimi
Həsən Dəmirçiyə etdiyi xidmətlərə görə
ödül vermə mərasimi keçirmək niyyəti olduğundan
xəbərdar olan İran təhlükəsizlik qüvvələri
konsertin aparıcısını hədələyərək
Həsən Dəmirçinin adının
səsləndirməməsini tələb etmişdir. Buna etiraz
edən Əhməd Səttari onlar tərəfindən
təzyiqlərə məruz qalmışdır.
Güneydən
gələn daha
bir məlumatda bildirilir ki, Urmiya həbsxanasında saxlanılan
Elman Nuri və Elyaz Yekanlı neçə müddət işgəncələrdən
sonra nəhayət Elman və Elyaz bir otağa yerləşdirilib.
Elman və Elyazın həbsxanadan göndərdiyi qısa
məktubda belə deyir ki, Azərbaycanın qurtuluşu
naminə bütün çətinliklərə və işgəncələrə
dözəcəyik. Azərbaycan millətinin qurtuluşu yaxınlaşmaqdadır.
Daha bir
xəbərdə
neçə gün qabaq Cavad Rəcəbzadə Güney Azərbaycan
Milli Hərəkat fəalı öz evində İran təhlükəsizlik
qüvvələri tərəfindən həbs edilərək
naməlum istiqamətə aparılıb. Təhlükəsizlik qüvvələri
üç ay müddətində Cavad Rəcəbzadəni axtarmaqlarına
baxmayaraq onu həbs edə bilmirdilər. Buna görə də
Cavadın atasını neçə müddət idi girov saxlamışdılar.
Son günlərdə Cavad Rəcəbzadəni Təbriz inqilab
məhkəməsində ittihamlar irəli sürüldükdən sonra
bəlli olmayan yerdə saxlayırlar.
Daha bir
məlumata
əsasən Cavad Həsənpur Güney Azərbaycanın
Əhər şəhərinin məşhur milli fəallarından
biri hesab olunur. O neçə gün əvvəl həbs olaraq işgəncələrə,
ruhi və cismi təzyiqlərə məruz qalır və ağır
şəraitdədir. May hadisələrində həbs olunan
Cavad Həsənpur neçə müddət Əhərdən sürgün
edilmişdir. O sürgün müddətində ailəsindən uzaq düşərək
və hər zaman ailəsinə təhlükəsizlik qüvvələri
tərəfindən təzyiqlər olduğundan onların dörd
aylıq övladları vaxtından tez ana bətnində həlak
olmuşdur. Bunun nəticəsində Cavad Həsənpurun
həyat yoldaşının ruhi və fiziki durumu çox
gərgindir.
Güney
Azərbaycandan olan soydaşımız, milli azadlıq
hərəkatının fəallarından biri Cavad bəy
Rəcəbzadə son günlər İran əmniyat qüvvələri
tərəfindən yaxalanmışdır. Nəhayət dünən
soydaşımız İran pulu ilə 20 milyonluq dəyəri
olan sənəd qoymaqla müvəqqəti azadlığa buraxılmışdır.
Amma hələ də Cavad bəyin məhkəməsinin zamanı
məlum deyildir